Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayacaq: SƏBƏBLƏR, NƏTİCƏLƏR
Daha sonra, 2021-ci ilin son günündə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində ölkəmizin Rusiya ilə əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini, miqyasının genişlənəcəyini bəyan etmişdi.
Kollektiv müqavilə və saziş
Kollektiv müqavilə və saziş hal-hazırda əmək münasibətlərinin tənziminin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, habelə müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir.
Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ başlıca yer tutur. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır.
Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və sazişin və ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir.
Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstdirlər.
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqlar zamanı tərəflər razılığa gelə bilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fikir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.
Kollektiv müqavilənin tərəfləri – işəgötürən və həmkarlar ittifaqları təşkilatıdır. Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir.
Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən ibarət olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının (konfransının) müzakirəsinə verilir. Ümumi yığıncaqda işçilərin 50 %-dən çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır.
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər.
Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir:
- əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
- məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
- qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;
- iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
- işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;
- qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
- əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
- əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
- işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
- kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.
Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də nəzərdə tutula bilər. Məsələn, əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və digər güzəşt və əvəzlər.
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Həmkarlar ittifaqları təşkilatı kollektiv müqaviləni pozmağa görə maddi məsuliyyət daşımır. Kollektiv müqaviləni pozmağa görə müəssisənin (idarənin) vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilir. Qanunda nəzərdə tutulmuş hallarda təqsirli vəzifəli şəxslər inzibati qaydada cərimə oluna bilər, müvafiq hallarda isə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Sazişlər öz məzmununa, iştirakçıların dairəsinə, əmək haqqında olan normativ aktlar sistemində yerinə, əmək münasibətlərinin nizamlama əhəmiyyətinə görə müəssisələrdə bağlanan kollektiv müqavilələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv sazişlər bağlanıla bilər.
Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş – respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. Bu saziş, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti və həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır.
Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə (tarif) kollektiv sazişi – müvafiq sahənin sosial – iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. O, əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında bağlanılır.
Üçüncü növ saziş – xüsusi saziş adlandırılan ərazi (rayon) kollektiv sazişidir. Bu saziş isə ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Ərazi kollektiv sazişi, əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən yerli icra hakimiyyəti orqanları ilə həmkarlar ittifaqlarının ərazi birlikləri arasında bağlanılır.
Baş, sahə və ərazi kollektiv sazişləri üçtərəfli – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.
Kollektiv sazişin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. O bir ildən üç ilədək müddətə bağlanılır. Kollektiv saziş imzalandığı və sazişdə göstərilən gündən qüvvəyə minir.
Azərbaycan Rusiya ilə müttəfiqlik sazişi imzalayacaq: SƏBƏBLƏR, NƏTİCƏLƏR
İlham Əliyevin Rusiya Federasiyasına səfəri və həmkarı Vladimir Putinlə görüşüb danışıqlar aparması iki əsas məqam baxımından önəmlidir.
Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsində Rusiyanın təbii ki, rolu var. Bunu etiraf etsək də, etməsək də, fakt faktlığında qalır: 44 günlük İkinci Qarabağ Müharibəsində Rusiya Federasiyası Ermənistanı dəstəkləmək fikrinə düşsəydi, savaşda qələbə əldə etmək asan olmayacaqdı.
Həmin dövrdə Azərbaycan diplomatiyası Kremldəki hakimiyyətin bütün düşərgələri və sektorları ilə anlaşa bildi. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üvzü olan Ermənistanın dəfələrlə bu struktura müraciət etməsinə, KTMT-ni hərbi əməliyyatlarına qatmaq və Rusiyanı tərəf qismində müharibəyə cəlb etmək cəhdlərinə rəğmən, Kreml soyuqqanlı davranış sərgilədi.
Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın baş naziri Nikol Paşinyanın bitmək bilməyən yalvarışlarına rəğmən, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində apardığını və BMT Nizamnaməsini pozmadığını, Qarabağın da Azərbaycan ərazisi olduğunu bəyan etdi.
Daha sonra KTMT bəyanatlar verərək hərbi əməliyyatların Ermənistan yox, Azərbaycan ərazisində aparıldığını və bu səbəbdən də təşkilatın Ermənistana hərbi yardım edə bilməyəcəyini vurğuladı.
Avropanın tutduğu mövqeyə gəldikdə isə, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə rəğmən, ATƏT işğalın 30 ili ərzində münaqişənin dinc yolla nizamlanması üçün heç bir effektiv addım atmadı. ATƏT-in Minsk Qrupu çoxsaylı təkliflər, variantlar, prinsiplər və invariasiyaları irəli sürsə də, əməllə sözün arasındakı uçurumun necə ola biləcəyini aşkar göstərdi.
Minsk Qrupunun həmsədrləri hər dəfə Xankəndiyə yollananda orada real faktaraşdırıcı missiyanı gerçəkləşdirmək əvəzinə yerli ermənilərin təşkil etdikləri ziyafət məclislərində yeyib-içir, əylənir, Qarabağın işğal olunmuş ərazilərindəki istirahət mərkəzində “relaksinq”lə məşğul olurdular.
Avropa İttifaqının və ümumiyyətlə, pan-Avropa təşkilatlarının 44 günlük Vətən Müharibəsində tutduqları mövqe, yumşaq desək, inert idi və problemin həllində Bakının tutduğu qətiyyətli, amma beynəlxalq hüququn normaları ilə prinsiplərinə tam uyğun mövqeyi ilə davranışının, yürütdüyü siyasətin təqdirinə yönəlməmişdi.
Avropa savaşı anlayışla qarşılamadı və hətta bir sıra Avropa ölkələri, təşkilatları və siyasətçiləri işğalçı Ermənistana dəstək verdilər.
Bunu bilirik, çünki yaxın tarixdir.
İlham Əliyevlə Vladitmir Putinin görüşü və danışıqları Ukrayna ilə bağlı böhranın pik nöqtəsində, rəsmi Moskvanın Ukraynanın şərqindəki qondarma “Luqansk Xalq Respublikası”nın və “Donetsk Xalq Respublikası”nın müstəqilliyinin tanınması, habelə Rusiya ilə bu strukturlar arasında qarşılıqlı anlaşma, dostluq, müttəfiqlik və hərbi yardım barədə fərman imzaladığı dövrdə baş verir.
Bu səbəbdən heç şübhəsiz ki, iki dövlət başçısı arasındakı danışıqlarda Ukrayna ilə bağlı situasiya önəmli müzakirə mövzularından biri olacaq.
Bəhs olunan sənəd 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında hərbi-siyasi tərəfdaşlıq və müttəfiqlik barədə Şuşada imzalanmış bəyannamənin məntiqi davamı da sayıla bilər.
Bakı ilə Moskva arasındakı analoji sənədlə bağlı hazırlıq işləri hələ ötən il başlanmışdı.
Daha sonra, 2021-ci ilin son günündə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində ölkəmizin Rusiya ilə əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini, miqyasının genişlənəcəyini bəyan etmişdi.
Bakı-Moskva münasibətlərinin inkişafı yaxın aylarda təkan almış proses olmadığından, Kremldə aparılacaq danışıqlar da nonses təsiri bağışlamamalıdır.
Belədirsə, Rusiya və Azərbaycan arasındakı əlaqələrin inkişafını nə üçün, hansı səbəbdən və nə kimi əsaslarla “Rusiya Azərbaycanı ilhaq, işğal edəcək” deyənlər, baş verənlərin Vətən Müharibəsinin nəticələrini az qala dezavuasiya edəcəyini iddia edənlər hansı məntiqə əsaslanır?
Üstəlik, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərini ehtiva edən anlaşmanın mətni, sənəd açıqlanmadığı halda onunla bağlı mühakimələr və təhlillər etmək, mövqe bəyan etmək ən azı tələskənlikdir.
Rəsmi Bakının Moskva ilə imzalayacağı sənəd heç bir halda Rusiyaya bu və digər formatda, yaxud formada üstünlük vermir, Azərbaycan ərazisində Rusiya üçün heç bir imtiyazları, güzəştləri ehtiva etmir.
Sənəd sadəcə, kənardan təhlükə olarsa, tərəflərin bir-birlərinə dəstək verəcəyini nəzərdə tutur və ən başlıcası, Azərbaycanla Rusiyanın bir-birlərinin daxili işlərinə qarışmayacağını müəyyənləşdirir.
Eyni zamanda, bu müqavilə Ermənistan üçün şok effekti yaradıb, çünki indiyədək KTMT üzvü və “Rusiyanın müttəfiqi” olmasını bravur bəyanatlarında vurğulayıb bu məqamları hər addımda qabardan rəsmi İrəvan bundan sonra qarşısında Rusiyanın strateji tərəfdaşı statusu ilə bahəm, Rusiyanın müttəfiqi statutuna malik Azərbaycanı görəcək.
Sənədin Azərbaycanın “Rusiyanın təsir orbitinə düşməsi, KTMT-yə qoşulmağa vadar ediləcəyi” ilə bağlı iddialar da əsassızdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvüdür. Ölkəmiz heç bir hərbi blokda, təşkilatda və ya geosiyasi sindikatda təmsil olunmayıb, olunmaq niyyətində də deyil.
Moskva ilə imzalanacaq sənəd Azərbaycanın təhlükəsizliyinin, sərhəd toxunulmazlığının və ərazi bütövlüyünün qorunmasına yönəlib.
Türkiyə ilə Şuşa bəyannaməsi imzalayaraq ikitərəfli müttəfiqlik mexanizmləri yaradan Azərbaycan Rusiya ilə də praktiki olaraq bənzər sənəd imzalayır.
Qarşıda isə Avropa İttifaqı ilə müttəfiqliyi və strateji, siyasi, iqtisadi tərəfdaşlığı nəzərdə tutan anlaşmanın imzalanması proseduru var.
Onu da unutmayaq ki, sənədin imzalanmasında Türkiyə də maraqlıdır. Beləliklə, Cənubi Qafqazda çox maraqlı Azərbaycan-Türkiyə-Rusiya konfiqurasiyası yaranır ki, bu trioya İran və Gürcüstan tərəfdaş qismində qoşulmaq niyyətindədir.
Ukrayna böhranının da məhz Əliyev-Ərdoğan-Zelenski-Putin əməkdaşlığının geosiyasi məqam vektorları çərçivəsində nizamlanması istisna deyil.
Azərbaycan bütün qütblərlə müttəfiq və tərəfdaş olur.
Orxan Hun
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.