MƏK MƏCƏLLƏSİ – Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
AR ƏM-in 10-cu maddəsində gösərilən, İşçinin ən mühüm vəzifələrindən biri İşəgötürənin əmlakının qorunmasının təmin edilməsidir, yəni işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. Əgər işəgötürənə maddi ziyan vurulmuşsa, o, maddi ziyan vurulmasında işçinin təqsirini hökmən sübut etməlidir.
Əmək məcəlləsi yeklə
Əmək və onun ödənilməsi
- nəğd pul ilə
- işçinin bankdakı hesabına köçürülə bilər
- natura formasında
- Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.
- Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.
- İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, məişətdə işlədilən digər gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
- Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi – manatla ödənilir.
| Dt | Kt | Məbləğ | Əməliyyatın məzmunu |
| 70 | 50 | 1 000 | Əmək haqqının kassadan ödənilməsi |
| 70 | 51 | 5 000 | Əmək haqqının işçinin hesablaşma hesabına köçürülməsi |
| 70 51 | 76.4 50 | 800 | Vaxtında ödənilməyən əmək haqqının deponentləşdirilməsi |
| 76.4 | 50 | 800 | Deponentləşdirilmiş əmək haqqının kassadan ödənilməsi |
Mühasibat uçotu
Uçotun təşkili
ƏMƏK MƏCƏLLƏSİ – Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
vəzifələrləri yanaşı, dövlət sirlərini və qanunla qorunan digər sirləri qorumağa, eləcə də xidməti vəzifəsi ilə əlaqədar vətəndaş-ların şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olan məlumatlan yaymamağa borcludur.
işçilərin əsas vəzifələri haqqında məsələ daha tam şəkildə müəssisədaxili intizam qaydalarında, əmək müqavilələrində açıqlanır və orada iş vaxtı rejimi; əmək funksiyaları; müəyyən qaydalara riayət etmə; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; əməyin təhlükəsizliyi normalarına əməl etmə; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarım (qətnamələrini) yerinə yetirmə və s. müəyyənləşdirilir.
AR ƏM-in 10-cu maddəsində gösərilən, İşçinin ən mühüm vəzifələrindən biri İşəgötürənin əmlakının qorunmasının təmin edilməsidir, yəni işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. Əgər işəgötürənə maddi ziyan vurulmuşsa, o, maddi ziyan vurulmasında işçinin təqsirini hökmən sübut etməlidir.
Əks təqdirdə, əmək qanunvericiliyinə, eləcə də AR Konstitusiyasına görə işçinin təqsirsizlik prezıımpsiyası (ehtimalı) mövcuddur. işçinin hərəkətinə (hərəkətsizliyinə) hüquqi qiymət vermək üçün ilk növbədə onun əmək vəzifələrinin dairəsini müəyyən etmək lazımdır. Əmək hüququ əmək hüquq münasibəti iştirakçılarının, hər şeydən əvvəl isə işçilərin hüquq və vəzij’ələrini hərtərəfli tənzim edir.
Hüquqa zidd hərəkət dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan davranış qaydalarını pozan və qadağan edilmiş fəaliyyətdə, yaxud da lazımi fəaliyyətin göstə- rilməməsində öz əksini tapan əməl başa düşülür.
Hərəkətsizlik dedikdə isə şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmək imkanına malik olması və yerinə yetirməli olmasına baxmayaraq bunları etməməsi başa düşülür.
Təqsir dedikdə isə adətən şəxsin öz hüquqazidd davranışına (hərəkəti-nə və ya hərəkətsizliyinə) və onun nəticələrinə olan psixi münasibəti başa düşülür. AR ƏM-də təqsirin anlayışı verilməsə də, bunu AR CM-in 24-cü və AR MM-nin 448-ci maddəsində tapmaq mümkündür.
Orada deyilir: “Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır” AR MM-in 448-ci maddəsində də təqsirin iki əsas forması göstərilmişdir: qəsd və ehtiyatsızlıq.
Əmək hüququ üzrə lüğətdə səbəbi i əlaqə aşağıdakı kimi İzah edilir: “İşçinin maddi məsuliyyətinin şərti kimi səbəbi i əlaqə ondan ibarətdir ki, ziyan işçinin bilavasitə hüquqazidd davranışı nəticəsində vurulur. Belə olmadıq da işçinin üzərinə ziyanın ödənilməsi üzrə maddi məsuliyyət qoymaq olmaz’.
Beləliklə, işçinin üzərinə maddi məsuliyyət qoyulması üçün yuxarıda göstərilən üç şərtin olması zəruridir. Bu şərtlərdən hər hansı birinin olmaması işçinin maddi məsuliyyətini İstisna edir.
Əmək Məcəlləsində dəyişiklik: Bu hallarda mülki hüquqi müqavilələrin bağlanılması qadağandır
2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:
2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda;
2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;
2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;
2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;
2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;
2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə;
2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;
2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.
Qərarın tam mətni aşağıdakı kimidir:
Comments are closed, but trackbacks and pingbacks are open.