Press "Enter" to skip to content

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları AÇIQLANDI

Bakıda binanın fasadından qopan daşlar avtomobilə ciddi ziyan vurdu – VİDEO

Müsahibə nədir?

Müsahibə işəqəbul prosesinin ən önəmli hissəsidir. Burada sizin müracət etdiyiniz vəzifəyə uyğunluğunuz yoxlanılır. Sizə HR mütəxəssis tərəfindən müxtəlif suallar verilir və cavablarınıza uyğun olaraq sizin barədə müsbət və ya mənfi fikir formalaşır. Bu məqaləmdə sizə iş müsahibəsində qarşılaşa biləcəyiniz ən şox verilən suallar haqda məlumatverməyə çalışacağam.

Qeyd: Müsahibə və onun formaları, müsahibə mərhələri haqda məlumatı isə “İnsan resursları menecmenti” kitabımda oxuya biərsiniz.

Müsahibədə ən çox verilən suallar

Müsahibədə sizə veriləcək sualları əvvəlcədən bildiyinizi düşünün. Bu halda suallara hazırlaşar və müsahibədə özünüzü aydın və dəqiq şəkildə ifadə edə bilərdiniz. Bu yazıda sizlər üçün müsahibələrdə verilən 13 sualı qeyd etdim. Bu suallara əvvəlcədən hazırlıqlı olmağınız sizin üçün müsahibə zamanı üstünlük olacaqdır. Təbii ki aşağıdakı suallar dəyişməz olaraq qalmır, sizə fərqli suallarda verilə bilər. Lakin bəzi suallar vardır ki artıq müsahibələrin dəyişilməz suallarıdır və şablon halını almışdır.

HR sənin haqqında nə bilmək istəyir?

İş üçün müraciət edən namizəd haqda HR ilk növbədə bilmək istədikləri bunlardır:

  • O, karyerası haqqında nə düşünür, planları nədir?
  • O, bu işi niyə istəyir?
  • Şəxsi xüsusiyyətləri: pessimist, optimist, introvert, extrovert
  • O nə qədər zəkalıdir (IQ)?
  • Tapşırıqlarını yerinə yetirməyə ona hansı güclü tərəfləri kömək edəcək?
  • Məqsədlərinə çatmasına onun hansı zəif cəhətləri mane olacaq?
  • Fikirlərini nə dərəcədə aydın ifadə edir?
  • Münaqişəli vəziyyətlərdə özünü necə aparır?
  • O, digər komanda üzvləri ilə uğurla ünsiyyət qura biləcəkmi?
  • O, iş üçün lazım olan bacarıqlara malikdirmi?
  • Öyrənməyə nə qədər həvəslidir, karyerasıyla bağlı kurs və təlimlərdə iştirak edirmi?

Ən çox verilən Müsahibə sualları aşağıdakılardır:

1. Bizə özünüz haqqında məlumat verin.

Söhbətə yaxşı bir girişlə başlayın. Məsələn, öncə müsahibə dəvətinə görə minnətdarlığınızı bildirin. Həmsöhbətinizə filankəs müəllim və ya filankəs xanım deyə adla müraciət etməyi unutmayın. Xüsusiyyətləriniz haqda danışın. Niyə bu təhsili, ixtisası seçdiyinizi qısaca izah edin

2. Şirkət barədə məlumatınız var?

Müsahibəyə getməzdən öncə şirkət haqqında araşdırma etməyiniz yaxşı olar. Sosial şəbəkələr və veb-sayt məlumat toplamanız üçün kifayət edəcəkdir.

3. İş təcrübəniz varmı?

Daha öncə işlədiyiniz vəzifələr haqqında məlumat verin. Əvvəlki iş yeriniz haqda ümumi məlumat, fəaliyyət istiqamətləri, işçi sayı və sizin orada iş öhdəliklərindən danışın. Orada çalışarkən iştirak etdiyiniz layihələr haqda məlumat verin, əldəetdiyiniz bilik və bacarıqlar, qazandığını təcrübə haqda söhbət açın.

4. Nə üçün bizimlə çalışmaq istəyirsiniz? / Nə üçün bizim şirkəti seçdiniz?

Bu tipli açıq suallar üçün əsaslandırılmış cavab verilməlidir. Bunu üçün “3 qayda” prinsipindən istifadə edin: cavabınızı 1-ci, 2-ci,3-cü olaraq 3 hissəyə bölün. Məsələn, tutaq ki siz uşaq qidaları istehsal edən şirkətdə işə düzəlmək istəyirsiz. Birincisi, “XYZ” şirkəti öz sahəsində öncül şirkətlərdən biridir. Düşünürəm ki, burada işləməklə həm böyük təcrübə əldə etmiş olaram, həm də bilik –bacarıqlarımı inkişaf etdirəbilərəm. İkincisi, şirkətin məhsullarının əsas istehlakçıları uşaqlardır. Bu seqment üçün işlədiyimi anlayacağam və dadlı, həm də sağlam qidalarımızı yeyən uşaqların sevincini gözləyəcəm. Bu isə mənə daha da əzmlə işləmək üçün əlavə mənəvi motivasiya verəcək. Düşünürəm ki, şirkətin uğurlarında, müştəri məmnunluğunda mənim də payım ola bilər. Üçüncüsü, “X,Y,Z” şirkəti çox prestijli iş yeri hesab olunur. Burada cavabınızı verərkən bunu karyeranıza əsaslandırmağa çalışın. Məsələn, “Yüksək maaş təklif edirsiniz” kimi bir cavab mənfi təəssürat yarada bilər. Cəmiyyətdə, sosial şəbəkələrdə olan fikirlərdən bilirəm ki, burada gənclərə yüksək qiymət verildiyini və onlara peşəkar sahədə özlərini reallaşdırmaq üçün gözəl imkan yaradırlar deyə qeyd edə bilərsiz.

5. Nə qədər əmək haqqı istəyirsiniz?

Müraciət etdiyiniz vəzifə üçün təklif edilən əmək haqqı aralıqları barədə əvvəlcədən araşdırma aparın. Müxtəlif şirkətlərdə bu iş üçün nə qədər maaş verildiyini müəyyən etməyə çalışın. Bu zaman araşdırdığınız şirkətlərin analoji sahədə olmasına diqqət yetirin. Beləliklə, araşdırmanızın nəticəsində ortaya çıxan məlumatlara baxın və buna görə bir cavab verin.

6. Sizin bu şirkətdə işləyən qohum və ya dostunuz var?

Bu suala cavab verərkən əgər varsa, həmin tanışınızın şirkətdəki imicinə diqqət edin.

7. Komanda ilə işləməyi bacarırsınızmı?

Bu suala daima “Bəli” cavabı verilməlidir. Daha sonra komanda işinin üstünlüklərindən qısa şəkildə bəhs edin.

8. Əvvəlki iş yerinizdən nə üçün ayrılmısınız?

Cavab verərkən rəhbərlik haqqında pis danışmayın və ya idarəçilik barədə problemlərdən bəhs etməyin, əksinə müsbət cavab verməyə çalışın. İşdən ayrılma səbəbinizi ümumi məsələlərlə əlaqələndirmək daha doğru olardı.

9. Güclü və zəif cəhətiniz hansılardır?

Çox vaxt namizədlər mükəmməllikdən, özlərinə və başqalarına qarşı həddindən artıq tələblərdən, şəxsi həyatları hesabına təhsilə/işləməyə sərf etdikləri vaxtın böyük bir hissəsi və s. haqqında danışırlar. Bunlar şablon cavablardır – onlardan həddən çox istifadə etməyin. Suala cavab verərkən zəif cəhətinizi aradan qaldırmaq üçün gördüyünüz tədbirlərdən bəhs edin.

10. Bu işdə uğurlu olacağınızı nə səbəbdən düşünürsüz?

Bu sualın cavabını şəxsi keyfiyyətlərinizə və daha öncəki iş təcrübələrinizə əsaslanaraq verin. Bu sualda məqsəd sənin digər insanlarla işini necə təşkil edə bildiyini yoxlamaqdır. Bu, HR-a imkan verir ki, sənin məqsədə uyğun olaraq komandanın nəticəsinə necə təsir etməyini və öz roluvu necə müəyyənləşdirdiyivi qiymətləndirə bilsin, sənin motivasiyasını başa düşə bilsin.

11. Karyera hədəfləriniz nədir?

HR-n karyera planlarınız haqda sizin deyəcəyiniz 100% dəqiq proqnoza ehtiyacı yoxdur: onlar üçün gələcəyinizi öz peşəniz və onların şirkəti ilə nə dərəcədə əlaqələndirdiyinizi başa düşmələri vacibdir. Mövcud vakansiyanın sizin üçün müvəqqəti həll yolu olduğunu açıqlasanız, çətin ki, işə düzələsiniz. Müraciət etdiyiniz vəzifə ilə ixtisasınız fərqli olarsa, “İxtisasınızdan narazısız yoxsa sadəcə özünüzü bu sahədə sınamaq istəyirsiz”? sualı ilə qarşılaşa bilərsiniz.

12. Mənə münaqişə ilə üzləşdiyiniz zamandan danışın

Sən cavab verməyə çalışarkən çox güman ki, sözünüz kəsiləcək və müəyyən bir münaqişənin şəxsi təcrübəsi, müəyyən bir vəziyyətdə necə davrandığınız barədə suallar verməyə başlayacaqlar. Ümumiyyətlə, mübahisə və konfliklərlə bağlı suallar ilə HR sənin Münaqişə vəziyyətlərində necə hərəkət etməyini aydınlaşdırmağa çalışacaq. Çox güman ki, səndən birbaşa iştirak etdiyin konkret münaqişə və ya vəziyyəti xatırlamağın xahiş olunacaq, sonra isə münaqişəli vəziyyətlərdə hərəkətlərin haqqında suallar veriləcək.

Ola bilsin ki, HR sizə sual verməsin, sadəcə sizinlə polemika aparsın. Misal üçün, bir məsələyə dair İkifərqli baxış var. HR sizə daha yaxın olanı seçməyinizi təklif edə bilər, özü isə əks variantı seçər və müzakirə aparmağınızı istəyər. Bu zaman HR-ın əsas məqsədi sizin təklif olunan məsələlərlə bağlı fikirləriniz deyil, sizin necə arqument qura biləcəyinizi və müzakirə apara biləcəyinizi aydınlaşdırmaqdır. Yəni o bilmək istəyəcəkdir ki, iş prosesində sizin mövqeyinizi qəbul etmək istəməyəni inandırmaq üçün nə edirsiniz?

13. Stressə dözümlülük və problemlərin həlli

HR sizin stresli vəziyyətlərdə necə davrandığını öyrənmək istəyir. Bu, stressli situasiyalarda sizin nə qədər adekvat hərəkət etmək bacarığınızı qiymətləndirməyə ona imkan verəcəkdir. İş müsahibəsində namizədlərə narahat və bəzən təxribat xarakterli suallar da verilir. Əslində bunda məqsəd sizi incitmək istədiyimizdən deyil, sadəcə sizin stress altında düşdükdə göstərəcəyiniz reaksiyaları ölçməkdir. Bəzən isə suallar çox vaxt xoşagəlməz ola bilər. Müsahibin bu davranış tərzinə qarşıdurma deyilir. Bu da özünü ən çox HR namizədə etibar etmədikdə və onun hər bir cavabında yalan axtaranda göstərir.

Bəzən siz HR-ın axmaq suallar verdiyini düşünürsüz. Ancaq yadda saxlamaq lazımdır ki, bu belə deyil, hətta bayağı və ya məsələnin mahiyyətinə aidiyyatı olmayan şeylər belə bütün müsahibəni yekunlaşdırmaq üçün həlledici ola bilər. Unutmyaq ki, işə qəbul mütəxəssisinin məsələnin dibinə varması və namizədlərin cavablarını iki dəfə yoxlaması, stress müsahibəsi üçün tamamilə təbiidir. Necə reaksiya verdiyinizi görmək üçün qəsdən stress keçirə bilərsiniz. Amma təxribatlara əsla cavab verməyin. Müdafiə olunmağa və istehzalı cavablara keçməyinizə isə qəti ehtiyac yoxdur. Təmkinli olun, sizə adi suallar verilirmiş kimi sakit və diplomatik cavab verin.

Müsahibə zamanı bunları etməyin

Təyin olunmuş zamanda müsahibədə iştirak edin. Gecikmək daha müsahibəyə girmədən sizin barədə mənfi rəy yaradacaqdır. Əgər sizdən asılı olmayaraq gecikmə olacaqsa bunu şirkətə bildirin. Əsəbi, narahat görünməyin. Suallara sakit tərzdə cavab verin. Sizə verilən sualları tam cavablandırın amma mövzudan kənara çıxmamağa çalışın. Köhnə iş yeriniz barədə mənfi fikirlər söyləməyin. İşdən çıxma səbəbinizi əsaslandıraraq cavab verin. Müsahibədə telefonu səssizə alın. Saata çox baxmamağa çalışın çünkü bu sizin narahat olduğunuzu və ya sıxıldığınız fikrini yarada bilər.

Bləliklə, yuxarıda baxdığımız ləmdə təqdim etdiyim suallar və onlara verilən cavablar nümunədir, məcburi qayda deyil. CV-dəki məlumatlarınız, habelə müsahibəzamanı suallara verdiyiniz cavablar doğruluğu baxımından yoxlanıla bilər. Müsahibəyə öncədən hazırlaşmaq və sizə veriləcək olan qeyd etdiyimiz əsas suallar barədə öncədən cavablar düşünmək müsahibə zamanı sizə üstünlük verəcəkdir.

Ümid edirəm ki, bu məqaləm sizə faydalı olacaq. İş müsahibəsində sizə uğurlar arzu edirəm.

  • ƏLAVƏ OLARAQ AŞAĞIDAKI MÖVZULAR DA SİZƏ MARAQLI OLA BİLƏR:
  • CV necə yazılmalıdır
  • Müsahibə sualları (HR-lar üçün)
Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir.

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları AÇIQLANDI

Bu barədə Manset.az-aTəhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.

18 Mart – 16:40

Bakıda kütləvi ZƏHƏRLƏNMƏ – YENİLƏNDİ

17 Mart – 23:08

“Sizin kimilərin beynini işlədirəm” – Elza Seyidcahan (VİDEO)

18 Mart – 09:10

Moskvada “pul yağışı” yağdı – VİDEO

17 Mart – 23:53

Mahir oynadı, komandası “Qalatasaray”a qalib gəldi

17 Mart – 22:34

Zirvə görüşündə İlham Əliyevin ermənilərə qoyduğu şərt – VİDEO

17 Mart – 22:12

“Qarabağ”ın bu futbolçuları “Qalatasaray”a qarşı oynamayacaq – SİYAHI

17 Mart – 22:57

Məleykə Abbaszadədən şagirdlərə xəbərdarlıq – VİDEO

18 Mart – 11:31

Piyadanı vurub qaçan blogerə hökm oxundu

18 Mart – 12:12

Mehriban Əliyeva Talış kəndindən paylaşımlar etdi – FOTO

18 Mart – 10:09

Tanınmış fotoqraf VƏFAT ETDİ – FOTO

17 Mart – 23:48

Lukaşenko və Putin Azərbaycandan keçəcək nəqliyyat dəhlizini müzakirə etdi

18 Mart – 14:30

İlham Əliyev və xanımı Tərtərə səfər etdilər – YENİLƏNDİ

17 Mart – 23:39

Bu gün 4 nəfər koronavirusdan vəfat etdi

18 Mart – 10:58

56 yaşlı Xalq artistinin bu fotoları maraqla qarşılandı – FOTOLAR

17 Mart – 22:22

Bakıda binanın fasadından qopan daşlar avtomobilə ciddi ziyan vurdu – VİDEO

Musahibe_movzuları

19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

AzEdu.az xarici dillər üzrə müsahibə mövzularını təqdim edir: Alman dili

Futurum – VII sinif üzrə
Mein Lieblingsbuch – VIII sinif üzrə
Der grosse Komponist Ü. Hadschybejli – VIII sinif üzrə
Sport in unserem Leben – IX sinif üzrə
Mein Land – Aserbaidschan – X sinif üzrə
Fransız dili Les Pronoms – VIII sinif üzrə
Nos héros nationaux – IX sinif üzrə
Monsieur Jordan et Darvich Mastali Chah – X sinif üzrə
Mulculturalisme en Azerbaïdjan – X sinif üzrə
L’ÉCOLE OUVERTE À TOUS – XI sinif üzrə
İngilis dili

Natural Disasters – VII sinif üzrə
The modal verb (have to) – VII sinif üzrə
The History of Communication – VIII sinif üzrə
The United Kingdom – IX sinif üzrə
Сlimate change – X sinif üzrə
Rus dili

Исаак Ньютон – VII sinif üzrə
Главные члены предложения. Подлежащее – VIII sinif üzrə
Сказочный мир Тогрула Нариманбекова – X sinif üzrə
Национальный музей искусств Азербайджана – XI sinif üzrə
Древнее поселение на Земле – XI sinif üzrə Xatırladaq ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək. Qeyd edək ki, bu mərhələdə vakant yer tutmuş 3 728 nəfərin iştirakı gözlənilir.

Comments are closed, but trackbacks and pingbacks are open.