Press "Enter" to skip to content

Bakının daha 22 məktəbində “Kiçik Akademiya”lar yaradılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd “Kiçik akademiya” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.

Məktəblərdə “Kiçik akademiya”ların fəaliyyəti təkmilləşdirilir

Ümumtəhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd “Kiçik akademiya” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə BŞTİ-nin əməkdaşları, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Kiçik akademiya”nın prezidenti, kimya-biologiya elmləri üzrə fəlsəfə doktoru Ariz Məmmədov, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə 291 nömrəli ekologiya liseyinin direktoru Kəmalə Mirzoyeva açıq elan edərək liseyin “Kiçik akademiya”sı barədə ətraflı məlumat verib.

BŞTİ-nin sektor müdiri Anar Qədiməliyev çıxışı zamanı “Kiçik akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini nəzərə çatdırıb.

Çıxış edən digər qonaqlar elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik akademiya”ların müsbət rolu olduğunu bildiriblər.

Tədbirdə 291 nömrəli ekologiya liseyinin şagirdi Fərman Hüseynovun “Zirə ilançılıq kombinatının bağlanılmasının mənfi cəhətləri”, 39 nömrəli tam orta məktəbin şagirdi Simuzər Şıxməmmədbəyovanın “Heyvanların bioexolokasiyası”, 258 nömrəli tam orta məktəbin şagirdi Nigar Novruzlunun “Cənnət Qarabağda itirdiklərimiz”, 57 nömrəli tam orta məktəbin şagirdi Aydan Ağalarzadənin “Kristal və kristoloqrafiya” mövzularında məruzələri dinlənilib.

Sonda tədbirdə fəal iştiraka görə şagirdlərə fəxri fərmanlar verilib.

Bakının daha 22 məktəbində “Kiçik Akademiya”lar yaradılacaq

Bakı şəhərinin ümumi təhsil müəssisələrindəki “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtın 285 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya”lar fəaliyyət göstərir, 22 məktəbdə isə onların yaradılması ilə bağlı hazırlıq işləri görülür, müəllimlər üçün təlimlər keçirilir.

“Kiçik Akademiya”ların elmi-tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu var. “Kiçik Akademiya”yaların fəaliyyətinin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması, rəhbərlərin düzgün təlimatlandırılması qarşıya qoyulan əsas hədəflərdəndir.

“Kiçik Akademiya” üzvü olan şagirdlər yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərir, tədqiqat sahəsində potensial imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri sərbəst şəkildə təqdim edirlər.

“Kiçik Akademiya”nın hesabat tədbiri keçirilib – Foto

Suraxanı rayonu Dilavər Məmmədzadə adına 232№-li məktəb öz fəaliyyətini təhsilin keyfiyyətini yüksəltmək, şagird nailiyyətini artırmaq istiqamətlərindən qurub. Bu səbəbdən məktəbdə şəffaf və sağlam təhsil mühiti yaradılmış, mühüm əhəmiyyətli işlər görülmüşdür. Mütəmadi olaraq məktəbdə milli dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər mövzularında keçirilən tədbirlər, görüşlər bu deyilənlərə bariz sübutdur.

AzNews.az Missiya.az-a istinadən xəbər verir ki, noyabrın 24-də 232 saylı məktəbdə yaradılmış “Kiçik Akademiya”nın bir illik hesabatına dair tədbir keçirilib. Məktəbdə yaradılmış “Kiçik Akademiya”nın məqsədi məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönümlü şəkildə inkişaf etdirmək, yüksək intelektə malik yeni nəsli formalaşdırmaqdır. Şəhid Dilavər Məmmədzadənin adını daşıyan məktəbin “Kiçik Akademiya”sının prezidenti riyaziyyat müəllimi Günel İsmayılova, vitse-prezidenti informatika müəllimi Aynur Əkbərova, katib biologiya müəllimi Fərqanə Əkbərovadir. “Kiçik Akademiya” 4 kafedra üzrə fəaliyyət göstərir: Humanitar, Texniki, Təbiət və Estetik fənlər kafedrası. Tədbirdə çıxış edən məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında məktəbdə yaradılan ictimai birlik olduğunu qeyd edib. Direktor qeyd edib ki, “Kiçik Akademiya”nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. “Təhsil Nazirliyinin əmrinə əsasən məktəblərdə “Kiçik Akademiya” təsis olunub.

“Məktəbimizdə bu gün “Kiçik Akademiya”nın bir illik hesabatına dair tədbir keçirildi. “Kiçik Akademiya”nı təşkil etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətini məqsədyönlü şəkildə inkişafına kömək etmək, yüksək intelektə malik yeni nəslin formalaşmasına xidmət etməkdən ibarətdir. Şagirdlərin özünü təsdiqi, inkişafında, elmi- tədqiqat işinin aparılması yollarını öyrənməkdə, öz bacarıqlarını nümayiş etdirməkdə “Kiçik Akademiya”nın əhəmiyyətli rolu olacaq”, – deyə Məhluqə Əzizova bildirib.

“Kiçik Akademiya”nın təbiət fənləri üzrə üzvü 8-ci sinif şagirdi Türkanə Əliyeva “Alternativ enerji”, humanitar fənlər- Şəlalə Əliyeva (9″A”) “Atəşgah” və Orxan Kərimli (8″B”) “Oxu tar”, texniki fənlər – Taleh Həsənov (11″A”) “Rar və Zip proqramlarının şifrəsinin sındırılması”, İranə Mirzəzadə( 5″B”) “Əlverişli vurma üsulları”, estetika kafedrası Sənanə Əzimova “Xarı bülbül” (8″A”) mövzusunda tədqiqat işlərini tədbirdə təqdim ediblər. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil şöbəsinin baş məsləhətçisi Camal Bağırov, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə elmlər doktoru Etibar Bədəlov, Saray 2 saylı məktəbin direktoru Fikrət Balakişiyev, İnformatika müəllimi Gülnarə Bayramova, 97 nömrəli məktəbin direktor müavini Fəridə Haqverdiyeva, 85 nömrəli məktəbin direktor müavini Vəli Məmmədov, 226 nömrəli məktəbin direktoru Qardaşxan Səlimov, 182 nömrəli məktəbin kimya müəllimi Zərövşən Ömərova, 208 nömrəli məktəbin Uşaq birliyi rəhbəri Təranə Əliyeva, 84 nömrəli məktəbin xarici dil müəllimi Solmaz Əsgərova iştirak edib.

Comments are closed, but trackbacks and pingbacks are open.