Press "Enter" to skip to content

Mir liyev insan hüquqları

İnsan hüquqlarının müdafiəsi sahəsində qeyri-müqavilə mexanizmlərinə aşağıdakılar aiddir: BMT sistemində köməkçi təsisatlar; İnsan hüquqları üzrə BMT Ali Komissarı; “1503 proseduru”; tematik mexanizmlər və b.
İqtisadi və sosial sahələrdə dövlətlərin əməkdaşlığının əlaqələndiricisi olan EKOSOK bilavasitə insan hüquqları ilə məşğul olmaq üçün iki xüsusi orqan – İnsan hüquqları komissiyası və Qadınların vəziyyəti üzrə komissuya yaratmışdır. İnsan hüquqları komissiyası EKOSOK tərəfindən seçilən 53 üzv-dövlətdən ibarətdir. Komissiya siyasi orqandır. O, hər ilin əvvəlində altı həftəlik sessiyalarını keçirir. Komissiya insan hüquqlarının müdafiəsinin müxtəlif məsələləri ilə bağlı qətnamələr və qətnamə layihələri hazırlayır və onları EKOSOK-a təqdim edir, ayrı-ayrı problemlərin və konkret öhdəliklərdə insan hüquqları ilə bağlı vəziyyətin öyrənilməsi üçün xüsusi məruzəçilər və ya işçi qrupları təyin edilir. İnsan hüquqları komissiyası 26 müstəqil ekspertdən ibarət orqan – İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya təsis etmişdir. Subkomissiya öz səlahiyyəti çərəivəsində tədqiqatlar aparır, Komissiyaya müəyyən qətnamələrin qəbul edilməsi barədə təkliflər verir.
1993-cü ildə BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/141 saylı qətnaməsi ilə İnsan hüquqları üzrə BMT-nin Ali Komissarı institutu təsis edilmişdır. Ali Komissar BMT-nin Baş Katibi tərəfindən 4 il müddətinə təyin olunur. İnsan hüquqları sahəsində BMT-nin fəaliyyətinə görə başlıca məsuliyyət onun üzərinə qoyulmuşdur. Ali Komissar insan hüquqları sahəsində təbliğat və təhsil proqramlarını əlaqələndirir, dövlətlərə konsultativ xidmətlər təklif edir, onlara müvafiq problemlərin həlli ilə bağlı maliyyə yardımı göstərir və s.
“1503 proseduru” öz adını EKOSOK-un 27 may 1970-ci il tarixli 1503 saylı qətnaməsindən götürmüşdür. Bu, kifayət qədər geniş istifadə olunan fərdi şikayət prosedurudur. Göstərilən qətnaməyə əsasən, BMT İnsan hüquqları komissiyasına səlahiyyət verir ki, insan hüquqlarının sistematik və kütləvi pozuntuları haqqında şəxslərdən, şəxslər qrupundan və qeyri-hökumət təşkilatlarından şikayətlər (daha doğrusu, məlumatlar – communications) alsın və lazım gəldikdə, onları Komissiyanın sessiyyalarında müzakirəyə çıxarsın. Bu məlumatlar heç də pozuntunun qurbanı tərəfindən deyil, istənilən fərd və ya təşkilat tərəfindən təqdim oluna bilər (Amerikaarası və Afrika komissiyalarında olduğu kimi). İnsan hüquqları komissiyasının illik sesiyalarının gündəliyinə, adətən, konkret öhdəliklərdə olan situasiya (yalnız sistematikkütləvi pozuntularla bağlı) ayrıca bənd kimi daxil edilir. Komissiya bu pozuntularla bağlı öz qeyd və təkliflərini EKOSOK-a təqdim etdiyi illik məruzəsinə daxil edə bilər.
Tematik mexanizmlər dedikdə, konkret insan hüquqlarının praktik problemlərini və ya ayrı-ayrı öhdəliklərdə insan hüquqalrının vəziyyətini öyrənmək məqsədilə BMT İnsan hüquqları komissiyası (o cümlədən İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya) tərəfindən təyin olunan xüsusi məruzəçilər və yaxud işçi qrupları başa düşülür. Xüsusi məruzəçilər və işçi qrupları öz vəzifələrini yerin yetirərkən, adətən, müxtəlif mənbələrdən məlumat alırlar. Dövlətin razılığı ilə onlar yerlərdə təhqiqat apara bilərlər. Öz təhqiqat və ya təhqiqatlarının nəticələrini onlar müvafiq tövsiyələrlə birgə məruzə şəklində İnsan hüquqları komissiyasına təqdim edirlər.

Mir liyev insan hüquqları

Published:6/10/2020 12:59 PM

Views:601

“ Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları”

10 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki regional mərkəzi və İsmayıllı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “ Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları” mövzusunda videokonfrans keçirilib.
Konfransda Ombudsmanın Şəki Regional Mərkəzinin Nümayəndəliyinin rəhbəri Pərviz Məmmədov, İsmayıllı şəhər Gənclər və İdman İ darəsinin rəisi Taleh Salehov və əməkdaşları, İsmayıllı İcra Hakimiyyətinin əməkdaşları Bəhruz Xələfov və Ariz Həsənov, İsmayıllı rayonu Yeni Azərbaycan Partiyasının aparat rəhbəri Anar Nəbiyev və əməkdaşları, İsmayıllı Heydər Əliyev Mərkəzinin rəhbəri Mayil Fərəcov və əməkdaşları, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Qəbələ rayon Gənclər və İdman İ darəsinin rəisi Fəxri Soltanov eyni zamanda fəal gənclər iştirak ediblər.
Konfransda qeyd edilib ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
1998-ci il iyun ayının 18-də Ü mummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq edib.
Maraqlı keçən görüş fəal gənclərlə birgə mövzu ətrafında geniş fikir mübadiləsi aparılmaqla davam etdirilib.

Beynəlxalq insan hüquqları

İstənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmil etməlidir. Əsas etibarilə, suveren və müstəqil dövlətlər arasında münasibətləri tənzimləmək missiyasını yerinə yetirən beynəlxalq hüquqda fərdlərin əsas hüquq və azadlıqlarını nizamlayan normaların inkişaf etməsi çox böyü əhəmiyyət kəsb edir. Bu normaların məcmusu beynəlxalq insan hüquqları hüququnu (international human riqhts law)təşkil edir.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavəsitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən “hər kəsin… hüququ vardır” konstruksiyaı birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərəivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquları təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolunu biz aşağıdakılarda görürük:
a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək;
b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək; c
) dövlətlər üçün ümumi standartlar müəyyən etmək (əsas insan hüquq və azadlıqlarının “kataloqunu” müəyyən etmək);
ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.
Beləliklə, insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartlar müəyyənləşdirən və bu standartların dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət məqsədilə xüsusi mexanizmlər müəyyən edən normaların məcmusuna beynəlxalq insan hüquqları hüququ deyilir.
Beynəlxalq insan hüquqları hüququnun tarixi BMT Nizamnaməsindən başlamışdır.
Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi, milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada “irqinə, cinsinə, dilinə, və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsi” BMT-nin əsas məqsədlərindən biri kimi, bəyan edilir (1-ci maddə). “Bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verilməsi” (55-ci maddə) və bunun üçün BMT ilə birgə və ya müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi qoyulur. Gördüyümüz kimi, bu öhdəliklər dəqiq və birmənalı ifadə olunmamışdır. Daha doğrusu, söhbət burada insan hüquqlarının təmin edilməsi və ya insan hüquqlarına hörmət edilməsi vəzifəsindən deyil, bu hüquqlara hörmətin “dəstəklənməsi və həvəsləndirilməsi” vəzifəsindən gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq etmək olduqca çətindir. Praktik olaraq bu o deməkdir ki, yalnız insan hüquqlarına tam etinasız yanaşan, bu hüquqları kobud və kütləvi şəkildə pozan dövlət yuxarıda göstərilən Nizamnamə öhdəliyini yerinə yetirməmiş olur.
Məsələn, Tehran girovları haqqında işdə (ABŞ/İran – 1980-cı il) BMT Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, “insanların qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və onların ağır şəraitdə fiziki təzyiqlərə məruz qoylması – Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə… tamamilə ziddir”.

Namibiya işində (1971-ci il) Beynəlxalq Məhkəmə Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayrı-seçkilik siyasətini “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud pozuntusu” kimi səciyyələndirilmişdir.
İkinci bir tərəfdən, BMT Nizamnaməsində konkret insan hüquq və azadlıqları sadalanmır. Hansı hüquqların əsas insan hüquqlarına aid olduğunu və onların “beynəlxalq kataloqunu” müəyyən etmək üçün 10 dekabr 1948-ci il tarixdə BMT Baş Assambleyasının 217 (III) saylı qətnaməsi ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 58 BMT üzvündən 48-i Nizamnamənin lehinə səs vermiş, 8 dövlət, o cümlədən SSRİ bitərəf qalmışdı (iki dövlət isə, ümumiyyətlə, iştirak etmirdi). 30 maddədən ibarət olan bu sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və s.) təsbit olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqlarıhüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır. Onun başlıca müddəaları bir çox konstitusiyalarda və digər qanunvericilik aktlarında öz əksini tapmış, xeyli sayda milli məhkəmə qərarlarının əsasını təşkil etmişdir.Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi xarakteri barədə müxtəlif fikirlər mövcudur. Hər şeydən öncə, qeyd edək ki, Bəyannamə BMT Baş Assambleyasının qətnaməsidir və onun bilavəsitə hüquqi qüvvəsi yoxdur; müqavilə əvəzinə qətnamə qəbul etməklə, dövlətlər öz üzərlərinə məcburi öhdəliklər götürmək istəməmişlər. Lakin Bəyannamənin əksər müddəaları bu gün adət kimi hamılıqla tanınmışdır. Bilavəsitə olmasa da, dövlətlərin ümumi praktikası (müvafiq müqavilələrdə iştirak, Bəyannamənin milli qanunvericiliyə bu və ya digər şəkildə daxil edilməsi, məhkəmə qərarlarında Bəyannaməyə istinad edilməsi və s.) vasitəsilə bu müddəalar ümumi beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir. Lakin bu deyilənləri bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə aid etmək düzgün olmazdı: məsələn, sığınacaq hüququnu (14-cü maddə), işsizlikdən müdafiə hüququnu (23-cü maddəsinin 1-ci hissəsi), asudə vaxt hüququnu (24-cü maddə) və bir sıra digər hüquqları heç də bütün dövlətlər üçün məcburi olan normalar kimi qəbul etmək olmaz.
Əsas insan hüquq və azadlıqlarını hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə 1966-cı ildə iki universal müqavilə imzalandı – İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (3 yanvar 1976-cı ildə qüvvəyə minmişdir) və Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (23 mart 1976-cı ildə qüvvəyə minmişdir). Adlarından göründüyü kimi, birinci Paktda iqtisadi, sosial və mədəni hüquqlar, ikinci Paktda isə vətəndaş və siyasi hüquqlar öz əksini tapmışdır. Formal-hüquqi baxımdan Vətəndaş və siyasi hüquqlar haqqında Pakt daha mükəmməldir və o, iştirakçı dövlətlər üçün daha aydın və dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur. Paktda nəzərdə tutulmuş başlıca öhdəlik ondan ibarətdir ki, dövlət öz ərazi hüdudlarında və yurisdiksiyası çərçivəsində olan hər bir şəxsin bu Paktda təsbit olunmuş hüquqlarına hörmət etməli və onları təmin etməlidir (2-ci maddənin 1-ci hissəsi). Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri qanunvericilik, inzibati və digər tədbirlər görməli (2-ci maddənin 2-ci hissəsi) və habelə pozulmuş hüquların müdafiəsi və bərpası məqsədilə şəxsə effektiv dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etməlidir (2-ci maddənin 3-cü hissəsi). Vətəndaş və siyasi hüquqlar haqqında Paktın daha bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu, 28-ci maddənin əsasında təsis olunmuş İnsan hüquqları komitəsidir (bu barədə aşağıda bəhs ediləcəkdir). Pakta iki protokol əlavə olunmuşdur: İnsan hüquqları komitəsinə fərdi şikayətlərə baxmaq səlahiyyəti verən 1966-cı il Fakultativ Protokolu və Ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokol (1989-cu il).
Beynəlxalq insan hüquqları hüququnun sonrakı inkişafı ayrı-ayrı insan hüquqlarına həsr olunmuş müqavilələrin bağlanması və insan hüquqları sahəsində beynəlxalq mexanizm və prosedurların inkişaf etdirilməsi və təkminləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan hüquqları hüququ beynəlxalq hüququn ən intensiv inkişaf edən və dövlətdaxili hüquq ilə ən sıx “əməkdaşlıq edən”sahəsidir.

1. Beynəlxalq insan hüquqları hüququnun mənbələri

Insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklər, əsas etibarilə, müqavilə mənşəlidır. Müqavilənin üstünlüyüondadır ki, o, dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur.
Hal-hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bundan əlavə, Beynəlxalq əmək təşkilatı (BƏT) çərçivəsində bəzən sosial ədalətin corpus yuris-i adlandırılan çoxlu sayda konvensiyalar qəbul olunmuşdur.
Insan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələri dörd kateqoriyaya bölmək olar:
1) Ümumi müqavilələr. Bu müqavilələrdə, demək olar ki, bütün əsas insan hüquqları və ya onların böyük bir hissəsi təsbit olunur. Ümumi müqavilələr həm universal, həm də regional səviyyədə mövcuddur. Universal müqavilələrə İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı və Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı aiddir. Ümumi regional müqavilələr aşağıdakılardır. İnsan hquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası (Avropa İnsan Hüquqları Konvensiyası); Avropa Sosial Xartiyası; Amerika İnsan Hüquqları Konvensiyası; İqtisadi, sosial və mədəni hüquqlar sahəsində Amerika İnsan Hüquqları Konvensiyasına 1988-ci il Əlavə Protokolu; İnsan və xalqların hüquqları haqqında 1981-ci il Afrika Xartiyası.
2) Xüsusi müqavilələr. Bu müqavilələr kokret insan hüquqlarının müdafiəsinə yönəlmişdir. Xüsusi müqavilələr də həmçinin universal və regional səviyyədə bağlanır. Universal müqavilələr, əsasən, bunlardır: Genosid cinayətin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası; 1926-cı il Köləlik Konvensiyası; Köləliyin, qul ticarətinin və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası; Zorla işlətməyin ləğv olunması haqqında 1957-ci il 105 saylı BƏT Konvensiyası; İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə 1984-cü il Konvensiyası. Regional səviyyədə bağlanmış xüsusi müqavilələrə bir sıra misallar gətirək: İşgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasına dair 1987-ci il Avropa Konvensiyası; İşgəncənin qarşısının alınması və cəzalandırılmasına dair 1985-ci il Amerika Konvensiyası; Sosial təminat haqqında 1972-ci il Avropa Konvensiyası.
3) Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin hüquqlarını qorumaq məqsədi güdən bu müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: Qadınların siyasi hüquqları haqqında 1952-ci il Konvensiyası; Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası; Bütün miqrant-işlərinin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında 1990-cı il Beynəlxalq Konvensiyası; Miqrant işlərinin hüquqi statusu haqqında 1977-ci il Avropa Konvensiyası; Milli azadlıqların müdafiəsinə dair 1995-ci il Çərçivə Konvensiyası; Müstəqil ölkələrdə köklü və tayfa xalqlarına dair 1989-cu il 169 saylı BƏT Konvensiyası və s.
4) Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr. Bu müqavilələr irqi və ya cinsi əsaslara görə, təhsil, işədüzəlmə və s. sahələrdə ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır. Bu məsələ ilə bağlı bir sıra universal müqavilələr mövcuddur; məsələn: İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyası; Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyası; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il Konvensiyası; Təhsil sahəsində ayrı-seçkilik əleyhinə 1960-cı il YUNESKO Konvensiyası və s.

Insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi sahəsində adət normalarının da müəyyən rolu vardır. Beynəlxalq hüquqi adətin bu sahədə rolu müvafiq müqavilə müddəalarının qeyri-iştirakçı dövlətlərə şamil edilməsi və həmin müqavilələrdə nəzərdə tutulmamış hüquqi müdafiə vasitələrinin təmin edilməsi ilə məhdudlaşır. Əsas insan hüquqlarının müəyyən hissəsi artıq ümumi beynlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir və hər hansı bir müqavilənin iştirakçısı olub-olmamaqdan asılı olmayaraq bütün dövlətlər üçün məcburidir. Məsələn, indi heç bir dövlət Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Paktında iştirak etmədiyini bəhanə gətirərək (belə dövlətlərin sayı 40-dan artıqdır), işgəncələr tətbiq edə bilməz və ya şəxsi özbaşına və ya qanuni əsas olmadan həyatdan məhrum edə bilməz. Dövlətlərin aşağıdakı hüquqa zidd əməlləri beynəlxalq adət hüququnun pozuntusu kimi tövsif edilə bilər: genosid; aparteid; köləlik; bir sıra insan hüqüqlarınin aşağıdakı sistematik və ya kobud pozuntuları – şəxsin qanunsuz həyatdan məhrum edilməsi; işgəncə; irqi ayrı-seçkilik; uzunmüddətli özbaşına həbs; şəxsin zorla müəyyən ərazidən çıxarılması; minimal məhkəmə təminatlarının pozulması; qanunun geriyə tətbiqi.
İnsan hüquları sahəsində tövsiyə xarakterli sənədlər köməkçi hüquq mənbəyi kimi böyük əhəmiyyətə malikdir. Bu cür sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar:
BMT Baş Assambleyasının qətnamələri; o cümlədən bu qətnamələrlə qəbul olunmuş aktlar (məsələn, “Dözümsüzlüyün və din və ya əqidələr əsasında ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında1981-ci il Bəyannaməsi; Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı ədalət mühakiməsinin həyata keçirilməsinə dair BMT-nin Minimal standart qaydaları (1985-ci il); Mill,etnik,dil və dini azdlıqlara mənsub olan şəxslərin hüquqları haqqqında 1992-ci il Bəyannaməsi və s. ); beynəlxalq konfransların aktları (məsələn, 30 sentyabr 1990-cı il tarixdə Uşaqlar naminəyüksək səviyyədə Ümumdünya görüşü zamanı qəbul olunmuş Uşaqların yaşaması, müdafiəsi və inkişafınin təmin edilməsi haqqında Ümumdünya Bəyannaməsi; İnsan hüquqları üzrə Ümumdünya Vyana Konfransında (14-25 iyun 1993-cü il ) qəbul olunmuş Vyana Bəyannaməsi və Hərəkət Proqramı və s.); ATƏM (indiki ATƏT) çrçivəsində qəbul olunmuş və özündə siyasi öhdəliklər ehtiva edən sənədlər və b.
Bu sənədlərdə həm bütövlükdə insan hüquqlarının müdafiəsi, həm də konkret insan hüquqlarının həyata keçirilməsi ilə bağlı tövsiyə xarakterli standartlar müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə çalışır, bəzi hallarda isə onları hətta öz qanunvericiliyinə daxil edirlər.

3.İnsan hüquqlarının təsnifatı

İnsan hüquqlarının ən sadə təsnifatı onların vətındaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara ayrılmasıdır. Universal və regional səviyyədə bağlanan müqavilələr şox zaman bu bölgüyə uyğunlaşdırlır. Geniş yayılmış daha bir təsnifat isə tarıxı meyara söykənir. Söhbət fransız alimi K.Vasak tərəfindən irəli sürülmüş “insan hüquqlarının üç nəslikonsepsiyasından gedir. Bu konsepsiyaya görə, hazırda mövcud olan bütün əsas insan hüquqları öz inkişaf tarixində üç mərhələ keçmişdir və bu mərhələlər əsasında üç nəsil fərqləndirilir.
Birinci nəsil vətəndaş hüquqları və siyasi hüquqlar aiddir; Qərb ölkələrinin məhşur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdır. Bu hüquqlar aşağıdakılardır: yaşamaq hüququ; işgəncəyə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaq hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdan və din azadlığı; sərbəst toplaşmaq hüququ; birləşmək hüququ; dövlət işlərinin aparılmasında iştirak etmək hüququ; və s.
XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci il) Konstitusiyalarında insan hüquqlarının ikinci nəsil – sosial-iqtisadi və mədəni hüquqlar ortaya çıxır və ikinci dünya müharibəsindən sonra isə bu hüquqlar bir sıra beynəlxalq müqavilələrdə (1961-ci il Avropa Sosial Xartiyasında; İqtisadi, Sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktında və s.) ayrıca təsbit olunur. Söhbət burada aşağıdakı hüquqlardan gedir: işləmək hüququ; həmkarlar ittifaqı yaratmaq hüququ; tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sətvətlərdən istifadə etmək hüququ və s.
Üçüncü nəsil yaranması son dövrün inkişaf xüsusiyyətləri ilə izah edilir. Bu izaha görə, indi obyektiv olaraq elə hüquqlar meydana gəlmişdir ki, onlar ayrılıqda fərdə və ya fərdlər qrupuna yox, bütövlükdə məcmuya, xalqa məxsusdur: məsələn, inkişaf hüququ; sülh hüququ; sağlam ətraf mühitdə yaşamaq hüququ və s. Bu hüquqlar “kollektiv hüquqlar” və ya “həmrəylik hüquqları”adlanır. Lakin göstərilən hüquqlar tam formalaşmamışdır və onlar dəqiq normativ məzmuna malik deyldir. Məsələ burasındadır ki, bu hüquqları fərdin dövlətə qarşı subyektiv tələbi şəklində formulə etmək, demək olar ki, qeyri-mümkündür. Məsələn, inkişaf hüququnu və ya sülh hüququnu iddia qaydasında məhkəmədə necə müdafiə etmək olar? Hüquq yalnız o yerdə var ki, orada onun müdafiəsi vasitəsi vardır (ubi jus ibi remedium). İkinci bir tərəfdən, bu hüquqlar, prinsip etibarilə, ayrıca götürülmüş bir dövlətdə tam həyata keçirilə bilməz.
İnsan hüquları içərisində habelə mütləq hüquqlar və dövlətlərin müəyyən hallarda geri çəkilə bildiyi hüquqlar fərqləndirilir. Mütləq hüquqlar o insan hüquqlarıdır ki, dövlət heç bir halda, o cümlədən fövqəlada vəziyyət şəraitində onlardan geri çəkilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasına görə, bu aşağıdakı hüquqlardır: yaşamaq hüququ (maddə 2); işgəncələrə məruz qalmaq hüququ (maddə 3); köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ (maddə 4) və qanunsuz cəzaya yol verilməməsi (maddə 7).

4. İnsan hüquqları sahəsində dövlətlərin beynəlxalq öhdəliklərinin təsnifatı

Yuxarıda qeyd etdik ki, beynəlxalq səviyyəyə çıxmaqla, insan hüquqları dövlətlərin beynəlxalq öhdəlikləri şəklində təsbit olunur. Yəni “hər kəsin… hüququ vardır” konstruksiyasında əks tərəf, istənilən halda, müvafiq öhdəlik daşıyan dövlətdir. Beynəlxalq-hüquqi təhlil üçün “medalın bu ikinci tərəfi” daha böyük maraq kəsb edir. Başqa sözlə, həmin konkret insan hüququna, həm də bütövlükdə insan hüquqalrının müdafiəsi ideyasına dövlətlərin beynəlxalq öhdılikləri prizmasından baxmaq daha məqsədəuyğun sayıla bilər. Biz aşağıda görəcəyik ki, dövlətlərin insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri ilə fərdin hüquq və azadlıqları, onların hüquqi məzmun baxımından heç də üst-üstə düşmür.
İnsan hüquqları sahəsində dövlətlər öz üzərlərinə müxtəlif xarakterli beynəlxalq öhdəliklər götürürlər. Hər şeydən əvvəl, onların iki qrupunu fərqləndirmək lazımdır: 1) maddi öhdəliklər və 2) implementasiya öhdəlikləri. İkinci qrup öhdəliklər – beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş mexanizmlərin fəaliyyəti ilə bağlı dövlətlərin həyata keçirməli olduqları vəzifələrdir: beynəlxalq orqana (məsələn, Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 40-cı maddəsi əsasında İnsan hüquqları komitəsinə) dövrü məruzələr təqdim edilməsi: beynəlxalq orqanın (məsələn, Avropa insan hüquqları məhkəməsinin) fərdi şikayət üzrə çıxardığı qərarın icra edilməsi və s.
Maddi öhdəliklər, əlbəttə ki, əsas kütləni təşkil edir və çox zaman dövlətlərin insan hüquqları sahəsindəki beynəlxalq öhdəlikləri dedikdə, məhz onlar nəzərdə tutulur. Bu öhdəliklər həm bütövlükdə insan hüquqlarını, həm də ayrı-ayrı hüquq və azadlıqları əhatə edir. Müxtəlif meyarlar tətbiq etməklə, göstərilən öhdəlikləri aşağıdakı növlərə ayırmaq olar:

  1. müqavilə öhdəlikləri və beynəlxalq adətdən irəli gələn öhdəliklər;
  2. ümumi və kokret öhdəliklər; konkret öhdəliklər öz növbəsində əsas və törəməöhdəliklərə bölünür;
  • nəticə öhdəlikləri və davranış öhdəlikləri;
  • pozitiv və neqativ öhdəliklər;
  • “dərhal” və “tədricən” yerinə yetirməli olan öhdəliklər.

Ümumi və konkret öhdəliklər. Bu və ya digər müqavilənin iştirakçısı olmaqla, dövlət öz üzərinə konkret insan hüquqları ilə bağlı öhdəliklərlə yanaşı, müqavilədə təsbit olunmuş bütün hüquqlara aid olan ümumi öhdəliklər də götürür; məsələn, insan hüquqlarına hörmət etmək; insan hüquqlarının tədricən həyata keçirilməsinə səy göstərmək; insan hüquqlarını təmin etmək; insan hüquqlarını həyata keçirərkən ayrı-seçkiliyə yol verməmək; qanunvericilik və digər tədbirləri həyata keçirmək; effektiv dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etmək və s. (Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi; Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsi və s.).
Ayrı-ayrı insan hüquqlarına uyğun olan konkret öhdəlikləri öz növbəsində əsas və törəmə öhdəliklərlə ayırmaq olar. Əsas öhdəlik insan hüquqnun bilavəsitə məzmununu təşkil edir. İnsan hüquqlarının pozulması – ilk növbədə, əsas öhdəliyin pozulmasıdır. Məsələn, yaşamaq hüququnun pozulması, hər şeydən əvvəl, dövlət tərəfindən şəxsin özbaşına və ya qanunsuz öldürülməsində ifadə olunur. Törəmə öhdəliklər isə birbaşa və ya dolayı yolla əsas öhdəliklərin məzmunundan irəli gəlir və onları tamamlayır. Məsələn, yaşamaq hüququ ilə bağlı olan aşağıdakı törəmə öhdəlikləri göstərmək olar: insan həyatının mühafizəsinə yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsi; qəsdən adamöldürmə aktının təhqiq edilməsi; təqsirli şəxslərin cəzalandırılması və s. Təbii ki, bu öhdəliklər pozulanda da dövlət məsuliyyət daşıyır.

Nəticə öhdəlikləri və davranış öhdəlikləri. Nəticə öhdəlikləri dövlətdən müəyyən nəticənin və ya məqsədin əldə olunmasını tələb edir; dövlət bu nəticəyə nail olmaq üçün özü istədiyi davranış variantını seçə bilər. Əslində insan hüquqları sahəsindəki öhdəliklərin böyük əksəriyyəti nəticə öhdəlikləridir, belə ki, qanunvericilik, inzibati və özünün lazım bildiyi digər tədbirləri görməklə, dövlət son nəticədə fərdin hüququnu təmin etməlidir. Məsələn, əgər polis hər hansı şəxsı özünə yaşayış yeri seçmək azadlığından qanunsuz olaraq məhrum edirsə, yuxarı inzibati orqan və ya məhkəmə vasitəsilə dövlət hələ bu vəziyyəti düzəldə bilər və həmin qadağanı ləğv edə bilər. Ylnız əks halda dövlətin beynəlxalq məsuliyyəti ortaya çıxa bilər. Davranış öhdəlikləri isə dövlətdən müvafiq normada konkret müəyyən olunmuş əməlin həyata keçirilməsini tələb edir. Bunu etməməklə, dövlət öz beynəlxalq öhdəliyini pozmuş olur. Misallara müraciət edək. Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 25-ci maddəsində deyilir ki, “hər cür müharibə təbliğatı qanunla qadağan edilir”. Avropa Sosial Xartiyasının 7-ci maddəsinin 2-ci bəndində dövlətlərin üzərinə belə bir vəzifə qoyulur ki, qanunvericilik qaydasında uşaqların təhlükəli və zərərli işlərə buraxılmasının minumal yaş həddini müəyən etsinlər. Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “hər bir kəsin həyatı qaunla qorunur”. Bütün gətirilən misallarda davranış öhdəliyi müvafiq qanunun qəbul olunmasıdır. Belə bir qanunun qəbul edilməməsi dövlətin beynəlxalq öhdəliyinin pozulması deməkdir.

“Pozitiv” və “Neqativ” öhdəliklər. Mühüm praktik əhəmiyyətə malik olan bu bölgünün əsasıda bu və ya digər insan hüququnun həyata keçirilməsi üçün dövlətdən tələb olunan davranışın xaraqteri dayanır. Əgər fərdin hüququnun təmin olunması üçün dövlətdən yalnız müəyyən hərəkətləri etməkdən (şəxsi özbaşına öldürməkdən, işgəncə tətbiq etməkdən, şəxsi həyata müdaxilə etməkdən və i.a.) çəkinmək tələb olunursa, bu, neqativ öhdəlikdir. Pozitiv öhdəliklər isə, əksinə, dövlətdən “aktiv müdaxilə”, yəni müəyyən qanunvericilik, inzibati, təşkilati və digər tədbirlərin görülməsini tələb edir. Hal-hazırda elə bir insan hüququ yoxdur ki, onun tam təmin edilməsi dövlət tərəfindən hansısa pozitiv hərəkətlər olmadan mümkün olsun. Bu, həm “klassik” hüquqlara həm də ikinci nəsi hüquqlara aiddir. Doğrudur, bu zaman dövlətdən tələb olunan “müdaxilənin” dərəcəsi müxtəlif ola bilər: təbii ki, iqtisadi hüquqların həyata keçirilməsi üçün daha əhatəli və daha intensiv səylər tələb olunur.
Məsələn, belə görünə bilər ki, işgəncəyə məruz qalmamaq hüququ dövlətin üzərinə yalnız neqativ öhdəlik qoyur. Lakin beynəlxalq praktikada dəfələrlə qeyd edilmişdir ki, bu “kiassik” hüquq həm də pozitiv öhdəliklər doğurur; məsələn, dövlət təmin etməlidir ki, türmə gözətçiləri, polis, hərbi və tibbi heyət müvafiq beynəlxalq normalarla, o cümlədən Məhbuslarla təftar haqqında BMT-nin minumal standart qaydaları ilə tanış edilsinlər; baş vermiş bütün işgəncə halları təhqiq olunsun; təqsirli şəxslər cəzalandırılsın və s. Burada habelə yaşamaq hüququ ilə bağlı yuxarıda göstərdiyimiz misalı xatırlamaq olar. Sırf “klassik” hüquq sayılan yaşamaq hüququ dövlətlər üçün bir sıra pozitiv öhdəliklər müəyyən edir: insan həyatının mühafiəsinə yönəlmiş qanunvericilik aktlarının qəbul edilməsi; qəsdən adamöldürmə cinayətinin təhqiq edilməsi; təqsirli şəxslərin cəzalandırılması və s.

“Dərhal” və “tədricən” yerinə yetirilməli olan öhdəliklər. Dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərinin bu təsnifatına İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 2-ci maddəsi “səbəb olmuşdur”. Həmin maddənin 1-ci hissəsində deyilir: “Bu Pakta iştirak edən hər bir dövlət öz üzərinə vəzifə götürür ki, Paktda tanınmış hüquqların tədricən tam həyata keçirilməsini təmin etmək üçün, fərdi qadada və beynəlxalq yardım və əməkdaşlıq çərçivəsində, özündə olan ehtiyatlardan maksimum istifadə etməklə… tədbirlər görsün ”. Bu müddəa, sözü gedən Paktın mərkəzi müddəası olmaqla, müqavilədən irəli gələnbütün digər öhdəliklərin təbiətini müəyyən edir. Verdiyimiz ayırmalardan görünür ki, iqtisadi, sosial və mədəni hüquqlar müəyyən hallardan – dövlətin lazımi ehtiyatlara (maddi ehtiyatlar, insan ehtiyatları və s.) malik olmasından və beynəlxalq yardımın olmasından asılı olaraq tədricən də həyata keçirilə bilər, yəni iştirakçı dövlətlərin Paktda təsbit olunmuş hüquqlara təminat vermək kimi birbaşa hüquqi öhdəliyi yoxdur (bu deyilənlər Paktin 8-ci maddəsinə (həmkarlar ittifaqları yaratmaq və onlara daxil olmaq) və 3-cü maddəsinə (qadın və kişilərin hüquq bərabərliyi) şamil olunmur). Başqa sözlə, fərdə qısa müddətdə, tutaq ki, işləmək hüququnun və ya minimal həyat səviyyəsi hüququnun təmin edilməsi dövlətin öz beynəlxalq öhdəliyini pozması kimi tövsif edilə bilməz. Dövlət əsaslı surətdə göstərə bilər ki, o, ehtiyaylarını maksimum səfərbər etməklə bütün zəruri tədbirləri görür və bu hüquqlar tədricən həyata keçiriləcəkdir.
Yaponiya Ali Məhkəməsinin 1989-cu ildə Şiomi işi üzrə çıxardığı qərar bu baxımdan diqqətəlayiqdir. Məhkəmə birmənalı şəkildə qeyd etmişdi ki, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-cu maddəsi (sosial təminat hüququ) fərdlərə dərhal təmin edilməsi tələb olunan konkret hüquq nəzərdə tutmur. Bu, Paktın 2-ci maddəsinin 1-ci hissəsindən aydın görünür.
Şübhəsiz ki, deyilənlər İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın “zəif” cəhətidir və bu, özü-özlüyündə həmin hüquqların xarakteri ilə bağlıdır. Əgər sözü gedən müddəanı Vətəndaş və siyasi hüquqlar haqqında Paktın ekvivalent müddəası ilə müqayisə etsək, biz əhəmiyyətli fərqi görə bilərik. Həmin Paktın 2-ci maddəsində, yuxarıda göstərdiyimiz kimi, iştirakçı dövlətlərin bütün müvafiq hüquqları təmin etmək vəzifəsi təsbit olunmuşdur. Deməli, Vətəndaş və siyasi hüquqlar haqqında Paktdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini dövlət özü istədiyi kimi, tutaq ki, maliyyə çətinliklərinə və yaxud da ölkədə siyasi və ya iqtisadi sabitliyin olmamasına istinad etməklə, təxirə sala bilməz. Bu öhdəliklər dərhal yerinə yetirilməli olan öhdəliklərdir.
Avropa insan hüquqları məhkəməsinin baxdığı bir işi (Guincho case) misal gətirək. Portuqaliyada birinci məhkəmə instansiyasında avtomabil qəzası ilə bağlı bir işə baxılması təxminən dörd il (1978-ci ilin dekabrından 1982-ci ilin oktyabrına qədər) çəkmişdi. Avropa məhkəməsi qarşısında Portuqaliya hökumətinin nümayəndəsi bu pozuntunu (sobət işin lazımi müddətdə araşdırılması hüququnun pozulmasından gedirdi) ölkədə son illər baş vermiş çətinliklərlə əsaslandırmağa çalışırdı; onun fikrincə, bu çətinliklər 1974-cü ildə demokratiyanın ölkədə bərpa edilməsindən və elə bu dövürdə Portuqaliyanın bir sıra müstəmləkələrinin müstəqillik qazanmasından sonra bir milyona yaxın adamın yenidən Portuqaliyaya qayıtması ilə bağlı ortaya çıxmışdı. Lakin Məhkəmə bu dəlilləri əsassız saydı və qeyd etdi ki, Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etməklə, Portuqaliya öz üzərinə bu Konvensiyada təsbit olunmuş bütün hüquqları, o cümlədən işin məhkəmədə lazımi müddətdə araşdırılması hüququnu təmin etmək vəzifəsini götürmüşdür.

5. İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanızmləri

Beynəlxalq insan hüquqları hüququnun yuxarıda verdiyimiz tərifindən aydın görünür ki, bu sahədə mövcud olan normativ massivi iki hissəyə ayırmaq olar: 1) hüquqi mexanizm (dövlətlərin maddi xarakterli öhdəliklərini nəzərdə tutan normalar); 2) implementasiya mexanizmi (insan hüquqlarının həyata keçirilməsi üzərində nəzarət mexanizmlərini (bunlara bəzən institusional mexanizmlər də deyirlər) müəyyən edən normalar). Bu bölgü əksər beynəlxalq müqavilələrin sturukturunda öz əksini tapmışdır. Belə ki, müqavilələrin ilk bölmələlərində, adətən, maddi normalar təsbit olunur, qalan hissədə isə müvafiq nəzarət orqanının təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən edilir. Məsələn, üç bölmədən ibarət olan Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci bölməsi ayrı-ayrı insan hüquqlarına, ikinci bölməsi isə Avropa insan hüquqları məhkəməsinə həsr olunmuşdur. Burada bir şeyi əlavə edək ki, institusional mexanizmlər digər beynəlxalq sənədlərdə, məsələn, beynəlxalq orqan və ya təşkilatların qətnamələrində də nəzərdə tutula bilər.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi sahəsində mövcud olan mexanizmlər müxtəlif xaraqterə malikdir. Bu mexanizmlər həm universal həm də regional səviyyədə mövcuddur. Yaradılması əsasına görə institusional mexanizmlər müqavilə və qeyri-müqavilə mexanizmlərinə bölünür.
Müqavilə mexanizmləri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuşur. Bu mexanizmlər, bir qayda olaraq, aşağıdakı səlahiyyətlərə malik olur: a) dövlətlərin müvafiq müzafiq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi haqqında məruzələrinin dinlənilməsi; b) yerlərdə ümumi situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatların aparılması; c) insan hüquqlarının pozulması iddia edən fərdi və ya dövlətlərarası şikayətlərə baxılması.
Universal səviyyədə mövcud olan müqavilə mexanizmləri aşağıdakılardır; İnsan hüquqları komitəsi; İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə; İşgəncə əleyhinə komitə; Uşaq hüquqları komitəsi; Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitə; Üçlər qrupu. Buraya habelə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın yerinə yetirilməsinə nəzarət edən, amma əslində Paktın əsasında deyil, EKOSOK-un qətnaməsinə uyğun olaraq 1985-ci ildə təsis olunmuş İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitəni və BƏT və YUNESKO çərçivəsində fəaliyyət göstərən insan hüquqlarının müdafiəsi mexanizmlərini də əlavə etmək olar. Yuxarıda sadalanan orqanlardan yalız ilk üçü həm fərdi, həm də dövlətlərarası şikayətlərə baxmaq səlahiyyətinə malikdir. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəyə isə yalız fərdi şikayətlərə baxmaq hüququ verilmişdir.

  • Insan hüquqları komitəsiVətəndaş və siyasi hüquqlar haqqında Paktın 28-ci maddəsi əsasında yaradılmışdır. Komitə Paktın iştirakçıları tərəfindən 4 il müddətinə seçilən, amma öz dövlətlərini təmsil etməyən 18 ekspertdən ibarətdir. Paktın 40-cı maddəsinə görə, Komitə iştirakçı dövlətlərdən öz öhdəliklərini yerinə yetirməkləri barədə dövrü (5 ildən bir) məruzələr alır və bu məruzələrlə bağlı öz qed və təkliflərini irəli sürür.
    Paktın 41-ci maddəsinə müvafiq olaraq, İnsan hüquqları komitəsi bir iştirakçı dövlətin digər iştirakçı dövlətə qarşı verdiyi və həmin dövlətin Paktdan irəli gələn öhdəliklərini pozduğunu iddia edən şikayətə baxmaq səlahiyyəti vardır. Lakin bu prosedurdan yalnız onu xüsusi formada qəbul edən, yəni 41-ci maddənin əsasında bəyanat təqdim edən dövlətlər istifadə edə bilərlər. Paktın 144 iştirakçısından yalnız 45-i indiyə qədər belə bəyanat vermişdir. Pakta görə, belə bir şikayət qəbul edən Komitə əvvəlcə vasitəçilik cəhdi edir, bir nəticə hasil olmadıqda isə, o, tərəflərin razılığı ilə məsələni ad hoc razılaşma komissiyasına göndərə bilər. Komitənin axır mərhələdə çıxardığı qərar məcburi xarakter daşımır. Qeyd edək ki, siyasi mülahizələr ucbatından dövlətlərarası şikayət proseduru bir dəfədə olsun istifadə olunmamışdır.
    İnsan hüquqları komitəsinin daha bir səlahiyyəti 1966-cı ildə qəbul olunmuş Fakultativ Protokolla müəyyən olunmuşdur. Protokolun 1-ci maddəsinə görə, Komitə, özünü Paktda təsbit olunmuş hər hansı bir hüququn pozulmasının qurbanı hesab edən şəxsdən müvafiq dövlətə qarşı şikayət qəbul edə bilər və ona baxa bilər. Protokolun adından göründüyü kimi, fərdi şikayət proseduru məcburi deyildir və o, yalnız Protokolu ratifikasiya etmiş Paktin iştirakçılarına, yəni bu günə qədər 90-dan artıq dövlətə şamil edilir. Şübhəsiz ki, İnsan hüquqları komitəsinin yuxarıda göstərilmiş ilk iki səlahiyyətinə nisbətən, fərdi ərizə proseduru daha əhəmiyyətli və daha səmərəlidir. Şəxsin onun hüququnu pozan dövlətə qarşı çıxış edə bilməsi və beynəlxalq səviyyəyə çıxması dövlət üzərində mühüm nəzarət vasitəsidir. Komitənin fərdi şikayəti qəbul etməsi üçün müəyyən şərtlər mövcuddur: a) şəxs yalız dövlətdə olan bütün effektiv hüquq müdafiə vasitələrindən (məsələn, bütün məhkəmə instansiyalarından) istifadə etdikdən və müsbət nəticə əldə etmədikdən sonra şikayət vermək hüququ qazanır; əks halda ərizə baxılmaq üçün qəbul edilməyəcəkdir; b) dövlətdaxili orqanın çıxardığı qəti qərardan sonra altı aydan artıq müddət keçməməlidir; c) ərizə anonim olmamalıdır; ç) ərizə abstrakt olmamalıdır: şəxs Paktın konkret maddəsinin pozulması nəticəsində bilavəsitə onun özünə zərər dəydiyini göstərməlidir və s. Dövlət tərəfindən insan hüquqlarının pozulduğunu müəyyən etdiyi hallarda Komitə onun qarşısında aşağıdakı tələbləri qoya bilər: hüquqa zidd əməlin dayandırılması; bu cür pozuntuları gələcəkdə təkrar etməmək barədə təminat verilməsi; əvvəlki vəziyyətin (status qou ante-nin) bərpa edilməsi (məsələn, qeyri-qanuni həbsdə saxlanılan şəxsin buraxdırılması; əmlakın iddiaçıya geri qaytarılması və i.a.); şəxsə dəyən zərərin ödənilməsi və s. Lakin İnsan hüquqları komitəsinin çıxardığı qərarlar hüquqi cəhətdən məcburi deyildir. Dövlət bu qərarı yerinə yetirməyə də bilər və təəssüf ki, praktikada belə hallar az deyildir; bu halda həmin dövlətə qarşı Komitənin elə bir səmərəli tədbir görmək imkanı yoxdur. Bunula belə, əksər qərarlar dövlət tərəfindən icra olunur, gələcəkdə belə pozuntulara yol verməmək üçün lazımi qanunvericilik, inzibati, təşkilati və s. tədbirlər görülür.
  • İşgəncə əleyhinə komitəİşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan raftar və ya cəza növləri əleyhinə 1984-cü il Konvensiyasının əsasında (17-ci maddə) təsis olunmuşdur. Komitə Konvensiyanın iştirakçı dövlətlər tərəfindən 2 il müddətinə seçilən 10 ekspertdən ibarətdir. Dövlətlərin dövri məruzələrini qəbu etmək və insan hüquqlarının pozulması halları ilə bağlı fərdi və dövlətlərarası şikayətlərə baxmaqla yanaşı, İşgəncə əleyhinə komitəyə daha bir səlahiyyət verilmişdir: dövlətin ərazisində sistematik işgəncə tətbiq olunduğu barədə əsaslı məlumat aldıqda, o, öz üzvlərindən birini və ya bir neçəsini konfidensial təhqiqat aparmaq üçün (dövlətin razılığı olduqda, habelə onun ərazisində) təyin edə bilər və bu təhqiqatın nəticələrinə uyğun olaraq, dövlətə müvafiq tövsiyələr verə bilər.
  • İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitəIrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyasının əsasında yaradılmışdır. O, iştirakçı dövlətlər tərəfindən seçilən 18 ekspertdən ibarətdir. Komitənin səlahiyyətləri İnsan hüquqları komitəsinin səlahiyyətləri ilə üst-üstə düşür. Mühüm fərq ondan ibarətdir ki, 1965-ci il Konvensiyasında nəzərdə tutulmuş dövlətlərarası şikayət proseduru məcburi xarakter daşıyır. Bu o deməkdir ki, Komitənin müvafiq səlahiyyətini tanımaq barədə heç bir ilkin bəyanat vermədən istənilən iştirakçı dövlət, öz ərazisində irqi ayrı-seçkiliyə yol verən başqa bir iştirakçı dövlətə qarşı Komitəyə ərizə ilə müraciət edə bilər.
  • Uşaq hüquqları komitəsi Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyasının 43-cü maddəsi əsasında yaradılmışdır. Konvensiyanın iştirakçı dövlətləri tərəfindən 4 il müddətinə seçilən 10 ekspertdən ibarətdir. Başlıca səlahiyyəti Konvensiyada iştirak edən dövlətlərin dövri məruzələrinə baxmaqdan ibarətdir. Komitə habelə müxtəlif ölkələrdə uşaqların vəziyyəti barədə məlumat toplayır və təhlil edir, müvafiq tövsiyyələr işləyib hazirlayır.
  • Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə komitəqadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il Konvensiyasına (17-ci maddə) müvafiq olaraq təsis olunmuşdur. Konvensiyanın iştirakçı dövlətləri tərəfindən 4 il müddətinə seçilən 23 ekspertdən ibarətdir. Komitə qadınlara qarşı ayrı-seçkiliyin bütün məsələlərini nəzərdən keçirir, müxtəlif təşkilatlardan və ayrı-ayrı fərdlərdən daxil olan müraciətlərə baxır və burada göstərilən problemlərin həllində dövlətlərlə əməkdaşlıq edir. Konvensiyanın 1999-cu ildə qəbul olunmuş Fakultativ Protokoluna əsasən, sözü gedən Komitəyə fərdi şikayətlər qəbul etmək və baxmaq səlahiyyəti verilmişdir.
  • İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın iştirakçı dövlətlərinin təqdimatı ilə EKOSOK tərəfindən seçilən 18 ekspertdən ibarətdir. Komitə dövlətlərdən Paktın həyata keçirilməsi barədə dövri məruzələr alır, habelə Paktın ayrı-ayrı müddəaları ilə bağlı mühüm əhəmiyyət kəsb edən Ümumi Şərhlər (General Comments) verir.
  • Üçlər qrupu Aparteid cinayəti ilə mübarızə və onun cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə nəzarət edir.
    Regional səviyyədə mövcud olan müqavilə mexanizmlərinə aşağıdakılar daxildir: Avropa insan hüquqları məhkəməsi; İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa komitəsi; Amerikaarası insan hüquqları komissiyası və Amerikaarası insan hüquqları məhkəməsi; İnsan və xalqların hüquqları üzrə Afrika komissiyası və b.
  • Avropa insan hüquqları məhkəməsi. 1998-ci ilin noyabrın 1-ə qədər, yəni 11 saylı Protokolun qüvvəyə minməsinə qədər Avropa insan hüquqları məhkəməsi ilə yanaşı daha bir orqan – Avropa insan hüquqları komissiyası da mövcud idi. Göstərilən andan isə daimi və vahid orqan kimi Avropa insan hüquqları məhkəməsi fəaliyyət göstərir. Qeyd edək ki, bu məhkəmə insan hüquqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq mexanizmlərin ən səmərəlisidir. O, insan hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxan və fərdin bilavasitə beynəlxalq məhkəməyə müraciətini təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır.
    Avropa İnsan Hüquqları Konvensiyasının 19-cu maddəsinə görə, dövlətlərin bu Konvensiyada və Protokollarda təsbit olunmuş öhdəliklərini yerinə yetirmələrini təmin etmək üçün Avropa insan hüquqları məhkəməsi yaradılır. Məhkəmənin tərkibinə daxil olan hakimlərin sayı Konvensiyanın iştirakçı dövlətlərinin sayına bərabərdir. Hakimlər öz dövlətlərini təmsil etmirlər. Onlar Parlament Assambleyası tərəfindən Avropa Şurası üzvlərinin irəli sürdüyü şəxslərin siyahısından səs çoxluğu ilə seçilir. Hakimlər altı il müddətinə seçilirlər.
    Məhkəmənin yurisdiksiyasına fərdi və dövlətlərarası şikayətlər aiddir. Hör iki prosedur məcburidir; Konvensiyanın iştirakçısı olan hər bir dövlətə qarşı həm fərdi, həm də dövlətlərarası şikayət irəli sürülə bilər. Məhkəmə fərdi şikayətləri yalnız müəyyən şərtlər daxilində öz icratına daxil edə bilər: a) bütün dövlətdaxili hüquq müdafiə vasitələri tükəndikdən sonra; b) müvafiq dövlətdaxili orqanın qəti qərarı qəbul edildiyi andan altı ay ərzində; c) ərizə anonim olmadıqda; ç) ərizə Məhkəmə tərəfindən artıq baxılmış şikayət ilə mahiyyətcə eyni olmadıqda və yaxud digər beynəlxalq orqan tərəfindən baxılmamış olduqda və s.
    Məhkəmə ilk mərhələdə işin dostcasına həlli üçün səy göstərir.
    Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsinə müvafiq olaraq, dövlət tərəfindən Konvensiyada nəzərdə tutulan hər hansı insan hüququnun pozulduğunu aşkar etdikdə, Məhkəmə öz qərarı ilə zərərçəkmiş tərəfə “ədalətli satisfaksiya” təqdim edir. Bu, əsasən, o deməkdir ki, Məhkəmə dövlətin üzərində şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmək vəzivəsini qoyur. Lakin Məhkəmə dövlətin üzərinə belə bir vəzifə qoymaya da bilər; məsələn, bəzi hallarda fərdin hüququnun pozulması faktının Məhkəmə tərəfindən bəyan edilməsinin özü “ədalətli satisfaksiya” hesab olunur. Qeyd edək ki, Avropa insan hüquqları məhkəməsi dövlətə müəyyən qanunu və ya inzibati aktı dəyişmək və ya onu ləğv etmək, habelə hər hansı məhkəmə qərarını ləğv etmək göstərişi verə bilməz. Lakin praktikada dövlətlər gələcəkdə analoji pozuntulara yol verməmək üçün özləri bu cür qanun və ya qərarları dəyişdirir və ya ləğv edirlər.
    Məhkəmənin iş üzrə çıxardığı qərar qətidir və dövlətlər onu icra etməlidirlər. Qərarların icrası üzərində nəzarəti Avropa Şurasının Nazirlər komitəsi həyata keçirir.
    Avropa insan hüquqları məhkəməsi insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinə, insan hüquqlarının düzgün təfsirinə əhəmiyyətli töhfə vermişdir. Formal olaraq presedent sayılmasa da, bu qərarlara Məhkəmənin özünün və digər beynəlxalq orqanların, həm də milli məhkəmələrin praktikasında bu və ya digər işlərin həllində geniş istinad edilir.
  • İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrş Avropa komitəsi İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarvə ya cəzanın qarşısının alınmasına dair 1987-ci il Avropa Konvensiyasının əsasında yaradılmışdır. Onun üzvlərinin sayı iştirakçı dövlətlərin sayına bərabərdir. Bütün digər mövcud təsisatlardan prinsipial fərqi ondadır ki, bu Komitə müəyyən hallarda dövlətin razılığı olmadan onun ərazisində yerləşən penitensiar idarələrdə və ya digər müvafiq yerlərdə yoxlamalar apara bilər. Bundan əlavə, Komitə iştirakçı dövlətlərin ərazisində müntəzəm təftiş həyata keçirir.
  • Amerikaarası insan hüquqları komissiyası və Amerikaarası insan hüquqları məhkəməsi.Amerikaarası insan hüquqları komissiyası 1959-cu ildə Amerika dövləti təşkilatının (ADT) orqanlarından birinin – Xarici işlər nazirlərinin Məsləhət görüşünün qətnaməsi əsasında yaradılmışdır. Lakin 1967-ci ildə ADT-nin Nizamnaməsinə edilmiş dəyişikliklə o, Təşkilatın müstəqil orqanına çevrildi. Komissiya insan hüquqlarının müdafiəsinə dəstək vermək və bu məsələlərdə Təşkilatın məsləhətçi orqanı kimi çıxış etmək funksiyasi həvalə olundu. 1969-cu ildə qəbul edilmiş Amerikaarası İnsan Hüquqları Konvensiyasında Komissiyanın səlahiyyətləri genişləndirildi: insan hüquqları sahəsində tədqiqatlar aparmaq; insan hüquqlarına aid tədbirlər barədə dövlətlərdən zəruri məlumat xahiş etmək; dövlətlərin razılığı və ya dəvəti ilə yerlərdə təhqiqatlar aparmaq və nəhayət, fərdi və dövlətlərarası şikayətlərə baxmaq. Komissiya ADT-nin Baş Assambleyası tərəfindən dörd il müddətinə seçilən 7 üzvdən ibarətdir. Fərdi şikayətlərə baxdıqdan sonra Komissiya məruzə hazırlayır və zəruri hesab etdikdə, işi Amerikaarası məhkəməyə təqdim edir. O, fərdin hüququnu pozmuş dövlətin üzərinə hər hansı vəzifə (əvvəlki vəziyyətin bərpa edilməsi, kompensasiya edilməsi və s.) qoymaq səlahiyyətinə malik deyildir.
    Amerikaarası insan hüquqları məhkəmsi, Komissiyadan fərqli olaraq, bilavasitə Amerika İnsan Hüquqları Konvensiyasının əsasında yaradılmışdir. Onun əsas iki funksiyası vardır: 1) şikayətlərə baxmaq və 2) Konvensiyasının müddəalarının təfsiri və tətbiqi ilə bağlı məsləhət xaraqterli rəylər vermək. Məhkəmə altı il müddətinə seçilən yeddi hakimdən ibarəfdir. Avropa məhkəməsindən fərqli olaraq, fərdlərə Amerikaarası məhkəməyə birbaşa müraciət etmək hüququ verilməmişdir (yəni onlar Məhkəmə qarşısında locus standi-yə malik deyillər). Məhkəməyə yalnız Komissiya və Konvensiyasının iştirakçı dövlətləri müraciət edə bilər. Konvensiyanın 63-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Məhkəmə insan hüququnun pozulduğunu aşkar etdikdə, müvafiq dövlətdən tələb edə bilər ki, pozuntunun bütün nəticələrini aradn qldırsın və zərərçəkmiş tərəfə ədalətli kompensasiya təmin etsin. Məhkəmənin çıxardığı qərar qətidir və müvafiq dövlət tərəfindən icra olunmalıdır.
  • İnsan və xalqların hüquqları üzrə Afrika komissiyasıİnsan və xalqların hüquqları haqqında 1981-ci il Afrika Xartiyasının əsasında yaradılmışdır. O, öz fəaliyyətinə 1987-ci ildən başlamışdır. Komissiya 11 üzvdən ibarətdir. Onun başlıca funksiyası Afrika qitəsində insan hüquqlarının müdafiəsinə dəstək verməkdir. Bununla yanaşı, Komissiyaya insan hüquqlarının pozulmasını iddia edən şikatələrə baxmaq səlahiyyəti verilmişdir. Komissiya fərdlərdən və təşkilatlardan, habelə digər iştirakçı dövlətlərdən şikayətlər qəbul edə bilər. Fərdi şikayət proseduru, Amerikaarası insan hüquqları Komissiyasında olduğu kimi, burada da məcburidir. İndiyə qədər Komissiyaya heç bir dövlətlərarası şikayət daxil olmamışdır. Qeyri-hökumət təşkilatları və ya ayrı-ayrı fərdlər tərəfindən bu günə kimi təqdim olunmuş ərizələrin sayı 300-dən artıqdır. Amerikaarası sistemdə olduğu kimi, burada da şikayətçi təşkilat və ya fərd işdə öz marağını göstərməyə də bilər və ona görə də üçüncü şəxslərin adındanda Komissiayaya ərizə təqdim edə bilər. Komissiaya, əsas etibarilə, insan hüquqlarının pozulması faktlarını bəyan etməklə kifayətlənir. Lakin bir sıra hallarda o, dövlət qarşısında qanunusuz həbsdə saxlanılan şəxslərin buraxdırılması, Afrika Xartiyasına zidd olan qanunların ləğv olunması və s. bu kimi məsələlər qoyulmuşdur. Komissiayanın çıxardığı qərarlar hüquqi baxımdan məcburi deyildir. 1998-ci il iyunun 9-da Afrika birliyi təşkilatının dövlət və hökumət başçılarının Assambleyasında İnsan və xalqların hüquqları üzrə Afrika məhkəməsinin yaradılması haqqında Afrika Xartiyasına Protokol qəbul edilmışdir. 15 dövlət tərəfindən ratifikasiya olunduqdan sonra Protokol qüvvəyə minməlidir.

İnsan hüquqlarının müdafiəsi sahəsində qeyri-müqavilə mexanizmlərinə aşağıdakılar aiddir: BMT sistemində köməkçi təsisatlar; İnsan hüquqları üzrə BMT Ali Komissarı; “1503 proseduru”; tematik mexanizmlər və b.
İqtisadi və sosial sahələrdə dövlətlərin əməkdaşlığının əlaqələndiricisi olan EKOSOK bilavasitə insan hüquqları ilə məşğul olmaq üçün iki xüsusi orqan – İnsan hüquqları komissiyası və Qadınların vəziyyəti üzrə komissuya yaratmışdır. İnsan hüquqları komissiyası EKOSOK tərəfindən seçilən 53 üzv-dövlətdən ibarətdir. Komissiya siyasi orqandır. O, hər ilin əvvəlində altı həftəlik sessiyalarını keçirir. Komissiya insan hüquqlarının müdafiəsinin müxtəlif məsələləri ilə bağlı qətnamələr və qətnamə layihələri hazırlayır və onları EKOSOK-a təqdim edir, ayrı-ayrı problemlərin və konkret öhdəliklərdə insan hüquqları ilə bağlı vəziyyətin öyrənilməsi üçün xüsusi məruzəçilər və ya işçi qrupları təyin edilir. İnsan hüquqları komissiyası 26 müstəqil ekspertdən ibarət orqan – İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya təsis etmişdir. Subkomissiya öz səlahiyyəti çərəivəsində tədqiqatlar aparır, Komissiyaya müəyyən qətnamələrin qəbul edilməsi barədə təkliflər verir.
1993-cü ildə BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/141 saylı qətnaməsi ilə İnsan hüquqları üzrə BMT-nin Ali Komissarı institutu təsis edilmişdır. Ali Komissar BMT-nin Baş Katibi tərəfindən 4 il müddətinə təyin olunur. İnsan hüquqları sahəsində BMT-nin fəaliyyətinə görə başlıca məsuliyyət onun üzərinə qoyulmuşdur. Ali Komissar insan hüquqları sahəsində təbliğat və təhsil proqramlarını əlaqələndirir, dövlətlərə konsultativ xidmətlər təklif edir, onlara müvafiq problemlərin həlli ilə bağlı maliyyə yardımı göstərir və s.
“1503 proseduru” öz adını EKOSOK-un 27 may 1970-ci il tarixli 1503 saylı qətnaməsindən götürmüşdür. Bu, kifayət qədər geniş istifadə olunan fərdi şikayət prosedurudur. Göstərilən qətnaməyə əsasən, BMT İnsan hüquqları komissiyasına səlahiyyət verir ki, insan hüquqlarının sistematik və kütləvi pozuntuları haqqında şəxslərdən, şəxslər qrupundan və qeyri-hökumət təşkilatlarından şikayətlər (daha doğrusu, məlumatlar – communications) alsın və lazım gəldikdə, onları Komissiyanın sessiyyalarında müzakirəyə çıxarsın. Bu məlumatlar heç də pozuntunun qurbanı tərəfindən deyil, istənilən fərd və ya təşkilat tərəfindən təqdim oluna bilər (Amerikaarası və Afrika komissiyalarında olduğu kimi). İnsan hüquqları komissiyasının illik sesiyalarının gündəliyinə, adətən, konkret öhdəliklərdə olan situasiya (yalnız sistematikkütləvi pozuntularla bağlı) ayrıca bənd kimi daxil edilir. Komissiya bu pozuntularla bağlı öz qeyd və təkliflərini EKOSOK-a təqdim etdiyi illik məruzəsinə daxil edə bilər.
Tematik mexanizmlər dedikdə, konkret insan hüquqlarının praktik problemlərini və ya ayrı-ayrı öhdəliklərdə insan hüquqalrının vəziyyətini öyrənmək məqsədilə BMT İnsan hüquqları komissiyası (o cümlədən İnsan hüquqlarına dəstək verilməsi və müdafiəsi üzrə Subkomissiya) tərəfindən təyin olunan xüsusi məruzəçilər və yaxud işçi qrupları başa düşülür. Xüsusi məruzəçilər və işçi qrupları öz vəzifələrini yerin yetirərkən, adətən, müxtəlif mənbələrdən məlumat alırlar. Dövlətin razılığı ilə onlar yerlərdə təhqiqat apara bilərlər. Öz təhqiqat və ya təhqiqatlarının nəticələrini onlar müvafiq tövsiyələrlə birgə məruzə şəklində İnsan hüquqları komissiyasına təqdim edirlər.

  • Teqlər:
  • insan hüquqları

Mir liyev insan hüquqları

Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

–>Axtarış –>

–>Tolışi xəbon –>

–>Top –>

–>Statistika –>

Milli məfkurəmizin ulduzları: Vladimir Lenin, Heydər Əliyev, Ramiz Mehdiyev

Vladimir Lenin, Heydər Əliyev, Ramiz Mehdiyev. Milli məfkurəmizin təməlini qoyub inkişaf etdirənlər bu şəxslərdir. Bunu, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” adlı “qiymətli” əsərində “faktlar” əsasında açıb göstərir. Məmməd Əmin Rəsulzadəyə yer yoxdur. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən akademik Ramiz Mehdiyev əsərin əvvəlində iftixar hissi ilə yazır: “V.İ.Lenin dəfələrlə bildirmişdir ki, “hər cür xırda burjua və liberal burjua millətçiliyi fəhlələr arasına pozğunluq gətirir, zəhmətkeşlərin parçalanmasına, aldadılmasına kömək edir, onların beynəlmiləlçi ruhunda tərbiyəsini, proletar sinfi mübarizə işini çətinləşdirir” .

Əsərinin bir yerində 70-ci illərin Azərbaycanında ateizm işinin səmərəliliyi yüksəldilməsi barədə fikirlərini qələmə alan Mehdiyev 19 səhiifədən sonra “İdeoloji mübarizə və milli məsələ”nin izahatını verir. 16 səhifəni bu mövzuya həsr edəndən sonra akademik Mehdiyev milli məfkurənin və müstəqilliyimizin təməlini bizə nişan verir və “Sosialist millətlərinin dil həyatında beynəlmiləlləşmə prosesinin inikası” yazısında dahiyanə fikirlər söyləyir. Ramiz Mehdiyevin əsərinin və milli məfkurəmizin təməl daşını isə onun “Sosialist beynəlmiləlçiliyi və yeni təfəkkür” adlı tezisləri təşkil edir. Sosializm beynəlmiləlçiliyini mədh edən Mehdiyev öz kommunist şüurunda böyük tarixi dönüş yaradaraq “Azərbaycan milli dövlət quruculuğu yolunda” əsərini yazır. Və sonra “Elimizin və dilimizin xilaskarı” və “Müstəqil Azərbaycan dövlətçiliyinin memarı” yazıları ilə əsl milli məfkurənin şəxsiyyətə pərəstiş, bütpərəstlik, itaətkarlıq və feodalizm məfkurəsi ilə əvəz olunduğunu sübut edir. 2006-cı ildə çapdan çıxan bu kitab qəribə kitabdır. Bu, necə deyərlər, “seçilmiş əsərlər”də milli məfkurənin təməlini qoyan və onu formalaşdıran Məmməd Əmin Rəsulzadə kimi dahi şəxsiyyətlərimizin adının çəkilməməsi müəllifin qərəzkarlığını göstərir, kitabın keyfiyyəti barədə qabaqcadan fikir yürütməyi və onun qeyri-obyektiv mahiyyətini dərk etməyi asanlaşdırır. Müəllifin milli məfkurənin təhlilinə millətçiliyi və milli olan nə varsa hər şeyi damğalamaqla başlayıb quldarlıq dövrünün məddahlıq ənənəsini dirildərək bütpərəstliyi ideologiya kimi təbliğ etməsi onun və təmsil etdiyi siyasi elitanın məfkurəsizliyini nümayiş etdirir.

Comments are closed, but trackbacks and pingbacks are open.