Azərbaycan Milli Kitabxanası
Mustafa Kamal Atatürk
Əmircan ərazisində daşınmaz əmlak elanları
Ağ şəhər ASAN Xidmət №1 ASAN Xidmət №2 ASAN Xidmət №3 ASAN Xidmət №5 Axundov bağı Ayna Sultanova heykəli Azadlıq meydanı Azərbaycan Dillər Universiteti Azərbaycan kinoteatrı Azərbaycan turizm institutu Azneft meydanı Bakı Asiya Universiteti Bakı Dövlət Universiteti Bakı Musiqi Akademiyası Bakı Slavyan Universiteti Bayıl parkı Beşmərtəbə Botanika bağı Cavanşir körpüsü Dağüstü parkı Dostluq kinoteatrı Dövlət İdarəçilik Akademiyası Dövlət Statistika Komitəsi Fontanlar bağı Hüseyn Cavid parkı İçəri Şəhər qoruğu İdman kompleksi İncəsənət və Mədəniyyət Universiteti İqtisadiyyat Universiteti İzmir parkı Keşlə bazarı Koala parkı M.Ə.Sabir parkı M.Hüseynzadə parkı Molokan bağı Memarlıq və İnşaat Universiteti Mərkəzi Univermaq Milli Konservatoriya Montin bazarı Neapol dairəsi Neft Akademiyası Neftçi bazası Nəriman Nərimanov parkı Nərimanov heykəli Nəsimi bazarı Nizami kinoteatrı Park Zorge Pedaqoji Universiteti Port Baku Prezident parkı Qış parkı Qubernator parkı Respublika stadionu Rəssamlıq Akademiyası Rusiya səfirliyi Sabir parkı Sahil bağı Sea Breeze Sevil Qazıyeva parkı Səməd Vurğun parkı Sirk Sovetski Space TV Texniki Universiteti Təhsil Nazirliyi Tibb Universiteti TQDK Ukrayna dairəsi Xalça Muzeyi Yasamal bazarı Zabitlər parkı Zərifə Əliyeva adına park Zərifə Əliyeva adına park Zoopark İncəsənət və Mədəniyyət Universiteti İqsadiyyat Universiteti Şəfa stadionu Şəhidlər xiyabanı Şəlalə parkı Şərq bazarı
Azərbaycan Milli Kitabxanası
aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir.
Atası onu qızılvəngli Aşıq Alının yanına aparmış,
Ələsgər Alının şagirdi olmuşdur.
Bir müddət ustad yanında şagirdlik edən Ələsgər
aşıqlıq sənətinin sirləri ilə bərabər, ədəb və mərifət
qaydalarını da öyrənmişdir. Aşıq Alı onu tamam ha-
zırlayandan sonra bir toy məclisində Ələsgərlə deyiş-
miş və şagirdinin şöhrətini
qaldırmaq, onu el içində
ucaltmaq məqsədilə özünü
qəsdən məğlub edərək sa-
zını qalib tərəfə – Ələsgərə
təslim etmək istəmişdir.
Ələsgər isə böyük təva-
zökarlıq hissi ilə ustadının
qarşısında baş əymiş, ona
öz ehtiramını bu sözlərlə
Bir şəyird ki, ustadına
Onun gözlərinə qan
Şagirdlik dövrünü başa
vurduqdan sonra Ələsgər
əvvəlcə Göyçədə aşıqlıq
etmiş, ağır toy məclisləri
aparmışdır. Tezliklə onun
yılmış, Ələsgər gözəl bir
sənətkar kimi İrəvana, Nax-
çıvana, Qazaxa, Qarabağa,
Cavanşir ellərinə, Gəncəyə,
Kəlbəcərə çağırılmış, hər
yerdə özünün yüksək məri-
fəti, ədəbi, gözəl səsi, bən-
Aşıq Ələsgər
zərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.
Ələsgər 40 yaşında Kəlbəcərin Yanşaq kəndindən
Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl bir ailə
başçısı olmuş, həmişə uşaqlarının maddi qayğılarını
çəkmişdir. Övladlarının nazı ilə oynayan aşıq, eyni
zamanda, öz əməksevərliyi, iş-gücü ilə onlara nümunə
Aşığın zəngin poetik irsi əsasən qoşma, gəraylı,
təcnis, müxəmməs formalarında yazılmış lirik şeirlər-
dən ibarətdir. Onun “Bəyistan”, “Güləndam”, “Müş-
günaz”, “Telli”, “Xurşud”, “Gülpəri”, “Çıxıbdı”,
“Görmədim” rədifli qoşmaları, “Ay üzə-üzə”, “Dal-
dala”, “A yana-yana” rədifli təcnisləri, “Kimi”, “De-
yin”, “Mollalar” rədifli müxəmməsləri məşhurdur.
Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq
məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycan-
da yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir
sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən
başlayaraq çiynində saz, müxtəlif mahalları gəzib-
dolaşan aşıq xalqın şad günündə, toy-düyünündə ça-
lıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baisi ya-
manlamış, ona lənətlər yağdırmışdır.
1918-1919-cu illərdə daşnakların türklərə qarşı
törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu
talanmış, əhali öz dədə-ba-
ba yurdunu tərk edib başqa
yerlərə köçməyə məcbur
olmuşdur. İki ilə qədər
Yanşaqda yaşayan aşıq-şair
sonra Tərtərə köçmüş, bir
neçə ay da orada qalmışdır.
aşığı hörmətlə qarşılasalar
da, onun ürəyi-gözü Göyçə-
də olmuş, qəlbi tez-tez qu-
barlanmış, gözünü açıb gör-
düyü doğma yerlər üçün
Nəhayət, 1921-ci ildə o,
Ağkilsəyə qayıtmış, ömrü-
nün son illərini doğma
Aşıq Ələsgər 1926-cı il
mart ayının 7-də doğulduğu
kənddə vəfat etmiş, Ağkilsə
qəbiristanlığında dəfn edil-
Ədəbiyyat
Əsərləri /Aşıq Ələsgər.- Bakı: Şərq-Qərb, 2004.- 400 s.
Hikmət dünyası /Aşıq Ələsgər; Tərt.ed. və red.: E. İsmayıl.-Bakı : Ağrıdağ, 1997.-
Şeirlər, dastanlar-rəvayətlər, xatirələr/Aşıq Ələsgər.- Bakı: Çaşıoğlu, 2003.- 496 s.
Bu dünyada üç şey başa bəladı: Şeirlər /Ə.Aşıq //Yeni Azərbaycan.-2010.- 17
Şeirlər /Aşıq Ələsgər //Azərbaycan .-№ 8. – 2006. – S.3-6.
İnternetdə
Adilə Abdullayeva
Şəmsi Əsədullayev 1841-ci
ildə Bakının Əmircan kəndində,
çox kasıb bir ailədə doğulmuşdur.
Ata babadan əksər əmircanlılar
kimi, əkinçi və arabaçı olmuşdu.
Əmircan kəndinin əkin sahəsi
Suraxanı torpaqları olduğundan Şəmsi Əsədullayev
kiçik yaşlarından əkin-biçin işlərində atasına kömək
etməyə başlamışdı. Boş vaxtlarında isə arabaçılıq edər,
yük daşıyarmış. Bakı-Tiflis dəmir yolu olmayanda
araba karvanı ilə Tiflisə, oradan da Bakıya kirayə mal
XIX əsrin əvvəllərində əmircanlıların əsas əkin
sahələri olan Suraxanı torpaqlarının mühüm bir hissəsi
rus tacirləri Kokorev və Qubanin tərəfindən çox ucuz
Sonralar bu torpaqlarda xeyli miqdarda quyular
qazılmağa başlamış və Suraxanı, Əmircan kəndliləri
neft mədənlərində işləmək məcburiyyətində qalmışlar.
Elə bu arada gələcəyin neftxudası Şəmsi Əsədullayev
əkin-biçinin daşını atıb neft işinə baş vurmuşdu.
Zəhməti sayəsində o, Kokorevin rəğbətini qa-
zanmış və 1860-cı ildə rus taciri iyirmi yaşlı Şəmsini
özünə işlər müdiri təyin etmişdi. Bir neçə il sonra
Şəmsi, neft və duz podratçılığı ilə məşğul olmağa
başlamış, on beş il ərzində qazancını xeyli artırmışdı.
Gəlir-çıxarını yaxşı bilən Şəmsi Əsədullayev pod-
ratçılıq işini buraxaraq kerosin zavodu inşa etdirmişdi.
1890-cı ildə 50 yaşlı Şəmsi Əsədullayev özünə neft
sahəsi almış və Rusiyanın iri şəhərlərinin bazarları ilə
əlaqələrini gücləndirib onla-
ra kerosin satmağa başla-
mışdı. Yetərincə ağıla və
bacarığa malik olan Əsədul-
layev neftin Rusiyaya da-
1890-cı ildə o, neft işin-
dən yaxşı başı çıxan bir
neçə nəfərlə birlikdə müş-
tərək neft şirkəti açmışdı.
1891-ci ildə Azərbaycanda
ilk dəfə olaraq neftin Xəzər
dənizi vasitəsilə daşınması
üçün iki və üçdorlu gəminin
hazırlanmasını sifariş et-
mişdi. 1893-cü ildə milyon-
çunun şəxsi neft şirkəti işə
Bakı şəhərinin mər-
kəzində Qoqol və Tolstoy
küçələrinin kəsişdiyi yerdə
əzəmətli mülk tikdirmişdi.
Deyilənə görə, Şəmsi Əsə-
dullayev məşhur “Nobel
qardaşları” şirkəti ilə rəqa-
bət aparırmış. Camaat ara-
sında ona “Nobellərin qəni-
mi” deyirdilər. Çünki bütün
Şəmsi Əsədullayev
İranda, Finlandiyada və digər ölkələrdə Nobellərin dü-
kanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor
və dükan açar, Nobellərin satdığından daha ucuz qiy-
mətə neft və neft məhsulları satar və onlara mane
Məlumata görə, 1908-1912-ci illərdə Ş.Əsədul-
layevin istehsal etdiyi neftin miqdarı təxminən 6-8
milyon pud təşkil etmişdir.
Milyonçu həm də xeyriyyəçi kimi də tanınmışdı.
Belə ki, Tiflis Müəllimlər İnstitutuna himayədarlıq
etməklə yanaşı, öz adına iki təqaüd təsis etmişdi. Ru-
siyanın müxtəlif şəhərlərində məscid, məktəb və s.
binalar tikdirmiş, xeyli xeyriyyə tədbirləri keçirmiş,
kasıb azərbaycanlı tələbələrin xaricdə təhsil alma-
larına köməklik göstərmişdi.
1889-cu ildə Rusiyanın kübar cəmiyyətində öz yeri
olan Şəmsinin gözü rus gözəli Mariya Petrovnanı
tutmuş və onunla evlənmişdir. Bu nigahdan Şəmsinin
bir oğlu dünyaya gəlmişdi. Həyat yoldaşı Ümsəlmə
xanım bunu qəbul etməmiş və nəticədə söz-söhbətdən
bezən Əsədullayev 1903-cü ildə birdəfəlik Moskvaya
Rusiyada yaşadığı vaxt-
larda Əsədullayev Peter-
burqda və Moskvada bir
neçə iri mülklər tikdirmişdi.
Rusiyadakı xeyriyyəçilik iş-
lərində isə Mariya Şəmsi ilə
birlikdə çalışmış, onunla
bərabər yaşadığı illər ərzin-
Həyatının son illərini
Şəmsi daha çox Vətənində,
övladlarının yanında keçir-
Rəsmi məlumatlara görə
Azərbaycan neft sənayesin-
də var-dövlətinin miqdarına
görə üçüncü yeri tutan Şəm-
si Əsədullayev 1913-cü il
aprel ayının 21-də Yaltada
dincələrkən 72 yaşında gün-
vurmadan vəfat etmişdir.
Ədəbiyyat
Bağırova, N. Əsədullayevlər ailəsinin arxivindən olan fotoalbom haqqında
//Azərbaycan tarixi muzeyi.-2005.-Bakı, 2005.- S. 245-249.
İlkin, Q. Milyonçu Şəmsi Əsədullayev //Xalq qəzeti.- 2002.- 15 dekabr.
İlkin, Q. Bakı milyonçuları: [Ş. Əsədullayev haqqında] //İlkin, Q. Bakı və
Bakılılar.- Bakı, 1998.- S.236-262.
Mahmudov, C. Şəmsi Əsədullayev /C.Mahmudov //Bakı nefti, neft milyonçuları
və Nobel qardaşları.- Bakı, 2006.- S.129-139.
Rəhmanlı, N. Azərbaycanlı milyonçunun nişanələri: Şəmsi Əsədullayev haqqında
//Respublika.- 2010.- 1 avqust.- S.6.
Rus dilində
Ахундов, Ф. Ага Шамси Асадуллаев и широта души и благородство
помыслов //Огонек.- 1996.-май (спец.вып.).- С.38-39.
İnternetdə
Samirə Eminova
Mehmet Ziya (Ziya Göyalp) 1876-cı
ildə Diyarbəkirdə doğulmuşdur. Təh-
silinə Diyarbəkirdə başlayan Ziya
Göyalp, eyni şəhərdə 1890-1894-cü il-
lərdə hərbi xidmətdə olmuşdur. Ziya
Göyalp tibb məktəblilərinin despotizmə
son vermək üçün qurduqları Qiyam
Komitəsinə daxil olmuş, məktəbdəki fəaliyyətləri və
oxuduğu fransızca kitabların zərərli sayılması səbəbilə
həbs edilmişdir. İstanbula döndükdən sonra isə
məktəbdən uzaqlaşdırılmışdır. Ziya Göyalp “Zəbtiyə
nəzarəti altında saxlanılmaq şərtilə” Diyarbəkirə gön-
dərilmişdi. Ziya Rüştiyə məktəbində oxuyarkən atası
ölmüş, onun yerini islam fəlsəfəsini yaxşı bilən, ziyalı
əmisi Hasib əfəndi tutmuşdur. O, İbn Sina, İbn Rüşd,
İmam Qəzzali kimi böyük islam filosoflarını Ziyaya
tanıtdırmış, ərəb, fars və digər vacib araşdırma
metodlarını öyrətmişdir. Daha sonra vəfat etmiş
əmisinin vəsiyyətinə əməl edərək Ziya, onun qızı ilə
evlənmişdir. Siyasət, fəlsəfə və tarix elmində araş-
dırmalar edərkən, despotizm əleyhinə gizli fəaliy-
yətlərə də qatılmışdır.
Göyalpın ilk əsəri “Şaki İbrahim” dastanı
olmuşdur. II Hökumətin elanından sonra, Ziya
Göyalpın qurduğu gizli cəmiyyətin yerini Osmanlı
İttihat və Tərəqqi Cəmiyyəti Diyarbəkir şöbəsi əvəz
etmişdi. 1909-cu ildə partiyanın Selanikdəki kon-
qresinə el nümayəndəsi olaraq qatılmışdı. Bir il İstan-
bul Darülfünununda psixologiya üzrə təhsil almış və
Diyarbəkir maarif müfəttişi işlədikdən sonra, yenidən
Selanikə gəlmişdir. Qatıldı-
ğı partiya konqresindən
sonra ümumi mərkəz üzv-
Burada “Gənc qələm-
lər”, “Yeni fəlsəfə”, “Ru-
meli” kimi jurnal və qəzet-
lərdəki yazılarıyla Türkçü-
lük və dildə sadələşmə hə-
arasında iştirak edən Göy-
alp, milli duyğuları, tarix
dəyər verən düşüncələrini
şeirləriylə təbliğ etmişdir.
1912-ci ildə İttihat və Tə-
rəqqi Ümumi Mərkəzi İs-
tanbula köçürülmüş, Z.Gö-
yalp da İstanbula gəlmişdir.
Həmin il Ergani mədənin-
dən millət vəkili seçilmiş-
dir. 1919-1921-ci illərdə İs-
tanbulun işğalı nəticəsində
həbs olunaraq iki il Maltada
sürgündə olmuşdur. Sür-
gündən qayıtdıqdan sonra
1923-cü ildə Diyarbəkirdən
millət vəkili seçilmişdir.
“Yeni Gün”, “Respublika”
qəzetlərində müntəzəm olaraq məqalələr çap etdirmiş-
di. 1923-cü ildə “Qızıl işıq”, “Türkçülüyün əsasları”,
“Türk adəti” kimi kitablarını nəşr etdirmişdir. Res-
publika Xalq Partiyasının proqramını araşdıran və
şərh edən “Doğru Yol” (1923) adlı araşdırmasını da
yenə bu dövrdə qələmə almışdır. O dövrdə yazdığı
“Türk mədəniyyət tarixi” adlı kitabı isə 1926-cı ildə
ölümündən sonra çap olunmuşdu. Yenə ölümündən
sonra müxtəlif qəzet və jurnallarda çıxmış yazılarıyla
məktubları müxtəlif kitablarda yığılmışdır. 1939-cu il-
də “Çinaraltı”, 1947-ci ildə
“Təriqət nədir?”, 1950-ci il-
də “Ziya Göyalp deyir ki”
adlı kitabları işıq üzü gör-
müşdür. Ziya Göyalpın nəşr
edilməmiş yeddi əsəri və
ailə məktubları olmuşdur.
Görkəmli ictimai xadim və
yazıçı 25 oktyabr 1924-cü
ildə vəfat etmişdir.
Ədəbiyyat
Türkçülüyün əsasları /Ziya Göyalp; Azərbaycan türkcəsinə çevirən, ön söz, izah
və şərhlərin müəllifi E.Mustafaoğlu; hazırlayan İ.Allahverdiyev.- Bakı: Maarif,
Aydın Abi Aydın. Ziya Göyalp: Anadan olmasının 130 illiyi münasibətilə
/Aydın Abi Aydın; red. R.Təhməzoğlu.- Bakı, 2006.- 64 s.
Qaliboğlu, E. Böyük ideal sahibləri Ziya Göyalp türkçülük, millətçilik sahəsində
sistem yaradıb /E.Qaliboğlu //Xalq cəbhəsi.- 2009.- 24 iyul.- S.14.
İnternetdə
Adilə Abdullayeva
Mustafa Kamal Atatürk 1881-ci
ildə Səlanikdə (Saloniki) dünyaya
gəlmişdir. 1896-1899-cu illərdə müa-
sir Makedoniya ərazisində yerləşən
Monastır Hərbi məktəbini bitirərək
İstanbul Hərb Məktəbinə qəbul
olunmuşdur. 1902-ci ildə leytenant
rütbəsi ilə məzun olmuş, Hərbi
Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il
yanvar ayının 11-də kapitan rütbəsi ilə akademiyanı
bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci
Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi
almışdır. Daha sonra Monastıra 3-cü Orduya təyin
olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula
etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi
manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda
Baş Qərargah Mərkəzində xidmətə başlamışdır.
Mustafa Kamal 1911-1912-ci illərdə Türk-İtaliya
müharibəsində bir qrup yoldaşıyla birlikdə Tobruk və
Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci
ildə İldırım Orduları Qrupuna komandir təyin
olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr
1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində
1919-1923-cü illərdə Antanta dövlətlərinin Os-
manlı ərazilərini işğal etməyə başlamasından sonra
Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna get-
mişdir. 1919-cu il 23 iyul -7 avqust tarixləri arasında
Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas
Konqresini çağıraraq ölkə-
nin işğal olunan ərazilərinin
geri qaytarılması üçün gö-
rülməsi lazım olan işləri
Osmanlı dövlətinin müs-
təqil dövlət kimi varlığına
əslində son qoyan Mudros
barışığı (1918) ilə razılaş-
mayan Atatürk 1919-cu il
mayın 19-da Samsunda
“mübarək Vətəni və milləti
qurtarmaq, yunan və ermə-
ni istəklərinə qurban ver-
məmək üçün” milli qur-
tuluş savaşına başlamış və
sonradan onun adı ilə ad-
lanan “Kamalçılar hərə-
katı”nın rəhbəri olmuşdur.
Antanta orduları İstanbulu
ələ keçirəndən (1920, 16
mart) və ingilislər ”Məclisi-
palatası”) dağıtdıqdan son-
ra, Atatürk 1920-ci il apre-
lin 23-də Ankarada yeni
Parlament – Türkiyə Böyük
Millət Məclisini (TBMM)
TBMM-in və onun təşkil etdiyi hökumətin başçısı
(prezident seçkilərinədək) olmuşdur. “Ya istiqlal, ya
ölüm!” çağırışı ilə işğalçılara qarşı Milli azadlıq
mübarizəsinə başçılıq edən Atatürk İstiqlal Savaşını
uğurla başa çatdırmış, müxalifətçilərin ölkədən
qovulmasına və Türkiyənin ərazi bütövlüyünün bərpa
edilməsinə nail olmuşdur. Sakarya zəfərindən sonra
19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət
Məclisi Mustafa Kamala “Marşal” rütbəsi və “Qazi”
(“qalib”) titulu vermişdir. İşğalçıların ordularını
darmadağın edən Atatürk bununla böyük dövlətlərin
Türkiyə ərazisini bölüşdürərək, dünyanın sonuncu
türk dövlətini yox etmək planlarını, habelə mərkəzi
hakimiyyətə qarşı çıxan və xaricdən kömək alan
erməni-daşnak quldurlarının Şərqi Anadoluda “Böyük
Ermənistan” yaratmaq niyyətlərini puça çıxarmışdır.
Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imza-
lanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə,
Sevr müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət
böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzə-
rində, milli birliyə əsaslanan yeni türk dövlətinin
qurulması üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-
birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı
İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29
oktyabr 1923-cü ildə Respublika elan edilmiş, Atatürk
yekdilliklə ilk prezident seçilmişdir.
30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən
respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə
Respublikası, “Hakimiyyət qeyd-şərtsiz millətindir”
və “Yurdda sülh, cahanda sülh” ideoloji əsasları üzə-
rində qurulmuşdur. Dahi dövlət xadimi olduqca müd-
rik, uzaqgörən xarici siyasət yeritməklə və cəsarətli
daxili islahatlar keçirməklə Türkiyəni müasir inkişaf
yoluna çıxardı və çağdaş dünyaya qovuşdurdu.
Türkiyə Cümhuriyyətinin Prezidenti 20-ci, xüsusilə
30-cu illərdə ölkənin inkişafı, millətin mütəşək-
killiyinin gücləndirilməsi üçün bir çox mədəni-mənə-
vi tədbirlər görülməsinin təşəbbüsçüsü olmuşdur. Ona
görə də biz bu gün Atatürkün mədəniyyət, mə-
nəviyyat, dil siyasətindən
cəsarətlə danışır, böyük
dövlət qurucusunun bu sa-
hədəki təcrübəsinin uğurlu
örnək olduğunu qəbul edi-
rik. Bu gün demokratik, hü-
dünya birliyində böyük nü-
fuz qazanan və türk islam
dünyasının önündə gedən
qüdrətli Türkiyə Cümhu-
riyyəti Atatürk ideyalarının
və onun əməli fəaliyyətinin
parlaq bəhrəsidir. Atatür-
kün dahiliyi onda idi ki, o,
yaşadığı dövrdə dağılmış
Osmanlı imperiyasının xa-
rabaları üzərində yenicə
yaranan, lakin hələ çox zəif
olan Türkiyə Cümhuriy-
yətinin o zaman öhdəsindən
gələ bilməyəcəyi ağır bey-
nəlxalq hərbi-siyasi qarşı-
durmalara girməsinə yol
vermədi. Dahi siyasətçi
qurmaqda olduğu gənc və
hələ cana gəlməkdə olan
qoruyub saxlamaqla, əslin-
də, ümumtürk dövlətçiliyini
tarix səhnəsindən silinməyə
qoymadı. Atatürk, bununla,
həm də əsarətdə olan dünya
türkləri üçün, yeganə ümid
yerini – Türkiyə dövlətini
29 yanvar 1923-cü ildə
Latifə xanımla evlənmiş, bu
evlilik 5 avqust 1925-ci
ilədək davam etmişdir.
Uşaqları çox sevən Atatürk
Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile,
Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban
oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və
İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Mustafa Kamala “Atatürk” soyadı Türkiyədə fa-
miliya qəbulu ilə bağlı olaraq 24 noyabr 1934-cü ildə
TBMM tərəfindən verilmişdir.
Fransız və alman dillərini bilirdi. Ümummilli
liderimiz Heydər Əliyevin müxtəlif münasibətlərlə
dəfələrlə qeyd etdiyi kimi, “Atatürkü XX əsrin
əvvəllərindən fəaliyyət göstərmiş müsəlman dünyası
siyasi-ictimai xadimlərindən fərqləndirən əsas cəhət,
ondan ibarətdir ki, o yalnız proqressiv ideyalar irəli
sürməklə kifayətlənməmiş, həmin ideyaları həyata
keçirmiş, bununla da kifayətlənməyərək qurmuş
olduğu dövlətin inkişaf edib möhkəmlənməsi üçün
tarixi stimullar müəyyən etmiş, zəngin ideya qay-
naqları aşkara çıxarmışdır”.
Böyük Atatürkün əziz xatirəsi Azərbaycanda da
həmişə ehtiramla yad edilir. Azərbaycan xalqının dahi
oğlu Heydər Əliyev özünün müvafiq çıxışlarında
Atatürkə yüksək qiymət
vermişdir. Ümummilli lider
Heydər Əliyevin 2001-ci il
9 mart tarixli Sərəncamı ilə
Azərbaycanda Atatürk mər-
kəzi yaradılmışdır. Azər-
Atatürk irsinin araşdırılma-
sına böyük maraq göstərilir.
Mustafa Kamal Atatürk
10 noyabr 1938-ci ildə
tutulduğu sirroz xəstəliyin-
dən İstanbulda, Dolmabax-
ça Sarayında vəfat etmişdir.
Cənazəsi 21 noyabr 1938-ci
ildə müvəqqəti olaraq An-
kara Etnoqrafiya Muzeyin-
də dəfn edilmiş, Mavzoleyi
tikildikdən sonra 10 noyabr
1953-cü ildə oraya köçürül-
Ədəbiyyat
Əhmədli, N. Mustafa Kamal Atatürk: (portret cizgiləri) /N.Əhmədli.- Bakı:
AzAtaM, 2002.- 218 s.
Əli, A. Böyük ömrün anları: Mustafa Kamal Atatürkün və Heydər Əliyevin
şərəfli ömür yolundan bəhs edən fəlsəfi-publisistik foto-illüstrativ esse /Akif Əli.-
Bakı: Təhsil, 2004.-220 s.
Mustafa Kamal Atatürk və türkçülük (Elmi konfransın materialları) /tərt. ed.
Osman Musayev.- Bakı, 2006.- 74 s.
Nəzərli, S. Heydər Əliyev Atatürk haqqında /S.Nəzərli.- Bakı: AzAtaM, 2003.-
İnternetdə
Nailə Alışova
Відео
Боже дар,мною очень любимый музыкант, несмотря такие года выглядит так бодрым молодцом,на счёт исполнения то слов нет выразить свои восхищение,к сожелению не в курсе,он жив?, если да то ему крепкого здоровья. .
Əzim Mehdiyev 8 днів тому
Bəh bəh adamın ruhu dincəlir saqol böyuk sənətkar
ALIK SAFONOV 8 днів тому
XILELILERIN EREBLERE HEC BIR ADIYATI YOXDUR YERLI EHALI SIF TURKLERDI OGUZ TURKLERI
ALIK SAFONOV 8 днів тому
XILELILER YERLI EHALININ ADIDIR
Ceyhun Huseynov 10 днів тому
Mellimizdi
Evez Esgerov 14 днів тому
İsrafil bəy, belə mahir ifaları ilə Azərbaycan musiqisini və xüsusən də muğamlarımızı yaşadır, onlara yeni nəgfəs verir. Ustada uzun ömür və can sağlığı arzu edirəm. Şirzad bəy sizə də təşəkkür edirəm ki, belə gözəl musiqiləri bizimlə paylaşırsınız. Sağ olun, var olun.
Cavidan Zeynalov 20 днів тому
Dodois Üususu 25 днів тому
Qocaman klarnet ustası Azərbaycanca şalmır.
Babek Alkhasov 26 днів тому
Son 50 ildə Azərbaycanda yetiṣən ən mòhtəṣəm sənətkarlardan biri. Təmiz ifa, yùksək texnika, çox saqol bòyùk sənətkar!
Mamed56 Zade Місяць тому
Can Əmircan Can mənim və Nər Kişilərin məskəni———XAN ALLAHVƏRDİ, SABBAR, BAXTİYAR,(Горотдел),NİYAZ, ZOHRAB,SƏMSİ ƏSƏDULLAYEV, MURTUZA MUXTAROV, MORYAK ƏZİZAGA, Doktor TOFİG, SHAİR TOFİG BAYRAM, Tarixchi ALİM XANİM FƏRİDƏ. KOR RAMİZ ALİM Hamısını ALLAH Rəhmət eləsin.Bunu ona görə yazdım ki, istəyənlər bilsin. SHƏHİDLƏRMİZİ ALLAH RƏHMƏT eləsin Tarixən ta indiyəcən.Boyuk sənətkarlarimiz İSKƏNDƏRƏ İSRAFİLƏ Can Sağlığı arzu eliyirəm.XANLARİN Ruhu Shad olsun.YASHA ƏMiİRCAN kəndimiz bütün kəndlərimizlə bahəm.
Comments are closed, but trackbacks and pingbacks are open.