Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib – SİYAHI
AZERBAYCANIN NEYI VAR KI,ELMIDE OLSUN. ALIM,MALIM BOW WEYDI. NAZPERIDEN SORUWUN,INANMIRSINIZSA,EWDER OL CANI. ESAS INKIWAFDU. KEYF ELEYIN
Azərbaycanda diplomu tanınan universitetlərin adları – SİYAHI
Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanınan universitetlərin siyahısını açıqlayıb.
Day.Az ann.az-a istinadən xəbər verir ki, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.
Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 ali məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.
Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.
Diplomları Azərbaycanda tanınan universitetlərin tam siyahısı ilə aşağıdakı linkdə tanış ola bilərsiz:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib – SİYAHI
Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təsdiq edilib – SİYAHI Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
12 Fevral , 2019 08:35
https://static.report.az/photo/62407242-833b-478a-b68b-ce6142217032.jpg
Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. “Report” xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.
Sıra №-si |
İxtisasların (proqramların) şifri və adı | |
1 | 2 | 3 |
1. Təhsil ixtisasları qrupu | ||
1. | 050101 | Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
2. | 050102 | Biologiya müəllimliyi |
3. | 050103 | Coğrafiya müəllimliyi |
4. | 050104 | Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) |
5. | 050105 | Fizika müəllimliyi |
6. | 050106 | Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi |
7. | 050107 | İbtidai sinif müəllimliyi |
8. | 050108 | İnformatika müəllimliyi |
9. | 050109 | Kimya müəllimliyi |
10. | 050110 | Kimya və biologiya müəllimliyi |
11. | 050111 | Korreksiyaedici təlim |
12. | 050112 | Məktəbəqədər təhsil |
13. | 050113 | Musiqi müəllimliyi |
14. | 050114 | Riyaziyyat müəllimliyi |
15. | 050115 | Riyaziyyat və informatika müəllimliyi |
16. | 050116 | Tarix müəllimliyi |
17. | 050117 | Tarix və coğrafiya müəllimliyi |
18. | 050118 | Təhsildə sosial-psixoloji xidmət |
1 | 2 | 3 |
19. | 050119 | Təsviri incəsənət müəllimliyi |
20. | 050120 | Texnologiya müəllimliyi |
21. | 050121 | Xarici dil müəllimliyi (dillər üzrə) |
2. Humanitar və sosial ixtisaslar qrupu | ||
22. | 050201 | Beynəlxalq münasibətlər |
23. | 050202 | Dinşünaslıq |
24. | 050203 | Dövlət və ictimai münasibətlər |
25. | 050204 | Fəlsəfə |
26. | 050205 | Filologiya (dil və ədəbiyyat göstərilməklə) |
27. | 050206 | Hüquqşünaslıq |
28. | 050207 | İşlamşünaslıq |
29. | 050208 | Jurnalistika |
30. | 050209 | Kitabxanaçılıq və informasiya fəaliyyəti |
31. | 050210 | Politologiya |
32. | 050211 | Psixologiya |
33. | 050212 | Regionşünaslıq (regionlar üzrə) |
34. | 050213 | Sosiologiya |
35. | 050214 | Tarix |
36. | 050215 | Tərcümə (dillər üzrə) |
3. Mədəniyyət və incəsənət ixtisasları qrupu | ||
37. | 050301 | Aktyor sənəti |
38. | 050302 | Bədii yaradıcılıq və ekran dramaturgiyası |
39. | 050303 | Bəstəkarlıq |
40. | 050304 | Dekorativ-tətbiqi sənət (sahələr üzrə) |
41. | 050305 | Dirijorluq (sahələr üzrə) |
42. | 050306 | Dizayn (sahələr üzrə) |
43. | 050307 | Heykəltəraşlıq |
44. | 050308 | İnstrumental ifaçılıq (sahələr üzrə) |
45. | 050309 | Musiqişünaslıq |
46. | 050310 | Muzey, arxiv işi və abidələrin qorunması |
47. | 050311 | Operator sənəti |
1 | 2 | 3 |
48. | 050312 | Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) |
49. | 050313 | Qrafika |
50. | 050314 | Rejissorluq |
51. | 050315 | Rəngkarlıq |
52. | 050316 | Sənətşünaslıq (sahələr üzrə) |
53. | 050317 | Vokal sənəti (sahələr üzrə) |
54. | 050318 | Xoreoqrafiya sənəti (sahələr üzrə) |
4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu | ||
55. | 050401 | Beynəlxalq ticarət və logistika |
56. | 050402 | Biznesin idarə edilməsi |
57. | 050403 | Davamlı inkişafın idarə edilməsi |
58. | 050404 | Dövlət və bələdiyyə idarəetməsi |
59. | 050405 | İqtisadiyyat |
60. | 050406 | Maliyyə |
61. | 050407 | Marketinq |
62. | 050408 | Menecment |
63. | 050409 | Mühasibat |
64. | 050410 | Statistika |
5. Təbiət ixtisasları qrupu | ||
65. | 050501 | Biologiya |
66. | 050502 | Biotexnologiya |
67. | 050503 | Coğrafiya |
68. | 050504 | Ekologiya |
69. | 050505 | Fizika |
70. | 050506 | Geologiya |
71. | 050507 | Hidrometeorologiya |
72. | 050508 | Kimya |
73. | 050509 | Kompüter elmləri |
74. | 050510 | Mexanika |
75. | 050511 | Riyaziyyat |
1 | 2 | 3 |
6. Texniki və texnoloji ixtisaslar qrupu | ||
76. | 050601 | Aerokosmik mühəndislik |
77. | 050602 | Aqromühəndislik |
78. | 050603 | Aviasiya təhlükəsizliyi mühəndisliyi |
79. | 050604 | Cihaz mühəndisliyi |
80. | 050605 | Dəniz naviqasiyası mühəndisliyi |
81. | 050606 | Ekologiya mühəndisliyi |
82. | 050607 | Elektrik və elektronika mühəndisliyi |
83. | 050608 | Energetika mühəndisliyi |
84. | 050609 | Gəmi energetik qurğularının istismarı mühəndisliyi |
85. | 050610 | Gəmiqayırma və gəmi təmiri mühəndisliyi |
86. | 050611 | Geofizika mühəndisliyi |
87. | 050612 | Geomatika və geodeziya mühəndisliyi |
88. | 050613 | Hava nəqliyyatının hərəkətinin təşkili |
89. | 050614 | Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi |
90. | 050615 | İnformasiya təhlükəsizliyi |
91. | 050616 | İnformasiya texnologiyaları |
92. | 050617 | İnşaat mühəndisliyi |
93. | 050618 | Kimya mühəndisliyi |
94. | 050619 | Kommunikasiya sistemləri mühəndisliyi |
95. | 050620 | Kompüter mühəndisliyi |
96. | 050621 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi |
97. | 050622 | Maşın mühəndisliyi |
98. | 050623 | Materiallar mühəndisliyi |
99. | 050624 | Mədən mühəndisliyi |
100. | 050625 | Meliorasiya mühəndisliyi |
101. | 050626 | Memarlıq |
102. | 050627 | Metallurgiya mühəndisliyi |
103. | 050628 | Mexanika mühəndisliyi |
1 | 2 | 3 |
104. | 050629 | Mexatronika və robototexnika mühəndisliyi |
105. | 050630 | Mühəndis fizikası |
106. | 050631 | Neft-qaz mühəndisliyi |
107. | 050632 | Nəqliyyat mühəndisliyi |
108. | 050633 | Nəqliyyat tikintisi mühəndisliyi |
109. | 050634 | Proseslərin avtomatlaşdırılması mühəndisliyi |
110. | 050635 | Qida mühəndisliyi |
111. | 050636 | Radiotexnika və telekommunikasiya mühəndisliyi |
112. | 050637 | Şəhərsalma |
113. | 050638 | Sənaye mühəndisliyi |
114. | 050639 | Uçuş mühəndisliyi |
115. | 050640 | Yanğın təhlükəsizliyi mühəndisliyi |
7. Kənd təsərrüfatı ixtisasları qrupu | ||
116. | 050701 | Aqronomluq |
117. | 050702 | Bağçılıq və tərəvəzçilik |
118. | 050703 | Balıqçılıq |
119. | 050704 | Baytarlıq təbabəti |
120. | 050705 | Bitki mühafizəsi |
121. | 050706 | Meşəçilik |
122. | 050707 | Şərabçılıq |
123. | 050708 | Su bioehtiyatları və akvakultura |
124. | 050709 | Torpaqşünaslıq və aqrokimya |
125. | 050710 | Yerquruluşu və daşınmaz əmlakın kadastrı |
126. | 050711 | Zoomühəndislik |
8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu | ||
127. | 050801 | Bədən tərbiyəsi və idmanda reabilitasiya |
128. | 050802 | Əczaçılıq |
129. | 050803 | Fizioterapiya və tibbi reabilitasiya |
130. | 050804 | İdman menecmenti və kommunikasiya |
131. | 050805 | Məşqçilik |
1 | 2 | 3 |
132. | 050806 | Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) |
133. | 050807 | Sosial iş |
134. | 050808 | Tibb bacısı işi |
135. | 050809 | Turizm bələdçiliyi |
136. | 050810 | Turizm işinin təşkili |
9. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu | ||
137. | 050901 | Hərbi tibb |
138. | 050902 | İctimai səhiyyə |
139. | 050903 | Stomatologiya |
140. | 050904 | Tibb |
10. Xüsusi təyinatlı ixtisaslar qrupu | ||
141. | XTB050101 | Hərbi kompozisiya materialları mühəndisliyi |
142. | XTB050102 | Hərbi rabitə vasitələri mühəndisliyi |
143. | XTB050103 | Optotexnika mühəndisliyi |
144. | XTB050104 | Pirotexniki və partladıcı vasitələr mühəndisliyi |
145. | XTB050105 | Sərhəd təhlükəsizliyi və idarəetmə |
146. | XTB050106 | Silah və silah sistemləri mühəndisliyi |
147. | XTB050107 | Sistemlər mühəndisliyi |
148. | XTB050108 | İctimai təhlükəsizlik və idarəetmə |
7 AYA YAZILAN DOKTORLUQ DİSSERTASİYASI VƏ. – “Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır”
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında yol verilən özbaşınalıqlar, qanunları saymamazlıq haqda neçə müddətdir ki, yazılır, danışılır. “AzPolitikaşinfo”nun məlumatına görə, vəziyyət o həddə çatıb ki, iqtisadiyat üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət edib.
“Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz işlərə müsbət rəy yazdırır”
Onlar yazırlar: “Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. M üəyyən qədər müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır . Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.
Diqqət edin: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.
Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.
7 aya yazılan doktorluq dissertasiyası müzakirəyə çıxarılıb!
Ekspert Şurasının üzvləri haqlı olaraq qeyd edirlər ki, elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar. Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarır. Bundan başqa Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.
“Özbaşınalığın dərəcəsinə fikir verin: Vəli Hüseynov 4 iyul 2018-ci il tarixdə AAK-ın Rəyasət Heyətinin iclasında bu qanunsuzluğa etiraz edən ekspertləri cəzalandırmaq məqsədilə Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifini vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Ekspert Şurasının sədri isə bildirib ki, heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verməyib”.
Prezidentə şikayət edənlər daha sonra konkret faktlar göstərirlər. Məsələn:
– Vəli Hüseynovun idarəçiliyi dövründə yazılan müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazılanlar müsbət həll olunub . Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən Ekspert Şurasının üzvlərinin xəbəri olmayıb.
– Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola bilər.
– Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir.
Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.
Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır, amma.
“Ali Attestasiya Komissiyasının əsasnaməsinə görə, doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi şəkildə həllini tapmalıdır. Bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinə nəzər salaq:
1. ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).
2. Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02.2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay).
5. Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay).
Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert Şurasına dəfələrlə cağırılıb və müsbət qərarlar alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiyasından fərqli olaraq, doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də, dissertasiyalarının təsdiqı 10-40 ay yubadılıb.
Lakin bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə diqqət edək:
1. SOCAR-in Elmi Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.
2. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.
Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən nə zaman Dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir.
M.Rüstəmov
Şərhlər
Abdulrzayev 2022-03-11 17:58:15
Vıli Hüseynov rüsvətlə təyin edildiyindən indi də verdiyini geri qaytarır.Plaqiat işlər bəs necə keçər? Ölkə rüşvətlə idarə olunur.
Elmi işçi 2018-09-03 14:23:58
Azərbaycanda son 40-50 ildə bir dənə də oldsa fundamental elmi iş,ixtira, açılış edə bilməyən Azərbaycan Elmlər Akademiyasına hər il büdcə ayırmaları,əlavə məsrəflər ayrılır, səviyyəsiz,köçürülmə,lazımsız mövzulardan ibarət işlərə veilən saxta elmi adlar ( işin harasısır ki, S.Novruzov da doktor diplomuna sahibdir) verilir,buna isə heç bir qurum nəzarət etmir və ya bütün yaramazlıqlar bağışlanılır.Səbəb?
Fazail Hasanli Goycay 2018-09-03 14:23:58
Qaz magistralina qanunsuz qosulmalara gore rayonlarda yigilan pullar Azerqazda Ruslana verilir o da hemen pullarnan sellenir ozucun. Istese srazi akademek diplomu da alar hele Ludmila da saxliyar. Eslinde bele memura hec Babayaqa da palojnu doyul. Gedib daglarda qoyununu otarsa daha yaxsi olar. Eybi yox onun da medesinin yuylan gunu geler.
Oil Engineer 2018-09-03 14:23:58
V.Huseynovun xaricde Azerbaycan elmini nece teqdim etdiyini onun xarici dovletlerden aldigi mukafatlardan gormek olar.En azi MQU-nu bitiren tek Azeri ziyalilarindan biridir.Ishindeki noqsanlara etrafindaki kohne ishciler gerek imkan vermeyerdi.
Agdamlı balasından nabranlı Əmrullaya 2018-09-03 14:23:58
Can qardaş, yamanca az dedin, amma tam saz dedin. elmlər doktoru ordusuna qatılmaq iddiasında olan, bütün həyat yolu plagiatlıqdan keçən bu Ruslan Əliyev Azəriqaz İB-də özünün gizli mənimsəmə mexanizmini qurub. İşə qəbul, təyinat, yerdəyişmə və sair kadr məsələlərini özcaynağına keçirən Ruslan heç Əkbər Hacıyevi də vecinə almır. Belə olmasaydı o, qaçqın kimi Mingəçevirdə yaşayan, Neft Akademiyasını bitirmiş qardaşım Həsənov Orxan Sabir oğlunu heç olmasa adi çilingər kimi işə pulsuz götürərdi. Lənət
Emrulla nabran 2018-09-03 14:23:58
Ay bunun yemiw kellesine quzu kesim ele. Bes nice bilmiwdiz siz. Ele bilirdiz bu Ruslan Mingecevirden olan Ludmilasina Nabranda bagiwladigi villani halal maawiynan alibdi. Ay hay daniwanda duzlukdan dem vuran bu dahi elm fedaisi magistiral xetden ogurruyub castni abyektdere satdigi qaza gore heray 100 minnen artiq pul qazanir helede. Iki kelmeni sparkalkasiz danwa bilmiyen bu weyx Nesrulah yeqin ziyat semezadenin acigna akademik olmax istiyir. Istiyibse olacax ozude cox tez. Cunki haram parasi lap coxdu.
BURA SADECE 2018-09-03 14:23:58
AKADEMIKLER ISE PUL YIGAN MAKLERLER
helime 2018-09-03 14:23:58
azerbaycanda neche elmler doktoru-cerrah var ki, neinki,emeliyyat etmek,hetta emeliyyat kesiyi bele apara bilmirler.Hele gunde gobelek kimi biten, televiziyadan ozunu reklam eden,hechne bacarmayan felsefe doktorlarini demirem.Eger sehiyye(sohbet insan heyatindan) bu gundedirse ve gelecek hekime ders deyen muellim ozu hechne bacarmirsa,gorun bashqa saheler ne gundedor?Hamimiz qocalacagiq,amma bu gun kafedralarin ekser pedaqoqlari insult kechirmish,chox qocalmish,ayaq uste gucle duran,xeste insanlardi
Asif 2018-09-03 14:23:58
salam, hörmətli azpolitika. Bu müraciət tezadlar.az-da dərc olunub, müraciətin originalı bizdədir. İlkin mənbəyə istinad etsəydiniz, Vəli müəllimin xətrinə dəyərdi?
Ramiz Nasirov 2018-09-03 14:23:58
Vəli müəllimi şəxsən tanıyan biri kimi bu yazının tam iftira olduğunu bildirirəm.
Azərbaycanlı 2018-09-03 14:23:58
Azərbaycanda elm tənəzzül edib. üçün elmi ad almaq roblem deyil.Çünki aşağıdan yuxarıya qədər Azərbaycan . Kim buna nəzar t edəcək ki?
Fəxrəddin 2018-09-03 14:23:58
Vəli Hüseynov həm böyük alim, həm də görkəmli elm təşkilatçısıdır. O, AAK-nın nüfuzunu qaldırmaq üçün çox böyük işlər görür. Bu materialı yazanlar əvvəlki dövrün qayıtmasını istəyənlərdir, amma bu mümkün deyil. V.Hüseynovun AAK-da gördüyü işlər, sağlam elmi mühit yaratmaq səyləri belələrinə sərf etmir.Ona görə də onu uzaqlaşdırmaq üçün hər vasitəyə əl atırlar.Amma bu nömrə də keçməyəcək
Aslan 2018-09-03 14:23:58
Dünya şöhrətli alim Azad Mirzəcanzadəni VAK-dan uzaqlaşdırandan bilmirdiniz axırı belə olacaq?
elcin-jurnalist 2018-09-03 14:23:58
ruslan eliyev istedadli gencdir-elmi ve dunyagorusu yuksek olan kadrdir. Onu taniyan biri kimi deye bilerem ki o daim o uzerinde calisan-muasir elm ve texnikani mukemmel bilen ziyalidir.
Həbibə 2018-09-03 14:23:58
Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun .
Shahin 2018-09-03 14:23:58
“Konyukturshik” VAKa qarshi pozuculuq fealyyetine start verdi.
məmmədqulu 2018-09-03 14:23:58
Adabəda müəllim pul qazanır da bə.
EWDER 2018-09-03 14:23:58
AZERBAYCANIN NEYI VAR KI,ELMIDE OLSUN. ALIM,MALIM BOW WEYDI. NAZPERIDEN SORUWUN,INANMIRSINIZSA,EWDER OL CANI. ESAS INKIWAFDU. KEYF ELEYIN
Tosun paşa 2018-09-03 14:23:58
Siyaquşun, Ruslanın, Hadının və bunlarabənzərlərin doktorluğuna niyə belə aqressivlik edir bu millət mən anlaya bilmirəm. İnsafən deyin görək öz sahələrində onlardan daha yüksək zirvə fəth edən kadrımız varmı? Yox, əsla Siyaquşdan yaxşı kulinar olmadığından ona kotlretşünaslıq doktoru, Ruslana qanunsuz qoşulma doktoru, Hadıya hasartikmə doktoru, Zahidə sabunbişirmə doktoru və s. fəxri adlar vermək məgər ən doğru seçim deyilmi? Ruslandakı fırasət tam fısqırıqdır. 7-cə aya alimi-üləma ola bilib talant yiyəsi
Həbibə 2018-09-03 14:23:58
Yəqin Vəli Hüseynovu devirmək istəyən qrupun nümayəndələrinin fəaliyyətinə start verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.