Meyvələrin söhbəti
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Nar və zəfəran azərbaycana kulinariya səyahəti kitabı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Heydər Əliyev və Azərbaycanda kitabxana işi
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Meyvələrin söhbəti
Bahar fəsli idi. Çöllər, çəmənlər yaşıl don geymişdi. Qış yuxusundan ayılmış güllər, çiçəklər min rəngə çalırdı.
Lalə elə qızarmışdı ki, elə bil bağrına dağ çəkmişdilər. Nərgizgülü bağa girən kimi ətrafına baxıb özünü itirdi.
Bənövşə aciz- aciz boynunu əyib durmuşdu. Qönçələrin açıldığını görən şeyda bülbül sevinir, qızılgülə baxıb ah-naləyəbaşlayırdı. Çəmənlərdə yasəmənlərin xoş rəngi, ətri, gözəlliyi qəlbə fərəh verirdi.
Təbiətin belə gözəl çağında, meyvələrin dilini bilən bir nəfər arif adam bağa gəzməyə gəldi.
O, bağa girən kimi meyvələrin fəxr edib öyündüklərini gördü.
Alça deyirdi:- Dünyada mənim kimi gözəl meyvə hanı? Qızdırma xəstəliyinə tutulanların şəfası, ağzı acı olanların dəvası mənəm. Bütün həkimlərin dediyi kimi, mən başağrısının da dərmanıyam.
Alça sözünü deyib qutaran kimi Gavalı hirslənib özündən çıxdı və Alçaya dedi: — Ey əfəl, utanmırsan ki, belə fəxr edirsən? Turşuluqdan dişləri qamaşdırırsan, səni yeyən adam ya əzgin olar, ya da iflic. Meyvələr içində səndən yaramazı yoxdur. Mənim isə adımı Gavalı qoyublar. Yüz min tərəfə saçılan budaqlarım var, dür kimi saf, gah yaşıl, gah qırmızı, gah da zəfəran rənginə çalan meyvələrim var.
Gilas Gavalının səsini eşitcək ona belə tənə vurdu:
— Heç utanıb xəcalət çəkmirsən? Bəsdir özünü bu qədər tərif elədin. Sənin dadına
baxan adam gərək gündə üş dəfə bal yesin. Mənim əynimdəki gözəl libasım heç bir meyvədə yoxdur, dənələrim göydəki ulduzlara bənzəyir. Hər budağım bir sərv ağacıdır. Bütün gözəllər mənim həsrətimi çəkirlər.
Bu sözləri eşidən ərik qışqırıb dedi:
— Gör Gilas necə qudurub! Ey qarğa və sağsağanların yemi! Bu eybilə fəxr edib özünü öyürsən? Vücudun bir damcı su ilə sümükdən ibarətdir. Səni yeyən ziyandan başqa bir şey görməz. Səni bəsləyən bağban axırda zərərini çəkər. Mənim adımı Ərik qoyublar. Gah zümrüd kimi yaşıl, gah da qızıl suyuna salınmış kimi sarı oluram. Bağbanlar məni qurudurlar, karvanlar uzaq ölkələrə aparırlar. Hər yerdə məni əziz tuturlar, mən xörəklərin dadı, ləzzətiyəm.
Əriyin dediyini eşidən Alma acıqlanıb qışqırdı:
— Ey qurdlu, vərəmli, yaxası yarıq! Sənin paltarın tozludur,özün də torpaq dadı verirsən. Xasiyyətini bilə-bilə özünü öyürsən. Səni yeyənin qarnı şişər, bəlaya düşər. Mənim isə adımı Alma qoyublar, üzüm al-qırmızıdır, paltarım atlazdandır. İki sevgilinin arasında hamıdan məhrəməm. Məclisdə heç kim məni qoyub, başqa meyvələrə əl vurmaz.
Alma bu sözlərlə öyünməkdə ikən Armud irəli çıxıb dede:
— Ey şeytan kimi fəsad törədən! Tərifə layiq olsaydın, adın alma yox, al olardı.
Mənim adımı isə Armud qoyublar. Yaxşı xasiyyətim var, nuşcanlıqla yeyərlər. Hər xəstəyə şəfa, hər dərdə dəvayam.
Armud özünü hey tərifləyirdi.
Birdən Üzüm onun səsini eşidib qəzəbləndi və Armuda belə dedi:
— Ey qarnının qurdundan rəngi saralmış, ey zəiflikdən başı yekəlmiş! Özün dərdli olduğun halda, özgələrə necə əlac edərsən? Keçəl dərman bilsəydi, öz başına
yaxardı. Əvvəlcə get öz dərdini sağalt, sonra da başqalarına şəfa ver. Mənim adımı isə Üzüm qoyublar. Səbz, kişmiş, mövüc məndən olur. Meyvələr içində mən hamıdan əzizəm. Turşu da məndən olur, halva da, şərab da. Kef məclislərinin ziynəti də mənəm, mən!
Heyva bu danışığı eşidən kimi hirsindən sapsarı sarldı.Üzümə dedi:
— Ağzını yum! Səndən hazırlanan şərabı içən adamın həm pulu gedər, həm abır- həyası, axırda hamının gözündən düşüb müflis olar, qəmə, qüssəyə batar. Ləzzət də desən məndədir,dad da, yaxşı ad da. Bütün bağ və bağçanı mənim ətrim bürüyüb: məni bəzək üçün taxtalara düzür, hər bir ölkəyə aparıb, gözəllərə töhfə verirlər.
Heyvanın öyündüyünü eşidən Narınc dilə gəldi:
— Ay yazıq, utanmırsan belə sözlər danışırsan? Özündən xəbərin yoxdur,
acığından rəngin saralıb? Hamı sənə rişxənd edir, sən isə özünü tərifləyirsən. Qarnın qurdla dolub, bədənin qurdlara məskən olub, mənim isə adımı Narınc qoyub, əynimə elə gözəl paltar geydiriblər ki, həmişə bu paltarımla fəxr edirəm. Elə bircə şəklimə baxanın xoşu gələr.
Turunc dilləndi:
— Ey ağılsız Paltar nədir ki, onunla fəxr edirsən? Eşşəyin üstünə zərli, naxışlı palan
qoymaqla çönüb adam olmaz. Rəngim həmişə yaşıldır, görkəmim təzə.
Bu sözləri eşidən Nar, Narınc ilə Turuncun fəxr etdiklərinə gülüb dedi:
— Bu mənasız danışıqlar, puç arzular nədir? Rəngə qalsa, mənim meyvəmin, çiçəyimin rəngi hamıdan əladır. Tərifəlayiq bir şey varsa, o da mənim turşaşirinliyimdir. Mən özümü tərifləyib deyirəm ki, Narınc ilə Turunc nökərim, heyva ilə Alma isə qulluqçularımdır.
Nar özünü bu cür tərif etməkdə ikən bağda Xurma bunları eşitdi. Narın üstünə qışqırıb dedi:
— Az təriflə özünü, sən buna layiq deyilsən! Amma mən bütün Ərəbistanda və sair yerlərdə məşhuram, məni Misir və Şam ölkələrindən hər yerə sovqat aparırlar. Məni o qədər xoşlayırlar ki, cürbəcür adlarla şağırlar.
Xurma özünü tərifləyib qutaran kimi, Badam qeyzlə nərə çəkib ona dedi:
— Ey səyyah Xurma, sənin pisliyin elə ondadır ki, heç vaxt bir yerdə qərar tutmursan, gah bağdadlı olursan, gah da isfahanlı. Sənin bu tərifini eşidib lap əridim. Mənim isə o qədər yaxşı xasiyyətlərim var ki, sadalamağa utanıram. Abinabat, noğul, halva məndən hazırlanır.
Püstə bunları eşidib ağzını açdı. Badama bu sözlərlə sataşdı:
— Ey kinindən ağzı yumulu, arından üzü örtülü Badam! Sənin səxavətin az,
xəsisliyin çoxdur. Minlərcə daş dəyməyincə sınmırsan. Mənim isə, qönçə kimi ağzım açıqdır. Məni yemək istəyən əziyyət çəkməz.
Bundan sonra Fıstıq, İydə, Şabalıd, Fındıq, İnnab, Tut, Albalı, Əncir, Zoğal, Qoz, Lumu sözə başlayıb hərəsi özündən bir əfsanə danışdı. Şaftalı deyirdi padşaham. Fıstıq deyirdi ki, ulduzlar içində Ayam. Qoz deyirdi mən şaham. Fındıq deyirdi şahənşaham. Lumu deyirdi mən bu bağın sevimlisiyəm. Şabalıd deyirdi pəhlavanam. Əncir deyirdi dünyada məhşuram. İnnab deyirdi gözələm. Zoğal deyirdi… Albalı da özünü tə”rifə başladı, Tut da tuti kimi dil-dil ötdü.
Dincəlib ləzzət almaq üçün bağa səyahətə gəlmiş arif adam bu səs-küyü eşidib orada qalmaq istəmədi, evinə qayıdarkən yolu bostana düşdü. O, bostanı elə bir vəziyyətdə gördü ki, az qaldı bağrı çatlasın.
Burada Xiyar özünü tərifləyir, təcürbə və bacarığından danışıb deyirdi: — Mən ürək yanğısının dərmanıyam, məni yeyənlərin ürəyini sərinlədirəm.
Bunu eşidən Gərmək üzünü Xiyara tutub dedi:
— Ay zalım, bu tərif nədir eləyirsən? Sənin bircə quru addan başqa nəyin var?
Camış əti səndən dadlıdar. Tərifə mən layiqəm ki, həm xəstələrə şəfa, həm ürəklərə səfa verirəm!
Gərməyin tərifini eşidən Qarpız el nərə çəkdi ki, dəniz kimi cuşə gəldi. O dedi:
— Məgər bu xasiyyətlər məndə yoxdur? Mən dərdlərə şəfa, gözlərə işıq verirəm.
Qızdırma və başağrısının dərmanıyam. Rəngim qırmızı, suyum saf və şirindir.
Bunları eşidən Qovun hiddətləndi. Qarpıza verdiyi vəzirliyi, Gərməyə verdiyi vəkillik mənsəbini əllərindən aldı. Xiyarı mülazim, Şamamanı xadim rütbəsindən qovdu və bostançıya əmr etdi ki, bunların cəzasını versin. Xiyarın qabığını soydurub, ixtiyarını əlindən aldı. Gərməyə bir neçə yerdən yara vurub parçalatdı. Qarpızı ortadan böldü,
Şamamanı bir kənara atıb dedi:
— Bu bostanda sizin şahınız mənəm! Ətrimin, dadımın tayı-bərabəri yoxdur!
Xülasə, Qovun özünü o qədər təriflədi ki, axırda özü-özünə hirslənib başını yardı.
Bunu görən səyyah bostanda qalmaq istəmədi.
Bu dünyanın işlərinə heyrət edib, lovğalananlara gülüb yoluna düzəldi.
Nar və zəfəran azərbaycana kulinariya səyahəti kitabı
� Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti�
Azərbaycanlı müəllifin kitabı beynəlxalq mükafata layiq görülüb
Azərbaycanlı müəllif Fəridə Buyuranın � Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti� kitabı ABŞ-da çıxan Şərqi Avropa mətbəxinə dair kulinariya kitabları kateqoriyasında � The Gourmand World Cookbook Awards � mükafatının qalibi elan edilib .
Müəllif həmin kateqoriyanın başqa ölkələrdən olan qalibləri ilə birlikdə bu ilin iyun ayında Çinin Yantay şəhərində keçiriləcək � Gourmand Best in the World � yarışında iştirak etmək imkanı qazanıb.
� Gourmand Best in the World � mükafatı konyak istehsalı ilə məşğul olan məşhur ailənin üzvü Eduard Konro tərəfindən 1995-ci ildə təsis edilib . O, kulinariyaya və şəraba dair kitabları təbliğ edir , dünyanın hər yerindən məşhur aşpazları təqdim edir .
Ötən ilin oktyabrında oxuculara təqdim olunmuş � Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti� kitabı ingilis dilində Azərbaycan mətbəxinə dair ilk sanballı nəşrdir. 336 səhifədən ibarət kitab oxuculara 200 ləzzətli qəlyanaltı, salat , şorba , xəmir, ət, tərəvəz yeməkləri, yumurtadan hazırlanmış yeməklər, plov növləri, içki və desert reseptləri təklif edir . Kitaba Fəridə Buyuranın populyar �azcookbook.com� bloqundan seçmə reseptlər də daxildir .
Nəşr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və � Practical Solutions Group � şirkətinin dəstəyi ilə çap olunub . Kitabı Bakıda �Əli və Nino � mağazalar şəbəkəsindən və www.azcookbook.com və www.amazon.com saytlarından əldə etmək olar .
Mədəniyyət.- 2015.- 4 fevral.- S. 16.
Comments are closed, but trackbacks and pingbacks are open.