Press "Enter" to skip to content

Soykökümüzün qeyrətkeşi – Mirəli Seyidov

lə başlamış və həmin dövrdən mətbuatda vaxtaşırı çıxış et-

Mirəli seyidov azərbaycan-erməni ədəbi əlaqələri

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Türk-Ermeni edebi ilişkileri” adlı yeni kitab daxil olub. Kitab Azərbaycanın görkəmli alimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 1976-cı ildə nəşr olunmuş “Azərbaycan-erməni ədəbi əlaqələri” əsərinin Türkiyədə yenidən nəşr olunmuş versiyasıdır. Kitabın Türkiyə türkcəsində nəşrə hazırlayanı redaktor Telli Akhun Korkmaz və professor Mehmet Kutalmışdır.

Kitab yalnız Azərbaycan-erməni ədəbi əlaqələrini deyil, ən qədim yazılı mənbələrdən, hətta tarixi ənənələrdən başlayaraq yazıldığı dövrə qədər təxmini 1500 illik böyük bir zaman əhatəsində Türk-erməni dili, ədəbiyyatı, tarixi və mədəniyyətini qarşılaşdırıb araşdıran ciddi, ətraflı, zəngin və əhəmiyyətli bir əsərdir. Kitabda erməni dilinin və ədəbiyyatının qədim türk dili və ədəbiyyatı əsasında formalaşması mövcud yazılı abidələrin, şifahi xalq ədəbiyyatı nümunələrinin, dastan və klassik əsərlərin qarşılıqlı müqayisəli təhlili yolu ilə sübut edilir.

MEK-ə həm çap, həm də elektron formatda təqdim edilən, tariximizin bir çox mübahisəli suallarına ayna tutan nəşr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

İlham Cəmiloğlu

Soykökümüzün qeyrətkeşi – Mirəli Seyidov

Azərbaycanşünaslıqda dərin və zəngin irs qoyan alim-etimoloq AMEA-nın müxbir üzvü əməkdar elm xadimi, Mirəli Mirələkbər oğlu Seyidov 40 illik elmi fəaliyyəti ərzində çətinliklə də olsa böyük cəsarətlə sovet dövrünün ideoloji təzyiqi, məhrumiyyətlər və qadağalar şəraitində öz sözünü deyə bilmişdir.

Mirəli Seyidovun elmə gətirdiyi yenilik ondan ibarətdir ki, o, qəbilə birləşmələrinin xalqın mifoloji inamları ilə sıx bağlı olan “oğuz”, “xaylantürk”, “Öləng”, “varsaq”, bə b. sözlərin etimoloji təhlilini verir və nəticə etibarilə həmən leksik vahidlər, etnik adlar müəyyən bir silsilə mifoloji anlayışların zəmini olur, onların əsası kimi götürülür.

Mirəli müəllim əsl elm fədaisi idi.

1983-cü ildə fədakar alimin gərgin və ağır zəhmətinin bəhrəsi olan “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı ilk elmi monoqrafiyasının nəşri sevindirici bir hadisəyə çevrildi. Bu kitab Azərbaycan xalqının soykökünün öyrənilməsində, yəqin ki, başlanğıc sayıla bilər.

Əsərdə Oğuz və onunla bağlı mifoloji inamlar, onların dünya mifoloji sistemləri ilə (ən çox yunan mifologiyası ilə) bağlılığı və yeri gəldikcə, müqayisələr və paralellərin üzə çıxarılması, varsaq-qam sənəti və onun mifologiya ilə əlaqəsi öz əksini tapır.

Mirəli Seyidovun elmə gətirdiyi yenilik ondan ibarətdir ki, o, qəbilə birləşmələrinin xalqın mifoloji inamları ilə sıx bağlı olan “oğuz”, “xaylantürk”, “Öləng”, “varsaq”, bə b. sözlərin etimoloji təhlilini verir və nəticə etibarilə həmən leksik vahidlər, etnik adlar müəyyən bir silsilə mifoloji anlayışların zəmini olur, onların əsası kimi götürülür.

1989-cu ildə isə daha geniş elmi dairələrdə böyük hadisə kimi qəbul olunmuş “Azərbaycan xalqının soykökünü düşünərkən” daha sanballı monoqrafiya Mirəli Seyidovu soykökümüzün “qeyrətkeşi” kimi məşhurlaşdırdı.

Sovet xofunun insanların qəlbində kök saldığı bir vaxtda alimin fikirləri xalqın yaddaşına köçürülmüşdü. Mirəli Seyidov artıq bir çox sözlərin etimologiyası məsələsində rus alimlərinə qarşı çıxır, inkarolunmaz faktlarla fikirlərini sübuta yetirirdi.

Qısa arayış:

Mirəli Mir Ələkbər oğlu Seyidov 1918-ci il mayın 5-də-də Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S.Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir. Sonra Yerevan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır

Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur.

Həmin illər “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)” mövzusunda məruzə etmişdir.

Ədəbi fəaliyyətə 1941-ci ildə ” Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir. 1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. “Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.

Mirəli Seyidov 1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuşdur. Yasamal rayonunda adına küçə vardır.

Mirəli Seyidov 1948-ci ildə Nəimə Həsənəli qızı Hüseynova ilə ailə həyatı qurmuşdur. Oğlu Elçin Seyidov hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışır. Eldar Seyidov isə hazırda Moskva şəhərində yaşayır.

Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor

lığı” şöbəsində isə 1987-ci ildən aparıcı elmi işçi işləmişdir.

1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə

Sovet nümayəndə heyətinin tərkibində olmuş, “Azərbaycan

mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)”

mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə

“Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklər-

lə başlamış və həmin dövrdən mətbuatda vaxtaşırı çıxış et-

mişdir. 1968-ci ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən

qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda dok-

torluq dissertasiyası müdafiə etmişdir. Ömrünün sonlarında

“Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öy-

rənməkdə bir mənbə kimi” mövzusunda tədqiqat üzərində

çalışmış, ümumittifaq türkoloji müşavirə və konfranslarda

iştirak etmişdir. 1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş,

ikinci Fəxri xiyabanda dəfn olunmuş, yaşadığı binanın diva-

rına xatirə lövhəsi vurulmuş, Bakının Yasamal rayonunda

adına küçə verilmişdir.

Azərbaycanşünaslıq mükəmməl bir elm kimi XX əsrin

20-30-cu illərində formalaşmış, Azərbaycanda həm elmi

təfəkkürün inkişafı, həm də azərbaycançılıq dünyagörüşü-

nün təşəkkülü ilə bağlı azərbaycanşünaslığın meydana çıx-

ması sonralar daha elmi xarakter almışdır. Azərbaycanşü-

naslıq polemik xarakterli, əsasən, problemlərdən ibarət bir

elm olması ilə şərtlənir ki, bu da milli-ictimai təfəkkürün

müxtəlif sahələrində özünü göstərir. Azərbaycanşünaslığın

problemlərini dilçilik, ədəbiyyatşünaslıq, mədəniyyətşünas-

lıq, tarixşünaslıq və b. elmlərin hər birinin əldə etdiyi fakt-

lardan, nəticələrdən, ümumi nəzəri müddəalardan istifadə

etməklə həll etmək mümkündür. Bu mənada azərbaycanşü-

naslığın ədəbi-nəzəri problemlərinin həl lində, ümumtürk

mifologiyasının qaynaqlarının müəyyənləşdirilməsi və təhli-

li işində məhz XX əsr Azərbaycan ədəbiyyatşünaslığının, yəni

bu dövrdə yaşayıb-yaratmış ədəbiyyatşünas alimlərin də öz

payı vardır. Digər bir tərəfdən XX əsr Azərbaycan ədəbiyyat-

şünaslığının inkişaf tarixinin və məşğul olduğu ədəbi-nəzəri

problemlərin öyrənilməsi, sistemləşdirilməsi isə həmin döv-

rdə fəaliyyət göstərmiş ədəbiyyatşünas alimlərin elmi irsi-

nin əhatəli öyrənilməsini tələb edir. Elə buna görə də keçən

əsrin ortalarından başlayaraq, Azərbaycan ədəbiyyatşünas-

ları öz sələflərinin həyat və yaradıcılığının öyrənilməsi ilə

məşğul olmağa başlamış, Abdulla Sur (1882-1912), Firidun

bəy Köçərli (1868-1920), Seyid Hüseyn (1887-1937), Hənə-

fi Zeynallı (1895-1937), Əli Nazim (1906-1941), Məmməd

Arif (1904-1975), Əhməd Cəfəroğlu (1899-1975), Mir Cə-

lal Paşayev (1908-1978), Feyzulla Qasımzadə (1898-1976),

Məhəmmədhüseyn Təhmasib (1907-1982), Əkbər Ağayev

(1915-1989), Əziz Mirəhmədov (1920-2002), Kamal Talıb-

zadə (1923-2007), Bəkir Nəbiyev (1930-2012), Nizaməddin

Comments are closed, but trackbacks and pingbacks are open.