Press "Enter" to skip to content

Mirzəyev

Hikmət Mirzəyevin 1992-ci ildə I Qarabağ müharibəsində kapitan rütbəsində kəşfiyyat bölüyünün komandiri kimi iştirak etdiyini Müdafiə nazirinin o zamankı müavini söyləmişdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının hərbi qulluqçularının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında” fərmanı 1994-cü ilin yanvarında imzalanmışdır. Həmin fərmanda Mirzəyev Hikmət İzzət oğlunun rütbəsi “kapitan” kimi göstərilir.

Микаил Мирзоев

Родился 1 января 1947 года. Окончил Театральный институт.
Работает в Азербайджанском Национальном академическом театре.

Народный артист Азербайджанской ССР (1991).
Народный депутат, член постоянной комиссии парламента Азербайджана по вопросам культуры.

Ушёл из жизни 3 июня 2006 года.

последнее обновление информации: 22.02.23

дополнительная информация >>

Если Вы располагаете дополнительной информацией, то, пожалуйста, напишите письмо по этому адресу или оставьте сообщение для администрации сайта в гостевой книге.
Будем очень признательны за помощь.

Кино-Театр.РУ рекомендует

Самое интересное

«На солнце, вдоль рядов кукурузы»: Что такое «хорошо»

Егор Бероев в роли Дамира Юсупова – реального летчика, аварийно посадившего рейс «Уральских авиалиний», где выжили все пассажиры и члены экипажа

Пилот Егор Бероев переживает столкновение самолёта с птицами в эксклюзивном отрывке из фильма «На солнце, вдоль рядов кукурузы»

В прокате с 16 марта
6 комментариев
«Это тоска по настоящим героям»: Ирина Гринёва о ностальгии по всему советскому
А также о сложной судьбе Любовь Орловой
4 комментария
Шабаш: Мария Голубкина, Ирина Розанова и Ирина Безрукова
Премьера фильма «Сергий против нечисти. Шабаш»
4 комментария

обсуждение >>

Moderato 19.08.2020 – 00:28

В 1969 году окончил факультет драмы и кино Театрального института, работал в Учебном театре института. С 1976 по 2000 годы (с перерывом) работал в Aзербайджанском драматическом театре. В 1992-1995 годах. читать далее>>

Джанзаде Гюльнара Мухлис кызы (Баку) 5.06.2016 – 13:54

Макаил Мирзоев. Надо отметить что он был не только прекрасным актером, но и прекрасным чтецом.Еще учась в институте он был первым или если можно так сказать Лучшим из лучших. Микаил все жизнь неустанно. читать далее>>

Mirzəyev

Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin hərbi xidmətə başladığı ilk illərə aid fotoları yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan və H.Mirzəyevin mükafatalandırılmasını əks etdirən görüntülər maraqla qarşılanıb. Hikmət Mirzəyev Birinci Qarabağ müharibəsi zamanı Xüsusi təyinatlı taborun üzvü kimi göstərdiyi şücaətə görə mükafatlandırılıb. Fotoların 1993-cü ildə çəkildiyi bildirilir.

Qeyd edək ki, komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı – ötən il oktyabr 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

33 yaşlı general-leytenant Hikmət Mirzəyev.

“44 günlük müharibə”də ulduzu parlayan, Azərbaycan xalqının ürəyində heykəli qoyulan görkəmli bir zabit var: Hikmət Mizəyev. Hərçənd o və onun kimi qəhrəmanlar daim qəhrəman idilər. Sadəcə, müharibə məlumun elanı oldu. Təsadüfi deyil ki, müharibənin gedişatında Prezident tərəfindən ona general-leytenant rütbəsi verildi. Ali Baş Komandanın ən çox etibar etdiyi zabitlərdən biri və bəlkə də birincisi Hikmət Mirzəyev idi.

Hamıya məlum olduğu kimi, Azərbaycan ordusu yaradıldıqda onun əsasında sovet ordu məktəbinin keçmiş zabitləri dayanırdı. Hikmət Mirzəyev də bu gənc zabitlərdən biri idi. Bir çoxları bu il şimal qonşumuzla bağlanılan müttəfiqliq sazişini önə çəkir, ancaq Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlanmışdı. Türkiyənin Azərbaycanla həm ikitərəfli, həm də NATO çərçivəsində əməkdaşlığı Azərbaycan ordusunun modernləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Hikmət Mirzəyev isə Sovet hərb məktəbinin son məzunlarından olsa da, Türkiyədə də təhsil almışdı, bu mənada hər iki sistemin incəliklərinə bələd olan nadir zabitlərdən biri idi.

Ancaq onun haqqında məlumatlar son dərəcə az və təfərrüatsızdır. Bu məlumatları bir yerə toplayıb tutuşdurduqda aşağıdakı nəticələri çıxara bilirik:

Hikmət Mirzəyevin 1992-ci ildə I Qarabağ müharibəsində kapitan rütbəsində kəşfiyyat bölüyünün komandiri kimi iştirak etdiyini Müdafiə nazirinin o zamankı müavini söyləmişdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının hərbi qulluqçularının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında” fərmanı 1994-cü ilin yanvarında imzalanmışdır. Həmin fərmanda Mirzəyev Hikmət İzzət oğlunun rütbəsi “kapitan” kimi göstərilir.

Bu orden “Şah İsmayıl Xətai” ordenindən sonra ən ali orden sayılırdı. Ancaq Xətai ordeni heç kəsə verilmədiyindən “Azərbaycan Bayrağı” ordeni de-fakto ən ali orden sayılırdı. Hikmət Mirzəyev bu ordenə kapitan rütbəsində layiq görülmüşdü.

Maraq üçün deyək ki, eyni fərmanla bu ordenlə o zaman polkovnik-leytenant olan, hazırda isə general-polkovnik rütbəsiylə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahına rəhbərlik edən Kərim Vəliyev də təltif edilmişdi.

Fərman 1994-ci ildə imzalansa da, “Azərbaycan bayrağı” ordeni 1998-ci ildə şəxsən Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Hikmət Mirzəyevə təqdim edilmişdi. Rəsmi təqdimetmə mərasimində Hikmət Mirzəyev polkovnik-leytenant rütbəsi daşıyırdı. Burdan başa düşürük ki, dörd il ərzində (1994-1998) Hikmət Mirzəyev iki dəfə yeni rütbə almışdır. 1994-cü ildə kapitan olan Mirzəyev polkovnik-leytenant olması üçün əvvəlcə mayor, sonra isə polkovnik-leytenant olmalı idi. (Kiçik bir ehtimalla, kapitan rütbəsindən birbaşa polkovnik-leytenant rütbəsinə keçirilmişdir).

Azərbaycan Ordusunda ali zabit heyəti rütbələrin Azərbaycan Prezidentinin fərmanı ilə verildiyi üçün Hikmət Mirzəyevə general-mayor rütbəsinin nə zaman verildiyini bilirik. 19 yanvar 2002-ci il fərmanına görə Hikmət Mirzəyevə general-mayor hərbi rütbəsi verilmişdir. 2020-ci il oktyabrın 17-sinə qədər, yəni 18 il ərzində Hikmət Mirzəyev general-mayor hərbi rütbəsini daşımışdır. 2020-ci ildə, “44 günlük müharibə”nin 20-ci günü Ali Baş Komandan Hikmət Mirzəyevə general-leytenant rütbəsi vermişdir.

Qeyd etdiyimiz kimi, XTQ komandanı haqqında məlumatlar məhdud xarakterlidir. Generalın ancaq doğum günü məlumdur: 29 fevral. Doğum ili haqqında isə müxtəlif rəqəmlər səsləndirilir. Ancaq apardığımız araşdırmalar generalın 1968-ci ildə anadan olduğunu göstərir. (1968-ci ilin fevral ayı 29 gündür). Bu hesabla onun 1992-ci ci ildə kapitan olması da tamamilə məqsədəuyğundur. 1989-cu ildə hərbi ali təhsil müəssisəsindən məzun olan Mirzəyev 1992-ci ildə kapitan ola bilərdi.

Bütün bunlardan bir şey aydın olur: 2002-ci ilin yanvar ayında Hikmət Mizəyev general rütbəsi alanda onun heç 34 yaşı tamam olmamışdı. Bu da Hikmət Mirzəyevin qüsursuz xidmətindən, əlahiddə bacarığından, unikal istedadından xəbər verirdi. Ötüb-keçən illər ərzində, həm Aprel döyüşlərində, həm də “Qırx dörd günlük Müharibə”də nəinki hər bir Azərbaycan, eləcə də Ermənistan vətəndaşı da buna tam əmin oldu.

Söz yox ki, indi olduğu kimi gələcəkdə də Hikmət Mirzəyevin şücaəti, sərkərdəlik qabiliyyəti, idarəetmə bacarığı ilə bağlı kitablar yazılacaq, tədqiqatlar aparılacaq. Bu yazı da onun təvəllüdü ilə bağlı bir gəzişmə idi.

Comments are closed, but trackbacks and pingbacks are open.