Press "Enter" to skip to content

Yozuv tarixi: uning antik davrda rivojlanishi

Yunonlar finikiyaliklardan va / yoki kan’onliklardan nom va tovush bilan bog’liq bo’lgan (“akrofoniya printsipi” deb nomlanuvchi) tartiblangan belgilar va belgilar to’plamini meros qilib oldilar.

Mühacirt tarixi

Haradır Ermənistan, kimlərdir ermənilər və ya hayların mühacirət tarixi barədə.

Azərbaycan tarixinin tədqiqi və öyrənilməsində müəyyən probləmlər hələ də mövcuddur. Bunların da həm obyektiv, həm də subyektiv səbəbləri var .

Uzun illər göstəriş və qanunlarına əməl edərək yaşadığımız kommunist rejimi dövründə ictimai elmlər, xüsusilə də tarix elmi “yuxari”dan idarə edilirdi. Həqiqəti yazmaq və əks etdirmək üçün göstərilən ən xırda cəhd çox ciddi və əsaslı təzyiqlərlə üzləşməli olurdu.
Nəticədə, bu vəziyyət ona gətirib çıxardı ki, sosialist sistemi dövrünün bütün tarixi prosesləri birtərəfli və tarixi həqiqətlərin əksinə olaraq işıqlandırıldı. Bütün SSRİ məkanında olduğu kimi, orta və ali məktəb dərdsliklərindən tutmuş elmi tədqiqat əsərlərinə kimi respublikamızda da bütün tarixi və sosial-siyasi hadisələr saxtalaşdırilaraq təqdim və şərh edilirdi.
Xalqın taleyi və həqiqi tarixi yuxarıların hərəkət və fəaliyyəti ilə pərdələnirdi, yəni əslində tarix onların dedikləri idi. Azərbaycanda Mircəfər Bağırov hakimiyyətinin elə ilk günlərindən başlayaraq ən kiçik formada belə tarix və sosial-siyasi elmlərin öyrənilməsi və tədqiqi ilə bağlı olan bir sıra sanballı alimlər aradan götürüldülər. 1941-ci ildə İ.V.Stalinin təqdimatı və rəyi ilə Qankovskinin rəhbərlik etdiyi redaksiya heyəti tərəfindən çap edilmiş “Azərbaycan tarixinin qısa kursu” Azərbaycan türkünün kimlik məsələsinə vurulan ən ağır zərbələrdən biri idi. Belə ki, “yuxarıların” göstərişi ilə bu kitabda azərbaycanlıların türk ailəsinə mənsubluğu inkar edilirdi. Bu hərəkətlərin izlərini bu gün də yumaq çox çətindir.
Azərbaycan tarixinin öyrənilməsini çətinləşdirən əsas amillərdən biri də Stalinin və digər “xadimlər”in göstərişi ilə uzun illər və əsrlər boyu Azərbaycanda tarix, fəlsəfə, hüquq və s. əsərlərin yazıldığı ərəb qrafikasının ləğvi idi. Hətta, ərəb qrafikasından latın əlifbasına keçid şərti olaraq mütərəqqi bir akt sayılsa belə, 10 ildən sonra yenidən latın əlifbası rus-kirill yazısı ilə əvəz edildi. Beləliklə, 10 il ərzində əlifbanın iki dəfə dəyişdirilməsi nəticəsində Azərbaycan xalqı süni və inzibati bir şəkildə öz tarixini, mədəniyyətini və ədəbiyyatını oxumaq, öyrənmək və tədqiq etmək imkanlarından məhrum edildi.
Bununla belə “demokratiyanın”, “ədalətin”, “bərabərliyin”, “qardaşlığın” və “beynəlmiləlçiliyin” təbliğ olunduğu SSRİ məkanında erməni və gürcü əlifbası dəyişdirilmədi. 1828-ci ildə Rusiya və İran arasında imzalanmış Türkmənçay və 1829-cu ildə Rusiya ilə Osmanlı arasında imzalanmış Ədirnə “sülh” müqavilələrindən sonra müvafiq olaraq İrandan və Türkiyədən Azərbaycan ərazisinə köçürülmüş ermənilər çox rahat bir şəkildə öz hamilərinin köməyi ilə burada özlərinə düzən qurdular, başqalarının çox çətinliklə oxuya və mütaliə edə biləcəyi bir dildə özlərinə tarix də yazıb yaratdılar, vətənlərində oturub çörəklərini yedikləri insanların “Vətən tarixini” öz adlarına yazaraq “Böyük Ermənistan” qurmaq xülyası ilə gələcəkdə həmin torpaqların işğalı və mənimsənilməsi üçün “əsaslı” elmi-nəzəri baza yaratmağa başladılar.
Azərbaycanda isə bunun tam əksi olan bir siyasət yeridildi. SSRİ rəhbərliyinin yuxarıda göstərilən siyasətinə uyğun olaraq azərbycanlıların (Azərbaycan türkləri nəzərdə tutulur) beyninə yeridildi ki, ermənilər (əslində haylar) onlara “qardaş” və “dost” bir xalqdır. Bu əsnada da Azərbaycan tarixində, mədəniyyətində və incəsənətində erməni xislətinə xidmət edəcək və onların daha rahat şəkildə Azərbaycan torpaqlarını mənimsəmək və özəlləşdirmək imkanları verildi – “Kür, Araz, Ararat, gözəldir bu həyat, qardaş olub Hayestan Azərbaycan” və ya “Gülərüzlü, istiqanlı Yerevan, əzəl gündən biz qardaşıq, Yerevan” kimi mahnı sözləri yazıldı, musiqi bəstələndi, ən mötəbər və təntənəli yığıncaqlarda dünya çaplı müğənnilərimizin ifasında səsləndi, “qardaşlıq”, “dostluq” təbliğ edilərək yaddaşlardan keçmişlərin silinməsinə hər vasitə ilə səy göstərildi.
Amma ermənilər həmişə “pusquda” dayandılar, “əlverişli fürsəti” gözlədilər. SSRİ məkanı ömrünün son günlərini yaşadığı və dağılmaq ərəfəsində olduğu bir dönəmdə (1988) ermənilər yenə də öz hamilərinin köməyindən istifadə etdilər; Ermənistan Republikası ərazisindəki 1 milyon nəfərdən çox sayda olan azərbaycanlılar əzəldən yaşadıqları dədə-baba yurdlarından qovuldular, didərgin salındılar, kiçik narazılıq göstərənlər qanlarına qəltan edildilər, Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı ermənilər və onların hamiləri tərəfindən dəhşətli və qanlı cinayətlər törədildi, 1992-ci ilin fevral ayında Xocalıda dinc və silahsız əhaliyə dünyada misli görünməmiş bir qəddarlıqla divan tutuldu. Soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can İv Yunet “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər”, – deyə qeyd etmişdir. Bundan sonra Ermənistan silahlı qüvvələrinin və yerli erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında birgə həyata keçirdikləri hərbi əməliyyatlar nəticəsində nəinki Dağlıq Qarabağ, eləcə də ona bitişik əlavə 7 rayon da işğal olundu. Beləliklə də 30 ildən çox bir müddətdir ki, Azərbaycan ərazisinin 20%-ə qədəri erməni işğalı altındadır. BMT və Avropa Şurası kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatların, çoxlu sayda aparıcı dövlətlərin bu işğal aktını pisləməsinə, Azərbaycanın beynəlxalq səviyyədə əzəli və tarixi torpaqlarının qanuni sərhədlərini tanımasına, həmin hüdudlardan işğalçı və silahlı erməni hərbi qüvvələrinin çıxarılması barədə məlum hüquqi qərarların qəbul edilməsinə ermənilər tərəfindən heç bir məhəl qoyulmur. Onlar hətta işğal etdikləri torpaqlarda ikinci erməni dövlətinin yaranmasını elan etmişlər, parlament və prezident seçkiləri keçirmişlər.
Bu gün bütün dünyanın pislədiyi bu işğal aktını, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı münaqişəni ədalətli şəkildə ən nüfuzlu beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin vasitəsilə dinc yolla həll etməyə, regionda qarşıdurmanın aradan qaldırılmasına, sülhün bərqərar olmasına bütün səylərin yönəldiyi bir şəraitdə ermənilər tamamilə bu proseslərin əleyhinə işləyirlər. Onların dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən diaspor və siyasi təşkilatları, alimləri, tədqiqatçıları, siyasətçiləri və xüsusilə də kilsələri bu yöndə xüsusi fəallıq göstərirlər. Onlar erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını özlərinin tarixi torpaqları, vətənləri hesab edirlər, bu işdə heç bir saxtakarlıqdan, demaqoqiyadan da çəkinmirlər.
Azərbaycan Respublikasının Füzuli şəhərinin şimal-qərbində 14 km-lik bir məsafədə Quruçay çayının sol sahilində dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən və 800 kv. km.sahəni əhatə etməklə dünyada iki milyon il bundan əvvələ aid olduğu sübut edilmiş ilk insan dayanacağının olduğu Azıx mağarasının yerləşdiyi ərazi 1993-cü ildən erməni işğalı altındadır. İndi Ermənistan Elmlər Akademiyasının arxeoloqları İspaniyanın, Böyük Britaniyanın müvafiq elmi dairələrinin əməkdaşlarını da cəlb etməklə “Azox” adlandırdıqları bu mağarada “tədqiqat (qazıntı) işləri aparır” və bu mağarada “ən qədim erməni” nin yaşadığını “sübut etməyə” çalışırlar. Beləliklə də ermənilər apardıqları bu qazıntı işlərinin nəticələrini siyasiləşdirməklə Dağlıq Qarabağa münasibətdə öz ərazi iddialarını əsaslandırmağa çalışırlar (http://www.armenianvandalism.az/ru_khojavand.html).
Ermənistan Dövlət İqtisad Universitetinin məzunu, “Daşnaksütun” partiyasının üzvü, 2 yanvar 2015-ci il tarixindən Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin və eləcə də Ermənistan Parlamentinin üzvü 1973-cü il təvəllüdlü Ara Nranyan özünün “Arovat” saytında çap etdirdiyi “Cənubi Qafqazda yeni bir konfiqurasiyaya ehtiyac yetişməkdədir. Konstantinopola doğru yolda . ” adlı məqaləsində heç bir tarixi fakta söykənmədən, əsassız, məntiqsiz və heç bir elmi əsasa söykənmədən Qarabağın, eləcə də bütün Azərbaycan torpaqlarının onların tarixi vətənləri olduğunu bəyan edərək yazır: “Qarabağ məsələsi – böyük erməni məsələsinin, erməni xalqının öz tarixi vətənlərində yaşamaq haqlarının bir hissəsidir”. O, özünün bu tezisini demaqoqiya yolu ilə müdafiə etməyə çalışaraq yazır ki, guya uzun illər boyu zaman-zaman bu əraziyə gəlmiş türk etnik qrupları (yəni biz azərbaycanlılar) hər bir münasib beynəlxalq şəraitdə öz proqramlarının icrası istiqamətində növbəti addım ataraq onların (yəni ermənilərin) bu haqqına etiraz edirlər. Daha sonra Ara Nranyan həmişə olduğu kimi yenə də ermənilərin “yazıq günə düşmələrinin günahını” türklərin boynuna yazmağa, özlərinin törətdikləri soyqırımları onların ayağına yazmağa çalışır və yazır: “Bölgədə etdikləri hər şey – XIX əsrin sonlarındakı qırğınlar və talanlar, 1915-ci ildə Osmanlı imperiyasındakı erməni soyqırımı, Qərbi Ermənistanın və Şərqi Ermənistanın bir hissəsinin Türkiyə tərəfindən işğalı, yüz il əvvəl xəritədə Azərbaycanın görünməsi, 1921-ci ildə ermənilərin məskunlaşdığı Naxçıvan və Qarabağın Azərbaycana verilməsi (beynəlxalq hüququ xatırladarkən nədənsə, bu xarici ərazilərin qanunsuz ilhaqı və işğalı barədə Azərbaycan susur – Ara Nranyan), bu muxtariyyətlərdə aparılan etnik təmizləmə və demoqrafik dəyişikliklər erməni yüksəkliklərini ermənilərdən təmizləmək məqsədi daşıyırdı”. A.Nranyan nəticə olaraq öz əsas məqsədlərinə işarə edərək qeyd edir ki, erməni məsələsinin həlli və vətənlərinə olan hüquqlarının bərpası bütün dünyada erməni xalqının əsas ideologiyası və vəzifəsi olmuşdur və olacaqdır.
Bundan sonra məqalə müəllifi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin çözülməsi yolundakı konkret mövqelərini də çox aydın şəkildə ifadə edərək bildirir: “Yalnız Ermənistanın hüquqlarının və ərazi bütövlüyünün bərpası erməni xalqının uzunmüddətli sülhünü, inkişafını və təhlükəsizliyini təmin edə bilər”.
Bu o deməkdir ki, Ermənistan işğal etdiyi əraziləri özlərinin “qanuni torpaqları” hesab edir və onları qaytarmaq fikri də yoxdur.
Bunun ardınca da yazı müəllifi bu məsələnin dinc yolla həllinin qeyri-mümkün olduğunu xüsusi olaraq vurğulayır və ultimativ bir şəkildə bildidir: “Bu gün bütün problemləri və çatışmazlıqları ilə Ermənistan dövləti, Ermənistandakı və Diaspordakı erməni milləti mənəvi, psixoloji və hərbi təşkilat baxımından (və yalnız bununla deyil) tarixi ədaləti bərpa etmək üçün yeni genişmiqyaslı bir layihə həyata keçirməyə hazırdır. Qətiyyətli, iddialı və bacarıqlı milli siyasi elitanın rəhbərliyi ilə ölkə və millət yeni çağırışlara cavab verə bilirlər”.
Ruben Qalikyan adlı digər erməni müəllifi də 2012-ci ildə Londonda çap etdirdiyi “Güney Qafqazda tarixlərin toqquşması. Azərbaycan, Ermənistan və İran xəritələrinin yenidən çəkilməsi” adlı kitabında bugünkü Azərbaycan Respublikası əraziləri haqqında demaqoqiya xarakterli tezisləri ortaya qoyur və sübut etməyə çalışır ki, Arazın şimalında yaradılan yeni Azərbaycan adlı ölkənin yaranması Sovet ideologiyasına uyğun bir siyasət idi və bu siyasətə uyğun olaraq tarixi saxtalaşdırmaqla İrandakı Azərbaycana da öz iddialarını irəli sürürdülər. Ona görə də Şimali Azərbaycan tarixi yenidən yazılmaqla azərbaycanlı milli kimliyinin əsasları işlənib ortaya qoyulmuşdur. Beləliklə, R.Qalikyan Azərbaycan tarixinin, həmin ərazilərə aid xəritələrin saxta və uydurma olduğu qənaətinə gəlir, bu ərazilərin tarixi Ermənistan torpaqları olduğunu əsaslandırmağa çalışır.
Bu gün Ermənistanın Azərbaycana qarşı apardığı ideoloji mübarizədə ona ən münasib və gərəkli dəstəyi İranın rəsmi hakimiyyət dairələri verir. Belə ki, hələ 2018-ci ilin oktyabr ayının 2-də İsfahan Bələdiyyəsinin Mədəni, Sosial və İdman məsələləri üzrə cəmiyyətin rəhbəri cənab Məhəmməd Eydinin İrəvan Universitetinin tələbələri ilə görüşü zamanı söylədiyi nitqi də İran və Ermənistan arasında mədəni əlaqələrin, farslarla ermənilərin dil ilişgiləri və müştərək kimlikləri məsələsinin təbliğinə həsr olunmuşdu. İran rəsmisi həmin çıxışında xüsusi olaraq vurğulamışdır ki, “Ermənistan iranlıların Qərb mədəniyyəti ilə tanış olma qapısıdır və iranlılarla ermənilər arasında heç vaxt yadlıq hissləri olmamışdır” (İran və Ərmənistan do hoviyyət-e moştərək dər do coğrafiya həstənd – İki müxtəlif coğrafiyada olan İran və Ermənistan iki müştərək kimliyə malikdirlər // https://www.imna.ir/news/354972/).
Cənab Eydinin İrəvan universitetində tələbələr qaşısında öz dövlətinin Ermənistana münasibətdə bəyan etdiyi bu mövqe daha yüksək səviyyədə, İran İslam Respublikasının İrəvandakı Fövqəladə və Səlahiyyətli səfirinin fəaliyyətində bir daha təsdiqini tapdı. Belə ki, 2020-ci ilin iyul ayının 12-də Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycana hücumundan sonra avqust ayının əvvəllərində Ermənistan Respublikasının müdafiə naziri, Sənaye və Yüksək Texnologiyalar naziri ilə görüşən İran səfiri də bildirib ki, “iki ölkə arasında mövcud olan tarixi və mədəni bağlar İranın Ermənistanla əlaqələrini möhkəmləndirməsini zəruri edir” (http://gadtb.com/tovuz-t%c9%99xribatindan-sonra-iranin-erm%c9%99nistana-h%c9%99rt%c9%99f%c9%99li-yardimi-davam-edir/).
Fəriborz Mahiryanın 2008-ci ildə Tehranda 180 səhifədə çap olunmuş “Ərmənistan” adlı kitabında da İran rəsmisi cənab M.Eydinin İran-Ermənistan münasibətləri barədə mövqeyi əsaslandırılır. Kitabda xüsusi olaraq vurğulanır ki, Ermənistan İranın qonşuluğunda onunla müştərək sərhəddə malik kiçik bir ölkədir və iki ölkənin din fərqlərinə baxmayaraq bir çox tarixi və mədəni ortaqlıqları var. Bundan əlavə, Ermənistan İran, Qafqaz və Şərqi Avropa ölkələri arasında bir körpüdür və o üzdən də İran üçün çox əhəmiyyət daşıyan bir ölkədir.
Göründüyü kimi Pəhləvi şahlıq rejimi dövründə olduğu kimi yenə də azərbaycanlılara ölkəni parçalayacaq bir qüvvə kimi baxan İran İslam Respublikasının molla rejimi də ölkə əhalisinin təqribən 41,42%-ni təşkil edən müsəlman azərbaycanlılara deyil, 0,85%-ni təşkil edən (suryanilərlə birlikdə) və farslarla eyni soykökdən olan xristian ermənilərə (Ş.Tagıyeva. Ə.Rəhimli. S.Bayramzadə.Güney Azərbaycan, “Orxan”, Bakı, 2000, s.63) bel bağlayır, onlara “ümid qapısı” kimi baxır, eyni zamanda da onlara hərtərəfli dəstək verir. Vidadi Mustafa Kamalın təbirincə desək, İrandakı hakim fars millətçiliyi tərəfdarları (əslində fars şovinistləri) ölkələrinin dağılmasına razı olarlar, Cənubi azərbaycanlıların milli hüquqlarının tanınması və təmin edilməsinə razı ola bilməzlər (“Bütöv Azərbaycan” qəzeti, say 04/377, 27 fevral 2020-ci il). Bu üzdən də İrandakı ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı təbliğat maşını onlar üçün yaradılmış və qanunla əsaslandırılmış həm mətbuat azadlığından, həm də erməni xəlifəliyi və kilsəsinin geniş fəaliyyət imkanlarından yararlanaraq çox rahat bir şəkildə anti-Azərbaycan kompaniyalarını həyata keçirə bilir.
İranda əsasən fars dilində nəşr olunan mətbuat orqanları səhifələrində gedən məqalə və yazılarda, elmi və elmi-publisistik kitablarda ermənilərin arzusunda olduqları “Böyük Ermənistan” tarixi regiondakı digər dövlətlərin, xüsusilə də Azərbaycan tarixini saxtalaşdırmaq, hətta üzərindən xətt çəkmək yolu ilə “əsaslandırılaraq” yazılır və təbliğ edilir. Əslində ermənilər İranda hakimiyyətdə olan və milli siyasəti həyata keçirən fars şovinistərinin rəsmi mövqelərindən və birbaşa dəstəyindən istifadə edərək anti-Azərbaycan əhval-ruhiyyəsini formalaşdırır, Azərbaycan türklərinin bu əraziyə sonradan gəldiklərini, hətta tarix öncəsindən belə burada məskun olan ermənilərin vətənlərini işğal edərək onları didərgin saldıqlarını təbliğ edir, azərbaycanlıların timsalında bir düşmən obrazı yaratmağa və qələmə verməyə çalışırlar.
Tədqiqat işləri və araşdırmaların nəticələrini nəşr və təbliğ edən “Tarix-e ma” (Tariximiz) saytında 2020-ci ilin 16 mart tarixində çap olunmuş “Tarix-e təməddon-e Ərmənistan-e bastan” (Qədim Ermənistanın mədəniyyət tarixi) başlıqlı iri həcmli yazıda (konkret bir müəllifin adı göstərilmir) “Böyük Ermənistan” ideyasını əsaslandırmağa cəhdlər göstərilir. Sözügedən yazıdakı “Qar-e Arni” (Arni mağarası) başlığı altında Ermənistanın regionda çox qədim bir yaşayış məskəni olduğuna işarə olunur. “Ararat dağları” başlığında Nuh əfsanəsinə əsasən qeyd edilir ki, Nuhun gəmisi yer üzünü basmış su çəkilərkən məhz Ararat dağlarında oturmuş və Nuhun gəmisində sağ qalanlar isə buradan başqa ölkələrə getmişlər. Beləliklə, vurğulanır ki, ermənilərin tarixi nəinki qədimdir, eyni zamanda bir çox xalqlar elə onlardan törəmişlər.
Yazının “Ermənistan Rusiya imperiyasının hakimiyyəti altında” adlı başlığında 1813 və 1828-ci illərdə İranla Rusiya arasında müvafiq olaraq bağlanmış Gülüstan və Türkmənçay müqavilələrinə işarə olunur və bölünən torpaqlar siyahısında İrəvanın deyil, Ermənistanın adı hallandırılır. Həmin başlıqda deyilir: “12 oktyabr 1813-cü il tarixində Qarabağ əyalətinin Gülüstan kəndində sülh müqaviləsi bağlandı və ona əsasən Qacar hakimiyyəti altında olan Şərqi Gürcüstan, Gəncə, Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Talış, Dərbənd və Ermənistanın bir hissəsi, o cümlədən Şirak və Lori əyalətləri, Qazax, Şəmşəddil sultanlıqları və Siyunik əyaləti Çar Rusiyasına verildi. 1827-ci ildə rus müharibəsi yenidən başladı və Ermənistanın Qacarların nəzarəti altındakı əraziləri ruslar tərəfindən bir-birinin ardınca işğal edildi. 10 fevral 1828-ci ildə Türkmənçay kəndində sülh müqaviləsi bağlandı və ona əsasən Şərqi Ermənistan Rusiyaya birləşdirildi. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan bir müddət sonra Rusiyanın Osmanlılarla müharibəsi başladı və Rusiya Qərbi Ermənistanın çox hissəsini işğal etdi və 1829-cu ildə Ərzurumdan da o tərəfə irəlilədi”.
Yazıda Ərəb Xilafətinin işğalından başlayan bir tarixi dövrdə Ermənistan müstəqil bir dövlət kimi təqdim olunur və göstərilir ki, Ermənistan xilafətin ən zəngin subyektlərindən olmuşdur.
“Tarix boyu Ermənistanın hərbi qüdrəti”, “Orta əsrlərdə Ermənistanda baş verən hadisələr”, “Ermənistan XIV yüzilliyin sonu və XV yüzilliyin əvvəllərində”, “Ermənistanın Luzinlər sülaləsi”, “Ermənistanın Hatumilər sülaləsi”, “Ermənilərin Kilikiya krallığı”, “Monqolların Ermənistana hücumu”, “Ermənistanın Zakaridlər sülaləsi”, “Ermənistan Səlcuqilər dövründə”, “Ermənistan tarixində baqrationlar”, “Ərəblərin Ermənistana hücumu”, “Ermənilər və Sasani şahları”, “Ermənistan tarixində mamikonlar”, “Ermənistanın Əşkanilər sülaləsi”, “Ermənistan tarixində Artaşeslər sülaləsi”, “Selevkidlr sülaləsinin hakimiyyəti dövründə ermənilər”, “Əhəmənilər Ermənistanı”, “Ermənistan tarixində İrvandilər (yervandilər) sülaləsi”, “Midiya dövründə Ermənistan”, “Erkən Ermənistan və ya Urartu”, “Ermənistan adının tarixçəsi”, “Ermənistan ölkəsinin tarixi”, “Musa Xorninin əsərlərinin şərhi” və bu kimi başlıqlarda da Ermənistan qədim, müstəqil, hərbi qüdrətə və qəhrəmanlıqlarla dolu tarixi salnamələrə malik bir dövlət kimi təqdim olunur (https://tarikhema.org/Subjects/ancient/other/armenia/).
Ş.Hospiyan adlı erməni müəllifin fars dilində elmi səpkidə yazılmış “Neqahi moxtəsər be tarix-e İrəvan” (İrəvan tarixinə qısa bir baxış) adlı məqaləsi İrəvan haqqındadır. Müəllifin bu məqaləsi elmi, məntiqi və müqayisəli metodlardan tamamilə uzaqdır. Belə ki, müasir İrəvan ərazisindəki coğrafi yer adlarının etimologiyası gülünc bir tərzdə əsaslandırılır. Guya, müasir Ermənistan xəritəsində göstərilən coğrafi yer adları keçmişdə, orta əsr mənbələrində dəyişdirilib. Müəllif bu yazısında qeyd edir ki, başlanğıcını Sevan (Göyçə) gölündən götürən və İrəvan şəhərindən keçən “Hrazdan” çayı Urartu mənbələrində “İldaran”, fars mənbələrində “Zəngi” kimi adlandırılmış, İrəvan şəhərindən keçən digər çay – “Gedik” çayı da fars mənbələrində “Qırx bulaq” kimi qeyd edilmişdir. Yəni orta əsr mənbələrində İrəvandakı bu tarixi yer adları orta əsr müəllifləri tərəfindən “bilərəkdən saxtalaşdırılmışdır” (nə qədər güclü məntiqdir, deyilmi?!). Yazı müəllifi Bizans mənbələrinə istinadən (əslində heç bir sitat göstərilmədən) İrəvanda baş verən hadisələrə işarə edir və qeyd edir ki, bu şəhərin hakimləri göstərilən dövrlərdə erməni olmuşlar. Yenə də heç bir mənbə göstərmədən Bizans mənbələrinə işarə edən müəllif yazır ki, Şəddadi hakimlərinin Bizans orduları ilə apardıqları müharibələr zamanı İrəvan hakimi Leon Tornik Bizans əleyhinə vuruşmuşdur və bu zaman da Bizans mənbələri İrəvan qalasını “Xalidun” qalası kimi qeyd etmişlər ki, tərcüməsi “Zizernakaberd”dir ( bu gün həmin yerdə qondarma erməni soyqırımı qurbanları üçün xatirə kompleksi yaradılmışdır). Erməni müəllifinin təqdim olunan bu iri həcmli məqaləsində İrəvan tarixi saxtalaşdırılmış, ona bugünkü millətçi, şovinist erməni mövqeyindən və mənafeyindən yanaşılmışdır (https://www.paymanonline.com/).
İranın “55” analitik xəbər saytında getmiş “Muze-ye tarix-e İrəvan” (İrəvan tarix muzeyi) adlı yazı sırf təbliğat xarakteri daşıyır və onda qeyd edilir ki, bu gün çox kiçik bir əraziyə malik olan Ermənistan və paytaxtı İrəvan çox qədim tarixə malikdir. Urartu çarı I Argişti e.ə. 782-ci ildə İrəvanın cənub-şərqində “Erubuni” və ya “Arian Berd” adlı bir qala inşa və onu Urartu ölkəsinin ən mühüm hökumət və hərbi mərkəzi elan etmiş, bununla da urartulular e.ə. 1-ci minilliyin ilk 300 ilində Şərqin ən güclü dövlətlərindən birini yaratmışlar. Urartunun İran, Ermənistan, Türkiyə, İraq və Azərbaycan (Naxçıvan) ərazisində yayılmış abidələri Ermənistanın qədim tarixini əks etdirən və daş dövründən günümüzə qədərki tarixi dövrü əhatə edən tarixi abidələri kimi təqdim olunur və bununla da İrəvanın qədim erməni dövlətinin mərkəzi olması, ermənilərin də bu ərazidə qədimdən məskunlaşıb yaşadıqları təbliğ edilir (https://www.55online.news/).
Bu yazı və kitablarda eyni zamanda Ermənistan tolerant bir ölkə, ermənilər isə tolerant bir millət kimi təqdim və təbliğ olunur. Belə ki, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə ekspert dr.Murtuza Əşrafinin “Hozeh” (Hövzə) rəsmi xəbər agentliyinin saytında getmiş və Ermənistanda müsəlmanların həyatına, fəaliyyətinə, dini etiqadlarına, din tarixlərinə, dini abidələrinə həsr olunmuş “Mosəlmanan-e Ərmənistan yadeqari əz douran-e tarixi-ye İran” (Ermənistan müsəlmanları İranın tarixi dövrlərindən qalan bir yadigardır) ünvanlı yazısında birmənalı olaraq erməni mövqeyi müdafiə edilir. Belə ki, din və dindarlıq tarixinə toxunan müəllif Qafqaz regionundakı bugünkü mövcud şəraiti, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi və siyasi səbəblərini bilə-bilə məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan bir mövqedən çıxış edərək təhrif edir, tədqiqatçıya, elm adamına yaraşmayan və xas olmayan bir tərzdə ağ yalan uyduraraq yazır ki, “Ermənistan Qafqazdakı Asiya ölkələrindən biri olmaqla müsəlmanların tarixən digər dinlərlə yanaşı sülh şəraitində yaşadıları ölkədir”. Halbuki, 1988-ci ildən başlayan məlum hadisələr (Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi) nəticəsində Ermənistan Respublikasında yaşayan bir milyondan çox azərbaycanlı-müsəlman əhalisi öz əzəli torpaqlarından qovulmuşlar. Belə ki, son statistikaya görə “bu gün Ermənistanın 3,5 milyonluq əhalisindən 2,4-%-ni müsəlmanlar, 72,9%-ni qriqorian təriqətinə mənsub xristianlar, 4%-ni katoliklər, 20,7%-ni digər dinlərin nümayəndələri təşkil edir”. Qeyd edilməlidir ki, hazırda bu ölkədə yaşayan müsəlmanlar (bunların da tərkib hissəsində demək olar ki, azərbaycanlılar yox dərəcəsindədirlər) əsasən İrəvan şəhərində kürdlərin və “azəri”lərin yaşadıqları ərazilərdə məskunlaşmışlar”. (https://www.hawzahnews.com/news/417147/).
2014-cü ildə “İqna” Beynəlxalq xəbər agentliyinin saytında getmiş “Tənha yadeqar-e memari-ye İran dər Ərmənistan – “Məsced-e Kəbud”-e İrəvan (İran memarlığının Ermənistanda yeganə yadigarı – İrəvanın “Göy məscid”i) başlıqlı yazıda da Ermənistanda tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olmasına işarə edilməklə yanaşı İrəvanın qədim erməni məskəni olması və buradakı mədəni abidələrin də ermənilər tərəfindən yaradıldığı diqqətə çatdırılır. (https://iqna.ir/fa/news/1400312/).
Məryəm Cəlilvəndin “Şəhrvənd” adlı səhər qəzetində getmiş “İrəvan baft-e tarixi nədarəd” (İrəvanın tarixi məzmunu yoxdur) başlıqlı yazısında qeyd etdiyi kimi, Ermənistan müstəqillik qazandıqdan sonra ermənilər özləri üçün yenidən tarix yazmağa və yaratmağa başladılar. Bu məqsdlə onlar İrəvan şəhərinin şimalında, cənubunda, şərqində, qərbində və mərkəzində milli qəhrəmanlarına aid mücəssimələr, baş daşları və heykəllər ucaltmışlar, müasir memarlıq üslublarınından istifadə etməklə mədəniyyətlərini saxlamağa və yaşatmağa çalışmışlar (http://shahrvand-newspaper.ir/News:NoMobile/Main/126259).
Ermənilər üçün saxta Ermənistan (əslində “Böyük Ermənistan”) tarixi yaratmaq və bu yolda digər xalqları və millətləri (xüsusilə azərbaycanlıları) soyqırıma məruz qoymaqla onların torpaqlarını qəsb etmək və mənimsəmək, onları öz adlarına çıxmaq işində erməniləri hidayət edən əsas mərkəzlərdən biri erməni Qriqoryan kilsəsi və “Daşnaksütun” partiyası olmuşdur.
Bizim eradan əvvəl 95-ci ildən günümüzədək (təxminən 2500 il ərzində) ermənilərin dövlətinin olmadığı bir şəraitdə ermənilər arasında dövlətçilik funksiyasını, hətta bütün dünyaya səpələnmiş ermənilərin bir-biri ilə əlaqəsinin qurulması funksiyasını erməni Qriqoryan kilsəsi öz üzərinə götürmüşdü. Həmin dövrlərdə erməni kilsəsi vətəndaşlıqla bağlı qərarlar çıxarır, insanların mal-mülkiyyəti haqqında arayışlar verir, gəncləri evləndirir, onlara yaşayacaqları regionları tövsiyə edir, onları himayə edir, lazım gələndə səfərbərlik elan edir, nəzarətdən çıxanları amansız cəzalandırır, hətta notariat funksiyalarını belə yerinə yetirirdi. Yəni, dövlətin yerinə yetirə biləcəyi funksiyaları kilsələr və onun yerlərdəki nümayəndəlikləri icra edirdi. Bu nöqteyi-nəzərdən həm erməni millətinin formalaşması, həm də, ona millətçilik şüurunun aşılanmasında erməni kilsəsinin çox böyük rolu olub. Bu gün də erməni Qriqoryan kilsəsinin qərarı Ermənistan dövlətinin qərarından daha güclüdür. Xüsusilə, bütün dünya miqyasında təmsil olunan ermənilər üçün bu amil özünü təsdiq edib. Bu səbəbdən də bir sıra erməni terrorçu təşkilatlarının yaranıb formalaşmasında erməni Qriqoryan kilsəsinin böyük rolu olub. Beləki, bəzi mühüm məqamlarda Erməni Qriqoryan kilsəsi müxtəlif yollarla ətrafına topladıgı insanları bir tərəfdən təşviq, digər tərəfdən qorxu ilə “Daşnaksütun” partiyasının məram və məqsədlərinə xidmət etməyə çağırır (http://www.anl.az/down/meqale/ses/2011/yanvar/151662.htm).
“Daşnaksütun” partiyasının yarandığı andan günümüzədək “Böyük Ermənistan” qurmaq yolunda fəaliyyətinə aydınlıq gətirən Mənijə Turabzadə, Əkrəm Hüseynpur, Fəriba Şəhidifər və Fəhimə Vəziri “Mahiyyət-e təhəvvolat dər Asiya-ye Mərkəzi və Qəfqaz (Mərkəzi Asiya və Qafqazda baş verən dəyişikliklərin mahiyyəti) adlı elmi məqalələrində yazırlar ki, özlərinin icad etdikləri “Böyük Ermənistan”ı hər bir işdə əsas götürən “Daşnak” partiyası milli ərazinin olmaması problemini vəhşi və cinayətkar üsullarla həll etdi. İrəvan vilayətindəki 211 azəri (azərbaycanlı mənasında) kənd xarabalığa çevrildi və 100 minlərlə insan qətliam olundu. Təxminən 300 min İrəvan azərisi (azərbaycanlısı) məhv edildi” (Vəzarət-e omur-e Xarece, dəftər-e motaleat-e siyasi və beynolmeləli, No 1,Tehran, 1373/1994, səh.71).
Tanınmış Güney Azərbaycan tarxçisi Səməd Sərdariniya da ermənilərin, “Daşnaksütun” partiyasının və erməni kilsəsinin “Böyük Ermənistan” yaratmaq planlarına toxunaraq özünün “İrəvan yek vilayət-e mosəlmanneşin bud” (İrəvan müsəlman sakinli vilayət olmuşdur) adlı kitabında “(Təbriz, 1380/2001, 248 s.) göstərir ki, Azərbaycanın dörd əyalətindən biri olan Çuxursəd və onun mərkəzi olan İrəvan şəhəri əsrlər boyu müsəlman bölgəsi olmuşdur. Müəllif eyni zamanda Türkmənçay müqaviləsindən sonra Rusiyaya birləşdirilmiş Şimali Azərbaycanda ermənilər üçün yaradılmış şəraiti, onlara verilmiş imtiyazları açıqlamaq məqsədilə İvan Şopen adlı rus məmurunun mərkəzə göndərdiyi hesabatı təqdim edir: “Ermənilərin arzusu ilə ruslar İrəvan mahalını və onun ətrafındakı dörd xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib türkləri oradan köçməyə məcbur etmişlər. Torpaq və əmlaklar gəlmə ermənilər arasında bölünmüşdür”. Bundan sonra müəllif burada yaranmış vəziyyəti və sonucları şərh edərək yazır ki, XIX əsrin 30-cu illərində İrəvan sakinlərinin 80 %-dən çoxunu müsəlman türkləri təşkil etdiyi halda, sonrakı illərdə müsəlmanlara qarşı törədilən rus-erməni zorakılığı nəticəsində onlar İrəvandan digər bölgələrə köçməyə məcbur edilmiş, bununla da saylarıı azalmış, 6 böyük məscidi, 50 savadlı ali müsəlman ruhanisi olan və 1807 azərbaycanlı ailəsinin yaşadığı İrəvan şəhəri XIX əsrin sonunda erməni şəhərinə çevrilmişdir.
Hətta, İranda azərbaycanlılara qarşı həyata keçirilən millətçilik nəzəriyyəsinin banilərindən biri olan təbrizli Əhməd Kəsrəvi belə ermənilərin Azərbasycan tarixini saxtalaşdırmalarına, özləri üçün qondarma və saxta tarix yaratmalarına qarşı çıxaraq özünün “Şəhriyarane qomnan (Unudulmuş sülalələr, 1928-ci il çapı əsasında) adlı kitabının (“Aydın”, Təbriz, 1388/2009, 348 s.) 238-ci səhifəsində yaır: “Ermənilərin bir çoxu iddia edir ki, burada (Ermənistanda) hakimlik müsəlmanların əlinə ərəb istilasından sonra keçmişdi. Hökmdarlar buraya ya Bağdaddan, ya da Azərbaycandan göndərilirdi. Halbuki, Dvin və onun ətrafı qədimdən İran əsilzadələrinin (azərbaycanlı əsilzadə başa düşülməlidir) əlində olmuş və bu bölgədəki əhalinin əksəriyyəti iranlılardan (türklərdən) ibarət olmuşdur.”
“Zohur və soqut-e səltənət-e Pəhləvi” (Pəhləvi hakimiyyətinin zühuru və süqutuı) adlı kitabın (Cild 1, “Ettelaat”, Tehran, 1990, 708 s.) müəllifi keçmiş ordu generalı Hüseyn Fərdust da yuxarıda adları gedən Mənijə Turabzadə, Əkrəm Hüseynpur, Fəriba Şəhidifər, Fəhimə Vəziri, Səməd Sərdariniya, Əhməd Kəsrəvi kimi müəlliflərin mövqeyini təsdiqləyərək yazır ki, Ermənistan Respublikasının ərazisi Azərbaycan dövlətinin dörd əyalətindən biri olan Çuxursəd əyalətinin ərazisidir” (götərilən əsəri, s.85).
Bütün bunlar onu göstərir ki, Azərbaycanın ikiyə bölündüyü zamandan bu yana həm onun şimalında və həm cənubunda həmin bölgələrdən özünün iqtisadi və siyasi mənafeləri üçün istifadə etmək istəyən Amerika, İngiltərə, Fransa, Almaniya və Rusiya kimi super güc dövlətlər tərəfindən ermənilərin əlilə türk dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycana türklərinə (azərbaycanlılara) qarşı planlı şəkildə soyqırım aktı həyata keçirilmişdir. Bu soyqırımdan da əsas məqsəd müsəlman türklərinin yaşadıqları ərazilərdə və xüsusilə, türklərin bütün dünyada güclü dayağı olan Osmanlı İmperatorluğuna yaxın yerlərdə qondarma erməni-xristian dövləti yaratmaq idi. Elə buna görə də Şərqi Anadolu, Quzey və Güney Azərbaycan kimi bölgələrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirilmişdir. Təəssüf ki, bu günə kimi bu siyasi aktın bütöv xəritəsi işlənib hazırlanmamışdır.
Buna görə də müxtəlif tarixi dövrlərdə ermənilər tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş qeyri-bəşəri, qeyri-insani hərəkrətləri, vəhşilikləri, qətl və qarətləri, bir sözlə onlara qarşı törədilmiş soyqırım aktlarını anlamaq, onları dəyərləndirmək üçün bu diyarın həqiqi tarixini faktlar, sənədlər və inkaredilməz mənbələr əsasında araşdırmaq, tədqiq etmək və yazaraq xalqın ixtiyarına vermək lazımdır.
Bu baxımdan 26 mart 2020-ci il tarixində “Azərbaycan Öyrənciləri Hərəkatı”nın (AZÖH) saytında fars dilində yer almış H.Yəzdani adlı müəllifin tarixi mənbələrə və elmi araşdırmalara söykənən “Tarix-e mohaceran-e irvani və torkan-e ərməni ra behtər beşenasim” (İrvan və Ermənistan türklərinin mühacirət tarixini daha yaxşı tanıyaq) adlı iri həcmli məqaləsi (https://www.azoh.net/4310/) diqqətə layiqdir və ona görə də burada həmin məqalənin təhlili üzərində dayanmağı və onun əsas məzmunu və məqsədi barədə oxucuların diqqətinə daha çox şərh verməyi lazım bildik.
Bu məqalədə müəllif sübut etməyə çalışır ki, irvanlılar (müəllif bu ifadə altında yervanlılar, yervandidlər, orontidlər, yervanduni və ya yervandakan adlanan erməni sülaləsini nəzərdə tutur və onları müasir dövrün saxta erməniləri adlandırır) qədim Ermənistanda türk xalqlarını soyqırıma məruz qoymaqla orada məskunlaşmışlar və onlar əsil qədim ermənilərlə heç bir qohumluq əlaqələri olmayan bir qrup hind və ariya mühacirləridirlər. Məqalə müəllifi elə məqalənin girişində belə bir tezislə çıxış edir ki, əslində müasir dövrün ir(ə)vanlıları “erməni” sözünü öz xeyirləri üçün müsadirə etmişlər. Bundan sonra isə müəllif məqalə boyu irəli sürdüyü bu tezisi tarixi faktlarla, məntiqi müqayisə və elmi metodologiya yolu ilə sübuta yetirməyə çalışır. Demək olar ki, müəllif məqalədə qarşıya qoyduğu məqsədinə nail olmuş və bununla da o, tarixi hadisələri saxtalaşdırmaq yolu ilə elmi-ictimai mühiti çaşdırmağa çalışan müasir millətçi erməni tədqiqatçılara, alim və təbliğatçılara əsaslı cavab verə bilmişdir.
Məqalə müəllifi H.Yəzdani xüsusi olaraq vurğulayır ki, ir(ə)vanlılar, daha doğrusu bu günün saxta erməniləri Urartu sivilizasiyasının tarixini öz xeyrlərinə müsadirə etmək niyyətində olduqlarından, onun bu məqalədə qarşısına qoyduğu əsas məqsədlərdın biri də qədim “Urartu” ölkəsi haqqında daha çox məlumat verməkdir. Müəllif məqaləsində “Man(n)a xanlığı” bölümündə çox maraqlı mülahizələri ilə diqqəti cəlb edir və “erməni” kimliyi və “Ərməniyyə” adlı coğrafi məkanın etimologiyasına əsaslı dəlillərlə aydınlıq gətirir. Belə ki, həmin bölmədə qeyd olunur ki, Manna dövlətinin tarixi sərhədləri İranın bugünkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Qərbi Azərbaycan ostanı (əyaləti) ilə üst-üstə düşür və bu ölkənin paytaxtı “İzurtu” (və ya İzyurtu) olmuşdur və Manna xalqı “huri” dilində danışmışdır (Mənbə: Iranian Identity in Ancient Times Richard N. Frye Iranian Studies, Vol. 26, No. 1/2 (Winter – Spring, 1993), pp. 143-146).
“Yurt” və ya “yurd” sözləri türk dilində “vətən” mənasını verir, “az” sözü isə çox ehtimal ki, xarici müəlliflərin oxunuşunda “iz” kimi qeyd olunmuşdur. “İzyurtu” yəni “izlərin (və ya azların) vətəni”. Bunun ardınca müəllif qeyd edir ki, Manna xanlığının başçılarından birinin adı “Aza” olmuşdur və bu adın da “Azərbaycan” adı ilə bağlılığı güman olunur. Türk dilindəki “ər” ön qoşmasına (fars, ərəb dillərində, eləcə də azərbaycanlıların istifadə etdikləri əski əlifbada “ار” şəklində yazılır, “er”, “or”, “ur”kimi də səslənir) gəlincə isə məqalə müəllifi H.Yəzdani qeyd edir ki, bu söz türk dilində dah çox qəhrəmanlıq dastanlarının yaranmasında istifadə olunmuşdur, mənası da “igid insan” deməkdir (Mənbə: Loğətüttürk-e Kaşğari).
Məsələn: Ər + aslan = Ərslan (Arslan – şir kimi igid), ər (or) + xan) = Orxan (igid xan) və s.
“Erməni” və “Ermənistan” sözlrinin etimologiyası və yaranması tarixi ilə bağlı müəllifin mülahizələri, gətirdiyi misallar və bunu təsdiqləyən mənbələr daha maraqlı və diqqəti cəlb edəndir. Belə ki, müəllif “ər” (er, or və ur) ifadələrinin mənasını açıqladıqdan sonra Manna sakinlərinin “ər” + “Man(n)a” (Mini) = Ərmana, “ər” + “Mini” = ərmini (ərməni) olduğu qənaətinə gəlir və öz mülahizəsini ortaya qoyur ki, “ərmana” və “ərmini” (ərməni) ifadələri türk sözlərindəndir və bu sözlərin bugünkü ir(ə)vanlılarla (əslində bugünkü saxta ermənilərlə) və ya həmin “hay”larla heç bir əlaqəsi yoxdur.
Bunun ardınca müəllif “Ərməniyyə” və ya “Ermənistan” sözlərinin yaranma tarixinə və etimologiyasına da aydınlıq gətirmək üçün yazır: “…Turku və Urartu kimi iki dövlət arasında Man(n)a və ya “Min(n)i” xanlığı üzərində hakimiyyətə malik olmaq uğrunda çoxsaylı döyüşlər baş verirdi. Urartu dövləti Mannanı işğal və oranı özünün ayrılmaz bir ərazisi elan etmək, bununla da Turku dövlətinin bir daha Manna xanlığı üzərində hakimiyyət iddiasında olmamasını təmin etmək xatirinə ölkənin adını – Urartunu “Ərman(n)a” (Ərmini və ya Ərməni) adı ilə əvəz etmişdir. Buna əsasən də həmin zamandan Urartu dövləti “Ərmana” (Ərməni) kimi də adlanmağa başlamışdır. Sonralar Yunan dilində “Ərminiya” və Əhəməni farscasında “Ərmənistan” kimi tələffüz olunmuşdur”.
Urartu sözünün mənasına gəlincə isə məqalə müəllifi Etimadüssəltənənin “Tətbiqül-üğətül coğrafiyayi” əsərinə istinadən Urartu xalqının kimliyini turanlı kimi təqdim edir və bildirir ki, “Urartu” sözü yerli xalqın dilində “Urartur” kimi tələffüz olunmuşdur və buradakı “ur” önşəkilçisi Şumer dilinə aid olmaqla “müqəddəs yer” mənasını verir, “tur” kəlməsi isə “türk olmaq” mənasındadır, Urartu, yəni “türklərin müqəddəs vətəni”.
Müəllifin gəldiyi nəticə: Ərməniyyə (Ermənistan) igid insanların yaşadığı həmin Manna (Ər + Manna) ölkəsidir, Urartu (Ur + ər + tur) isə igid türklərin müqıəddəıs vətənidir. “Urmiya” (Ur + Mi) da Zərtüştün doğulduğu müqəddəs məkandır.
Yerli xalqın dili məsələsinə gəlincə isə müəllif mövcud mənbələrlə bağlı son araşdırmaların nəticələrinə əsaslanaraq yazır ki, Urartu dilinin Sami, Hind-Avropa və Avro-Asiya dilləri ilə heç bir əlaqəsi olmamış, yalnız Huri dilinin bir şaxəsi olmuşdur (Mənbə: The Oxford Encyclopedia of Archaeology in the Near East – Page 292 by Eric M. Meyers, American; Pre-history of the Armenian People. I. M. Diakonoff).
Məqalənin daha maraqlı və mühüm məqamlarından biri də ondan ibarətdir ki, müəllif tərəfindən bugünkü “saxta ir(ə)vanlıların” tarixi Urartu (Erməniyyə – Ermənistan) ərazilərinə gəlib xarici müdaxilələr (e.ə. 7-ci əsrdə Balkanlardan gələn kimerlərin, sakların və madların Urartuya hücumu və bununla bağlı 100 ilə yaxın baş verən çəkişmələr) nəticəsində zəifləmiş yerli hakimiyyəti e.ə. 6-cı əsrdə (e.ə. 590-cı ildə Urartu tamamilə çökdü və tarix səhnəsindən silindi) ələ keçirməsinə işarə etməsidir (Mənbə: Chahin, M. (2001). The Kingdom of Armenia: A History. Psychology Press. p. 107. ISBN 978-0-7007-1452-0; Van de Mieroop, Marc. A History of the Ancient Near East c. 3000 – 323 BC. Cornwall: Blackwell, 2006, p. 205. ISBN 1-4051-4911-6).
Məqalə müəllifi əsaslı mənbələrə istinadən yazır ki, həmin hindli təriqətinin ardıcıllarından bir dəstə, yəni ir(ə)vanlılar uzaq keçmişlərdə Hindistandan Avropanın şərqindəki Balkan məntəqələrinə köç edir və pərakəndə halda yaşayırdılar. Bu adamlar özlərini “hay” tayfası (xalqı) adlandırırdılar. E.ə. 6-cı yüzillikdə pərakəndə halda yaşayan bu ir(ə)vanlılar (“hay” tayfası) Van gölünə tərəf mühacirət etdilər.
“Erməni Ensiklopediyası” da etiraf edir ki, “ermənilərin” (müasir dövrdəki saxta ermənilərin) əcdadları Balkanların cənubundan Urartuya (Ermənistana) köç edən Frikiya mühacirləri idilər və ilk zamanlarda onlar yalnız ölkənin qərbində azlıq adı ilə məskunlaşdılar (Mənbə: Armenian Soviet Encyclopedia. 1986, vol. 12, pp. 276–283; Samuelian, Thomas J. (2000). Armenian origins: an overview of ancient and modern sources and theories. Iravunq Pub. House).
Həmin “saxta ir(ə)vanlılar” özlərini “hay” xalqı adlandırdılar (çoxluqda “hayak” – haylar). Buna görə də, Ermənistan (Urartu) ərazisi fəth olunduqdan sonra həmin əraziyə “Hayestan” adı verdilər, yəni “hayların ölkəsi”. İr(ə)vanlılar, yəni “hay”lar Ermənistanı fəth etdikdən və orada məskunlaşdıqdan sonra onları da “ərmana” (erməni) adlandırmağa başladılar. Yunan tarixçiləri “Erməniyə”, farslar da “Ermənistan” sözünü hələ də işlətməkdədirlər. Bununla belə ir(ə)vanlılar və ya “hay” xalqı (etnosu) keçmişdə özlərini heç vaxt erməni kimi tanıtdırmamışlar. Amma, bu gün tarixi Manna (erməni) torpaqlarını müsadirə etmək üçün onlar özlərini erməni adlandırırlar. Hərçənd ki, onların bu iddiasının heç bir tarixi əsası yoxdur.
Yuxarıda yazılan və deyinlərdən əldə olunan nəticə budur ki, Kür də, Araz da, Ararat da, Ermənistan da Azərbaycan türklərinin (azərbaycanlıların) tarixi torpaqlarıdır, haylar isə bu torpaqlarda mühacirdirlər.

Səməd Zülfəli oğlu Bayramzadə
“Bütöv Azərbaycan” qəzeti
3 sentyabr 2020

Yozuv tarixi: uning antik davrda rivojlanishi

Video: Ilk yozuv va alfabetning paydo bolishi. Tarixdagi ilk madaniyatning poydevorlari.

Tarkib

  • Antik davrda yozuv tarixi
  • Mixxat yozuvi
  • Alfavitning kelib chiqishi
  • Yozish, o’qish va savodxonlik

Yozish ham amaliyot, ham tizimdir. Gap g’oyalar, tushunchalar va ob’ektlarni biz harflar deb ataydigan belgilar yordamida grafik tasvirlash haqida.Ikkinchisi ularni ishlatadigan o’ziga xos jamiyatga qarab turli xil xususiyatlarga ega bo’lishi mumkin, bu ham turli xil yozuv tizimlarini yaratadi. Ulardan biri, masalan, alifbo bo’lib, uning tarixi juda keng, miloddan avvalgi to’rt yoki undan ko’p asrlarga to’g’ri keladi.

Ushbu maqolada biz qilamiz yozuv tarixi haqida qisqacha sharh, klassik Mesopotamiyadan zamonaviy G’arb jamiyatlariga qadar bo’lgan traektoriyaga murojaat qilish.

  • Tegishli maqola: “Tarixning 5 yoshi (va ularning xususiyatlari)”

Antik davrda yozuv tarixi

Yaqin Sharqning qadimgi mintaqasi Mesopotamiya yozuvning boshlanishi sodir bo’lgan joy sifatida tan olingan, keyinchalik bu bizning hozirgi alifbo tizimimizni yaratdi.

Bu jarayon miloddan avvalgi 4-ming yillik atrofiga xos bo’lgan ko’p tilli va ko’p madaniyatli sharoitlar tufayli amalga oshirilishi mumkin edi. Buning sababi shundaki, o’sha tarixiy lahza turli xil etnik guruhlarning yaqinlashishiga imkon berdi. Yozuv tarixi uchun bu juda muhim edi semit tillarining shumerlar tili bilan birikmasi, ob’ektlarni ifodalovchi piktogrammalar orqali uzatilgan.

  • Sizni qiziqtirishi mumkin: “Tarixning 6 bosqichi”

Mixxat yozuvi

Ikkinchisi, shumerlar mixxat yozuvi yaratganlar. Va buning sababi shundaki, uning piktogrammalari oddiy grafik tasvirlar emas edi, lekin ular lingvistik ahamiyatga ega bo’lgan xabarlarni muntazam ravishda uzatdilar.

Bunga qo’shimcha ravishda, dastlab “mixxat yozuvi” deb nomlanadi. piktogrammalar gil lavhalarda va takozlar yordamida qilingan (sindirishga yoki kesmalar yasashga xizmat qiladigan uchi va qirrasi bo’lgan yog’och yoki metall qismlari). Aslida, “xanjar” so’zi lotincha cuneusdan kelib chiqqan va shu erda “mixxat yozuvi” atamasi kelib chiqqan.

Shumerlarning tili omon qolmagan bo’lsa-da, mixxat yozish turli hind-evropa va hindu-evropa bo’lmagan guruhlar tomonidan qabul qilingan uslub edi. Masalan, Bobilliklar tomonidan qayta tiklangan, ammo u akkad va elamit kabi tillarni yozish uchun ham xizmat qilgan. Undan forslar (dastlab Eronda yashagan hind-evropaliklar), hurrilar (Shimoliy Mesopotamiya mitanlari), xetliklar (O’rta Sharq davlatlaridan biri bo’lgan Anadolu yarim orolining aholisi) foydalanganlar.

Shunday qilib, yozish texnika sifatida va loydan yasalgan plitalar takozlar bilan birga asosiy vositalar sifatida, Kichik Osiyo, Suriya va uning atrofidagi hududlarga tarqaldi. Hisob-kitoblarga ko’ra mixxat yozuvi uch yarim ming yilliklar davomida ishlatilgan va mixga mixlangan lavhaning so’nggi yozuvlari milodning 75 yiliga tegishli (Ferreiro, 1994).

Keyinchalik va turli xil tarixiy voqealar orqali odamlar yashaydigan joylarni yaratish usuli bilan bog’liq; madaniy xilma-xillik va lingvistik aralashish shumerlar tomonidan boshlangan yozuv tizimiga imkon yaratdi Yunon xalqlari qo’liga tushdi.

  • Tegishli maqola: “Savodxonlikni rivojlantirish: nazariyalar va aralashuv”

Alfavitning kelib chiqishi

Yunonlar finikiyaliklardan va / yoki kan’onliklardan nom va tovush bilan bog’liq bo’lgan (“akrofoniya printsipi” deb nomlanuvchi) tartiblangan belgilar va belgilar to’plamini meros qilib oldilar.

Ushbu buyurtma qilingan belgilar va belgilar to’plami o’zlashtirildi va yunonlar tomonidan o’z maqsadlari uchun moslashtirildi. Xususan, bu paradigma sifatida tan olingan “protokananeo” (bronza davridan) yozuv tizimi. Finikiya alifbosi ishlab chiqildibu o’z navbatida lotin, yunon va ibroniy alifboslarini va boshqalarni rivojlantirish uchun asos yaratdi.

Yozish, o’qish va savodxonlik

Biz alifbo deb biladigan yozuv tizimi, keyinchalik Qadimgi Yunoniston aholisi tomonidan bosib olingan xalqlarning ko’p savodsizligi natijasidir va boy madaniy va lingvistik almashinuv natijasida paydo bo’ladi.

Bu shuni anglatadiki, o’sha davr ulamolari alifbolarni qattiq aralashtirib yuborgan, ular bir nechta tillarda ishlagan, ishlatgan va o’zlashtirgan. Buning yana bir natijasi shundaki, ushbu alifbolar ijtimoiy tizimlarga muvofiq boshqarilgan va tarqatilgan, bu ko’rinishda, masalan yozuvni sekulyarizatsiya qilish jarayoni (bu diniy kultlarga bag’ishlangan odat bo’lishni to’xtatganda).

Shuning uchun ham muqarrar ravishda yozuv tizimlari tarixi savodxonlik tarixi bilan bog’langan, ikkinchisi esa yozilishi kerak bo’lgan nutqlarni boshqarish, ishlatish va tarqatish jarayonidir (Ferreiro, 1994). Qolaversa, yozuv va matnlar moddiy yordamisiz mavjud bo’lmaganda, yozuv tarixi ham o’qish tarixi bo’lib, yaqinda turli tilshunoslar va tarixchilar tomonidan ko’rib chiqilgan muammo.

Savodxonlik G’arb tsivilizatsiyasining quyidagi tarixiy daqiqalarida turli xil xususiyatlarga ega bo’lgan tizimlashtirish va kengayish jarayonida davom etdi, bosma madaniyat bilan yaqin aloqada, bilim va ta’limni rivojlanishning asosiy amaliyoti va qadriyatlari sifatida etkazish.

Tarixi şəxsiyyətlərin həyatından maraqlı

Suvorov-Böyük rus sərkərdəsi A.B.Suvorov doğulanda çox zəif və çılız uşaq olmuşdur. Lakin özünü müntəzəm surətdə möhkəmləndirmək sayəsində o səhhətini tam bərpa etmişdi. Belə ki, Suvorov hətta yetmiş yaşında ikən misilsiz yürüşlərə çıxmış və ordusu ilə birlikdə Alp dağlarını aşmışdı. Ondan başqa Alp dağlarından yalnız Hannibal və Napoleon keçmişdi.
Suvorov adəti üzrə qəbul günlərində bütün medallarını döşünə taxarmış. Onu gözü götürməyən generalların arvadları bir qəbul zamanı marşalla rastlaşıb: «Ah, Aleksandr Vasilyeviç, siz bu qədər zəif adam olduğunuzdan, yəqin ki, bu medallar sizə ağırlıq edir!» – demişlər. Suvorov onlara: «Çox ağırlıq edir, o qədər ağırlıq edir ki, onu qaldırmağa sizin ərlərinizin gücü çatmaz!» — deyə cavab vermişdi.

Sezar-Sezar bir xaraba şəhərdən keçərkən demişdir: «Mən Romada ikinci adam olmaqdansa, burada birinci adam olmağı istərdim.»
Məşhur Roma İmperatoru və dövlət xadimi Yuli Sezar Afrika sahillərinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istədikdə özünü sındırmayaraq, gülünc vəziyyətdən çıxsın deyə: «Ah, Afrika, mən səni qucaqlayıram» — demişdir.
Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar, həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci möcüzəsi sayılır. Təsadüfü deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz «yoldaşlarından» biri də İsgəndərin kiçik mərmər büstü olmuşdur.
Sezar döyüşçülərinin onu tanrı qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları da təbəssümlə qarşılayırdı.

Hitler — Stalindən fərqli olaraq, Hitler köhnə Nasist qvardiyasının üzvlərinə qarşı repressiyalara həvəssiz, yalnız məcburiyyət qarşısında yol verirdi. Hətta Remə qarşı əməliyyata da uzun düşüncələrdən sonra, az qala ürək ağrısı ilə razı olmuşdu. Remin dəstələrinin günahı böyük olsa da, Hitler bu adamların sədaqətini yüksək qiymətləndirirdi. Stalinlə Hitler arasında böyük fərqin öz izahı var. Artıq deyildiyi kimi, Lenin qvardiyası Stalini bir lider, Leninin qanuni varisi kimi qəbul etmək istəmir, ona, hakimiyyəti oğurlamış bir «quldur» kimi baxır, onu devirmək üçün yollar arayırdı və öz hakimiyyətini saxlamaq üçün Stalin ən qəddar metodlara əl atmalı olurdu. Hitler isə özü öz partiyasını qurmuşdu və onun Stalinin istifadə etdiyi üsulların köməyinə, «parçala və ağalıq et» prinsipinə ehtiyacı yox idi. Hitlerin hətta rəqibləri — Ştrasser də, Rem də gözəl başa düşürdülər ki, onu əvəz edə bilməzlər. Onlar Hitlerdən narazı olduqlarına görə deyil, Hitler onlardan narazı ola biləcəyindən qorxduqlarından Hitlerin təkhakimiyyətliyinə müqavimət göstərmirdilər.
Anasını 1908-ci ildə dəfn etdikdən sonra Hitler ona miras qalmış son pulları xərcləyərək klirayələdiyi bir otaqda yaşayır və yaxın bir adamı olmadığından getdikcə daha çox özünə qapılırdı. Yeganə məşğuliyyəti öz otağında ya da kütləvi kitabxanada kitab mütaliə etmək idi. Lakin 1909-cu ilin payızında son pulları da qurtardı. İndi o parkdakı skamyaların üstündə ya da kiminsə qapısı ağzında gecələyirdi. O, dilənçiliyin son həddinə çatmışdı, monastra bir nimçə sup dilənməyə gedirdi. Onu Reyngold Haniş xilas etdi. Haniş də onun kimi səfil idi, lakin çarəsiz vəziyyətlərdə çıxış yolu tapmağı bacarırdı. Hitler akvarel boya ilə şəkillər çəkir, Haniş isə satırdı. Bir müddət sonra Hanişlə araları dəydikdən və dostu onu tərk etdikdən sonra Hitler zərrəcə də narahat olmadı, o, artıq özü satmağı öyrənmişdi.
Hitler Xeyriyyə cəmiyyətindən birinin təşkil etdiyi kişilər sığınacağında yaşayır və vaxtının çoxunu oradakı oxu zalında keçirirdi. Hitler, adətən, səssizcə oturub şəkil çəkirdi, lakin siyasətdən, yaxud sosial problemlərdən söhbət salanda, onun sifətinin ifadəsi dəyişir, o, ayağa sıçrayaraq sanki izdiham qarşısında imiş kimi həyəcanla nitq söyləyirdi. Sonra qəfildən nitqini kəsir, əlini yelləyərək oturur və yenə şəkil çəkirdi. Adama elə gəlirdi ki, o, qeybdən gələn vəhylə danışır və vəhy qurtarandan sonra susurdu.

Dara — Hakimiyyət çevrilişi etmiş 7 nəfərdən yalnız biri taxtda otura bilərdi. Ona görə də onlar bu qərara gəlirlər ki, 7-si də öz atlarını səhər ertedən sarayın yanına çıxarsınlar, kimin atı günəş doğandan sonra birinci kişnəsə onun sahibi şah olsun. Bu 7 nəfərdən biri olan Daranın mehtəri şərtin nədən ibarət olduğunu eşidib belə bir tədbir görür — gecə Daranın atını 7 nəfərin şərtləşdikləri yerə gətirir və madyanın üstünə buraxır. Mehtər güman edir ki, səhər at madyanla gecəki «görüş» yerini tanıyan kimi kişnəyəcəkdir. Belə də olur. Bütün atlar həmin yerə gətiriləndə Daranın atı birinci kişnəyib öz sahibinin İran taxtında əyləşməsinə səbəb olur.
Herodotun dediyinə görə, İranın şahı Dara İntoferen adlı bir cinayətkarın və onun bütün kişi qohumlarının edam olunması haqqında hökm verir. Bu zaman İntoferenin arvadı sarayın qapısından aralanmayıb ah-nalə edir. Bunu görən hökmdar həmin qadını yanına çağırıb deyir ki, «qohumlarından hansını istəyirsənsə de, onu azad edim, sən isə buradan çıx get. «Qadın Daraya deyir ki, «qardaşımı azadlığa buraxın.» Dara təəccüblə qadına nə üçün məhz qardaşının azad edilməsini arzu etdiyini soruşur. Qadın isə ona belə cavab verir: «Əgər mənim ərimi və oğlumu öldürsələr, ərə də gedərəm və oğul da doğaram. Lakin qardaşımı öldürsələr, qardaş tapa bilmərəm, çünki mənim atam və anam ölüblər.» Qadının müdrikliyindən Daranın xoşu gəlir. Qadının qardaşını və böyük oğlunu da azadlığa buraxır.

Alp Arslan — Sultan Alp Arslan 27.000 əsgəri ilə Bizans torpaqlarına sarı irəliləyərkən, kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək təlaşla söyləmişdi:
«300.000 düşmən ordusu bizə çox yaxınlaşmışdır.» Alp Arslan da halını pozmadan demişdir: «Biz də onlara yaxınlaşmışıq.»
Alp Arslan taxta çıxdıqdan sonra bütün təbəələrini ildə iki dəfə alınan xəracdan azad etdi, hər il Ramazan ayında Bəlx, Morv, Hərat və Nişapurun ehtiyacı olan əhalisinə 1000 dinar, öz sarayında 10.000 dinar payladı. Elə həmin il o vəziri Nizam əl-Mülkin qanunsuz topladığı sərvət barədə məktub aldı. Vəziri hüzuruna çağırıb ona belə dedi: «Al bu məktubu oxu və əgər burada yazılanlar həqiqətdirsə, xasiyyətini dəyiş. Yox, əgər yalan yazırlarsa, cəsarətinə görə həmin şəxsin bağışla və ona divanda mühüm bir iş ver ki, belə adamlar yalan və böhtandan əl çəksinlər.» Alp Arslan dostlarına və itaət edən rəqiblərinə qarşı hədsiz iltifatlı, xəyanətkarlığa isə kim olursa-olsun amansız idi. Alp Arslan saysız qələbələr qazanan və məğlubiyyət nə olduğunu bilməyən dünya əhəmiyyətli nadir sərkərdələrdən biri idi. Onun böyük, güclü və alınmaz Ani şəhərini tutması belə tarixi əhəmiyyətli qələbələrindən biridir. Ani şəhəri 3 tərəfdən Arazın sıldırımlı qayaları ilə əhatə olunmuşdu, bir tərəfindən isə alınmaz divarlı Arpa çayı axırdı. Şəhər bizanslara məxsus olsa da əhalinin əksəriyyəti ermənilər idi. Bütün erməni tarixçiləri bu qədər əhalisi və müdafiəçiləri olan şəhərin alınmasının günahını iki erməni sərkərdə qorxaqlığında və bizanslarda görürdülər.
Alp Arslanın qələbələrindən narahat olan Bizans imperatoru Roman Diogen 200.000 qoşunla Alp Arslana qarşı çıxdı. Alp Arslan təzəcə Hələb yürüşündən qayıdıb Xoy şəhərində qərar tutmuşdu. Qoşunu və vəziri uzaqda idi. 1071-ci il avqustun 16-da qoşunlar üz-üzə dayandı. Bütün məxəzlər Sultanın yanında cəmi 15.000 döyüşçü olduğunu yazır. Sultan ox və kamanını atıb qılıncı götürdü və öz əliylə atının quyruğunu düyünlədi. Bütün döyüşçülər də onun kimi etdilər. Sultan ağ paltar geydi və əgər ölərəmsə, bu mənim kəfənimdir — dedi. Sonra atını minib düz düşmənlərin ortasına çapdı. Qoşunu da onun dalınca. Elə sürətlə çapdılar ki, toz onları gözəgörünməz etdi. Sağa-sola qılınc çalıb düşməni doğramağa başladılar. Böyük Sultan qalib gəldi. Bizans imperatoru, qohum-əğrəbəsi ilə birgə əsir düşdi. Sultan Alp Arslanın adı şərəfli türk tarixində ən parlaq ulduzlardan biri, cəngavərlik və alicənablıq rəmzi kimi əbədilik yaşayır.

NELSON — Bir dəfə İngiltərə donanmasında qeyri-adi hadisə baş verir. Məşhur admiral Nelsonun eskadrasından poçtu aparan freqat ayrılmalı idi. Ertəsi gün döyüş gözlənilirdi, buna görə hamı evə, bəlkə də son məktubunu göndərməyə tələsirdi. Poçtu torbalara doldurub ağzını möhürlədilər və freqata ötürdülər.
Poçt gəmisi bütün yelkənlərini açıb yola düzəldi. Bu vaxt məlum oldu ki, poçtu yığıb freqata ötürən gənc dənizçinin öz məktubunu torbaya atmağı yaddan çıxıb. O, məktub əlində növbətçi zabitin qarşısında durmuşdu və günahkar görkəmlə onun danlağına qulaq asırdı. Təsadüfən Nelson bu səhnəni görüb, zabitdən nə baş verdiyini soruşdu. Zabit: «Milord, sizin diqqətinizə layiq olmayan xırda məsələdir», — dedi, lakin Nelson izah tələb etdi və məsələnin nə yerdə olduğunu bildikdə əmr etdi ki, siqnal verib freqatı geri çağırsınlar. Beləcə, gənc dənizçinin məktubu vətənə göndərildi. Əlbəttə ki, bu cür sərkərdə üçün dənizçilər ölümə getməyə hazır idilər.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

  • Teqlər:
  • dahilərin həyatı
  • , Tarixi şəxslər

Comments are closed, but trackbacks and pingbacks are open.