Press "Enter" to skip to content

Misgər məmmədov

Bu araşdırma ayrıca bir sosial-idrak yanaşması ilə prioritetləşdirilən nitqin törənməsində və emalında fərdi, subyektivlik və biliyin rolunu daha yaxşı başa düşməyə kömək edə bilər.

Misgər məmmədov

“Azərbaycanın paytaxtı və iri şəhərlərində xarici dil müəlliminə tələbat kənd rayonlarına nisbətən çox aşağıdır. Orta təhsil müəssisələrində xarici dil müəllimi peşəsi tələb olunan peşədir, lakin onların dərs yükü ilə təminatı mövcud demoqrafik vəziyyətlə bağlıdır. ADU orta məktəbdə xarici dil müəllimi peşəsi ilə kənd və şəhər məktəblərinin ehtiyaclarını lazımi səviyyədə ödəyir. Orta məktəb üçün xarici dil müəllimlərinin ixtisas və peşə hazırlığı cəmiyyətin tələbatlarını ödəyir”.

Bunu ADU-nun Elmi Şurasındakı çıxışında Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov deyib. O, bildirib ki, bakalavr və magistratura səviyyəsində xarici dil müəllimlərinin müəllim kimi işləmək istəməsi ilə bağlı aparılan sorğulardan belə məlum olur ki, bakalavr səviyyəsində 20-26%, magistratura səviyyəsində 7-12% müəllimlik fəaliyyətini üstün tuturlar: “Bu faiz göstəriciləri özünü müəllimlərin işə qəbulunda doğruldur. ADU-da cəmiyyətin pedaqoji ehtiyaclarını ödəyəcək səviyyədə xarici dil müəllimi hazırlanır və tələbata cavab verirlər. 1990-2020-ci illərdə ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub. Cəmiyyətə lazım olan 10% tələbat səviyyəsi həmişə ADU tərəfindən müvəffəqiyyətlə ödənib. Bütün dövrlərdə və bütün hallarda cəmiyyətin tələbatı 10% həddində olub və biz də cəmiyyətin tərkib hissəsi kimi bu vəzifənin öhdəsindən gəlmişik.

Pedaqoji prosesin idarə edilməsi, müasir təlim texnologiyalarından istifadə, yüksək ixtisaslı kadr hazırlığı, əqidə, dünyagörüş və vətəndaşlıq mövqelərinin formalaşdırılmasında ADU-da yaradılmış laboratoriyalar kadr hazırlığının peşə, ixtisas, şəxsiyyətin dünyagörüşünün səviyyəsinin formalaşdırılmasına yönəlib və müvəffəqiyyətlə icra olunur”.

M. Məmmədov əlavə edib ki, əmək bazarında aparılan təhlillər göstərir ki, xarici dil müəllimlərinin peşə hazırlığına əlavələrin edilməsi zamanın tələbidir:

“Məsələn, xarici dil – psixoloq, bank və maliyyə sektoru üçün kiçik mütəxəssislər, ofis, qeyri-hökumət və hökumət təşkilatları üçün referentlər, turizm və otelçilik üzrə, xidmət sahələri üzrə mütəxəssislər hazırlamaq olar. Hal-hazırda istənilən müəssisədə bir psixoloqun olması vacibdir, yəqin bu məsələ növbəti illər üçün ailələri də əhatə edəcək.
Ünsiyyətin yeni formaları, xüsusilə uşaqların planşent, kompüter vasitəsi ilə asudə vaxtlarının keçirilməsi psixoloqlara olan ehtiyacı günün vacib tələbinə çevirir.

ADU-da tərcümə, beynəlxalq münasibətlər üzrə mütəxəssis hazırlığının nəticələri ilə biz tərcümə mərkəzlərində, internet saytlarında, ictimai təşkilatlarda, bank maliyyə sektorunda, idarəetmənin müxtəlif səviyyələrində rastlaşırıq: “Bu insanlar işlərinin öhdəsindən layiqincə gəlir və həm də hər hansı bir xarici dili və kompüter hazırlığını nümayiş etdirirlər. Mənə elə gəlir, bu gün ADU-da ixtisas, peşə kafedraları, informatika kafedrası öz pedaqoji fəaliyyətlərinin nəticələri ilə qürur duya bilər. Onların zəhməti hədər getməyib. Bu prosesin təşkilinə Universitet rəhbərliyi tərəfindən həmişə nəzarət olub”.

Misgər Məmmədov bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır. Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Misgər Məmmədov, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. ADU-nın HİK-in Sədiri Misgər Məmmədov, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Misgər müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Misgər Məmmədov tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Yaxşı, xeyirxah, əməli saleh insan demək olar ki, əbədidir, ölməzdir. Ona görə ki, xeyirxah insanlar əməlləri ilə, gördüyü işlərlə nəsillərə qoyub getdikləri töhfələrlə hər zaman yad edilir və digər şəxslərə də ən yaxşı nümunə kimi göstərilirlər. İnsanlarda bir çox keyfiyyətlər var lakin, onların ən gözəli yaxşılıq etmək, xeyirxahlıqdır. Çünki bu elə bir xüsusiyyətdir ki, birbaşa insanlar arasındaki münasibətlərdə təzahür edir. Və xeyirxahlıq elə bir şeydir ki, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi insanın ən çarəsiz anında qarşısına çıxır. Buna görə də yaxşı insan olmaqdan qorxmamaq lazımdır. Çünki hər hansı cəhətdən edilən yaxşılıq bu dünyada itmir. Buna görə də, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq lazımdır. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur. Təbii ki, dünya bu cür dəyərli, qiymətli insanlardan xali də deyil. Əgər yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib geridə qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Gələcək nəsil üçün nümunə olacaq şərəfli bir ömür yolu keçmisən. Bu yazıda məhz elə insanlardan birinin-gözəl insan, xeyriyyəçi Misgər Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Hal-hazırda bəşəriyyət əldə olunan elmi nailiyyətlər əsasında kompüter erasına qədəm qoyub ki, bu da əksər ölkələrdə olduğu kimi, məhz bizim ölkəmizin də hər sahəsində, o cümlədən təhsil sahəsinin inkişafında da öz təsirini göstərməkdədir. Faktdır ki, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələri ildənilə yeni-yeni texniki avadanlıqlarla və s. ilə təmin olunur ki, bu da müəyyən olunmuş strategiyaya uyğun həyata keçirilir. Qeyd edək ki, indiyə kimi ölkəmiz savadlı kadrlarının sayəsində inkişaf edib, sosial-iqtisadi, siyasi, hərbi və digər sahələrdə müəyyən uğurlarına qovuşub. Bəli, yalnız savadlı cəmiyyətin, peşəkar mütəxəssislərin sayəsində hər sahədə lazımi uğurları əldə etmək, dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək mümkün olur.

Hər kəsə bəllidir ki, Misgər Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Misgər Məmmədov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Misgər Məmmədov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. O da hər kəsə bəllidir ki, ADU-nın HİK-in Sədiri Misgər Məmmədov yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Misgər Məmmədovun hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Misgər Məmmədovona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Misgər Məmmədovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

İctimailider.az

Misgər məmmədov

Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədov, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov və Cəmilə Rəsulovanın müəllifi olduqları “Repetition in discourse” adlı kitab işıq üzü görüb.

Modern.az xəbər verir ki, Almaniyanın LINCOM GmbH nəşriyyat evində çap olunan kitab 93 səhifədən və 2 hissədən ibarətdir. Nitqdə təkrar olunmaya həsr olunan kitabın I hissəsində təkrar olunmanın mətn funksiyalarından, II hissəsində təkrar olunmanın idrak funksiyasından danışılır.

Təkrar olunma mətn linqvistikası, nitq analizi, dilçilikdə praqmatik ədəbi araşdırma, ritorika və psixoloji tədqiqatların perkspektivi baxımından geniş şəkildə tədqiq olunub. Bu araşdırmalar daha çox xüsusi nitq növü və ya janrında təkrar olunmanın xüsusi funksiyasının üzərində cəmlənib.

Bu araşdırma ayrıca bir sosial-idrak yanaşması ilə prioritetləşdirilən nitqin törənməsində və emalında fərdi, subyektivlik və biliyin rolunu daha yaxşı başa düşməyə kömək edə bilər.

Kitab təkrarların linqvistik assosiativ xüsusiyyətlərini, onun insan davranışını motivləşdirən koqnitiv xüsusiyyətlərinin tədqiqinə həsr olunub. Təkrarın idraki fəallığını stimullaşdıran metaforanın psixolinqvistik xüsusiyyətlərinin təhlili kitabda öz əksini tapıb.

Comments are closed, but trackbacks and pingbacks are open.