Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib – AÇIQLAMA
Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib – AÇIQLAMA Nazirlər Kabineti (NK) iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.
VERGİLƏR
Azərbaycan Respublikası Nazirlər Kabineti 27 yanvar 2021-ci ildə “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarında müəyyən edilmiş bu normaları hökumət hər il redaktə edərək dövlət büdcəsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırır.
Qərarda gündəlik ezamiyyə xərclərinin normaları dəyişməz qalıb: Bakı şəhəri – 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan – 70 manat, ölkənin qalan şəhərləri və kəndləri – 65 manat. Əsas dəyişiklik ezamiyyə xərclərinin tanınmasına yanaşmada baş verib. 25 yanvar 2008-cü il tarixli 14 saylı Qərarın 1-ci bəndinə görə gündəlik ezamiyyə xərcləri normasının (ölkə daxilində) 80 faizini mehmanxana xərcləri təşkil edir. Yeni dəyişikliyə görə, bu xərcləri təsdiq edən sənəd təqdim edilmədikdə xərclərin yalnız 50 faizinin ödənilməsinə icazə verən Qərarın 1-1-ci bəndi ləğv edilib.
Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 109.7-ci maddəsi ezamiyyə xərclərinin “müvafiq icra hakimiyyəti orqanı” nın, yəni Nazirlər Kabinetinin təsdiq etdiyi normadan artıq hissəsini gəlirdən çıxmağı qadağan edir. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarında (maddə 1) ezamiyyə xərcləri normaları açıq şəkildə göstərilib.
Qərarın 4-cü bəndində ezamiyyə xərclərinə daxil olan xərclər sadalanır: gündəlik xərclər, otel xərcləri, rabitə, şəhərlərarası nəqliyyat və s.
Ezamiyyətdə olarkən bu bənddə göstərilən hər hansı xərc üçün təsdiqedici sənədlər, məsələn, kafedən qəbz, yaxud şəhərdaxili avtobus biletləri tələb edilirmi? Əlbəttə, yox.
İşçidən yalnız mehmanxana xərclərini təsdiq edən sənədlər tələb edilirdi. Həmin sənədlər olmadıqda isə Qərarın 1-1 bəndinə əsasən, norma 50 faiz azaldılırdı. İndi bu tələb ləğv edilib. Deməli, mehmanxana xərcləri təsdiqedici sənədlərin təqdim olunub-olunmasından asılı olmayaraq tam şəkildə (norma daxilində) gəlirdən çıxılmalıdır.
Ezamiyyə xərclərini təsdiq edən sənədlərin təqdim edilməsi ilə əlaqədar yeganə tələb Qərarın 5-ci bəndində mövcuddur – nəqliyyat xərcləri yalnız təqdim edilən sənədlər əsasında tanınır. Mehmanxana xərcləri üçün hər hansı bir sənəd tələb olunsaydı, Qərarın mətninə bu barədə ayrıca bir bənd daxil edilərdi.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin internet saytında bu məsələ ilə bağlı verilən rəsmi açıqlama (https://nk.gov.az/az/article/1368/) bu yanaşmanı təsdiq edir.
Fəxriyyə İKRAMQIZI
Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib – AÇIQLAMA
Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib – AÇIQLAMA Nazirlər Kabineti (NK) iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb.
5 Dekabr , 2019 12:20
https://static.report.az/photo/6014feb9-305f-4437-9722-37d07475a207.jpg
Nazirlər Kabineti (NK) iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarına dair açıqlama yayıb. “Report”un xəbərinə görə, izahda bildirilib ki, bu qərara əsasən vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar: “Dekabrın 28 və 29-u isə iş günləri olacaq. Bu Qərar, bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir ki, bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır. İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərarın 1 ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır”. Bundan başqa, NK bildirir ki, 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam isə martın 20, 21, 22, 23, 24-nü Novruz bayramı münasibətilə 5 gün qeyri-iş günü müəyyənləşdirib: “Bu Sərəncamın da əvvəldən elan edilməsi vətəndaşların bayram günlərini səmərəli planlaşdırmasına xidmət edir. Sərəncamla mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib”.
Nazirlər kabinetinin 25 may 1996-cı il 59 saylı qerarı
№ 59 Bakı şəhəri, 16 fevral 2016-cı il
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 1239 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 671) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6.5.4-cü yarımbənddə “bağlanılmasına razılıq verilməsi” sözləri “və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 6.5.4-1-ci yarımbənd əlavə edilsin:
“6.5.4-1. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;”.
3. 7.1.12-ci yarımbəndə “əqdlər” sözündən əvvəl “bu Nizamnamənin 6.5.4-cü və 6.5.4-1-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
4. 8-ci hissə üzrə:
4.1. adı aşağıdakı redaksiyada verilsin:
“Cəmiyyətdə uçot, hesabat və nəzarət”;
4.2. 8.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.6-cı bənd əlavə edilsin:
“8.6. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
5. 11.1-ci bənddən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
Azərbaycan Respublikasının Baş naziri
Comments are closed, but trackbacks and pingbacks are open.