Press "Enter" to skip to content

SMART (ağıllı) hədəflər nədir və bunu məqsədlərimizə çatmaq üçün necə tətbiq edə bilərik

Bəsmələsiz heyvan kəsmək

Bəsmələ (bismillahirrahmənirrahim)

Yerinə görə Bəsmələnin hökmü dəyişir. Bir neçə nümunə verək:

Fərz olduğu yerlər: Heyvan kəsərkən Bəsmələ çəkmək fərzdir. Bəsmələsiz kəsiləni yemək haramdır.

Vacib olduğu yerlər: Namaz xaricində Fatihə oxumağa başlayarkən Bəsmələ çəkmək vacibdir. Şafii məzhəbində isə hər zaman Fatihə oxuyarkən Bəsmələ çəkmək fərzdir.

Sünnət olduğu yerlər: Namazda hər rükətdə Fatihədən əvvəl, qüsul almağa və dəstəmaz almağa, yemək-içməyə, məktub yazmağa və hər faydalı işə başlayarkən Bəsmələ çəkmək sünnətdir. Namaz xaricində, Fatihədən başqa bir surə oxumağa başlayarkən də Bəsmələ çəkmək sünnətdir.

Müstəhəb olduğu yerlər: Namazda, Fatihə ilə zəmmi-surə arasında Bəsmələ çəkmək, caiz və ya müstəhəbdir.

Mübah olduğu yerlər: Getməyə, oturmağa, qalxmağa və hər mübah işə başlayarkən Bəsmələ çəkmək mübahdır.

Məkruh olduğu yerlər: Övrət yerini açarkən, nəcasət olan yerə girərkən, Bəraə surəsini əvvəlki surəyə bitişik oxuyarkən, siqaret çəkməyə və bunun kimi pis qoxulu, məsələn soğan, sarımsaq kimi şeyləri yeməyə başlayarkən və saqqal təraş etməyə başlayarkən Bəsmələ çəkmək məkruhdur.

Haram olduğu yerlər: Haram iş görməyə başlayarkən Bəsmələ çəkmək haramdır. Haramlığını qəbul edərək etsə haram olar, harama əhəmiyyət vermədən və ya halal qəbul edərək etsə küfr olar.

Küfr olduğu yerlər: Özü haram olan məsələn, şərab içmək, zina etmək, donuz əti yemək kimi haram olan işləri etməyə başlayarkən Bəsmələ çəkmək küfr olar. Burada haramı halal saydığından və ya harama əhəmiyyət vermədiyindən küfr olur.

Sual: Bəsmələsiz kəsilən heyvanı yemək caizdir?

CAVAB

Şafiidə bəsmələsiz kəsilən heyvanı yemək caizdir, digər üç məzhəbdə qəsdən Bəsmələsiz kəsmək haramdır.

Heyvanın boğazındakı yemək borusu, hava borusu və boynunun iki yanındakı qan damarı vardır. Malikidə hamısını kəsmək lazımdır. Hənəfidə bu dörd borudan üçünü kəsmək kafidir. Şafiidə isə yemək borusu və nəfəs borusu kəsilərsə kafidir. Ancaq qırtlaq düyünü baş tərəfində qalmalıdır! Qırtlaq düyününün hamısı bədən tərəfində qalarsa kəsilən heyvan yeyilməz. Heyvanı peysərindən kəsmək haram isə də, peysərindən kəsilən heyvan Hənəfi və Şafidə yeyilir, digər iki məzhəbdə yeyilməz.

Sual: Bəsmələ unudularsa, kəsilən heyvan yeyilərmi?

CAVAB

Bəsmələ çəkmək unudularsa yeyilir. Malikidə yeyilməz.

Sual: Bəsmələsiz kəsildiyi bilinən bir heyvanın ətini yeyərkən Şafini təqlid etmək lazımdır?

CAVAB

Bəli lazımdır. (Hulasat-üt-təhqiq)

Sual: Heyvan kəsilən yerlərdə hər səhər bir bəsmələ çəkilir. Digərləri bəsmələsiz kəsilir. Ətləri yeyilər?

CAVAB

Ətləri yeyərkən Şafiini təqlid lazımdır.

Sual: Toyuqlar bir anda kəsilir. Hamısına bir bəsmələ kafidir?

CAVAB

Hər toyuğu kəsim maşınına qoyarkən bəsmələ çəkilər. Kəsərkən də müştərək bir bəsmələ kafidir.

Sual: Yemək yeyərkən bəsmələni unudan kimsə sonunda xatırlayarsa nə etməlidir?

CAVAB

Bir hədisi-şərif məali belədir:

“Yeməyə başlayarkən Allahu təalanın adını anın, yəni Bəsmələ çəkin. Başında bəsmələ çəkməni unudan, xatırladığı vaxt, “Bismilləhi alə əvvəlihi və axırihi” desin.” (Əbu Davud, Tirmizi, Hakim)

Sual: Doyduqdan sonra yeyərkən Bəsmələ çəkmək haramdır?

CAVAB

Xeyr. Çünki yeməyin özü haram deyildir.

Sual: Bəsmələ çəkəndə və ya azan oxunanda şeytanların qaçdıqlarını və bir daha oraya gəlmədiklərini söyləyirlər. Bu doğrudurmu?

CAVAB

Bəsmələ çəkəndə və azan oxunarkən şeytan qaçar. Lakin, azan bitəndə geri gələr. Yeməkdə Bəsmələ çəkincə o yeməyi yeyə bilməz. Davamlı Allah zikr edilərsə, vəsvəsə verə bilməz, zikri tərk etdikdə dərhal gələr.

Sual: Soğan və soğanlı yemək, salat, turşu yeyərkən bəsmələ çəkmək caizdirmi?

CAVAB

Tam Elmihalda deyilir ki:

Pis qoxulu şeyləri, məsələn soğan, sarımsaq kimi şeyləri yeməyə (və saqqal təraş etməyə başlayarkən) Bəsmələ çəkmək məkruhdur.

Sarımsaqlı, soğanlı yeməkləri, salatı, turşunu yeyərkən Bəsmələ çəkilir.

Meyxanaya girərkən

Sual: Bir iş üçün meyxanaya, qumarxanaya girərkən Bəsmələ çəkmək caiz olar?

CAVAB

Bəli, caiz olar. Haram işləyərkən Bəsmələ çəkilməz. Bir iş üçün günah işlənən yerə girmək günah olmaz.

Sual: Bir məkruha fikirli ikən bəsmələ çəkən üzrlü sayılarmı?

CAVAB

Bəsmələ çəkərkən

Sula: Bəsmələ çəkərkən Bismillah demək kafidirmi?

CAVAB

Bəli kafidir, ancaq hərfini bəlli olacaq şəkildə çıxarmalı, “Bismillə” deməməlidir. Yəni “Bismilləh” deyilərsə, bəsmələ çəkilmiş olar. “Bismilləhi” demək daha uyğundur.

Bəsmələsiz heyvan kəsmək

Sual: “Quranda heyvan kəsərkən deyil, sadəcə qurban kəsərkən Bəsmələ çəkmək fərzdir” deyilir. Yemək üçün heyvanları kəsərkən Bəsmələ fərz deyildirmi?

CAVAB

O ayənin məali belədir:

“Allahın onlara ruzi olaraq verdiyi dörd ayaqlı heyvanları bəlli günlərdə (qurban edərkən) Onun adını xatırlayaraq kəssinlər.” (Həcc 28)

Heyvan kəsərkən Bəsmələ çəkilməsi yalnız qurban kəsməyə məxsus deyildir. Rəsulullah əfəndimiz buyurur ki:

“Heyvanı kəsərkən bəsmələ çəkib təkbir gətirin!” (Tabərani) (Yəni Bismillahi Allahu əkbər deməlidir)

“Heyvan kəsərkən Allahın adını söyləmək (Bismillahi demək və ya Allahu əkbər demək) kafidir.” (Beyhəqı)

“Bu üç yerdə adımı söyləməyin: Yeməyə bəsmələ çəkərkən, heyvanı bəsmələylə kəsərkən və asqıranda.” (Beyhəqı)

Şafiidə bəsmələsiz kəsilən heyvanı yemək caizdir, digər üç məzhəbdə isə qəsdən Bəsmələsiz kəsmək haramdır. İbni Abbas həzrətləri də buyurur ki:

Heyvanı kəsərkən bir kimsə Bəsmələ çəkməyi unudubsa bir zərəri yoxdur, ancaq Bəsmələ qəsdən tərk edilmişsə, kəsilən heyvan yeyilməz.(Rəzin)

Bəsmələsiz kəsildiyi bilinən bir heyvanın ətini yeyərkən Şafiini təqlid etmək lazımdır. (Hulasat-üt-təhqiq)

Bəsmələ çəkmək

Sual: Hədisi-şəriflərdə, “Bəsmələylə başlanmayan hər önəmli iş nöqsan olar”“İşə Bəsmələ ilə başlayanın günahları əfv olar” buyurulur. Əuzu çəkmək də lazımdır, yoxsa sadəcə Bəsmələ çəkmək kafidir?

CAVAB

Bəli, kifayətdir. Bir işə başlayarkən Əuzu oxunmaz, sadəcə Bismillahirrahmənirrahim deyilir. (Hindiyyə)

SMART (ağıllı) hədəflər nədir və bunu məqsədlərimizə çatmaq üçün necə tətbiq edə bilərik?

Aydın məsələdir ki, hər kəsin müəyyən istəkləri, məqsədləri var və hər birimizin ömrümüz boyu bu məqsədlərə çatmaq üçün yaşadığını desəm bəlkə də yanılmış olmaram. Təbii ki, bir sıra insanlar istəklərinə nail olsalar da, hər kəs uğurlu olub tam istədiyi yerə gəlib çata bilmir. Araşdırmalar onu göstərir ki, insanların hədəflərinə çata bilməməsinin ən böyük səbəbləri plansız hərəkət etmək və ya düzgün plan qurmamaqdır. Uğurlu bir plan qurmaq üçün isə bir sıra məşhur metodlar mövcuddur. Elə həmin metodlardan biri də `SMART hədəflər` adlı metoddur.

`SMART hədəflər` terminin yaranması isə iki şəxsin adı ilə əlaqələndirilir. Onlardan biri 1955-ci ildə bu termini işlətidyi deyilən Avstriyalı biznes məsləhətçisi Peter Druckerdır. Digəri isə 1981-ci ildə həmin metodun inkişafında və indiki halına çatmasında böyük rol oynayan George Dorandır. Terminin özünə gəldikdə isə SMART sözünün ingiliscədən tərcüməsi `ağıllı` demək olsa da, SMART sözündəki hər bir hərf bir meyarın simvoludur. Yəni ingiliscə desək, `S` – planın `Specific` (konkret), `M`-`Measurable` (ölçüləbilən), `A`-`Achievable` (əlçatan), `R`- `Relevant` (uyğun), `T`- `Timely` (vaxt limitli) olmasını işarə edir. İndi isə gəlin bu meyarlarla daha yaxından tanış olub hər birinin ayrılıqda nə demək olduğuna baxaq.

Birinci sırada məqsədinizə çatmaq üçün qoyduğunuz hədəflərin spesifik, konkret olması durur. Unutmamalıyıq ki, hədəflərinizin konkret olmaması motivasiyanızı və produktivliyinizi azalda bilər. Bu etapda diqqət etməli olduğunuz mövzulardan digəri isə hədəflərinizin həqiqətən dəqiq olub olmamasıdır. Məsələn, iş adamısınız və satışlarınızı artırmaq istəyirsiniz. Bu halda `satışları artırmaq` konkret hədəf hesab olunmur. Əgər nəyin satışlarının, neçə müddətdə, nə qədər artırılacağını da vurğulasanız bu artıq spesifik bir hədəf sayıla bilər. Yəni `satışların artırırlması` əvəzinə `X məhsulunun satışlarının il sonuna qədər 10% artırılması` daha dəqiq, daha düzgün bir hədəf olar.

İkinci isə hədəfinizin `measurable` yəni ölçüləbilən olmasıdır. Hədəfin ölçüləbilən olması dedikdə isə hədəfinizə çatdıqdan sonra nə əldə etdiyinizi bilmək nəzərdə tutulur. Sadə dillə desəm, haradan başlayıb sonda hara gəldiyinizi, aradakı fərqi görə bilməyiniz əsas faktorlardan biridir. Yenə biznes dünyasından misal versəm, ` bu illik reklam xərclərini 15% azalatmaq` nümunə ola bilər.

Üçüncü sırada hədəfinizin əlçatan olması yer alır. Düzdür, fərqli mənbələrdə `A` başlığının izahının əlçatan əvəzinə “hamı tərəfindən” razılaşılmış, yəni `agreed` olduğu da deyilir. Amma çox hallarda `əlçatan` olması nəzərdə tutulur. Əlçatan dedikdə isə, hədəflərin realistik olması vurğulanır. Yəni əsas məqsədinizə çatmaq üçün qarşınıza qoyduğunuz hədəflər reallığa uyğun olmalıdır. Bu hədəfləri seçərkən potensialınızı nəzərə alıb, çata biləcəyiniz, realistik hədəflər seçməlisiniz. Əks halda çox böyük hədəflər qoyduqdan sonra öhdəsindən gələ bilməmək motivasiyanızı azaldacaq və bəlkə də sizi məqsədinizdən tamamilə uzaqlaşdıracaq. Məsələn, hansısa məhsulun satışlarını artırmağı hədəfləyirsinizsə birbaşa 20%-lik artımı hədəf qoyub işçilərinizə həddindən artıq yüklənməkdənsə, 10%-lik artımı hədəfə qoyub daha uğurlu ola bilərsiniz.

Dördüncü addımda isə hədəfiniz `relevant` yəni uyğun olub olmadığına diqqət etməlisiniz. Bu isə hədəfinizin irəlidəki böyük məqsədinizə nə qədər uyğun olub olmadığını düşünməkdir. Məsələn, böyüməyə çalışan bir şirkət təbii olaraq daha çox yatırım etməli, daha çox çalışmalıdır. Bu səbəbdən hədəfi böyümək olan bir şirkətin pula qənaət etmək üçün müəyyən departamentlərdə işçi sayını azaltması əsas məqsədə uyğun bir addım olmaya bilər.

Sonuncu yəni beşinci olaraq isə hədəfiniz `timely` olmalıdır. Yəni hədəfiniz seçdiyinizin bir tarixə qədər tamamlanmaq məcburiyyətində olmalıdır. Bir iş üçün son tarix seçmək sizə həmin işi tamamlamaq üçün məcbur hiss etdirəcək və həmin vaxta qədər bitirmək üçün motivasiyanızı artıracaq. Bundan da əlavə vaxt limiti qoymağınız həm hədəfinizin daha spesifik olmasına həm də bayaq vurğuladığım kimi ölçüləbilən olmasına kömək edəcək. Təbii ki, son tarixi seçərkən də bütün faktorları nəzərə alıb həmin vaxta qədər hədəfinizə çata biləcək potensiala sahib olduğunuzdan əmin olmalısınız.

Son olaraq isə bu videoda haqqında danışdığımız `SMART hədəflər` metodunu qısaca izah etsək belə bir cümlə qura bilərik: `əsas məqsədinizə çatmaq üçün təyin etdiyiniz kiçik hədəflər dəqiq, ölçüləbilən, əlçatan, uyğun və vaxt limitli olmalıdır. `Başda bəhs etdiyim araşdırmaya əsasən, deyə bilərəm ki, bir məqsədə çatmaq üçün həmişə planlı şəkildə hərəkət etmək lazımdır. Planlar isə `ağıllı` yəni SMART şəkildə qurulduqda isə məqsədinizə çatmaq daha da asanlaşmış olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.