Press "Enter" to skip to content

Nə qədər məzuniyyətin olduğunu necə ala bilərəm?

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30.4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Daha sonra işçiyə neçə gün məzuniyyət günü verilərsə həmin günlərin sayına vurmaqla məbləğ müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

İşçinin məzuniyyət pulu necə hesablanır? – VİDEO

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması və ödənilməsi Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən tənzimlənir.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına 30.4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Daha sonra işçiyə neçə gün məzuniyyət günü verilərsə həmin günlərin sayına vurmaqla məbləğ müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Dövlət Əmək Müfəttişliyi Xidmətində Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsinin baş məsləhətçisi Mehman Abdullayev bildirib ki, işçinin rəsmi olaraq işə başladığı gündən məzuniyyyət hüququ yaranır.

Mehman Abdullayev məzuniyyət hesablanarkən nəzərə alınan və alınmayan dövrlərin olduğunu da diqqətə çatdırıb.

Vətəndaşlar bu məsələ ilə bağlı hər hansı problemlə rastlaşarlarsa Dövlət Əmək Müfəttişliyi Xidmətinə həm sosial şəbəkələr üzərindən, həm də 142 çağrı mərkəzi ilə müraciət edə bilərlər. Məzuniyyətin verilməməsinə görə işəgötürəni İnzibati Xətalar Məcəlləsinin 192-i 5-ci maddəsinə görə 1500-dən 2000 manata qədər inzibati cərimə tətbiq olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Nə qədər məzuniyyətin olduğunu necə ala bilərəm?

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Hər bir işçinin qanunvericiliklə nəzərdə tutulmuş əmək məzuniyyətinə çıxmaq hüququ var. Əmək məzuniyyəti nədir? Hansı müddətə və kimə verilir?

Qaynarinfoya açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanunvericilik bütün işçilərə, onların iş yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilməsini nəzərdə tutur:

“Əmək Məcəlləsinin 110-146-cı maddələri sırf məzuniyyət hüququ ilə bağlıdır. Məzuniyyət hüququnun 4 növü var: 1) əmək məzuniyyəti; 2) sosial məzuniyyət; 3) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; 4) ödənişsiz məzuniyyət”.

Ekspert vurğulayıb ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi, Əmək Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir, bayram günləri məzuniyyət günlərinə əlavə edilmir:

“Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur”.

Comments are closed, but trackbacks and pingbacks are open.