Press "Enter" to skip to content

Yerli mal olsun, xarici oğlana ərə getmərəm – Pərvin Abıyeva

Öz yaratdığım şeyi.

Tütün dükanı – Alvare de Kampuş (Fernando Pessoa)

Nəyisə axtarıb tapmış və unutmuş biri kimi çaşqınam bu gün.

Parçalanmış kimiyəm bu gün.

Qarşı tərəfdəki Tütün dükanı həqiqidir,

İçimdəsə hər şeyin xəyal olduğu hissi var.

Heç nədə bəxtim gətirmədi.

Bəlkə də məqsədim olmadığı üçün belə oldu,

Amma bu, o qədər də vacib deyil.

Mənə nələrsə öyrədirdilər,

Mənsə evin arxa pəncərəsindən tullanıb

Böyük xəyallarla getdim düzənliklərə.

Amma orda sadəcə ot və ağaclar vardı,

Rastıma çıxan adamlar da bir-birinə oxşayırdı.

Pəncərədən aralanıb stulda otururam. Nə fikirləşim?

Nə olduğumu bilmədiyim halda,

nə olacağımı hardan bilə bilərəm?

Təsəvvür etdiyim kimi biri olmaq?

Axı mən cürbəcür şeylər təsəvvür edirəm.

O qədər çox adam var ki, eyni şey olmağı arzulayır.

Bu isə mümkün deyil!

Dahi? Məhz bu an

Minlərlə beyin mənim kimi dahi olduğunu fikirləşir,

Və tarix özündə saxlamayacaq bəlkə heç birimizi.

Kim bilə bilər bunu?

Və gələcək qalibiyyətlərdən sonra

peyindən başqa heç nə qalmayacaq.

Yox, yox, mən özümə inanmıram.

Dəlixanalarda özündən əmin o qədər ağıldankəm var ki!

Heç nədən əmin olmadığım halda,

onlardan daha həqiqiyəm, ya yox?

Yox, heç özümdən də əmin deyiləm.

Hazırda dünyanın çardaqlarında və çardaq olmayan yerlərində

Oturub xəyal quran dahi nə qədərdir görəsən?

Yüksək, xeyirxah və ziyalı əməllər –

Hə, həqiqətən də yüksək, xeyirxah və ziyalı –

Və bəlkə də haçansa yerinə yetəcək o əməllər,

Və ya heç vaxt gün işığına çıxmayacaq,

insan qulağına dəyməyəcək?

Dünya onu fəth etmək üçün doğulanlarındır,

Onu fəth eləməyi arzulayanların yox – buna gücləri çatsa da.

Mən Napoleonun bacardığından daha çoxunu xəyal etdim.

Mən Məsihdən daha çox insanlıq qucaqlayıb sıxıram sinəmə.

Heç bir Kantın düşünə bilmədiyi qədər

dərin fəlsəfə fikirləşirəm.

Amma hazırda çardaqdayam – bəlkə də həmişə belə qalacağam –

Çardaqda yaşamasam da.

Həmişə bunun üçün doğulmayan olacağam,

Həmişə sadəcə bacarığı olan, amma eləməyən biri olacağam.

Həmişə qapısız divarın yanında

qapının açılmağını gözləyəcəyəm.

Həmişə toyuq hinində Əbədiyyət nəğməsini oxuyan

Və quyunun dibində Tanrının səsini eşidən olacağam.

Özümə inanırammı? Yox, nə özümə, nə də başqa bir şeyə.

Qoy Təbiət töksün başıma

Günəşini, yağışını, saçlarımı qarışdıran küləyini,

Və gələcək, gələ biləcək, gəlməyəcək başqa nəyi varsa.

Ulduzların zəif ürəkli nökərləri,

Biz dünyanı yuxuda olanda fəth elədik.

Oyananda gördük ki, dünya qaranlıqdır,

Yerimizdən durduq – dünya yaddır,

Evdən çıxdıq – dünya hər şeydir

Günəş sistemiylə, Süd yoluyla, Əbədiyyətlə bir yerdə.

(Şokolad ye, balaca qız,

Bax, dünyada şokoladdan başqa metafizika yoxdur.

Bax, heç bir din şirniyyatçının öyrətdiyindən

daha çoxunu öyrətmir.

Ye, çirkli balaca qız, ye!

Kaş mən də şokoladı sənin kimi həqiqi yeyə biləydim.

Amma fikirləşirəm və gümüşü cığ-cığ kağızı yerə atıram,

Eynilə həyatımı yerə atdığım kimi).

Amma heç olmasa heç nə olmamağımın acısından bir şey qalır,

Bu şeirlərin kalliqrafiyası –

Göz yaşısız haldan başa düşmə həsr edirəm özümə,

Çirkli paltarlarımı atıram yerə xüsusi hərəkətlə

Və evdə köynəksiz qalıram.

(Sən, ovudan, var olmayan və məhz buna görə də ovudan,

Ya canlı heykəl kimi düşünülmüş yunan tanrıçası,

Ya həddindən artıq xeyirxah romalı xanım,

Ya gözəl, ehtiraslı trubadur şahzadəsi,

Ya uzaq, dekolteli onsəkkizinci əsr markizası,

Ya atalarımızın zəmanəsinin məşhur kurtizankası,

Ya da müasir bir şey – nə olduğunu hələ dəqiq bilmirəm –

Nə olursansa ol, amma mənə güc ver, məni həvəsləndir!

Ürəyim boşalan qab kimidir.

Ruh çağıranlar, ruh çağıranlar kimiyəm, özümü çağırıram,

Və heç kimi tapa bilmirəm.

Pəncərəyə yaxınlaşıram və küçəni aydın görürəm.

Dükanları görürəm, səkiləri görürəm,

yoldan keçən maşınları görürəm,

Bir-birinin yanından keçən paltarlı canlıları görürəm,

İtləri görürəm, onlar da mövcuddur,

Və bütün bunlar sürgün əmri kimi yüklənir üstümə,

Və bütün bunlar yaddır mənə, dünyadakı hər şey kimi).

Yaşadım, baxdım, sevdim, hətta inandım,

Və bu gün, məhz mənim yerimdə olmadığı üçün

qısqanmadığım bircə dilənçi də yoxdur.

Baxıram dilənçilərin cır-cındırına

Və fikirləşirəm: çox güman sən heç vaxt yaşamamısan,

baxmamısan, sevməmisən, inanmamısan

(Axı bunları eləməmək, sadəcə

görüntüsünü yaratmaq mümkündür).

Çox güman sən kərtənkələdən ayrılan

Və kərtənkələnin dalınca qıvrılan

quyruq kimi mövcud olmusan.

Özümü bilmədiyim bir şeyə çevirdim,

Amma eləyə biləcəyim şeyə çevirmədim.

Səhv kostyumu geyindim.

O saat məni olmadığım biri kimi qəbul etdilər,

mənsə səhvlərini düzəltmədim, əvəzində özümü itirdim.

Maskamı çıxartmaq istəyəndə,

O üzümə yapışmışdı.

Maskanı nəhayət cırıb güzgüdə özümə baxanda

Sərxoş idim, soyunmadığım kostyumu

necə geyinəcəyimi bilmirdim,

Zərərsiz olduğu üçün gözətçinin göz yumduğu it kimi

Geyinib-soyunmaq otağında yatdım.

Və mövcud olduğumu sübut etmək üçün

bu hekayəni yazacağam.

Tütün dükanıyla üzbəüz dayanmaqdansa,

Tapmaq istəyərdim yararsız şeirlərimin musiqili batinini –

Öz yaratdığım şeyi.

Amma Tütün dükanının sahibi gəlib dayanır qapıda.

Ona baxıram başım gicəllənirmiş kimi ürək bulantısıyla.

O öləcək, mən də öləcəyəm.

O qapıdakı lövhəsini tərk edəcək, mənsə şeirlərimi.

Haçansa lövhə də öləcək, həmçinin şeirlər də.

Sonra lövhənin asıldığı küçə də öləcək,

Və şeirlərin yazıldığı dil də öləcək.

Sonra bütün bunların baş verdiyi planet də öləcək.

Başqa kainatlarda, başqa planet sistemlərində

adama oxşayan nələrsə

Şeirə oxşayan nələrsə yazmağa davam edəcək,

bu lövhəyə oxşayan bir lövhənin altında yaşaya-yaşaya.

Həmişə bir şey başqa şeyə qarşı olacaq.

Həmişə bir şey o biri şey kimi yararsız olacaq.

Həmişə mümkün olan şey

mümkün olmayan şey kimi axmaqlıq olacaq.

Həmişə – bu, həmişə – başqa bir şey, ya da – nə bu, nə də başqası.

Amma bir kişi girdi Tütün dükanına (tütün almağa?),

Və həyat həqiqiliyi gözlənilmədən tökülür üstümə.

Enerjili, əmin, humanist şəkildə yerimdə dikəlirəm,

Və əksini fikirləşdiyim bu şeirləri yazmaq qərarına gəlirəm.

Onları yazmağı fikirləşə-fikirləşə siqaret yandırıram.

Və tüstünü sümürə-sümürə

fikirlərdən azad olmağın həzzini yaşayıram.

Tüstüyə baxıram, həyat yoluma baxırmış kimi,

Həzz alıram spekulyasiyadan azad olmaqdan,

Və başa düşürəm ki, metafizika kefsizlikdən yaranır.

Sonra stula yayxanıb

Davam edirəm siqaret çəkməyə.

Tale icazə verdiyi müddətcə siqaret çəkməyə davam edəcəyəm.

(Paltaryuyan qadının qızıyla evlənsəydim,

Bəlkə də xoşbəxt olacaqdım).

Bunu fikirləşib yerimdən dururam,

pəncərənin qabağına gedirəm.

Kişi Tütün dükanından çıxır (pulun qalığını şalvar cibinə qoyur).

Ah, mən bu kişini tanıyıram: metafizikasız Estevesdi bu.

(Tütün dükanının sahibi qapıya yaxınlaşır).

Elə bil nəsə hiss edib yuxarı baxır və məni görür.

Əliylə sağol eləyir mənə, qışqırıram ki,

Sağ ol, Esteves! Və kainat,

Qurulur mənim üçün ideallarsız və ümidlərsiz

və Tütün dükanının sahibi gülümsəyir.

Tərcümə edəni: Həmid PİRİYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

“Yerli mal olsun, xarici oğlana ərə getmərəm” – Pərvin Abıyeva

Son zamanlar ailər qurmaq istəyi ilə gündəmə gələn aktrisa Pərvin Abıyeva ötən gün “İnstagram” hesabında canlı yayımda olub.
Open.az xəbər verir ki, canlı yayım zamanı yenə də ailə qurması məsələsinə toxunub. Aktrisaya izləyiciləri “xarici oğlana ərə gedərsən?” sualını ünvanlayıb.
O, isə cavabında: “Mən xarici kişiləri kişi hesab etmirəm. 50 il də bundan sonra xarici ölkədə yaşasam xarici ərim nə də sevgilim olmaz. Nə olur olsun yerli mal olsun deyə düşünürəm bu məsələdə. Maksimum türk ola bilər o da maksimum. Başqa cür mümkün deyil”.

Şou Biznes Baxılıb: 1271 Tarix: 15 yanvar 2021
f Paylaş

Digər yazılar

“İnsanlar havalarda idi, qaza gəlirdilər” – Tunar

“Hər dəfə gedirəm ki, Türkiyədə mahnı çıxarım. Orada tanınıram və bəstəkar kimi sevilirəm. Məndən mahnılar istəyirlər. Gedirəm bir ay qalıram, adamlarla görüşürəm, amma iş görə bilmirəm. Qayıdıb gəlirəm vətənə”

Müğənni: “Günümə 60 min avro gəlirim olurdu, indi dostların hesabına dolanıram

“Dostlarımın hesabına dolanıram. Heç bir gəlirim yoxdur. Yaxşı ki, etibarlı dostlar var. Amma nə qədər olar. xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda “Elgizlə izlə” proqramında deyib. İşsiz olan sənətç

Azərbaycanlı müğənni qəzaya düşdü – FOTO

Müğənni Səbinə Selcandan xəbər var. xəbər verir ki, hazırda Türkiyədə yaşayan Səbinə ötən gün avtomobil qəzası keçirib. Bu barədə özü İnstaqram hesabında məlumat verib. Bildirib ki, özünə heç nə olmasa da köməkşisi yaralanı

“Həyat yoldaşım mənə aldığı maşını başqa qadına bağışladı

Xalq artisti Flora Kərimova şəxsi həyatı barədə maraqlı açıqlama verib. xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan sənətkar həyat yoldaşı Faiq Şəfiyevin ona hədiyyə etdiyi avtomobilin tarixçəsindən danışıb:

“Çox xoşbəxt idik dəyərini bilmədik”

“Çox düşünürəm, görəsən, əvvəlki həyatımıza dönə biləcəyik? Yoxsa yeni dünyada yaşayacağıq? Görəsən, çox xoşbəxt idik dəyərini bilmədik. xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkədə yazıb. Sənətç

Fədayə: “Mən heç vaxt ad davası etmərəm

Müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğluna söz atıb. xəbər verir ki, izləyicisinin fəxri adlarla bağlı ünvanladığı suala ifaçı belə cavab verib:. “Mən bunu hardan bilə bilərəm ki? Qismət deyək. Güma

Niyam: “Həşiş əkmişdim, qoyun yedi” – VİDEO

“Bundan öncə yaşadığım evdə şərait mənə uyğun olmadığı üçün onu satıb həyət evi tikdim. Ağacsız yaşaya bilmərəm. Ən orijinal əncir mənim həyətimdədir”. xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ARB telekanalınd

Əməkdar artist: “14 yaşımda evdən qaçmışam”

“Bakıya Yevlaxdan gəlmişəm. Müsabiqə var idi, qalibi oldum. 14 yaşında gəldim Bakıya. Atam savadlı uşaq yetişdirməyə çalışırdı”. xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Onun sirri&quot

“Soyuducum yenə də doludur” – Nadir

Müğənni Nadir Qafarzadə “Fəlidən doğru xəbər” proqramının qonağı olub. xəbər verir ki, sənətçi bir müddət əvvəl qalmaqala səbəb olan “Professorun da, mənim də soyuducuma baxın. Soyuducum doludur” sözlərində

Fədayə Laçın Tacir Şahmalıoğluna SÖZ ATDI- QALMAQALLI açıqlama

Bir ilə yaxındır fəaliyyətini Moskvada davam etdirən müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğluna söz atıb.

BiG.AZ xəbər verir ki, müğənni sosial media hesabında izləyicilərindən birinin ona ünvanlandığı “Siz nə vaxt Xalq artisti adını alacaqsınız?” sualına bu cür reaksiya verib:

“Mən bunu hardan bilə bilərəm ki? Qismət deyək. Güman edirəm ki, verərlər. Çünki mənim adım Fədayədir, bu hələki bəs edir. Qaldı ki, ad məsələsinə, bu da müğənniyə bir stimul verir. Məndən yaş və sənətcə böyük həmkarlarım hələ ad almayıblar. Ancaq mən heç vaxt ad davası etmərəm. Verməsələr belə, səsimi çıxarmaram ki, niyə mənə ad vermirsiniz”.Sfera.az

Şou biznes Baxılıb: 4416 Tarix: 13 yanvar 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DiGƏR XƏBƏRLƏR

“Nooldu, Paşinyan”ın ZengimCELL-i hazırlandı

DSC şirkəti Azercell abonentlərinin ixtiyarına Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən bəzi fraqmentləri təqdim edib. Bir-birinə zəng edərkən standart çağırış siqnalını həmin parçalara dəyişmək imkanı yaradılıb. Yükləmək üçün – *185*59740278 yığmaq lazımdır. Yükləmək üçün – *185*5974027

Məşhur aktyor meneceriylə eşq yaşayır – FOTO

Hazırda “Sefirin kızı” serialında rol alan aktyor Uraz Kayqılaroğlunun yeni münasibətə başladığı iddia olunur. Axşam.az-a istinadən xəbər verir ki, aktyorun gənc meneceri Qamze Okutucu ile sevgili olduğu deyilir. Urazın Qamze ilə İnstaqramın hekayə bölməsində səmimi fotosunu paylaşması da dedi-qodular

Yıldız Tilbedən 150 minlik imza

Müğənni Yıldız Tilbe də 2021-ci ilə qazancla başlayan ifaçılardan oldu. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi onlyn platformada verəcəyi konsert üçün 150 min lirəlik(34 min 170 manatlıq) müqavilə imzalayıb. İfaçının repertuarından müxtəlif mahnıları səsləndirəcəyi musiqi proqramı 90 dəqiqə dava

Can Yaman onunla sevgilidir – FOTOLAR

Son zamanlar İtaliyada çəkiləcəyi serial və reklamlarla gündəmdən düşməyən Can Yaman bu dəfə şəxsi həyatı ilə diqqət çəkib. Axşam.az-a istinadən bildirir ki, aktyorun İtaliyada idman aparıcısı Diletta Leotta ilə eşq yaşadığı iddia edilir. Hətta Can yeni sevgilisi ilə eyni oteldə qalır. Yaman İtaliyad

Lalə Məmmədova TANINMAZ HALDA – FOTO

Əməkdar artist Lalə Məmmədova yeni görünüşü ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, müğənni saçlarını daha da qısa kəsdirib və qara rəngə boyatdırıb. Eyni zamanda onun arıqlaması da diqqətdən yayınmayıb. Sözügedən fotonu təqdim edirik:. AYTƏN SAKİTQIZI

Şəhidin yeni doğulmuş körpəsi ilə SON VİDEOSU ÜRƏKDAĞLADI

Sosial şəbəkələrdə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Təbriz Rəsulzadənin görüntüsü yayılıb. xəbər verir ki, o videoda övladına naz verir,onunla oynayır. Həmin videonu təqdim edirik:. AYTƏN SAKİTQIZI

“Vaxt gələcək bu fotolarımı. “-Tanınmış aparıcı özünə TƏRİF YAĞDIRDI- FOTO

“Siz indi sadəcə like edirsiniz. Vaxt gələcək bu fotoları Luvr muzeyindən asacaqlar. Bu günə kimi bir dəfə də olsun nəinki kosmetoloq əli dəymiş, heç evdə üzünə, saçlarına adicə qatıq da vurmayan, makiyajını özündən başqasına yapdırmayan, fotolarını sadəcə özü çəkən, ömrüboyu bir dəfə də fotosessiy

“Efirdə sözlərinə diqqət et” -Vüsaləyə övladından SƏRT REAKSİYA- VİDEO

Vüsalə Əlizadənin qızı anasından inciyib. xəbər verir ki, bu barədə aparıcı özü sosial media hesabında video paylaşaraq, məlumat verib. O, video çəkərək qızı Diləyin ondan küsdüyünü bildirib. Məlum olub ki, Dilək anasından insanların içində ona “paxıl” deməsinə görə küsüb.Aparıcı verilişin

Məşhur müğənni geyimi ilə HEYRAN ETDİ – FOTOLAR

Britaniyalı məşhur müğənni və model Dua Lipa 60-cı illərin dəbinə uyğun geyimlərdə “Vogue” jurnalının üz qabığına çəkilib. Müvafiq kadrlar nəşrin “Instagram” hesabında görünüb. Şəkillərdən birində qısa sarı saç düzümü ilə çıxış edən 25 yaşlı ifaçı dama-dama parçalı mini paltarda çəkilib

Comments are closed, but trackbacks and pingbacks are open.