Min möhtəşəm günəş yukle
“Min möhtəşəm günəş” romanı müharibənin darmadagın etdiyi ölkənin portretidir,eyni zamanda ailə və dostluq haqqında çox təsirli bir kitabdır. Vaxtın amansızlıgı,sevginin ölümsüzlüyü haqqında ürəkyandıran hekayətdir.
“Min möhtəşəm günəş” yenidən səhnədə
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı noyabrın 27-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə yenidən teatrsevərlərin qarşısında çıxış edib.
Bu barədə Kult.az -a teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, anşlaqla keçən tamaşa zamanı zalın tam dolması, yenidən bəzi insanların bilet olmadığından salona daxil ola bilməməsinə səbəb olub. Tamaşa, izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluçşu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
2017.11.28 / 17:37
Digər xəbərlər
Güney Azərbaycanın tanınmış yazıçısı vəfat etdi
Bakı-Quba yolunda ağır qəza: ölənlər var – Foto
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
Məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın oldu
İnterpolun saxladığı Azər Kazım azad edildi
Yuduğu maşını sürdü, zəncirvari qəza törətdi
Ağdaş sakinlərindən odlu silahlar götürüldü
Rəqqasə Fatimənin köməkçisini maşın vurdu
Bakıda yaşayış binasında yanğın
Ürək nahiyəsindən bıçaqlandı, xəstəxanadan qaçdı.
GultajAmanova
Heç kim geriyə gedib yeni bir başlanğıc edə bilməz, amma bu gün yeni bir son edib yenidən başlaya bilər..
Min Möhtəşəm Günəş
Sevgi – böyük hissdir. Öz saatını, zamanını gözləyən böyük, sirli və dərin sığınacaq…
Xalid Hüseyninin 2007-ci ildə dünya miqyaslı bestseller olan «Min möhtəşəm günəş » məhz bu mövzuya aiddir.
“Min möhtəşəm günəş” romanı müharibənin darmadagın etdiyi ölkənin portretidir,eyni zamanda ailə və dostluq haqqında çox təsirli bir kitabdır. Vaxtın amansızlıgı,sevginin ölümsüzlüyü haqqında ürəkyandıran hekayətdir.
“Çərpələn Uçuran”la tanışlığımdan hardasa aradan bir il keçdikdən sonra, Min Möhtəşəm Günəşi oxudum. Bu qədər müddətdə əlimə dəfələrlə keçsədə ağlımda başka kitablar olduğundan başlaya bilmirdim. Ama çox oxumaq istədiyim kitablardandı. Uzun müddətdə təsirində qaldığım roman oldu, ama düşünürəmki bəlkə oxumasaydım? Çünki bu tip romanlar mənə təsir edir, çıxa bilmirəm aylarla təsirindən. Çünki həqiqətəndə bu olayları yaşayan qadınların hələdə var olduqlarını bilmək məni halımıza minlərlə şükr etməyə səbəb oldu, onlar üçündə dua etdim, Allah köməyləri olsun. Nəysə, Birdə Romandakı Rəşid ölməsəydi, mən romanın içinə girib öldürəcəkdim.
Kitabın ingiliscə adı: Khaled Hosseini – A Thousand Splendid Suns
Kitabın rusca adı: Халед Хоссейни – Тысяча сияющих солнц
Kitabın türkcə adı: Khaled Hosseini – Bin Muhteşem Güneş
Əsas qəhrəmanlar: Leyla, Məryəm, Cəlil, Rəşid, Nana, Əzizə, Tariq
Leyla: Kabildə doğulmuş, ailəsi arasındakı xarakterə baxmayaraq özünə güvənən və, öz fərqliliyinin fərqində olan xarakterdi.
Məryəm: Yasaq bir əlaqədən doğmuş, həyatı boyunca taleyinin ona kədərlə baxtığının fərqindədir.
Cəlil: Məryəmin onu qəbul etməyən və sonrasında peşmanlıq duyan atasıdı.
Rəşid: Leyla və Məryəmin əri
Tariq: Leylanın uşaqlığını keçirdiyi, aşık olduğu və ömrünün sonunda qovuştuğu sevgisi
Nana: Məryəmin anası
Əzizə: Leyla və Tariqin qızı
Romanın mərkəzində sarsılmış Əfqanıstanın sarsılmış iki qadınıdır. Məryəm – oduqca imkanlı biznesmenin qızıdır. O, hələ uşaq ikən bədbəxtçiliyin və yalnızlığın nə olduğunu başa düşmüşdü. Leyla isə əksinə, xoşbəxt və maraqlı gələcək arzusunda olan, ailənin sevimli qızıdır. Onlar ayrı-ayrı dünyaların insanlarıdır və aralarında ortaq heç nə yoxdur. Həyatlar heç kəsişməzdi də əgər müharibə olmasaydı. Məhz hadisələrin belə gedişatından sonra onlar qırılmaz bağlarla bir-birilərinə bağlandılar. Bəs yaxşı onlar kimdirlər? Düşmən, rəfiqə yoxsa bacı? Obyektiv reallıq isə odur ki, bir-birilərindən ayrı onların orta əsr despotizmi şəraitində sağ qalmaq şansları yoxdur. Onlar birlikdə bir çox iztirablardan keçəcəklər. Onlar birlikdə nə vaxtsa arzuladıqları xoşbəxt gələcəyi arzuylayacaqlar. «Min möhtəşəm günəş», qəlbləri kədərdən və sevincdən sarsıdan, olduqca güclü, dramatik və lirik əsərdir. Hara gedirsinizsə gedin, ölkəniz arxanızdan gələr. Artıq siz orada yaşamasanız da o içinizdə yaşar. Əfqanıstanın Khaled Hosseinidə yaşadığı kimi…
Özət :
Kitab başda iki xarakteri ayrı ayrı ələ almışdı. Məryəm: yasaq bir əlaqədən doğulmuş bir uşaqdı. 15yaşına qədər cəmiyyətdən uzaq bir yerdə, anası Nana ilə birliktə balaca bir daxmada böyümüşdür. Anasının atası Cəlil haqqında söylədiklərinə baxmayaraq o atasına inanmağı seçmiş və birgün onun yanına, evinə getmişdir. Atası onu evə qəbul etməmişdir. Nədə olsa şəhərin imkanlı təbəqəsindən, üç xanımı və doqquz uşağı olan etibarlı biridir. Və Məryəm onun həyatında maneədir. Evə getməyə məcbur olan Məryəm qayıdanda anasının meyidi ilə qarşılaşar, o intihar etmişdir. Atasının yanına məcburi olaraq köçər. Qısa bir vaxtda özündən xeyli böyük olan Rəşidlə evlənər. Və beləliklə Kabilə taşınar. İllər keçsədə o Rəşidə uşaq verə bilməz. Günlər ölkədə baş verən savaşla birliktə keçər gedər. Ta ki qonşu evdə patlama olana qədər.
Leyla Kabildə, müəllim bir atanın qızıdır. İki qardaşı illərdir savaşdadırlar. Anasının qardaşlarına bağlılığı onu atasına yaxınlaşdırmışdır. Qardaşlarının ölümləriylə anası daha çox özünə qapanmışdır. Azad düşüncəli bir ailədə böyümüşdür. Qonşuları olan Tariqlə birliktə keçirdikləri uşaqlıqları ilə yanaşı, gənclik illərində bir birlərinə aşiq olarlar. Savaş nəticəsində Tariq ölkədən getməyi planlar. Leylayıda yanında aparmaq istər ama Leyla qəbul etməz. Tariqin gedişindən bir ay kimi qısa vaxtdan sora onlar köçməyə qərar verərlər. Əşyaların daşındığı vaxtda evə düşən roketlə anasını və atasını itirər. Leylayı qurtaran isə Rəşid olmuşdur.
Leyla sağalması müddətindən sonra Rəşid evdə qalmasını yalnız evlənməsi müddətdə qəbul edəcəyini bildirir. Leyla qəbul edər. Və, Məryəmə kuma olaraq həyatına davam edər. Tariqlə əlaqəsi olduğunu təxmin edən Rəşid, onun öldüyünü Leylaya bildirər və Leyla Tariqin öldüyünü qəbul edər. Qızı Əzizənin doğumuyla Leyla birdən gözdən düşər. Bir neçə il sonra Rəşidin istədiyi olar və oğlu dünyaya gələr.Rəşiddən bezən qadınlar ölkədən qaçmağı planlayarlar ama Talibanın gətirdiyi rejimlə tutulub evə gətirilərlər. Bu işlərin daha da pisləşməsinə səbəb olar.
Rəşidin iflas etməsindən sonra Əzizəyə baxa bilməyəcək vəziyyətdə olan Leyla istəmədən də olsa qızını yetimxanaya verər. Ama hərgün yanına gedər. Birdəfə ordan qayıdarkən heç gözləmədiyi şey olar və Tariq evin qapısının qabağında gözləyəndə görər. Onu evə alıb danışdıqdan sonra, axşam yeməyində oğlu bunu atasına deyər və ardıyca qopan qiyamət nəticəsində Məryəm Rəşidi öldürər.
Bu da bir fürsət olar. Məryəm günahı boynuna alar. Və ölüm cəzasına tutular. Leyla Tariq ilə birliktə Pakistana gedər. Savaş bittikdən sonra Kabilə geri qayıdar.Leyla həyatına Tariq və uşaqlarıyla və əlbəttə qəlbinin ən dərinliklərində Məryəmlə davam edər.
Həqiqətən çox təsir ediciydi, mən bütün roman boyu Məryəmlə birliktə yaşamışam, onla yerimişəm ağlamışam, xəyal qurmuşam. Sadəcə birgün içində yemədən, içmədən oxuduğum kitablar siyahısına daxil oldu “Min Möhtəşəm Günəş”
Niftiyevin bloqu
Təqdimat: Sevgi – böyük hissdir. Öz saatını, zamanını gözləyən böyük, sirli və dərin sığınacaq. Xalid Hüseyninin 2007-ci ildə dünya miqyaslı bestseller olan «Min möhtəşəm günəş » məhz bu mövzuya aiddir.
Romanın mərkəzində sarsılmış Əfqanıstanın sarsılmış iki qadınıdır. Məryəm – oduqca imkanlı biznesmenin qızıdır. O, hələ uşaq ikən bədbəxtçiliyin və yalnızlığın nə olduğunu başa düşmüşdü. Leyla isə əksinə, xoşbəxt və maraqlı gələcək arzusunda olan, ailənin sevimli qızıdır. Onlar ayrı-ayrı dünyaların insanlarıdır və aralarında ortaq heç nə yoxdur. Həyatlar heç kəsişməzdi də əgər müharibə olmasaydı (elə burada «müharibə olmasaydı» şeirini xatırlayıram). Məhz hadisələrin belə gedişatından sonra onlar qırılmaz bağlarla bir-birilərinə bağlandılar. Bəs yaxşı onlar kimdirlər? Düşmən, rəfiqə yoxsa bacı? Obyektiv reallıq isə odur ki, bir-birilərindən ayrı onların orta əsr despotizmi şəraitində sağ qalmaq şansları yoxdur. Onlar birlikdə bir çox iztirablardan keçəcəklər. Onlar birlikdə nə vaxtsa arzuladıqları xoşbəxt gələcəyi arzuylayacaqlar. «Min möhtəşəm günəş», qəlbləri kədərdən və sevincdən sarsıdan, olduqca güclü, dramatik və lirik əsərdir.(livelib.ru)
Təəsüratlarım, fikirlərim və məsləhətlərim : Bu kitab haqqında yazmaq üçün monitor qarşısında oturanda uzun müddət fikirlərimi toplayıb nə yazacağıma qərar verə bilmədim. Xalid Hüseyni zorakılıq, işgəncə, ölüm, bir sözlə yaxınlığımızda olan müharibə və qəddarlıq haqqında o qədər gözəl yazır ki. Bəlkə də bir az sərt çıxa bilər, amma qoy deyim. Çoxlarımız bu haqsızlıqları, əclaflıqları görməməzlikdən gəlirik. «Mövzunu dəyişdiririk». Milyonlarla insanlar üçün müharibə yeganə anlayışa çevrilib. Onların başqa dünyaları, onsuz da yoxdur. Belə kitablar haqqında bir yox, onlarla yazı yazmaq olar. Odur ki, Xalid Hüseyninin kitabları bizə xəbərlərdə eşitdiyimiz, gördüyümüz epizodların həqiqi simasını göstərir.
Qadınlara münasibət: Bəziləri kitabı oxuduqdan sonra elə düşünəcəklər ki, «ay camaat, baxın, baxın, görün orta əsrlərdə olan zorakılıq və qadına olan təhqiramiz münasibət bu gün də «İslam»da var». Bu xüsusiylə qeyri-islam ölkələri üçün aiddir. İnsanlar bu hadisələrlə İslam dinin günahlandıracaqlar, halbuki bütün bu baş verənlərin zərrə qədər də islamla əlaqəsi olmadığını öyrənsələr utandıqlarından yerə girmək istəyərlər. Öz zavallı pul, vari-dat, mal-mülk və hökmranlıq etmək istəklərini gerçəkləştirmək istəyən «dindar» insanlar, sadəcə və sadəcə şərəfsiz insanlar toplusundan savayı başqa bir şey deyildir.
Emosional kitab: Çətin ki, müasir dünya ədəbiyyatında, elə müasir dünyamızın əzablarını göstərən kitabların sayı çox olsun. Oxucuya kifayət qədər emosiya yaşadmağı bacaran və düşündürən, qanını qaynadan kitabdır. Dostlar, Qurani-Kərimdə 17-ƏL-İSRA surəsində yazılanlarda biz bu günkü dünyanı görürük. O dünyanı ki, belə bir əsərin yaranmasına və on minlərlə insanın həyatına sonuna səbəb olub. Aşağıdakıları diqqətlə oxuyaq:
17:61. Meleklere: Âdem’e secde edin! demiştik. İblis’in dışında hepsi secde ettiler. İblis: “Ben, dedi, çamurdan yarattığın bir kimseye secde mi ederim!”
17:62. Dedi ki: “Şu benden üstün kıldığına da bir bak! Yemin ederim ki, eğer beni kıyamete kadar yaşatırsan, pek azı dışında, onun neslini kendime bağlayacağım!”
17:63. Allah buyurdu: Git! Onlardan kim sana uyarsa, iyi bilin ki hepinizin cezası cehennemdir. Tam bir ceza!
17:64. Onlardan gücünün yettiği kimseleri dâvetinle şaşırt; süvarilerinle, yayalarınla onları yaygaraya boğ; mallarına, evlâtlarına ortak ol, kendilerine vaadlerde bulun. Şeytan, insanlara, aldatmadan başka bir şey vâdetmez.
17:65. Şurası muhakkak ki, benim (ihlâslı) kullarım üzerinde senin hiçbir ağırlığın olmayacaktır. (Onları) koruyucu olarak Rabbin yeter.
Comments are closed, but trackbacks and pingbacks are open.