Press "Enter" to skip to content

Əmir teymur yürüşləri

Çox maraqlıdır ki, Teymurləng İmam Əlinin (ə) dəfn edildiyi Nəcəf şəhərini, İmam Hüseynin (ə) məzarı yerləşən Kərbəlanı, Kazimiyyəyə bitişik olan Bağdadı, İmam Rzanın (ə) məzarı yerləşən Tusu fəth etsə də, bu müqəddəs zatların məzarlarını ziyarət etməsi barədə salnamələrdə məlumata rast gəlmirik.

Teymurləng: məzhəb cəngavəri yoxsa hiyləgər siyasətçi?

Sirr deyil ki, hər zaman fatehlər öz işğalçı yürüş və talanlarına haqq qazandırmaq üçün din və məzhəb amilindən istifadə etmişlər.
İstər Səlcuqlar və Qəznəvilər zamanında, istər Teymurləngin dövründə, istərsə də Osmanlı-Səfəvi müharibələrində bu tendensiyanın izini aşkar şəkildə görürük. Tarix boyunca bəzi qüvvələr öz siyasi məqsədlərinə çatmaq üçün müsəlman qanını tökməkdən nəinki utanmamış, hətta buna dini don geyindirməyə çalışmışlar. Eynilə indi olduğu kimi.

Şəxsiyyəti ən çox mübahisə doğuran fatehlərdən biri də Teymurdur. Teymurləng barədə aparılan müzakirələrdə ən çox ziddiyyət doğuran məqamlardan biri isə onun məzhəbi mənsubiyyəti və İslam məzhəblərinə münasibətidir. Belə ki, alimlərin böyük bir qismi etibarlı dəlillərə əsaslanaraq, Əmir Teymurun hənəfi məzhəbində olduğunu qeyd etmişlər. Salnamələr məlumat verir ki, Teymurləng öz müşaviri olan hənəfi alimi Əbdülcabbar Xarəzminin arxasında camaat namazı qılırdı. Buna baxmayaraq, bəziləri onu şiə saymaqda davam edirlər. Hətta Teymurləngin sünni olduğunu etiraf edənlər arasında da onun şiə məzhəbinə və bu məzhəbin ardıcıllarına münasibəti barədə fikir ayrılıqları vardır.

Bütün sentimental duyğuları, subyektiv önyarğıları kənara qoyaraq, Teymurləngin həyatından bəhs edən salnamələrin işığında mövzuya aydınlıq gətirməyə çalışacağıq.
Teymurun şiə məzhəbinə və şiələrə münasibətinin ən parlaq təzahürü onun Xorasanda hakimiyyətdə olan şiə əqidəli Sərbedar dövləti ilə rəftarında görünür. Teymur birinci dəfə Xorasana yürüş edərkən vasitəçilər Sərbedarları təslim olmağa inandıra bilmişdilər və məsələ qan-qadasız həll olmuşdu. Lakin iki ildən sonra Xorasanda Teymurun əleyhinə qiyam qalxır və Sərbedarlar müstəqil olduqlarını elan edirlər. Bundan qəzəblənən Teymur onları cəzalandırmaq üçün şəxsən qoşunun başına keçib Xorasana üz tutur.

Tarixi mənbələr məlumat verir ki, Teymurləng 1383-cü ildə Sərbedarların paytaxtı Səbzəvar şəhərini ələ keçirib iki min nəfər şiə əqidəli dinc şəhər sakinini diri-diri divarların arasında hördürdü (Şərəfəddin Əli Yəzdi. Zəfərnamə (rusca tərcümə), səh. 103).

Digər tarixi mənbədə Teymurun ikinci yürüş zamanı Səbzəvar əhalisini necə amansızlıqla cəzalandırması daha artıq dəqiqliklə təsvir edilir.
Fransız tədqiqtaçısı Marsel Briyon tərəfindən tarixi sənədlər əsasında tərtib edilmiş “Mənəm Teymuri-cahangüşa” salnaməsində xəbər verilir ki, Sərbedar qoşununu məğlub edib Səbzə-var şəhərini ələ keçirəndən sonra Teymurləng əhalinin əmlakını qarət etmək barədə fərman verir. Şəhər böyüklərindən olan Şeyx Hüsaməddin fatehin hüzuruna gələrək ondan xahiş edir ki, əhalinin qarət olunması və uşaqlarla qadınların əsir aparılması barədə öz fərmanını ləğv etsin.

Teymurləng isə ona belə cavab verir: “Səbzəvar sakinləri müqavimət göstərdikləri üçün kafiri-hərbidirlər. Quran ayələrinin qəti hökmünə əsasən onların qadınları əsir edilməlidir”. Daha sonra Əmir Teymur ona müqavimət göstərənlərin aqibətini bildirmək və camaatda qorxu yaratmaq üçün öldürülənlərin kəlləsindən qüllə düzəltmək qərarına gəlir. Bu ideyanı gerçəkləşdirmək üçün o, dəhşətli bir yol seçir. Fərman verir ki, Səbzəvar camaatı öldü¬rülənlərin başlarını öz əlləri ilə bədəndən ayırıb bir yerə toplasın.

Şəhərin şərq və qərb qapıları qarşısında üst-üstə 90 min kəsik baş yığılır. Sonra hökmdar memarları ça¬ğırıb kəllələrdən qüllə düzəltməyi tapşırır və əmr verir ki, qüllələr möhkəm olsun deyə, başların arasını xırda daşlarla və əhənglə suvasınlar. Amma çöl tərəfdən qüllələrə əhəng vurmasınlar ki, dəhşətli mənzərə pozulmasın. Memarlar tikintiyə başlayırlar. Tezliklə kəsik başlardan ibarət iki hündür konus yaranır. Qüllələrin zirvəsinə çıraq da qoyurlar ki, uzaqdan yaxşı görünsün. (Mənəm Teymuri-cahangüşa, səh. 77-78; bu kitabda hadisənin gedişatı, qüllələrin konstruksiyası bütün dəqiqliyi və dəhşəti ilə ətraflı təsvir edilib).

Teymurun şiələrə münasibətini göstərən daha bir hadisə də maraq doğurur. Hökmdar o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir.
Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Teymurləng şiə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: “Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!” Seyid Kəmaləddin soruşur: “Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?” Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: “Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!” (Mir Seyid Zəhirəddin Mərəşi. Təbəristan, Ruyan və Mazandaranın tarixi, səh. 231). Teymurləngin bu sözündən görünür ki, o, Mazandaran vilayətinə hücumunu din pərdəsinə bürümək istəyirdi.

Maraqlıdır ki, Seyid Kəmaləddin Mərəşi fatehin bu sözlərindən zərrəcə qorxuya düşmür, nəinki öz əqidəsini gizlətmir, hətta ona belə cavab verir: “Biz öz ata-babalarımıza tabeyik. Əgər babamızın düşmənlərini söyürüksə, qəribə deyil. Ən qəribəsi budur ki, bu qədər günahla, qan tökməklə, müsəlmanların namusunu tapdayıb, əmlakını qarət etməklə. bərabər, başqalarına bu cür müraciət edirsən”.

Teymur bəhanə gətirib söyləyir ki, mənim hüzurumda olan alimlər sizin əqidənizin xarab olduğunu mənə deyiblər! Seyid Kəmaləddin ona cavab verir: “Bəs niyə bu alimlər indiyə kimi sənə deməyiblər ki, “La ilahə illəllah, Mühəmmədun rəsulüllah” söyləyən insanların qanını tökmək, malını qarət etmək pis işdir? Əgər deyiblərsə, niyə onların həmin sözünə əməl etmədin, amma indi bizim haqqımızda söylədiklərinə əməl etdin?”
Teymur şiə hakiminin bu haqlı sözünə cavab tapa bilmir və işarə verir ki, onları çadırdan çıxarsınlar. Hökmdar əvvəlcə Mərəşilər soyunu edam etməyi düşünsə də, sonradan bəzi əyanların xahişi ilə fikrindən vaz keçir (yuxarıdakı mənbə, səh. 231-232).

Burada belə bir sual yaranır: Teymurləng həqiqətənmi yalnız məzhəbi təəssüb üzündən hərəkət edir və guya şiəliyin kökünü kəsib, əhli-sünnə məzhəbini bərqərar etməyə can atırdı?
Həqiqətənmi dünya şöhrətli fateh yalnız bu məqsədlə ömrünü at belində keçirirdi, müharibələrdə öz əsgərlərini qurban verirdi? Tarixə hətta səthi bir baxış da bunu söyləməyə əsas verir ki, Teymurləngin vəhşilikləri yalnız şiələrə deyil, ona müqavimət göstərən sünni əhaliyə və qeyri-müsəlmanlara da şamil olmuşdur. O, bütün qırğınları yal¬nız var-dövlət əldə etmək, ölkələri ələ keçirmək və dünyanın yeganə cahangiri kimi tanınmaq məqsədi ilə törədirdi. Bütün fa¬tehlər kimi o da heç zaman yalnız məzhəb məsələsinə bağlanmamış, öz hərbi əməliyyatlarını səmimiyyətlə din adı altında həyata keçirməmişdir.

Onun fəth etdiyi ölkələr, dağıtdığı şəhərlər arasında sünni məmləkətləri üstünlük təşkil etmiş, qırdığı insanlar arasında əhli-sünnə mənsubları şiələrdən daha çox olmuşdur. Elə yalnız əhli-sünnə məzhəbində olan Osmanlı dövləti ilə apardığı qanlı müharibəni xatırlamaq kifayət edər.

Teymurun sünni məzhəbli İsfahan əhalisi ilə davranışı da məşhurdur. 1387-ci ildə şəhəri ələ keçirəndən sonra hökmdar orada 3 min nəfərlik qarnizon yerləşdirib gedir.
İsfahan əhalisi qiyam qaldırıb əsgərləri öldürür. Teymur bu xəbərdən çox qəzəblənib İsfahana divan tutmaq əmrini verir. Orduya car çəkilir ki, hər kim şəhər əhalisindən birini öldürərərər başını kəsib gətirsə 20 dinar mükafat alacaq. Əsgərlər o qədər canfəşanlıq göstərirlər ki, Teymur bu yolla müflis olacağını anlayır və mükafatın məbləğini get-gedə azaldır. Hər kəsik başın qiyməti yarım dinara kimi azalır. Axırda ümumiyyətlə, hökmdar mükafat verməkdən imtina edir. Amma o zamana kimi artıq 70 min baş kəsilmişdi. Teymur bununla da kifayətlənmir, öz süvarilərinə əmr edir ki, atlarını valideynini itirmiş minlərlə yetim uşağın üstünə sürsünlər. Uşaqlar at ayaqlarının altında tapdanıb həlak olurlar.

Teymur, ona müqavimət göstərməyi heç zaman bağışlamamışdır. Onun hərb üsulu bu cür idi: Bir şəhəri mühasirəyə alanda birinci gün düşərgənin qarşısında yerə ağ bayraq sancardı. Mənası bu idi ki, əgər həmin gün şəhər təslim olsa, hamıya aman veriləcək və qırğın olmayacaq. Şəhər təslim olmurdusa, ertəsi gün həmin yerə qırmızı bayraq sancılardı. Mənası bu idi ki, bu gün şəhər təslim olsa, əhaliyə aman veriləcək, amma şəhər böyükləri cəzalandırılacaq. Bunun da faydası olmayanda üçüncü gün qara bayraq asardılar. Qara bayrağın mənası bu idi ki, artıq şəhərdə heç kimə aman verilməyəcək. Deyilənlərə görə, yalnız Herat şəhərindən başqa bütün hallarda Teymur bu ənənəyə sadiq qalmışdır. (Herat mühasirənin ikinci günündə – qırmızı bayraq asıldığı gün – ələ keçirilmiş və şəhərdə böyük qırğın törədilmişdi).

Teymurləng hər hansı ölkəni fəth etmək üçün din və məzhəb amilini asanlıqla əlində bəhanə edə bilən bir şəxs idi. Bəhanə lazım olmayan zaman isə tolerant münasibət sərgiləyə də bilərdi.
Məsələn, Suriyaya yürüş edərkən yolüstü Rey şəhərinə gələn fateh orada dəfn edilmiş böyük cəfəri alimi Məhəmməd ibn Əli ibn Babüveyhin (Şeyx Səduqun atasının) məzarını ziya¬rət edir və ruhuna rəhmət diləyir. Ətrafdakıların onu heyrətlə müşahidə etdiklərini görəndə isə deyir: “Dünyanın bütün millətlərinin alimləri mənim yanımda hörmətə malikdirlər. Siz bilir¬siniz ki, mən bircə alimin də qanına əlimi boyamamı¬şam. Bu torpaqda yatan adam öz zəmanəsinin böyük alimlərin¬dən sayı¬lıb. Mən onun kitablarından ikisini oxumuşam. Hərçənd ki, şiə olduğuna görə öz kitablarında mənim qəbul etmədiyim bəzi şeylər yazıb. Amma bu məsələ onun elmi dəyərini əksiltmir” (Mənəm Teymuri-cahangüşa, səh. 348-349).

Çox maraqlıdır ki, Teymurləng İmam Əlinin (ə) dəfn edildiyi Nəcəf şəhərini, İmam Hüseynin (ə) məzarı yerləşən Kərbəlanı, Kazimiyyəyə bitişik olan Bağdadı, İmam Rzanın (ə) məzarı yerləşən Tusu fəth etsə də, bu müqəddəs zatların məzarlarını ziyarət etməsi barədə salnamələrdə məlumata rast gəlmirik.

“Mənəm Teymuri-cahangüşa” salnaməsində yazılıb ki, Teymur uzun illər böyük şair Firdovsinin qəbrini ziyarət etmək arzusunda olmuş, Xorasanı ələ keçirəndə şairin itib-batmaqda olan qəbrini ziyarət etmiş və məzar daşını təzələməyə göstəriş vermişdi. Müəllif bu zaman Firdovsinin guya rafizi (şiə) olduğuna görə müsəlman məzarlığında deyil, öz bağında dəfn oldunduğunu qeyd etməyi də unutmur. Lakin həmin kitabda Teymurun İmam Rzanı (ə) ziyarət etməsi barədə heç bir işarəyə rast gəlmirik. “Zəfərnamə” kitabında Teymurun Xorasan səfəri zamanı Əbu Müslimin məzarını ziyarət etməsi xatırlanır, amma burada da İmam Rzadan (ə) söhbət açılmır.

Teymur iki dəfə Bağdada yürüş etmişdi. Bu səfərlər zamanı o, İmam Əbu Hənifənin məzarına baş çəksə də, İraq torpağında dəfn olunmuş Əhli-beyt (ə) üzvlərinin qəbrini ziyarət etməmişdi.
Hər halda, yuxarıda adı çəkilən iki məşhur mənbədən bu aydın olur. İraq ərazisindəki müxtəlif peyğəmbər və övliya məzarlarını, eləcə də, Orta Asiyada Xoca Əhməd Yəsəvi kimi sufi şeyxlərinin qəbrini ehtiramla ziyarət etmiş Teymurləng nədənsə, Əhli-beyt (ə) imamlarının məzarına bu ehtiramı göstərmir, onları ziyarətə layiq bilmirdi.
Azərbaycan dilinə də tərcümə olunmuş “Əmir Teymurun tüzükləri (vəsiyyətləri)” adlı kitabda (səh. 95) hökmdarın İraq ərazisindəki müxtəlif ziyarətgahların fəaliyyətinə rövnəq verməsi və onlara vəqf ayırması xəbər verilir. Burada Nəcəfdə İmam Əlinin (ə), Kərbəlada İmam Hüseynin (ə), Bağdadda İmam Kazimlə Təqinin (ə), Tusda İmam Rzanın (ə), Mədaində Salmani-farsi kimi şiə müqəddəsləri ilə yanaşı, İmam Əbu Hənifənin, böyük sufi Əbdülqadir Gilaninin də məzarlarının adı çəkilir.

Amma əvvəla, adıçəkilən mənbə nə qədər etibarlı sayılır? Müəllifi məlum olmayan, orijinal nüsxəsi belə, günümüzə gəlib-çatmayan, yalnız təxminən 250 ildən sonra farscaya edilmiş tərcüməsi əsasında bizə məlum olan bir kitab Teymurun öz müasirləri tərəfindən yazılnış salnamələrlə müqayisə edilə bilərmi? İkincisi, hətta Teymurun həmin ziyarətgahlara vəqf ayırması barədə xəbərlər düzgün olsa belə, özü o torpaqlarda olduğu zaman başqa məzarları ziyarət etdiyi halda, Əhli-beyt (ə) müqəddəslərinin qəbirlərinə baş çəkməmişsə, bu vəqf fərmanlarının səmimi olduğunu düşünmək çətindir.

Milli.Az islam.az-a istinadən bildirir ki, yeri gəlmişkən, İraq ziyarətgahlarının təmir tarixçəsinə nəzər saldıqda, burada abadlıq işləri görən hökmdarların sırasında Əmir Teymurun adına rast gəlmirik.
Əksinə, Teymurun döyüşdüyü və məğlub etdiyi Sultan Əhməd Cəlairi bu ziyarətgahları təmir etdirmişdi. Əlbəttə, bunu da inkar etmək olmaz ki, Teymurun gəlini (Şahruxun arvadı) Gövhərşad bəyim Məşhəd şəhərində, İmam Rzanın (ə) hərəminin yanında möhtəşəm məscid tikdirmiş, hərəmdə bəzi təmir və genişləndirmə işləri aparmışdı. Lakin bu, Teymurun vəfatından sonra baş vermişdir (miladi 1418-ci il).

Əmir Teymurun yürüşlərindən bəhs edən, fatehdən azacıq sonra yaşamış Şərəfəddin Əli Yəzdinin qələmə aldığı “Zəfərnamə” salnaməsində yazılıb ki, Teymur Dəməşqi uzun mühasirədən sonra ələ keçirir, şəhər əhalisi üsyan qaldırsa da, üsyan yatırlır. Bir neçə gündən sonra hökmdar seyidləri, müdrik alimləri və Şamın dövlət adamlarını yanına çağırıb deyir: “Biz daim bunu eşitmişik ki, Mərvanilər Müqəddəs Şəhərin (Məkkənin) əhalisi ilə, o cümlədən, Allah Rəsulunun kürəkəni və əmisi oğlu ilə düşmənçilik etmişlər. Onlara qarşı əllərindən gələn hər işi gormüş, qətl və müharibələr törətmişlər. Bu cür sözləri biz bəyənmirik.

Çünki onlar (yəni Məkkə əhalisi və Əhli-beyt) müsəlmanların ən yaxşısı olmuş, cahiliyyə zülmətindən çıxıb İslam nuruna qovuşmuşdular. Bəs niyə onlar (Əməvilər) Müqəddəs Şəhərin əhalisi ilə düşmənçilik etmişlər? Yetər, indi bizə həqiqət aydın oldu. ” Bundan sonra Teymur əmr verir ki, əsgərlər Dəməşqi qarət etsinlər. Bir neçə gün ərzində şəhər dəhşətli şəkildə talan edilir, yanğın başlayır, hətta məşhur Əməvilər məscidi məhv olmaq təhlükəsi qarşısında qalır (Zəfərnamə, səh. 278).

“Mənəm Teymuri-cahangüşa” kitabında da Teymurun Dəməşq əhalisindən intiqam almasının səbəbi kimi dəməşqlilərin Kərbəla əsirlərinə zülm etmiş Əməvi və Mərvani soyuna rəğbət bəsləmələri göstərilir. Həqiqətən, tarixdən məlumdur ki, Dəməşq əhalisi burada uzun müddət hakimiyyət sürmüş Əməvi soyuna sevgi bəsləyir, Əhli-beytə qısqanslıqla yanaşırdı. Bu mənada Teymurun iddiası inandırıcı görünə bilər. Lakin şəhərin yağmalanması əmrinin bundan dərhal sonra verilməsi belə təsəvvür yaradır ki, dəməşqlilərin Əməvilərə sevgisi Teymur üçün sadəcə bir bəhanə idi.

Hökmdar öz əsgərlərinə vəd etdiyi qənimətə haqq qazandırmaq üçün bu manevri etmişdi. (Həmin kitabda Teymurun Dəməşq camaatından necə biabırçı şəkildə intiqam alması ətraflı təsvir edilib).
“Zəfərnamə”də yazılıb ki, Teymur Dəməşqi ələ keçirəndən sonra Peyğəmbərin (s) həyat yoldaşları Ümmi-Sələmə ilə Ümmi-Həbibənin, səhabə Bilali-həbəşinin məzarlarını ziyarət edir. Şiə tarixlərinin bəzisində guya Teymurun Dəməşqdə İmam Hüseynin (ə) qızı Səkinənin məqbərəsini təmir etdirməsi, əksinə, Yezidin qəbrini dağıtması yazılıb. Hətta Cənubi Azərbaycanın böyük növhə şairi Molla Hüseyn Dəxil Səkinənin məzarına Teymurləngin xitabını nəzmə çəkmişdir (Necə qan ağlamasın daş bu gün. Mərsiyələr, sinəzənlər, qəsidələr, səh. 38). Lakin o dövrün iki məşhur salnaməsində – “Mənəm Teymuri-cahangüşa” və “Zəfərnamə” əsərlərində bu barədə danışılmır.
Tarixi məlumatlardan aydın olur ki, Teymurləng müasiri olduğu seyidlərə dərin ehtiram göstərirmiş. Bu ehtiramı Teymurləngin Əhli-beytə (ə) məhəbbəti ilə də izah edənlər var.

Bir məsələni unutmaq olmaz ki, seyidlər Teymurləng üçün siyasi güc idilər. Hökmdar onların elmi-dini və ictimai-siyasi nüfuzundan faydalanırdı. Xüsusilə, hərbi yürüşlər zamanı seyidlər Teymurləngin köməyinə çatırdılar. Bir şəhərə hücum etməzdən qabaq Teymurləng adətən nüfuzlu seyidləri yerli hakimlərin yanına danışıq üçün göndərirdi. Seyidlər hakimləri və əhalini təslim olmağa çağırır, silahı yerə qoymağa razı salırdılar.

Burada bir haşiyə çıxaraq qeyd edirik ki, Teymur hətta öz soykökünü seyidlərə bağlamaqla özünə müqəddəslik qazandırmaq da istəmişdir.
Fatehin öz sağlığında onun nəslinin bir tərəfdən Çingiz-xana, digər tərəfdən İmam Əli ibn Əbutalibə (ə) bağlanması haqqında rəvayətlər uydurulmuşdu. Əhli-beytə (ə) bağlanan nəsil şəcərəsi daha çox əfsanəvi və qondarma təsiri bağışlayır. Teymurun Səmərqənddəki böyük nefrit qəbir daşının üzərində onun soykökü barədə əfsanəvi rəvayət də qeyd edilib. Orada yazılıb ki, Teymurun ulu nənələrindən biri Alankuva adlı qadın imiş. Guya bir nur qapı dəliyindən Alankuvanın yanına girib gözəl insan qiyafəsi alır. Məlum olur ki, bu, Əli ibn Əbutalibin (ə) övladlarından biridir. Həmin gözəl simalı insandan Alankuvanın oğlu olur və guya Teymurləng də bu nəsildən törəyib (Castin Marotsi. Tamerlan – dünya fatehi, səh. 430).

Teymurləng öz dövrünün böyük sufi seyidlərindən olan Seyid Bərəkəyə xüsusi ehtiram bəsləyir və onu özünə mürşid bilirdi. Seyid Bərəkə ən çətin anlarda Teymura mənəvi dayaq olmuşdu. Teymur vəsiyyət etmişdi ki, Seyid Bərəkə vəfat etdikdən sonra onun cəsədinin qalıqlarını Səmərqəndə gətirib hökmdar üçün hazırlanmış məqəbərədə torpağa tapşırsınlar. Teymurun özünü də öz vəsiyyətinə əsasən, Seyid Bərəkənin məzarının ayaq tərəfində dəfn etdilər.

Teymurləngin hörmətinə layiq görülən seyidlərdən biri də Səfəvilər soyunun banisi Şeyx Səfinin nəvəsi Şeyx Əli Siyahpuş idi.
Yeddinci imam Musa Kazimin (ə) nəslindən gələn, Şah İsmayılın babasının babası olan Şeyx Əli Siyahpuş Ərdəbildəki xanəgahda məskunlaşmışdı. Teymurləng Osmanlı sultanı İldırım Bayezidi məğlub etdikdən sonra çoxlu qənimətlə geri qayıdır. O, adəti üzrə Rum (indiki Türkiyə) ərazisindən xeyli insanı da əsir tutub özü ilə gətirirdi. Ümumiyyətlə, Teymurləng ələ keçirdiyi yerlərin əhalisi içindən sağlam, gənc insanları, xüsusilə də, sənətkarları seçib Səmərqəndə aparmağı xoşlayırdı. Səmərqənd və Buxara şəhərlərində tikilmiş möhtəşəm memarlıq abidələri bu işçi qüvvəsinin hesabına ərsəyə gəlmişdi.

Yolüstü Ərdəbilə baş çəkən Teymurləng orada Şeyx Əli Siyahpuşla görüşmək istədiyini bildirir. Söhbət zamanı Şeyxə bir neçə sual verib qənaətbəxş cavab aldıqdan sonra Teymur təklif edir ki, ondan nə istəyirsə desin. Şeyx Əli fatehdən xahiş edir ki, Rum elindən əsir tutub gətirdiyi cavanları ona bağışlasın. Teymur ələ keçirilən əsirlərin arasında həm də qeyri-müsəlman xristianların olduğunu söyləyir və bunların Şeyxin nəyinə lazım olması ilə maraqlanır. (Əsirlərin arasında Osmanlıların Avropa yürüşləri nəticəsində əsir aldıqları və ya girov kimi göndərilən cavanlar üstünlük təşkil edirdilər). Şeyx Əli cavab verir ki, onlar xristian olsalar da, insandırlar.

Teymur Şeyxin xahişini yerinə yetirib əsirləri ona bağışlayır. Həmin rumlu əsirlər Şeyx Əli tərəfindən azad edilib indiki İran ərazisində məskunlaşırlar.
Deyilənlərə görə, gələcəkdə Şah İsmayıl hərəkatında mühüm yer tutan Rumlu tayfası onların törəmələri olmuşdur. Beləliklə, Teymur özü də bilmədən Səfəvi hərəkatına öz töhfəsini vermiş olur. Məlumdur ki, Teymurləng təsəvvüfə rəğbət bəsləmiş, sufi şeyxlərinə ehtiram göstərmişdir. Hətta Teymur özünü sufi şeyxlərindən Şeyx Zeynəddin Tayibadinin müridi hesab edirdi. Buna görə də bəziləri Əmir Teymurun Əhli-beytə (ə) sevgini öz şeyxindən əxz etdiyini bildirirlər və buna aşağıdakı sübutu gətirirlər:

Teymurun zamanında Mavəraünnəhrdə (Orta Asiyada iki çay arasında) nasibi icması yaşayırmış. Nasibilər İmam Əliyə (ə) kin bəsləyir, hətta onun ruhunu təhqir etməkdən çəkinmirdilər. Onların əqidəsi bu idi ki, hər kəsin qəlbində bir zərrə boyda da olsa, Əliyə (ə) nifrət olmalıdır. Çünki guya Əli (ə) Osmanın qətlini sifariş etmiş və qatilləri gizlətmişdir! Nsibilər Əmir Teymura məktub yazıb onu da öz əqidələrinə dəvət edirlər. Hökmdardan xahiş edirlər ki, hakimiyyəti altında olan şəhərlərin məscidlərində Əliyə (ə) lənət oxunmasına əmr versin.

Teymur məktubu oxuyub deyir: “Mənim pirim və mürşidim Şeyx Zeynəddin Tayibadidir. Onun göstərişi olmadan heç nə deyə bilmərəm”.
Əmir Teymur nasibilərin məktubunu Şeyxə göndərib ondan cavab istəyir. Bir müddətdən sonra Şeyxdən cavab gəlir. Tayibadi həmin məktubun arxasına özünün yazdığı bu rübaini əlavə etmişdi:

Gər an ke bövöd fövqe-səma mənzile-to,

Vəz-Kövsər əgər sereştə başəd gele-to,

Gər mehre-Əli nəbaşəd əndər dele-to,

Miskin tovü səyhaye-bihasile-to.

Əgər səmadan yuxarıda mənzil etsən də,

Əgər yaradıldığın gil cənnətdəki Kövsər bulağı ilə qarışsa da,

Qəlbində Əlinin sevgisi yoxdursa –

Özün miskin, əməllərin isə faydasızdır.

(Abbas Əzizi. İmam Əlinin müsibətlərindən 400 dastan – “Nəfais əl-əxbar” kitabından nəql edilir).
Deyirlər ki, Əmir Teymur Şeyxin cavabını oxuyandan sonra həmin nasibi qövmü cəzalandırır.
Mövzuya yekun vuraraq bunu söyləyə bilərik:

Obyektiv tarixi araşdırmalar bunu göstərir ki, Teymur şiə deyildi, əksinə, özünü əhli-sünnə məzhəbinin mənsubu kimi nümayiş etdirirdi.
Onun müəyyən zaman kəsimlərində şiəliyə və şiələrə müsbət və ya mənfi münasibət bəsləməsi də məzhəbi amildən daha çox, siyasi səbəbə əsaslanırdı.

Şiə məmləkətlərini ələ keçirmək lazım gələndə o, özünü əhli-sünnə əqidəsinin müdafiəçisi və “rafizilərə” qarşı “müqəddəs” müharibənin icraçısı kimi göstərirdi. Əksinə, sünnilər yaşayan əraziləri fəth etmək istəyərkən, özünü Əhli-beyt (ə) tərəfdarı və şiələrin dostu kimi qələmə verirdi.

Milli.Az

Əmir teymur yürüşləri

Şəki hökmdarı Seyid Əli Orlat

Əmir Teymurun Azərbaycan yürüşləri

Azərbaycan tarixində hökmdarlıq etmiş məşhur şəxslərdən biri də Seyid Əli Orlatdır. O, Şəki-Kaxetiya hökmdarı II Axsartandan sonra – yəni XI əsrin 3-cü rübündən sonra , adı məlum olan ilk Şəki hökmdarıdır. � Seyid � titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını, � orlat � kəlməsi � isə monqol mənşəli orlat tayfasından çıxmasını bildirir . �

XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur , ömrünün sonuna qədər yalnız baş əmir olsa da , əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu . O, 1384-cü ildə ilk İ ran yürüşünü edir və Zəncana qədər irəliləyir. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İ ran yürüşünə başlayır. Əmir Teymur ikinci İ ran yürüşünə 1385-ci ildə başlamamışdan öncə, həmin istiqamətdəki, o cümlədən Cənubi Qafqazdakı hakimlərlə əlaqə yaratmış, onları tərəfdaşlığa dəvət etmiş , əv əzində isə, bir çoxundan , o cümlədən hansısa �Şəki əmiri�ndən, yaxud �Şəki əmirləri�ndən rədd cavabı almışdır. Sonralar Əmir Teymur � etiraf edirdi ki : � Bu zaman ağlıma belə bir fikir gəldi ki , əgər həmin məmləkətlərin padşahları ittifaq bağlayaraq mənə qarşı birləşsələr necə olacaq ? Özüm belə qərara gəldim ki , həmin məmləkətlərin padşahlarını ayrı-ayrılıqda tabe etmək, ita ətə gəlməyənləri isə cəzalandırmaq lazımdır�.

Lakin müttəfiqlərə qarşı Qızıl Orda xanı Toxtamışın (1380-1396) timsalında ikinci bir fövqəldüşmənin də peyda olması ilə bu � koalisiya � dağılmış və onların ərazilərinin Əmir Teymur tərəfindən tezliklə və asanlıqla işğal edilməsi üçün şərait yaranmışdır.

1385-ci ilin əvvəllərində Toxtamış xanın 90 minlik ordusu Şirvandan keçərək Azərbaycana daxil oldu , 8 günlük � mühasirədən sonra Qızıl Ordalılar Təbrizi hiylə ilə ələ keçirə bildilər. 1385-ci ildə Təbrizdə üzərində Cağatay ulusunun xanı – Soyurqatmışın (1370-1388) və baş əmir Əmir Teymurun adları həkk olunmuş sikkələr zərb edildi . Beləliklə, Azərbaycan vilayətini çox asanlıqla ələ keçirən Əmir Teymur 1386-cı ilin payız fəslinin əvvəllərində � ətrafdakı digər əraziləri də istila etmək üçün öz ordusu ilə Təbrizdən çıxıb şimal-qərb istiqamətində hərəkətə başladı. Tezliklə Gürcüstana çatdı, oradan da Şəkiy ə keçdi .

Şəkinin ələ keçirilməsi

Seyid Əli Orlatın adı tarixi mənbələrdə ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin şərhində çəkilir. Orada göstərilir ki , həmin vaxt Seyid Əli Orlat Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olsa da Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmişdir. Bundan sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmişdir . O geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı – 1399-cu ilin yanvar ayında həlak olmuşdur .

�Vikipedia�nın yazdığına görə, Nizaməddin Şami və Şərafəddin Əli Yəzdinin eyni adlı əsərlərinə – �Zəfərnamələr�ə, görə Əmir Teymur Tiflisi fəth etməsindən və Gürcü çarı Baqratı əsir götürməsindən sonra Şəki ölkəsininin ərazisi ilə hərəkət edərək �Qəbələ məkanına� çatmış, sonra Sorxab qalasını tutmuş və Kür çayını keçərək Qarabağa qışlamağa getmişdir . �Zəfərnamələr�ə görə Əmir Teymur Şəki ölkəsi ərazisindən keçərkən, �lakzi�lərə hücum etmiş , bu ölkənin hər yerinə, o cümlədən Ağcəb, Səkğut vilayətlərinə talançı dəstələr göndərmişdir.

6 ildən sonra yenə – 3-cü dəfə, İ ran istiqamətində yürüş edən Əmir Teymur , 1393-cü il yanvar ayının 27-də Sultaniyyədə məskən saldı, 1394-cü ilin sentyabr ayında isə yenidən Şəki ölkəsinin ərazisinə girdi və ilk olaraq �vilayət-e Bərtaz�ı talan etdirdi . Daha sonra Şəki ölkəsinin dağlıq tərəflərinə – Seyid Əli Orlatın üstünə qoşun göndərdi. �Zəfərnamə�lərə görə bu zaman Seyid Əli Orlat � mülk və malını atıb qaçmaq yolunu tutdu �.

Əmir Teymur 1394-cü ilin sonunda – qış fəsli başlayanda , ordusunu Şəki hökmdarının ərazisindən çıxarıb Kür mənsəbi yaxınlığındakı Mahmudabad şəhəri ətrafına, qışlamağa apardı. Yaz gələndə – 1395-ci il fevralın 28-də, ordunu şimal istiqamətində hərəkətə gətirib Toxtamış xan üzərin ə yürüşə başladı. Bir daha 1396-cı ilin yazında oradan geri dönən Əmir Teymur , Dərbənd, Şabran , Aqtam səhrası (Muğanın şimalı), Ərdəbil və Sultaniyyədən keçməklə Həmədana gəldi, buradan isə iyulun 18-də Səmərqəndə yola düşdü .

Seyid Əli Orlatın vəfatı

�Zəfərnamə�lərə görə, Əmirzadə Əmiranşah 1398-ci ilin payızında, atasının əsas ordusunun ondan çox-çox uzaqlarda olmasını nəzərə almayaraq Şəkiyə qoşun çəkmiş və bu ölkəni qarət etdirmişdi .

Əmirzadə Əmiranşah tərəfindən Şəkinin talan etdirilməsinə cavab olaraq Seyid Əli Orlat Sultan Tahiri teymurilərin mühasirəsində olan Alıncaq qalasından çıxartmaq üçün gürcülərlə birlikdə ora yürüş etmişdir .

Bu ərəfələrdə, Alıncaq qalası daxilində nizam-intizam xeyli zəifləmişdi. Qalanın müdafiəsinə məsul olan şəxslər bir-birləri ilə yola gedə bilmirdilər. İ bn Ərəbşahın yazdığına görə, hətta iş o yerə gəlib çatmışdı ki , qalanı müvəqqəti tərk etmiş Əmir Altun geri döndükdə onu içəri buraxmamışdılar.

Həmin illərdə Sultan Əhməd Cəlayırin əlində yalnız Bağdad və İ raq-i Ərəbin bir hissəsi qalmaqda idi . Lakin Gürcü çarı Georgi hələ də Cəlairlərin ali hakimiyyətini tanıyırdı və Tiflisdə kəsdirdiyi sikkələr üzərində Sultan Əhmədin adını öz adından əvvəl vurdururdu . Yəqin ki 1399-cu ilin başlanğıcında gürcülərlə Şəki hökmdarının Alıncaq qalasına birlikdə etdikləri hücumun sifarişçisi də Sultan Əhməd idi və bu işdə əsas məqsəd isə Əmir Teymurun gözlənilən növbəti İ ran yürüşünə qədər, x əzinənin oradan çıxarılması imiş .

Gürcülərlə Şəki hökmdarının qoşunları Alıncaq istehkamına yaxınlaşanda o vaxta qədər qalanı mühasirədə saxlayan teymurilər qalanın ətrafından çəkilməyə məcbur olurlar və Sultan Tahir xəzinəni də götürüb qaladan çıxır.

Müttəfiqlər geri qayıtmaqda ikən yolda Miranşahın oğlu Əbubəkr mirzənin başçılığı altında Təbrizdən � ilğar � edən ordu arxadan onlara çatır. Müttəfiqlər bunu görən kimi geri dönüb teymurilərin üstünə gedirlər. Seyid Əli Orlat isə mərkəzdən irəli çıxıb intiqam almaq üçün gənc Əbubəkr mirzəni üstünə şığıyır. Lakin bu zaman , təsadüfən, Əbubəkr mirzənin atdığı oxlardan biri Seyid Əlinin dəbilqəsinin zireh ətəyini deşərək boynuna sancılır və o həlak olur .

Sözügedən Alıncaq qalası hadisəsinin vaxtı ilə Seyid Əli Orlatın hakimiyyətinin başa çatması, yəni onun həlak olma tarixini şərti olaraq 1399-cu ilin yanvar ayı hesab etmək mümkündür .

�Azadlıq�ın Araşdırmaçı Jurnalistlər Qrupu K İ V-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

� Azadlıq.- 2013.- 5 oktyabr.- S.14.

Əmir Teymurun Azərbaycanda möhkəmlənmək uğrunda hərbi-siyasi mübarizəsi

XVI əsrin 70-ci illərin orta əsrlər şərqində tarix səhnəsinə son dərəcə cəngavər bir dövlət çıxdı. Onun əsasını mürəkkəbləşmiş barlas tayfasından olan Teymurləng (1336-1405) qoymuşdu. Tarixdə Topal Teymur, Tamerlan, «dəmir axın» adları ilə xatırlanan Əmir Teymur 1370-1507-ci illər arasında mövcud olmuş Teymurilər dövlətinin əsası qoymuşdu.
Teymurləng siyais xadim və sərkərdə kimi XIV əsrin 60-cı illərinin əvvəllərindən yüksəlməyə başlamışdı. 1361-ci ildə monqol xanı Toğrul Teymur Mavraünəhrə hücum etdiyi zaman Teymur onun yanında qulluğa girdi və Qaqqadəya vilayətinin idarəsi ona tapşırıldı. Elə həmin ildə də Teymur Əmir Hüseynlə yaxınlaşdı və onların ittifaqı Teymura Toğrul Teymurun vassal asılılığından çıxmağa kömək etdi.
1362-ci ildə Seistanda baş verən döyüşdə sağəlindən və sağ ayağından yaralanan Teymur sonradan ömrü boyu axsadığına görə Teymurləng adı aldı.
Lakin Hüseynlə Teymurun ittifaqı üzün sürmədi. Hakimiyyət uğrunda mübarizənin gedişində 1370-ci ildə Teymur Xuttalan hakimi Keyxosrovun əli ilə Hüseyni aradan götürdü və həmin ildəəmir titulu qəbul edərək Mavəraünəhri Çingiz xanın şəxsi adından təkbaşına idarə etməyə başladı.

Teymur Səmərqəndi özünə paytaxt seçmişdi. O öz hakimiyyətini möhkəmləndirməkdə köçəri əyanlara, oturaq feodallara, xüsusilə müsəlman din xadimlərinə arxalanırdı.
Teymurləngin 1370-1380-ci illərdə apardığı hərbi yürüşlər nəticəsində Semireçye və Sır-Dəryanın aşağı axarları istisna olmaqla bütün Orta Asiya onun hakimiyyətinə altına keçdi.
Teymurləngin İrana, Ön Asiya ölkələrinə və Cənubi Qafqazı işğala təhrik edən başlıca səbəb qeyd edilən ölkələrin beynəlxalq ticarət yollarının üstündə yerləşməsi ilə əlaqədar idi. Qara dəniz və Xəzərətrafı çöllərdə keçən ticarət yolu o qədər də gəlirdi olmadığı üçün Teymurləng həmin yola əhəmiyyət verməyərək onun üstündəki Urgənc, Saray-Birgə, Həştərxan, Azov və s. kimi şəhərləri darmadağın etmişdi.
Teymurləngin İran yürüşləri 1381-1392-ci illəri əhatə edir. 1381-1385-ci illərdə Damqandan Sultaniyyəyə qədər bütün Şimali İran Teymurun hakimiyyəti altına keçdi. Onun 1381-ci ildə Xorasanda, 1383¬cü ildə Səbzəvarda, Sistan, Qəndəhar və Qurqanda törətdiyi vəhşiliklər yalnız monqol istilaları ilə müqayisə oluna bilər. Cənubi İranın fəthi 1393-cü ilədək başa çatdı. Mənbələr 1387-ci ildə Teymurləngin İsfahanda törətdiyi dəhşətlərdən xəbər verir. Denyilənlərə görə Teymurləng şəhər əhalsindən qisas almaq üçün 70 min adamın başını kəsdirmiş və bürc tikdirmişdi. Qoşun əhlindən hər biri ya müəyyən qədər baş kəsməli, ya da hər baş üçün 20 dinar pul verməli idi.

Mövcud tarixi ədəbiyyatlar Teymurləngin yürüşlərini üçillik (1386-1388), beşillik (1392-1396) və yeddiillik (1399-1405) yürüşlərə bölürlər. Hər bir yürüşdə Teymur bir neçə ölkənin ərazisini viran etdikdən sonra Səmərqəndə qayıdırdı. Teymurun yürüşləri içərisində Cənubi Qafqazın, xüsusilə Azərbaycanın istilası mühüm yer tuturdu. Teymurləng ilk dəfə 1385-ci ildə Azərbaycan sərhədlərində görünmüş, Sultaniyyə şəhəri yaxınlığındakı döyüşdə Cəlairilərin qoşunun darmadağın edərək şəhəri tutmuşdu. Lakin Orta Asiyada xalq iğtişaşları baş verdiyi üçün yürüşü dayandıraraq Orta Asiyaya qayıtmalı olmuş və üsyançılara amansız divan tutmuşdu.
Toxtamışın Təbrizdə və ümumiyyətlə, Azərbaycanda törətdiyi hadisələr nəticəsində ölkə xaraba vəziyyətə düşdü. Cəlairi əmirləri arasında birlik olmadığından Sultan Əhməd Bağdada çəkildi, əmirlərdən bir neçəsi Əlincə qalasına getdi, qalanları Təbrizə gəldi. Mənbələrdə Teymurun yürüşü ərəfəsindəki vəziyyət şərh edilərək göstərilir ki, bu dövrdə İranda ölkənin hər tərəfinə fərman verə biləcək bir şəxs yox idi, eyni fikirli iki adam tapmaq olmazdı, heç kəsin heç kəsə etimadı qalmamışdı. Məhz belə bir zamanda 1386-cı ilin (hicri 788-ci il) bahar fəslində Teymurləngin qoşunları təkrar İran ərazisinə soxuldu. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars vəİraqın hərbi qüvvələrini birləşdirib Teymura qarşa çıxmaq istədisə də, cəhdi baş tutmadı.
Teymurləngin qoşun hissələri Sultaniyyəni tutduqdan sonra Təbrizə doğru irəliləyərək şəhərə daxil oldular. Cəlairi sultanı Əhmədin Bağdaddan Təbrizə göndərdiyi ilk qüvvələr məğlubiyyətə uğrasa da bir müddətdən sonra o yenidən Təbrizə gəldi və şəhəri tutdu. Lakin Teymurun Ucana qayıtdığını eşidən Əhməd geriyə qayıtdı və Naxçıvana gələrək Vəstan-Vade yolu ilə keçib Bağdada getdi. Teymur Ucandan Həştrud yolu ilə Təbrizə gəldi və Şənb-e Qazanda məskən saldı.
Teymurləngin Təbrizi tutması heç bir ictimai dayağı olmayan Sultan Əhməd Cəlairinin biabırçı şəkildə şəhərdən qaçması ilə nəticələndi. Təbriz şəhərinin bütün tanınmış sənətkarları Teymurun göstərişi ilə Səmərqəndə göndərildilər. Təbriz tutulduqdan sonra həmin ilin payızında teymuri qoşunları Naxçıvana soxuldular. Xalq kütlələri Şeyx Həsənin başçılığı altında düşmənə qarşı ciddi mübarizəyə qalxdılar, Teymurləng naxçıvanlıların müqavimətini çox çətinliklə qıra bildi. Naxçıvanın Gərki və Sürməli adlı istehkamları dağıdıldıqdan sonra şəhər teymuri qoşunları tərəfindən istila edildi.

Naxçıvan tutulduqdan sonra Teymurləngin qoşunları Əlincə çayı üzərindəki sıldırım qayanın üstündə yerləşən Əlincə qalasını mühasirəyə aldılar. Əlincə qalası 14 il (1387-1401) düşmənə qəhrəmancasına müqavimət göstərmiş, Teymurləng qoşunlarının 1387, 1393, 1397, 1400-cü illərdəki həmlələrini qətiyyətlə dəf etmişdi.
1403-1406-cü illərdəİspaniya kralı III Enrikonun Səmərqəndə-Teymur sarayına göndərdliyi elçilər heyətinə başçılıq edən Rudi Qonzales de Klavixo öz gündəliyində Əlincə qalasını aşağıdakı kimi təsvir etmişdi: «Əlincəqala yüksək və sıldırım bir dağ üzərində yerləşərk divar və bürclər ləəhatə olunmuşdur.
Divarların daxilində, dağ yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, tarlalar, otlaqlar, bulaqlar və hökuzlar vardır. Qəsr və ya qalaça dağın başında yerləşmişdir.1
Əlincə qalasının strateji əhəmiyyətini nəzərə alan Cəlairilər onu həmişə möhkəmləndirməyə çalışırdılar. Qala uzun illər mühasirə şəraitində özünü ərzaq və su ilə təchiz etmək imkanına malik idi. Cəlairilər dövlətinin xəzinəsi burada saxlandığı üçün Sultan Əhməd onun müdafiəsini oğlu Məlik Tahirə tapşırmışdı. Qala qarnizonuna Sultan Əhmədin son dərəcə inandığı görkəmli sərkərdə Əmir Altun başçılıq edirdi. Onun sərənamında 300 qorçu (döyüşçü) var idi.
Teymurləng öz əmirlərindən İlyas Xocanı Naxçıvan tutulduqdan sonra Əlincə qalası üzərinə göndərir, özü də 40 gün Təbrizdə qaldıqdan sonra qala üzərinə hərəkt edir. Qoşun 3 gün qalanı mühasirəyə saxladıqdan sonra Teymurun əmri ilə qalaya hücuma keçir, lakin heç bir əhəmiyyətli müvəffəqiyyət qazana bilmədiyi üçün mühasirənin daha da gücləndirlməsini tapşıraraq qalanı tərk edir, əvvəlcə Qarsa, oradan Tiflisə və Şəkiyə yürüş edir və böyük dağıntılar törədir.

Teymurləngin qoşun hissələri Şimali Qafqaz xalqlarının (mənbələr həmin xalqlar ləzgilər adlandırılır), Şəki ətrafındakı dağlarda yaşayan xalşqların üzərinə hücum edib onları qarət etdikdən sonra Təngüt (Kəngüt) və Ağcəbə (Ağcabrun) soxuldular.
Cənubi Qafqazın şimali-qərbinə talançı yürüşlərdən sonra Teymurləngin orduları Qəbələdə Teymurla birləşərək Sorx (Suxrab) qalasının tutduqdan sonra Qarabağa gəldilər.
Üç cildlik «Azərbaycan tarixi»nin I cildində (səh.218), S.Mməmədovun «Azərbaycan XV-XVIII əsrin birinci yarısında» əsərində (səh.8), ensiklopedik nəşrlərdə və s. Teymurun Qəbələdə olması nəticəsində şəhərə ağır zəpbə dəyidiyi və bundan sonra onun bir daha dirçələ bilmədiyi fikri verilir. Lakin mənbələr bu fikri təsdiq etmirlər. Əksinə, bədii əsərlərdə, xüsusilə, Bərd Şirvanşahının Qəbələyə həsr etdiyi şeirdə şəhərin XV əsrin I yarısında mövcud olduğunu göstərilir. Odur ki, Qəbələ şəhərinin Teymurləngin yürüşlərindən sonra dağıdıldığını və sonralar da mövcud olduğu ehtimalı qəbul edilməlidir.
Teymurləngin işğalçı yürüşlərinin başlanması ilə əlaqədar Şirvanşahlar dövləti ikitərəfli təhlükə altında qalmışdı. Şirvanşah I İbrahim yaranmış şəraitdə Teymurla danışıqlara girmək qərarına gəldi. Mənbələr göstərir ki, Şirvanşahın baş vəziri Əbu Yezid buna qarşı çıxaraq I İbrahimə bir müddət dağlara çəkilməyi məsləhət görürsə də, o bunu qəbul etmir və Kür çayı sahillərində Teymurun Bərdə yaxınlığındakı qərargahında onün görüşünə gedir.
Mənbələrin verdiyi məlumatlara görə I İbrahim Teymurun adına xütbə oxutdurur və pul kəsdirdikdən sonra qiymətli hədiyyələrlə Bərdəyə gəlir. Müasirləri yazırdı ki, Şirvanşah monqol ənənəsinə görə «tokkuz» («doqquz» deməkdir – «tokkuz»da qiymətli hədiyyələrin hərəsindən doqquz ədəd olur) gətirmişdi, başqa hədiyyələrin hər birinin sayı 9 olduğu halda, qulların sayı 8 idi. Hədiyyələr təqdim edilərkən bu cəhət Teymurun nəzərindən yayınmamış, I İbrahim isə cavabında «9-cu qul özüməm» demişdi. Bu Teymurun o qədər xoşuna gəlmişdi ki, mənbələrin yazdığına görə, Şirvandan Elbrusa qədər bütün şimal torpaqlarının idarəsini I İbrahimə həvalə etmişdi.
Teymurun I İbrahimə belə münasibəti bir tərəfdən onun diplomatik bacarığı ilə bağlı idisə, digər tərəfdən dəŞirvanşahlar dövlətinin strareji mövqeyini Teymurun düzgün qiymətləndirməsindən irəli gəlirdi. Belə ki, Teymur I İbrahimin şəxsindəŞimaldan Qızıl Ordanın hücumlarına qarşı dayana biləcək etibarlı müttəfiqi görürdü, öz növbəsində I İbrahim də Qızıl Ordanın dağıdıcı yürüşlərinə son qoymaq üçün Teymurun köməyinə bel bağlayırdı. Məlumdur ki, Teymurləng vassallarından heç birinin qüvvətlənməsinə imkan vermirdi, lakin Şirvanşahların həm hərbi qüdrətinin, həm də istehkam tikililərinin qorunmasında Teymur maraqlı idi. Təsadüfi deyildir ki, Teymurləngin şəxsi sərəncamı ilə Dərbənd qalasının müdafiə tikililəri möhkəmləndirilmişdi.

1367-ci ilin əvvəllərində Toxtamışın orduları yenidən Azərbaycana soxuldular və Kür çayı sahillərinə qədər irəlilədilər. Şivanşahın qoşunları Teymurun göndərdiyi hərbi qüvvələrin köməyi ilə Toxtamışın qoşunlarına qarşı döyüşə girdilər. Tezliklə, Teymurun oğlu Miranşahın hərbi qüvvələrinin özünü döyüş meydanın çatdırması nəticəsində Qızıl Orda qoşunları darmadağın edildilər, bundan sonra 8 il müddətində Qızıl Orda qoşunlarının Azərbaycana yürüşləri kəsildi. Teymurləng 1390-1391-ci illərdə Toxtamışın hərbi qüvvələrini Orta Asiyada darmadağın edərək biabırçı şəkildə qovsa da, Toxtamış Azərbaycana olan iddialarından əl çəkməmişdi.
1394-cü ildə Toxtamışın qoşunları yenidən Azərbaycana soxuldu. Qızıl Orda qüvvələri Dərbənddən keçərək Şirvanın ərazilərinə soxuldular. Teymur Şəkidən onun üzərinə hərbi qüvvələr göndərdi. Şirvan torpağı yenidən iki qəsbkar arasında müharibə meydanına çevrildi. Toxtamışın qoşunları tezliklə Azərbaycanı tərk etdilər. Teymur Kür çayı boyunca hərəkət edərək Mahmudabada gəldi və Fəxrabad kəndi yaxınlığındakı «Qalın günbəz»də məskən salıb qışı orada keçirdikdən sonra 1395-ci il fevralın 28-də güclü qoşunla Mahmudabaddan Qızıl Ordaya hücum etdi. Bu yürüşdə Teymuru Şirvanşah I İbrahim müşayət edirdi.
Teymurun qüvvələri Dərbəndi keçib Dağıstana çoxuldular. Müasirləri yazırdı ki, Teymurləng Qaytaqda böyük dağınğılar törətdikdən, ləzgilər ölkəsinə hesabagəlməz viranəliklər bəxş etdikdən sonra aprelin 15-də Terek çayı sahillərində Toxtamışın hərbi qüvvələrini darmadağın etdilər. Qızıl Ordanın pa taxtı Saray tutularaq qarət edildi və dağıdıldı. Həştərxan şəhərinin üzərinə ağır vergi qoyuldu. Teymur Urus xanın oğlunu Qızıl Ordaya xan təyin edərək 1396-cı ilin baharında geriyə qaıtdı.
Teymur Dərbəndin müdafiə istehkamlarını təmir etdirərək gücləndirdikdən sonra Dərbənddən Habran¬Şamaxı yolu ilə Kür çayı sahillərinə gəldi. O burada Şeyx İbrahimi Şirvan vilayətinin hakimi təyin edərək Dərbəndin və sərhəd ərazisinin müdafiəsini ona tapşırdıqdan sonra Ağdama ylda düşdü.

1387-ci il yürüşü ərəfəsində görkəmli dövlət xadimi, sərkərdə və diplomat Qara Yusifin atası Qara Məhəmməd Qaraqoyunlu Azərbaycanda möhkəmlənməyə can atırdı. Bu Teymurlənglə qaraqoyunluların toqquşmasına səbəb oldu. Teymuri orduları Ərzrum və Ərzincanda Qara Məhəmmədin qüvvələrini məğlubiyyətə uğradaraq onu geri çəkilməyə məcbur etdilər və Muş səhrasından keçərək Van və Bətana gəldilər. Erməni tarixçisi Foma Metsovski baş vermiş dəhşətləri aşağıdakı kimi təsvir edirdi: «Teymurləng Tosı (Van) şəhərinə gəldi və erməni qalası üzərinə hərəkət etdi. Senekerim tayfasından olan Əmir Yezdin onun hüzuruna gəlmədi, əksinə,… qalaya çəkildi və qapıları bağladı… Qala qırx gün ağır mühasirədə oldu, xeyli dinsiz cağatay qoşunu qırıldı. Lakin aclıqdan və susuzluqdan üzülmüş şəhərlilər daha mühasirədə qala bilmədilər və qala ona təslim edildi. Ey fələk, ey acı tale! Orada axirət divanına oxşar dəhşət və vahiməni görmək olardı. Bütün qala matəmə tutulmuşdu, hər yeri hönkürtü səsləri bürmüşdü, çünki amansız hökmdar bütün qadın və uşaqları əsir etməyi, yerdə qalan istər dindarları (xristinaları) və istərsə də dinsizləri (xristian olmayanları) qala divarlarından atmağı əmr etmişdi. Bu amansız əmr dərhal yerinə yetirilmişdi. Hamını qaladan atmağa başladılar…
Van və Vəstanda törəldilən qırğınlardan sonra Teymur ordusu Çəlmasa, oradan Urmiya gölünün qərbi ilə Urmiyyə, Uşniyyə və Marağaya gədmiş, buradan isə Səmərqəndə qayıtmışdı.
Teymurləng Cənubi Qafqazı tərk edərkən oğlu Miranşahı (həddindən artıq azğınlıq etdiyi üçün əhali onu Maranşah yəni «ilanlar şahı» adlandırırdı) zəbt olunmuşərazilərin hakimi təyin etdi. O, Təbrizin iadərsini Əmir Məhəmməd Dəvatiyə və Qara Bəstama tapşırdı. Əki İranşah Sultaniyyənin, şah Əli Marağanın, Şibli Ərəvənəq nahiyyəsinin, Hacı Əhməd isə Pişkinin hakimi təyin olundular.

Teymurun Səmərqəndə qayıtması ilə Azərbaycanda xalq azadlıq hərəkatı və hakimiyyət uğrunda mübarizə şiddətləndi. Teymurləngin işğal etdiyi ərazilərdən əmirlərinə qarşı əsasən, Sultan Əhməd və onun Əlincə qalasındakı əmirləri, Mahmud Xalxalinin idarə etdiyi feodal qrupu, Təbrizin yerli əmirləri, Marağa hakimi Yadigar şah və Qara Yusifin başçılığı ilə qaraqoyunlular mübarizə aparırdı. Bu dövrdə Təbriz və ümumiyyətlə, Azərbaycan uğrunda mübarizədə iştirak edən qüvvələri iki hissəyə – xarici və yerli qüvvələrə bölmək olar. Xarici qüvvələrin (Təbriz əmirləri, Sultan Əhməd vəƏmir Altun, Mahmud Xalxali, Marağa hakimi Yadigar şah) mübarizəsində Azərbaycanın müstəqilliyini təmin etmək cəhdləri mühüm yer tuturdu.
Göstərilən dövrdə Təbriz feodal ara müharibələrinin və xarici işğalçı yürüşlərin meydanına çevrilmişdi. Təbriz şəhərinin ələ keçirilməsi bütün Azərbaycanı tutmaq üçün əsas olduğundan şəhər uğrunda mübarizə olduqca ciddi şəkil almışdı. Təbriz 22 dəfə hücuma məruz şalmışdı, bunlardan 14-ü yerli, 8-i isə xarici feodallar tərəfindən edilmiş, 18 hücumun nəticəsində şəhərdə hakimiyyət bir feodaldan digərinin ixtiyarına keçmişdi. Nəhayət, Təbriz 1392-ci ildə ikinci dəfəİrana və Cənubi Qafqaza hücum edən Teymurləngin qoşunları tərəfindən tutulmuşdu.
1392-ci il yürüşünün başlıca hədəflərindən biri də Qafqaz idi. Teymurun əmirlərinin bir hissəsi ayrılaraq tərkar Təbrizə daxil olduqdan sonra özü Şiraz-İsfahan və Həmədan istiqamətində hərəkət edərək Bağdad şəhərini ələ keçirdikdən sonra Bizans istiqamətində Qars və Tiflis şəhrlərinədək irəliləiyr. Teymur hələ Bizans şəhərində ikən Əlincə qalasının mühasirəsini gücləndirmək üçün Əmir Məhəmməd Dərviş Bərlasın başçılığı ilə yeni qüvvələr göndərdi, özü isə Azərbaycan və Gürcüstandan əsgəri qüvvələr toplayaraq Aladağa səfər etdi.
Əlincə qalasının müdafiəsinin uzanması Teymuru əlavə tədbirlər görməyə məcbur etdi, onun göstərişi ilə Sultaniyyədən xacə Ağbuğa da Dərviş Bərlasın köməyinə göndərildi. Dörd görkəmli teymuri əmirlərini başçılığı ilə 40 min nəfərlik ordu 1393-cü ildə qalaya hücum etdi. Orta əsr müəllifləri yazırlar ki, bu zaman təsadüfən qala müdafiəçilərindən bir dəstəƏmir Altunun başçılığı altında qaladan çıxmışdı, lakin geri dönərkən qala qapılarının düşmən qoşunların tərəfindən mühasirəyə alındığını gördülər. Düşmən qoşununun soxluğuna baxmayaraq Əmir Altun düzgün döyüş mövqeyi seçərək teymuri qoşunlarına böyük tələfat verdikdən sonra əmirdən ikisini öldürərək qalaya daxil olur.
Orta əsr tarixçiərindən İbn Ərəbşahın yazdığına görə, qalanın gizli yollarına yaxşı bələd olan Əmir Altunun və qala müdafiəçilərinin cəsarəti və şücaəti Teymurləngi vahiməyə salmış və ona qalanı zəbt etməyə qadir olmadığı fikrini aşılamışdır. Teymurləng qalanın mühasirəsini müəyyən dəstələrə tapşıraraq yürüşü davam etdirmiş və Unik qalasını ələ keçirdikdən sonra Gürcüstana soxulmuşdu. Gürcüstanda törədilən dağıntılardan sonra Teymur Şəki vilayətinə gəldi. Şəki hakimi Sidi (Seydi) Əli Teymura tabe olmaqdan imtina edərək dağlara çəkildi, bu isə teymuri qoşunları tərəfindən Şəki ərazisinin qarət edilməsi ilə nəticələndi.
İkinci dəfə Cənubi Qafqaza yürüş etməsinə baxmyaraq hələ də bir çox qalaları və vilayətləri ələ keçirmək Teymura nəsib olmamışdı. Belə ki, 1392-ci il yürüşü nəticəsində Ermənistan və Gürcüstan başdan başa istila edildi, yalnız ayrı-ayrı qalalar teymuri qoşunlarının hücumlarından özlərini qoruya bildilər. F.Metsopski yazır: «Teymurləng ölkəmizin yuxarı hissəsinə gəldi və Avnik adlanan Basen (Qərbi Ermənistan) qalasını mühasirəyə aldı. Qalanı alıb onun işxanı Misri zəncirlətdi və qala divarlarından atdıbırb öldürtdürdü. Sonra Ararat vilayətinə gəlib buranı da başdan-başa dağıtdı, bütün əmlakı qarət etdi və baqratilərin şəhərini (orta əsrlərdə Ermənistanın iri ticarət mərkəzi idi) mühasirəyə aldı. Şəhəri aldı…
Teymurləngin qoşunları Suroru ölkəsində (indiki İqdir şəhəri) Tçakata, Koqba, Barnakuta və Arçeş vilayətinə getdilər. Bu üç vilayətin əhalisi qaçdı. Onlar hər şeyi qarət etdilər. Korb şəhəri həmin gün qarət edildi…».
Erməni mənbələri Teymurləngin 1386, 1387, 1394 və 1400 illərdəki yürüşləri zamanı Ermənistanın başdan-başa xarabazara çevrildiyini, bütün erməni qalalarının tutularaq dağıdıldığını, əhalinin işgəncə ilə öldürüldüyünü və qul edilərək aparıldığını təsvir edirdilər. Hadislərin müasirlərindən Qriqor Xlatşi Teymurləngin yürüşləri nəticəsində Eriani (erməni daşnaq tarixşünaslığı bu şəhəri İrəvanla eyniləşdirir) şəhərinin dağıdıldığını 500 nəfərdən yuxarı erməni öldürüldüyünü qeyd edirdi.
Teymurun Cənubi Qafqaz yürüşləri Gürcüstanda da dərin izlər buraxdı, bu yürüşlərin hamısında teymuri qoşunları Tiflisi və ətraf yerləri qarət etdikdən sonra Gürcüstanın bütün qərb vəşimal vilayətlərinə soxularaq böyük dağıntılar törətdilər. Hərbi yürüşlər zamanı yerləəhalinin müsəlmanlaşdırılması da həyata keçirilirdi. F.Metsopski Teymurun Gürcüstana yürüşlərindən bəhs edərək yazırdı: «Teymurləng İldırımın üstünə hücum etməzdən əvvəl İberiya ölkəsinə gəlib onu dağıtmaq vəəsarətə almaq istəyirdi. Lakin İberiya çarı Georgi onun bu cinayətkarlıq fikirlərindən xəbər tuturaq iki qardaşı Konstantin və Davidlə birlikdə dərhal qoşun topladı, bütün iberləri və erməniləri qalalara yığıb buranı qorumağı onlara tapşırdılar, özləri isə ölkənin dərə və cığırlarını ttudular… Teymurləng onların üstünə böyük bir qoşun göndərdi və bu qoşun onlara yuxarı tərəfdən yaxınlaşaraq xristianların böyük dəstəsini tamamilə əhatə etdi. Sərkərdələri qırıb qoşunları əsir apardılar. Onlar 60.000 nəfərdən çox idilər.
Çar Georgi güclə özünü xilas edərək yüz nəfər qoşunla düşmən qoşununu mərkəzinə soxuldu: onlar … düşməndən bir çoxunu qırdılar və sonra əlçatmaz yerlərə çəkildidər. Teymurləngin qoşunları isə bütün İberiya ölkəsini yandırdılar, əhalisini qılıncdan keçirdilər və kilsələri dağıtdılar. Ayaq yalın, çılpaq, ac və susuz əsirləri bizim ölkəyə gətirdilər. Hər cığatayın 20 əsiri var idi, onların çoxu yolda yıxılıb ölürdü…»

Azərbaycana ikinci yürüşü zamanı Teymurləng Ağdamda məskən salmışdı. İtaətə alışmayan ərazilərin istilasını başa çatdırmaq üçün 1396-cı ildə Teymurun əmri ilə Miranşahın Xorasandakı qoşunları Azərbaycana yeridildi. Teymuri qoşunlarının sağ cinahı Qarabağ-Naxçıvan istiqamətindən Unik qalasına kimi, sol cinahı isə Həmədana qədər uzanırdı. Teymurun Ağdamdan Ərdəbil-Sultaniyyə-Həmədan yolu ilə Səmərqəndə qayıtması nəticəsində onun növbəti yürüşü də başa çatmış olur.
Miranşahın Azərbaycanda törətdiyi dağıntılar ölkənin təsərrüfat və mədəni həyatına mənfi təsir göstərirdi. O, müxtəlif bəhanələrlə xalq kütlələrini və yerli feodalların əmlakını qarət edirdi. Bunun nəticəsində bütün Cənubi Qafqazda, o cümlədən Azərbayanda da yadelli işğalçılara qarşı mübarizə gücləndi. Bir tərəfdən Şəki hakimi Sidi Əhməd Miranşaha itaət göstərməkdən boyun qaçırdısa, digər tərəfdən Təbrizdə ona qarşı güclü üsyan baş verdi. Miranşaha qraşı mübarizənin gedişində Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələri yarandı. Bu özünü Əlincə qalasının müdafiəsi zamanı xüsusilə aydın göstərdi.
Azərbaycanın ayrı-ayrı feodal hakimləri və gürcü çarı VI Geori teymuri qoşunlarına zərbə vurmaq və onun irəliləməsinə imkan verməmək məqsədiləƏlincə qalasının müdafiəçilərinə yaxından yardım edirdilər. Şəki hakimi Sidi Əli Orlat 1497-1498-ci ilin qışında gürcü qüvvələri ilə ittifaqda Əlincə qala müdafiəçilərinin köməyinə gəldi. Qalanın qarşısında teymuri qoşunları ilə kəskin döyüşlər gedirdi. Vəziyyətin getdikcə ağırlaşdığını görən teymuri sərkərdəsi Sultan Səncər Teymurləngin oğlu Miranşaha müraciət edərək ondan kömək istədi. Miranşah Əlincəqalanın mühasirəsini möhkəmləndirmək məqəsədi ilə Xorasandan xüsusi qoşun gətirdərək oğlu Əbubəkr Mirzənin və 4 teymuri əmirinin sərkərdəliyi altında qala üzərinə göndərdi. Tarixçilərdən Şərəfəddin Əli Yezdi vəƏbdülrəzaq Səmərqəndinin yazdıqların görə, Əlincəqalanın qarşısında günlərləəlbəyaxa döyüşlər getmişdi. Sidi Əli həmin döyüşlərin gedişində qəhrəmancasına həlak olsa da, Əbubəkr Mirzə mühasirədən əl çəkib Təbrizə qayıtmalı oldu. Müttəfiq dəstələr qalanın mühasirədən qurtardıqdan sonra onun müdafiəsi Seyid Əli, Hacı Saleh və üç gürcü sərkərdəsinə tapşırıldı.

Azərbaycanda yaranmış vəziyyət Teymuru hələ Hindistan səfəri zamanı olduqca narahat edirdi. O, 1399-cu ildə Hindistandan Səmərqəndə qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən Cənubi Qafqaz və ətraf vilayətlərdəki vəziyyəti öyrənir. Qasidin verdiyi məlumatda Bağdad, Misir, Şam, Kiçik Asiya, Dəşti-Qıpçaq və s. ilə yanaşı Əlincənin də yad edilməsi, qalanın həmin ölkələrə bərabər tutulması və Teymurləngin onunla yaxından maraqlanması faktı özlüyündə qalanın ciddi müdafiə olunduğunu və böyük əhəmiyyət kəsb etdiyini göstərirdi.
Teymur Hinistan səfərindən qayıdıb Səmərqəndə çatdıqdan cəmi 4 ay sonra təcili səfərbərlik elan edib 1399-cu il oktyabrın 10-da Cənubi Qafqaza yürüşə başladı. «7 illik müharibə» adı ilə tanınan bu yürüş Cənubi Qafqazda, eləcə də Azərbaycanda vəziyyətin kəskin surətdə dəyişilməsinə səbəb oldu. Teymur Sultaniyyədən Ərdəbilə, oradan isə Qarabağa gəldi. Azərbaycandakı vəziyyəti nəzərə alan Şirvanşah İbrahim yerli hakimlərlə Teymurun arasında ittifaq yaranmasına nail oldu.
Əlincə qalasının müdafiəsi zamanı həlak olmuş Sidi Əlinin oğlu Sidi Əhməd atasının ölümündən sonra Teymurləngdən icazəsiz atasının yerinə keçərək Şəkini idarə etməyə başlamışdı. Sidi Əhmədin xahişi ilə Şirvanşah İbrahim onun bağışlanması və Şəkiyə hakim təyin olunması üçün Teymurdan razılıq aldı.
Teymurləngin 1399 və 1402-ci illər Gürcüstan yürüşləri zamanı onu Şirvanşahın və Sidi Əhmədin qoşun hissələri müşayət edirdi. Gürcüstana ikinci yürüşərəfəsində VII Georginin elçiləri qiymətli hədiyyələrlə Teymurun iqamətgahına gələrək itaət etdiklərini bildirdilər. Lakin Teymur hədiyyələri qəbul etməkdən imtina etdi, çünki gürcü knyazları əvvəlcə Teymurun xəzinəsinə vergi verməyə söz verir, lakin sonra imtina edirdilər. Yaranmış vəziyyətdəŞirvanşah İbrahim vasitəçilik edərək Teymurun VII Georginin bağışlanmasına nail oldu. Gürcü feodalları son dərəcə ağır şərtlərlə xərac verməklə Teymurun talançı yürüşlərindən xilas oldular. Bundan sonra həm Sidi Əhməd, həm də VII Georgi Şirvanşahın müttəfiqi kiim çıxış edirdilər.
Əlincə qalası Teymurun uzun illər boyu zəbt edə bilmədiyi yeganə istehkam olaraq qalırdı. Bundan narahat olan Teymur müttəfiqlərə qarşı mübarizədə cəsarətsizlik göstərmiş əmirləri cəzalandırdı və 1400-cü ilin yazında Gürcüstana soxulub qarətçilik edən Teymur Sivas, Misir, Şam, Hələb, Dəməşq, Mardin, Amid və s. əraziləri zəbt etdikdən sonra yenidən Əlincəyə yürüş etdi.
Teymurləngin Amiddən Əlincə qalasına göndərdiyi güclü qoşuna 3 əmirzadə və beş-altı əmir başçılıq edirdi. Onlara Əlincə qalasını ələ keçirib Gürcüstana tərəf irəliləmək tapşırılmışdı. Əlincə qalası uzun mübarizədən sonra teymurilərin əlinə keçdi. Mənbələr və mövcud tarixi ədəbiyatlarda qalanın 12 (1387-1399) və ya 14 (1987-1401) mühasirədə qaldığı göstərilir.
Qalanın tutulması barədə mənbələrin verdiyi ziddiyyətli məlumatlar onun necə ələ keçirildiyini dəqiqləşdirməyə imkan vermir.
Şərəfəddin Əli Yezdinin və Münəddin Hətənzinin yazdıqları görə Sultan Əhmədin qalada olan oğlu Tahir hələ müttəfiqlərin yürüşü zamanı (1497-1498) mühasirədən azad edilərək Gürcüstana aparılmış və hətta sonralar Teymurun tələbi ilə də geri qaytarılmışdı. Qala uzun müddət mühasirədə olduğu üçün orada az döyüşçü qalmışdı ki, onlar da zərurət üzündən təslim olmuşdular. Qalannı kutvalı Seyid Əhməd Oğlşahi Teymurun hüzuruna gətirilib öldürülmüş, qalanın müdafiəsi isə Məlik Məhəmməd Obyehiyə tapşırılmışdı.
Ərəb tarixçisi İbn Ərəbşahın məlumatından isə aydın olur ki, Sultan Tahirlə birlikdəƏlincə qalasının müdafiəsinə başçılıq edən Əmr Altun arasında ciddi çəkişmə baş verir. Əmir Altunun qaladan çıxıb ərzaq dalınca getməsindən istifadə edən Sultan Tahir onun qardaşını öldürtdürür, özünü isə qalaya buraxmır.
Altun Mərəndə getməyə məcbur olur, burada isə yerli hakim onu öldürərək başını Teymura göndərir. Lakin Teymur qəhrəmanlıqda ad-san qazanmış Altun kimi sərkərdəni məhv etdiyi üçün Mərənd hakimini öldürdürərək əmlaknın müsadirə etdirir. Müəllif yazır ki, Altunun ölümünə görə qala müdafiəçilərindən bir qismi Sultan Tahirdən üz çerirərək qalanı tərk edirlər. Yaranmış vəziyyətdə Tahir öz acizliyini dərk edərək xəzinəni də götürüb yaxın adamları ilə birlikdə Bağdada çəkilir. Nəticədə isə Teymurləngin qoşunları Gürcüstan səfərindən qayıtdıqdan sonra heç bir maneəyə rast gəlmədən başsız buraxılmış qalaya daxil olurlar.
Əlincə qalasının müdafiəsinin son dövrlərindən bəhs edən mənbələrin məlumatları dərindən araşdırıldıqda, əsərini Teymurə əks mövqedən yazmış İbn Ərəbşahın verdiyi faktların daha doğru və məntiqi olduğu aydınlaşır. Odur ki, Əlincə qalasının 1401-ci ildə, 14 il mərdliklə müdafiə olunduqdan sonra daxili çəkişmələr nəticəsində Teymurun əlinə keçdiyini qəbul etmək həqiqətə daha uyğun olardı.
Teymuri qoşunları Əlincə qalasını ələ keçirdikdən sonra Gürcüstana, oradanda Bağdada yürüş etdilər və Təbrizə qayıtdılar. Teymurləng Təbrizdən Naxçıvana gəlib Əlincə qalasına səyahət etmişdi. Mənbələrin yazdığına görə qalanın coğrafi mövqeyi vəəzəməti Teymurləngi heyran etmişdi.
1402-ci il iyulun 20-də Anqara şəhəri yaxınlığında Çubuq adlanan yerdə Teymurlənglə I İldırım Bəyazid arasında o dövp üçün son dərəcə böyük müharibə baş verdi. Şirvanşah I İbrahimin və Şəki hakimi Sidi Əhmədin hərbi qüvvələri də Teymurun tərəfindən vuruşurdular. Anqara vuruşması nəticəsindəİldırım Bəyazid, oğlanların Musa və Mustafa Teymurləng tərəfindən əsir alındılar.
Anqara döyüşündən sonra Teymur təkrar Qarabağa qayıtdı və burada qurultay çağıraraq Cənubi Qafqazda zəbt etdiyi ərazilərin nəvəsi Ömər Mirzəyə (Miranşahın oğlu) tapşırılmasını qərara aldığını bildirdi. Şeyx İbrahim Şirvan valisi və teymuri imperiyasının şimal sərhədlərinin mühafizəçisi kimsi daha da möhkəmləndi. Teymurləng 1404-cü il martın 27-də Qarabağdan Səmərqəndə qayıtdı.
Səmərqəndə qayıtdıqdan sonra Teymur qısa müddətdə səfərbərlik keçirərək güclü şəkildə Çin yürüşünə hazırlaşmağa başladı. 1404-cü ilin sonlarında 200 minlik böyük bir ordu ilə Səmərqənddən Çinə yürüş edən Teymurləng Otrar şəhəri yaxınlığında xəstələnərək 1405-ci il fevralın 18-də burada da vəfat etdi.

Teymuri dövlətinin tərkibinə daxil olan ölkələr iqtisadi cəhətdən bir-biri ilə möhkəm olmadığından onların siyasi birliyi də mümkün deyildi. Təsadüfi deyildir ki, Teymurləngin ölümündən sonra onun şərqdə Çin səddinə, şimalda Rusiyanın mərkəzlərinə, qərbdə Aralıq dənizi sahillərinə, cənubda Misir sərhədlərinə qədər uzanan imperiyası kəskin feodal ara müharibələri meydanına çevrildi. Hələ Teymurun sağlığında imperiyanın ərazisi onun oğlanları və nəvələri arasında bölüşdürülmüşdü. Belə ki, Teymurun özü tərəfindən Xorasan, Gürcan, Mazandaran və Sistan (mərkəzi Herat şəhəri) Şahruxa (1409-1447), Qərbi İran, Azərbaycan, İraq və Ermənistan (mərkəzi Təbriz şəhəri) Miranşaha, cənubi İran (mərkəzi Şiraz şəhəri) Ömər şeyxə, Əfqanıstan və Şimali Hindistan (mərkəzi əvvəllər Qəznə, sonralar Bəlx şəhəri) Pir Məhəmmədə soyurqal verilmişdi.
Teymurun xələfləri arasında hakimiyyət uğrunda gedən mübarizə yerli hökmdarların hakimiyyətilərinin möhkəmlənməsinə və genişlənməsinə şərait yaradırdı. Belə bir şəraitdə Təbrizdə, Qarabağda, Şəkidə və Marağada güclü xalq ixtişaşların baş verdi. Yaranmış şəraitdəŞirvanşah İbrahimin qoşunları Kür çayını keçərək Gəncəni və Qarağın bir hissəsini tutdu. Gürcü çarı Konstantin (o VII Georginin qardaşı idi), Şəki hakimi Sidi Əhməd, Gəncə hakimi qaramanlı Əmir Yarəhməd, Ərdəbil hakimi cəyirli tayfalarından Bistan Cəyir Şirvanşah İbrahimlə ittifaqa girərək hərbi qüvvə ilə ona yardım etdilər.
Teymurləng öz sağlığında Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla Cənubi Qafqazın qalan ərazilərini, o cümlədən Azərbaycanı da oğlu Miranşaha soyurqal (1392-1400) vermişdi. Lakin Miranşahın hərəkətlərindən narazı qalan Teymur onu bu hüquqdan məhrum etmiş və qeyd edildiyi kimi, Anqara döyüşündən sonra həmin əraziləri Miranşahın oğlu Ömər Mirzəyə həvalə etmişdi.
Şirvanşah İbrahimin asılılıqdan çıxması ilə razılaşmayan Ömər Mirzə ondan Ərdəbil hakimi, teymurilərə qarşı mübarizə aparan Bistam Cəliri tələb etdi, lakin Şirvanşah bundan imtina etdi və güclü qoşunla Brdəyə, oradan Kür çayı sahillərinə yollandı. Bistamın verilməməsini bəhanə edən Ömər Mirzə Araz çayını keçərək Kürün sol sahilində düşərgə saldı. Hər iki qoşun bir həftə üz-üzə dürdüqdan sona Ömər Miranşah və Əbu Bəkrin Sultaniyyəni ələ keçirərək Təbriz üzərinə hücuma hazırlaşdığını xəbər tutdu vəŞirvanşahla sülh bağlayaraq tələsik Təbrizə qayıtdı.
Miranşah və Əbu Bəkrin birləşmiş qoşunları tərəfindən məğlubiyyətə uğradılan Ömər Mirzə Azərbaycanı tərk etdi. Lakin Əbu Bəkrin Təbriz əhalisindən 100 min qızıl tələb etməsi 1406-cı ildə şəhər əhalisinin üsyanı ilə nəticələndi. Az sonra Əbu Bəkrin qoşunları Qaraqoyunlu Qara Yusif tərəfindən darmadağın edildi, özü isə Azərbaycanı tərk etdi.
Şirvanşah V İbrahim yaranmış imkandan istifadə edərək 1406-cı ilin mayında Təbriz şəhərinə daxil olur. Şirvanşahın ticarəti və sənətkarlığı himayə etməsi ona çox böyük nüfuz qazandırmışdı, odur ki, Təbriz əhalisi onu hüsn rəğbətlə qarşılayır. Lakin o Təbrizdə möhkəmlənə bilmədi, belə ki, iyunda Sultan Əhmədin Təbrizə doğru irəlilədiyindən xəbər tutan və onunla münasibətləri pozmaq istəməyən Şirvanşah Təbrizi tərk etməli oldu.
Sultan Əhməd və Qara Yusifin birləşmiş qüvvləri ilə Miranşah arasında həlledici döyüş 1408-ci ildə oldu. Döyüş ərəfəsində Şahruxun göndərdiyi 20 minlik hərbi yardıma baxmayaraq teymuri qüvvələri müttəfiqlər tərəfindən darmadağın edildi. Döyüşdə Miranşah özü də həlak oldu. Həmin il teymuri qoşunlarının qalıqlar Cənubi Qafqazı, o cümlədən Azərbaycanı tərk etdilər. Beləliklə, Teymurləngin ölümündən cəmi üç il sonra nəinki Azərbaycan, bütövlükdə Cənubi Qafqaz Teymurun və onun xələflərinin zülmündən xilas oldu. Azərbaycanda və Gürcüstanda hakimiyət başına yerli sülalələrdən olan hökmdarlar gəldi. Ermənistan isə Qara Yusifin yaratdığı Qaraqoyunlu dövlətinin tərkibinə daxil edildi.

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

  • Teqlər:
  • Teymurilər
  • , monqol işğalları
  • , Teymurləng
  • , monqol imperiyası
  • , Əmir Teymur

Comments are closed, but trackbacks and pingbacks are open.