Press "Enter" to skip to content

Milli təhlükəsizliyimizin nəzəri əsasları

ətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlü-yünün, konstitusiya quruluşunun, xalqın

İnformasiya təHLÜKƏSİZLİYİNİN Əsas konseptual m əSƏLƏLƏRİ Milli t

əməkhaqqının sərf edilən əməyə uyğunluğu və s. ilə xarakterizə olunur.

əhlükəsizlik termini rəsmi olaraq ilk dəfə 1947-ci ildə ABŞ-da meydana gəlmişdir.

əmin dövrdə ABŞ-da prezidentin milli məsələlər üzrə xüsusi köməkçisi dövlət vəzifəsi təsis

edilmiş və Milli Təhlükəsizlik Şurası yaradılmışdır.

əhlükəsizlik – milli maraqların ona yönəlmiş təhdidlərdən qorunmasının təmin

ə şəxsin, təşkilatın, cəmiyyətin və dövlətin mü-hüm (həyat əhəmiyyətli) maraqlarının

ə xarici təh-didlərdən qorunması vəziyyətini ehtiva edən təhlükəsizlik aşağıdakı

ərlə xarakterizə olunur (şək.1.1):

ə maliyyə vəsaitləri;

Yaranmış təhdidlər bu komponentlərdən birinə təsir etməklə digər komponentlər və

ə obyekt üçün təhlükə yaradır. İnformasiya təhdidləri isə obyektə və onun

əhlükəsizliyinin digər komponentlərinə təsiri, bir qayda olaraq, onun informasiya mühitinə, o

ədən informa-siyasına və informasiya ehtiyatlarına təsir vasitəsilə həyata keçirir.

Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış Azərbaycan Respublikası

ən yeni münasibət formasına keçid dövründə iqtisadi, siyasi-sosial və hərbi

böhranlarla müşayiət olunan bir sıra problemlərlə üzləşdi. Bu problemlər respublikanın

iqtisadiyyatının səviyyəsinin aşağı düşməsinə, əhalinin həyat səviyyəsinin pisləşməsinə, elm,

əhsil və tibb sahəsində böhranlı vəziyyətin yaran-masına, Azərbaycanın sərhədlərinin

pozulmasına və mü-haribənin baş verməsinə gətirib çıxardı.

Respublikanı belə böhranlı vəziyyətdən çıxarmaq məq-sədilə ölkə rəhbərliyi tərəfindən

ə xarici təhlükə-sizliyin təmin olunması, regional və beynəlxalq təhlükə-sizlik üzrə

ədbirlərdə iştirak edilməsi, iqtisadiyyatın, sosial vəziyyətin, elmin, təhsilin, mədəniyyətin

əviyyə-sinin yüksəldilməsi istiqamətində atılan addımlar Azər-baycanın müstəqilliyinin və

ətçiliyinin qorunması, milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir.

ərbaycan Respublikasının milli təhlükəsizliyi mə-sələləri və milli maraqları Azərbaycan

Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik

haqqında” Azərbaycan Respublikasının Qa-nunu ilə müəyyən olunmuşdur.

3 avqust 2004-cü ild

ə qəbul edilmiş “Milli təhlükəsizlik haqqında” Azərbaycan

Respublikasının Qanununda qeyd olunur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyi

ətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlü-yünün, konstitusiya quruluşunun, xalqın

ə ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və

əhdidlərdən qorunmasının təmin edilməsidir.

ərbaycan Respublikasının milli maraqları dedikdə Azərbaycan xalqının fundamental

əyər və məqsədlərini, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqi-sini təmin

ən siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, təhsil, mədəni və mənəvi

ələbatları nəzərdə tutulur.

əhlükəsizliyin obyekt-ləri kimi insan, cəmiyyət və dövlət

İnsanın maraqları dedikdə onun hüquq və azadlıqla-rının, təhlükəsizliyinin, fiziki, mənəvi,

al inkişafı üçün şəraitin təmin edilməsi, rifahının yüksəldilməsi nəzərdə tutulur.

əmiyyətin maraqları – onun demokratikləşməsini, hüquqi və dünyəvi dövlətin qurulması

əsini, ictimai sabitliyin, milli həmrəyliyin yaran-masını və qorunub

saxlanmasını, mədəni, tarixi, milli, mənəvi dəyərlərin qorunmasını və inkişaf etdirilməsini

ətin maraqları – onun müstəqilliyinin, suveren-liyinin, konstitusiya quruluşunun, ərazi

bütövlüyünün qorunmasından, siyasi, iqtisadi və sosial stabilliyin, qa-nunların aliliyinin təmin

əsindən, beynəlxalq əmək-daşlığın inkişaf etdirilməsindən ibarətdir.

əndində informasiya sahəsində əsas milli maraqlar aşağıdakı kimi müəyyən

ərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqları aşağıdakılardır:

əlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi

ətəndaşların kons-titusiya hüquqlarının təmin edilməsi;

Milli təhlükəsizliyimizin nəzəri əsasları

Qərb siyasətşünaslığının milli təhlükəsizliklə bağlı gəldiyi nəticə bu gün universal xarakter daşıyır.

Bu baxımdan, Azərbaycanın milli təhlükəsizliyinin nəzəri əsaslarını tədqiq edərkən məhz bu 3 prinsip üzərində tezislərimizi qurmalıyıq. İstənilən ölkənin, o cümlədən, Azərbaycanın milli təhlükəsizliyi ölkənin milli maraqlarının və milli mənafeyinin qorunmasını özündə ehtiva edən nəzəri konsepsiyadir. Milli maraqlar dedikdə isə ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünün və konstitusiya quruluşunun əleyhinə yönəlmiş təhdidlərin qarşısının alınması və vətəndaşların təhlükəsizliyinin, sosial rifahının təmin edilməsi, bütün növ hüquqlarının qorunmasıdır. Qeyd etdiyimiz bu kriteriyalar milli maraqlar məfhumunun qısa məzmunudur və dövlətin də başlıca vəzifəsi bu maraqların əsasında dayandığı milli təhlükəsizliyi təmin etməkdir. Müsbət haldır ki, Azərbaycan dövləti milli təhlükəsizlik konsepsiyasını hazırlayarkən bütün bu kriteriyaları nəzərə alaraq milli təhlükəsizliyin nəzəri əsaslarını və istiqamətlərini aşağıdakı formada vermişdir:

1. Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması

3. Avropa və Avratlantik strukturlarına inteqrasiya

4. Beynəlxalq təhlükəsizliyə töhfə

5. Beynəlxalq təşkilatlarla əməkdaşlıq

6. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər

7. Region ölkələri ilə əməkdaşlıq

8. Qeyri-region ölkələri ilə əməkdaşlıq

9. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi

10. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi (Azərbaycan Respublikası milli təhlükəsizlik konsepsiyası (www.iom.az.)

Milli təhlükəsizliyimizin yuxarıda göstərilən əsas istiqamətlərinin içərisində ən vacibi sözsüz ki, ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Bu səbəbdən də, Azərbaycan Respublikasının Milli Təhlükəsizliyinin əsas problemi Ermənis-tanın ölkəmizə qarşı etdiyi təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ müna¬qi¬şəsidir desək, yanılmarıq. Çünki bu münaqişə nəticəsində ölkənin milli təhlükəsizliyinin əsasını təşkil edən milli mənafeyə ciddi zərbə dəyib. Yəni, ilk növ¬bədə dövlətin ərazi, sosial-iqtisadi və mənəvi bütövlüyü pozulub. Həmçinin, milli təhlükəsizliyin əsas prinsipləri olan şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi ciddi surətdə zədələnib. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzü nəticəsində on minlərlə insan həyatını itirmiş, yüz minlərlə adam öz yurdundan məhrum olaraq didərgin həyatı yaşamaqda və cəmiyyət hər an başlana biləcək müharibə və terror təhlükəsi qarşısındadır. Nəhayət, dövlət həmin ərazilərdə öz suveren hüquqlarını həyata keçirmək imkanlarından məhrum edilmişdir. Məhz bu baxımdan, Azərbaycanın xarici siyasət strategiyasında (hansı ki, milli təhlü¬kəsizliyin qorunmasına xidmət edir) bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas prioritet hesab edilir.

Azərbaycan xarici siyasətinin digər vacib vəzifəsi mürəkkəb və əlverişli geosiyasi məkanda yerləşən ölkəmizin təhlükəsizliyini effektiv xarici siyasət prioritetləri müəyyənləşdirmək və onları uğurla həyata keçirməkdir. Azərbaycanın geosiyasi gücünü artıran amillər ilk növbədə onun Avrasiya dəhlizində və dəniz sahilində yerləşməsi, zəngin təbii sərvətlərə malik olması və nəhayət, yüksək intellektə sahib olan əhaliyə, çoxəsrlik dövlətçilik ənənələrinə və mədəni irsə malik olmasıdır. Azərbaycanın geosiyasi mövqeyi və son yüzillərdə keçmiş olduğu tarixi yol ölkəmizin aydın xarici siyasət strategiyası həyata keçirməyi tələb edir.

Fikrimcə, ölkəmizin milli maraqları əsas götürülərək xarici siyasət strategiyamızın əsas istiqamətləri belə olmalıdır:

1. Azərbaycan birmənalı olaraq Avro-Atlantika məkanına inteqrasiya olun¬ma¬lı və perspektivdə bu məkanın əsas strukturlarına (NATO, Aİ) daxil olmağı strateji məqsədlərindən biri kimi nəzərdən keçirməlidir.

2. Azərbaycanın Avropa ailəsinin bərabərhüquqlu üzvü olması ilk növbədə ölkənin milli təhlükəsizliyi baxımından qiymətləndirilməlidir. Dost olmayan dövlətlərlə əhatə olunması və bu dövlətlərin ənənəvi regional siyasəti ölkəmizi Qərbin siyasi-iqtisadi, hərbi “çətiri” altına girməyi zəruri edir.

3. Türkiyə ilə strateji müttəfiqlik ən yüksək səviyyəyə çatdırılmalı və iki döv¬lət arasında hərbi – təhlükəsizlik ittifaqının yaranmasına nail olunmalıdır. Gürcüstanın da Türkiyə və Azərbaycan strateji müttəfiqliyinə qoşulması regionda məlum kənar güclərin təsirini xeyli azalda bilər. Onu da qeyd edək ki, təqdirəlayiq haldır ki, son illərdə bu istiqamətdə bir sıra mühüm addımlar atılmışdır.

4. Azərbaycan pozitiv balanslaşdırma siyasətinə uyğun olaraq Rusiya və İranla mehriban qonşuluq münasibətlərini saxlamalı və hər iki dövlətlə mədəni, iqtisadi əlaqələrin zəifləməsinə imkan verməməlidir. Ölkəmiz bu dövlətlərlə mü-nasibətlərini tərəflərin suveren hüquqlarına hörmət əsasında qurulması strategiyasına üstünlük verməlidir.

Azərbaycan milli təhlükəsizliyini xarici siyasət vasitələri ilə təmin edərkən həm də beynəlxalq təhlükəsizliyə öz töhfələrini verir. Bu sahədə beynəlxalq anti-terror koalisiyasında ölkəmizin aktiv iştirakını, beynəlxalq təşkilatlarla və ayrı-ayrı dövlətlərlə əməkdaşlığı misal göstərmək olar.

Azərbaycan milli təhlükəsizliyinin digər nəzəri əsaslarından biri iqtisadi təhlükəsizliyimizi təhdid edən amillərin qarşısının alınmasıdır. İqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin əsas faktoru olduğunu nəzərə alanda onun problemlərinin aradan qaldırılmasını dövlətin başlıca vəzifələrindən biri hesab etmək olar. Azərbaycanın iqtisadi təhlükəsizlik problemlərinin həlli yollarını belə görürük:

1. Ölkə iqtisadiyyatının əsas problemlərindən birinin korrupsiya və onun müxtəlif formalarının olması danılmaz faktdır. Korrupsiyanın aradan qaldırılması və ya onun əhəmiyyətsiz səviyyəyə çatdırılması üçün dövlətin kompleks tədbirlər həyata keçirməsinə ciddi ehtiyac var. İlk növbədə bu sosial bəlanı doğuran səbəblər ləğv edilməli və korrupsiya əleyhinə qəbul olunmuş qanunvericilik aktlarının effektiv icrası təmin edilməlidir. Bu məsələdə həmçinin vətəndaşlar da fəal olmalı və öz hüquqlarını, məsuliyyətlərini bilərək hərəkət etməlidir. Beləliklə, korrupsiyaya qarşı mübarizədə dövlətlə yanaşı, vətəndaş cəmiyyətinin mühüm rol oynadığı xüsusi qeyd olunmalıdır.

2. İqtisadiyyatın sahə quruluşunda olan böyük fərqlər də iqtisadi təhlükəsizliyimizin əsas problemlərindən biri hesab edilməlidir. Bu gün etiraf etmək lazımdır ki, ölkənin ixrac potensialının böyük hissəsini neft və neft məhsulları təşkil edir. Belə vəziyyətin davam etməsi yaxın 5–10 ildə ölkə iqtisadiyyatının “Holland sind¬romu” təhlükəsi ilə üzləşməsinə gətirib çıxarda bilər. Bu səbəbdən əldə olunan neft gəlirlərinin əsasən qeyri-neft sektorunun inkişafına yönəldilməsi dövlətin iqtisadi siyasətinin başlıca vəzifəsi hesab olunmalıdır.

3. Bazar iqtisadiyyatına keçən ölkəmizdə iqtisadi sistemin liberallaşdırılması sürətləndirilməlidir. Bunun üçün ilk növbədə dövlətin iqtisadi sferada müdaxiləçi rolu azaldılmalı, iqtisadi münasibətlər yalnız qanunlarla tənzimlənməli, qeyri-qanuni monopoliyalar aradan qaldırılmalı, milli sahibkarlığın sağlam əsaslarla formalaşması və mövqeyinin güclənməsi siyasətinə üstünlük verilməlidir. Nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatına keçmiş və yaxud keçməkdə olan dövlət-lərdə milli sahibkarlığa cəmiyyətin sosial-iqtisadi, həmçinin siyasi tarazlığını saxlayan qüvvə kimi baxırlar. Ölkəmizdə liberal, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın oturuşması üçün dövlətin vergi, investisiya siyasətlərində, maliyyə sis¬temində bürokratik əngəlləri aradan qaldıran islahatların həyata keçirilməsi zəruridir.

4. Nəhayət, Azərbaycanın iqtisadi təhlükəsizliyini təhdid edən amillərdən biri kimi xarici təsiri göstərmək olar. Azərbaycan xarici iqtisadi fəaliyyətində “açıq qapı” siyasətinə üstünlük versə də iqtisadi təhlükəsizliyi ilə bağlı bir sıra amilləri nəzərə almaq məcburiyyətindədir. Ölkəmiz hər hansı xarici aktorların (dövlət və ya qeyri dövlət olmasından asılı olmayaraq) iqtisadi və o cümlədən, siyasi müstəqilliyimizi məhdudlaşdıran addımlarını neytrallaşdırmaq üçün ilk növbədə sənaye potensialını rəqabətədavamlı səviyyəyə çatdırmalı, idxal-ixrac əməliyyatları və valyuta üzərində nəzarətini gücləndirməli, beynəlxalq korrupsiyanın ölkədaxili korrupsiya ilə birləşməsinin qarşısını almalıdır.

Azərbaycanın milli təhlükəsizliyinin nəzəri əsaslarını təşkil edən digər problemləri təhlil edərkən aşağıdakı nəticələrə gəlmək olar:

1. Keçid dövrünü yaşayan və çoxsaylı ciddi problemləri olan ölkəmizin milli ideologiyaya ehtiyacı olması şübhəsizdir. Bu ideologiya özündə milli, dini və universal dəyərləri birləşdirir.

2. Milli mənəvi mədəniyyətə əsaslanmadan və onu qorumadan güclü milli dövlətin yaranması və inkişafı mümkün deyil. Bu baxımdan Azərbaycan dövləti milli mənəvi mədəniyyətin qorunmasını strateji vəzifələrindən biri hesab edir.

3. Ekoloji təhlükəsizliyin təmin edilməsinə ilk növbədə milli genefondun qorunma vasitələrindən biri kimi baxmaq lazımdır. Ekoloji problemləri həll etmək üçün Azərbaycan dövlətinin çoxsaylı tədbirlər həyata keçirməsinə ciddi ehtiyac var.

4. Demoqrafik problemlərin yaranma səbəblərinin çeşidli olması dövlətin sosial-iqtisadi sferada geniş islahatlar həyata keçirməsini zəruri edir. Bu islahatların məqsədi əhalinin yaşayış səviyyəsini qaldırmaqla demoqrafik təhlükəsizliyi təmin etməkdir.

5. Azərbaycanın informasiya təhlükəsizliyi əsasən iki aspektə söykənir: ölkənin müasir dünya sivilizasiyasına qovuşmasını təmin etmək və informasiya sahəsində milli mənafeyi qorumaq. Son illərdə Azərbaycan dövləti informasiya təhlükəsizliyini təmin etmək istiqamətində bir sıra mühüm addımlar atsa da, bu sahədə görüləsi çox işlər var. Nəzərə alsaq ki, XXI əsr informasiya əsri hesab edilir, onda informasiya təhlükəsizliyinin ölkənin milli təhlükəsizliyinin başlıca as¬pekt¬lərindən biri kimi qəbul etmək olar.

Beləliklə, deyilənlərə yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycanın milli təhlükəsizlik baxımından ciddi problemlərinin olması ilə yanaşı ölkəmizin bu problemləri həll etmək imkanlarını da qiymətləndirmək lazımdır. Fikrimizcə, Azərbaycan milli təhlükəsizliyini sözün tam mənasında yalnız milli iradəyə əsaslanaraq yeridilən məqsədyönlü daxili və xarici siyasət strategiyalarını həyata keçirməklə təmin edə bilər.

siyasielmler

Milli Təhlükəsizlik orqanlarının tarixi inkişaf mərhələlərinin müqayisəli təhlili

Posted on Fevral 7, 2011 by siyasielmler

Azərbaycanın müstəqilliyinin möhkəmləndirən əsas amillərdən biri milli təhlükəsizlik sisteminin yaradılmasıdır. Milli Təhlükəsizlik isə cəmiyyətin həyat mənafelərinin mühafizə edilməsi, cəmiyyətin inkişafının təmin edilməsidir.

Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyyəti deyildi – ilk növbədə nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə – Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Dövlət müstəqilliyinin bərpa olunmasından sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nəaliyyətlər əldə olunmuşdur. Nazirliyin qarşısında həmçinin dövlət sirra təşkil edən məlumatların qorunması – korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop maddələrin və radioaktiv maddələrin, silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur. Bu mənada, Milli Təhlükəsizlik Nazirliyi dünyanın onlarla dövlətinin xüsusi xidmət orqanları ilə və çoxtərəfli formada əməkdaşlıq edərək, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və digər sahələr üzrə məlumat mübadiləsi aparır. Azərbaycan dövlətinin beynəlxalq antiterror koalisiyasında iştirakında Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti də xüsusi qeyd edilməlidir. Beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, humanitar örtük altında fəaliyyət göstərən, lakin əslində müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu kimi nəticələrə məhz Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşəkarlığı və gərgin sayəsində nail olunmuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasına, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, birtərəflik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

“Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respubliksaının qüvvədə olan qanununa əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyi-dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri aşağıdakılardır:
1.insan – onun hüquq və azadlıqları; 2.cəmiyyət-onun maddi və mənəvi dəyərləri; 3. dövlət-onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri aşağıdakılardır:

  1. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi;
  2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;
  3. Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;
  4. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;
  5. beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;
  6. insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyinin milli təhlükəsizliyinin təmin edilməsi üçün bütün vasitələrdən –dövlət siyasətindən, diplomatiyadan,təbliğatdan .hərbi strategiyadan ,kəşfiyyat və əkskəşfiyyadan istifadə edilir .

Regionşünas Muradov Xəyyam Ağamurad oğlu

Comments are closed, but trackbacks and pingbacks are open.