Press "Enter" to skip to content

Nə harada nə zaman ensiklopediya

1. Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş və əllinci illərdə məşhurlaşmış bir karikaturada bir neçə dövlətin başçısı təsvir olunub. Onlar Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyir və cəmi 3 notdan ibarət olan yanğılı mahnı oxuyurlar.
Sual:Bəs karikaturada təsvir olunmuş dövlət başçılarının oxuduqları mahnı hansı notlardan ibarət idi?
Düzgün cavab: Sualda bildirilir ki, karikaturada təsvir olunmuş dövlət başçıları Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyirlər! Onlar yanğılı mahnı oxuyarkən Do, Lya və Re notlarından istifadə edirlər ki, bu da «dollar» sözünə bənzəyir!
Sual müəllifi: Səkinə Cafarova, Brüssel
Davamı →

Nə?Harada?Nə zaman?

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Çempionat Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunub.

Layihənin keçirilməsində əsas məqsəd şəhid soydaşlarımızın cəmiyyətdə tanıdılması, onların xatirələrinin hər zaman uca tutulması, onlar kimi gələcəkdə vətənə canı ilə bağlı olan şəxsiyyətlərin yetişmələrinə töhfə vermək, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılmasına nail olmaqdır.

Layihə ümumilikdə 3 mərhələdən ibarətdır. İlk mərhələdə Şəmkir rayonunda yerləşən 14 tam orta məktəbi əhatə edən “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışma keçirilib.

Layihənin ilk mərhələsi şagirdlərin yay tətili zamanı həyata keçirilib. Bu da onların istirahət günlərində boş vaxtlarını səmərəli keçilmələrinə şərait yaratmaqla bərabər, intellektual oyunlara olan maraqlarının artırılmalarına dəstək olub. Ümumilikdə yarışda 14 məktəbdən (bunlardan 10-nu kənd məktəbi), 440 şagird iştirak edib. Çempionatda iştirak etmiş hər bir şagirdə fərdi iştirakçı sertifikatı təqdim olunub.

Layihənin növbəti ikinci turu çərçivəsində məktəblər üzrə qalib gəlmiş komandalar 17 və 18 avqust tarixlərində Şəmkir şəhərində, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində yarımfinalda yarışıblar.

Layihənin son, yekun mərhələsi çərçivəsində ən güclü 6 komanda final yarışının intellektual mübarizəsində gücünü sınayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Şəmkirdə həyata keçirilən “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə I Şəmkir Çempionatı meqa layihəsinin tərəfdaşları “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan İntellektual Oyunlar Klubudur.

Nə? Harada? Nə zaman? (ЧГК)

Məşhur Nə?Harada?Nə zaman?(rus dilində Что? Где? Когда?) oyununun onlayn variantı.
intellektual NHN sualları,məntiqi çalışmalar,NHN yenilikləri,onlayn yarışlar.Nə?harada?Nə vaxt? sualları və cavabları,müzakirələr,həftəlik pul uduşları.
viktorinalar,konkurslar,bilik yarışları,maraqlı suallar,intellektual suallar,

Yaradılıb 3 mart 2010 Topik 87 Abunəçi 69 Reytinq 75.68

Administratorlar (1):
2ral

Moderatorlar (1):
ramzes

“Xəmsə” sualları

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 21 aprel 2016, 02:44

Xəmsə intellektual verilişində verilən suallara nümunələr

1-ci Mövzu: “Namələr”

  1. Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə).
  2. Füzulinin bu əsərinin 2-ci adı “Nişançi paşaya məktub”dur. (Şikayətnamə).
  3. Nizami Gəncəvinin “İsgəndərnamə” poeması bu 2 hissəyə bölünür. (şərəfnamə, iqbalnamə).
  4. Fəzlullah Nəiminin son əsəri məhz, belə adlanır. (Vəsiyyətnamə).
  5. İsmayıl bəy Qutqaşınlının avtobioqrafik səciyyəli əsəri belə adlanır. (Səfərnamə).

«Clean mind & Clear skin» yarışması: 4-cü həftənin nəticələri

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 16 yanvar 2014, 15:08

Hörmətli istifadəçilər! «Qoy dəriniz təmiz, zəkanız aydın olsun!» konkursunun dördüncü həftəsi yekunlaşdı.
Ən yaxşı iştirakçılar artıq seçilmişdir.
Ən çox düzgün cavab verənlərin siyahısı ilə https://www.dropbox.com/s/c59xbag36wzutwc/Clean%20and%20Clear_week4_TOP%20winners.xlsx səhifəsindən endirməklə tanış ola bilərsiniz.
Ən yaxşı nəticə göstərənlər aşağıdakılar oldu:

«Clean mind & Clear skin» yarışması: 2-ci həftənin nəticələri

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 25 dekabr 2013, 00:38

Hörmətli istifadəçilər! «Qoy dəriniz təmiz, zəkanız aydın olsun!» konkursunun ikinci həftəsi yekunlaşdı.

Ən yaxşı iştirakçılar artıq seçilmişdir. İkinci həftə ərzində iştirakçıların sayı 123 idi.

Ən çox düzgün cavab verənlərin siyahısı ilə bu səhifədən endirməklə tanış ola bilərsiniz.

Ən yaxşı nəticə göstərənlər aşağıdakılar oldu:

“«Clean mind & Clear skin»” 1-ci həftənin nəticələri

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 18 dekabr 2013, 15:20

Hörmətli istifadəçilər! «Qoy dəriniz təmiz, zəkanız aydın olsun!» konkursunun birinci həftəsi yekunlaşdı.

Ən yaxşı iştirakçılar artıq seçilmişdir. Birinci həftə ərzində iştirakçıların sayı 352 idi.

Ən çox düzgün cavab verənlərin siyahısı ilə qaliblər səhifəsindən endirməklə tanış ola bilərsiniz.
Ən yaxşı nəticə göstərənlər aşağıdakılar oldu:

Məntiqi sual

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 16 aprel 2013, 10:15

Toyuqlar şəkildə göstərilən korobkaya yumurta qoyurlar. Heç bir sırada və dioqanalda 2 dənədən çox yumurta ola bilməz. Onlar artıq şəkildəki kimi iki yumurta qoyublar. Sual budur ki, onlar neçə yumurta qoya bilərlər?

Qeyd:
1)Şəkildə ikinci yumurtanın yeri yaxşı görünmədiyindən deyim ki, ikinci yumurta birinci ilə eyni dioqanalda yerləşir və dioqanalın bizə tərəf olan sonundadır.
2) Cavab yazan zaman niyə elə düşündüyünüzü də yazın.

Tarix turniri.1-ci buraxılış

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 28 iyul 2012, 17:19

Sizlərə maraqlı tarixi suallar təqdim edirəm .Buyurun,fikirləşin və cavablarınızı yazın. 1 sual.O dustaq olsada sarayda 3 otağı və qulluqçusu var idi, səfirlikdən yemək alırdı, senzuranın nəzarəti olmadan məktublaşa bilirdi.Onun adı nədir? 2 sual. Makedoniyalı İskəndər Demokritin saysız dünyaların mövcudluğu təlimi haqqında öyrənəndə,çox kədərləndi.Sizcə niyə? 3 sual. Tez-tez müharibələr edən Spartanı həmişə iki sülalənin Aqiadlar və Evripontidlər hökmdarları idarə edirdi.Onlar öz vəzifələrini necə bölürdülər?
Davamı →

NHN sualları

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 11 mart 2012, 20:01

1. Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş və əllinci illərdə məşhurlaşmış bir karikaturada bir neçə dövlətin başçısı təsvir olunub. Onlar Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyir və cəmi 3 notdan ibarət olan yanğılı mahnı oxuyurlar.
Sual:Bəs karikaturada təsvir olunmuş dövlət başçılarının oxuduqları mahnı hansı notlardan ibarət idi?
Düzgün cavab: Sualda bildirilir ki, karikaturada təsvir olunmuş dövlət başçıları Amerika səfirliyinin qarşısında dayanaraq ianə istəyirlər! Onlar yanğılı mahnı oxuyarkən Do, Lya və Re notlarından istifadə edirlər ki, bu da «dollar» sözünə bənzəyir!
Sual müəllifi: Səkinə Cafarova, Brüssel
Davamı →

Bilicilər üçün 15 sual

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 18 fevral 2012, 19:56

1. Dünyada ən zəhərli heyvan hansıdır?

2. Hansı ölkədə hər gün saat 16:00-da yağış yağır?

3. Ən iri balıq hansıdır? Uzunluğu, çəkisi nə qədərdir?

4. Ən böyük göz hansı heyvanındır?

5. İlk Azərbaycan çap kitabı hansıdır? Neçənci ildə və harada nəşr olunub?

6. Sağlam adamın çəkisi yayda qışdakından neçə kq az olur?

7. adamın boyu axşam səhərkindən neçə sm az olur?

5 NHN sualı

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 3 fevral 2012, 13:07

1.Hind mənşəli müasir yazıçının qəhrəmanlarından biri deyirki ,o, anadan olanda onu hətta saat da salamlayırdı. Sual:bu necə olurdu?

2.Maçusiro şəhərinin otel rəhbərliyi müştərilər üçün yeni güzəştlərlə dolu xidmətlər paketi təqdim edib.Onların sayı 3 olduqda müştərilər pulsuz pivə,4olduqda 5% güzəşt,5 olduqda tam pulsuz xidmət qazanırlar.
Diqqət sual:onlar deyəndə nə nəzərdə tutulur?

BİLİRSİNİZMİ. 15 sual.

  • Nə? Harada? Nə zaman? (ЧГК)
  • 22 iyul 2011, 16:04

1. Yarasalar uçma istiqamətini necə müəyyən edir?
2. İşıq və kölgənin planet üzərindəki sərhədi necə adlanır?
3. Abş-ın bayrağında neçə zolaq var?
4. Ən qədim ədəbi janr hansıdır?
5. Dünyanın ən gənc hökmdarı kim olub?
6. Ən güclü canlı hansıdır?
7. Bazar gününü ilk dəfə kim təyin edib?
Ardı →

Nə? Harada? Nə zaman? Sualları #1

X-in yaranması qədim dövrlərə yəni antik yunan vaxtlarına gedib çıxır. İlk dəfə olaraq X-in sistematik forması yunan filosofu Platonun qohumu Spe-usip-pos tərəfindən yaradılmışdır. X-in orta əsrlərdə yaranmış variantları daha mükəmməl tərkibə malikdir. Biz hal-hazırda X-in dünyaca məşhur olan internet versiyasından daha çox istifadə edirik. X nədir?

Cavab: Ensiklopediya(İnternet versiya= Wikipedia)

2.Amerikalı politoloq ZBİQNEV BJEZİNSKİ «Böyük şahmat taxtası» əsərində qeyd edir ki, hal-hazırda dünyada yeganə fövqəl-bəşər dövlət ABŞ-dı. Bəs onun fikrincə dünyada ilk fövqəl-bəşər dövlət hansıdır?

Cavab: Roma İmperiyası
3. Diqqət. Sualda əvəzetmə var. Yəni başqa bir söz X-lə əvəz edilib.

Böyük coğrafi kəşflər dövrünün son nümyəndələrindən biri olan və XIX əsrdə yaşamış norverçli alim və səyyah Fritof Nansen Şimal Qütbünə gedib çıxa bilməsə də Arktikanın bütün coğrafi problemlərini həll etmişdi. Azerbaijan Airlines (Azərbaycan Hava Yolları) jurnalında oun haqqında məqalənin adı “Əlçatmaz X-lər fatehi adlanır”. 1 dəqiqə ərzində X-in nə olduğunu tapın?

Cavab: Buzlaq

4. Bu insanın “Ölümdən sonra həyat” (Life after death) adlı nitqi nəinki Böyük Britaniya vətəndaşlarını ikinci dünya müharibəsinə səsləyib, hətta Amerikada Billboard 200 adlanan mahnı xit-paradında 19-cu yerə çıxıb. Bu insan kimdi?

Cavab: Uinston Çörçil

5. Gi De Mopassanın “Ölü” əsərinin qəhrəmanı sevgilisinin məzarını ziyarət etməyə gedir. Bu vaxt dəhşətli hadisə baş verir. Bütün ölülər dirilərək məzar daşlarının üzərində olan sözləri silərək həqiqətləri yazırlar. Onun sevgilisi öz məzarı üstündə yazır: Bir dəfə sevgilisinə xəyanət etməkçün evdən çıxanda yağışa düşüb, sətəlcəm olub və ölüb”. 1 dəqiqə ərzində onun sevgilisinin məzarı üstündə əvvəlcədən yazılmış 3 sözü tapın.

Cavab: Sevirdi, sevilirdi, öldü

Comments are closed, but trackbacks and pingbacks are open.