Press "Enter" to skip to content

Mzahir daşqın şeirlri

Borsunlu Məzahir Daşqın : Təbriz 1941-ci il
———————————-
Çox sağ olun Bəxtiyar bəy !!

SÖZ MƏZAHİR DAŞQIN İFA BƏXTİYAR QARABAGLI DAGLAR

Если вам понравилось бесплатно смотреть видео söz məzahi̇r daşqin i̇fa bəxti̇yar qarabagli daglar онлайн которое загрузил Bəxt Tube 30 ноября 2019 длительностью 00 ч 00 мин 53 сек в хорошем качестве, то расскажите об этом видео своим друзьям, ведь его посмотрели 840 раз.

Ferhad Qafarov

1 год назад

Daşqının gərdişi çox sitəmlidir
Dodağı gülənin gözü nəmlidir
Bu dünyanın tarı zilli bəmlidir
Onu çalmayan da yazıq çalan da yazıq

Aslan Ismayilov

1 год назад

Salam sizə uzaqlardan
Yönü bəri baxan dağlar.
Abı-həyat bulaqları
Sel-sel olub axan dağlar.

Şahid yoxdur yaşınıza,
Qayanıza.daşınıza.
Qocalarmı başınıza
Yazda,yayda çıxan dağlar.?

Mən Daşqınam bu dünyada
Qəm dəryadır.canım ada.
Unudubdur ,salmır yada
Könül evin yıxan ,dağlar.

Borsunlu Məzahir Daşqın : Təbriz 1941-ci il
———————————-
Çox sağ olun Bəxtiyar bəy !!

Pervane Ehmedova

1 год назад

Allah Mezahir Dawqina rehmet elesin

Rəvan

2 года назад

Çox sağolun ��❤️ şeirə qiymət yoxdu deyəsən. Bir ildə birinci şərh. Allah şairə rəhmət eləsin ������

NET-GUNDELİK

Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi – www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! 🙂

10 Mayıs 2012 Perşembe

Ədəbi irsimizdən. Borsunlu Məzahir Daşqın. S U S M A R A M

Mən bir qulam,əzilmişəm yük altında ,qardaşım,
Sevinc bilməz bir məhkumam ,ahu-zardır sirdaşım.
Çiynimdəki kəcavədə gəzir böyük hökmdar,
Əcdadımın qanındadır,taxtındakı boyalar.
**************************​**********************
İnanmasan,get görməyə,vicdan əzən zindanı,
Oxuyarsan daşlarında min bir qəmli dastanı.
Sual versən o daşlara,danişarlar babandan,
Onu necə yükləmişlər heyvanlar tək bir zaman.
**************************​**********************
Çiyinləri qabar atmış,üzgün düşmüş ən sonu,
Ağır yüklər əzabından,üsyan edərkən onu.
Gündə vurub ,zəncirləyib,tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər mənzil olmuşdur ona,
**************************​**********************
Mənə “dinmə, sus- “deyirsən,nə vaxtacan susacam?
Böhranların ,hicranların fərmanında qalacam,
Necə susum,danışmayım insanlıqda payım var.
Mənim Ana Vətənimdir talan olan bu diyar,
**************************​**************************
Necə susum danişmayım ,namus belə söyləyir,
Sifarişlər qəbul edib, ” yaşayınca öl ” deyir.
Necə susum ,danişmayım, Turk yurdudur bu torpaq,
Oğuzların ,elxanların vətənində kimdir,bax .
**************************​**************************
Susmayacam,qoy assınlar yük altında ölüncə,
Təhqirlərə hədəf olub ,düşmən mənə gülüncə.
Qoy O cəllad parçalansın,yasaqlıqdan sən əl çək,
Mərd tanısın tarix səni,soruşarkən gələcək.
**************************​*************************
Süd verərkən dərdli anam,belə deyirdi mənə,
Səni qurban bəsləyirəm,turk yurduna,vətənə.
Bu dünyanın şöhrətindən,azadlığı üstün tut ,
Yaltaqlığı,arsızlığı alçaqlıq bil,sen unut .
**************************​**********************
Sənin sevgin vətən olsun,millət olsun,mən olum,
Südüm sənə haram olsun,xəyanət etsən,oğlum.
İndi necə dillənməyim,eyləyimmi xəyanət?
Hani Vətən,hani namus ,bir söylə,hani millət?
**************************​************************
Mən bir qulam,yerim altun,suyum gümüş,özüm ac ,
Atam məhkum,Anam sayıl,elim çörəyə möhtac
Dil yaranıb danışmağa,mən danışa bilmirəm,
Yar sinəmi,aç qəlbimi,ciyər vərəmdir,vərəm !
**************************​*************************
Koramal tək sürünməkdən,söylə varmı bir məna,
Nəvaxtacan çörək üçün girim hər alçaq dona!
Mən insanam ,qəlbim vardır ,kəskin zəkam ,əqlim var.
Bəs deyilmi çiynimizi yagır etdi bu yadlar!
Nə qədər ki,hakimlik var ,məhkumluq var,mən varam
Zülmə qarşı Usyankaram,Əzilsəmdə, SUSMARAM .
**************************​**************************​*****
Borsunlu Məzahir Daşqın. 1942-ci il

http://www.azadliq.org

Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, “Qızıl Gəncə” jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır.

İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun “İran səfəri” şerlər silsiləsi bu zaman yaranır.

1942-ci ildə Krım cəbhəsində ağır döyüşlərdə əsir alınır, ölüm düşərgələrində işgəncələrə məruz qalır. Şimali Afrikada və İtaliyada olur.

1945-cı ildə vətənə qayıtmaq imkanı tapsa da, onu doğma vətənə buraxmayıb həbs edir, Sibirə sürgünə göndərirlər. 1956-cı il 24 mart tarixli fərmana əsasən ona bəraət verilir. M.Daşqının azad olunmasında Səməd Vurğunun xeyirxah rolu olmuşdur. Böyük şair M.Daşqına “Aşıq qardaşıma” adlı şeir də həsr etmişdir.

Azərbaycan Respublikası xalq yaradıcılığı evində ştatdankənar metodist (1956-1960), sonra ömrünün axırınadək Gəncə rayonlararası xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

1946-cı ildən sonra təqiblərə məruz qaldığından öz şerlərini Daşqın təxəllüsü ilə çap etdirmişdir. 1979-cu il oktyabrın 31-də vəfat etmiş, Borsunlu kəndində dəfn olunmuşdur..

“Əgər yoxsa doğma yurdun…” – Məzahir Məzhərin şeirləri

Məzahir Məzhər (Qarayev) Zərdab rayonunun Qoruqbağı kəndində anadan olub. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərib. Bu maraq onu qısa təmsillər və şeirlər yazmağa həvəsləndirib.

Şair 70-ci illərin əvvəllərindən Zərdab rayonunda çıxan “Pambıqçı” qəzetində dərc olunmağa başlayıb. Sonralar “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda” qəzetlərində təmsilləri dərc edilib. Məzahir Məzhər (Qarayev) Zerdab.com saytına açıqlamasında deyib ki, həyatda rast gəldiyi neqativ halları təmsillərində canlandırmağı çox sevir və bunu özünə borc bilir. O, yeni şeirlərini Zerdab.com saytına təqdim edib.

Sərhədçi əsgər

Vətənimin keşiyində
Dayanmısan, igid əsgər.
Doğma ata ocağından
Əziz gəlir sənə səngər.

Arxandadır doğma yurdun,
Önündədir xain düşmən.
Ölüm-qalım arasında
Öncə vətən düşünürsən.

Ölmək nədir vətən üçün,
Onda məzar da vətəndi.
Əgər yoxsa doğma yurdun,
Bu, ölümdən də betərdi.

Haydı, irəli!

Ayıq ol, igid əsgər,
Tuş gəlməsin yurduma
Mənfur düşmən gülləsi.
Əz başını zalımın,
Ərşə qalxsın naləsi.
Vətən sənə ümidli
Xaindi yağı düşmən.
Haydı irəli, əsgər,
Qoy yesin ağı düşmən.

Azadlığım məhv olar,
Sən olmasan önümdə.
Qorxub səndən çəkinir,
Vaxtsız gələn ölüm də.

Əlindədir bayrağım,
Dodaqlarında himnim.
Bil ki, sənlə azaddı
Mənim ana vətənim.

Dalğalan, bayrağım!

(Cümhuriyyətin 100 illiyinə)

Yol gəlmisən bir əsrdən bu yana,
Boyanmısan döyüşlərdə al qana,
Şəhidlərə laylay deyən bir ana,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!

Baxıb sənə qürurlandı igidlər,
Dalğalandın, şəfəq saçdı üfüqlər,
Dara düşüb gizlədildin çox illər,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!

Hər bir ölkə bayraq ilə tanınar,
Şəhidləri bayrağına sarılar,
Qarabağda zəfər marşı çalınar,
Dalğalan sən, ey üç rəngli bayrağım,
Kölgəndədir cənnət vətən torpağım!

Comments are closed, but trackbacks and pingbacks are open.