Mirəli seyidov
Mirəli Seyidov bu titul və dərəcələri qazanıb: “Qrand Master”, Milli Ciu-citsu Federasiyasının prezidenti, UNESCO müəllimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi (8-ci dan ciu-citsu, 7-ci dan karate). 2014-cü ildə “Qızıl Döyüş” Oskarı mükafatına layiq görülüb.
Mirəli seyidov
Mir-Əli Seyidov 1956-cı ildə Bakıda anadan olub. İlk dəfə 1968-ci ildə idmana başlayıb. “Dinamo”da müəllimi Sabir Hüseynovdan dərs alan Mir-Əli Seyidov 12 yaşından İlk vaxtlarda sambo ilə məşğul olmuşdur. 1967-68-ci illərdə cüdo, karate, ciu-citsu kimi Yapon döyüş növləri Azərbaycanda hələ o qədər də inkişaf etməmişdi, məşhur deyildi. Nəzərə alaq ki, o zamanlarda “Dinamo”ya elə belə uşaqları götürmürdülər, tərbiyəli, ziyalı ailənin uşaqlarını qəbul edirdilər.
Mir-Əli Seyidov 1968-ci ildən 1973-cü ilədək sambo ilə məşğul oldu. Həmin ərəfələrdə sambo üzrə birincilik əldə etmişdir.
Mir-Əli müəllim Azərbaycan Cüdo Federasiyası yarandıqdan sonra 1973-cü ildə “Dinamo” cəmiyyətində baş məşqçi Ağarza Əhmədovun rəhbərliyi ilə bu federasiyada müntəzəm olaraq məşqlərə başladı.
Mir-Əli müəllim cüdonu sevirdi, amma ilk sambodan, aikidodan, ciu-citsudan başlayıb. Yapon döyüş növlərinin əksəriyyəti ciu-citsudan başlayıb. 1976-cı ildə Rusiyaya-Krasnoyarska əsgərliyə gedib. Əsgərlikdə idmançı olduğu üçün digərlərindən fərqlənirdi. 1978-ci ildə Bakıya qayıtdı və “Dinamo”ya gəlib müəllimləri ilə görüşdü. Həmin vaxlarda müəllimləri tərəfindən SSRİ DİN və DTK hüquq mühafizə orqanlarının təlimatçılarının beynəlxalq seminarına göndərildi.
Mir-Əli Seyidov 1979-cu ildə Karate Federasiyası yarananda baş təlimatçı olaraq fəaliyyətinə başladı.
Mir-Əli Seyidovun qurucusu olduğu Azərbaycan Respublikası Milli Ciu-Citsu Federasiyası 1998-ci ildən fəaliyyət göstərməyə başladı. Mir-Əli Seyidov Beynəlxalq Ciu-citsu Federasiyasının üzvüdür.
Mir-Əli müəllim yığma komandaya və güc strukturlarına dərslər keçir
Ailəsi 3 oğlu, 2 gəlini, 3 nəvəsi və həyat yoldaşından ibarətdir
Mirəli Seyidov bu titul və dərəcələri qazanıb: “Qrand Master”, Milli Ciu-citsu Federasiyasının prezidenti, UNESCO müəllimi, Azərbaycan Respublikasının əməkdar məşqçisi (8-ci dan ciu-citsu, 7-ci dan karate). 2014-cü ildə “Qızıl Döyüş” Oskarı mükafatına layiq görülüb.
Mir-Əli müəllim hər zaman deyir: Mənim ən böyük qazancım tələbələrim və onların uğurudur.
Mirəli seyidov
“Azərbaycan xalqının soykökünü düşünərkən” kitabına yazılmış epiqraf.
Həyatı
Seyidov Mirəli Mir Ələkbər oğlu (05.05.1918 – 26.04.1992) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1976), filologiya elmləri doktoru (1968), professor (1979), Azərbaycanın Əməkdar elm xadimi (1982), Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü.
Seyidov Mirəli Mir Ələkbər oğlu 1918 -ci il mayın 5-də -də Qərbi Azərbaycan ın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir (1938). Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938-1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941-1945). Həmin illər “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur.
AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən).
1982-ci ildə Türkiyədə keçirilən 4-cü Türkoloji Konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)” mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə “Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir.
1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. “Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.
1992 -ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Yasamal rayonunda adına küçə var.
1948-ci ildə Nəimə Həsənəli qızı Hüseynova (1923-1983) ilə ailə qurmuşdur. Oğlu Elçin (d. 1952) hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyind ə çalışır. Ondan Anar (d. 1981), Nəimə (1994), Mirəli (d. 1997) və Azər (d. 1997) adlı nəvələri var.
Oğlu Eldar (d. 1955) hazırda Moskva şəhərində yaşayır. Ondan Elgün və Anar adlı nəvələri var.
© Əməkdar elm xadimi, professor Mirəli Seyidov. 2017.
Mirəli seyidov
Seyidov Mirəli Mir Ələkbər oğlu 1918-ci il mayın 5-də-də Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir (1938). Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938-1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941-1945). Həmin illər “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)” mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə ” Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir. 1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. “Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.
1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuşdur.
Yasamal rayonunda adına küçə vardır.
Comments are closed, but trackbacks and pingbacks are open.