Press "Enter" to skip to content

Muasir azərbaycan ədəbi dilinin mormaları

Fonetik normada dəyişmə gec olur. Orfoepik və orfoqrafik normanın pozulması fonetik normanın pozulması deməkdir.

Azərbaycan ədəbi dilinin arxaik morfemləri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Sərhad qızı Sadıqovanın Qərbi Azərbaycan şivələri ilə müqayisə əsasında yazdığı «Azərbaycan ədəbi dilinin arxaik morfemləri» kitabı nəşr olunmuşdur. Kitabın elmi readktoru filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov, rəyçilər filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Məmmədli, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Kazımov, filologiya üzrə elmlər doktoru, professor Kamil Bəşirovdur.
Monoqrafiyada ədəbi dil, dialektlər, bunların bir-birinə qarşılıqlı təsiri məsələləri araşdırılmış, müasir Azərbaycan ədəbi dilində arxaikləşmiş, Qərbi Azərbaycan şivələrində işlək olan morfemlər tədqiqata cəlb edilmiş, bunlar Azərbaycan ədəbi dilinə aid yazılı abidələrlə, həmçinin qədim türk yazılı abidələri ilə, digər türk dilləri ilə, türk dillərinə və dialektlərinə aid lüğətlərlə müqayisə olunaraq, oxşar və fərqli xüsusiyyətlər müəyyənləşdirilmişdir.
Kitab tələbələr, magistrant və doktorantlar, dilçi mütəxəssislər, həmçinin Azərbaycan ədəbi dilinin tarixi, tarixi qrammatika və dialektologiya ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Əzəli Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın (indiki Ermənistanın) köklü sakinləri – Azərbaycan türkləri doğma yurd-yuvalarından ermənilər tərəfindən didərgin salınmış, nəticədə Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmışlar. Bu bölgənin dərindən öyrənilməsi, o cümlədən dialekt və şivə materiallarının tədqiq olunması elmi, siyasi əhəmiyyəti olan bir işdir. Həm də müqəddəs işdir, dilinə millətinə dəyər verən hər bir kəsin vətəndaşlıq missiyasıdır. Bu mənada belə bir mövzuda tədqiqat aparmaq, yəni Qərbi Azərbaycan şivələrini tədqiq etmək tarixi zərurətdən yaranmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyində Qərbi Azərbaycan şivələrində işlək olan, müasir ədəbi dil baxımından arxaikləşmiş morfemlər tədqiqata cəlb edilməmişdir. Bu sahədəki boşluğu aradan qaldırmaq yolunda Sevinc Sadıqovanın yazdığı “Azərbaycan ədəbi dilinin arxaik morfemləri (Qərbi Azərbaycan şivələri ilə müqayisədə)” adlı monoqrafiyası ilk tədqiqat işlərindən olması baxımından aktualdır. Heç şübhəsiz ki, bu istiqamətdə yazılmış hər bir tədqiqat işi xalqımızın təkcə dili deyil, həm də tarixi, mədəniyyəti, dünyagörüşü, etnoqrafiyası barədə dolğun təəssürat yaradır.
Monoqrafiyada Qərbi Azərbaycan şivələrində işlək olan, lakin müasir Azərbaycan ədəbi dilində arxaikləşmiş şəkilçi morfemlər – sözdüzəldici şəkilçilər, hal, mənsubiyyət, şəxs-xəbərlik kateqoriyalarının şəkilçiləri, həmçinin müstəqil leksik mənaya malik olmayan kök morfemlər – köməkçi və xüsusi nitq hissələri S.Sadıqova tərəfindən qruplaşdırılmış, onların xüsusiyyətləri izah olunmuş, tarixən ədəbi dildə işlənməsinə dair yazılı abidələrdən kifayət qədər nümunələr verilmişdir.
Monoqrafiya 6 fəsildən ibarətdir. I fəsildə ədəbi dil, onun xüsusiyyətləri, Azərbaycan ədəbi dili, onun dövrləşdirilməsi məsələlərindən bəhs olunmuş, II fəsildə dialektlər və bunların ədəbi dillə qarşılıqlı münasibəti probleminə aydınlıq gətirilmişdir. Monoqrafiyanın III fəsli Qərbi Azərbaycan şivələri, bunların təsnifi məsələlərinə həsr olunmuşdur.
IV fəsildə Qərbi Azərbaycan şivələrində işlənən sözdüzəldici – leksik şəkilçiləri ad düzəldən və feil düzəldən leksik şəkilçilər olmaqla iki qrupa ayıran müəllif ad düzəldən şəkilçiləri adlardan ad düzəldən (-dəm – ərdəm; -gən//-yən – ər¬gən//əryən; -kək//-kəx` – erkək//erkəx`; -kəc//-kəş – erkəc// erkəş; -qa – qaşqa; -ax – yalax; -axlı – adaxlı; -t – qurut; -su – qurumsu; -əm – ələm; -ə – küpə; -dıc//-dış – sağdıc//sağdış və s.) və feillərdən ad düzəldən (-nax – yığnax, -nək//-nəx` – dərnəx`, -ək//əx` – gərdəx`, -ət – ölət, -ğa – qovğa, -aş//-ac – oynaş//oynac, -az – boğaz, -mur – yağmur, -uq//-ıx – qazıx, yavıx, -k – görk, -mac//-maş – doğramac, bulamac, yaxmac, tutmaş, -maq//-max – yaşmax, -pək//-pəx` – əppəx` və s.) şəkilçilər kimi qruplaşdırmışdır. Feil düzəldən şəkilçilər kimi -an//-ən, -al//-əl, -la//-lə, -ət və s. şəkilçiləri müəyyənləşdirmiş, bunların hər birinə aid həm Qərbi Azərbaycan şivələrindən (üşənməx`, oŋalmax, ağırramax, gözətdəməx`, alınmax), həm də Azərbaycan dilinə aid yazılı abidələrdən nümunələr verərək müqayisələr aparmışdır.
Əsərin V fəsli ümumi qrammatik kateqoriyaların Qərbi Azərbaycan şivələrində işlənən, müasir ədəbi dildə arxaikləşmiş morfemlərinin təhlilinə həsr olunmuşdur. Müəllif hal kateqoriyasına aid, xüsusilə, yiyəlik, yönlük, təsirlik hallarda özünü göstərən fərqli morfemləri və hal əvəzlənmələrini araşdırmışdır. Həmçinin mənsubiyyət və şəxs-xəbərlik kateqoriyasının, feil formalarının Qərbi Azərbaycan şivələri üçün xarakterik olan morfemlərini (-ıŋ4, – ıŋız4; -ıyam, -ım4, -saŋ2, -sıŋız4; -ağın,-əyin, -gınan,-ynan və s.) də təhlil edərək, yazılı ədəbi dil nümunələri və digər türk dilləri ilə müqayisələr aparmışdır.
Monoqrafiyanın VI fəslində Qərbi Azərbaycan şivələrində işlənən, müasir ədəbi dil baxımından arxaikləşmiş köməkçi və xüsusi nitq hissələrindən bəhs olunur. Bu fəsildə ədəbi dildə arxaikləşmiş qoşmalar (gəz, yol, kərə, qat, ayrı, yana, -tan, -tən), ədatlar (ta, ha, di), nidalar (ərə, bıy//buy) tədqiqata cəlb olunmuşdur.

Kriteri.az

Daxil olundu: 07.11.2018 » Oxundu: 1902
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!
Bu bölmənin digər xəbərləri
Kriteri – İctimai-siyasi, hüquq qəzetinin onlayn saytı.

  • Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz. info@kriteri.az

Sayt rəhbərliyi

  • Baş redaktor: C. Aqil
  • Redaktor: G. Cəfərov
  • Redaktor müavini: K.Röya

Bəyəndin? Paylaş!

Kriteri.az © 2008-2023.

İctimai-siyasi, hüquq qəzetinin onlayn saytı. Müəllif hüquqları qorunur.

Ədəbi dilin normaları

Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları əsasında fəaliyyət göstərən formasıdır, yəni xalq dilinin cilalanmış təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir. Ədəbi dil bütün üslubların sistemidir.

Ədəbi dilin yazılı və şifahi formaları var.

Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür normalılıq (normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin daxili quruluşunu əks etdirməsindən irəli gəlir.

Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Müasir Azərbaycan ədəbi dilinin normaları da buna uyğundur:

  • fonetik norma (orfoqrafik və orfoepik).
  • leksik, yaxud leksik-semantik norma.
  • qrammatik

Fonetik norma

Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma, tələffüz qaydası isə orfoepik norma adlanır.

Fonetik normada dəyişmə gec olur. Orfoepik və orfoqrafik normanın pozulması fonetik normanın pozulması deməkdir.

Leksik norma

Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.

Leksik (leksik-semantik) normanın keyfiyyətini milli leksika müəyyən edir. Alınma sözlərin forma və məzmunca milliləşməsi həmin leksik mühitdə gedir. Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.

Milli leksika (əsl türk sözləri) ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək işlənmə tezliyinə malikdir. İkinci yeri milliləşmiş alınma leksika tutur.

Ədəbi dildə söyüşlərə, kobud və loru sözlərə yer verilmir.

Dilimizdə özləşmə meylləri

Özləşmə deyəndə alınma sözlərin yerində millisini işlətmə meyli nəzərdə tutulur. Dilimizdə XX əsrin 60-cı illərindən başlayaraq özləşmə meyilləri müşahidə olunur.

Özləşmə hər cür yeni söz yaradıcılığı demək deyil. Bu proses daha çox mövcud alınma sözlərin işlədilməsi əleyhinə yönəlir və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olur.

Özləşmə üç yolla gedir:

  • 1) hər hansı yazıçının qədim mənbələrdən, xalq dilindən söz götürməsi və ya mövcud oxşarlıq əsasında söz yaratmasıyolu ilə;
  • 2) cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı «söz partlayışı» yolu ilə;
  • 3) türk dillərinin təsiri ilə

Vaxtilə qurultay, bildiriş, görüntü, seçki, ildönümü kimi sözlərin yaranması türkləşdirilmə prosesi ilə bağlı olmuşdur. Son zamanlar isə leksik vahidlər öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır:

duracaq, əyləc (tormoz), saxlanc (maliyyə termini kimi), dönəm (mərhələ), çağdaş (müasir), durum (vəziyyət), yüzillik (əsr), qaynaq (mənbə), özəlləşmə (xüsusiləşmə), soyqırım (genosid) nəfəslik (fortuçka), açıqca (otkrıtka), bölgə (ərazi), çimərlik.

Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da (bunlara dirilən sözlər deyilir) özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, ulu, ulus, dürlü, araşdırma.

Qrammatik norma

Qrammatik norma sözlərin düzgün əlaqələndirilməsidir:

  • Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir: üç adam, beş şagird (üç adamlar, beş şagirdlər demək yanlışdır). Belə halda qrammatik forma pozulur.
  • Adlara (isim, sifət, say və s.) kəmiyyət, mənsubiyyət, hal, xəbər kateqoriyasının əlaməti (şəkilçisi) ardıcıl artırılır: şagird-lər-iniz-in-dir; dost-lar-mız-dan-am;
  • Fel kökünə təsirlilik, növ, şəkil, şəxs-xəbər əlaməti (şəkilçisi) ardıcıl artırılır: gül-dür-ül-məli-dir; (gərək) yaz-ış-a-q;
    Onlar tez-tez bizə gələrlərdi — cümləsində qrammatik norma pozulub. Çünki idi hissəciyinin şəkilçiləşmiş variantı olan -di sırasını pozub. Bu şəkilçi -lar 2 şəkilçisindən əvvəl gəlməli idi.
  • Mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır; Sən müəllim-sən; Onlar şagird-dirlər;
  • Cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər gəlir; təyin təyin olunan cümlə üzvünün önündə işlənir; zərflik, əsasən, xəbərdən əvvələ düşür.

Nitq normalarının tarixiliyi

Norma tarixi kateqoriyadır. Məsələn, XX əsrin 30-cu illərinə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır nun adlı bir səs var idi, əlifbada xüsusi hərflə göstərilirdi: (H). Bu səs XX əsrin 30-cu illərindən sonra fonetik normativliyini itirdi.

Yaxud bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən sosializm, kommunizm, kolxoz, sovxoz və s. kimi sözlər artıq fəal nitq prosesindən çıxmışdır.

Ədəbi dilə aid müəyyən istisnalar da mövcuddur:

  • öz dövrünü keçirmiş nitq vahidləri üslublarda «ilişib» qalır;
  • yeni nitq vahidləri bir müddət normativləşmir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • Azərbaycan dili
  • , leksik norma
  • , fonetik norma
  • , qrammatik norma

Ədəbi dil. Müasir Azərbaycan ədəbi dilinin normaları.

Ədəbi dil tarixən müəyyənləşmiş möhkəm qayda -qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə xidmət edir. Ədəbi dilin iki forması vardır: şifahi ədəbi dil və yazılı ədəbi dil. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir,o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Nitqlər, çıxışlar,mühazirələr şifahi nitqə aiddir. Şifahi ədəbi dil orfoepik normalara tabe olur və səslənən dildir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir. Yazılı dil orfoqrafik normalara tabe olur, yazılan dildir. Dünyanın inkişaf etmiş ədəbi dilləri kimi Müasir Azərbaycan ədəbi dili də mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Ədəbi dilin (nitqin) tabe olduğu qayda -qanunların sisteminə ədəbi dilin normaları deyilir. Norma – müəyyən bir dövrdə sözün fonetik tərkibi və leksik mənasının, cümlənin qrammatik quruluşunun hər hansısa bir dil kollektivində obyektiv şəkildə fəaliyyətidir. Təbiidir ki, Azərbaycan ədəbi dilinin normaları dilimizin dialekt və şivələrindəki, xalq danışıq dilindəki qeyrimükəmməl, qeyri-sabit normalardan fərqlənir. Bu cür normalılıq, yəni normativlik ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin quruluşunu əks etdirməsindən irəli gəlir. Ədəbi dilin normaları bir sistem şəklində olsa da, onlarda müstəqillik də vardır. Nitq mədəniyyətinin əsas şərtlərindən biri ədəbi dilin normalarına riayət olunmasıdır. Dilin daxili quruluşunu onun səs tərkibi leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bu quruluşa uyğundur: fonetik norma; leksik yaxud leksik- semantik norma; qrammatik norma.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.