Press "Enter" to skip to content

AZƏRBAYCANIN COĞRAFİ MÖVQEYİ, SƏRHƏDLƏRİ VƏ RELYEFİ

Tələbə sinif saatları ərzində əlverişli akademik və peşəkar mühiti yaratmaq üçün çalışmalıdır. Səlahiyyəti olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir.

Xəzər dənizi

Xəzər dənizi əyilməsi bir böyük struktur element kimi Ön Qafqaz və Turan platformasının Epihersin strukturlarının, həmçinin Alp-Himalay orogen qurşağının Qafqaz-Ön Asiya seqmentinin uzanmasına perpendikulyar, yaxud diaqonal istiqamətdə uzanmaqla, göstərilən geotektonik qurşaqları köndələn kəsir və submeridian istiqamətli böyük bir regional struktur qurşaq əmələ gətirir. Cənubi Xəzər çökəkliyinin təşəkkülü elə bir geodinamik yol keçmişdir ki, bu prosesdə Ön Asiya qalxma qurşağının mərkəz (İran-Xəzər) seqmentinin şimal sərhədi ciddi deformasiyaya uğrayaraq, öz uzanmasının normal vəziyyətdən 200 km cənuba meyl etmişdir. Köndələn Xəzər əyilməsinin yaranması həmçinin Böyük Qafqaz-Kopetdağ qalxmasının mərkəz hissəsinin böyük bir məsafədə (600-800 km) gömülməsinə səbəb olmuşdur. Xəzər çökməsinin şərq kənarı isə şərq sahilə yanaşan Epihersin platformasının şimal-qərb strukturlarını (Manqistau antiklinorumu) kəsmişdir. Xəzər çökməsinin qərb və şərq tektonik sərhədlərinin evolyusiyası prosesi quruda və şelfdə (hətta materik yamacında ) yaranan cavan qırışıqlıq sahələri strukturlarının xarakter Qafqaz istiqamətindən xeyli cənuba (Qobustan, Cənubi Xəzər şelfi və materik yamacı, Türkmənistan şelfi və materik yamacı) meyl etməsinə səbəb olmuşdur.

Şimali və Orta Xəzər əyilmələri qədim və cavan platforma strukturları tərkibində inkişaf etdiklərinə görə onların daxilində toplanmış qalın çöküntü süxur örtüyündə platforma tipli strukturlar (ayrı-ayrı az amplitudlu gümbəzlər, qalxmalar, duz diapir strukturları ) inkişaf etmişdir. Xəzəryanı sineklizdə əksər hallarda özəyində qalın paleozoy duz qatı olan diapir qırışıqlıqlar əmələ gəlmişdir.

Orta Xəzər çökməsinin Qafqaza yanaşan qərb hissəsi ilə mərkəz və şərq hissəsi struktur xüsusiyyətlərinə görə fərqlənir. Qərb hissəsinin sahil ovalıqları və şelf zonası sankı Terek və Samur-Dəvəçi ön əyilmələri arasında bağlayıcı rol oynayır. Buna görə də şelfdə cavan kontinental və dəniz terrigen çökünütləri daha qalın olmaqla , zəif qırışıqlıqda iştirak edir. Lakin burada əyilmə çöküntü toplanması ilə kompensasiya edildiyinə görə inkişafda olan cavan strukturların əksəriyyəti morfoloji görkəmli deyil. Abşeron astanasının struktur xüsusiyyətləri seysmik, geofiziki , qızınma vasitəsilə öyrənilmiş və müəyyən edilmişdir ki, burada quruda olduğu kimi, qalın pliosen çöküntüləri qırışıqlıqda iştirak edir və bir sıra struktur zonalar əmələ gətirir.

Cənubi Xəzər çökəkliyinin struktur xüsusiyyətləri Abşeron astanasına nisbətən zəif öyrənilmişdir. Bu çökəkliyin əmələ gəlməsinə və dərinlik quruluşuna aid isə bir-birini təkzib edən fikirlər söylənmişdir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Cənubi Xəzər çökəkliyi Tetis okeanının qalığı olduğuna görə o okean yer qabığına malikdir. Yeni tədqiqatçılar çökəkliyin geomorfoloji, geoloji quruluşuna və struktur xüsusiyyətlərinə dair başqa fikir söyləməyə imkan vermişdir 1 . Müəyyən edilmişdir ki, Kür və Qərbi Türkmənistan çökəklikləri ilə birlikdə Cənubi Xəzər çökəkliyi böyük aralıq massivin gömülməsi nəticəsində əmələ gəlmişdir. Burada mezokaynozoyun, xüsusilə pliosen – dördüncü dövrün qalın çöküntü kompleksi toplanmışdır. Həmin kompleksdə Cənubi Xəzər çökəkliyinin qərb və şərq qanadlarında, həm də daxili hissələrində intensiv qırışıqlıqda inkişaf edir. Bu əlamət Cənubi Xəzər çökəkliyini başqa analoji çökəkliklərdən ciddi fərqləndirir.

Xəzər dənizi və onu əhatə edən sahil zonası müasir tektonik hərəkətlərin xarakterinə və seysmikliyinə görə bir-birindən kəskin fərqlənən vilayət və zonalardan ibarətdir. Müasir tektonik hərəkətlərin intensivliyinə görə Qafqaz- Kopetdağ zonası ilə ondan şimalda yerləşən geniş platforma düzənlikləri arasında fərq o qədər də böyük deyil, sahilboyu aparılmış böyük geodeziya ölçmələrinə görə tektonik qalxmanın sürəti +0.6-2.5 mm/il arasında, enmənin sürəti isə -0.6-3.4 mm/il arasında dəyişir. Sahil zonasından aralı Cənub-şərqi Qafqaz və Böyük Balxan-Kopetdağ istiqamətində tektonik hərəkətlər xeyli fəallaşır və qalxmanın illik sürəti 6-10 mm-ə çatır. Müasir tektonik hərəkətlərin istiqaməti və sürəti vaxtaşırı dəyişir.

Seysmikliyinə görə də Qafqaz-Kopetdağ, Talış-Elbrus zonaları dənizin platforma əhatəsindən kəskin fərqlənir. Cənub-Şərqi Qafqaz, Abşeron astanası, Balxan-Kopetdağ qalxması daha yüksək seysmikliyi ilə seçilir. Bu zonanın ayrı-ayrı qovşaqlarında ara-sıra katostrafik zəlzələlər təkrarlanır, adi (5-6 bala qədər) zəlzələlər isə nisbətən sıx təkrarlanır. Dənizin daxilində ən seysmik fəal sahələr Abşeron astanası ilə yanaşı, Orta Xəzər çökəkliyinin mərkəz hissəsi və Terek əyilməsindən Abşeron yarımadasına qədər uzanan qərb sahil akvatoriyasıdır. Qalan sahələr nisbətən zəif seysmikliyi ilə seçilir.

Xəzər dənizi və onu əhatələyən sahil zona əsas enerji daşıyıcılarından neft və qaz ehtiyatları ilə olduqca zəngindir. Bu baxımdan Xəzər regionu İran körfəzi regionunu xatırladır. Lakin dünyanın bu iki böyük neft-qaz hövzələri arasında oxşarlıq demək olar ki, bununla bitir. Enerjidaşıyıcıları ilə yanaşı Xəzər regionu zəngin duz yataqlarına (Xəzəryanı sinekliz), duzu ehtiyatına (Qaraboğaz körfəzi), uran ehtiyatına (Manqıstau) malikdir. Maraqlıdır ki, qədim dövrlərdə əmələ gəlmiş bir çox faydalı qazıntılardan fərqli olaraq, Qaraboğaz qolda mirabilit əmələ gəlməsi prosesi indi də davam edir.

AZƏRBAYCANIN COĞRAFİ MÖVQEYİ, SƏRHƏDLƏRİ VƏ RELYEFİ

Azərbaycan Respubilkasi Asiyanın cənub- qərb regionda, Cənubi Qafqazın şərqində yerləşir. Onun şərq sahilərini Xəzər dənizinin suları yuyur. Sahəsi 86,6 min km2, ölkə 38 dərəcə. 25 dəqiqə -41dərəcə 55 dəqiqə şm enlikləri və 44 dərəcə, 50 dəqiqə-50dərəcə, 51dəqiqə ş.u arasında yerləşir. Azərbaycan şm-dan c-a uzunluğu 400 km, şərqdən qərbə eni 500km-dir. Azərbaycanın əlverişli İCM-ə malikdir. Son vaxtlar Mərkəzi Asiyanın türk dövlətlərinin müstəqillik qaranması , onların Türkiyə və Avropa ölkələri ilə əlaqələrinin genişlənəsi İCM-nın əhəmiyyətini artırır. Ölkənin ucqar nöqtələri şm-da Quton dağ (3646m), c-da Astara çayından keçən xətt. q-da Naxçıvanın Sədərək rayonunda ş-də isə Şahdilidir. Azərbaycanın sərhədinin uzunluğu 3359 km, o cümlədən quru sərhədləri 2646km-dır. Şm-da Rusiyanın tərkibində olan Dağıstan Respubilkası ilə 390km, şm-q-də Gürcüstan Respubilkasi ilə 480km, q-də Ermənistan 1007km. C-da İran İslam Respubilkası 756km, c-q-də Türkiyə ilə 13km-dir. Şərqdə sərhədlərin ümumi uzunluğu 713km olan Xəzər suları yuyur. Xəzərin Azərbaycan sahillərində Abşeron yarımadası, Qızılağac, Qotluq korfəzləri, Bakı və Pirsaat buxtaları ayrılır. Xəzər dənizində Abşeron arxıpelağı, c-da Bakı arxıpelağı kimi ada qrup var. Kürdili və Sari yarımadaları Xəzərin suyunun qalxması ilə əlaqədar olaraq adalara çevrilmişdir. Pirallahı adasını qurudan ayıran Abşeron boğazından torpaq bənd çəkilmiş və yarımadaya çevrilmişdir. Abşeron arxıpelağında Piralil adaları, Çilov, Böyük Zirə, Böyük və Kiçik Tava , Daş Zirə adaları, Bakı Xərə-Zirə, Gil. Səngi-Muğan, Zəmbil adaları var. İdarəetmənin həyata keçrilməsi,məntəqələrinin iqtisadi, sosial və mədəni inkişafi üçün Azəbaycanda 65 şəhər, 65 inzibati rayon, 130ştqayrılır.Bakı şəhəri ərazi vahidliyində 11rayon var.NMR-da7 inzibati,3 muxtar respublika tabeli şəhəri vardır.Dövləti 5 il müddətinə seçilən prezident idarə edir.Ali qanunverici orqan Milli Məclisdir. Konstutsiyaya görə unitar quruluşa malik federativ öklədir. Çünki Bakıda yerləşən və əsas qanunverici orqan olan Milli Məclislə yanaşı Naxçıvanda qanunverici orqan fəaliyyət göstərir. Azərbaycan ərazisində Böyük Qafqaz, Kiçik Qafqaz,Taliş dağları və Kür-Araz ovalığı yerləşir. Ölkə daxilində relyefin hündürlük amplitudu Xəzər dənizi sahilindəki 26m-dən 4466m hundürlüyə qədər ucalan Bazardüzü zirvəsinədək ucalır. Azərbaycaın şimalında Böyük Qafqaz dağları yerləşir. Dağların əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Burada Bazardüzü (4466m), Şahdağ(4243m). Babadağ(3629m), Dubrar (2205m) Bazaryurd(4126m) zirvələri yerləşir. Yan silsilədən şimal-şərqdə Qusar maili düzənliyi, Şollar düzü, Samur-Dəvəçi ovalığı yerləşir. Baş Qafqaz silsiləsindın cənubda paralel olaraq Qovdağ və Niyaldağ silsiləsəri yerləşir.Böyük və Kiçik Qafqaz dağları ilə Xəzər dənizi arasında Kür-Araz ovalığı yerləşir. Onun uzunluğu 250km,eni 150kmdir. Ölkənin cənubunda Talış dağları yerləşir. O, 3 silsiləyə: Talış, Peştəsər və Brovar. Ən hündür zirvələr Gömürgöy,(2493m)və Qızyurdu(2433m)vardır.
Xəzər dənizi ilə Talış dağları arasında Lənkəran ovalığı yerləşmişdir. Respublikanın 4-cü fiziki coğrafi vilayəti kimi ayrılan Kiçik Qafqaz dağları az parçalanmışdır.Burada ən böyük oroqrafik vahidlər Şahdağ, Göyçə, Murovdağ, Qarabağ silsiləri, Qarabağ vulkanik yaylasıdırŞahdağ silsiləsində ən yüksək zirvə Qaraarxaç dağı(3065)m,Göyçə silsiləsi, şərqi Göyçə silsiləsində Keti dağı(3399m), Qarabağ silsiləsində böyük Kirs dağıdır.Murovdağ silsiləsində yüksələn Gamışdağın hündürlüyü 3724mdir. Bundan başqa Murovdağda Nihaldağ 3367 m. Qoşqar dağı 3361 m,Kəpəz dağı 3066 m zirvələri vardır.Kiçik Qafqaz dağlarının əsas hissəsini tutan Qarabağ vulkanik yaylasının hündürlüyü Dəlidağ zirvəsində 3616mdir. Yaylada Böyük İşıqlı, 3550m və Qızılboğaz 3581m sönmüş vulkanlardır.Naxçıvan MR-nın Kiçik Qafqaz dağlarına aid olsada Azərbaycanın əsas hissəsindən ayrıdır. Naxçıvan əsas oroqrafik vahidləri Zəngəzur və Dərələyəz silsilələridir.Zəngəzur dağlarında Qapıcıq zirvəsi 3906mən yüksək nöqtədir, Burada həmçinin Qazangəl dağı 3829m, Dəmirli dağı 3368m, Soyuq dağı 3146m yüksəlir, Dərələyəz silsiləsində Kükü dağı 3120m, Gəlin qaya 2743m və Qaraquş dağı 2600m silsiləsində yerləşir. Araz çayı ilə dağlar arasında yerləşən Şərur- Ordubad düzənliyinin mütləq hündürlüyü 600m, uzunluğu 150km, eni 25-30 km-dir.O, Sədərək Şərur, Böyük düz, Naxçıvan, Yayıcı və Ordubad düzlərindən ibarətdir. Azərbaycanın relyefi. Azərbaycan ərazisində Böyük Qafqaz, Kiçik Qafqaz Talış dağları və Kür-Araz ovalığı yerləşir. Onlar Naxçıvan da daxil olmaqla təbii vilayət kimi ayrılır.Ölkə daxlində relyefin hündürlük ampilitudu Xəzər dənizi sahilindən-26m-dən 4466m-ə ucalan Bazar düzü zirvəsinə qədər dəyşir. Respublika ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda, 24%-i 0-200m arasında, 12%-nin 1500m, 15,5%-nin 200m, 15%-nin 500-1000m, 7,5 %-ni 1500-2000m,7,5%-ni isə 2000m-dən yüksəkdə olan sahələr tutur.Burada orta hündürlük 650m-dir. Böyük Qafqaz dağlarının kəskin parçalanmış Baş Qafqaz suayrıcı sira dağları əsas yeri tutur. Burada Bazar düzü,Bazaryurd,Tufandağ, Babadağ, Dübrar zirvələri vardır.Ən yüksək zirvəsi Şahdağıdır.4243m. Bu dağlardan şimal şərqdə Qusar maili düzənliyi, Şollar düzü, Samur Dəvəçi ovalığı yerləşir. Cənubda Qovdağ, Nialdağ silsilələri vardır. Bu dağlardan cənub şərqdən Qobustan alçaqdağlığı Ləngirəbis silsiləsi cənubda isə Qaraməryəm tirəsi yerləşir. Baş Qafqaz dağlarının cənub ətəklərində Alazəncan, Əyriçay və Şəki yaylası yerləşir. Böyük və Kiçik Qafqaz dağları ilə Xəzər dənizi arsında 2.5 milyon ha sahəni tutan Kür-Araz ovalığı vardır. Uzunluğu 250km, eni 150km-dir. Ovalığın şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Kür çayının sağ sahilində Gəncə- Qazax və Naftalan maili düzənliyi Qarabağ, Mil, Şirvan düzləri yerləşir.Çayın sol sahilboyu Şirvan və cənub-şərqi Şirvan düzləri vardır.Kür və Araz çaylarının arasında Muğan, Salyan Düzənlikləri yerləşir. Burada Qarayazı düzü, Acınohur ön dağlığı, Ceyrançöl, Alçaq dağ yerləşir. Mingəçevir su anbarından cənubda Bozdağ silsiləsi var. Araz çayının solundakı əraziləri Arazboyu düzənliklər tutur. Burada Gəyən düzü, İncə düzü və Hərəmi düzləri yerləşir. Ölkənin cənub şərqində talış dağları vardır. Talış, Peştəsər və Burovar sisilələrindən ibarətdir. Burada Kömürgöy 2493m, Qizyurdu2433Xəzər dənizi ilə Talış dağları arasında Lənkəran ovalığı yerləşir. Kiçik Qafqaz dağları böyüyə nisbətən az parçalanmışdır. Burada Şahdağ, Şərqi Göyçə, Murovdağ, Qarabağ silsiləsi Qarabağ vulkanik yayalası yerləşir. Şahdağda ən hündür Qaraarxacır. Şərqi Göyçədə Keti, Böyük Kirs, Murovdağda Gəmışdağ, Nihaldağ, Qoşqar, Kəpəz zirvələri vardır. Qarabağ vulkanik yaylasında Dəlidağ Böyük İşıqlı zirvələri vardır. Qızılboğaz Naxçıvanda Zəngəzur silsiləsində Qapıcıq, Qazangəl, Dəmirli dağ, Soyuq dağ, Biçənək Aşrımı zirvələri formalaşmışdır. Araz çayı ilə bu dağlar arasında Şərur- Ordubad düzü yerləşir.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by minfakt

AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax

İyun 22, 2012

9 thoughts on “ AZƏRBAYCANIN COĞRAFİ MÖVQEYİ, SƏRHƏDLƏRİ VƏ RELYEFİ ”

Add yours

reeeee dedi ki:

hmm 6 ci sinifin cografiyasi ucun lazim idi tapdim… Bəyən Bəyən

new dedi ki:

D) elle Bəyən Bəyən

ddsad dedi ki:

sagol Bəyən Bəyən

pervin dedi ki:

mənə lazımıydı burdan tapdım çox sağolun Bəyən Bəyən

minfakt dedi ki:

Dəyməz borcumuzdu Bəyən Bəyən

Selenator Gulya dedi ki:

Mene Cografiya ucun lazim idi hele tapa bilmemisem Bəyən Bəyən

qqq dedi ki:

maraqlidi Bəyən Bəyən

nur232999999 dedi ki:

lazim idi tapdim cox sagolun Bəyən Bəyən

123 dedi ki:

axtarsamda tapa bilmedim Bəyən Bəyən

Cavab qoy Cavabı ləğv et

axtar

kateqoriya

  • AMİ Zaqatala filialı
  • Ana dili
  • Ümumi
  • Bürclər
  • Cebr
  • Coğrafiya
    • Azərbaycan coğrafiyası
    • Coğrafiyanın tədrisi metodikası
    • Landşaftşünaslıq
    • Materiklər coğrafiyası
    • Meteorologiya
    • Okeanların fiziki coğrafiyası
    • Regionların soial-iqtisadi coğrafiyası
    • Toponimika
    • Yerşünaslıq
    • İqtisadi coğrafiya
    • Artistlər
    • Bilirsinizmi .
    • Mahnı sözləri
    • Şəxsiyyətlər
    • Arxeologiya
    • Asiya tarixi
    • Azərbaycan tarixi
    • Konstitusiya
    • Mənbəşünaslıq
    • Qafqaz xalqlarının tarixi
    • Türk xalqlarının tarixi

    Mühazirə otağı/Cədvəl Konsultasiya vaxtı Prerekvizitlər

    1. Museyibov M.A. Azərbaycanın fiziki coğrafiyası, Bakı 1998. 400 s.

    2. O.K.Alxasov Azərbaycan Respublikasının fiziki coğrafiyası, Bakı 1992. 57 s.

    – Tələbələ r arasında kolletiv düşüncəni, elmə həvəsi, peşəkarlığa marağı gücləndirmək, dözümlülük (tolerantlıq) və hörmət (qarşılıqlı münasibət) şəraitini yaratmaqla, semestr ərzində mühazirə və məşğələlərdə iştiraklarını və qarşılıqlı təsiri həvəsləndirmək, təlim və tədrisin imkanlarını genişləndirmək.

    Məqbul səbəblərdən müsabiqədə iştirak etməyən tələbələrə dekanlıq gələn həftə əvəzləyici müsabiqədə iştirakını təmin edə bilər.

    Geri götürmə (müvəffəqiyyətsizliyə uğramaq):

    Bu kurs Xəzər Universitəsinin qiymətləndirən təlim-tədris siyasətini ciddi izləyir. Beləliklə, tələbə minimum tələbləri keçmək üçün ən azı 60 ball qazanmalıdır ki, normal bilikləri mənimsədiyini sübut etmiş olsun. Bu baldan aşağı qiymət isə müvəffəqiyyətsizliyə uğramaq sayılır. Belə təqdirdə tələbə növbəti müddətdə kursu və ya ili təkrarlamlıdır.

    Aldatma yoluyla, köçürmə, yaxud başqa plagiat formada fəaliyyətlər imtahanların nəticələrini rəsmi surətdə tanınmamasına səbəb olacaq. Tələbə 0 (sıfır) ballı avtomatik alan halda, heç bir müzakirə aparılmadan onun imtahan nəticələri ləğv ediləcək.

    Peşəkar davranış direktivləri:

    Tələbə sinif saatları ərzində əlverişli akademik və peşəkar mühiti yaratmaq üçün çalışmalıdır. Səlahiyyəti olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir.

    Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.

    Dostları ilə paylaş:

    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
    rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.