Neftlə çirklənmiş torpaqlar
– Karbohidrat və turşu buxarları.
Neftlə çirklənmiş torpaqlar
Açar sözlər: neft, çirkli ərazi, fitomeliorasiya, ekoloji problemlər, rekultivasiya, bərpa.
Key words: oil, polluted area, phytomelioration, environmental problems, reclamation, restoration.
Ключевые слова: нефть, загрязненная территория, фитомелиорация, экологические проблемы, рекультивация, восстановление.
Neft və neft məhsulları ilə çirklənmə, neft sənayesinin inkişaf etdiyi ərazilərdə geniş yayılmış vəziyyətdir və bu ərazilərə böyük ziyan vurur, təbii ekosistemlərin deformasiyasına səbəb olur, yer qabığının xüsusiyyətlərinin dəyişməsi və yaşayış yerlərinin tamamilə məhv edilməsi ilə xarakterizə olunur. Məlumdur ki, göbələklər, xüsusilə mikrosetlər ekosistemlərdə yaşayan mikrob icmalarının ən vacib komponentlərindən biridir və müxtəlif torpaq növlərində üzvi maddələrin məhv edilməsində əsas rol oynayır. Buna görə də neftlə çirklənmiş ərazilərin bərpası aktual məsələlərdən biridir. Aqro-hidro və biomeliorativ tədbirlər torpaqların yaxşılaşmasına kömək edir.
Neftlə çirklənmiş torpaqlar neft və qazın hasilatı, daşınması və emalı nəticəsində çirklənmiş, korlanmış və neft tullantılarına basdırılmış neft sahələridir. Neft tullantıları ilə çirklənmiş ərazilər, buruq meydançaları ərazisində ən çox yayılmışdır və geniş bir ərazini əhatə edir.
Neftlə çirklənmiş torpaqlar
TORPAQLARIN ÇİRKLƏNMƏSİ VƏ QORUNMASI
Torpaq yerin bitki bitən qatıdır . Bizim istifadə etdiyimiz ərzağın hamısı torpaqdan alınır . Buğda , qarğıdalı , meyvə – tərəvəz torpağın məhsuludur . Biz torpaqda bitən pambıqdan paltar toxuyur , şəkər çuğundurundan isə qənd hazırlayırıq . Süd və ət də torpaqda otlayan heyvanlardan alınır . Torpaq olmasa , insanlar yeməyə heç nə tapmaz .
Hal-hazırda Yer kürəsi əhalisinin sayı artır. Get-gedə insanlara daha çox ərzaq lazım olur . Çox ərzağı isə torpağın məhsuldarlığını artırmaqla almaq olar . Ona görə də insanlar torpağa gübrə verir ki , ondan alınan məhsul çoxalsın . Əgər 1 hektar təmiz torpaq 2 ton buğda verirsə , gübrə verilmiş torpaq 5 – 6 ton buğda verir . Torpağa gübrəni çox vermək olmaz . Gübrənin tərkibində çoxlu zərərli maddələr də var. Bu maddələr torpağın məhsuldarlığını çoxaltsa da , onu çirkləndirir . Çox gübrə verilmiş torpaqda bitən meyvə – tərəvəzi yemək təhlükəlidir . Bu, insanlar arasında çoxlu xəstəlik yaradır .
Torpağı çirkləndirən təkcə gübrələr deyil. İri zavodların ətrafında da torpaqlar çox çirklənir. Gəncə aliminium zavodunun ətrafında çoxlu çirklənmiş torpaq var. Zavodun borularından çıxan zəhərli maddələr yavaş-yavaş ətrafa çökür. Bu torpaqlarda heç nə bitmir. Bakının neft mədənlərində isə torpaqlar neftlə çirklənir. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.
Bu gün bütün insanlar torpaqlarının çirklənməsinin qarşısını almaq üçün yollar axtarırlar. Alimlər zəhərli gübrələri əvəz edə bilən təmiz gübrə növləri tapmaq istəyirlər.
– Hələ 1896 – cı ildə İsveç alimi Arrenius hesab edirdi ki, havada zəhərli qazların çoxalması havanın temperaturunu artıra bilər.
– Amerikada plastik butulka və avtomobil hissələrindən gəmi düzəldilib. Gəminin tikintisi zamanı 126 min plastik butulkadan və 12 avtomobilin plastik hissələrindən istifadə edilib . Əgər bu qədər butulkanız olsaydı , siz nə düzəldərdiniz ?
– Çünki bəzi vilayətlərdə torpaq çatışmazlığı üçün evlərin damında da bitki əkirlər .
– Hollandiyada dəniz sahilləri qurudulur və yerində əkin sahəsi yaradırlar
– Abşeron yarımadasında neftlə çirklənmiş xeyli torpaq var. Bu torpaqlar hal-hazırda tam yararsız hala düşüb . Kənardan baxanda torpaqlar mazut rənginə çalır .
– Gəncə aliminium zavodunun ətrafında qırmızı rəngli ərazi görünür . Bu, çirklənmiş torpaq sahəsidir . Əslində , zavodun tullantıları çox – çox uzaqlarda da torpağı çirkləndirir .
İstehsalat sektorunun, nəqliyyatın, energetika, kənd təsərrüfatında sənayeləşmənin inkişafı antropogen təsirin kəskin artmasına səbəb olub. Hər il milyonlarla ton bərk və qaz halında olan tullantılar təbiətə atılır, milyard kubmetrlərlə çirkab sular su hövzələrinə axıdılır.
İnsanların məskunlaşdığı yerlər səslə, elektromaqnit sahələrlə və radioaktiv şüalanma ilə “çirkləndirilir”, oksigen ehtiyatları tükənir, Yer kürəsinin ozon təbəqəsi dağılır.
Təbii mühitin çirklənməsi nəticəsində insanların sağlamlığı pisləşir, bitki və heyvanat aləmi məhv olur, materialların, bina və tikililərin dağılması sürətlənir. Ekoloji böhran təhlükəsi getdikcə reallaşır.
Ekoloji böhran – təbiət və ictimaiyyət arasında dinamik tarazlığın pozulması olub, təbii mühitin, həyatın varlığı və inkişafı üçün vacib olan şəraiti qoruması, maddələr və enerji mübadiləsi funksiyasının pozulması ilə təzahür edir.
Ətraf mühitin çirklənməsi riskinin aşağı salınmasında əsas vəzifələrdən biri əmtəə istehsalında, xidmətlərdə, texniki sistemlərin istismarında yeni, tullantısız texnoloji proseslərin yaradılıb tətbiq edilməsidir. Bununla yanaşı yaranan ekoloji böhran vəziyyətində insanların dəyişilmiş və çirklənmiş mühitin təsirindən qorunması qarşıda dayanan problemlərdən biridir. Bizim sağlamlığımız tənəffüs etdiyimiz havadan, qidalardan, işləyib yaşadığımız şəraitdən çox asılıdır.
Hava bizim yaşamamız üçün vacib komponentdir. İnsan 5 həftə qidasız, 5 sutka susuz, 5 dəqiqə havasız yaşaya bilər. Buna beşliklərin üçlüyü qanunu deyilir.
İnsanların təsərrüfat fəaliyyətləri nəticəsində hava mühiti müxtəlif maddələrlə çirklənmiş olur:
– Müxtəlif qazlar , bunlar arasında karbon oksid daha çoxdur .
– Karbohidrat və turşu buxarları.
– Metallar, üzvi və qeyri – üzvi mənşəli müxtəlif tozlar.
Zəhərli maddələr, çirklənmiş hava insanların səhhətinə təsir edir ki, bu təsiri biz birdən- birə hiss etmirik. Buna misal olaraq karbon oksidi göstərmək olar. O, iysiz, rəngsiz və dadsız qaz olub yüksək dozalarda ağır nəticələrə gətirib çıxarır. Və ya civə buxarları bilavasitə tənəffüs edəndə hiss olunmasa da, mərkəzi sinir sisteminin və böyrəklərin işini pozur.
Avtomobil vasitələrinin havaya buraxdığı qurğuşun birləşmələri də insan sağlamlığına təsir edir, sinir pozğunluğuna, qanazlığına, yaddaşsızlıq və korluğa səbəb olur. Hava çirklənmələrinin ən ağır formalarından biri də turşulu yağışlardır. Kükürd birləşmələri atmosferdə toplanıb sulfat turşusu yaradır. Buna görə kimyəvi zavodlar, istilik stansiyalarının ətrafında olan rayonlara turşulu yağışlar yağır ki, nəticədə bitki örtüyü məhv olur, yeraltı və yerüstü sular çirklənir.
Mənzillərdə olan hava da insan sağlamlığı üçün az zərər törətmir. Tədqiqatçıların verdiyi məlumata görə mənzillərimizdə olan hava ümumi şəhər havasından 4-6 dəfə çirklidir, 8-10 dəfə toksikdir. Bəs bizim mənzillərimizi nə çirkləndirir?
Əlbəttə ki, qurğuşunlu boyalar, linoleum, sintetik liflərlə olan plastik xalçalar, yuyucu tozlar və s. Amma mənzillərimizdə olan çirkli havanın çox hissəsi müasir mebellərlə əlaqəlidir. Mebellərin ağac-yonğar lövhələrində çoxlu miqdarda yapışdırıcı vasitələrdən istifadə edilir. Bundan başqa polimerlər, boyalar, laklar da havanı toksiki kimyəvi maddələrlə çirkləndirir.
Otaq havasının çirklənməsi birbaşa səhhətimizə təsir etmir. Əvvəlcə özümüzü pis hiss edirik, sonra baş ağrıları, yuxusuzluq, əsəbilik, yorğunluq yaranır.
Gündəlik həyatımızda havada olan toksik maddələrin zərərli təsirini necə zəiflədə bilərik? Bunun üçün bəzi qaydalara əməl etmək lazımdır. Hər şeydən öncə burnunuzla nəfəs almağı öyrənin. Burunun selikli qişasında çoxlu kiprikciklər olduğu üçün nəm şotka kimi zərərli tozların, mikrobların çox hissəsini özündə toplayır. Tez-tez burnunuzu təmizləyin. Avtomagistralların , zavodların yaxınlığında dərindən tənəffüs etməyin.
Ədalət.- 2010.- 28 dekabr.- S. 7.
“SOCAR-ın neftlə çirklənmiş ərazilərdəki rekultivasiya işləri qaneedicidir” – Ekoloq
Son illərdə Azərbaycanda ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması prioritet istiqamətlərdən biridir. Xüsusilə də yüz ildən çoxdur ki, hasil olunmuş neftlə çirklənən ərazilərin təmizlənməsi aktual məsələlərdəndir.
Ekologiyanın yaxşılaşdırılması istiqamətində həyata keçirilən belə tədbirlərdən biri rekultivasiya, yəni torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühitin şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlərdir. Rekultivasiya nəticəsində pozulmuş torpaq sahələrindən kənd təsərrüfatında və meşəsalma işində, müxtəlif məqsədli su hövzələri, rekreasiya zonaları yaratdıqda və tikintidə istifadə edilir. Sənaye tərəfindən pozulmuş ərazilərin rekultivasiya işlərinə ilk dəfə XIX əsrin оrtalarında Almaniyada başlanıb.
Azərbaycan müstəqillik qazandıqdan sonra neftlə çirklənmiş ərazilərin rekultivasiya tədbirləri geniş yayılmağa başlayıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan çox ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb.
Neftlə çirklənmiş torpaqlar təmizləndikdən sonra həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, “Bibiheybətneft” NQÇİ ərazisindəki bina inşa edilib. Qala qəsəbəsində 10 hektara yaxın ərazini əhatə edən “Eko-Park” da neftdən təmizlənmiş torpaqlarda salınıb.
“Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev bildirib ki, SOCAR-ın neftlə çirklənmiş ərazilərdə həyata keçirdiyi rekultivasiya və bərpa işləri qaneedicidir.
Onun sözlərinə görə, ancaq uzun illər ərzində çirklənmiş ərazilərin hamısını birdən-birə təmizləmək çox çətindir.
Xosrov Musayev Ekoloq Xosrov Musayev: “Rekultivasiya sahəsində xeyli işlər görülüb və bu işlər davam etdirilir”
Ekspert deyir ki, maddələr arasında neft ən çirkləndirici maddədir: “Hava çirklənəndə onu təmizləmək mümkündür. Ancaq torpağa düşən çirki, xüsusilə də neft tullantılarını təmizləmək çox çətindir. Bundan başqa, hava və su özü-özünü təmizləyə bilir. Lakin torpaq özü-özünü təmizləyə bilmir. Çirklənmiş torpağı rekultivasiya etmək, torpağı bərpa etmək üçün çox böyük vəsait tələb olunur”.
O xatırladıb ki, Bakının “Qara şəhər” adlanan ərazisinin də müəyyən hissələri əvvəllər neftlə çirklənmiş ərazilər idi: “Bu gün bütün ərazilər bərpa edilib”.
Ekspert xatırladıb ki, əvvəllər neft quru hissələrdə hasil olunurdu: “Bu da torpağın çirklənməsinə səbəb olurdu. Bu gün isə Azərbaycanda neft əsasən dənizdən çıxarılır. Ümumilikdə götürdükdə isə bu sahədə xeyli işlər görülüb və bu gün də görülür. Təbii ki, bütün bunları qısa bir müddətdə təmizləmək, bərpa etmək çətindir”.
Comments are closed, but trackbacks and pingbacks are open.