Press "Enter" to skip to content

Mirzə ibrahimov əsərləri ii

M.İbrahimovun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası

Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab mahalının yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

M.İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur.

1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə – “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933).

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə Xalq Komissarları Sovetinin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. Azərbaycan mövzusunda yazdığı “Qorxulu səs”,”Sənət aşiqləri”,”Zəhra”,”Yol ayrı cında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki hə yat” hekayələri, “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”povesti, “Gələ cək gün” (1948), “Böyük dayaq” (1957), “Pərvanə” romanları ilə yanaşı, “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyesləri, “Kəndçi qızı” (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nə rimanovun həyat və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesi ilə Azərbaycan bədii nəsrini və dramaturgiyasını zənginləşdirmişdir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A.Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

M.İbrahimov Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954).

M.İbrahimovun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri olmuşdur.

Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycan SSR əməkdar incəsə nət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasiləl ərlə), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərbaycan SSR Maarif naziri (1942-1946), Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989) olmuşdur.

Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mirzə ibrahimov əsərləri ii

Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
    • Normativ hüquqi sənədlər
    • Metodiki vəsaitlər
    • Qanunlar, Sərəncamlar, Fərmanlar
    • “Birlik” qəzeti.(1971-1984)
    • 20 Yanvar Faciəsi
    • Azərbaycanın Milli Qəhrəmanları
    • Rayon haqqında
    • Ağsu tarixi abidələr
    • Prezident İlham Əliyev
    • Faydalı linklər
    • Diyarşünaslıq nəşrləri
    • Şəxsiyyətləri
    • Şəhidlərimiz
    • Azərbaycanlıların soyqırımı
    • Haqqımızda
    • Ən çox oxunanlar
    • Yeni kitablar
    • Azərbaycanın kitab abidələri

    Mirzə İbrahimov – Seçilmiş Əsərləri II cild

    13 Yanvar , 2017

    İkinci dünya müharibəsindən sonrakı dövr Azərbaycan ədəbiyyatında yaradılan ən yaxşı epik əsərlərdən biri xalq yazıçısı Mirzə İbrahimovun “Gələcək gün” romanı idi. Ədibin 1948-ci ildə işıq üzü görən bu ilk əhatəli nəsr əsəri müəllifin bir romançı kimi özünəməxsus geniş sənətkarlıq imkanlarına malik olduğunu göstərirdi.
    Romanda Cənubi Azərbaycanda xalqın milli özünüdərki, istiqlaliyyəti və hüquqları uğrunda mübarizəsi təsvir olunur. Yazıçı böyük və ciddi bir mövzunu – ədəbiyyatımızda qiymətli ənənələri olan bir mövzunu canlandırmış və onu ilk dəfə siyasi-psixoloji roman formasında, geniş epik miqyasda əhatə etməyə çalışmışdır. M.S.Ordubadinin “Dumanlı Təbriz”indən sonra “Gələcək gün” bu mövzuda böyük bədii hadisə idi.
    Romanın qəhrəmanı – mübarizə alovları içərisində yetkinləşən, xalqın mənəvi yenilməzliyini təmsil edən Fridun xüsusi bir məhəbbətlə yaradılmışdır. Faylı yuklə

    İmadəddin Nəsimi “Seçilmiş Əsərləri 2” PDF

    Altı yüz ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yaхın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı yüz ildir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində bеlə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şеrində, aşıqların sazında tərənnüm еdilir. Nəsimi Azərbaycan dilində şеrin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə еtməyi bacaran qüdrətli sənətkarlardan biri olmuşdur. Onun ana dilindən başqa ərəb və fars dillərində də yaratmış olduğu divanlar şairin adının öz vətənindən çoх-çoх uzaqlarda, bütün Yaхın Şərqdə şöhrətlənməsinə səbəb olmuşdur.

    Kitaba böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) doğma dilimizdə qələmə aldığı, əsasən ictimai-fəlsəfi məzmunun üstünlük təşkil etdiyi müxtəlif janrlı poetik örnəklər daxil edilmişdir. Bu şeirlərdə humanist ideyalar, xeyirə, ədalətə və kamilliyə çağırış motivləri aparıcı yer tutur.

    Mir.az-a Dəstək üçün ianə edin!

    Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Comments are closed, but trackbacks and pingbacks are open.