Press "Enter" to skip to content

Məmməd səid ordubadi dumanlı təbriz

İsti paltar görməyən və payız ağacları kimi çılpaq gəzən Təbriz yoxsulları bütün Şərq ölkələrində olduğu kimi axşam saat doqquz olmadan başını kürsünün altına soxub yatmışdı. Yoxsullar soyuqdan, varlılar isə qorxusundan bayıra çıxa bilmirdi. Küçələrdə səs-səmir yox idi, hərdənbir əndərunlarda çalınan musiqinin səsi palçıq hasarları deşib bayıra çıxmaq istəsə belə, soyuq küləklər onu qulağın girəcəyindən qapıb uzaqlara aparırdı. Gündüzləri müxtəlif səslərlə arı pətəyi kimi qaynaşan və Şərqə məxsus əyləncə təşkil edən Təbriz şəhəri gecələri də öz sükutu ilə başlı-başına buraxılmış köhnə bir qəbiristan mənzərəsini xatırladırdı. Uzaqdan görünən məscid günbəzləri bir qara tısbağanın yatışı qədər sakit, alçaq tağlı qapılar isə palçıqdan düzəldilmiş bir məqbərənin qapısı kimi gəmgin-qəmgin baxırdı. Möminlərin səhər qüsl etməsi üçün hazırlanan hamamların bacasından qalxan boz tüstülər, vulkan dağıtmış xarabalıqdan qalxan duman qədər insana gəmginlik verirdi. İnsan vücudlarını yeyən məhəllə qəbiristanları uzaqda bir bataqlıq kimi görünür, qəbirlərin yanında qoyulmuş köhnə tabutlar isə bataqlıqdan kənara çıxan bir timsah kimi sanki insanın üzərinə hücum edirdi….

Текст книги “Mənim mübarizəm – 8”

Tacir əlindəki dəsmalı ilə üzünü sildi və yaltaqlıqla zabitdən üzr istədi. Sonra tacir də baqqala yanaşıb söyməyə başladı:

– Alçaq, sən bilirsən ki, bunlar bizim əziz mehmanlarımızdı. Sən necə cürət edib ağanın itin döyürsən? – deyə tacir zabitin üzünə baxır və onun razılığını qazanmağa çalışırdı.

Bundan sonra daha birisi baqqala yaxınlaşdı :

– Özləri də qonağımızdır, itləri də əzizimiz və gözümüzün işığıdır. Baba, anlamamışıq, ağanın itini Mərənd iti bilib haqqında ədəbsizlik eləmişik. Yoxsa bizim babamız da bu qələti eləməzdi, yəni biz elə ədəbsiz olduq ki, ağanın itindən bir qab qatığı da əsirgədik?

Zabit isə hələ də söyürdü, lakin bu söyüşlər bizə yabançı deyildi, bunları biz çar zabitlərindən hər yerdə eşitmişdik.

– Vəhşi şərqlilər, azyatlar, zavallılar! Daha Səttar xan yoxdur. Əlahəzrət çarın zabitləri sizi lazımınca tərbiyə edərlər, özünüzdən min kərə mədəni, şərəfli olan nəcib köpəyi vurmağa haqqınız yoxdur. Bu hərəkət bizə qarşı üsyandır.

Baqqal da yalvarırdı:

Ağa, başına dönüm, belə ayaqlarının altında qurban kəsilim, anlamamışam, bir qələtdir, öz ölübəölümlə eləmişəm…

Baqqalından tacirinə, ziyalısına qədər yaltaqlığa alışan bu xalqı seyr etdikdən sonra məni bir iranlı kimi tanıyan miss Hannanın üzünə baxmağa utandım.

Bir dəstə uşaq faytonumuzu görər-görməz çığıra-çığıra qaçıb kəndə yayıldı. Bu səsdən sonra arvadlar evlərdən və qazmalardan çıxıb küçədəki toyuqları tutmağa və quzularını içəriyə çəkməyə başladılar. Biz bunun səbəbini bilmədik… Kənddə təzə və yamaqsız paltara təsadüf etmədik. Kişilərin çoxu çılpaqdı. Qadınların da br çoxu cürbəcür cındırları quraşdırıb onunla öz əndamını örtmüşdü.

Yolumuzu dəyişib “Hacələkbər ” bazarçasına tərəf getdik. Burda Mirmanaf Sərrafın oğlu Mir Murtuza qarşımıza çıxdı. O, ağ bir uzunqulağın üstündə oturub bir dəstə nökəri ilə gəlməkdə ikən, Mirzə Məsud ağa da uzunqulaq üstdə, öz nökərləri ilə bərabər onların qabağına çıxdı. Bunlar bir-birlərinə təsadüf edincə, hər iki uzunqulaq burun-buruna söykəndi, üstündəki ağalar danışmağa başladı.

İsti paltar görməyən və payız ağacları kimi çılpaq gəzən Təbriz yoxsulları bütün Şərq ölkələrində olduğu kimi axşam saat doqquz olmadan başını kürsünün altına soxub yatmışdı. Yoxsullar soyuqdan, varlılar isə qorxusundan bayıra çıxa bilmirdi. Küçələrdə səs-səmir yox idi, hərdənbir əndərunlarda çalınan musiqinin səsi palçıq hasarları deşib bayıra çıxmaq istəsə belə, soyuq küləklər onu qulağın girəcəyindən qapıb uzaqlara aparırdı. Gündüzləri müxtəlif səslərlə arı pətəyi kimi qaynaşan və Şərqə məxsus əyləncə təşkil edən Təbriz şəhəri gecələri də öz sükutu ilə başlı-başına buraxılmış köhnə bir qəbiristan mənzərəsini xatırladırdı. Uzaqdan görünən məscid günbəzləri bir qara tısbağanın yatışı qədər sakit, alçaq tağlı qapılar isə palçıqdan düzəldilmiş bir məqbərənin qapısı kimi gəmgin-qəmgin baxırdı. Möminlərin səhər qüsl etməsi üçün hazırlanan hamamların bacasından qalxan boz tüstülər, vulkan dağıtmış xarabalıqdan qalxan duman qədər insana gəmginlik verirdi. İnsan vücudlarını yeyən məhəllə qəbiristanları uzaqda bir bataqlıq kimi görünür, qəbirlərin yanında qoyulmuş köhnə tabutlar isə bataqlıqdan kənara çıxan bir timsah kimi sanki insanın üzərinə hücum edirdi….

Bəzən hansısa əsəri oxuduğum zaman başımda əsərin mövzusuyla birbaşa əlaqəsi olan, əsərin mövzusuyla birbaşa əlaqəsi olmayan fikirlər fırlanmağa başlayır. Bu fikirləri ya yazılı, ya da şifahi formada ifadə etməyincə rahatlıq tapa bilmirəm. Beləliklə, “Dumanlı Təbriz” i oxuduğum zaman bu fikirlər başımda fırlanmağa başladı…

“Dumanlı Təbriz” haqqında – 2

“Sahibüləmr məscidinin həyəti qələbəlik idi. Həyətdə arvad, kişi bir-birinə qarışıb qiyamət qopmuşdu. Xalqın arasında bir öküz vardı. Məscidin nəqibi aralıqda durub deyirdi:

– Ey camaat, möcüzədir, möcüzədir.

Öküzün quyruğunda bircə dənə də tük qalmamışdı. Arvadlar tükləri dartıb qoparmışdılar. Bəziləri üz-gözünü öküzün bədəninə sürtürdü. Gülməli burası idi ki, bir hamilə qadın da xəlvətə salıb, qarnını öküzün qarnına sürtürdü. Şübhə yoxdur ki, o öküzdən oğlan uşağı istəyirdi…

Öküz isə bu işlərə heç əhəmiyyət vermirdi. Onun qabağına yonca və ot yerinə yeməli göyərtilər tökülürdü, dükanlarda satılan səbzilərin hamısı öküzün qabağında idi. Öküzün möcüzəsi belə başlamış imiş. Öküzü qəssablar kəsməyə aparırmışlar, həzrət Sahib meydanında dərviş nağılına qulaq asan uşaqlar hay-küy salıb öküzü hürkütmüş, öküz qaçmış, girməyə boş yer tapa bilmədiyindən özünü məscid həyətinə salmışdı.

Buna görə də məscidin nəqibi səsləyib deyirdi ki:

Bu heyvanın əti haramdı. Bunun başına bıçaq çəkməz olmaz.”

Məmməd Səid Ordubadi
“Dumanlı Təbriz” əsərindən

Tolstoy Şekspiri öz qəhramanlarını insanların heç vaxt danışmadığı, qeyri-təbii bir dildə danışdırmaqda ittiham edirdi. Əgər yaddaşım məni aldatmırsa Tolstoy deyirdi ki, Şekspirin əsərlərində kral da, təlxək də eyni dildə, eyni tərzdə danışırlar.

Ola bilsin Şekspir misalı mövzumuz üçün o qədər də uğurlu misal deyil, bunu özüm də hiss edirəm, amma həqiqətən də peşəkarlığa, ciddiliyə iddialı yazıçı dialoqlarda hər bir obrazını yaşına, peşəsinə, mənsub olduğu təbəqəyə, intellektual səviyyəsinə uyğun bir tərzdə danışdırmağı bacarmalıdır.

“Dumanlı Təbriz”də obrazlar adi həyat məsələlərindən, məişətdən, toydan, yasdan, qızıldan, meyvədən, tərəvəzdən, yeməklərdən, bəydən, rəiyyətdən, nökərdən, atdan, eşşəkdən, keçidən, itdən, pişikdən, ağcaqanaddan, milçəkdən söhbət edəndə, dialoqlar dinamik, canlı, maraqlı, inandırıcı alınır. Obrazlar tarixdən, ədəbiyyatdan, siyasətdən, fəlsəfədən danışmağa başlayanda Ordubadi bir yazıçı kimi kifayət qədər axsayır, dialoqlarda dinamika, söhbətlərin canlılıq, inandırıcılıq dərəcəsi aşağı düşür.

Burada Ordubadini dərindən qınamaq biz tərəfdən bir qədər ədalətsizlik olardı. Gərək adamlar real həyatda siyasətdən, ədəbiyyatdan, tarixdən, fəlsəfədən danışsınlar ki, yazıçı da öz növbəsində əsərdə obrazları siyasətdən, tarixdən, fəlsəfədən, ədəbiyyatdan danışdıranda dialoqlar maraqlı, canlı, dinamik alınsın. Əgər adamlar siyasiləşməyiblərsə, tarixə, fəlsəfəyə, ədəbiyyata, siyasətə aid kitablar oxumurlarsa, siyasi, fəlsəfi, tarixi mövzularda müzakirələr aparmırlarsa, siyasi, fəlsəfi, tarixi mövzularda qızğın, amansız mübahisələrə girmirlərsə, danışdıqları dil kobud, incəlikdən uzaq, ibtidaidirsə, danışdıqları dil cilalanmayıbsa, adamların işi-gücü, fikirləri və zi-kirləri, həyat fəlsəfələri qız ərə verib oğlan evləndirməkdən, şüurları formalaşmamış, daha dəqiq desək, şüursuz canlıları cütləşdirməkdən, siçovul kimi artıb-törəməkdən, ölü basdır-maqdan, ehsan yeməkdən, xonçadan, gəlin paltarından, bəy kostyumundan, şadlıq evindən, nişandan, toydan, bir manata alıb iki manata satmaqdan, xoruz döyüşdürməkdən, it boğuş-durmaqdan ibarətdirsə, əlbəttə ki, yazıçı əsərdə bu adamları siyasətdən, ədəbiyyatdan, fəlsəfədən, tarixdən danışdıranda dialoqlar sönük, süni, quru alınacaq.

Siyasətdən, ədəbiyyatdan, tarixdən, fəlsəfədən min arşın uzaq adamları əsərdə siyasətdən, ədəbiyyatdan, tarixdən, fəlsəfədən danışdırsan, bu hətta parodiya kimi görünəcək. Avara, boş-bekar, əlini ağdan qaraya vurmayan, havayı yerə hava udan bir adam təsəvvürünüzə gətirin. Əgər mən götürüb bu adamı işgüzar, zəhmətkeş, işləməkdən əlləri qabar bağlamış adam kimi təsvir etsəm, bu, oxuculara gülməli, süni, həqiqətdən uzaq təsiri bağışlayacaq.

Adamlar real həyatda siyəsətdən, ədəbiyyatdan, tarixdən, fəlsəfədən danışmalıdırlar. Siyasi, fəlsəfi, tarixi mövzularda qızğın müzakrələr aparmalı, amansız mübahisələrə girməlidirlər. Siyasətə, ədəbiyyata, tarixə, fəlsəfəyə aid kitablar oxumalıdırlar… Ki, yazıçı da bu danışıqları, mübahisələri, müzakirələri bacardığı qədər ümumiləşdirib, arındırıb, əsərdə lazım gələndə hansısa obrazın, obrazların dilindən təzədən dövriyyəyə buraxa bilsin. Yazıçı hamının əvəzindən danışa bilməz. Belə şey yoxdur. Yazıçı hamının əvəzindən danışsa, dialoqları süni, quru, reallıqdan uzaq, maraqsız alınacaq. Öz tərcübəmdən deyim ki, yutubda axmaq, bayağı videoların altındakı şərhləri diqqətlə və maraqla oxuyuram. Orada maraqlı, koloritli ifadələrə, fikirlərə rast gəlirəm və yeri düşəndə bu ifadələrdən, fikirlərdən yazılarda istifadə edirəm.

Məsələn, yaxın keçmişdə nakam sevgi mövzusunda bir bayağı mahnıya qulaq asdım. Sonra şərhləri oxumağa başladım. Bir qiz mahnının altına belə bir şərh yazmışdı: “Allah həqiqi sevginin qarşısına sərhəd çəkənlərə lənət eləsin”. Nə maraqlı sözdür! Bax, siyasi, tarixi, fəlsəfi mövzularda müzakirələr aparılsa, adamlar siyasi, fəlsəfi, tarixi mövzularda mübahisələrə girişsələr xalqdan gələn maraqlı, koloritli ifadələrlə tez-tez rastlaşa bilərik və bu ifadələrdən mətnlərdə rahatlıqla istifadə etmək olar.

Azərbaycanlılar bir xalq olaraq siyasiləşməyiblər. Lağlağı, qeyri-ciddilik, avaraçılıq tuğyan edir, səviyyəsizlik, kobudluq meydan sulayır. Camaat kitab, bir az ciddi yazı görəndə elə bil qutuda ilan görür. Hər cür zir-zibilə pul xərclədikləri, hər cür mənasız əməllərə pul tapdıqları halda on manat verib kitab almağa canları çıxır. On manat verib kitab almamaq üçün min bir bəhanə uydururlar. Tərcümə zəifdir, kitabın dizaynı, kitabın adı xoşuma gəlmədi, nə bilim yazıçının qulaqları uzundur, boyu balacadır… Guya Azərbaycanda hər şey – təhsil, səhiyyə, sosial müdafiə sahələri ideal vəziyyətdədir, necə olubsa bircə tərcümə, ədəbiyyat sahəsi axsayır, digər ideal sahələrdən geri qalır. Kitab alanların da çoxu adama min minnət qoyur. Adama elə minnətlər qoyurlar ki, deyirsən kitabımı almasaydı bundan min dəfə yaxşı olardı. Kitab alanların çoxu belə düşünür ki, kitabını aldığı müəllifi istədiyi vaxt “tutub minə də bilər” və müəllif də bu prosesdən, oxucusu tərəfdən istənilən vaxt “minilməkdən” xeyli razı qalmalı, cınqırını da çıxarmamalıdır…

Bəzən hansısa əsəri oxuduğum zaman başımda əsərin mövzusuyla birbaşa əlaqəsi olan, əsərin mövzusuyla birbaşa əlaqəsi olmayan fikirlər fırlanmağa başlayır. Bu fikirləri ya yazılı, ya da şifahi formada ifadə etməyincə rahatlıq tapa bilmirəm. Beləliklə, “Dumanlı Təbriz”i oxuduğum zaman bu fikirlər başımda fırlanmağa başladı…

Təbrizlilər dindən uzaqlaşmalıdırlar. Əgər dindən uzaqlaşmasalar, təbrizlilər nə etsələr də, lap ağızları ilə quş tutsalar da, heç nəyə nail ola bilməyəcəklər. Hər bir proses onların “qarmağa” daha dərindən keçməsi ilə nəticələnəcək. Əslində burada xeyli təfərrüatlara girməliyəm, amma buna o qədər də ehtiyac yoxdur. Hesab edin, nə lazımdırsa yazıldı. Təkcə onu əlavə edə bilərəm ki, inkişaf etmək istəyən, ciddiliyə iddialı hər bir xalq dinlə haqq-hesabını çürütməlidir. Bilirəm, kimsə, özünü ağıllı hesab edən X. adlı bir kəs hansısa bir xalqı, ölkəni nümunə kimi ortaya qoyub deyəcək ki, dinlə haqq-hesab çürütmədən də inkişaf etmək mümkündür. Əgər hətta belə bir nümunə varsa, əfsuslar olsun bu, ümumi mənzərini dəyişmir, istisnalar normanı, qaydaları təsdiq edir və elə istisna olaraq da qalır.

Təbrizlilər süni, başdanbaşa saxta, yalançı nəzakət qaydalarını həyatlarından qəti şəkildə çıxartmalıdırlar. Süni, saxta, yalançı nəzakət qaydalarına təbrizlilər həddən artıq vaxt, enerji sərf edirlər və başqalarının da vaxtın, enerjisin alırlar. Sözlərinin canını, məğzini, mustafasını deyənə qədər adam çərləyir, vərəmləyir. Çox vaxt təbrizlilər sözlərinin mustafasını deyə bilmirlər, elə mus-mus deyə-deyə qalırlar. Məişət müstəvisindəki saxta, yalançı, süni nəzakət qaydaları ictimai-siyasi müstəvidəki məsələlərə, söhbətlərə də istər-istəməz sirayət edir. O qədər saxtalığın, süniliyin, yalanın içində ala qarğa bala çıxartmaz. O qədər saxtalığın, süniliyin, yalanın içində istənilən növ xiyar mütləq və mütləq əyri bitəcək. Təbrizlilər saxta, süni, yalançı nəzakət qaydalarına enerji və vaxt sərf etdikcə, ictimai-siyasi məzmunlu çox qatarları ötürəcəklər. Vaqonun qapıları düz gəlib qabaqlarında açılacaq, amma saxta, süni, yalançı nəzakət qaydaları vaqona minməyə təbrizlililərə imkan verməyəcək.

Hər şey sadə, səmimi və açıq olmaldır. Yemək yeyirsən? Yox, çox sağ ol, ac deyiləm. Bu ayaqqabı neçəyədi? Beş manata. Vəssalam. Qısa, səmimi, konkret. Ayaqqabı sənə qurbandır, hədiyyəm olsun, nə bilim məndən yadigar qalsın zad kimi yalançı jestlər, “bəndəçiliyimiz var”, “mərhəmətiniz artıq olsun”, “nökərçiliyimiz vardır” kimi idbar, nüvəsində riyarakarlıq, köləlik yatan ifadələr heç kimə lazım deyil. Nə satana, nə də alana.

Ay təbrizlilər, bu nə zülmdür siz özünüzə verirsiniz, hələ bir bu zülmün adını da mədəniyyət, nəzakət qaydaları qoymusunuz.

Ordubadi “Dumanlı Təbriz”də təbrizlilərin (söhbət təkcə təbrizlilərdən getmir, bütün bu yazılanlar Arazın o tərəfində yaşayanların böyük əksəriyyətinə aiddir) saxta, yalançı, süni nəzakət qaydalarına tez-tez ilişir, hər fürsətdə təbrizlilərin yalançı nəzakət qaydalarına sataşır. Deməli, bu adamlar heç dəyişməyiblər. Yüz il bundan əvvəl necə olublarsa, eləcə də qalıblar. Məsələn, Ordubadi əsərin “Sərdar Rəşidin son macərası” fəslində yazır: “Mən bir neçə gün tanış adamlar vasitəsi ilə harda yaxşı at olduğunu soraqlaşdım. Nəhayət, qafqazlı Məşədi Hacıda gözəl bir at olduğunu xəbər verdilər. Dalınca adam göndərib çağırdım. O çox məmnuniyyətlə atı bizə hədiyyə verməyə hazır olduğunu söylədi və bu təklifin “təbrizli təklifi” olmadığını da əlavə edərək, bizi güldürdü”.

Təbrizlilərin gəlib-gedəni dolamaq kimi axmaq bir məziyyətləri vardır. Elə bilirdim bu təzə söhbətdir, “Dumanlı Təbrizdə” yazılmış bir çox səhnələrdən belə başa düşdüm ki, demə təbrizlilərin adam dolamağı lap çoxdanın söhbəti imiş. Gəlib-gedəni dolamaq nə deməkdir? Özünüzü nə hesab edirsiniz? Bu səlahiyyəti sizə kim verib? Adamları dolamaq məziyyəti təbrizlilərdə təkəbbür, özünəvurğunluq hissi yaradır. Təkəbbür, özünəvurğunluq at oynadan yerdə tənqid, təftiş olmur. Tənqid, təftiş olmayan yerdə isə heç bir inkişafdan, tərəqqidən, açıq cəmiyyətdən söhbət belə gedə bilməz.

Arazın bəri tərəfində bir yaşayış məntəqəsi var. Bu yaşayış məntəqəsinin sakinləri də gəlib-gedəni dolamaq xəstəliyinə mütbəla olublar. Hətta o dərəcədə mütbəla olublar ki, gəlib-gedənə səhv yol göstərməyi bir fəxarət, bir qəhrəmanlıq hesab edirlər. Düşünürlər ki, doladıqları adamlar onlardan razı qalmalıdırlar. Özlərini inandırıblar ki, ancaq onlar zarafat edə bilərlər, başqalarında bu istedad ola bilməz, olmamalıdır, zarafat etmək kimi bir istedad yalnız onlara verilib. Başqlarının da zarafat etməyi bacardıqlarını görəndə kədərlənirlər. Depressiyaya düşənlər də olur.

Bir dəfə orada taksi sürücüsü mənimlə şit zarafat etdi. Cavabın verdim və adam dərin kədərə qərq oldu. Sonra qaldığımız oteldə buna bənzər mənzərə təkrarlandı. Orada da biri şitlik eləmək istədi, cavabını verdim, o da bərk kədərləndi. O vaxtlar elə güman edirdim ki, bunlar nəsə xüsusi haldır, mənim qarşıma çıxıb. Sonralar, bir məclisdə bu əhvalatları təsadüfən danışanda, məclis əhli də buna bənzər əhvalatlar danışdı. Onlar da həmin yaşayış məntəqəsində şit zarafatlarla qarşılaşanda, şıt zarafat edənlərə cavab veriblər və qarşı tərəf kədərlənib. Demə vəziyyət belə imiş. Demə bunlar gəlib-gedənləri dolamalıdırlar, dolanan adamlar da bunlara təşəkkür etməlidir, deməlidirlər ki, afərin, çox sağ olun, bizi nə gəşəng doladınız, halal olsun sizlərə! Hələ üstəlik gedib bu əməllər barəsində başqa yerlərdə də qürurla danışmalıdırlar. Deməlidirlər ki, getmişdik filan yerə, orada bizi qəşəng doladılar və biz də xeyli sevindik, ürəyimiz açıldı.

Belə baxanda həm təbrizlilər, həm də Arazın bəri tərəfində yerləşən, sözügedən yaşayış məntəqəsinin sakinləri kifayət qədər potensiallı camaatdır. Lakin təkəbbür, özünəvurğunluq hissi malik olduqları potensialı müxtəlif sahələrdə tam ortaya çıxartmağa mane olur…

Təbrizlilər əgər bacarırlarsa manyakal xəsisliklərinə qarşı mübarizə aparmalıdırlar, çətin də olsa qonaqlıqlarda hesab verməyi, ictimai-siyasi-mədəni işlərə pul xərcləməyi öyrənməlidirlər. Yığasan dost-tanışı başına, qonaqlıq verəsən, hesab ödəyəsən, bundan gözəl nə ola bilər? Təbrizlilər elə bil ciblərində əqrəb gəzdirirlər. Qorxurlar ki, birdən əllərini ciblərinə salsalar əqrəb əllərini sancar. Ordubadi “Dumanlı Təbriz”in xüsusən “Matəmli günlər” fəslində təbrizlilərin manyakal xəsisliyini çox dolğun təsvir edir.

Deməli, çar ordusunun cəza dəstələri Təbrizə yaxınlaşır. İnqilabda aktiv iştirak etmiş adamlar şəhəri təcili tərk etməlidirlər. Amma onların bir müddət kənarda, təhlükəsiz yerlərdə yaşamaları, gizlənmələri üçün pul lazımdır. Hətta inqilabda iştirak edən, inqilaba rəğbət bəsləyən Təbriz tacirləri bu işə əsla pul ayırmaq istəmirlər. Onlardan pul istəyəndə hərə bir bəhanə gətirib, aradan çıxır. Halbuki, iki-üç gündən sonra çar ordusunun cəza dəstələri tərəfindən Təbriz tacirlərinin var-dövləti talan olunur. Bəziləri isə edam edilir.

Ümumiyyətlə, bu fani dünyada beş axmaq məşğuliyyət varsa, şübhəsiz bu beş axmaq məşğuliyyətdən biri pul, var-dövlət yığmaqdır. Xəsislik insana verilmiş ən böyük cəzalardan biridir. Pul, var-dövlət yığmaq xəstəlikdir. Balzak “Qobsek” əsərində bu xəstəliyin mahiyyətini çox gözəl açıb. Xəsis insan ömrü boyu əzab çəkir. Heç nədən həzz ala bilmir və ən əsası, xəsis adamların övladları qorxaq, gözüqırpıq olurlar. Drayzer deyirdi ki, ruhsuz adamların övladları da ruhsuz olur. Xəsislik ruhsuzluq sözünün sinonimidir. Stalin Trotskiyə HƏM DƏ (günəşi küləş oxumağı vərdiş etmişlər üçün “həm də”ni böyük həriflərlə yazmağa məcbur oldum) ona görə qalib gəldi ki, xərcləyən idi, əlini cibinə rahatlıqla salırdı, məclis adamı idi, yeyib-içməyi xoşlayırdı. İctimai-siyasi işlərlə, yaradıcılıqla məşğul olan adam əgər xəsisdirsə, apar tulla. Götürək Səməd Vurğun Rəsul Rza misalını. Səməd Vurğun Rəsul Rza üzərində təkcə nəhəng istedadı, poeziyası, xalq, elat adamı olması ilə qələbə qazanmamışdı. Səməd Vurğun Rəsul Rza üzərində həm də əliaçıqlığı, səxavəti, məclis adamı olması ilə parlaq qələbə qazanmışdı. Səməd Vurğun çox səxavətli adam idi. Rəsul Rzanın isə qəpiyi çıxanda canı çıxırdı…

Ordubadinin “Dumanlı Təbriz” əsəri ilə paralel olaraq Ceyms Oldricin “Diplomat” əsərini də oxuyurdum. Bu iki əsər qəribə də olsa bir-birini tamamlayır. Hər iki əsər, həm “Dumanlı Təbriz”, həm də “Diplomat” əsəri İranı tanımaq, İranda yaxın gələcəkdə baş verə biləcək hadisələri güman, ehtimal etmək istəyənlər üçün qiymətli əsərlərdir.

Bazar haqqında bədii-fəlsəfi esse

– Sən nə atılıb-düşürsən?

– O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.

– Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs üşüyəndə, gündə qızına bilsin, istidə və kölgədə otura bilsin.

Şarl De Koster
“Ulenşpigel əfsanəsi” əsərindən

Kolxoz bazarına getməyi, bazarda gəzməyi çox sevirəm. Niyə? Bunu bilmirəm. Bir bəhanə tapıb həftədə iki dəfə, həftədə azı bir dəfə bazara gedirəm. Sıraların arasında gəzirəm. Meyvələrə, tərəvəzlərə, balıqlara, toyuqlara, müxtəlif şorabalara baxıram. Nəsə lazımdırsa, nəsə xoşuma gəldisə alıram. Bazara getməyi, bazarda gəzməyi sevməyimin səbəbləri heç özümə də aydın deyil. Bu barədə çox düşünsəm də heç bir məntiqli izahım yoxdur. Təkcə onu deyə bilərəm ki, bazarda bolluq görəndə ürəyim açılır. Həm də bazarda gəzmək, bazarın şeiriyyatı, səs-küyü, xaosu, satıcıların görünüşcə, xasiyyətcə müxtəlifliyi məndə yaradıcılıq həvəsi yaradır. Neçə-neçə yazımın mövzusu bazarda gəzərkən ağlıma gəlib. Bazarda gəzərkən yaddaşım qıcıqlanır. Yaddaşımın qıcıqlanması, müxtəlif zamanlarda baş vermiş hadisələri xatırlamağım isə mənim üçün çox vacib prosesdir.

Bəlkə də kolxoz bazarına qarşı bu məntiqsiz, izahsız sevgi məndə uşaqlıqdan yaranıb. Bəndəniz uşaq olan zamanlarda adamlar bazar günü bazara xüsusi təntənə ilə gedirdi. Adamlar bazar gününü, bazara getməyi səbirsizliklə gözləyirdilər. Həftənin ara günləri bazarda məzar sükutu hökm sürürdü. Ara günləri bazara ancaq yası düşən, ehsan verən, bu qəbildən nəsə vacib işi, bazara əlahiddə, əlimyandıda ehtiyacı olan adamlar gedirdi. O vaxtlar hər addımda mağaza, market, meyvə-tərəvəz köşkü yox idi və bu səbəbdən bazar günü, bazara getmək adamlar üçün böyük əhəmiyyət daşıyırdı. Vəziyyət o həddə çatmışdı ki, hətta bazar günü bazara getməyən adama bir az yazıq adam kimi baxırdılar. Hansı kişinin necə ailə, necə arvad saxlamağı, necə xəsis, necə səxavətli, necə zirək, necə təmbəl olması da bazarda bariz şəkildə görünürdü. Bazar hər adamın mahiyyətini açıb qoyurdu ortalığa. Bazara getmək, bazarlıq eləmək yol getmək kimi bir şey idi.

Bəzən şənbə günü nənəmgilə gedirdim. Özü də birinci günün dərslərinə şənbə günü məktəbdən qayıdan kimi hazırlaşırdım. Belə olduğu halda özümü daha rahat hiss edirdim , bazar günü mənə daha uzun görünürdü. Bunu dəfələrlə sınamışdım. Birinci günün dərslərinə hazırlaşmağı bazar gününün axşamına saxlayanda bazar günündən tam rahatlıqla həzz ala bilmirdim. Ən optimal, ən rahat variant birinci günün dərslərinə şənbə günü məktəbdən evə qayıdan kimi hazırlaşmaq idi.

Nənəmgilin evi rayon mərkəzinin girəcəyində yerləşirdi. Bəzi kəndlərdən gələn avtobuslar rayonun içinə tam girmirdilər, elə rayon mərkəzinin girəcəyində dayanırdılar. Ona görə yox ki, onları rayonun mərkəzinə buraxmırdılar. Yox, sadəcə bu avtobusların üslubu belə idi. Kənddən gəlib rayonun girəcəyində dayanırdılar, sonra alış-veriş edən adamları ordan da götürüb, təzədən kəndlərə qaytarırdılar. Rayonun içinə tam girməyən avtobuslar nanəmgilin evinin yaxınlığını özlərinə məskən seçmişdilər. Niyə məhz oranı? Əlbəttə, rayon mərkəzinə tam girməyən avtobuslar hardasa dayanmali idi, amma buna baxmayaraq yenə də “niyə məhz ora” sualı mənim üçün hələ də maraqlı sual olaraq qalmaqdadır. Səhər obaşdan kəndlilərin bazara satmağa gətirdikləri toyuqların, qazların, hinduşkaların səsi aləmi başına götürürdü. Arvadlar başlarında bağlamalar, əllərində toyuq-cücə, qaz, hinduşka, ördək üz tuturdular bazara tərəf.

İnanırsınız inanın, inanmırsınız da faciə deyil (güya nəyə inanırsınız ki…), avtobusdan düşürülən meyvə-tərəvəzlərin ətri səhər obaşdan bütün küçəyə yayılırdı. Orada, rayon mərkəzinə tam girməyən avtobusların dayandıqları yerdə, yəni nənəmgilin evinin yaxınlığında bazar günləri qəribə-qəribə hadisələr baş verirdi. Birdə görürdün ki, bazara satılmağa getmək istəməyən toyuqlar, qazlar, ördəklər fürsət tapıb aradan çıxmağa, qaçıb hardasa gizlənməyə cəhdlər edirdilər. Bu zaman bir neçə adam bazarda satılmaq istəməyən, aradan çıxmağa, gizlənməyə çalışan toyuğun, qazın, ördəyin dalınca qaçırdı. Hinduşkalar isə bazara satılmağa sakitcə gedirdilər. Onlar öz aqibətlərini, talelərini, alın yazılarını rahatlıqla qəbul edirdilər. Hər halda bazarda satılmaq istəməyən, aradan çıxmağa, qaçıb hardasa gizlənməyə cəhdlər edən üsyankar hinduşka görməmişdim və hinduşkaların bu məzlumluğu adamı istər-istəməz kədərləndirirdi. İndi, bazara satılmağa sakitcə gedən, öz aqibətini, alın yazısını, taleyini rahatlıqla qəbul edən, qaçmağa, hardasa gizlənməyə cəhdlər etməyən hinduşkaları xatırlayanda, paralel olaraq Don Kixotun məhşur sözünü də xatırlamalı oluram: “Mən özümü taleyimə tapşırmışam, qoy taleyim məni hara istəyirsə aparsın”.

Bazarın yuxarısında “stolovı” vardı. Ora adamlar dəmir, ensiz pilləkənlə qalxırdılar. “Stolovı”dan bazarın dörd bir tərəfinə kabab tüstüsü yayılırdı. O “stolovı” mənə gəmini xatırladırdı. Adama elə gəlirdi ki, bu dəqiqə bu “stolovı” elə ətrafa kabab tüstüsü buraxa-buraxa üzüb harasa gedəcək.

O vaxtlar belə bir qayda mövcud idi: bazarda alış-veriş edəndən sonra kişilər “stolovı”da oturub kabab yeyirdilər, ən azı çay içirdilər. Böyüklərlə, böyüklərin hesabına o “stolovı”da bir neçə dəfə oturmuşdum. Amma həmişə o “stolovı”nı görəndə özümdən aslı olmadan arzularım pərvazlanırdı. Arzu edirdim ki, tez böyüyüm, işləyim, maaş alım, əsl kişi kimi gedib orda oturub ürəyim istəyən qədər kabab yeyim. Qismət olmadı. Qlobal hadisələr, dava-qırğın imkan vermədi. Belə hallarda nə edə bilərik? Heç nə. Əlimizdən təssüflənməkdən savayı heç nə gəlmir.

Bazarla bağlı yadıma düşən bir məqamı da yazım, sonra adlayaq öz zəmanəmizə. İki rayonun düz ortasında bir kənd yerləşirdi. Bu kəndin camaatı üçün hansı rayonun bazarına getmək xüsusi bir əhəmiyyət daşımırdı. Ona görə də iki rayonun düz ortasında yerləşən kəndin camaatı bazar günü çıxırdılar yol kənarına, hansı tərəfdən avtobus birinci gəlirdisə, o avtobusa da minib bazara gedirdilər. Təki getməyə bazar olsun. Sizə deyim ki, bu əməlləri, yəni bazar günü yol kənarına çıxıb birinci gələn avtobusa minməkləri, onların ictimai-siyasi şüurlarına, ictimai-siyasi məzmunlu məsələlərə baxışlarına da öz təsirini göstərmişdi. Məsələn, həmin kənddən çıxmış iki qardaş indi ölkədə çox məhşurdur. Maraqlısı odur ki, bu qardaşlardan biri müxalifət düşərgəsində, o biri isə iqtidar düşərgəsində özlərinə yer tapıblar. Loru dildə desək, sanki çıxıblar yol kənara və hər biri birinci gələn avtobusa minib, bazarlığa yollanıb…

Keçmişdən qayıtdıq öz zəmanəmizə. Bazardayam. İtlər üçün sümük alıram. Quyruq da aldım. Qəssaba dedim ki, quyruğu doğra, küçə itləri üçün alıram, acdırlar, hava da soyuqdur, sərhədlər bağlıdır, turistlər gələ bilmir, indi küçə itlərinə yaşamaq çətindir. Qəssab bu sözlərimi eşidəndə əlavə olaraq hardasa bir kilo quyruğu qoydu sümüklərin üstünə. “Bu da məndən itlərə hədiyyə olsun” dedi. Qəlbimin dərinliklərinə qədər mütəəssir oldum. Bu kimi hallar, bu kimi hərəkətlər mənim üçün çox qiymətlidir. Adamda yaşamağa həvəs, insanlara qarşı inam yaradır. İndi bu hərəkəti qəssab Allaha görə etdi, Həzrəti İsa xətrinə etdi, savab qazanmaq üçün etdi, ya nəyəsə görə etdi, bunu özü bilər. Bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, etdi. Qəssaba şəxsim və millətim adına təşəkkürümü bildirdim. Başqa cür də ola bilərdi. Məsələn, bir başqa qəssaba desəydim ki, sümükləri, quyruğu küçə itləri üçün alıram, qayıdıb adama ağıl verə bilərdi. Deyərdi ay qardaş, sənin işin-gücün yoxdur? Üzümə deməsəydi də, yəqin mənə xiyar kimi də baxardı.

Təbiətcə kölə olan adamlar azad adamın varlığına inana bilmədikləri kimi, heç nəyə inanmayan, hər şeydə təmənna güdən, təmənnasız olaraq bir çöpü burdan götürüb ora qoymayan adamlar da, başqasının təmənnasız bir iş görə biləcəyinə inana bilmirlər. Ağıllarına gəlmir həyatda belə bir şey ola bilər.

Məmməd səid ordubadi dumanlı təbriz

Məqalədə M.S.Ordubadinin “Dumanlı Təbriz” romanında yer alan Şərq və Qərb mövzusundan söhbət açılıb. “Dumanlı Təbriz” əsəri M.S.Ordubadinin əsərləri sırasında əhəmiyyətli yer tutur. Romanda təsvir olunan hadisələrin müxtəlif xalqların nümayəndələrinin dili ilə aydınlaşdırılması diqqət çəkən məsələlərdəndir. Burada Şərq və Qərb mövzusu geniş planda təsvir olunmuşdur. Tarixi gerçəklərin əks olunduğu roman müasir dövrümüzdə də öz əhəmiyyətini itirməmişdir.

Açar sözlər: M.S.Ordubadi, Dumanlı Təbriz, Şərq, Qərb.
Key words: M.S.Ordubadi, “Dumanli Tabriz” (“Foggy Tabriz”), the East, the West
Ключевые слова: М.С. Ордубади, Туманный Тебриз, Восток, Запада.

Məmməd Səid Ordubadi yaradıcılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur. O qələmini müxtəlif janrlarda sınamış, orijinal üslubu ilə diqqət çəkməyi bacarmışdır. “Molla Nəsrəddin”, “Səda”, “Sədayi-həqq”, “Tərəqqi”, “Tazə həyat”, “İttihad” kimi jurnal və qəzetlərdə dərc olunan yazıları ədibin həm ədəbiyyat, həm də ictimai-siyasi hadisələrlə yaxından tanış olduğunu göstərir. Tutduğu vəzifələr də onun ictimai fikirlərlə çıxış etməsində əhəmiyyətli rol oynamışdır. Ordubadi keçən əsrin əvvəllərində lirik şeir, dram və roman janrlarında qələmini sınamışdır. Onun “Bədbəxt milyonçu”, “İki çocuğun Avropaya səyahəti” əsərləri Azərbaycanın ilk romanlarındandır. “Dumanlı Təbriz” tarixi romanı [1933-1938] isə Azərbaycanda milli azadlıq hərəkatının tarixini sistemli şəkildə əks etdirən romanlardandır. Əsərdə Səttarxan, Bağır xan kimi milli qəhrəmanların xalqın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlar məharətli yazıçı qələmi ilə öz bədii əksini tapmışdır. “Azərbaycanda bir neçə nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox “Dumanlı Təbriz”dən tanımışdır” [3, s. 14]. Lakin buna baxmayaraq, fikrimizcə, romanda Səttarxan obrazı o qədər də dolğun deyildir, əsərdə azadlıq hərəkatına xidmət edən gizli təşkilat üzvlərindən Əbülhəsən bəy öz siyasi zəkası, Tütünçüoğlu və Həsənağa isə güclü biləkləri ilə daha çox ön plana çıxmışdır. Sənətkarlıq baxımından yanaşıldıqda isə roman dəyərli sənət nümunəsidir. “Ədibin “Dumanlı Təbriz” adlı tarixi roman-epopeyası ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur” [1, s. 50] .

Məhz buna görə də 1907-1917-ci illərdə Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının təsvir olunduğu bu əsər geniş oxucu auditoriyası qazanmışdır. Üzərindən illər keçməsinə baxmayaraq, öz əhəmiyyətini itirməyən bu roman uzun müddətli gərgin əməyin məhsuludur. “Dumanlı Təbriz” romanının birinci hissəsində İranın maddi, mənəvi, mədəni, tarixindən, ictimai və sosial həyatından söhbət açılır. Romanda cərəyan edən hadisələr realist tərzdə təsvir olunub, romantik fikirlər və bənzətmələrdən də istifadə edən ədib öz sənətkarlığını hərtərəfli bir şəkildə nümayiş etdirmişdir. Romanda şərqlilərdən: Əbülhəsən bəy, Tütünçüoğlu, Həsənağa, Məşədi Kazım ağa, Hacı Səməd xan, Mahmud xan, Sərdar Rəşid, Mahru, Təhminə, qərblilərdən: Nina, İraida, Hanna, Kseniya, Çar konsulu, Simirnov, Berezovski, Sazanov və s. kimi obrazlara da yer verilmişdir. Şərq və Qərbin sintezi şəklində təsvir olunan hadisələrə fərqli baxış şəkli romanı daha da qiymətli edir. Əsərdə müəllifin Şərqə və Qərbə münasibəti bu surətlərin dili ilə verilir. “Dumanlı Təbriz” romanında həmçinin Qərbin Şərqə, Şərqin də Qərbə münasibəti, bu münasibətlərdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə “Vəhşi Şərqə” mədəniyyət gətirib, Şərqi mədəniləşdirmək istəyən rus, alman, ingilis xalqlarının daxili siması usta priyomlarla təsvir olunub. Romanın birinci hissəsində rus qızları Nina və İraidanın dili ilə rusların Şərqə olan münasibəti öz əksini tapmışdır.

Kiçik qız böyüyünə müraciətlə:

-İraida bu fəlakətin səbəbi sənsən. Mən İranı tarixdə də oxumaq istəməzdim,- deyə bacısını tənqid edirdi.

Böyük qız onu sakit etməyə çalışaraq:

-Darıxma, -deyirdi, – bizə burada bir qorxu yoxdur. Bura Rusiya müstəmləkəsidir. Hər bir rus burada hakimdir [4, s. 7].

Daha sonra Şərqin maddi və mənəvi zənginlikləri ilə tanış olan rus qızları əsrarəngiz Şərqə heyran olurlar. Bu faktlar bir daha sübut edir ki, tarixi qərblilər tərəfindən yazılan Şərq və Şərq mühiti bütün hallarda Qərbin mənafeyinə uyğun şəkildə təsvir olunmuşdur.

Bu haqda əsərdə də fikirlər söylənilmişdir. “Dumanlı Təbriz” romanında bir çox dünya sənətkarının adını çəkən və onların əsərlərindən [“Şerlok Holms”, “Yol kəsənlər”, “Üç Tüfənkçi”] bəhs edən Ordubadi çox güman ki, o əsərlərlə tanış idi və bu yolla göstərmək istəyirdi ki, Qərb Şərqi düzgün öyrənməsə də, Şərq Qərbi kifayət qədər öyrənmişdir.

Ordubadi əsərin müxtəlif hissələrində Şərq və Qərbin müqayisəsini də vermişdir. Şərqin maddi zənginliklərinə xeyli tərif deyilən əsərdə bəzən Şərqin təfəkküründəki gerilik də tənqid olunur. “Şərqin mülkədarını da Qərbin mülkədarı ilə müqayisə etmək olmaz” və s. kimi ifadələr bu fikri sübut edir.

Şərqdə hökm sürən fanatik və cahil mühitin bədii və siyasi mənzərəsini yaradan ədib əsərdə bir nəfər də olsun əqidəli din xadimindən bəhs etmir. Əsərdə dinini kamil bilməyən şərqliləri molla qiyafəsinə bürünən rus və Qərb casusları aldada bilir. Hadisələrin düyün nöqtəsi Əbülhəsən bəy və gizli təşkilat nümayəndələri tərəfindən aşkara çıxarılır.

Şərqlilərin yaşadığı evləri təsvir edən sənətkarın bu qeydləri də diqqət çəkir: “Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və zövqünə uyğun bir vəziyyətdə düzədilmişdir. Təbriz evlərinin səqfində çılpaq məlakə şəkillərinə təsadüf etmək olurdu” [4, s. 82]. Romanda Şərqdə Qərb əhval-ruhiyyəsinə uyğun gələn bu xırda cəhətlər istisna olmaqla, Şərqdə qərbləşmək ab-havası hiss edilmir. Ordubadi əsərində təzadlı fikirlərlə çıxış edib, Şərq qadınının gözəlliyini ucaltsa da “Xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbriz qadınlarına məxsus gözəllikdir” [4 , s. 84] desə də, romanda əsas obraz olaraq qərbli qadın seçilmişdir. Əsərdə şərqli qadın müasirliyi və elmi Qərb qadınından öyrənir. Əbülhəsən bəy qarşılaşdığı bütün şərqli qadınları Nina ilə müqayisə edir. Bu müqayisədə nədənsə həmişə Nina ön plana çıxır, qərbli qadının şərqli balası Məcidi tərbiyə etməsi də diqqət çəkən digər cəhətlərdəndir. Bu tarixin sınağından çıxan Şərq mədəniyyətinə, Şərq fikrinə, Şərq təfəkkürünə zidd mövqe kimi qiymətləndirilə bilər. Əsərin ikinci üçüncü və dördüncü hissələrində isə biz artıq rus dilində səlis danışan, öz milli qiyafəsini atıb, avropalı kimi geyinən şərqli qadınlarla qarşılaşırıq. Almaniyada təhsil alan Töhfə və Sənubər belələrindəndir. Əsərdə Tütünçüoğlunun xanımı Mahru da öz hünəri ilə seçilir, o inqilabçılara yaxından köməklik göstərir.

Mahrunun ilk əri Smirnovun qabağını kəsməyi, Smirnovun Mahrunun qardaşı Rəşidi ziyarətə gəldiyi gün isə onun paltosunun cibinə “Şərq qadınları kişilərdən qaçırsa, Qərb kişiləri də qadınlardan qaçırlar” [ 4, s. 329] və s. kimi sözlər yazılan məktubu qoyması Mahrunun cəsarətinin isbatıdır. Mahru igid və uzaqgörən qadın kimi diqqət çəkməkdədir. Onun inqilabın gedişatını müsbət yöndə dəyişməyə xidmət edən yardımları, sevdiyi Tütünçüoğlu uğrunda apardığı mübarizə Şərq qadının cəsarətini göstərən digər nümunələrdəndir.

Əsərdə təsvir olunan qadın surətlərindən biri də amerikalı Hannadır. Bu qızın timsalında Amerikanın və Almaniyanın Şərqə olan münasibəti ortaya çıxır.

“Qız əvvəldə olduğu kimi, indi də “Şərqi beş barmağım kimi tanıyıram”,- deyə iddiada bulunmaqdadır. Mən miss Hannanın düşdüyü bu vəziyyəti nəzərdən keçirərkən yenə də əvvəlki fikrimə qayıdaraq öz-özümə deyirdim: “Şərqi öyrənmək üçün Qərb alimləri tərəfindən yazılan kitabları oxumaq qətiyyən kifayət deyildir. Şərqi Şərqdə öyrənmək daha doğru yoldur” [ 5, s. 152].

Beləliklə, şərqşünaslıq üzrə təhsil almasına baxmayaraq, Hanna nəticədə belə qənaətə gəlir ki, Şərq oxuduqlarından çox fərqlidir.

Əsərin sonunda təsvir olunam ad günü mərasimində isə belə bir qeydlə qarşılaşırıq: “Təhminə xanım kimi qoca bir qadın belə tamamilə avropalı kimi geyinmişdir” [5, s. 716]. Təhminə xanımın bu “gözəl” dəyişimi yenə də Ninanın zəfəri kimi təqdim olunur.

M.S.Ordubadi “Dumanlı Təbriz” əsərində “Molla Nəsrəddin”, “Kaspi”, “İttifaq” ilə yanaşı “Mancester Qardian”, “Deyli Nyus”, “Russkoye slovo”, “Novoye vremya” kimi xarici mətbuat orqanlarının da adını çəkir.

Ordubadi romanda Saib, Əndəlib, Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur sənətkarlarını xatırlayır, onlardan nümunələr verir: Sədinin “Gülüstan” kitabından verilən nümunə buna misal ola bilər:

Əbr, bad, məhü xurşid, fələk dərkarənd,
Ta tu nani bəkəf ari və bə qəflət nə xuri [5, s. 409].
Tərcüməsi: Buludlar, külək, ay, gün və göylər daim ondan ötrü işləyirlər ki,
Sən bir parça çörək ələ gətirib onu qəflətdə yeməyəsən.

“Min bir gecə” dastanının qucağında doğulan Şərqin bu cocuğu da hekayəni dinləyir, kirpikləri saatın milləri kimi hiss edilmədən biri digərinin üzərinə düşməyə başlayırdı” [1, s. 115]. Məcidin yuxuya dalmasını təsvir edən bu hissədə Şərqin məşhur söz xəzinəsi “Min bir gecə” əsəri ilə Şərqə, Puşkin deyir ki, “Hər şeyi sətirlərdə yazmazlar” [ 5, s. 207] ifadəsinin işlədildiyi o biri hissə də isə Qərbin dahi sənətkarının timsalında Qərbə diqqət çəkilir.

“Dumanlı Təbriz” romanında Ordubadi mərsiyə, rübai, bayatı, qəzəl kimi janrlardan da nümunələrə yer verib. Təbriz gecəsinin sakit qulaqlarında, Təbrizli Hümmanın:

Dumanlı Təbriz

M.S.Ordubadi “Dumanlı Təbriz” əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilk gözəl nümunəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna bürünmüş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən “Dumanlı Təbriz” romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. Əsərin əsas mövzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı XX əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların “pioneri” adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.

Comments are closed, but trackbacks and pingbacks are open.