Monako murakami norveç meşəsi
Norveç meşəsi (yap. ノルウェイの森 ) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir.
Norvec Mesesi Kitab – Wikipedia
Norveç meşəsi (yap. ノルウェイの森 ) — Haruki Murakami tərəfindən 1987-ci ildə yazılmış roman. Bu roman zərərli seksuallığın nostalji hekayəsidir. Əsərin əsas qəhrəmanı Toru Vatanabedir. Vatanabe iki qız arasında seçim etməlidir. Bunlardan biri gözəl lakin xəstə Naoko, digəri isə həyat dolu və mübariz Midori Kobayasidir.
Norveç meşəsi | |
---|---|
ノルウェイの森 | |
2012-ci ildə “Qanun” nəşriyyatı tərəfindən Azərbaycanda çap edilmiş kitabın üz qabığı. | |
Janr | roman |
Müəllif | Haruki Murakami |
Orijinal dili | yapon |
Yazılma ili | 1987 mart 27 |
Nəşriyyat | Qanun |
ISBN | ISBN 978-9952-26-287-2 |
Tərcümə | Günel Mövlud |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə hadisələr 1960-cı illərdə cərəyan edir. Bu dövr Yaponiyada tələbə hərəkatı və seksual azadlığın tələb olunduğu dövrdür.
Haruki Murakami bu əsəri özünün “işıldaböcək” adlı hekayəsinin əsasında yazıb. Yazıçının dediyinə görə bu hekayənin əsasında təsirli məhəbbət hekayəsi yazmaq istəyib və hekayəni üç yüz səhifə uzatmaq qərarına gəlib. Lakin əsəri yazıb qurtardıqda əsər doqquz yüz səhifədən (yapon əlifbası ilə) uzun olub [1] . H.Murakami bu romanı Yunanıstanın Mikena adasında 1986-cı ilin dekabrın 1-də yazmağa başlayıb və İtalyada Roma yaxınlığında 1987-ci il martın 27-də bitirib [1] .
2010-cu ildə Tran Anh Hung tərəfindən romana eyniadlı film çəkilib.
Kitabın adı The Beatles qrupunun eyni adlı mahnısından götürülüb.
Mündəricat
- 1 Yazıçı haqqında
- 2 Annotasiya
- 3 Hadisələr
- 4 Obrazlar
- 5 Azərbaycan dilinə tərcümə
- 6 Film
- 7 İstinadlar
Yazıçı haqqında
Romanın yazıçısı Haruki Murakami.
Haruki Murakami 12 yanvar 1949-cu ildə Kyoto şəhərində dünyaya gəlmişdir. Atası bütpərəst keşiş, anası isə ədəbiyyat müəlliməsi olan Haruki hələ gənc yaşlarından bəri ədəbiyyata meyl göstərmşdir. Uşaqlıq dövrünü öz əsərlərində tez-tez əks etdirən yazıçı bir çox müsahibələrində uşaqlıqda valideynlərindən öyrəndiyi faktların onun üçün əvəzsiz olduğunu bəyan etmişdir. H.Murakami Tokiyonun Vaseda Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir.
Yazıçının “Norveç Meşəsi” əsərində, Murakaminin həyat yolu, xüsusilə də tələbəlik dönəmi qiyabi olaraq təsvir olunur. Bu dönəmdə yazıçının keçirdiyi hisslər, yaşadığı haqqsızlıqlar, cəmiyyətin əyri-əksiklikləri açıq-aydın göstərilir. Təsadüfi deyil ki, Murakamiyə ən böyük şöhrəti də elə məhz bu əsər gətirmişdir. Bundan başqa Murakaminin gozəl musiqi və kulinariya bilicisi olmasını da xüsusi qeyd etmək məqsədəuyğun olardı. Belə ki əsəsrlərində onun xüsusi yemək reseptləri qəhrəmanların dilindən bir çox hallarda təqdim olunur. Bu da öz növbəsində Murakaminin uzun müddət Jazz-Bar sahibi olaraq xanımı Yoko ilə birlikdə keçirdiyi dönəmin nəticəsi kimi özünü biruzə verir.
Annotasiya
. Axşamlar mən musiqi valları satırdım. Boş vaxtım olanda dalğın-dalğın vitrin qarşısından keçənlərə baxırdım. Ailələr, cütlüklər, yakudzalar, mini ətəkli şən qızlar, tutamsaqqallı oğlanlar, barda işləyən qadınlar və başqa qəribə insanlar. Rok səsləndirilən kimi, hippilər və avaralar dükanın qabağına yığışırdı – bəziləri musiqiyə uyğun rəqs eləyir, kimi narkotik iyləyir, kimisi də eləcənə asfaltın üstündə otururdu. Mən daha heç nəyi anlamırdım. “Bu nədir axı? Bu adamlar bele eləməklə nə demək istəyirlər?”. . Çağdaş yapon ədəbiyyatının klassiki Haruki Murakaminin ötən əsrin 60-cı illərində, bütün dünyada olduğu kimi, Yaponiyada da gənclərin azad seks tələbləriylə kəskin etirazları başlayan dövrdən bəhs edən “Norveç meşəsi” (1987) romanı [2] .
Hadisələr Vatanabenin Universitetə qəbul olaraq Tokiyoya gəlməyi ilə başlayır. Təsadüf nəticəsində 17 yaşında ölən dostu Kidzükinin sevgilisi Naoko ilə rastlaşır. Naoko ilə vaxt keçirməyə başlayan Vatanabe özüdə bilmədən Naokoya aşiq olur. Onun hissləri təktərəfli olmur.
Naokonun 20-ci ad günündə Vatanabe tort alaraq onun evinə yollanır. Onlar Naokonun ad günün bir yerdə Vatanabenin yolda əzdiyi tort, viski və bir neçə romantik valla qeyd edirlər. Gecənin sonunda Naoko və Vatanabe gözlənilmədən bərabər olurlar. Həmin günün sabahı Vatanabe Naokonu narahat etmək istəmədiyin və Naoko nə vaxt hazır olarsa onda məktub yazmağın xahiş edərək yataqxanaya yollanır. Aradan həftələr keçməyinə baxmayaraq Naokodan xəbər ala bilməyən Vatanabe onun evinə gedir və Naokonun üç gün əvvəl köçdüyün öyrənir. Naokonun yerin axtaran Vatanabe bir müddət sonra onun şəhərdən kənar ruhi xəstəxanaya yerləşdiyin öyrənir.
Təsadüf nəticəsində Vatanabe yataqxana yoldaşı Naqasava ilə eyni kitabı çox sevdiklərin öyrənir. Beləliklə Vatanabe və Naqasavanın dostluqları başlayır. Naqasava Vatanabeni razı salıb bir neçə dəfə bara və gecə klubuna aparır. Burada onlar hər dəfə yeni qızlarla tanış olur və gecəni burada tanış olduqları qızlarla bərabər keçirirlər.
Vatanabe restoranda yemək yediyi vaxt Midori adında bir qızla tanış olur. Onlar əvvəlcə yaxından dostluq etməyə başlayırlar. Midori iki il əvvəl anasın itirmişdi. Atası isə anası kimi xərçəng xəstəliyindən əziyyət çəkirdi və xəstəxanada idi. Lakin Midori əvvəlcə atasının xəstə olduğun Vatanabedən gizlədir. Atasının ölümündən sonra Midori və Vatanabe yaxınlaşmağa başlayır. Midori Vatanabeni sevsədə hisslərn ona açmaqdan çəkinir. Vatanabe isə qarışıq duyğular içərisindədir.
Naokonun xəstəxanada olduğu müddət ərzində Vatanabe iki dəfə həmin xəstəxanaya gedərək Naokoya baş çəkir. Vatanabenin bu səfərlərində onlar yenidən bərabər olurlar. O, Tokioya qayıtdığı zaman həmişə Naokoya məktub yazır və bütün həyatın ona danışır. Bu məktublarda Naqasava və Midoridəndə söhbət açır. Vatanabenin bəzi məktublarına cavabları Naokonun məktub yaza bilməyəcək qədər xəstə olması səbəbilə onun yaşlı otaq yoldaşı Reyko İsida cavab yazır.
Naokonun ölümündən sonra Vatanabenin dəvəti ilə Tokioya gələn Reyko nə qədər qəribə olsada Vatanabe ilə yatır.
Naokonun ölümü ilə həyat onun yerinə seçim edir. Sevgilisinin ölümündən sonra səyahətə çıxan Vatanabe Midori ilə əlaqə saxlamırdı və onu küsdürmüşdü. Səyahətdən sonra Tokioya qayıdaraq Midoriyə zəng eləyib ondan üzr istəyir. Roman Midorinin soruşduğu “Sən indi hardasan?” sualına Vatanabenin öz-özünə cavab axtarmağı ilə bitir [3] .
- Toru Vatanabe (ワタナベ トオル) – Əsərin baş qəhrəmanıdır. Universitetdə təhsil almaq üçün Tokioya gələrək yataqxanada yaşayır. Yataqxanadakı və digər tələbələrə nifrət edir. Ədəbiyyatla, xüsusilə Amerikan ədəbiyyatı ilə maraqlanır. Ən çox sevdiyi kitab F. Scott Fitzgerald-ın Dahi Qeytsbi romanıdır. Əvvəl Kidzüki sonra isə Naqasava ilə dostluq edir. Sonda isə Naqasavaya nifrət edir. Naoko və Midori ilə sevgili olur.
- Naoko (直子) – Naoko gözəl və emosional qızdır. Vatanabenin sevgilisidir. Lakin mənəvi cəhətdən xəstədir. Böyük bacısı və ilk sevgilisi Kidzükinin eyni yaşda (17 yaşda) intihar eləməkləri onun psixologiyasına güclü təsir edir. Əsərin sonunda Naoko özüdə intihar edir.
- Midori Kobayasi (小林 緑) – Midori xaraktercə mübariz qızdır. Uşaq yaşlarında valideynlərinin sevgisin lazımi qədər hiss etməmişdir. Anası iki il əvvəl vəfat etmişdir. Atasının vəfatından sonra bacısı ilə yalnız qalır. Sonda Vatanabe ilə birləşir.
- Reyko İsida (石田 玲子) – Yaşlı Reyko əsərin ortalarında peyda olur. O, Naokonun xəstəxanadakı otaq yoldaşıdır. Naoko və Vatanabeyə məsləhətləri ilə kömək edən Reyko əsərin sonunda Vatanabe ilə yatır.
- Kidzüki (キズキ) – Naokonun ilk sevgilisi, Vatanabenin ilk dostudur. Sevgilisi ilə yaranan cinsi problemə görə 17 yaşında intihar eliyir.
- Naqasava (永沢) – Naqasava Tokyo Universitetində diplomatiya təhsili alan yaraşıqlı oğlandır. Lakin qəribə xarakterə malikdir. Vatanabe ilə dostluğu barlarda tanış olduqları qızlarla bir gecəlik məhəbbətdən ibarətdir.
- Xatsumi (ハツミ) – Naqasavanın sevgilisidir. Naqasava Almaniyaya getdikdən sonra başqası ilə evlənsədə məktub yazaraq intihar eləyir.
- “Hücumçu” (突撃隊) – Vatanabenin yataqxanadakı otaqyoldaşıdır. Təmizliyi və məsuliyəti ilə seçilir. Yaponiyanın Coğrafiya İstitutunda oxuyur və xəritələri sevir. Buna görədə xəritə tərtib etmək istəyir. Əsərin ortalarında yataqxanadan ayrıldığına dair məktub yazaraq qeyb olur.
- Momoko Kobayasi (桃子小林) – Midorinin bacısıdır. Ataları öldükdən sonra Midori ilə başqa evə köçürlər.
- Cənab Kobayasi (小林氏) – Midori və Momokonun atasıdır. Xərçəng xəstəliyindən əzab çəkir və sonda ölür.
Azərbaycan dilinə tərcümə
Haruki Murakaminin “Norveç meşəsi” adlı əsəri ilk dəfə Günel Mövlud tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur və “Qanun” nəşriyyatı tərəfindən 2012-ci ildə çap edilmişdir.
Məşhur yapon yazıçısından MÖHTƏŞƏM 16 FİKİR: bir-birimizi qucaqlayıb..
Publika.az insan ruhunda baş verən bütün və ən kiçik hissləri dəqiqliyinə qədər təsvir etmək qabiliyyətinə malik olan yazıçının romanlarında yer alan hikmətli fikirlərini təqdim edir:
1. Peşə ilk növbədə sevgi aktı olmalıdır. Və çox gec olmadan unutmayın ki, iş həyatın özüdür.
2. Məhəbbətsiz bir dünya qapalı pəncərə arxasındakı külək kimidir. Nə toxuna, nə də içinə çəkə bilirsən.
3. Mən əvvəllər düşünürdüm ki, insanlar ildən-ilə, tədricən böyüyürlər. Və məlum oldu ki, yox. Adam bir anın içində böyüyür.
4. Bahar yeni bir şeyə başlamaq üçün ilin çox yaxşı vaxtıdır.
5. Dünyada yanlış fikir olmur. Bizimlə uyğun olmayan fikirlər olur, vəssalam.
6. Meşədə ikən sən onun bir hissəsi olursan. Bütünlüklə, zərrələrinə qədər. Yağışa düşmüsənsə, yağışın bir hissəsisən. Yanımda oturursansa, mənim bir parçam olursan.
7. Şəhər həyatı sizə ayaqlarınızın altına baxmağı öyrədir. Dünyada səma olduğu həqiqətini kimsə xatırlamır. Bir-birimizi qucaqlayıb qorxumuzu bölüşürük.
8. Sakitlikdədir güc.
9. Səhvlər həyatın durğu işarələridir, hansılar ki, onlarsız mətnin heç bir mənası olmayacaq.
10. Nə qədər çalışsan da, yara varsa, ağrı olacaq.
11. Duyğuları göstərmək lazımdır. Əks halda onlar yığılacaq, içəridə qatılaşacaq və sonra öləcəklər.
12. Bir-birinizə qarşı səmimi olmaq və yardım etmək. Bax, budur əsas.
13. Hər bir boşluq mütləq nə iləsə doldurulur.
15. İnsana ümid verilir, o da yaşamaq üçün onu yanacaq kimi istifadə edir. Ümidsiz heç bir “sonra” mümkün deyil.
16. Dənizə uzun müddət baxdıqda insanlar üçün, insanlara uzun müddət baxdıqda isə dəniz üçün darıxırsan.
Aytən
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Haruki Murakami “Norveç meşəsi” PDF
Yapon ədəbiyyatından ilk dəfə oxumağa qərar verəndə ədəbi təmənnalarımı qarşılamayacağını düşünsəm də Murakaminin məni yanıltdığını deyə bilərəm. Roman tam avtobioqrafik olmasa içində yazıçının həyatıyla səsləşən hadisələr də var. İçində həyatın hər üzünü göstərdiyi bu depresif romanı oxuyanda çox qəribə hisler keçirdim. Sevginin biz düşündüyümüz qədər də sadə tərifinin olmadığını, insandan insana fərqli formalara girə biləcəyini gördüm. Yapon gənclərinin tənhalaşması və həyata tutuna bilməsi, çıxış yolunu intiharlarda görməsi çox acı verici idi.
Romanın qəhrəmanı Vatanabe də dostu intihar edən bir gəncdir. Onun intiharından sarsılıb başqa bir şəhərə gəlsə də dostunun sevgilisi Naoki ilə yenidən qarşılaşması bu unutmağa çalışdığı ölümü ve kədəri həm xatırlayıb, həm də intihar edən dostunun sevgilisinə aşiq olması onu içindən çıxılmaz bir labirintə salır. Üstelik Vatanabenin sevgisine ehtiyac duyan Midori adlı qız da onun həyatını çətinləşdirməkdədir. Vatanabenin həm həyatını xilas etməyə çalışdığı Naoki, həm də tənhalığını bölüşdüyü, üzməməyə çalışdığı Midori arasında seçim etməyə məcbur qalması onu daha da girdaba və depresiyyaya sürükləyir..Naoki ölümün, Midori isə həyatın simvoludur.. Kitabın adı Beatles qrupunun ,,Norwegian Wood,, mahnısı ile bağlıdır. Bu mahnı Naokinin ən sevdiyi mahnıdır , Vatanabenin hər dinlədikcə Naokini xatırladığı mahnı.
Mənimse qulaqlarımdan heç vaxt silinməyəcək bir mahnı.
1949 – Həyatdadır
Haruki Murakami (yapon. 村上春樹) (12 yanvar 1949-cu ildə Kiotoda anadan olub); O, yapon yazıçısı, novella yazıçısı, tərcüməçi və jurnalistdir. O, Yaponiyanın 20-ci və 21-ci əsrlərin ən mühüm və populyar yazıçılarından biridir.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Haruki Murakami “Norveç meşəsi” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.