Press "Enter" to skip to content

Necə magsmar namizəd ola bilərəm

4.2. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə sənədləri təqdim etmiş şəxsə və ya buna hüququ olan digər şəxsə yazılı arayış verməlidir (Təlimata 6 saylı əlavə).

Necə magsmar namizəd ola bilərəm

Bəs prezidentliyə namizəd olmaq üçün hansı şrətlər tələb olunur? “Qafqazinfo” bu dəfə Azərbaycan Prezidentinin seçkilərində vətəndaşların öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədin irəli sürülməsi qaydaları haqda qanunvericilikdə nəzərdə tutulan öhdəlikləri təqdim edir.

1. Ümumi müddəalar

1.1. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

1.2. Prezidentliyə namizədlər passiv seçki hüququna malik olan və Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin tələblərinə cavab verən vətəndaşların özləri, seçicilərin təşəbbüs qrupları, habelə siyasi partiyalar və ya siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilərlər.

2. Öz təşəbbüsü ilə prezidentliyə namizədlik irəli sürülərkən təqdim edilən sənədlər

2.1. Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən vətəndaş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Prezidentliyə namizədliyin irəli sürülməsinə dair bildiriş (Təlimata 1 saylı əlavə);

2.1.2. Seçki Məcəlləsinin 53-cü və 180-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (Təlimata 2 saylı əlavə) (ərizədə prezidentliyənamizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun olub-olmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir);

2.1.3. namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Təlimata 3 saylı əlavə);

2.1.4. namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd (belə halda, namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını müvafiq seçki komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bu barədə bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz).

2.2. Təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə Mərkəzi Seçki Komissiyası tərəfindən yazılı arayış verilir (Təlimata 6 saylı əlavə).

2.3. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, namizədə və ya onun səlahiyyətli nümayəndəsinə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir (göndərir).

3. Seçicilərin təşəbbüs qrupunun yaradılması və prezidentliyə namizədliyin irəli sürülməsi qaydası

3.1. Seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət tərkibdə seçicilərin təşəbbüs qrupu yarada bilərlər. Bunun üçün onlar öz yığıncağını keçirməlidirlər. Təşəbbüs qrupunun üzvlərinin müxtəlif ərazi vahidlərində yaşamaları faktı onların təşəbbüs qrupunun üzvü olmasına maneə ola bilməz. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilər bələdiyyə qurumunun rəhbərliyinə və ya ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edə bilərlər. Həmçinin seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumlarının, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsi üçün ayrılmış yer və vaxt barədə məlumat verilir.

3.2. Yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:

3.2.1. seçicilərin təşəbbüs qrupunun yaradılması və ona ad verilməsi;

3.2.2. təşəbbüs qrupunun nümayəndəsinin müəyyən edilməsi (bu şəxs iclasın sədri və ya katibi də ola bilər);

3.2.3. prezidentliyə namizədliyin irəli sürülməsi;

3.2.4. namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına bildirişlə müraciət edilməsi.

3.3. Yığıncağın gündəliyinə çıxarılaraq müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və yığıncağın protokolu tərtib edilir. Protokolu iclasın sədri və katibi imzalayır. İclasın protokolunun həmin qurumların, o cümlədən iclasın keçirildiyi yerin məxsus olduğu hüquqi şəxslərin möhürü ilə təsdiq edilməsi də mümkündür.

3.4. Seçicilərin təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədin sənədlərini Mərkəzi Seçki Komissiyasına seçicilərin təşəbbüs qrupunun nümayəndəsi, habelə namizəd və ya onun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

4. Prezidentliyə namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülərkən təqdim edilməli olan sənədlər

4.1. Prezidentliyə namizədin seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülməsi üçün Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədlər təqdim edilməlidir:

4.1.1. seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu (Təlimata 4 saylı əlavə);

4.1.2. namizədliyin irəli sürülməsi barədə bildiriş (Təlimata 5 saylı əlavə);

4.1.3. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53-cü və 180-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş ərizə (Təlimata 2 saylı əlavə) (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun olub-olmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir);

4.1.4. namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Təlimata 3 saylı əlavə);

4.1.5. namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd (belə halda, namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan adla adlandırılmasını Mərkəzi Seçki Komissiyası ilə razılaşdırır. Ərizədə göstərilmiş siyasi partiya namizədi öz sıralarından xaric edibsə və Mərkəzi Seçki Komissiyasına bu barədə bildiriş göndəribsə, həmin bildiriş alındıqdan sonra namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz).

4.2. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə sənədləri təqdim etmiş şəxsə və ya buna hüququ olan digər şəxsə yazılı arayış verməlidir (Təlimata 6 saylı əlavə).

4.3. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, sənədləri təqdim edən şəxsə (buna hüququ olan şəxsə – namizədə, onun səlahiyyətli nümayəndəsinə, seçicilərin təşəbbüs qrupunun nümayəndəsinə və s.) namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir.

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Qızılbaş” GMİB-nin “Bizim hüquq: imkan və çərçivələr” layihəsi üçün hazırlanıb.

Ukrayna

2015-ci il parlament seçkilərinin təyin olunması ilə bağlı sərəncamın imzalanmasının ardından Mərkəzi Seçki Komissiyası bu gün seçkilərə hazırlıq üzrə Təqvim Planı təsdiqləyib. Təqvim Planına əsasən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Kimlər namizəd ola bilər?

Xatırladaq ki, Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Qeyd edək ki, seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları irəli sürə bilərlər.

Namizəd olmaq üçün nə etmək lazımdır?

Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.

Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu bu barədə Dairə Seçki Komissiyasına (DSK) yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir.

Namizəd eyni zamanda seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də verir.

Namizəd öz ərizəsinə siyasi partiyaya mənsubiyyəti barədə təsdiq olunan sənəd əsasında məlumatları daxil edə bilər.

DSK təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin bu dairədən irəli sürülməsini təsdiq edən qərar təqdim edir. DSK təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

DSK-nın bu qərarından sonra artıq imza vərəqələri götürülə və imzalar toplna bilər.

Seçici imzalarını necə toplamalı?

Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağana əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydiyyatından, qeydə alınmış namizədlərin qeydiyyatından imtina üçün əsas ola bilər.

Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.

Namizədin müdafiəsi üçün seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək DSK-lara seçki sənədlərini təqdim etməlidir

DSK imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Qərar qəbul edildikdən sonra namizədin qeydə alınmasını təsdiqləyən vəsiqə verilir. (strateq.az)

Millət vəkili: “Arxasınca beş adam apara bilməyənlər necə prezidentliyə namizəd ola bilərlər?”

“Müxalifətdəkilər yenə də bir-birilərinə heç vaxt güzəştə getməyəcəklər. Hər biri özlərini iddialı hesab edir. Amma bilmirlər ki, arxalarında heç kim yoxdur. Arxasınca beş adam apara bilməyənlər necə prezidentliyə namizəd ola bilərlər?” – Trend-in məlumatına görə, bunu YAP-ın rəsmi saytına müsahibəsində partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib.

Novruzov bildirib ki, müxalifətçilər ümid edirlər ki, namizəd olub xaricdən yenə 5-10 manat alacaqlar, sonra öz istirahətlərini təşkil edəcəklər.

“Amma bu arzu çətin ki, baş tutsun. Çünki artıq xarici qüvvələr də onlara heç bir etimad göstərmir. ABŞ dövlət katibi də ölkəmizə gələndə belə hadisə baş vermişdi. Onun ardınca Avropa İttifaqı Şurasının prezidenti də müxalifətlə görüşmədi. Bu onu göstərir ki, mötəbər xarici qonaqlar da bu müxalifətin ölkəmizdə heç bir nüfuzunun olmadığını bilir və onları “siyasi meyit” hesab edirlər. Belə partiyaların rəhbərləri ilə görüşə əhəmiyyət vermirlər. Müxalifət düşərgəsinin bugünkü funksiyası müxtəlif mətbuat orqanlarına, beynəlxalq təşkilatlara donos yazmaqdan ibarətdir. Onlar artıq bilirlər ki, bu düşərgə heç bir ictimai dəstəyə malik deyil, xalq onlara inanmır. Ona görə də mötəbər qonaqlar müxalifətçilərlə görüşməyə ehtiyac duymurlar”, – Novruzov əlavə edib.

YAP rəsmisinin sözlərinə görə, hazırda onlar vahid namizəd məsələsini də ortaya atıblar, amma razılığa gələ bilmirlər.

“Həmişə deyirdilər ki, biz Rəsulzadə, Elçibəy yolu ilə gedirik. Amma 1998-ci ildə seçkilər ərəfəsində Elçibəy onlardan xahiş etmişdi ki, onun vahid namizəd olmasını dəstəkləsinlər. Heç biri güzəştə getmədi. Halbuki, hər biri Elçibəyin tələbəsi olduğunu deyirdi”, – Novruzov deyib.

Comments are closed, but trackbacks and pingbacks are open.