Press "Enter" to skip to content

Məzahir daşqın şeirləri

Fələkdi, firondu ölən, şairim!

Məzahir daşqın şeirləri

Borsunlu Məzahir Daşqın adı ədəbiyyat tarixinə böyük hərflə yazılmış (yazılmalı!) şairlərdəndir. Onun bənzərsiz, çox incə və həzin bir könül rübabı vardır. Təsadüfi deyil ki, böyük rus yazıçısı Aleksandr Fadeyevin “o kimdir” sorğusuna poeziya korifeyi Səməd Vurğun “mənim kimi bir şairdir” cavabını vermişdi. O dövrün bütün qadağalarına məhəl qoymadan şairliyi və insanlığı bir-birini tamamlayan ulu S.Vurğun A.Fadeyevi də özü ilə götürərək Rusiyanin Suxobezvodnaya (ada bax!) həbs düşərgəsinə getmiş, burada günahsız dustaq həyatı yaşayan M.Daşqına baş çəkmişdi.

Bu sorğu-sual da Suxobezvodnayada olmuşdu. Elə bu görüşün özü S.Vurğunun, həm də M.Daşqının, eləcə də A. Fadeevin şəxsiyyətləri haqqında çox söz deyir.

M.Daşqın bizim günlərdə adı dillərdə əzbər olmuş Bəhmən Vətənoğlu, Şücaət kimi azman sənətkarlardan əzəldir, bir növ onların sənət müəllimidir. Böyük şair məşəqqətli və ibrətamiz bir ömür yolu keçmişdir.

1999-cu ildə Moskvadan Bərdəyə gəlmişdim. Eşitdim ki, Tərtər şəhərində M. Daşqına heykəl qoyulub, çox sevindim və ilgiləndim, gedib onu ziyarət etdim. Elə heykəlin önündə qəlbimi çulğayan hisslərin təsirindən bu şeir yarandı.

Salam, ulu Daşqın, pirim, ustadım,

Ölümsüz dünyadan gələn, şairim!

Əlacsız, amansız haqsızlıqlara

Ağlayan şairim, gülən şairim!

Qürbətdə çəkildi sinənə min dağ,

Arxanca ağladı külli Qarabağ.

Dərdini könlümə etmişəm ortaq,

Dərdin hər üzünü bilən şairim!

Taleyin yar oldu borana, qışa,

Sazının telləri çırpıldı daşa.

Zamanın əlindən çox çəkdin haşa,

Ahı Bisütunu dələn şairim!

Baxma zindan küncü oldu qismətin,

Yayıldı ellərə sözün-söhbətin.

Ülvidir məzarın, ölməz sənətin,

Fələkdi, firondu ölən, şairim!

Ruhunu necə mən oxşayım-ovum?

Satılıb yağıya oylağım, ovum!

Əldən gedir Dəlidağım, Murovum,

Yoxdu göz yaşımı silən, şairim!

Əlişəm, bəc necə dözüm bu dərdə,

Vətəndəyəm – bir qonağam bu yerdə?!

Uğradığım qərib-qürbət ellərdə

Tapılmaz dərdimi bölən, şairim!

Əliş Əvəz,

avqust, 1999, Tərtər

P.S. Eşitdiyimə görə həmin heykəl daha yoxdur – götürülüb! Niyə, nə səbəbə? Bu xəbər doğrudurmu? Doğrudursa, bu əməl ulu Məzahir Daşqının məşəqqətli taleyinə ən ağır, ən insafsız zərbədir! Utanıram ki, bu insafsızlığı edənlər mənim nəslimin və əsrimin nümayəndələridir! Qüdrətli şairimiz Şahmar Əkbərzadə demişkən: “Utanım yerinə, ay utanmayan!”.

  • Yorum yapmak için giriş yapın

Məzahir daşqın şeirləri

Dünyanın bir çox yerlərində məzar daşlarına müxtəlif rəsm əsərləri, rəqəmlər və yazılar həkk olunur. Misir piramidaları insan tarixinin ən qədim və ən möhtəşəm məzarıdır. Piramida otaqlarının divarlarında mifoloji motivlər, insanların həyata keçirdiyi işləri, onların uğurları və həyatda yaşadıqlarını əks etdirən rəqəmlər təsvir edilib. Türk mədəniyyətində ilk tanınmış məzar daşının mətnləri Orxon-Yenisey abidələridir.

Əslində məzar daşları cəmiyyətin ictimai tarixindən başqa onun duyğu və düşüncələrini, inanc quruluşunu, həyata baxışını, həsrətlərini, yaşadıqlarını, başından nə kimi hadisələrin keçdiyini ifadə edən əhəmiyyətli vasitələrdir.

Azərbaycanda da hələ qədim tarixdən məzar daşlarının üzərində yazıların əks olunduğunu bilirik.

Hazırda da başdaşılarına bir neçə bəndlik şeirin yazılması halları müşahidə edilir.

Maraqlıdır, məzar daşları üzərinə şeirlərin yazılamasına İslam dininin münasibəti necədir? Ümumiyyətlə, məzar daşları necə olmalıdır?

Qəbir daşları üzərində Quran ayələri də əks olunur

“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, qəbir daşları üzərində şeir yazılmasının dinə heç bir ziddiyəti yoxdur:

“Qəbir daşı üzərində hansısa bir neçə beytlik şeirin yazılması xalqımızın formalaşmış adətidir. Görürsünüz, bəzi şairlərin, hətta din alimlərinin də vəsiyyətinə əsasən, müəyyən şeir parçaları daşların üzərinə yazılır. Bəzən qəbir daşları üzərində Quran ayələrinin də əks olunduğunu görürük. Məsələn, hamımız Allahdanıq və Allaha tərəf dönəcəyik. Bu tip, yəni ölümlə bağlı ayələr yazıla bilər. Bunun Qurana və ya hədislərimizə ziddiyyəti yoxdur və normal haldır.

Ərəb dünyasında da bu cür hallar olub. Amma hazırda bu cür adət daha çox Azərbaycanda geniş yayılıb. Bəzən övladlar dünyadan köçən valideynləri üçün bu cür üsuldan istifadə edirlər”.

Təmtəraqlı daşlardan istifadə etmək dini nöqteyi-nəzərdən yol verilməzdir

Hacı Şahin Həsənli şeirlərin məzmununun önəmli olduğunu da vurğulayıb:

“Düzdür, din bunu qadağan etmir. Amma şeirin məzmunu da önəmlidir. Əgər məzmununda dinə və ya mənəvi dəyərlərə zidd bir şey yoxdursa, bu, tam normal haldır. Ümumiyyətlə, qəbir daşları ilə bağlı ümumi göstəriş var. Qəbir daşları çox sadə olmalıdır. Təmtəraqlı daşlardan istifadə etmək israfçılıqdır, bu da dini-nöqteyi nəzərdən yolverilməzdir. Azərbaycanda da bununla bağlı qanun layihəsi hazırlanmalıdır. Yəni qəbir daşları ilə bağlı konkret standartlar müəyyən edilsin və buna əməl edilsin. Düşünürəm ki, bu, müsbət addım olar. Çünki təmtəraqlı, bahalı mərmərlərdən düzəldilmiş qəbir daşlarının qoyulması dini baxımdan düzgün deyil. Həmin o vəsaiti digər xeyriyyə işlərinə xərcləsək daha faydalı olar”.

Müsahibimiz qeyd edib ki, qəbir daşları üzərindəki yazılar insanlara axirəti xatırlatmalıdır:

“İndiki halda qəbir daşları ilə bağlı insanlar arasında sanki rəqabət var. Yəni bununla fəxr edənləri, öyünənləri görürük. Bu artıq ölünün mahiyyətinə də ziddir. Ümumiyyətlə, qəbirstanlığa gedən zaman insan axirəti yad etməlidir. Amma bugünkü vəziyyət insanları bu əməldən uzaqlaşdırır. Qəbirin üzərinə sadə şəkildə hansısa əlamət qoyulmalıdır.

Əgər hikmətli, ibrətli mövzuda şeir yazılıbsa, bu müsbət haldır. Çünki insanlar qəbiristanlığı ziyarət etdiyi zaman istər istəməz həmin şeirləri oxuyurlar. Bu da mənəviyyata, əxlaqa təsir edir”.

Comments are closed, but trackbacks and pingbacks are open.