Press "Enter" to skip to content

Əmir əliyev insan hüquqları

Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndi əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alim, politoloq, ictimai xadim, Nüvədi ziyalıları qoşulub.

“Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib – VİDEO

Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndi əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alim, politoloq, ictimai xadim, Nüvədi ziyalıları qoşulub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin Nüvədi kəndi ilə bağlı tarixi çıxışına dair videomaterial nümayiş etdirilib.

Beynəlxalq elmi-praktik konfransda giriş sözü ilə çıxış edən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Nüvədidən olan tanınmış alimlərin, eləcə də respublikanın nüfuzlu elm xadimlərinin, Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsi Qərbi Zəngəzurun Nüvədi kəndi əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş konfrans keçirilməsinə qərar verib. Nüvədi sakinlərinin müraciətləri ilə bağlı 4 aya yaxındır ki, beynəlxalq təşkilatlar qarşısında çox ciddi məsələ qaldırılıb. Birinci istiqamət Nüvədi kəndi sakinlərinin öz doğma yurdlarına qayıtmasıdır ki, bu, onların qanuni haqqıdır. Bu haqqı beynəlxalq hüquq müəyyən edir. İkinci istiqamət Nüvədidə olan tarixi, dini, mədəniyyət abidələrini ziyarət etmək məsələsidir. Nüvədi sakinlərinin bu haqqını da beynəlxalq hüquq müəyyən edir. Artıq bir sıra təşkilatlardan cavab gəlir, yazışmalar aparılır, lakin bəzi təşkilatlar hələ də susur.

Professor Əmir Əliyev Qərbi Zəngəzurun Nüvədi kəndinin taleyi ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirləri qeyd edib, ulu öndər Heydər Əliyevin nüvədililərə dəstəyini xatırladıb, Prezident İlham Əliyevin bu istiqamətdə mühüm işlər gördüyünü vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Nüvədi əhalisinin öz doğma yurduna qayıtması məsələsinin, eləcə də bu beynəlxalq tədbirin önəmini vurğulayıb. Moskva və Qars müqaviləsinə diqqət çəkən Əziz Ələkbərli Nüvədinin Ermənistana verilməsinin faktiki hüquqi bazasının olmadığını deyib. Bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan SSR Ali Sovetinin hüquqi varisi kimi 1969-cu il 7 may tarixli fərmanı ləğv edə bilər.

Deputat Əziz Ələkbərli deyib ki, Böyük Qayıdış təkcə Qarabağa deyil, digər tarixi torpaqlarımıza da qayıdışın başlanğıcıdır. Bu, məhz Nüvədidən başlaya bilər. Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın təcavüzkar siyasəti nəticəsində tarixi torpaqlarından deportasiyaya məruz qalan azərbaycanlıların yaşadığı sonuncu kənd Nüvədi olub. Əhali kəndi 1991-ci il avqustun 8-də tərk edib.

Professor Əmir Əliyevin moderatorluğu ilə davam edən konfransda akademik Fikrət Əliyev, professorlar Tariyel Aztürk (ABŞ), İsmayıl Əliyev, Arif Quliyev (Ukrayna), Qoşqar Əliyev, Xalid Qurbanov, İsrafil İsmayılov, Dilqəm İsmayılov, Cavid Abdullazadə, dosent Asiman Həsənov, professor Əfsər Sadıqov, tibb üzrə fəlsəfə doktoru Bayram Əsədov, professor Turqay Hüseynov, dosent Əbülfəz Hüseynov, təqaüdçü müəllim Vasil Bağırov, politoloq Musa Musayev, aqrar elmlər üzrə fəlsəfə doktoru Şikar Əhmədov, şairlər Arif İbadov, Abdulla Cəfər, araşdırmaçı jurnalist Allahverdi Aydın, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Zöhrə Həsənova və başqaları çıxış ediblər.

Beynəlxalq elmi-praktik konfransda “Ümummilli lider Heydər Əliyev və dəyanətli Nüvədi”, “Nüvədi daş yazıları və kəndin tarixi barədə bəzi qeydlər”, “Nüvədi tarixinə səyahət”, “Azərbaycançılıq və dinc yanaşı yaşamaq”, “Nüvədi kəndinin əhalisinin mentaliteti”, “Nüvədinin kənd təsərrüfatı və iqtisadiyyatı”, “Qərbi Zəngəzurdan azərbaycanlıların deportasiya tarixi”, “Beynəlxalq hüquqda geri dönmək hüququ”, “Nüvədi və təbabət”, “Zəngəzur dəhlizi İpək Yolunun tərkib hissəsi kimi: təhlükəsizliyin beynəlxalq hüquqi problemləri”, “Nüvədi kəndinin xalq təbabəti”, “Nüvədinin tarixi-dini mədəniyyət abidələrinin qorunması problemi”, “Nüvədinin xalq yaradıcılığı”, “Nüvədinin deportasiya tarixləri”, “Nüvədi kəndinin torpaq-iqlim şəraiti və bitki örtüyü”, “Nüvədi şəhidləri”, “Ermənistanın “demoqrafik problem”dən xilas yolu: qanunsuz məskunlaşma, yoxsa öz vətəndaşına sahib çıxmaq”, “Nüvədi probleminin beynəlxalq-hüquqi həlli” və digər mövzularda məruzələr dinlənilib.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Qarabağın erməni işğalından azad edilməsinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub. Vurğulanıb ki, bu Qələbə Qərbi Zəngəzurun Nüvədi kəndi sakinlərini də doğma torpağa qayıtmağa ruhlandırır. Dövlətimizin başçısı da çıxışlarında “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq” söyləyib.

Məruzələrdə diqqətə çatdırılıb ki, Nüvədidə yalnız azərbaycanlılar yaşayıb. Onların doğma yurda qayıtmasına 10 noyabr Bəyanatı, eləcə də beynəlxalq hüququn sənədləri hüquqi əsas verir. Digər tərəfdən, Nüvədi kəndi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təminatı məsələsində, habelə İpək Yolunun tərkib hissəsi kimi çox mühüm rol oynaya bilər. Bu, eyni zamanda, Ermənistan üçün bir şansdır.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin o zaman blokadada olan Naxçıvandan nüvədililərə göstərdiyi dəstəyi vurğulayıblar. Xatırladılıb ki, Heydər Əliyev 1980-ci illərin ortalarında Moskvada SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində işləyərkən bilavasitə onun təşəbbüsü ilə Nüvədi kəndi ərazisindən keçməklə Bakı-Naxçıvan avtomobil yolunun Bakıdan Nüvədiyə kimi 434 kilometr uzunluğunda olan hissəsi çəkilib. Ümummilli Lider Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırılandan sonra ermənilər bu yolun çəkilməsinin davam etdirilməsinə mane olmuşlar.

Qeyd olunub ki, Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Ozamankı Zaqafqaziya sovet rəhbərliyi Nüvədi kəndini qeyri-qanuni olaraq Ermənistan SSR-in Mehri qəzasının inzibati idarə etməsinə verib. Həmin sənəd uzun müddət rəsmən təsdiq edilməyib. 1969-cu ilin mayında kəndin əhalisinin heç bir razılığı alınmadan Nüvədi Ermənistan SSR-in Mehri rayonunun inzibati ərazi vahidinə daxil edilib.

Beynəlxalq elmi-praktik konfransda Nüvədi kəndinin qədim tarixinə, mədəni abidələrinə, ziyarətgahlarına, zəngin təbiətinə, müalicəvi sularına, faunasına da diqqət çəkilib. Bildirilib ki, oradakı toponimlər qədim tariximizdən xəbər verir. Ermənistan hökuməti tərəfindən Nüvədi kəndinin adının dəyişdirilərək “Nrnadzor” adlandırılması toponimik soyqırımıdır.

Konfransın sonunda məruzə ilə çıxış edən professor Əmir Əliyev vurğulayıb ki, beynəlxalq aləmdə bütün insan hüquqları sənədləri nüvədililərin qayıtmaq hüququnu tam təsdiqləyir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər nüvədililərin bu qanuni və tarixi haqqını tanıyır. Nüvədi sakinləri bu işdən geri çəkilməyəcək.

Sonda “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib.

Konfrans https://youtube.com/channel/UCPU3QFlwIpvywzPgGlcUdUg kanalından və ya Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyevin feysbuk səhifəsindən (https://www.facebook.com/al.amir.ib) yayımlanıb.

Beynəlxalq elmi-praktik konfransın materialları toplu halında nəşr olunacaq.

Əmir əliyev insan hüquqları

hüquq elmləri doktoru, professor.

Telefon: +99412 538-31-10 (iş); +994503313166 (mobil).
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ; Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

04 aprel 1973-cü ildə anadan olmuşdur. Ailəlidir, 3 övladı vardır.

Təhsili, elmi dərəcəsi və elmi adları

  • 1994-cü ildə BDU Hüquq fakültəsini bitirmişdir;
  • 1995-1999-cu illərdə BDU-da “Beynəlxalq hüquq” ixtisası üzrə aspiranturada təhsil almışdır;
  • 2003-cü ildə BDU-da “Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır;
  • 2007-ci ildə BDU-da “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır;
  • 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.

Əmək fəaliyyəti

  • 1996-2006 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti;
  • 2006-2009 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti;
  • 2009-2013 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının professoru;
  • 2006-2011 – BDU Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini;
  • 2011-2021 – BDU Hüquq fakültəsinin dekanı;
  • 2015-hal-hazıradək – BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri.

Tədqiqat sahələri

  • Beynəlxalq hüquq;
  • İnsan hüquqları;
  • Avropa hüququ;
  • İnformasiya hüququ.

Elmi fəaliyyəti və nailiyyətləri

  • BDU-nun “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalının və “Azərbaycan Hüquq Jurnalı”nın baş redaktoru; Respublikada nəşr edilən “Nəqliyyat hüququ” jurnalının, “Bakı Universitetinin Xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalının və “Azərbaycan Prokuroru jurnalı (Low journal)”nın redaksiya heyətinin üzvü; BDU Tələbə Hüquq Jurnalının elmi məsləhətçisi; Ukraynada nəşr edilən “Науковий Вiсник Днiпропетровського Державного Унiверситету Внутрiшнiх справ” jurnalının, “Наука i правоохорона” jurnalının və “Часопис Киiвського Унiверситету права” jurnalının redaksiya heyətinin üzvü; Rusiya Federasiyasında nəşr edilən «Северо-Кавказский юридический вестник» jurnalının redaksiya heyətinin üzvü.
  • Müdafiə edilmiş 50 hüquq üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri, 3 hüquq üzrə elmlər doktoru dissertasiya işinin elmi məsləhətçisi;
  • 300-ə qədər əsərin, o cümlədən 50-yə yaxın xaricdə çap edilmiş əsərin, 5 dərsliyin, 4 dərs vəsaitinin, 8 monoqrafiyanın və 30-dan çox tədris proqramının müəllifi.

Təltifləri

  • Azərbaycan Respublikasının Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı;
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 12 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” Döş nişanı;
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirinin 14 dekabr 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ədliyyəsinin 100 illiyi” xatirə nişanı;
  • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 14 dekabr 2018-ci il tarixli əmri ilə Ombudsmanın Xatirə Medalı;
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı;
  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin 14 avqust 2019-cu il tarixli əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı.

Seçilmiş əsərləri

Elmi məqalələr (xaricdə çap edilmiş)

  • Алиев А.И., Магеррамов А.М. Правовые основы и пределы влияния решений Европейского суда по правам человека на правовую систему Азербайджана // Держова и право, 2013, № 4, с.134-141;
  • Алиев А.И. Права человека, правовое положение иностранцев и право убежища: общетеоретические вопросы // Науковий вісник Національної академії державної податкової служби України (економіка, право), 2006, № 3, с. 264-270.

Elmi məqalələr (Respublikada çap edilmiş)

  • Əliyev Ə.İ. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsipləri və Azərbaycan Respublikasının dövlətdaxili qanunvericiliyi // Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2009, № 3, s. 100-109;
  • Əliyev Ə.İ. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təsnifatı // Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2007, № 1, s. 3-10.

Konfrans materialları (xaricdə çap edilmiş)

  • Aliyev A.İ. İnsan haklarına ilişkin uluslarası kuralların milli anayasalarda düzenlenmesi // Hukuk biliminin güncel sorunları. III Uluslarası kongre bildiri kitabı. Samsun, 2012, s. 105-115;
  • Алиев А.И. Право жить в благоприятной окружающей среде: международные стандарты и права человека // Международная научно-практическая конференция, посвященная 60-летию Европейской конвенции о защите прав человека и основных свобод, г. Кемерово, 2 ноября 2010 года: материалы докладов и выступлений. Отв. ред. Ю.В.Самович. Кемерово, Кузбассвузиздат, 2011, с. 167-175.

Konfrans materialları (Respublikada çap edilmiş)

  • Əliyev Ə.İ. Milli konstitusiyalar və insan hüquqları problemi // ”Azərbaycan Respublikasında ombudsman təsisatı və insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfransın materialları. Bakı, 2007, s. 99-108;
  • Əliyev Ə.İ. İnsan hüquqları sahəsində komitələr // “İnsan hüquqları sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasəti: formalaşması və yeni inkişaf tendensiyaları” mövzusunda 09 dekabr 2010-cu il tarixdə keçirilmiş elmi-praktik konfransın materialları. Bakı, 2010, s. 114-119.

Monoqrafiyalar

  • Əliyev Ə.İ. Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil. Bakı, Nurlar nəşriyyat-poliqrafiya mərkəzi, 2018, 200 s (Azərbaycan, ingilis, fransız. rus və türk dillərində);
  • Əliyev Ə.İ. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika. Monoqrafiya. Bakı, Şirvannəşr, 2007, 600 s.

Dərslik, dərs vəsaiti, tədris-metodiki vəsaitlər

  • Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Bakı, Hüquq ədəbiyyatı nəşriyyatı, 2019, 380 s.;
  • Əliyev Ə.İ., Aslanov E.Z. Beynəlxalq turizm hüququ. Dərslik. Bakı, NAT MMC, 2011, 475 s.;
  • Əliyev Ə.İ., Əliyev E.Ə., Məhərrəmova M.Y., Əliyev S.F., Məhərrəmov B.A. Avropa insan hüquqları. Dərs vəsaiti. Bakı, Kooperasiya nəşriyyatı, 2015, 128 s.;
  • Əliyev Ə.İ. Beynəlxalq ümumi hüquq. Tədris-metodik vəsait. Bakı, Şirvannəşr, 2004, 208 s.

Proqramlar

  • Əliyev Ə.İ. İnsan hüquqları. Bakı, Bakı Universiteti nəşriyyatı, 2014, 35 s.;
  • Əliyev Ə.İ. Beynəlxalq gömrük hüququ. Bakı, Şirvannəşr, 2005, 36 s.
  • Burdasız:
  • Ana səhifə
  • Heyət
  • Əmir İbrahim oğlu Əliyev

Emir Eliyev Huquqsunas – Wikipedia

Əmir Əliyev 1973-cü il aprel ayının 4-də Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1979–1989-cu illərdə Meğri rayonunun Nüvədi kənd orta məktəbində oxumuş, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır [1] .

1995-ci ildə BDU-da “Beynəlxalq hüquq” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1997-ci ildən hal-hazıra qədər BDU-da əvvəlcə müəllim, baş müəllim, dosent və professor vəzifəsində çalışır [1] .

Ailəlidir, üç övladı var [1] .

Pedaqoji fəaliyyəti

1997-ci ildən 2006-cı ilə kimi BDU-nun “Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ” kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 2006-cı ildən yeni yaranan “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, 2009-cu ildən isə professoru vəzifəsində çalışır [1] .

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Hüquq” elmləri üzrə Ekspert Şurasının üzvüdür. Eyni zamanda, Vəkillər üzrə Respublika İxtisas Komissiyasının üzvüdür. BDU tərəfindən buraxılan “Beynəlxalq hüquq və inteqrasiya problemləri” adlı elmi-analitik və praktiki jurnalın baş redaktor müavinidir [1] .

Əmir Əliyev “Beynəlxalq ümumi hüquq”, “İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi”, “Beynəlxalq gömrük hüququ”, “Avropa hüququ” fənlərini tədris edir [1] .

Elmi fəaliyyəti

2003-cü ildə “Azərbaycan Respublikasında əcnəbilərin hüquqi vəziyyəti və beynəlxalq hüquq” mövzusunda namizədlik dissertasiya işini müdafiə etmiş, hüquq elmləri namizədi alimlik dərəcəsi, 2007-ci ildə isə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi: nəzəriyyə və praktika” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır [1] .

Əmir Əliyev “Beynəlxalq hüquq”, “İnsan hüquqları” və “Avropa hüququ” sahələri üzrə tədqiqat aparır [1] .

  1. Beynəlxalq ümumi hüquq. Metodik vəsait. Bakı, 2005.
  2. Beynəlxalq xüsusi hüquq. Dərslik. Tərcümə. Bakı, 2007.
  3. Beynəlxalq turizm hüququ. Monoqrafiya. Bakı, 2007.
  4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsi. Monoqrafiya. Bakı, 2007.
  5. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya problemləri. Dərslik. Bakı, 2007.
  6. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi. Dərslik. Bakı, 2009
  7. İnsan hüquqları. Dərslik. Bakı, 2013. [3]

İstinadlar

  1. 123456789“Əliyev Əmir İbrahim oğlu”. Bakı Dövlət Universiteti (az.) . irl.bsu.edu.az. 2020-01-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-09-24 .
  2. A.Aslan.“BDU-da elmi konfrans keçirilib”. MODERN.AZ (az.) . modern.az. 06.05.2013, 19:07. 2016-03-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-09-24 .
  3. Afət.“Əmir Əliyevin «İnsan hüquqları» kitabı işıq üzü görüb”. SİA (az.) . sia.az. 22.11.2013 13:53 . İstifadə tarixi: 2014-09-24 .
  4. [ölü keçid]

Comments are closed, but trackbacks and pingbacks are open.