Press "Enter" to skip to content

Azərbaycan kinosu: Bilikləri az, dərin təcrübələri yox, təklif də verə bilmirlər. – Brifinq

Nərmin Muradova: Yəni deyirsiniz ki, film çəkməsin?

Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidirlər?

Bu, Milli Televiziya və Radio Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyində olan “Azərkosmos”, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov HD formatına keçidin təfərrüatlarını açıqlayıb.

İ.Səttarov bildirib ki, hazırda Azərbaycanda yerüstü yayım dövlət tərəfindən dəstəklənir və Azərbaycanın bütün əhalisi yerüstü yayım ilə əhatə olunur.

“Azərbaycan kanalları ölkə ərazisində yerüstü yayım ilə pulsuz yayımlanır, insanlar da sadə antena ilə bu kanallara baxa bilər, yəni bu, dövlət tərəfindən təmin olunur. Peyk yayımı vasitəsilə televiziyaların izlənməsi isə tamaşaçıların könüllu seçimidir. Yəni, hər kəsin yerüstü yayıma baxmaq imkanı peyk yayımında HD formatına keçiddən sonra da olacaqdır”, – deyə İ.Səttarov vurğulayıb.

O qeyd edib ki, ölkəmizdə ailə təsərrüfatlarının az faizində peyk tunerləri HD formatını dəstəkləməyə bilər.

“Bu faiz çox aşağı olacaq. Ancaq kimlərin ki, peyk tunerləri HD formatını dəstəkləməyəcək, onlar yenə də yerüstü yayımla təmin ediləcəklər və televiziya kanallarına yerüstü yayım vasitəsilə baxa biləcəklər. Yəni insanlar fikirləşməsinlər ki, HD formatına keçiddən sonra onlar televiziyasız qalacaqlar”, – deyə qeyd edib.

MTRŞ sədri vurğulayıb ki, yanvarın 28-də HD formatına keçiddən sonra əhali öz tunerlərini yenidən tənzimləməlidir. Bununla bağlı noyabr ayından əhali maarifləndirilir.

HD formatına keçidin səbəbinidən danışan İ.Səttarov vurğulayıb ki, hazırda Azərbaycanda peykdən HD formatında yayımlanan cəmi dörd televiziya kanalı var.

“Qalan kanallar peykdə ancaq SD formatında yayımlanırlar. Eyni zamanda, əhalimiz tərəfindən kifayət qədər izlənilən qonşu ölkələrin telekanallarının böyük əksəriyyəti artıq HD yayımı aparmaqdadılar. Həmin kanallar ilə müqayisədə bizim telekanallar təsvirin keyfiyyətində uduzur. Bu addım yerli televiziyaların xarici telekanalla rəqabət aparmağinda müəyyən dərəcədə kömək edəcək və ən əsası, Azərbaycan vətəndaşlarını daha keyfiyyətli təsvirlə təmin edəcək”, – deyə MTRŞ sədri vurğulayıb.

Milli.Az

Azərbaycan kinosu: “Bilikləri az, dərin təcrübələri yox, təklif də verə bilmirlər. ” – Brifinq

– Fikirlərimi mədəniyyət naziri Adil Kərimli ilə görüşdə də dedim. Forum heç bir problemi həll etməyəcək. Bu, sadəcə olaraq insanların bir araya toplanıb, öz problemlərini dilə gətirməsi üçün yaradılan şərait idi.

Amma forum göstərdi ki, kino sahəsində çalışan insanlar problemlərini heç dilə də gətirə bilmirlər. Ümumi bilikləri azdır, dərin təcrübələri yoxdur və üzləşdikləri problemlərin həlli ilə bağlı təkliflər verə bilmirlər, yaranan vəziyyətdən çıxış yolunu tapmağa belə səy göstərmirlər.

Təhsilim hüquqşünas olduğuna görə mən bu məsələyə həm də hüquqi tərəfdən yanaşıram. Forumda qanunvericiliklə bağlı ciddi təkliflər səslənmədi. Digər tərəfdən, bizdə mədəniyyətin idarəetməsi sahəsində olduqca ciddi problemlər mövcuddur. Bu da yaradıcı insanların idarəetmə ilə məşğul olmasından qaynaqlanır.

Prodüserlər Gildiyası olaraq düşünürük ki, nazirliklə intensiv əməkdaşlıq edək. Forumda vurğuladığım məsələlərdən biri də bu idi. Digər məsələ, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” ilə bağlı idi. Həmin proqramda hələ 2008-ci ildə nəzərdə tutulmuş qanunvericilik islahatları həyata keçirilmədi.

2009-cu ildə, görəndə ki qanunvericilik sahəsində bir fəaliyyət yoxdur, kino haqqında qanun layihəsini hazırladım və hamıya göndərdim. O cümlədən Mədəniyyət Nazirliyinə təqdim etdim. Sonradan, 2014-cü ildə bu layihə hamı ilə razılaşdırılmış bir variantda (halbuki mən özüm onunla razı deyiləm) Milli Məclisə təqdim olundu, amma nə ictimai müzakirəyə çıxarıldı, nə də qəbul olundu.

Nərmin Muradova: Gəlin, dəqiqləşdirək, yekun qanunun müəllifi sizsiniz, deyilmi? Bəs niyə qanun qəbul olunmur? Problem nədədir?

– Qanunun bir çox müddəalarını mən yazmışdım, amma o vaxt nazirlikdə bir çox maddələr çıxarıldı, müəyyən maddələr isə ümumi yazıldı. İstənilən halda, bir konseptual layihə kimi yaxşıdır, ümumi müzakirəyə çıxarmaqla onu müasir tələblərə cavab verən hala gətirmək mümkündür.

Forum çərçivəsində Qənirə xanımla (parlamentin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayeva – red.) görüşdüm və sizin mənə verdiyiniz sualı ona ünvanladım. Dedi, qanun məni qane etmədiyinə görə onu yenidən işlənməsi üçün Mədəniyyət Nazirliyinə göndərdim.

“Kino Fondunun yaradılması qanunla tənzimlənmir”

Nərmin Muradova: Hansı bəndləri bəyənmədiyini izah etdimi?

– Yox. Qənirə xanıma da dedim ki, qanunun müəllifi mənəm. Ordakı müddəalarla bağlı iradlara cavab verə, yaxud izahata ehtiyac varsa onu da açıqlaya bilərəm. Bildirdim ki, gəlin, bununla bağlı dəyirmi masa keçirək, həmin qanun layihəsini müzakirəyə çıxaraq. Kino sahəsində sizi narahat edən problemlərin qanunda necə həll olduğunu qanunda olan müddəalar vasitəsilə mən izah edim.

Amma bunu etmədən kiməsə demək ki, sənin yazdığın qanun mükəmməl deyil, pisdir, bu mənə görə obyektiv yanaşma sayıla bilməz.

Hazırkı qanun 1998-ci ildə qəbul edilib. Diqqətlə baxsanız görəcəksiniz ki, ortada üç-dörd işlək maddə var, onlar da problemləri həll etmir. Həmin qanun qəbul edildikdə təsəvvür edin ki, SSRİ-nin dağılmasından səkkiz il ötmüşdü və mövcud kino istehsalını qanun çərçivəsinə salmaq istəyirdilər. Ona görə də SSRİ-dən bizə əmanət qalmış dövlət sifarişini qanuna salmışdılar. Daha sonra dövlət sifarişini nazirliyin kino şöbəsinin daxili əsasnaməsinə əlavə etdilər. Və beləliklə, faktiki bütün sistem dövlət sifarişi üzərində quruldu. Bu sistem özəl sektorla əməkdaşlıq etməyə, xarici və yerli kino istehsalçıları ilə birgə istehsala xidmət etmir.

Nərmin Muradova: Fikrin bəy, xatirimdədir ki, həmin kino qanunu xeyli müzakirə edilmişdi.

– Onu ilk dəfə öz təşəbbüsümlə, 2017-ci ildə gənc rejissorlarla müzakirəyə çıxardım. Və onda başa düşdüm, həmin rejissorların da hüquqi bilikləri kifayət qədər deyil ki, konstruktiv təkliflər versinlər.

Hamı Kino Fondundan və güzəştlərdən sual verdi və mən onlara izah etdim ki, Kino Fondunun yaradılması bu qanunla tənzimlənmir. Fondun yaradılması Prezidentin və yaxud digər mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Güzəştlər (vergi və gömrük) isə digər qanunvericilik aktları ilə tənzimlənir.

“Çəkilən filmlərin 20-30 faizi özünü doğrultmur”

– İnkişafımız üçün qanun mütləq olmalıdır.

– Təbii. Qanun şərtlərdən biridir. Bizdə özəl sektor da var, dövlətdən pul almadan filmlər çəkirlər. Qanunvericilik olmadığına görə özəl sektorun inkişafı da ləngiyir. Məsələn, özəl kino istehsalçısı çətinliklə kino üçün pul tapır. Qanunvericilikdə kino sahəsi ilə bağlı stimullaşdırma tədbirləri müəyyən olunarsa, bu sahəyə sərmayələr daha asan yolla cəlb oluna bilər.

Digər tərəfdən, sərmayələrin çıxarılması üçün prokat olmalıdır. Bizdə kinoteatrlar arasında müəyyən rəqabət olduğuna görə həmin filmin iki kinoteatrda eyni vaxtda nümayişinə nail ola bilmir. Kinoteatrlar arasındakı daxili mübahisələr kino sənayesinə ziyan vurur. Bu tənzimləməni qanunvericiliklə həll etmək olardı, o da buna imkan vermir.

Dövlət bir çox məsələlərə dolayı yaxud birbaşa stimullaşdırma edə bilər: məsələn, ekran vaxtına kvotaların təyin olunması, yayım dilinə dair tələblər (dublyajın stimulyasiyası) və s. İndi heç bir televiziya kanalına deyə bilməzsən ki, efirə milli film ver. Amma bizim yeni qanun layihəsində bu, nəzərə alınmışdı. Bu variant 1945-46-cı illərdə Fransada tətbiq edilib və bəhrəsini gördükdən sonra minimum həddə saxladılar (bu gün Fransada 43%, İtaliyada 21%, Misirdə 81% və s). MDB ölkələrinin bir çoxunda – Gürcüstanda, Ukraynada, Qazaxıstanda, Özbəkistanda milli ekran anlamı mövcuddur. Dövlət tərəfindən hər il minimal həcm müəyyən olunur və ona uyğun olaraq televiziyada, kinoteatrlarda yerli filmlər nümayiş olunur.

Bu, həm yerli filmlərin qeyd-şərtsiz nümayişinə şərait yaradır, həm də bu sahəyə investisiya qoyulmasını stimullaşdırır.

Kino sənayesi böyük bir dəyər zənciridir: ideyadan tutmuş filmin müxtəlif üsullarla yayımına, onun kadrlarının ayrı-ayrı kirayəsinə qədər hər bir mərhələ vəsait gətirəndir. Geniş anlamda kino biznesi yalnız kiminsə əsərinin ekranlaşdırılması ilə məhdudlaşmır. Bura hətta film muzeyləri, filmin çəkildiyi məkanlara ekskursiyalar və daha nələr, o cümlədən suvenirlərin istehsalı da daxildir.

İstanbula getsəniz bir çox film məkanlarının artıq turist məkanına çevrilməsinin şahidi olarıq. “Aşk Memnu” serialının çəkildiyi məkan Vehbi Koç Evi bu gün məşhur bir yerdir, bir çox turist oranı ziyarət edir.

Digər tərəfdən, mövcud qanunda festivallarla bağlı müddəalar çox ümumidir, filmlərin promoşnı ilə bağlı yalnız dövlət sifarişi ilə istehsal olunan filmlər hər hansı bir dəstək ala bilirlər. Özəl sektorun filmləri isə yox. Film sektorunun inkişafı üçün festivallarda iştirak etmək lazımdır, ölkəmizin tanıtımı üçün isə festivalların keçirilməsi stimullaşdırılmalıdır ki, bu öz növbəsində mədəni mübadiləyə səbəb olur.

Təkrarlamaq kimi çıxmasın, amma kino mühüm bir sənayedir və burda uğur qazanmaq üçün qanunvericilikdə aparılan islahatlar bütün istehsal və satış mərhələlərini əhatə etməlidir. Kinoya sərmayə qoyan şəxs əvvəl-axır o pulu çıxarmalıdır. Hazırkı kino qanunu bu gəlirin və ya faydanın əldə edilməsinə yönəlməyib, film layihələrinin uğuruna xidmət etmir. Özünüz də görürsünüz ki, bir çox filmlər uğursuz olur, istehsalçılar istədiyi, lazım olduğu qədər gəlir əldə edə bilmirlər, çəkilən filmlərin 20-30 faizi özünü doğrultmur.

Tapdıq Qurbanlı: Belə çıxır ki, Azərbaycanda ciddi ekran işinin olmamasına qanunvericilik bazasının zəifliyi mane olub?

– Hə və yox. Dövlət sifarişi ilə istehsal olunan filmlərə toxunaq. Dövlət həmin filmlərin bayaq dediyimiz kino sənaye zəncirində uğurlu olması üçün heç nə etmir. Daha doğrusu, bu, onun marağında deyil. O filmi çəkir və bununla da işini bitmiş hesab edir. Forumda da bu fikirlər səslənmişdi.

Dövlət deyir ki, mən filan mövzuda kino çəkməliyəm, hansısa yazıçının əsərini ekranlaşdırmalıyam. Bunun üçün 1 milyon pul xərcləyir – hər halda 2018-ci ilə qədər belə idi – amma o filmin özünü doğruldub-doğrultmaması ona maraqlı deyil. Film xətrinə film çəkilirdi.

Kommersiya filmlərinə gəlincə, bəzilərini heç film adlandırmaq olmaz, amma kommersiya uğuru olanları da var. Məsələn, Emil Quliyevin “Pərdə” silsiləsi. O filmlərə çox adam baxıb, amma inanın, çox az qismi onları kinoteatrda izləyib. Film böyük baxış sayına malik olsa da, kommersiya nöqteyi- nəzərindən uğursuz alınıb. Emillə bu barədə söhbət etmişəm və o bildirib ki, trilogiyanın heç bir filmindən kifayət qədər vəsait toplaya bilməyib.

Qanunvericilikdə mən dediyim yanaşma olsaydı istehsalçıya dövlət tərəfdən dəstək olunardı: daha yaxşı ssenarinin yazılması üçün ekspertlər toplaşardı, daha yaxşı aktyorlar cəlb oluna bilərdi, dövlətin dəstəyi ilə böyük reklam kampaniyaları aparıla, tərcümə olunaraq xarici bazarlara, festivallara çıxarıla bilərdi. Çünki bu film bizim mədəni məhsulumuzdur.

Tapdıq Qurbanlı: Bəs qanun “Xoxan”, “Stalinin başı” kimi filmlərin çəkilməsinə necə mane olacaq?

– Ümumiyyətlə, dünya təcrübəsində filmlərin çəkilməsi və yayımı ilə bağlı məhdudiyyət və senzura yoxdur. İstənilən film istehsal və nümayiş oluna bilər.

Bizdə də tənzimlənmə var, amma bu da natamamdır. Qanunvericiliyə görə, filmlər yayımdan öncə reyestrə alınmalıdırlar. Bu reyestr isə filmə yayım vəsiqəsinin verilməsini müəyyən edir ki, hansının əsasında filmin yayım şərtləri qeyd olunur. Filmin reyestrə salınması ona həm yaş kateqoriyasını müəyyən edilməsi ilə bağlıdır, həm də yayım vaxtı ilə.

Bizdə bu sistem müasir və şəffaf deyil, elə sistem qurulub ki, iki-üç nəfər filmə baxmaqla onu qiymətləndirir.

Bizdə “Stalinin başı” filminə 14+ verilmişdi, amma mən hesab edirəm ki, o film 16+ olmalıdır. Çünki orda elə fikirlər və elə səhnələr var ki, onların auditoriyası məhdudlaşdırılmalıdır. Şahidi olmuşam ki, o filmə kinoteatrda hətta 10 yaşlı uşaqlar da baxıb. Reyestr öhdəliyi yaradır həm filmin hüquq sahibinə, həm də yayımçıya. Bizdə bu gün kinoteatrda buna ciddi və müstəqil nəzarət mövcud deyil.

“Dövlət məmurlarımızın xoşuna gəlməyən Azərbaycan filmləri. “

Yeganə Oqtayqızı: Kino sahəsində inkişaf Türkiyə simasında daha çox nəzərimizə çatır. Özəl şirkətlərin filmlərə reklam formasında yatırım etməsi qonşu dövlətdə çox geniş yayılıb. Bu, bizdə real görünürmü?

– Türkiyədə əlavə dəyər və mənfəət vergisi ilə bağlı qanunvericilik islahatları aparılıb. Dövlət tərəfindən qurulan sistem ƏDV və mənfəət vergisinin müəyyən hissəsinin kinoya yönləndirilməsinə şərait yaradır. Məhz bunun hesabına bir çox istehsalçılar film sahəsinə yatırım etdilər.

Bir var 1 milyonu vergi formasında dövlətə keçirəsən, bir də var, onun 500 minini keçirib, yerdə qalan 500 minlə yeni yatırımlar edəsən, yeni iş yeri yaradasan və məhsul istehsal edəsən. Çox dövlətlər bu təcrübəni keçib və çox yaxşı nəticələr əldə ediblər. Təəssüf ki, bizdə bu sistem qurulmayıb, amma gələcəkdə qurulmasına dair biz Prodüser Gildiyası olaraq müvafiq dövlət qurumları ilə danışıqlar aparacağıq.

Qurban Yaquboğlu: Bir müsahibənizdə demisiniz ki, kino haqqında dövlət proqramı yerinə yetirilsəydi Azərbaycan regionda lider dövlət olardı. Doğurdanmı belə olardı?

– Həmin proqramın ilkin versiyasını mən yazmışdım, sonra ona bir çox əlavələr olundu. Fikrim var idi ki, industriya sıfırdan qurulsun: əvvəlcə təlimlərlə başlayaq, ssenaristlər formalaşdıraq, peşəkarlarla cavanların iştirakı əsasında davamlı kino istehsalına başlayaraq, arxasınca Nizami kinoteatrını təmir edək, sonra isə mütəmadi festivallar keçirək, daha sonra Fond yaradaq.

Mən kino yayım infrastrukturunun yenilənməsini istəyirdim, özəlləşdirmə ərzində kinoteatrların çoxu təyinatını dəyişdi. Azərbaycanda 900-a yaxın kino qurğusu var idi, yəni müəssisələrdə, zavodlarda kino zallar, proyektorlar mövcud idi ki, onların hamısı ləğv edildi. Biz düşünürdük ki, o sistem hər hansı bir formada bərpa olunsun, kino yayımı müəssisələri daha geniş arealı əhatə etsin, kino istehsalına xərclənən hər bir qəpik özünü daha tez doğrultsun.

Amma nazirlik hər şeyi tam tərsinə etdi: Nizami kinoteatrından başladılar, sonra Film Fondun yeni binasını tikdilər. Etiraz etmirəm, amma bizdə sənaye, istehsalat yoxdur və bu məsələlər sənayeyə uyğun olaraq ardıcıl həyata keçirilməzsə, effekt olmayacaq. Məsələ budur.

Kino proqramında “Avroimaj”a üzvlük məsələsi də qeyd olunmuşdu. Əgər o vaxt bunu etmiş olsaydıq bəli, Azərbaycan birinci yerdə olardı. Hələ də bu quruma üzv olmağa qorxurlar. Halbuki ora üzv olmaq iki saniyəlik işdir: dövlətin maliyyələşdirmə sistemi qurulmalıdır.

Nərmin Muradova: Problem yalnız vəsaitin verilməməsindədir?

– Dövlətin ayırdığı vəsait müəyyən məntiqlə və yalnız dövlət sifarişi ilə istehsal olunan filmlərə xərclənir. Çünki bununla bağlı senzura var. Dövlət istəyir ki, vəsait ayırdığı məhsula nəzarət etsin, dövlət siyasətinə zidd olan filmlər çəkilməsin. “Avroimaj”a üzv olmamağının səbəbi isə dövlət məmurlarımızın xoşuna gəlməyən Azərbaycan film layihəsinin “Avroimaj”dan dəstək alması qorxusu idi. Bu da ürəkaçan hal olmayacaqdı.

“Avroimaj”a üzvlük bizə böyük üstünlüklər vermiş olardı. Oradan dəstək alan film bir çox A kateqoriyalı festivalların proqramına düşmək imkanı verir. Gürcüstan da, Ermənistan da bu yolla getdi və hətta Azərbaycana qarşı filmlər istehsal edib festivallarda nümayiş də etdirirlər.

“Kinoteatrlar daha üstün hüquqa malikdir, çünki. “

Qurban Yaquboğlu: Fikrin bəy, forumla bağlı fikriniz tam əhatə olunmadı. Daha hansı qənaətləriniz var?

– Qanunvericilik islahatları mütləq şəkildə başlamalıdır. Mən təkcə kinematoqrafiya haqqında qanunun deyil, digər əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsini istəyirəm. Kinoteatrların sayının çox olması üçün xaricdən gətirilən avadanlıqların vergidən azad edilməsinə nail olmalıyıq.

Bir kinoteatrın qurulması üçün mövcud infrastruktur olduğu təqdirdə 600-700 min, sıfırdan inşası üçün 2-3 milyon gərəkli olur. Dediklərim yayım üçündür, amma kino istehsalında istifadə olunan avadanlıqlar da var. Kameralar, səsyazma, işıq avadanlıqları, post-prodakşn müasirləşdirilməlidir. Keyfiyyətli film çəkmək istəyiriksə, deməli, filmin texniki keyfiyyəti də yüksək olmalıdır.

Post- prodakşn üçün, qrafik dizayn üçün yaxşı kompüter avadanlıqları, proqram təminatları şərtdir. Müharibəyə qədər Hollivudda çəkilən bir çox filmlərin post-prodakşn işləri Ukraynada görülürdü. Deməli, Ukraynada böyük rəqəmsal industriya var. Bu industriyanı yaratmaq üçün birinci kompüter, ikinci proqram təminatı, üçüncü mütəxəssislər, dördüncü satış bazarı olmalıdır. Bizdə bunların heç biri yoxdur. Birinci mərhələdən başlayıb digər mərhələləri ardıcıl işə salmalıyıq.

Kinoteatr və televiziyalar isə filmlərə yatırım etməlidirlər. Avropa, Amerika bu sistem işləyir. Çünki onlar qazanırlar, bazarın nəbzini tuta bilirlər.

Nərmin Muradova: Forumda “Cinemaplus”un rəhbəri Zaur Darabzadə bildirdi ki, onlar da filmlərə müəyyən dərəcədə maliyyə yardımı etməyə hazırdırlar.

– Bizim kinoteatr menecerlərinin yanaşmaları, niyyətləri tam fərqlidir. Kinoteatr da filmlərə yatırım etməlidirlər deyəndə mən mədəni məhsulların yaradılması, yerli bazarın qorunması, daha fundamental, uzunmüddətli, köklü düşüncənin formalaşmasını əks edən kino layihələrinin ərsəyə gəlməsini və xarici prokatı nəzərdə tuturam.

Kinoteatrların yanaşması kiçik sərmayələrlə daxili bazarda böyük qazancın əldə edilməsidir, bu isə o qədər də ədalətli olmur. Tənzimləmə olmadığına görə kinoteatrlar daha üstün hüquqa malikdir, qiymətləri istədikləri kimi müəyyən edir, istehsalçını dar çərçivəyə salır. Ona görə film istehsalçıları ilə kinoteatr şəbəkələri arasında danışıqlar uğursuz alınır.

Digər tərəfdən isə kinoteatrlarda yayım standartlarının olmamasıdır. Nəticədə istənilən keyfiyyətdə filmlər yayımlana bilər. Bir tərəfdən bu, başa düşüləndir, çünki bazarımız balacadır. Amma kinoteatr daha ciddi investor kimi çıxış edərsə, xarici bazara çıxışı da düşünəcək və həmin bazara cavab verən filmlərin istehsalında maraqlı olacaq.

Film bir qayda olaraq yerli bazarda istehsal xərclərini qarşılayırsa, xarici bazarda əldə etdiyi satışlar filmi gəlirə çıxarır.

Azərbaycanda hər il kinoteatrda 300 film göstərilir, onun çox böyük hissəsi xarici filmlərin payına düşür. Çünki xaricdən film almaq burda film istehsal etməkdən qat-qat ucuz başa gəlir. Belə olan halda təbii ki, kinoteatrın istehsala marağı olmayacaq. Bu isə nəticədə yerli istehsalı zəiflədir, filmlərimizin rəqabətə davamlılığı aşağı düşür.

Dediyim kimi, il ərzində ölkədə 300 film göstərilir, dövlətin isə potensialı ən maksimal həddə beş film istehsal etməkdir. 2017-2018-ci illərdə Azərbaycanda kinoteatrlarda ildə 50 film nümayiş olunurdu. Deməli, bizdə qalan 45 filmi yerli özəl studiyalar istehsal etməlidir. Dövlət 45 filmi çəkmək üçün özəl sektora şərait yaratmalıdır. Bu il ehtimal var ki, 20 film çəkiləcək. Bu o deməkdir ki, kinoteatrda nümayiş olunacaq 30 yerli film əvəzinə xarici filmlər nümayiş olunacaq. Bu 30 filmin istehsalı bu gün heç kimi narahat etmir. Nəticədə ekrana ucuz “aşağı keyfiyyətdə” filmlər çıxır. Dövlət isə stimulyasiya mexanizmlərini müəyyən edərsə, bu 30 film fərqini yerli istehsal hesabına doldura bilər.

“Film Komissiyası çox yaxşı instrumentdir, amma bizdəki. “

Nərmin Muradova: İstehsalat olmadığına görə kadr problemimiz ildən-ilə daha da dərinləşir. İşçilərin kinostudiyadan uzaqlaşması, müxtəlif sahələrə üz tutmaları ürəkaçan mənzərə deyil. Sizcə, problemlərin həlli və kinomuzun ayaqüstə durması üçün bizə nə qədər vaxt lazım gələcək?

– Film sənayesində istehsalın müəyyən səviyyədə saxlanmasının bir neçə üsulu var, yerli stimulyasiya mexanizmləri vasitəsilə film istehsalının maliyyələşdirilməsi, birgə film istehsalı (ko-produksiya) və film komissiya. Mən 2017-ci ildə Britaniya səfirliyinə müraciət etdim və mənə film komissiyalarının təhlili ilə bağlı qrant ayırdılar. Qrant vasitəsilə xaricə getdim və üç dövlətin təcrübəsini öyrəndim. Qayıdandan sonra nazirliyə təkliflər verdim.

Film Komissiyası çox yaxşı instrumentdir. Dövlət kino çəkmirsə çəkməsin, amma bu insanların işləməsi, peşəkar inkişafı və sair üçün imkan yaratmalıdır. Bunu Film Komissiyası edir. Qısaca, xarici istehsalçı sənin ölkəndə film çəkir və bununla sənə investisiya edir. Bu prosesə sənin ölkənin mütəxəssisləri cəlb edilir, texnikadan yararlanırlar, Azərbaycanın mənzərəsi nümayiş etdirilir. Həmin investor əgər 1 milyon yatırım edirsə, məbləğin 250 minini ona qaytarmaqla, qalan faizi ölkənin xeyrinə qalır.

Çexiyada yüzlərlə, minlərlə prodakşn şirkətləri bundan faydalanır. Çexiyada hökumət “cash rebate” (xərclərin bir qisminin qaytarılması) sistemini elə qurub ki, orda hamı işləyir. Gürcüstan bunun hesabına ildə 10 film istehsal edir. Hamı işləyir, hamı qazanır. Bunun nəyi pisdir ki?

“Xaricdə isə prodüser, özəl şirkət dövlətlə iş görmək istəmir”

Nərmin Muradova: Axı Azərbaycanda iki ildən çoxdur ki, “Filming Azərbaycan” – Film Komissiyası fəaliyyət göstərir. Fəaliyyəti sizi qane edirmi?

– Onlar mənim yanaşmamın, dünya təcrübəsinin tam əksinə bir şey – monopoliya yaratdılar. Xaricdə Film Komissiyasında bir, yaxud iki nəfər oturur, o filmlərin çəkilməsinə icazə verir, dəstək olur, koordinasiya edir.

Mən eşitdiyim qədər bizdə yaradılan qurum bir-bir xarici istehsalçılarla əlaqə saxlayır və deyir ki, biz dövlətik, gəlin bizlə çəkilişlər edin, biz sizə zəmanət veririk. Xaricdə isə prodüser, özəl şirkət dövlətlə iş görmək istəmir. Onlar daha çevik pul qazanmaq, çevik qərar qəbul etmək istəyirlər. Mənim versiyamda işbirliyi yerli prodüser şirkətləri ilə olmalıdır.

Azərbaycan Prodüserlər Gildiyasında hazırda 24 prodüser şirkəti var, ilin sonuna kimi bu sayın 60-a çatacağına ümid edirəm. Hazırda yerli və xarici prodüser şirkətləri ilə danışıqlar gedir. İstəyirəm ki, ölkəyə gələn film istehsalı ilə bağlı sorğular həmin şirkətlərin vasitəsilə icra olunsun: biri reklam çəkər, digəri televiziya şousu, o birisi film. Beləcə prodüser şirkətləri və mütəxəssislər işsiz qalmayacaq.

“Gəlin kinomuzu inkişaf etdirək” demək çox rahatdır. Amma görün nə qədər problemlər var.

Təcrübəli prodüserlərimiz çoxdur, amma hamısının da dərdi var. Bəzisinin layihəsi var, maliyyə tapa bilmir. Bəzisinin texnikası var, amma istifadə edə bilmir. Bəzisinin texnikası, ssenarisi də var, əlavə vəsait axtarışındadır. Misal üçün, dostum Orxan Fikrətoğlunun maraqlı layihələri var, hətta türk dövlətlərinə də maraqlı ola bilər, amma vəsait tapılmır.

“Tamaşaçıya öncə kitab, sonra filmini təklif etmək lazımdır”

Nərmin Muradova: Orxan bəyin yazdıqları bazara uyğun gəlməyə bilər. Məlumdur ki, burda prodüserin öz marağı var.

– Orxan Fikrətoğlunun kitabları Türkiyədə satılır, amma Azərbaycanda alıcısı yoxdur. Üstəlik əsərlərini Türkiyədə ekranlaşdırmaq istəyən şirkətlər də var.

Nərmin Muradova: Türkiyə bazarı üçün bu məqbuldur. Bu əsərlərin alıcısı orda formalaşıb, bizdə isə yox.

– Mənə görə, ən yaxşı filmlər ədəbiyyata söykənir. Bu, həm yerli, həm də beynəlxalq bazarda belədir. Den Braunun əsərləri (“Da Vinçi şifrəsi” və s), Coan Roulinqin (“Harri Porter”) silsilə əsərləri çox populyar kitab idi, filmdən öncə onun kitablarını almaq üçün minlərlə oxucu növbəyə dururdu. Yaxud Ceymsin (“Bozun əlli çaları”) silsiləsi. Əsər filmdən öncə artıq məşhurlaşmışdı.

Düşünürəm ki, yerli bazarda da bu yanaşmadan yenidən istifadə etmək lazımdır. Tamaşaçıya öncə kitab, sonra həmin əsərin ekranlaşdırılmış variantını təklif etmək lazımdır. Sözsüz ki, yazar maraqlı bir əsər ortaya qoymalıdır. Bundan sonra onun reklam kampaniyası aparılmalıdır. Bu məsələyə dövlət də dəstək olmalıdır.

Amma orijinal ssenarilərin uğur qazanması risklidir. Bu məsələdə həm prodüser, həm də ssenaristin yalnış addımlar atacağını əvvəlcədən proqnozlaşdırmaq olar. Bu baxımdan mən öncə kitab, sonra ekranlaşdırmanın tərəfdarıyam.

Anarın, Rüstəm İbrahimbəyovun istənilən əsəri kitab halında çap olunub, bəziləri isə filmdən öncə teatr tamaşası kimi qoyulub. Kitab gələcək film layihəsinin ictimaiyyət tərəfindən necə qarşılanmasının ilk siqnallarını verir. Filmin uğurlu olub-olmayacağını əsərin reytinqi ilə təxmin etmək olur. İnsanlar əsəri oxuyandan sonra onun nə vaxt filmə çevriləcəyini səbirsizliklə gözləyirlər.

Orijinal ssenarilərdə ssenaristin yazdığı çiy, yetişməmiş halda rejissora təqdim edilir. Rejissor da onun kimi pul xətrinə, istehsal marağına görə filmi çəkir və nəticədə ortaya keyfiyyətsiz məhsul çıxır.

“”Azərbaycanfilm” film çəkməsin”

Qurban Yaquboğlu: “Azərbaycanfilm”in taleyi ilə bağlı sizin də fikirləriniz maraqlıdır. Bir qrup deyir ki, qurum ləğv olunsun, digər qrup isə mərkəz kimi saxlanılmasının tərəfdarıdır.

– Hazırda prodüserin kostyum, rekvizit, qrim avadanlıqlarını saxlamağa imkanı yoxdur. Çünki bu, kifayət qədər böyük vəsait tələb edir. “Azərbaycanfilm” isə bu imkanlara malikdir. Yerli və yaxud xarici prodüserlər bu mərkəzin bazasından istifadə edərək öz layihələrini həyata keçirə bilərlər.

“Azərbaycanfilm”də pavilyonlar, montaj, rəqəmsal, səsyazma studiyaları olmalıdır. “Azərbaycanfilm” xidmət mərkəzi olmalıdır, özü film istehsal etməsə belə onun bazasından istifadə edərək onlarla film ərsəyə gələ bilər.

Nərmin Muradova: Yəni deyirsiniz ki, film çəkməsin?

– Çəkməsin. Çünki senzura, istehsalla bağlı bir sıra problemlər ortaya çıxa bilər və bunlar prosesin uzanmasına gətirib çıxaracaq. Bu baxımdan “Azərbaycanfim”in istehsalçı yox, daha çox xidmət göstərən müəssisə kimi fəaliyyətinin tərəfdarıyam. Düşünürəm ki, “Azərbaycanfilm”in özünü saxlaması üçün illik büdcəsi 4-5 milyon manat olmalıdır. Çünki onun bazasında kifayət qədər peşəkar insanlar çalışır. Bu mərhələyə gəlib çatmaqdan ötrü biz ilk növbədə özəl şirkətlərin istehsal prosesini artırmalıyıq ki, onlar kinostudiyaya müraciət etsinlər.

Digər məsələ isə budur ki, “Azərbaycanfilm”in ərazisində 4-5 studiya var idi. Həmin studiyaların bu gün gördüyü işlər bu sektor üçün önəmlidir. “Salnamə” studiyasının işini bu gün bir çox prodüser görmək niyyətində və marağında deyil. Amma ölkədə baş verən hadisələrin xronikası çəkilməlidir ki, gələcəkdə hər hansı özəl şirkətə o tarixi kadrlar lazım olduqda onların müraciət edə biləcəyi ünvanı olsun.

Dövlətin ölkədə gedən bütün iqtisadi, mədəni proseslərin arxivləşdirilməsində müəyyən missiyası var. Hazırda bu sahəyə ayrılan məbləğ çox cuzidir. Bu səbəbdən dövlət studiyası bu işin öhdəsindən gəlməlidir. Amma bu film deyil, xronikadır.

Digər tərəfdən isə universiteti bitirən gənci heç kim ciddi filmlərə buraxmayacaq. Məzun isə özünü təsdiqləməlidir. Bu səbəbdən, “Debüt” studiyası yaradılmışdı və məzunlara dəstək göstərirdi, amma indi fəaliyyət göstərmir. “Debüt”ə dəstək yanaşması vacibdir ki, gənc məzunlara kömək olsun. Bizdə bununla bağlı dövlətin öhdəliyi var. Keçid mərhələsində “Debüt”ə dəstək yanaşması tədricən özəl sektora verilənədək dövlətdə saxlanıla bilər.

“Heç bir mədəniyyət sahəsi məmurundan da asılı vəziyyətə düşməməlidir”

Qurban Yaquboğlu: Sizcə, Azərbaycan Respublikası Kino Agentliyinə – ARKA-ya kim və necə rəhbər təyin olunmalıdır?

– Forumda bununla bağlı müəyyən fikirlər səsləndi. Bildirdilər ki, ARKA rəhbərliyi kinonu, mədəniyyəti sevən azərbaycanlı olmalıdır.

Azərbaycan Prodüserlər Gildiyasının sədr müavini Pərviz Məmmədov söylədi ki, ARKA -nın sədri yaradıcı insan deyil, kino meneceri olmalıdır. Yaradıcı şəxsin daxili ambisiyaları olur. Və bu onun verdiyi qərarlarda özünü göstərəcək.

Yaradıcı yanaşma olduqda ARKA dövlət sifarişi ilə ortaya çıxan bir quruma çevriləcək. Belə çıxır ki, biz mövcud vəziyyəti status-kvo olaraq saxlamış olacağıq.

ARKA icraçıdan daha çox tənzimləyicidir. ARKA-ya vəsait yönəldilməlidir – əgər bu səlahiyyəti olacaqsa – o da qrant əsasında şirkətlərə maliyyə ayıracaq, öhdəliyi icra edənə həvalə edəcək, özü isə koordinasiya edəcək və film istehsalçısından sadəcə hesabat tələb edəcək. ARKA-nın gələcək tənzimlənməsi bu cür həyata keçirilməlidir.

Qurban Yaquboğlu: ARKA-nın sədrliyinə sizin namizədiniz varmı?

– Biz çox rahat millətik. Ona görə kritik vəziyyətdə işləməyə, qərar verməyə öyrəşməmişik. Pandemiya dövründə restoran, kafelər işləmədi. Amma “McDonalds”a baxın. Mənə görə “McDonalds” ən yaxşı idarəetmə sistemidir. Orda yüz nəfəri dəyişsəniz belə şəbəkə yenə işləyəcək. Müharibə şəraitində də, pandemiya dövründə də. Çünki idarəetmə mükəmməldir. O hansısa insandan asılı deyil, tam bir sistemdir.

ARKA da sistem kimi qurulmalıdır, ayrı-ayrı insanlardan asılı olmamalıdır. Nəinki kino, heç bir mədəniyyət sahəsi məmurundan da asılı vəziyyətə düşməməlidir.

Fikrimcə, ARKA rəhbərliyinə bu sahədə təcrübəsi olan yerli mütəxəssis yoxdur. Çıxış yolunu isə peşəkar xarici mütəxəssisin gətirilməsində görürəm. Məndə beş-altı belə namizəd var. Hətta elə adamların adını çəkərəm ki, onu hamı istəyəcək.

– Qurban Yaquboğlu: Məsələn.

– Hələ 2004-cü ildə iştirak etdiyim “Avanti” proqramı çərçivəsində çox yaxşı münasibət qurduğum Martin Hageman. O, vaxtilə Berlin Festivalının təsisçilərindən biri, “Zerofilm”in rəhbərlərindən biridir. Onunla işbirliyi qurmaq gərəkdiyini bir neçə il öncə səlahiyyətli qurumlara bildirmişdim.

Ermənilər ona pulsuz ev verdilər və şərait yaratdılar. Bizimkilər isə onu ciddiyə almadılar. Onun kimi onlarla insan var ki, Azərbaycan kinosu üçün vacib fiqurlara çevrilə bilər, ölkə mədəniyyətinə fayda verə bilər.

Prodüser tarixdə iz qoymaq istəyir, ona imkan yaratmaq lazımdır. O vaxtlar Hagemanı gətirsəydik, burda Berlin Festivalının analoqunu yarada bilərdi, o festivalın daxilindəki Orta və Uzaq Şərqi Asiya ölkələrinin filmləri üçün satış bazarını təşkil edə, böyük və köklü sistem qura bilərdi.

“Nə addım atdılarsa hamısı monopoliya yaratdı”

Nərmin Muradova: Azərbaycanda bu sistemi quracaq adam görmürsünüz?

– Bir tərəfdən baxanda qurublar. (Gülür). “Filming Azərbaycan” inhisarçılıqla məşğuldur, studiyalar bağlandı, yəni nə addım atdılarsa hamısı monopoliya yaratdı.

Nərmin Muradova: Fikrin bəy, siz Gildiyaya yenicə sədr seçildiniz. Təəssüf ki, bu vaxta kimi Gildiya tərəfindən tutarlı addımlar atılmayıb. Siz nə edəcəksiniz? Nə ilə yadda qalmağı düşünürsünüz?

– Hazırda Beynəlxalq Prodüserlər Assosiasiyası Federesiyası (FIAPF-red.) ilə əlaqələrin yaradılması istiqamətində işlər görürük. Danışıqlara başlamışıq, gündəmdə duran məsələ həmin assosiasiyaya üzv olmaqdır.

Onlar festivalların keçirilməsinə dəstək verir. Məqsədim Azərbaycanda keçirilən festivalların beynəlxalq aləmdə də yetərincə tanınmasına nail olmaqdır. O zaman bura xaricdən prodüserlər, mütəxəssislər gələcək, ünsiyyət yaranacaq, kino sənayesi dirçələcək.

Azərbaycanda sanballı festival “BakuShort”dur (Bakı Beynəlxalq Qısa Filmlər Festivalı-red.) Həmin festivalın rəhbəri Fehruz Şamıyev gildiyanın üzvüdür. Bu ildən etibarən Gildiya festivalın rəsmi tərəfdaşı kimi çıxış edəcək. Festivalın beynəlxalq əlaqələrini daha da gücləndirmək üçün FIAPF-la əlaqələrin qurulmasına nail olmuşuq, ümidvaram ki, bu əməkdaşlıq tezliklə öz bəhrəsini verəcək.

Yuxarıda qeyd etdiyim kino istehsalının minimal həcmi barədə planları Mədəniyyət Nazirliyi və ölkə başçısına açıqlamağı düşünürəm. İstəyim odur ki, prodüserlər işsiz qalmasın. Onlar işi elə qursunlar ki, bu sahədə davamlı fəaliyyət olsun.

İstehsal həcmi artdıqca güclü daxili bazar olacaq. Daxili bazar artdıqca istehsalçı xarici bazarda satış haqda düşünməyə başlayacaq. Xarici bazara yol tapandan sonra biz ənənəvi kinoteatrdan savayı, digər platformalara çıxışın yollarını axtaracağıq. Dünyanın məşhur onlayn platformalarına məhsul çıxara bilsək, xarici şirkətlərin marağını daha tez cəlb edə bilərik.

Üstəlik birgə istehsal burda şərtdir. Bir çox ölkələrdən bizə müraciət edirlər, amma bizdə vergilər, gömrük, qanunvericilik işbirliyinin reallaşması üçün lazimi şərait yaratmır. Düşünürəm ki, 50/50-yə maliyyə ayırmaqla çoxlu şirkətləri müştərək istehsala cəlb edə bilərik. Filmlərin sayı çoxaldıqca müştərək istehsal üçün yerli kadrlar da yetərincə təcrübə qazanacaq.

FIAPF-la danışıqlarımız bir çox istiqamət üzrə davam edir. Onlar bildirdilər ki, gəlin bu ay “Kann”da görüşək. Həmin səfərimizi kimsə maliyyələşdirməlidir. Dövlət qurumları belə səfərlərin maliyyələşməsində maraqlı olmalıdır. Çünki səfərin nəticəsi olaraq mən Azərbaycana film istehsalçıları, prodüserləri dəvət edəcəm, onlar bura gəlib yeni işbirliklərinin əsasını qoya bilərlər.

Bir neçə vacib bildiyim məqamları da demək istəyirəm, minimal istehsal həcmini “Mədəniyyət” kanalı vasitəsilə də təmin etmək olar. Belə ki, “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyinin tərkib hissəsi olarsa, bir çox işlərə sifariş vermiş olacaq, misal üçün tele-tamaşalar, sənədli filmlər və sair. Nəticə etibarı ilə bu, istehsal deməkdir. Ondan başqa bizim yetərincə istedadlı yazıçılarımız, rejissorlarımız, operator və rəssamlarımız, aktyor, aktrisalarımız var ki, onlar barədə televiziya filmləri çəkilməlidir. Bunlar indi çəkilməsə, inanın, bir neçə ildən sonra o insanların görüntülərini tapa bilməyəcəyik.

Bizdə dublyaj sahəsində çox ciddi problemlər mövcuddur. Dilimizi qorumalıyıq. Azərbaycan dilindəki subtirtlərin orijinal dildən deyil, türk və rusdan tərcümə olunması yetərincə problemlər ortaya çıxarır. Bizdə yüksək səviyyədə dublyaj studiyası qurulmalıdır. Dilimiz qorunmalı, inkişaf etdirilməli, mədəni məhsullar məhz bizim dilimiz vasitəsilə insanlara çatdırılmalıdır.

Məncə, biz xarici filmlər üçün bu qədər açıq olmamalıyıq, burda müəyyən meyarlar tətbiq olunmalıdır. Digər tərəfdən mənəvi dəyərlərimiz də sıfırlanır, ölkədə xarici filmlər rus, ingilis, türk subtitrləri ilə tam fərqli dəyərləri sərgiləyir. Burada ciddi tənzimləmə olmalıdır.

Avropa Birliyinə (AB) üzv dövlətlərdə kino sahəsində vahid tənzimləmə var, AB-nın üzv dövlətində istehsal olunan film AB cəmiyyətləri alır və sərbəst olaraq prokata daxil olur. Bazar payının artırılması məqsədilə birgə istehsal stimullaşdırılır.

Birgə istehsal hər bir ölkənin daxilində olan müəyyən qadağaları aradan qaldırır və film daha böyük auditoriyaya çatır, gəlirliyini artırır.

Mənim təklifim budur ki, türkdilli dövlətlər arasında layihələr reallaşdıraq. Bunun üçün türkdilli dövlətlərin vahid mədəni məkanı yaradılmalıdır. Bu imkan verəcək ki, istənilən mədəniyyət sahəsinin məhsulunu, filmlərini eyni vaxtda bir neçə ölkədə nümayiş etdirək. Elə bir sistem qurmalıyıq ki, aktiv mədəni mübadilə olsun. Mədəni məhsullarımizın daha böyük auditoriyaya çıxışı mümkünə çevrilsin.

TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari

1.4 Televiziya obrazları televiziya təhlilinin əsas obyekti kimi.

1.6 Televiziya yayımı işində gerçək şouların yeri və onların

Televiziyanın bədii və yaradıcı istiqamətləri təhlil

metodologiyasının əsas istiqaməti kimi

2.1 Ekran yaradıcılığı və ifadə vasitələri

2.2 Kadrın plastik ifadəliliyi televiziyanın bədii ifadə vasitələrinin

təhlil metodologiyasında başlıca istiqamət kimi

2.3 Televiziyanın bədii ifadə vasitələrinin təhlil metodologiyası:

2.4 Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları

2.5 Televiziya aparıcısının sənətkarlıq göstəricilərinin təhlil

2.6 Televiziya verilişlərinin yaradıcı meyarları

Televiziyanın ictimai funksiyaları televiziya təhlilinin başlıca

istiqaməti kimi

3.1 İnformasiya proqramlarının xüsusiyyəti

3.2 Azərbaycan televiziyalarında informasiya proqramlarına

3.3 Azərbaycan teleməkanında xəbər proqramları

3.5 İnteqrativ funksiya

3.6 Tədris funksiyasının televiziyada yeri və əhəmiyyəti

3.7 Televiziya rekreativ işin təşkilatçısı kimi

Televiziya təhlilinin sosioloji-kulturoloji əsasları

4.1 Televiziyanın sosial funksiyalarının ictimai şüura

4.2 İnformasiyanın cəmiyyətdə yeri.

4.3 Azərbaycan televiziyasında infoteynment

4.5 Televiziyanın yeni nəslə təsir imkanlarının təhlili

4.6 Teleyayımda manipulyasiya və onun təsir mexanizmləri

4.7 Manipulyasiya texnologiyalarının televiziya yayımında

yeri və onun ictimai şüura təsiri

4.8 Rekreativ fəaliyyətin nəzəri əsasları

4.9 Rekreativ əhəmiyyət daşıyan yayımın

4.10 Televiziya reytinqlərinin hesablanması təhlil

metodologiyasının bir vasitəsi kimi.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Televiziya nəzəriyyəsi, onun struktur­məzmun modeli bu küt­

ləvi informasiya vasitəsinin üzə çıxması ilə sənətşünaslığın,

ek ranşünaslığın araşdırma hədəfinə çevrilmişdir. Bu nəzəri

ax tarışların modelləşməsinin müəyyən struktur üzərində qu­

rul maması ziddiyyətlərə, nəzəri sapmalara səbəb olurdu. Yalnız

va hid müəyyən olunmuş metodologiyanın ortaya çıxması sis­

temləşdirməyə xidmət edə bilərdi. Elmi işdə biz gəldiyimiz qə­

naətləri, çoxillik araşdırmanı və dünya elmində gedən prosesləri,

söylənilən nəzəri problemləri əsas götürərək telenəzəriyyənin

mo delini, təhlilin metodoloji əsaslarını yaratmağa çalışmışıq.

Te leviziya nəzəriyyəsinin obyekti və predmeti dəqiq müəyyən

olun maqla nəzəri araşdırmanın əsasında durmalıdır. Televizi­

ya nəzəriyyəsinin obyekti televiziyadır. Onun substansional,

ins titusional, struktur­funksional, qneseoloji­məzmunlu, də yər­

li­məzmunlu və morfoloji xüsusiyyətlərini birləşdirərək nə zə ri

araş dırmamızın predmeti kimi götürürük. Məsələyə bu cür yanaş­

manın əsasında televiziyanın hansısa keyfiyyətinin nəzərdən qaç­

maması, bir­birini tamamlayan, doğuran cəhətlərin tədqiqatdan

kənarda qalmaması durur. Televiziya canlı orqanizmdir, onun

tərkib hissələrini ayrıca, kənarda öyrənmək, hansısa başqa elmin

kontekstində izah tapmaq nəticəsiz işə çevrilə bilər. Televiziya bü­

töv şəkildə bir neçə elmi­nəzəri yanaşmanın metodoloji əsasları ilə

təhlil olunmalıdır və incəsənətin növü kimi bu, sənətşünaslığın,

onun bir istiqaməti olan televiziyaşünaslığın əsas elmi vəzifəsidir.

Televiziya nəzəriyyəsinin predmetini televiziyaya aid olan onun,

metodologiyası daxilində ümumi mövcud xüsusiyyətlər və

münasibətlər kateqoriyası təşkil edir. Predmetini tipik cəhətlər

­ onun durumu, inkişaf tendensiyası, insan və cəmiyyətlə

münasibətlər, xüsusi cəhətlər, yaradıcı axtarışlar təşkil edir. Bu

cəhətlər onun qanunları ilə sıx əlaqədə olmaqla elmin kateqorial

aparatına daxil olaraq anlayış, problem, konsepsiya, terminologiya

anlayışlarını ehtiva etməlidir. Təklif etdiyimiz model məzmunlu

şəkildə biliklərin mümkün tərəflərini əhatə etməli, obyektin

çoxcəhətliliyini əks etdirməlidir. Doğrudur, elmi axtarışların, elmi

məntiqin bütün suallarına cavab vermək, xüsusən də dinamik,

dəyişkən təbiətli televiziya və onun nəzəriyyəsi üçün mümkün­

süzdür. Bizim məqsədimiz televiziyaşünaslığın necə strukturlaş­

masını müəyyən etməkdir. Metodoloji və fərdi araşdırmamızda

əldə olunan qənaətlər yeni elmi araşdırmalara yol açacaqdır.

Digər tərəfdən televiziya nəzəriyyəsini əsas götürərək, digər

elmlərin nəzəri dərinliklərinə baş vurmayaraq, onların əsas el­

mi nəticələrinin bazasında araşdırma aparacağıq. Televiziya nə­

zəriyyəsinin təhlil metodologiyası digər sosial­humanitar elm lərin

metodologiyasına yaxındır. Ancaq onu fərqləndirən cə hət lərdən

bi ri onun araşdırılmasının daha geniş metodlar diapazonunda,

fənd, texniki vasitələrlə araşdırılması müstəvisində qurulması­

dır. Eyni zamanda, televiziya nəzəriyyəsi ayrıca, ümu mi elmi

mü hitdən kənarda mövcud ola bilməz. Elmi araşdırmaların yeni

nəticələri, cəmiyyətdə gedən proseslər, gerçəyi əks etdirən cəhətlər

bu nəzəriyyənin ümumi mənzərəsini təşkil etməli, onun təhlilində

iştirak etməlidir. Televiziya nəzəriyyəsini modelləşdirmək cəh­

dimizdə hərəkət edən elmin magistral isti qam ətlərindən yayınma­

dan, doqmalara söykənmədən dinamik ger çək liyin qavranılması­

nı əsas götürmüşük.

Təklif olunan modelin başlıca cəhəti kimi onun bütün tərkib

hissələrinin televiziya nəzəriyyəsinin predmetli­tematik məz mu­

nuna adekvatlığı, bu münasibətdə homogenliyi qeyd olunmalı­

dır. Televiziya nəzəriyyəsində digər elmlər nə qədər fəal iştirak

etsələr də, bu birbaşa sənətşünaslığın tərkib hissəsidir, elə bu

səbəbdən onu digər elmlərin yolu ilə izah etmək cəhdi qarışıqlıq

yarada bilər. Elmi araşdırmamızda təklif olunan metodologiya

məhz sənətşünaslığın prinsiplərinə söykənir. Televiziyaşünas­

lıq həm ictimai, həm də humanitar elmdir. Televiziya mətbuat

kimi sosial hadisə olaraq möv cuddur, eyni zamanda, mənəvi

tərəqqi işində yaradıcı­istehsal fəaliyyəti ilə bilgilərin, dəyərlərin

müəyyənləşməsi, görüşlərin biçimlənməsi işində insanın yardım­

çısı olur. Sosial və humanitar biliklərin əsasında görüşlər, metodi­

ka və təfəkkür sistemi yaranır. Onun predmetinə bütün elmlərdə

olduğu kimi ontologiyası (tədqiq olunan obyektin mahiyyəti, onun

yaranma qanunauyğun luqları, funksionallığı və inkişafı, tendensi­

yalar və proseslər, mövcudluq formaları) və qneseologiyası (ideya

və konsepsiya, onun öyrənilmə metodu və problemi, kateqoriya­

ları, terminoloji aparatı) kimi elementlər daxildir. Özünün pred­

met sahələri olan müxtəlifyönümlü nəzəriyyələrlə qarşılıqlı əlaqə

televiziyaşünaslığın mövcudluğunu, funksiyasını və inkişafını

göstərən ümumi kateqoriya izah aparatının yaranmasına imkan

Televiziya elminin predmeti və metodologiyasının müəyyən

edilməsi sənətşünaslığın başlıca elmi­nəzəri məsələsi kimi qarşıda

Televiziyanın ictimai­sosial mahiyyəti və əsas istiqamətləri

onun bir elm kimi öyrənilməsi işini qaçılmaz etdi. Aydındır ki,

nəzəriyyənin inkişafı televiziyanın yaradıcı qanunauyğunluqları­

nı analiz etməklə əldə olunan nəticələrin araşdırılması hesabına

mükəmməl bazanın yaradılması mümkün ola bilər. Eyni zaman­

da, televiziyanın özünün inkişafı müəyyən qanunauyğunluqlar­

la həyata keçirilməklə fundamental elmi araşdırmalara, gəlinmiş

elmi nəticələrə söykənməlidir.

Jurnalistika, sosiologiya, sosial psixologiya və sənətşünaslıq elmi­

nin nəzəriyyəçiləri televiziya nəzəriyyəsinin sərhədlərini, qanunla­

rını müəyyən ediblər. Burada yayımın uzunmüddətli öyrənilməsi

və sorğu­analizlər hesabına əldə olunan əsas elmi nəticələr baş­

lıca rol oynamaqdadır. Əsas meyar kimi televiziyanın fəaliyyəti

və onun cəmiyyətdə yerinin müəyyən olunması elmi yanaşmanı

hərəkətli, əhatəli, dəqiq nümunələr üzərində qurmağa imkan ve­

rir. Televiziya nəzəriyyəsi bu fəaliyyətin əhatəli öyrənilməsinə im­

kan verən ideyalar, biliklər sistemi formalaşdırmışdır.

Televiziya nəzəriyyəsinin empirik səviyyəsi materialların toplan­

ması, təcrübənin öyrənilməsi əsasında qurulmaqla təşkil olunur.

Nəzəriyyə səviyyəsi isə empirik göstəricilər əsasında televiziyanın

mahiyyəti, inkişaf meyilləri və qanunauyğunluqları əsasında təyin

olunur. Elmin dünyagörüşü və metodoloji səviyyəsi televiziyanın

sosial münasibətlərdə yerini təyin etməyə imkan verir, həmçinin

onun təsvir imkanlarını ölçməyə şərait yaradan sistemin formalaş­

masını asanlaşdırır. Eyni zamanda, televiziyanın fəlsəfi­kulturoloji

mahiyyətini açmağa, ümumi mədəniyyət sistemində yerini təyin

etməyə imkan verir. Televiziya nəzəriyyəsi elmi biliklər siste­

mi olmaqla mövcud materiallar əsasında gəlinmiş nəticə, nəzəri

ümumiləşdirmə, televiziyanın sosial və mədəni həyata təsirini

müəyyən edən qanunauyğunluqlardan ibarətdir.

Bu sahədə aparılan elmi araşdırmaları ümumiləşdirərək aşağı­

dakı elmi biliklərin televiziya nəzəriyyəsinə daxil olmasını vacib

­ Televiziyanın prinsip və funksiyaları;

­ Televiziya yayımının məzmun həlli, janr cəhətləri;

­ Televiziya yayımının bədii, ictimai, mədəni istiqamətləri;

­ Televiziyanın ictimai şüura, insanların davranışına, tərbiyəsinə

­ Televiziyanın digər sənət növləri, mədəniyyət hadisələri ilə

­ Yayımın keyfiyyətinin nəzarətdə saxlanılması, artırılması;

­ Auditoriya ilə əlaqənin əsas cəhətlərinin müəyyən olunması.

Bildiyimiz kimi, elm biliklər toplamaq fəaliyyətidir, faktların və

ideyaların yaranması, təsvir edilməsi, sistemləşdirilməsi, ümu ­

miləşdirilməsidir. Nəzəriyyə isə öz­özlüyündə bilikdir, lakin adi

biliklərdən daha yuxarıda, obyekti bütöv halda göstərməyə ça­

lışan, onun tərəfləri və digər obyektlərlə mövcud əlaqələrini mü­

əy yənləşdirən bilikdir. Elmi fəaliyyət məhz müəyyən biliklər

sis teminə yiyələndikdən sonra elmi araşdırmada yeni addımlar

at malı, gedən prosesin izahını verməklə, metodologiyasını ya­

ratmaqla yeni istiqamətləri müəyyən etməlidir. Bu mənada elmi

işimiz aparılan nəzəri tədqiqatların, praktik müşahidələrin, dün­

ya təcrübəsinin öyrənilməsi, müqayisəli təhlili əsasında yeni me­

todologiyanı təklif edir. Bu, metodologiyanın çoxtərəfli, televizi­

yanın təbiətindən irəli gələn sahələrinin elementlərini özündə əks

etdirməlidir. Tədqiqatımızda buna nail olmağa çalışmışıq.

Televiziya elminin vəzifə və metodlarına nəzər yetirək. Bu mə­

nada televiziyanın keçdiyi tarixi inkişaf yolu, onun mərhələləri,

keçmiş hadisələrin analizi, nəzəriyyəsi ­ bu günədək söylənən elmi

rəylər, konsepsiyalar, nəzəriyyələr və tənqidi ­ mövcud praktika­

nın operativ analizi, qiymətləndirilməsi olduqca vacibdir. Bütün

elmlər kimi televiziyaşünaslıqda da gerçək materialın sonadək

öyrənilməsi, qanunauyğunluqlar, prinsiplər, predmetli təcəssümü

mühüm yer tutur. Ona görə də televiziya nəzəriyyəsini ümumi

nəzəriyyəyə, xüsusi nəzəriyyəyə və empirik müşahidəyə bölmək

olar. Ümumi nəzəriyyə özündə baza doktrinasını, anlayış­kateqo­

riya aparatını birləşdirir. Anlayış­kateqoriya aparatı xüsusi nəzəri

və empirik tədqiqatlarda iştirak edir. Məhz bu, nəzəri­metodoloji

bazanı yaratmağa imkan verir. Xüsusi nəzəriyyə isə tədqiqat

sahəsinin aid olduğu elmə yaxın və onun mövcudluğunda iştirak

edən elmi biliklər, sahələr əsasında qurulur. Bu subelmlər sosial­

humanitar elm sahələrini əhatə edərək özünün məzmun və meto­

doloji elementləri ilə televiziya nəzəriyyəsinə daxil olur. Empirik

biliklər televiziya nəzəriyyəsində mühüm yer tutur. Elmi müşahi­

də, nəzəri axtarışlar teleyayımçıların praktik fəaliyyəti, iş metodla­

rı ilə yaxından tanış olmalı, onları müşahidə etməlidir. Kon septual

bilgi hər an mövcud faktlarla, hadisələrlə tutuşdurulmasa, yox­

lanılmasa özünün mahiyyətini, müasirliyini itirə bilər. Həmçinin

televiziya nəzəriyyəsinin təsnifləndirilməsi nəticəsində televizi­

yanın sahələr üzrə nəzəriyyələri meydana gəlir. Əsas nəzəriyyə də

tədqiqatın fundamental metodologiyası yerləşir və hər komplek sin

tərkibində təcrübənin toplanması, empirik nəticələrin öyrənilməsi

durur. Lakin bir çox hallarda təhlil tədqiqatla izolyasiya şəraitində

aparılmış, bununla da hansısa sahənin öyrənilməsi üzərində nə­

zəriyyə qurmağa cəhd edilmişdir ki, biz bunu tam olmayan, bir­

tərəfli yanaşma hesab edirik. Televiziya tədqiqatı nın metodologi­

yasına, onun ümumi nəzəriyyəsinə söykənməyən təd qiqat gerçəyi

müəyyənləşdirməyə imkan verməyəcəkdir. Öl kəmizdə təd qi qat­

çılar jurnalistikanın sənətkarlığı, keyfiyyəti üzə rində araşdır ma

apararaq bütün diqqəti formaya yönəltmiş olurdular. Lakin televi­

ziya üçün forma mütləq deyil, dəyişkən dir. Onun məzmunu, onu

doğuran proseslərin tədqiqatı ümumi televiziya nəzəriyyəsinin

platformasında aparıldıqda effektiv ola bilər. Sənətkarlıq məsələsi

özünün qeyri­müəyyən izahı ilə deyil, analizin sahələrinə görə

diferensiallaşmalıdır. Məhz bu, sənətkarlığın təbiəti, strukturu

haq qında tam mənzərəni yaratmağa imkan verər. Sənətşünaslığın

mövcud ənənəsinə söykənərək elmi işi televiziyanın poetikası

­ forması, dili, semiotikası əsasında sənətkarlığın ­ teleyayım­

da iştirak edən əsas yaradıcı peşələrin hər birinin sənətkarlıq

mənzərəsini yaratmağa çalışmışıq, onun elmi­metodoloji əsaslarını

poetik müşahidə və mövcud nəzəri araşdırmalar bazasında qur­

muşuq. İlk dəfə yaradıcı peşələrin dəqiq təsnifatını apararaq on­

ların sərhədlərini, imkanlarını və daşıdıqları sosial əhəmiyyətinə

görə əsas tələbləri, yerinə yetirməli olduqları əsas vəzifələri təyin

etməyə çalışmış, bütöv nəzəri mənzərəni qurmağa cəhd etmişik.

Bütün nəzəri biliklər inkişaf etmiş və ziddiyyəti olmayan termi­

noloji aparatla ifa olunurlar. Televiziyaşünaslığın da nəzəri termi­

nologiyasının dəqiq müəyyən olunması həm akademik, həm də

əməli­tətbiqi xüsusiyyətə malikdir, buna ehtiyac vardır. Televiziya

bütün elmlər və ictimai nəzarət üçün açıqdır, eyni zamanda, öz

təbiətinə görə dəyişkən, yeniləşəndir. Bu mənada onun terminolo­

giyası da yeni ifadələr, sözlərlə zənginləşir, müxtəlif elm sahələri

bu proseslərə öz terminoloji aparatı ilə ad verir. Etiraf edilməlidir

ki, terminoloji məsələlər ölkəmizdə öz həllini tapmayıb və bu

sahədə müəyyən boşluqlar mövcuddur. Tədqiqatçı alim Qulu

Məhərrəmli “Kino, teatr, televiziya terminləri lüğəti”ni təqdim etsə

də, bu əsər tamlıqla vahid terminoloji aparatı yaratmağa imkan

vermədi. Müxtəlif tədqiqatçılar əcnəbi dillərdə, digər elmlərdən

götürdükləri terminlərin hesabına fikirlərini izah etməklə, əslində,

bu sahədə qarışıqlıq yaratmış oldular.

Biz elmi işimizdə televiziyaya, onun yaradıcı prosesinə aid ifa­

dələri, adları dəqiqləşdirməklə terminoloji aparatın yaradılma­

sına çalışmışıq. Bu işdə indiyədək ümumi elmi terminlər fondu

və yuxarıda adı çəkilən lüğətin ehtiyatından istifadə olunubdur.

Həmçinin bu sahədəki mövcud beynəlxalq sənədlər, Azərbaycan

Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Milli

Televiziya və Radio Şurasının normativ sənədləri və beynəlxalq

sazişlər, terminlər terminoloji aparatın yaranmasında fəal iştirak

ediblər. Burada fiziki­texniki xüsusiyyətlər və peşəkar­məzmun

tərəfləri nəzərə alınmaqla dəqiq ifadələr, prosesi izah edəcək

terminlər təqdim olunur.

İnformasiya vasitələrinin şəbəkəsinin miqyassız genişlənməsi,

kommunikasiyanın texniki­texnoloji gücünün artması, informa­

siya vasitələrinin həcminin növlərinin çoxalması, sosial və şəxsi

həyatın virtuallaşması, insanın gerçəkdən uzaqlaşaraq kommuni­

kasiya dünyasına qoşulması danılmaz gerçəklik kimi qəbul olun­

malı və bu prosesdə televiziyanın böyük rolu qeyd edilməli, onun

elmi­nəzəri bazasının, təhlilinin vacibliyi, zərurəti şərtsiz kimi

dəyərləndirilməlidir. Televiziyanın öyrənilməsində onun əsas qa­

nunlarının formalaşdırılması, dəqiqləşdirilməsi və məhz bunun

əsasında tədqiqat metodologiyasının qurulması vacib iş hesab olu­

nur. Bu mənada televiziyanın əsas qanunlarına nəzər yetirək:

Birinci qanun kimi onun sənədli əsası, görüntülü olması, pred­

metliliyi və bu reallığı təcəssüm etdirməsi, sosial aləmin bütün

sahələrini əhatə etməsi əsasında yaranan həyata bənzərlik qanu­

nudur. Məhz onun bu cəhəti dəqiq sxemlərin ortaya qoyulması­

na mane olmuş, çərçivələri müəyyən etməyə imkan verməmişdir.

Lakin təməl prinsip özü əsas yanaşma kimi qəbul olunmalıdır.

Çünki televiziyanın bütün sonrakı qanunları məhz onun həyata

İkinci qanun çoxcəhətlilik hesab olunmalıdır. Onun mövcud­

luq formaları, sosial vəzifələri icra, çoxçeşidli yaradıcı üsullardan

istifadə etməsi çoxcəhətliliyini izah edir.

Üçüncü qanun inkişaf qanunudur. İnkişaf qanunu televiziya­

nın dialektik potensialını ifadə edərək həm həyata bənzərliyi,

həm də çoxçeşidliliyi törədir. Cəmiyyətin, texnikanın inkişafını

nəzərə almadan, yeni texnologiyalar, yeni yaradıcı axtarışlar tətbiq

etmədən televiziya mövcud ola bilməz, həmçinin inkişafdan geri

qalan, durğunluq yaşayan televiziyanın heç bir mənası, məzmunu

Televiziyanın dördüncü qanunu onu əhatə edən sosial mühitə

uyğunluq qanunudur. İnkişaf qanunu ilə uzlaşan sosial mühitə

uyğunluq qanunu dəyişən cəmiyyətin ümumi istəklərinə, sosial

sifarişə uyğun fəaliyyətini tənzimləməni, sosial mühitdə möv­

cud prosesləri təcəssüm etdirməni, bədii­estetik, kulturoloji ab­

havada olan yenilənməni çatdırmağı, uyğunlaşmağı, televizi ya­

nın təbiətini əks etdirir. Televiziya verilmiş bu tarixdə yerin həyat

tərzini, mədəniyyətini, milli ənənələrini təcəssüm etdirir və ondan

doğulur. Lakin bu heç də “televiziya cəmiyyətin diktəsi ilə fəaliyyət

göstərir, mühitin, şəraitin çərçivəsində yekunlaşır” demək deyil­

dir. Demokratik cəmiyyətdə kütləvi informasiya vasitəsinin rolu,

onun azadlığı əsas təməldir. Burada dialektik metod üsulu ilə sosi­

umun diktəsinə qarşı çıxa biləcək gerçəyin tapılması kimi peşəkar

fəaliyyətin meydana çıxması əsas tələb olaraq qarşıya qoyulur.

Televiziyanın beşinci qanunu yuxarıda göstərilən tənzimləməni

təmin edən obyektivliyin və subyektivliyin uyğunlaşması qanunu­

dur. Ziddiyyətli əsasların vəhdəti və mübarizəsini əks etdirən bu

qanun ictimai bilgilənmədə vasitə rolunun dəyərini, digər tərəfdən

onun insani, fərdi­şəxsiyyətli ifadəsini təmin edir. Bu ziddiyyətli

vəhdət onun mənəvi, intellektual mahiyyətini təşkil edir. Obyek­

tivlik dedikdə çoxməzmunlu inteqrasiya anlayışı, subyektivlik

dedikdə şəxsiyyətin mövcudluğunun dəqiq, doğru təsvirinə təsiri

Mənəvi­praktik təbiət qanunu televiziyanın altıncı qanunu­

dur. Özündə ideyalar, emosiyalar, biliklər birləşdirən televiziya

həm də əməllər, fəaliyyət, davranış aləminə də müdaxilə edir,

maarifçiliklə, mənəvi tərbiyə ilə məşğul olmaqla bərabər, təşkilati

fəaliyyətə də yönəlir. Televiziya cəmiyyətdə özünün mənəvi is­

tehsalını material şəklinə salaraq təqdim edir. Bu, teleyayımın əsl

mahiyyəti, başlıca fəaliyyət prinsipidir.

Televiziyanın qanunları onun nəzəri əsaslarını və təhlil meto­

dologiyasını biçimləndirməyə kömək etməklə əsas istiqamətlərin

müəyyən olunmasına da imkan yaradacaqdır. Elmi araşdırma­

nın yeniliyi, onun fundamentallığı məhz bu qanunlara söykənən

dəqiq elmi yanaşmadadır. İndiyədək mövcud olmuş sistemsiz

təhlilin əvəzinə televiziyanın mahiyyətinə, qanunauyğunluqları­

na və müxtəlif elmi araşdırmaların qovuşuğunda sistemli təhlili

verən elmi araşdırma aktual, sənətşünaslıqda, televiziyaşünaslıq­

da yeni yanaşmadır.

Televiziyanın bütöv bir anlamda çözülməsi, onun tərkib his sə­

lərinin ayrıca öyrənilməsi deyil, yaradıcı­sosial­ictimai ma hiy­

yətinin, axtarışlarının ümumi şəkildə çözülməsi sənətşünaslığın

qarşısında duran və öz elmi həllini tapmayan başlıca vəzifə idi.

Te leviziyanın əlçatarlığı, hər kəsin onun haqqında rəy bildirməsi,

ictimai nəzarət mövcud olsa da, bütün bunlara aydınlıq gətirəcək

təhlilin meydana çıxması üçün model, təhlil metodologiyası möv­

cud deyildi. Azərbaycanda 1956­cı ilin 14 fevralından yayımlanan

televiziya artıq XXI əsrdə hər bir azərbaycanlının məişətində, ic­

timai həyatında, mədəniyyətdə mühüm yer tutur. Ümummilli

regional və kabel televiziyalarının pərvəriş tapdığı dönəmdə on­

ların fəaliyyətini tənzimləmək üçün mükəmməl elmi təhlil, araş­

dırma sənətşünaslığın vacib, mühüm vəzifəsidir. Etiraf etməliyik

ki, Azərbaycan sənətşünaslığında bu mövzu çox az təhlil olunub,

televiziyanın nəzəri əsasları, demək olar ki, diqqətdən kənarda qa­

lıb. Bu baxımdan televiziyanın təhlil metodologiyasını yaratmaq,

onun mükəmməl formasını, sxemini tərtib edərək mənbələrə,

araşdırmalara söykənmiş halda təqdim etmək, müxtəlif tərəflərini

vahid təhlilə cəlb edərək mükəmməl modeli təklif etmək elmi

tədqiqatın başlıca məqsədidir. Televiziyanın bədii­kulturoloji,

estetik mahiyyəti ilə bərabər sosial, ictimai fəaliyyətini, məhz bu

elmlərin metodologiyasının iştirakı ilə televiziyaşünaslığın meto­

dologiyasının prizması ilə çözülməsi üçün zəmin yaratmaq, bu

təhlili aparmaq da elmi işin əsas məqsədlərindəndir.

Elmi araşdırmada, televiziyanın insan şüuruna, onun davranışı­

na, sosial həyata təsiri, bədii­estetik görüşlərin formalaşdırılması

işində fəaliyyəti, təsir mexanizmləri, manipulyasiya gücü, yaradıcı

yanaşma, yozum, təfsir, dramaturji janr, forma problemləri kimi

olduqca mühüm mövzular aktual, həllini gözləyən olduğundan

onu araşdırmaq, müəyyən bir sistem əsasında təhlil etmək, ölkə

televiziyalarının misalında müqayisəli analizi təqdim etmək, yayı­

mın təşkili və yaradıcı işin elmi təhlilini vermək qarşıya qoyulub.

İndiyədək dünyanın bir çox aparıcı elmi müəssisələrində televizi­

ya yaradıcılığı prosesini, onun sosial, ictimai, bədii məziyyətlərini,

ümumi mənzərəsini çözən sənətşünas, kulturoloq, sosioloq və fi­

losoflar yayım işinin bədii­estetik təzahürlərini, televiziyanın in­

kişaf mərhələlərini, ictimai­sosial, fəlsəfi və mədəni əhəmiyyətini

mükəmməl elmi tədqiqata cəlb edərək nəzəri əsasların, təhlil mo­

delinin hazırlanması üçün zəngin ola biləcək fundamental işlər

görmüşlər. Lakin ölkə sənətşünaslığında televiziya ən az araşdı­

rılan mövzu olmuşdur. Televiziyaya sənət növü olaraq yanaşma,

tədqiq olunaraq bitkin model, üzvi orqanizm kimi baxmaq ənənəsi

olmamış, ayrı­ayrı sahələrin və ya yayım vahidlərinin elmi­nəzəri

təhlilini vermək, qiymətləndirmək hallarına rast gəlinmişdir.

Azərbaycanda bir sıra alimlər televiziyanın bu və ya digər

problemlərini çözmüş, tutarlı elmi işlər meydana qoymuşlar. Bu

baxımdan Elşad Quliyevin “Televiziya iki əsrin ayrıcında”, “Tele­

viziya: nəzəriyyə, inkişaf meyilləri” kitabları, Qulu Məhərrəmlinin,

Zeynal Məmmədlinin, Aydın Dadaşovun, Cahangir Məmmədlinin

dəyərli araşdırmaları, həm nəzəri, həm də praktik əhəmiyyəti

olan kitabları ölkəmizdə televiziya yayımının mənzərəsini, axta­

rışları, yaradıcı siyasəti, peşəkarlıq problemlərini nəzərdən ke­

çirməyə imkan vermişdir. Bu tədqiqatların əksəriyyətində filoloji

yanaşma, jurnalistikanın baxış bucağı ilə baxmaq tendensiyala­

rı açıq görünür. Qulu Məhərrəmli və Zeynal Məmmədli öz elmi

fəaliyyətlərində televiziya jurnalistikasının problemlərini, onu

yaradıcı tərəflərini, ədəbi materialın təzahür formatını tədqiq

etmişdirlər. Cahangir Məmmədlinin “Jurnalistikaya giriş” kita­

bında həmçinin telejurnalistikanın yaradıcı istiqamətləri öz əksini

tapmışdır. Lakin bütün bu müəlliflərin elmi fəaliyyətinə, araşdır­

malarına yüksək önəm verərək, onların zəhmətini dəyərləndirərək

deməliyik ki, bu işlərin heç biri televiziyaya tam, bütöv baxışı for­

malaşdırmır. Adı çəkilən araşdırmalar fraqmental görünür, hansı­

sa tərkib elementinin təhlili ilə kifayətlənir. Bu da təbii və doğru­

dur. Çünki televiziyanın bütöv yaradıcı mənzərəsini, axtarışlarını

çözmək sənətşünaslığın problemidir. Jurnalistika, dramaturgiya

burada vacib komponent kimi çıxış etsə də, hələ televiziyanın özü

deyil. Televiziya nədir, necə olmalıdır, onun verilişləri, yayımı necə

təhlil olunmalıdır, təhlilin istiqamətləri, modeli kimi məsələlər

sənətşünaslıqda öz elmi həllini tapmamışdır. Məhz bu modelin

mövcud olmaması sənətşünasları çətinə salaraq televiziya təhlilini

diqqətdə saxlamağa imkan verməmişdir. Mətbuat səhifələrində

təhlil xarakterli yazılar, araşdırmalar mövcud olsa da, bu daha çox

resenziya formasında olmuş, fundamental təhlil kimi yox, seyrçi

baxışının təzahürü kimi görünmüşdür.

Televiziya və onun təsir etdiyi elmi sahələrə aid indiyədək çap

olunmuş kitabları toplamaqla istər Rusiya, Türkiyə, istər sə də

ABŞ, Böyük Britaniya, Belçika, Fransa, Finlandiya, İtaliya və başqa

ölkələrin teleyayım təcrübəsi toplanaraq, bu ba rə də yazılmış elmi

məqalələr, elmi araşdırmalar, hazırda xarici öl kə lərdə yayımla­

nan kanalların fəaliyyəti izlənməklə, dünya təc rübəsi öyrənilərək

yerli yayımçıların fəaliyyəti ilə müqayisəli şəkildə paralellər apa­

rılıb. Həmçinin ölkədə yayımlanan kanalların müxtəlif mövzulu

verilişləri toplanaraq tədqiqat vaxtı praktik baxımdan nəzərə çar­

pan məsələlərin çözülməsində yardımçı vasitə kimi istifadə edilib.

Azərbaycan televiziyasının tarixi, onun yaradıcılıq axtarışları nın

mükəmməl qələmə alınmaması, indiyədək bu sahənin bütünlük­

lə nəzərdən qaçırılması ucbatından tədqiqat vaxtı bu istiqamətdə

işlər apararaq şəxsi arxivlərdən, videomateriallardan istifadə

edərək inkişaf meyillərinin müəyyən olunması yolu ilə dolğun

məlumatların yaradılmasına çalışılıb.

“Televiziya funksiyaları Azərbaycan teleməkanında” disserta­

siyası və “Azərbaycan televiziyası” monoqrafiyasında biz tele­

viziyanın nəzəri problemlərinə toxunmuş, ölkə telekanallarının

verilişləri və bu sahədə aparılan tədqiqatların sistemli analizini

verməklə ictimai funksiyaların təcəssümü istiqamətində konstruk­

tiv həllin tiplərinin təsnifatını yaradaraq ilk dəfə təqdim etmişdik.

Bu elmi işimizdə adı çəkilən tədqiqatı daha da dərinləşdirərək,

təhlili genişləndirərək televiziya təhlilinin metodoloji əsaslarını,

təhlil tipini, xüsusiyyətlərini yaratmağa çalışmış, məhz bu

kontekstdən analiz verməyə cəhd edərək təhlil metodologiyasının

nəzəri əsaslarının yaranması problemini həll etmişik. Televiziya­

nın mahiyyəti, cə miyyətə təsiri, teleyayım quruluşu, onun forma­

ları, analiz me xa nizmləri, iştirak edən komponentlərin əsasları,

nəzəri tərəfləri ta pılaraq meydana çıxarılmış, teleyayım işinin

keyfiyyətinin ar tı rıl ması, yaradıcı işin daha da mükəmməlləşməsi

üçün olan ma neələrin aradan qaldırılması yolları göstərilmişdir.

Kitabda televiziyanın fə aliyyəti, onun təsirini və yerini araş­

dıran bir çox alimlərin elmi işi, bu sahədə çıxan araşdırmalar və

məqalələr toplanmış, onların bazası əsasında analiz aparılaraq

bütöv bir konstruksiyanın, modelin yaradılmasına çalışılmışdır.

Tədqiqat zamanı əldə olunan elmi biliklərin, analiz zamanı üzə çı­

xan nəticələrin əsasında mövcud problemlərin əsl səbəbləri tapıl­

mış, onların aradan qaldırılması yolları göstərilmişdir.

Zəngin arxiv və videomaterialların, ölkə və xarici televiziyaları­

nın monitorinqi, müxtəlif sosioloji sorğuların, reytinq hesablama­

larının, araşdırmaların nəticələri üzərində ilk dəfə kontent­analiz

apararaq bu nəticələri tam yeni elmi mənzərədə təqdim etmişik.

Yayımda iştirak edən bütün vahidlərin (veriliş, şou, film, serial və

s.) məzmunu, ideya­forma özəlliyi, tamaşaçı şüuruna təsiri, mani­

pulyativ cəhətləri, bədii yaradıcılıq aspektləri, onların təhlil qay­

daları əldə olunan materialların təhlili ilə aşkarlanır. Tədqiqatın

əlavə elmi yeniliyi televiziyanın təkcə kütləvi informasiya vasitəsi

kimi deyil, həm də incəsənət növü olaraq təqdim olunması, onun

bədii yaradıcı bucaq baxışı ilə təhlil edilərək sənət meyarlarının ilk

dəfə müəyyən edilməsindədir.

Elmi işin növbəti yeniliyi: indiyədək televiziya proses olaraq

sənət şü naslığın tərkib komponenti kimi tədqiq olunmadığından,

təh lilin metodoloji əsasları yaradılmadığından ona elmi­nəzəri

və təcrübi işlər əsasında gəlinmiş qənaətlərlə yanaşmada, yayım

işinin qurulmasından bu günədək meydana gələn bir sıra önəmli

yaradıcı­estetik problemlərin, sənətşünaslığın bilavasitə predmeti

olan sahələrin inkişaf meyillərinin, ictimai­mədəni prosesdə, siya­

si dəyişmələr müstəvisində televiziyanın oynamalı olduğu dürüst

rol və gerçək durum araşdırılaraq tədqiqata cəlb olunmuşdur.

İlk dəfə televiziyanın təhlil metodologiyası, nəzəriyyəsi araş­

dırılmış, təhlilin bədii və yaradıcı prinsiplər, ictimai funksiya­

lar, sosial və kulturoloji əsaslarının dəqiq təsnifatı verilmiş, bu

təsnifat Azərbaycan teleməkanı üçün tətbiq olunaraq araşdır­

ma aparılmış, yayım növlərinin və vahidlərinin ideya­məzmun

yükü əsas götürülərək janr, tip və növlərinə görə elmi işdə sis­

temləşdirilmişdir. Yayım vahidlərinin funksiyasına, ictimai əhə­

miyyətinə, bədii­estetik mahiyyətinə görə təhlilin prinsipləri iş­

lənmiş, ona sənət növü kimi baxılaraq müxtəlif elm sahələrinin

təh lil prinsipi ilə silahlanmış fəaliyyət sisteminin işlənib hazır­

lanmasına nail olunmuş, gələcəkdə konkret tip, janr və qrupla­

rın nəzəri araşdırmaya cəlb olunması üçün elmi­nəzəri baza bi­

Elmi işdə ilk dəfə Azərbaycan televiziyalarının yaradıcı prosesi

təhlil obyekti kimi götürülərək dövlət, ictimai və kommersiya ka­

nallarının qarşılıqlı müqayisədə müxtəlif məzmunlu verilişlərinin

təhlilini verməklə sistemli təhlilə nail olunmuş, önə çıxan prob­

lemlərin çözülmə yolları təklif olunmuşdur.

İlk dəfə olaraq televiziyanın ictimai şüura təsir yolları və me­

xanizmlərini müəyyən edərək onun verilişlərdə iştirakı, həmçinin

psixoloji təsiri, rekreativ fəaliyyəti, reytinq göstəriciləri, ekran

yaradıcılığı və ifadə vasitələri, bədii ifadə vasitələrinin təhlil me­

todologiyası, verilişlərin yaradıcı meyarları, aparıcıların sə nət­

karlıq göstəricilərinin təhlil mexanizmləri çözülmüş, televiziyaya

mədəni­ictimai proses kimi yanaşılaraq, onun daşımalı olduğu

sosial və estetik vəzifələrin icraolunma mənzərəsi təhlil, analiz,

aparılan sorğular və reytinqlər nəticəsində işlənib hazırlanmış­

dır. Ye ni dönəmdə televiziyanın yaratdığı problemləri, mədəni

irsə, də yərlərə münasibəti əsas götürülərək, onun özünün ya rat­

dığı yeni mədəniyyətin başlıca meyarları, bu mərhələdə üzə çı­

xan gözlənilməz durumları çözülərək, prosesin kulturoloji təhlili

verilməklə mövcud problemlərin həlli yollarının göstərilməsi elmi

işin yeniliyi və əhəmiyyətidir.

İlk dəfə Azərbaycan telekanallarının praktiki, maddi­texniki,

bədii durumları əsasında texniki­iqtisadi, yaradıcı­estetik, ictimai

tələbləri sistemli şəkildə analiz olunmuşdur.

Mediatənqid və onun tərkib hissəsi olan

televiziya tənqidi TV­nin sosial­mədəni

funksiyası prosesini, aktual hadisələrin

qiy mətləndirilməsi və analiz, təhlil üzə­

rin də qurulmaqla onun yaradıcı simala­

rının fəaliyyətini, axtarışlarını, veriliş,

proq ramların yaradıcı mənzərəsini, mə­

dəni əhəmiyyətini, kütləvi kommunika­

si ya prosesində, kulturoloji aspektdə tut­

duğu yeri dəqiq müəyyənləşdirməyə,

bu nunla da teleyayımçıların və yaradı­

cıların fəaliyyətini yönləndirməyə, istiqa­

mətləndirməyə xidmət edən kütləvi kom­

munikasiya, jurnalistika, sənətşünaslığın

ta rixi və nəzəriyyəsi üzərində qurulan xü­

susi bir sahədir. Çox istiqamətli fə a liyyət

televiziyanın təbiətindən irəli gə lən, onun

kollektiv sənət olması, bir ne çə funksiya­

nı eyni vaxtda yerinə yetirməsi ilə bağlı­

dır. Televiziyaşünaslığın təhlil predmeti

te leyayımın təşkili, proqramlaşdırılma sı,

teleməhsulun yaradıcı­kulturoloji əhə miy ­

yəti, dəyəri, seyrçiyə təsir imkanla rı, iq­

tisadi­marketinq əhəmiyyəti, reytin qi dir.

Televiziyaşünaslıq sənətşünaslığın, ek ­

ranşünaslığın bir istiqaməti olmaqla öz

əha təsinə fəlsəfə, psixologiya, estetika, kul­

tu rologiya, sosiologiyanı daxil edir. Televi­

ziyanın kütləviliyi, informasiya vasitə­

si olması onun təhlilində sosial­ictimai

elm lərin qənaətlərinin, araşdırmalarının

nəzərə alın masını tələb edir. Əks halda

Comments are closed, but trackbacks and pingbacks are open.