Press "Enter" to skip to content

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib – SİYAHI

AZERBAYCANIN NEYI VAR KI,ELMIDE OLSUN. ALIM,MALIM BOW WEYDI. NAZPERIDEN SORUWUN,INANMIRSINIZSA,EWDER OL CANI. ESAS INKIWAFDU. KEYF ELEYIN

Azərbaycanda diplomu tanınan universitetlərin adları – SİYAHI

Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb.

Day.Az ann.az-a istinadən xəbər verir ki, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.

Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.

Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.

Diplomları Azərbaycanda tanınan universitetlərin tam siyahısı ilə aşağıdakı linkdə tanış ola bilərsiz:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib – SİYAHI

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib – SİYAHI Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

12 Fevral , 2019 08:35

https://static.report.az/photo/62407242-833b-478a-b68b-ce6142217032.jpg

Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. “Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.

Sıra
№-si
İxtisasların (proqramların) şifri və adı
1 2 3
1. Təhsil ixtisasları qrupu
1. 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. 050102 Biologiya müəllimliyi
3. 050103 Coğrafiya müəllimliyi
4. 050104 Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
5. 050105 Fizika müəllimliyi
6. 050106 Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
7. 050107 İbtidai sinif müəllimliyi
8. 050108 İnformatika müəllimliyi
9. 050109 Kimya müəllimliyi
10. 050110 Kimya və biologiya müəllimliyi
11. 050111 Korreksiyaedici təlim
12. 050112 Məktəbəqədər təhsil
13. 050113 Musiqi müəllimliyi
14. 050114 Riyaziyyat müəllimliyi
15. 050115 Riyaziyyat və informatika müəllimliyi
16. 050116 Tarix müəllimliyi
17. 050117 Tarix və coğrafiya müəllimliyi
18. 050118 Təhsildə sosial-psixoloji xidmət
1 2 3
19. 050119 Təsviri incəsənət müəllimliyi
20. 050120 Texnologiya müəllimliyi
21. 050121 Xarici dil müəllimliyi (dillər üzrə)
2. Humanitar və sosial ixtisaslar qrupu
22. 050201 Beynəlxalq münasibətlər
23. 050202 Dinşünaslıq
24. 050203 Dövlət və ictimai münasibətlər
25. 050204 Fəlsəfə
26. 050205 Filologiya (dil və ədəbiyyat göstərilməklə)
27. 050206 Hüquqşünaslıq
28. 050207 İşlamşünaslıq
29. 050208 Jurnalistika
30. 050209 Kitabxanaçılıq və informasiya fəaliyyəti
31. 050210 Politologiya
32. 050211 Psixologiya
33. 050212 Regionşünaslıq (regionlar üzrə)
34. 050213 Sosiologiya
35. 050214 Tarix
36. 050215 Tərcümə (dillər üzrə)
3. Mədəniyyət və incəsənət ixtisasları qrupu
37. 050301 Aktyor sənəti
38. 050302 Bədii yaradıcılıq və ekran dramaturgiyası
39. 050303 Bəstəkarlıq
40. 050304 Dekorativ-tətbiqi sənət (sahələr üzrə)
41. 050305 Dirijorluq (sahələr üzrə)
42. 050306 Dizayn (sahələr üzrə)
43. 050307 Heykəltəraşlıq
44. 050308 İnstrumental ifaçılıq (sahələr üzrə)
45. 050309 Musiqişünaslıq
46. 050310 Muzey, arxiv işi və abidələrin qorunması
47. 050311 Operator sənəti
1 2 3
48. 050312 Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
49. 050313 Qrafika
50. 050314 Rejissorluq
51. 050315 Rəngkarlıq
52. 050316 Sənətşünaslıq (sahələr üzrə)
53. 050317 Vokal sənəti (sahələr üzrə)
54. 050318 Xoreoqrafiya sənəti (sahələr üzrə)
4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu
55. 050401 Beynəlxalq ticarət və logistika
56. 050402 Biznesin idarə edilməsi
57. 050403 Davamlı inkişafın idarə edilməsi
58. 050404 Dövlət və bələdiyyə idarəetməsi
59. 050405 İqtisadiyyat
60. 050406 Maliyyə
61. 050407 Marketinq
62. 050408 Menecment
63. 050409 Mühasibat
64. 050410 Statistika
5. Təbiət ixtisasları qrupu
65. 050501 Biologiya
66. 050502 Biotexnologiya
67. 050503 Coğrafiya
68. 050504 Ekologiya
69. 050505 Fizika
70. 050506 Geologiya
71. 050507 Hidrometeorologiya
72. 050508 Kimya
73. 050509 Kompüter elmləri
74. 050510 Mexanika
75. 050511 Riyaziyyat
1 2 3
6. Texniki və texnoloji ixtisaslar qrupu
76. 050601 Aerokosmik mühəndislik
77. 050602 Aqromühəndislik
78. 050603 Aviasiya təhlükəsizliyi mühəndisliyi
79. 050604 Cihaz mühəndisliyi
80. 050605 Dəniz naviqasiyası mühəndisliyi
81. 050606 Ekologiya mühəndisliyi
82. 050607 Elektrik və elektronika mühəndisliyi
83. 050608 Energetika mühəndisliyi
84. 050609 Gəmi energetik qurğularının istismarı mühəndisliyi
85. 050610 Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
86. 050611 Geofizika mühəndisliyi
87. 050612 Geomatika və geodeziya mühəndisliyi
88. 050613 Hava nəqliyyatının hərəkətinin təşkili
89. 050614 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
90. 050615 İnformasiya təhlükəsizliyi
91. 050616 İnformasiya texnologiyaları
92. 050617 İnşaat mühəndisliyi
93. 050618 Kimya mühəndisliyi
94. 050619 Kommunikasiya sistemləri mühəndisliyi
95. 050620 Kompüter mühəndisliyi
96. 050621 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
97. 050622 Maşın mühəndisliyi
98. 050623 Materiallar mühəndisliyi
99. 050624 Mədən mühəndisliyi
100. 050625 Meliorasiya mühəndisliyi
101. 050626 Memarlıq
102. 050627 Metallurgiya mühəndisliyi
103. 050628 Mexanika mühəndisliyi
1 2 3
104. 050629 Mexatronika və robototexnika mühəndisliyi
105. 050630 Mühəndis fizikası
106. 050631 Neft-qaz mühəndisliyi
107. 050632 Nəqliyyat mühəndisliyi
108. 050633 Nəqliyyat tikintisi mühəndisliyi
109. 050634 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
110. 050635 Qida mühəndisliyi
111. 050636 Radiotexnika və telekommunikasiya mühəndisliyi
112. 050637 Şəhərsalma
113. 050638 Sənaye mühəndisliyi
114. 050639 Uçuş mühəndisliyi
115. 050640 Yanğın təhlükəsizliyi mühəndisliyi
7. Kənd təsərrüfatı ixtisasları qrupu
116. 050701 Aqronomluq
117. 050702 Bağçılıq və tərəvəzçilik
118. 050703 Balıqçılıq
119. 050704 Baytarlıq təbabəti
120. 050705 Bitki mühafizəsi
121. 050706 Meşəçilik
122. 050707 Şərabçılıq
123. 050708 Su bioehtiyatları və akvakultura
124. 050709 Torpaqşünaslıq və aqrokimya
125. 050710 Yerquruluşu və daşınmaz əmlakın kadastrı
126. 050711 Zoomühəndislik
8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu
127. 050801 Bədən tərbiyəsi və idmanda reabilitasiya
128. 050802 Əczaçılıq
129. 050803 Fizioterapiya və tibbi reabilitasiya
130. 050804 İdman menecmenti və kommunikasiya
131. 050805 Məşqçilik
1 2 3
132. 050806 Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
133. 050807 Sosial iş
134. 050808 Tibb bacısı işi
135. 050809 Turizm bələdçiliyi
136. 050810 Turizm işinin təşkili
9. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu
137. 050901 Hərbi tibb
138. 050902 İctimai səhiyyə
139. 050903 Stomatologiya
140. 050904 Tibb
10. Xüsusi təyinatlı ixtisaslar qrupu
141. XTB050101 Hərbi kompozisiya materialları mühəndisliyi
142. XTB050102 Hərbi rabitə vasitələri mühəndisliyi
143. XTB050103 Optotexnika mühəndisliyi
144. XTB050104 Pirotexniki və partladıcı vasitələr mühəndisliyi
145. XTB050105 Sərhəd təhlükəsizliyi və idarəetmə
146. XTB050106 Silah və silah sistemləri mühəndisliyi
147. XTB050107 Sistemlər mühəndisliyi
148. XTB050108 İctimai təhlükəsizlik və idarəetmə

7 AYA YAZILAN DOKTORLUQ DİSSERTASİYASI VƏ. – “Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır”

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yol verilən özbaşınalıqlar, qanunları saymamazlıq haqda neçə müddətdir ki, yazılır, danışılır. “AzPolitikaşinfo”nun məlumatına görə, vəziyyət o həddə çatıb ki, iqtisadiyat üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət edib.

“Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz işlərə müsbət rəy yazdırır”

Onlar yazırlar: “Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. M üəyyən qədər müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır . Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.

Diqqət edin: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.

Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.

7 aya yazılan doktorluq dissertasiyası müzakirəyə çıxarılıb!

Ekspert Şurasının üzvləri haqlı olaraq qeyd edirlər ki, elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar. Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarır. Bundan başqa Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.

“Özbaşınalığın dərəcəsinə fikir verin: Vəli Hüseynov 4 iyul 2018-ci il tarixdə AAK-ın Rəyasət Heyətinin iclasında bu qanunsuzluğa etiraz edən ekspertləri cəzalandırmaq məqsədilə Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifini vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Ekspert Şurasının sədri isə bildirib ki, heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verməyib”.

Prezidentə şikayət edənlər daha sonra konkret faktlar göstərirlər. Məsələn:

Vəli Hüseynovun idarəçiliyi dövründə yazılan müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazılanlar müsbət həll olunub . Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən Ekspert Şurasının üzvlərinin xəbəri olmayıb.

– Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola bilər.

Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir.

Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.

Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır, amma.

“Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə, doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi şəkildə həllini tapmalıdır. Bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinə nəzər salaq:

1. ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).

2. Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).

3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02.2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).

4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay).

5. Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay).

Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert Şurasına dəfələrlə cağırılıb və müsbət qərarlar alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiyasından fərqli olaraq, doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də, dissertasiyalarının təsdiqı 10-40 ay yubadılıb.

Lakin bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə diqqət edək:

1. SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.

2. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.

Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən nə zaman Dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir.

M.Rüstəmov

Şərhlər

Abdulrzayev 2022-03-11 17:58:15

Vıli Hüseynov rüsvətlə təyin edildiyindən indi də verdiyini geri qaytarır.Plaqiat işlər bəs necə keçər? Ölkə rüşvətlə idarə olunur.

Elmi işçi 2018-09-03 14:23:58

Azərbaycanda son 40-50 ildə bir dənə də oldsa fundamental elmi iş,ixtira, açılış edə bilməyən Azərbaycan Elmlər Akademiyasına hər il büdcə ayırmaları,əlavə məsrəflər ayrılır, səviyyəsiz,köçürülmə,lazımsız mövzulardan ibarət işlərə veilən saxta elmi adlar ( işin harasısır ki, S.Novruzov da doktor diplomuna sahibdir) verilir,buna isə heç bir qurum nəzarət etmir və ya bütün yaramazlıqlar bağışlanılır.Səbəb?

Fazail Hasanli Goycay 2018-09-03 14:23:58

Qaz magistralina qanunsuz qosulmalara gore rayonlarda yigilan pullar Azerqazda Ruslana verilir o da hemen pullarnan sellenir ozucun. Istese srazi akademek diplomu da alar hele Ludmila da saxliyar. Eslinde bele memura hec Babayaqa da palojnu doyul. Gedib daglarda qoyununu otarsa daha yaxsi olar. Eybi yox onun da medesinin yuylan gunu geler.

Oil Engineer 2018-09-03 14:23:58

V.Huseynovun xaricde Azerbaycan elmini nece teqdim etdiyini onun xarici dovletlerden aldigi mukafatlardan gormek olar.En azi MQU-nu bitiren tek Azeri ziyalilarindan biridir.Ishindeki noqsanlara etrafindaki kohne ishciler gerek imkan vermeyerdi.

Agdamlı balasından nabranlı Əmrullaya 2018-09-03 14:23:58

Can qardaş, yamanca az dedin, amma tam saz dedin. elmlər doktoru ordusuna qatılmaq iddiasında olan, bütün həyat yolu plagiatlıqdan keçən bu Ruslan Əliyev Azəriqaz İB-də özünün gizli mənimsəmə mexanizmini qurub. İşə qəbul, təyinat, yerdəyişmə və sair kadr məsələlərini özcaynağına keçirən Ruslan heç Əkbər Hacıyevi də vecinə almır. Belə olmasaydı o, qaçqın kimi Mingəçevirdə yaşayan, Neft Akademiyasını bitirmiş qardaşım Həsənov Orxan Sabir oğlunu heç olmasa adi çilingər kimi işə pulsuz götürərdi. Lənət

Emrulla nabran 2018-09-03 14:23:58

Ay bunun yemiw kellesine quzu kesim ele. Bes nice bilmiwdiz siz. Ele bilirdiz bu Ruslan Mingecevirden olan Ludmilasina Nabranda bagiwladigi villani halal maawiynan alibdi. Ay hay daniwanda duzlukdan dem vuran bu dahi elm fedaisi magistiral xetden ogurruyub castni abyektdere satdigi qaza gore heray 100 minnen artiq pul qazanir helede. Iki kelmeni sparkalkasiz danwa bilmiyen bu weyx Nesrulah yeqin ziyat semezadenin acigna akademik olmax istiyir. Istiyibse olacax ozude cox tez. Cunki haram parasi lap coxdu.

BURA SADECE 2018-09-03 14:23:58

AKADEMIKLER ISE PUL YIGAN MAKLERLER

helime 2018-09-03 14:23:58

azerbaycanda neche elmler doktoru-cerrah var ki, neinki,emeliyyat etmek,hetta emeliyyat kesiyi bele apara bilmirler.Hele gunde gobelek kimi biten, televiziyadan ozunu reklam eden,hechne bacarmayan felsefe doktorlarini demirem.Eger sehiyye(sohbet insan heyatindan) bu gundedirse ve gelecek hekime ders deyen muellim ozu hechne bacarmirsa,gorun bashqa saheler ne gundedor?Hamimiz qocalacagiq,amma bu gun kafedralarin ekser pedaqoqlari insult kechirmish,chox qocalmish,ayaq uste gucle duran,xeste insanlardi

Asif 2018-09-03 14:23:58

salam, hörmətli azpolitika. Bu müraciət tezadlar.az-da dərc olunub, müraciətin originalı bizdədir. İlkin mənbəyə istinad etsəydiniz, Vəli müəllimin xətrinə dəyərdi?

Ramiz Nasirov 2018-09-03 14:23:58

Vəli müəllimi şəxsən tanıyan biri kimi bu yazının tam iftira olduğunu bildirirəm.

Azərbaycanlı 2018-09-03 14:23:58

Azərbaycanda elm tənəzzül edib. üçün elmi ad almaq roblem deyil.Çünki aşağıdan yuxarıya qədər Azərbaycan . Kim buna nəzar t edəcək ki?

Fəxrəddin 2018-09-03 14:23:58

Vəli Hüseynov həm böyük alim, həm də görkəmli elm təşkilatçısıdır. O, AAK-nın nüfuzunu qaldırmaq üçün çox böyük işlər görür. Bu materialı yazanlar əvvəlki dövrün qayıtmasını istəyənlərdir, amma bu mümkün deyil. V.Hüseynovun AAK-da gördüyü işlər, sağlam elmi mühit yaratmaq səyləri belələrinə sərf etmir.Ona görə də onu uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırlar.Amma bu nömrə də keçməyəcək

Aslan 2018-09-03 14:23:58

Dünya şöhrətli alim Azad Mirzəcanzadəni VAK-dan uzaqlaşdırandan bilmirdiniz axırı belə olacaq?

elcin-jurnalist 2018-09-03 14:23:58

ruslan eliyev istedadli gencdir-elmi ve dunyagorusu yuksek olan kadrdir. Onu taniyan biri kimi deye bilerem ki o daim o uzerinde calisan-muasir elm ve texnikani mukemmel bilen ziyalidir.

Həbibə 2018-09-03 14:23:58

Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun .

Shahin 2018-09-03 14:23:58

“Konyukturshik” VAKa qarshi pozuculuq fealyyetine start verdi.

məmmədqulu 2018-09-03 14:23:58

Adabəda müəllim pul qazanır da bə.

EWDER 2018-09-03 14:23:58

AZERBAYCANIN NEYI VAR KI,ELMIDE OLSUN. ALIM,MALIM BOW WEYDI. NAZPERIDEN SORUWUN,INANMIRSINIZSA,EWDER OL CANI. ESAS INKIWAFDU. KEYF ELEYIN

Tosun paşa 2018-09-03 14:23:58

Siyaquşun, Ruslanın, Hadının və bunlarabənzərlərin doktorluğuna niyə belə aqressivlik edir bu millət mən anlaya bilmirəm. İnsafən deyin görək öz sahələrində onlardan daha yüksək zirvə fəth edən kadrımız varmı? Yox, əsla Siyaquşdan yaxşı kulinar olmadığından ona kotlretşünaslıq doktoru, Ruslana qanunsuz qoşulma doktoru, Hadıya hasartikmə doktoru, Zahidə sabunbişirmə doktoru və s. fəxri adlar vermək məgər ən doğru seçim deyilmi? Ruslandakı fırasət tam fısqırıqdır. 7-cə aya alimi-üləma ola bilib talant yiyəsi

Həbibə 2018-09-03 14:23:58

Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun nümayəndələrinin fəaliyyətinə start verilib.

Comments are closed, but trackbacks and pingbacks are open.