Press "Enter" to skip to content

Mikroiqtisadi səviyyədə infrastruktur

Vergi siyasətinin strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.

Mikroiqtisadi səviyyədə infrastruktur Giriş

İnfrastrukturlar təkrar istehsalın bütün fazaları: istehsal, bölgü, mübadilə və istehlak arasında qarşılıqlı əlaqələrin formalaşmasına yönəlmişdir. İnfrastrukturlar bu fazalar içərisində başlıca olaraq maddi nemətlər istehsalı və maddi nemətlərin mübadiləsi bölgüsü üzrə fəaliyyət göstərirlər. Sosial-iqtisadi həyatın ayrı-ayrı komponentləri kimi infrastruktur özəklər də cəmiyyətin normal fəaliyyəti üçün çox gərəkli, faydalı, zəruri nemətlərdir. Svilizasiyanın müxtəlif pillələrində infrastrukturların funksional fəaliyyəti özünü əyani şəkildə təzahür etdirir. İnfrastrukturların funksional fəaliyyəti ilk növbədə onların çox şaxəliliyi, geniş dairəyə malik olmaları və daim artmaları ilə səciyyələnir. İnfrastrukturların funksional fəaliyyətində mühüm cəhətlərindən biri onun daim cəmiyyətin inkişaf səviyyəsinə uyğunluğu və mütərəqqilik meylidir. Elmitexniki tərəqqi ilə üzvi əlaqədar olaraq infrastrukturlar daim kəmiyyət artımı ilə keyfiyyətcə də daha mütərəqqi dəyişikliklərə malik olurlar. Sosial-iqtisadi həyatın böyük şaxələrinə aid olanlardan biri infrastruktur deyilən sahələr, onların məcmusudur. Bu özü də çoxsəpgili və çox istiqamətlidir. Cəmiyyət inkişaf etdikcə infrastrukturlar da geniç miqyas alır, yeniləri əmələ gəlir və bu yenilərin mikroistiqamətləri meydana çıxır. Bu mikroistiqamətlərdən də biri bazar infrastrukturudur. Çox mühüm və son vaxtlar daha çox tədqiqat obyektinə çevrilən bir problemə – bazar infrastrukturuna həsr olunmuşdur. Son illər iqtisadi ədəbiyyatda bazar infrastrukturuna və onun ayrı-ayrı elementlərinə aid olan yazılara rast gəlmək olur. Lakin iqtisadçılar və təsərrüfatçılar arasında həmin problemin bir qiymətli şərhi verilməmişdir. Onlardan bəziləri bazarın infrastrukturu və strukturu anlayışlarını qarışıq salır və nəticədə onun formalaşmasında və fəaliyyətində birmənalı olmayan izahlar meydana çıxır. Bundan başqa, bazar infrastrukturunun inkişafı ən çox onun formalaşmasından, istifadə mexanizmindən və eləcə də sərbəst bazarların qarşılıqlı fəaliyyətinin nə qədər düzgün açılmasından asılıdır.

Bununla əlaqədar olaraq, məqsəd bazar infrastrukturuna aid olan ədəbiyyatın sistemləşdirilməsi, bu sahədə çalışan müxtəlif iqtisadçıların və mütəxəssislərin fikirlərinin ümumiləşdirilməsi əsasında sərbəst bazarların təsnifatı, onların məzmun və mahiyyəti, eləcə də bazar iqtisadiyyatında onların yerinə yetirdikləri rola görə fəaliyyətlərini düzgün xarakterizə etməkdir. Məlumdur ki, infrastrukturlar təsadüfən meydana çıxmayıb, cəmiyyətin, insanların obyektiv tələbatı ilə, bu tələbatın daim artması qanunu ilə yaranıb və inkişaf edib. Həm də onlar xalis eyni cinsli deyillər və odur ki, ictimai əmək bölgüsü qanununun fəaliyyəti ilə dərin təsnifata uğramış və müasir dövrdə də həmin meyl daim davam edir.

Mikroiqtisadi səviyyədə infrastruktur

13:57 – 4 Июль 2018

Vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmasını təmin edən analitik potensialın inkişaf etdirilməsi Vergilər Nazirliyində aparılan struktur islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb.

İqtisadiyyatda gedən proseslərin vergi sistemi ilə qarşılıqlı təsirləri tədqiq olunacaq

Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, ən vacib institusional yeniliklərdən biri makro və mikro səviyyədə təfərrüatlı və əhatəli analitik bazanın formalaşdırılmasıdır. İslahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin və araşdırmalarının aparılması sahəsində ixtisaslaşmış strukturların fəaliyyətinin qurulması nəzərdə tutulub.

Vergi siyasətinin strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.

Bu hədəflərin həyata keçirilməsi bütövlükdə, dövlət büdcəsinə əlavə daxilolmaların təmin olunmasına və onun maliyyə dayanıqlığının daha da artırılmasına, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə özəl sektorda investisiyaların mənbələrinin genişlənməsinə, iqtisadiyyatın şəffaflaşması vasitəsilə iqtisadi subyektlərin bank-maliyyə resurslarına və xidmətlərinə çıxış imkanlarının genişlənməsinə imkan verməlidir.

Bu hədəflərin hər birinin effektiv şəkildə reallaşmasına xidmət edən və iqtisadi inkişaf sahəsindəki strateji çağırşlara uyğun olan əsaslandırılmış vergi siyasəti istiqamətlərinin və qərarlarının formalaşması üçün vergi sistemi üzrə dərin iqtisadi tədqiqatlar və təhlillər aparılmalıdır. “Vergi siyasətində hər hansı qərarı qəbul edərkən bilməliyik ki, onun maliyyə tutumu nədir, məşğulluğa, iqtisadi artıma, vergitutma bazasının genişləndirilməsinə cari və perspektiv təsirləri təsiri necə ola bilər, və yaxud makroiqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması da vergi orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir ”.

Tədiyə növlərində və vergilərin sahəvi daxilolmalarındakı trendlərin vergi növlərinin iqtisadi bazasında və Ümumi Daxili Məhsulun sahələrində gedən proseslər ilə əlaqələndirilmiş şəkildə təhlil olunması, iqtisadi fəaliyyət sahələrində vergi yükünün və vergi yığımı potensialının dövrü diaqnostikası, vergi siyasətinin iqtisadi artıma dəstəkləyici tədbirlərinin effektivliyinin ölçülməsi vergi siyasətinin təkmilləşdirilməsində olduqca vacib amillərdir.

Təbii ki, bütün bu yüksək intellektual tutumlu işlərin görülməsi üçün müasir analitik yanaşmaların, metodikaların və modellərin tətbiqinə zərurət yaranıb. X.Abdullayevin sözlərinə görə, bu sahədə kompleks işlərin aparılması nəzərdə tutulur.

Müəssisələrin mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaq

İqtisadi təhlillərin aparılacağı digər bir istiqamət iqtisadiyyatın real sektorunun və vergi ödəyicilərinin fəaliyyətinin mikroiqtisadi səviyyədə araşdırılması ilə bağlıdır.

Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza Departamentinin baş direktorunun müavini Elçin Ağakişiyev bildirir ki, vergi sistemində əvvəllər də risklərin təhlili və analitik araşdırmalar mövcud olub. Lakin, bu məlumatların daha dərin səviyyədə araşdırılması və əlaqələndirilməsi, müəssisənin mikroiqtisadi səviyyədə təhlil edilməsii zəruridir. Əsas hədəfimiz vergi sisteminin məlumat bazasını (bunlara dövriyyə göstəriciləri, vergi ödəmələri, anbar ehtiyatları, müəssisənin hansı ticarət markası altında işləməsi və s. aiddir) optimallaşdırmaqla vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinin mövcud vəziyyətini tam təhlil etmək imkanlarının əldə edilməsidir. Bu əsasda müəssisələr səviyyəsində mikroiqtisadi göstəricilərin geniş təhlili aparılacaqdır. Bu təhlillər müəssisələrin vergi ödəmələri sahəsində vəziyyətini tam açıqlığı ilə ortaya qoyacaqdır.

E.Ağakişiyevin sözlərinə görə, dünya ölkələrinin praktikasında müasir mikroiqtisadi təhlil prosesində üçüncü tərəflərin məlumatlarından da istifadə edilir. Məsələn, müəssisənin dövriyyəsi ilə yanaşı, onunn istehlak etdiyi enerji və s. göstəricilərdən də istifadə edilə bilər. Belə təhlillər nəticəsində müəssisənin risk profili yaradılacaq, proqnozlaşdırma modelləri müəssisənin inkişafnın daha dəqiq xəritəsini yaradacaq.

Bununla yanaşı, Vergilər Nazirliyi vegi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılmasını nəzərdə tutur. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması təkcə vergi ödəmələri üçün deyil, ümumilikdə idarəedici qərarlar üçün də vacibdir. E.Ağakişiyevin sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əməkdaşlığı elə qurmaq niyyətindədir ki, sahibkarlar şəffaf fəaliyyət göstərməyin iqtisadi cəhətdən səmərəli, əlverişli və sərfəli olduğunu başa düşsünlər.

Bununla yanaşı, iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyan bir sıra sahələrdəki iqtisadi proseslərin dərindən araşdırılması, bu araşdırmanın nəticələri əsasında vergi orqanlarının həmin sahələrdə iş keyfiyyətinin artırılması nəzərdə tutulur. Bu məqsədlə üç mühüm istiqamət – aksizli mallar, neft-qaz fəaliyyəti iştirakçıları və maliyyə-sənaye qrupları üzrə ayrıca iş aparılacaqdır.

E.Ağakişiyev bildirir ki, bu sahələrlə işin yenidən qurulması daha geniş təhlil bazasına əsaslanan yanaşmaların tətbiqi ilə əlaqədardır. Aksizli mallar sektoru olduqca böyükdür. Aksizlərin tətbiqi belə malların dövriyyəsini nəzarətdə saxlamaq üçün mühüm vasitədir. Eyni zamanda, bu sahədə təminat zənciri boyunca – istehsalçı və idxalçıdan başlamış topdansatış, distyubütor, pərakəndə satış həlqələrinə qədər malın hərəkətini izləmək, anbar ehtiyatlarını müəyyən etmək və əməliyyatları və ödəmələri nəzarətdə saxlamağa imkan verir.

Neft-qaz şirkətləri ölkə iqtisadiyyatında mühüm paya malikdirlər və onlarla aparılan işlərin daha geniş və dərin geniş təhlili zəruridir.

Nağdsız ödəmələrin inkişaf etdirilməsi üçün isə maliyyə-sənaye qrupları ilə işlərin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, banklar, prosesinq şirkətləri ilə əməkdaşlıq genişləndiriləcəkdir. Nağdsız ödəmələr sahəsində son istifadəçi kartdan istifadəyə həvəsləndirilməlidir. Bu həm dövriyyələrin artması baxımından banklar üçün, həm də leqallaşma baxımından dövlət üçün səmərəlidir. Vergilər Nazirliyi vergidən yayaınmaların azaldılması, nağdsız ödəmələrin tətbiqi əhatəsinin genişlənməsi üçün müvafiq addımlar atacaqdır.

Beləliklə, nazirliyin yeni funksional idarəetmə çərçivəsində vergi siyasətinin taktiki və strateji hədəflərinə effektiv şəkildə nail olunmasını təmin etmək əsas vəzifəmizdir.

Mikroiqtisadiyyat nədir?

İqtisadiyyatdakı əksər təriflər kimi, mikroiqtisadiyyat terminini izah etmək üçün kifayət qədər rəqabət edən fikir və yol var. İqtisadiyyatın araşdırılmasının iki sahəsindən biri olaraq mikroiqtisadiyyat və bunun digər sahə ilə – makroiqtisadiyyatla əlaqəsi barədə bir anlayış vacibdir. Buna baxmayaraq, bir tələbə cavab almaq üçün internetə müraciət etməlidirsə, “mikroiqtisadiyyat nədir?” Sadə sualına cavab tapmaq üçün bir çox yol tapacaqdı. Budur belə cavablardan birinin nümunəsi.

Lüğət Mikroiqtisadı necə müəyyənləşdirir

İqtisadçıİqtisadiyyat lüğəti mikroiqtisadı “fərdi istehlakçılar, istehlakçılar qrupları və ya firmalar səviyyəsində iqtisadiyyatın öyrənilməsi” kimi müəyyənləşdirərək “mikroiqtisadiyyatın ümumi problemi az mənbələrin alternativ istifadələr arasında səmərəli bölüşdürülməsidir, lakin konkret olaraq qiymətin müəyyənləşdirilməsini əhatə edir. İqtisadi agentlərin optimallaşdırma davranışı, istehlakçılar faydanı maksimuma çıxaran firmalar və mənfəəti maksimuma çatdıran şirkətlər. “

Bu tərifdə yalan bir şey yoxdur və eyni əsas anlayışlar üzərində fərqli olan bir çox nüfuzlu tərif mövcuddur. Ancaq bu tərifin əskik ola biləcəyi seçim konsepsiyasına vurğu etməkdir.

Mikroiqtisadın daha ümumi bir tərifi

Kobud şəkildə desək, mikroiqtisadiyyat iqtisadiyyata makro səviyyədən yanaşan makroiqtisadiyyatın əksinə olaraq aşağı və ya mikro səviyyədə verilən iqtisadi qərarlarla məşğul olur. Bu baxımdan, mikroiqtisadiyyat, iqtisadiyyatın təhlilinə və başa düşülməsinə daha çox “aşağıdan yuxarı” bir yanaşma apardığından, makroiqtisadi tədqiqatın başlanğıc nöqtəsi hesab olunur.

Mikroiqtisadiyyat tapmacasının bu parçası “fərdi istehlakçılar, istehlakçılar qrupları və ya firmalar” ifadəsi ilə “The Economist” in tərifi ilə ələ keçirildi. Mikroiqtisadiyyatın müəyyənləşdirilməsinə bir az daha sadə yanaşmaq daha asan olardı. Daha yaxşı bir tərif budur:

“Mikroiqtisadiyyat, fərdlər və qruplar tərəfindən verilmiş qərarların, bu qərarları təsir edən amillərin və bu qərarların başqalarına necə təsir etdiyinin analizidir.”

Həm kiçik müəssisələr, həm də fərdlər tərəfindən mikroiqtisadi qərarlar əsasən xərclər və fayda məsələləri ilə əlaqələndirilir. Maliyyələr ya orta sabit xərclər və ümumi dəyişkən xərclər kimi maliyyə xərcləri baxımından ola bilər, ya da alternativləri əvvəlcədən nəzərdən keçirən fürsət xərcləri baxımından ola bilər. Mikroiqtisadiyyat daha sonra tələb və təklif nümunələrini fərdi qərarların məcmusu və bu mənfəət-mənfəət münasibətlərinə təsir edən amillər hesab edir. Mikroiqtisadi tədqiqatın mərkəzində fərdlərin qərar qəbul etmə müddətini və bunun mal və xidmətlərin maya dəyərinə necə təsir etdiyini daha yaxşı başa düşmək üçün bazar davranışlarının təhlili dayanır.

Ümumi Mikroiqtisadiyyat Sualları

Bu təhlili həyata keçirmək üçün mikroiqtisadçılar “istehlakçının nə qədər qənaət edəcəyini nə müəyyənləşdirir?” Kimi sualları nəzərdən keçirirlər. və “rəqiblərinin istifadə etdikləri strategiyaları nəzərə alaraq bir firma nə qədər istehsal etməlidir?” və “niyə insanlar həm sığorta, həm də lotereya biletləri alır?”

Mikroiqtisadiyyatla makroiqtisadiyyat arasındakı əlaqəni başa düşmək üçün bu sualları, “faiz nisbətindəki dəyişiklik milli qənaətə necə təsir edir?” Kimi bir makroiqtisadçı tərəfindən verilə biləcək suallarla qarşılaşdırın.

Comments are closed, but trackbacks and pingbacks are open.