Press "Enter" to skip to content

Neftqazçıxarma snayesind thlüksizlik qaydaları bakı 2005

şkaflarda asılmış vəziyyətdə saxlanılmalıdır.

Neftqazçıxarma snayesind thlüksizlik qaydaları bakı 2005

Texniki təhlükəsizlik haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.

Bu qanunun müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

Maddə 1. Əsas anlayışlar

Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

  • obyektlərin texniki təhlükəsizliyi (bundan sonra — texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti;
  • texniki nəzarət — istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət;
  • qəza — təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması;
  • hadisə — təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması;
  • təhlükəsizlik texnikası — avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə , xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;
  • uyğunluq sertifikatı — avadanlığın, maşın və mexanizmlərin, dövlət standartına və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə.

Maddə 2. Təhlükə potensiallı obyektlər

1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

2. Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.

4. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə təhlükə potensiallı obyektlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər.

Maddə 3. Texniki təhlükəsizlik tələbləri

1. Texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.

2. Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi , sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.

Maddə 4. Texniki təhlükəsizlik haqqında qanunvericilik

1. Texniki təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 5. Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsi

Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsini qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 6. Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılığın verilməsi

Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Maddə 7. Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular və avadanlıqlar

1. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

2. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

3. Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

4. Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istehsalın və istifadənin ümumi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

5. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir.

Maddə 8. Təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri

1. Təhlükə potensiallı obyektin tikintisinə, genişləndirilməsinə, yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə, konservasiyasına və ləğv edilməsinə başlanması barədə qərarın qəbul edilməsinin məcburi şərtlərindən biri layihə sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəyinin olmasıdır.

2. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.

3. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərini işləyib hazırlayan təşkilatlar qanunvericiliklə müəyyən edilmiş qaydada müəlliflik nəzarətini həyata keçirirlər.

4. Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır.

Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzaların lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır.

Maddə 9. Təhlükə potensiallı obyektin istismarına dair texniki təhlükəsizlik tələbləri

Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər;

  • bu qanunun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir;
  • təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir;
  • təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır;
  • binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin etmək, eləcə də təhlükə potensiallı obyektdə istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi yoxlanmasını keçirməlidir;
  • təhlükə potensiallı obyektlərin mühafizəsini təşkil etməli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükəsizlik tələblərinə riayət etməlidir;
  • texniki təhlükəsizlik bəyannaməsi hazırlamaq, təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağlamalıdır;
  • təhlükə potensiallı obyektin istismarına dair xüsusi razılığa malik olmalıdır;
  • partlayıcı və pirotexnik materialların, radioaktiv maddələrin, partladıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir;
  • müvafiq icra hakimiyyəti orqanlarının təlimat, sərəncam və göstərişlərinə əməl etməlidir.

Maddə 10. Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri

Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri aşağıdakılardır:

  • təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək;
  • ildə bir dəfədən az olmamaq şərti ilə tibbi müayinədən və attestasiyadan keçmək;
  • təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.

Maddə 11. Hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə:

  • sistemli tədbirlər hazırlayır və həyata keçirir;
  • işçi həyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirir, onları attestasiyadan keçirir;
  • baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir;
  • qəza və hadisə baş verdikdə istismarı dərhal dayandırır;
  • peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlayır;
  • qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə vəsaitinin və maddi-texniki vasitələrin ehtiyatını yaradır;
  • bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.

Maddə 12. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına daxili nəzarət

1. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təşkil etməli və həyata keçirməlidir.

2. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına istehsal nəzarətinin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində məlumat müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.

Maddə 13. Qəza səbəblərinin texniki təhqiqatı

1. Təhlükə potensiallı obyektdə baş vermiş hər bir qəza faktı üzrə müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki təhqiqat aparılır.

2. Xüsusi komissiya təhlükə potensiallı obyektin yerləşdiyi yerli özünüidarəetmə orqanlarının, obyektin istismarını həyata keçirən hüquqi və fiziki şəxslərin, habelə layihə, elmi-tədqiqat institutlarının, tikinti-quraşdırma, ekspertiza, texniki təhlükəsizlik, sığorta və sair təşkilatların nümayəndələrini təhqiqat işinə cəlb edə bilər.

3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər qəza səbəblərinin texniki təhqiqatı üzrə komissiyaya öz səlahiyyətlərini həyata keçirmək üçün müvafiq məlumat və sənədləri təqdim etməlidir.

4. Qəza səbəblərinin texniki təhqiqatının nəticələri barədə akt tərtib edilir. Həmin aktda qazanın səbəbləri və şəraiti, dəyən ziyanın həcmi, texniki təhlükəsizlik tələblərinin pozulması halları, həmçinin qəza nəticələrinin lokallaşdırılması və ləğv edilməsi üzrə görülmüş tədbirlər göstərilir.

5. Qəzanın səbəbləri üzrə texniki təhqiqat xərcləri qəza baş vermiş obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən maliyyələşdirilir.

Maddə 14. Texniki təhlükəsizlik ekspertizası

1. Texniki təhlükəsizlik ekspertizası aşağıdakılara şamil olunur:

  • təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;
  • təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;
  • təhlükə potensiallı obyektdəki bina və tikililərə;
  • texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.

2. Texniki təhlükəsizlik ekspertizası obyekti istismar edən hüquqi və ya fiziki şəxsin hesabına bu ekspertizanı aparmağa xüsusi razılığı olan təşkilat tərəfindən həyata keçirilir.

3. Texniki təhlükəsizlik ekspertizasını həyata keçirən təşkilat ekspertizanın nəticəsi barədə rəy verir.

4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir.

5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər.

6. Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 15. Texniki təhlükəsizlik bəyannaməsi

1. Texniki təhlükəsizlik bəyannaməsində:

  • qəza və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi;
  • qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil;
  • hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığının təmin edilməsi;
  • qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.

Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların siyahısı və onların tərtib olunma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.

2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması məcburidir.

3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanına texniki təhlükəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.

4. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur.

Təhlükə potensiallı obyekti istismar edən hüquqi və ya fiziki şəxs bəyannamədə göstərilən məlumatların tam və dəqiq olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

5. Hüquqi və ya fiziki şəxs təhlükə potensiallı obyektin istismarı ilə bağlı xüsusi razılıq almaq üçün müraciət etdikdə, yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki təhlükəsizliyə dair tələblər dəyişdikdə texniki təhlükəsizlik bəyannaməsi dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır.

6. Texniki təhlükəsizlik bəyannaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edilir.

7. Texniki təhlükəsizlik bəyannaməsi qanunvericiliyə uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçməlidir.

Maddə 16. Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin icbari sığortası

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin həmin obyektlərdə baş verə biləcək qəza nəticəsində digər şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına və ətraf mühitə dəyən zərərə görə məsuliyyəti icbari qaydada sığortalanır. Sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir.

Maddə 17. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti

1. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti həmin obyektlərin istismarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir.

2. Dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər:

  • təhlükə potensiallı obyektlərə sərbəst daxil olmaq;
  • təhlükə potensiallı obyektlərin istismarı ilə bağlı sənədlərlə tanış olmaq;
  • təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərə müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq şərtlərinin yerinə yetirilməsini yoxlamaq;
  • təhlükə potensiallı obyektlərdə baş verən qəzaların texniki təhqiqatının aparılmasının düzgünlüyünü, habelə bu təhqiqatlar nəticəsində görülmüş tədbirlərin kifayətləndirici olub-olmamasını araşdırmaq;
  • yoxlama nəticəsində aşkar olunmuş pozuntuları aradan qaldırmaq üçün hüquqi və fiziki şəxslərə yazılı sərəncam vermək;
  • texniki təhlükəsizlik sahəsində, o cümlədən obyektdə bina və tikintilərin, təhlükə potensiallı obyektdə tətbiq olunan texniki qurğuların texniki təhlükəsizlik ekspertizasının həyata keçirilməsinin zərurəti barədə öz səlahiyyətləri çərçivəsində göstərişlər vermək;
  • texniki təhlükəsizlik tələblərinin pozulmasında təqsirkar olan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək, həmin şəxslərin cinayət məsuliyyətə cəlb edilmələri üçün toplanmış materialları hüquq-mühafizə orqanlarına göndərmək;
  • təhlükə potensiallı obyektlərin mütəxəssislərinin və vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsini tələb etmək;
  • hüquqi və fiziki şəxsə verilmiş xüsusi razılıq fəaliyyətinin məhdudlaşdırılması, yaxud dayandırılması, habelə texniki təhlükəsizlik tələbləri kobud şəkildə pozulduqda xüsusi razılığın fəaliyyətinə xitam verilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • başqa şəxslərin həyatına, sağlamlığına, əmlakına dəyən zərərin .ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış etmək;
  • bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından irəli gələn səlahiyyətləri yerinə yetirmək.

Maddə 18. Texniki təhlükəsizlik sahəsində mübahisələrin həlli qaydası

Texniki təhlükəsizlik sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur.

Maddə 19. Texniki təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 2 noyabr 1999-cu il

№ 733-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (08 fevral 2000-ci il, № 29) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2000-ci il, № 2, maddə 81) («VneshExpertService» LLC).

4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 429-IIIQD nömrəli; 2 oktyabr 2008-ci il tarixli, 695-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

Təhlükə potensiallı istehsal obyektləri

Təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir:

1. Alınan, istifadə edilən, emal olunan, düzəldilən, saxlanılan, nəql olunan, məhv edilən aşağıda göstərilən təhlükəli maddələr:

1.1. Tez alovlanan maddələr — normal təzyiqdə və hava ilə qarışdıqda tez alovlanma qabiliyyəti alan və normal təzyiqdə qaynama temperaturu 20 C və ya aşağı olan qazlar;

1.2. Oksidləşən maddələr — yanmaya kömək edən, tez alovlanma yaradan və (və ya) oksidləşmə-bərpaedici ekzotermik reaksiya nəticəsində, digər maddələrin tez alovlanmasına səbəb olan maddələr;

1.3. Tez alışan maddələr — öz-özünə, eləcə də alışdırma mənbəyindən alışan və sonra müstəqil yanan mayelər, qazlar, tozlar;

1.4. Partlayıcı maddələr — xarici təsir nəticəsində istilik ayrılması və qazların əmələ gəlməsi ilə sürətlə öz-özünə genişlənən kimyəvi çevrilməyə malik olan maddələr;

1.5. Zəhərləyici maddələr — canlı orqanizmlərə təsiri nəticəsində onların məhvinə gətirib çıxaran və aşağıdakı xarakteristikaya malik olan maddələr:

§ orqanizmə (mədəyə) düşərkən hər kiloqrama 15 milliqramdan, hər kiloqrama 200 milliqramadək (daxil olmaqla) orta ölüm dozası olan;

§ dəriyə düşərkən hər kiloqrama 50 milliqramdan hər kiloqrama 400 milliqramda qədər (daxil olmaqla) orta ölüm dozası olan;

§ havada hər litrə 0,5 milliqramdan hər litrə 2 milliqramadək orta ölüm konsentrasiyası olan;

1.6. Yüksək zəhərləyici maddələr — canlı orqanizmlərə təsir edərkən onların məhvinə gətirən və aşağıdakı xüsusiyyətləri olan maddələr:

§ orqanizm (mədə) daxilində qəbul olunarkən hər kiloqrama orta ölüm dozası 15 milliqramdan çox olmayan;

§ dəriyə təsir edərkən hər kiloqrama orta ölüm dozası 50 milliqramdan çox olmayan;

§ havada hər litrə orta ölüm konsentrasiyası 0,5 milliqramdan çox olmayan;

1.7. Ətraf mühit üçün təhlükəli maddələr — su mühitində aşağıdakı kəskin zəhərləyici göstəriciləri ilə xarakterizə olunan maddələr:

§ 96 saat ərzində balığa inqalyasiya təsiri edərkən hər litrdə orta ölüm dozası 10 milliqramdan çox olmayan;

§ 48 saat ərzində şirin su mikroorqanizmlərə təsiri zamanı hər litrə orta ölüm dozası 10 milliqramdan çox olmayan;

§ 72 saat ərzində yosunlara təsir edərkən hər litrə orta ingibirasiya konsentrasiyası 10 milliqramdan çox olmayan;

2. Təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 115 C rejimdə işləyən avadanlıqlar;

3. Stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər eskalator, kanat yolları, funikulyorlar və liftlər;

4. Qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması;

5. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması;

6. Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri;

7. Təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması;

8. Elevatorlu-unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi;

9. Neft-kimya, neft emalı və qaz təchizatı sahələri.

Təhlükə potensiallı istehsal obyektində texniki təhlükəsizlik bəyannaməsinin məcburi işlənib hazırlanmasına əsas verən təhlükəli maddələrin son həddi

Təhlükəli maddənin adı

Təhlükəli maddənin son hədd miqdarı (t)

Ammonium nitrat (tərkibində ammonium nitratdan azot kütləsinin 28 faizdən çox olduğu ammonium-nitrat və ammonium qarışığı, ammonium-nitrat konsentratı kütləsinin 90 faizdən çox olduğu ammonium-nitratın su məhsulu)

Gübrə formasında ammonium-nitrat [(ammonium-nitrat (ammonium-nitrat əsasında sadə gübrələr, eləcə də tərkibində ammonium-nitratdan azot kütləsinin 28 faizdən çox olduğu mürəkkəb gübrələr (mürəkkəb gübrələrin tərkibində fosfat və (və ya) kalium ilə birlikdə ammonium-nitrat var)]

Neftqazçıxarma snayesind thlüksizlik qaydaları bakı 2005

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

1.1 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları (sonradan – Qaydalar) Azərbaycan Respublikası ərazisində yanğın təhlükəsizliyi tələblərini müəyyən edir. Bu qaydaların tələblərinə riayət edilməsi təşkilatı hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi şəxslər, onların vəzifəli şəxsləri Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir.

1.2 Yanğın Təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır.

1.3 Hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, həmçinin həmin obyekt üçün yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.

1.4 Müəssisələrin bütün işçiləri, yalnız yanğına qarşı ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşin xüsusiyyəti dəyişdikdə isə müəssisənin rəhbəri tərəfindən müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsulların öyrədilməsi üzrə əlavə təlimat keçməlidirlər. Hər bir vəzifəli şəxs, mühəndis-texniki heyət və fəhlə ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq) yanğına qarşı təlimatlandırılaraq, bu haqda xüsusi Yanğına qarşı təlimatlandırma jurnalında imza etməlidirlər.

1.5 Ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.

1.6 Yanğın Təhlükəsizliyi Qaydalarının tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunvericiliyə əsasən məsuliyyət daşıyırlar.

1.7 Hüquqi, fiziki, vəzifəli şəxslər, mülkiyyət sahibləri, mülkiyyətə sahib olmağa, ondan istifadə etməyə və ya onu idarə etməyə vəkil edilmiş şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.

1.8. Nazirliklər, idarələr, komitələr, digər mərkəzi idarə etmə orqanları və icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1.8.1. Tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;

1.8.2. Müəyyənləşdirilmiş qayda normalara uyğun olaraq müvafiq büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

1.8.3. Yanğından Mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərmək;

1.8.4. Yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;

1.8.5. Hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;

1.8.6. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil edərək yerinə yetirilməsini təmin etmək;

1.8.7. Müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən Dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

1.8.8. Əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.

1.9. Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslər (müəssisələr), yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

1.9.1. Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək;

1.9.2. Yanğın Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;

1.9.3. Yanğına qarşı təbliğat aparılaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;

1.9.4. Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək;

1.9.5. Yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;

1.9.6. Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun bölmələrinin əməkdaşlarına köməklik göstərmək;

1.9.7. Müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək;

1.9.8. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;

1.9.9. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;

1.9.10. Yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək;

1.9.11. Binalara, tikililərə, qurğulara, buraxılan və satılan məhsullara Yanğın Təhlükəsizliyi sertifikatının və Yanğın təhlükəsizliyi sahəsində işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə lisenziyalarının vaxtında alınmasını təmin etmək;

1.9.12. Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini Dövlət Yanğın Nəzarəti Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək.

1.10. Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər:

1.10.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək;

1.10.2. Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq;

1.10.3. Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon Dövlət Yanğım Təhlükəsizliyi Xidmətinə məlumat vermək;

1.10.4. Yanğımdan Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək;

1.10.5. Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstərmək;

1.10.6. Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

1.10.7. Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün səhər və rayon Dövlət Yanğın Nəzarəti Orqanı vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.

1.10.8. Hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırki qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər.

2. Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili.

2.1. İnzibati, istehsal, anbar və digər təyinatlı bina və otaqların görünən yerlərində yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhə asılmalıdır.

2.2. Müəssisələrdə açıq oddan istifadə edilməsi, siqaret çəkilməsi və müvəqqəti yanğın təhlükəli işlərin aparılması qaydaları yanğın təhlükəsizliyi tələbləri barədə təlimata əsasən müəyyən edilməlidir.

2.3. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq müəssisələrdə, idarə və ya təşkilatlarda könüllü yanğından mühafizə dəstələri yaradıla bilər.

2.4. Hər bir müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməlidir. Həmin əmrdə və ya təlimatda aşağıdakılar öz əksini tapmalıdır;

– siqaret çəkmək üçün xüsusi yerin ayrılması və ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin olunması:

– hazır məhsulların, yarımfabrikatların və xammalın saxlanılması üçün yerlər təyin olunmalı və malların otaqlarda eyni vaxt ərzində saxlana biləcək miqdarı nəzərə alınmalıdır;

– yanar tullantıların və tozların təmizlənməsi, yağlı-xüsusi geyimlərin saxlanılması qaydaları müəyyən edilməlidir;

– iş vaxtının sonunda və yanğın baş verən zaman elektrik avadanlıqları şəbəkədən ayrılmalıdır;

– müvəqqəti odlu və digər yanğın təhlükəli işlərin görülməsi qaydaları nəzərə alınmalıdır;

– iş vaxtının sonunda otaqlara baxışın keçirilməsi və bağlanması qaydaları göstərilməlidir;

– yanğın hadisəsi zamanı işçilərin hərəkəti qaydaları qeydə alınmalıdır;

– yanğın təhlükəsizliyi əsaslarına dair dərslərin və yanğına qarşı təlimatın keçirilmə vaxtı və bu tədbirin keçirilməsi qaydaları üçün cavabdeh şəxslərin ayrılması göstərilməlidir.

2.5. Bina və qurğuların (yaşayış evlərindən başqa) bir mərtəbəsində birdəfəlik 10 nəfərdən çox adam olarsa, yanğın zamanı insanların köçürülməsi üçün “köçürmə” planları işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Binada, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında xəbərdar etmək üçün xəbərverici qurğular quraşdırılmalıdır.

Kütləvi insan (50 və ya çox) toplaşan obyektlərdə həmin obyekt rəhbəri tərəfindən köçürmə planına əlavə olaraq xidməti heyət üçün İnsanların yanğın yerindən köçürmə tədbirləri hazırlanmalıdır. Bu tədbirlər əsasında hər 6 ayda bir dəfədən az olmayaraq, bütün xidməti heyəti cəlb etməklə təcrübə məşğələ-təlimləri keçirilməlidir.

Gecə vaxtı insanlar olan obyektlər (uşaq bağçaları, internat-məktəblər, xəstəxanalar və sair) üçün köçürülmə təlimatı iki variantda hazırlanmalıdır: “gündüz” və “gecə” vaxtı.

2.6. İdarə, müəssisə, təşkilatın bütün əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq yanğına qarşı rejimin bütün tələblərinə ciddi riayət etməlidirlər.

3. Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.

3.1. Yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina, tikililər və açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri, həmçinin yaşayış evlərinə bitişik bağ, eləcə də digər tikililərin əraziləri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və. s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır.

3.2. Binaların, tikililərin və qurğuların aralarında olan yanğına qarşı ara məsafələrində, malların yığılmasına, avtomobillərin dayanacaq kimi istifadə edilməsinə, bina və qurğuların (qurulmasına) tikilməsinə icazə verilmir.

3.3. Binalara, qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın invertarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına qəti yol verilməməlidir.

3.4. Müvəqqəti tikintilər digər bina və tikililərdən 15 m-dən çox məsafədə (digər normalara görə yanğına qarşı aranın çox olması tələbi hallarından başqa) və ya yanğına qarşı divarların yanında yerləşdirilməlidir.

3.5. Anbarlarda, bazalarda, taxıl və pambıq qəbulu, saxlanma və emalı müəssisələrində, ticarət obyektlərində, asan alışan mayelər ( AAM ),yanar mayelər (YM ) və yanar qazlar ( YQ ) çıxarılan, emal edilən və saxlanılan, bütün növ partlayıcı maddələr istehsal olunan ərazi və otaqlarda, yanğın və partlayış təhlükəli sahələrdə, eləcə də müəssisələrin siqaret çəkmək üçün ayrılmamış yerlərində, məktəbəqədər uşaq müəssisələrində, arxiv, muzey, teatr-tamaşa müəssisələrində, məktəblərdə, yetişmiş dənli və texniki bitkilərin zəmilərində siqaret çəkməyə icazə verilmir.

3.6. Bina və qurğuların aralarındakı layihə normalan ilə təyin edilmiş yanğına qarşı ara məsafələrində, bina və qurğulara 50 metrdən yaxın olmamaq şərti ilə tonqalların qalanmasına, tullantıların və boş qabların (tarların) yandırılmasına icazə verilir. Tullantıların və boş qabların (taraların) xüsusi ayrılmış yerdə yandırılması, xidmətçi heyətin nəzarəti altında həyata keçirilməlidir.

3.7. Yanğına qarşı su mənbələrinin, çol (xarici) yanğın nərdivanlarının, bina və tikililərin girişlərinin tez tapılması üçün müəssisələrin, bazaların, anbarların və digər obyektlərin əraziləri gecə vaxtı işıqlandırılmalıdır.

3.8. Obyektdaxili dəmir yollarından keçən yol və keçidlər yanğın avtomobillərinin keçməsi üçün boş olmalıdırlar və keçən yollar relslərin başlıqları səviyyəsində bütöv döşənəklə örtülməlidirlər.

3.9. Yaşayış evlərinin, meşələrin, bağların, ictimai və mülki binaların ərazilərindəki açıq meydança və həyətlərdə AAM və YM olan qabları, həmçinin sıxılmış və mayeləşdirilmiş qazla dolu olan balonları saxlamağa icazə verilmir.

3.10. İynəyarpaqlı meşə massivlərində yerləşmiş hər bir obyektin ərazisi perimetr boyu eni 3 m-dən az olmayan qoruyucu minerallaşdırılmış zolaqla təmin edilməlidir.

3.11. Kənd yaşayış məntəqələrində, orada yerləşən ictimai, məişət, istehsalat və digər obyektlər yanğından mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər.

3.12. Yaşayış məntəqələrinin və müəssisələrin ərazilərində yanar tullantılardan ibarət zibilliklərin yığılmasına icazə verilmir.

4. Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi

tələbləri.

4.1. Hər bir istehsalat və anbar otaqlarının ( xarici qurğuların), yanğın və partlayış təhlükəsi kateqoriyalarından asılı olaraq, istehsalat kateqoriyaları, müvafiq qaydalarının tələblərinə, əsasən, zona və sinifləri təyin edilməlidir, qapılarına onları göstərən xüsusi lövhəciklər asılmalıdır. Yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında standart işarələr (anşlaqlar, təhlükəsizlik lövhəcikləri) asılmalıdır.

Yanğın xasiyyətnamələri öyrənilməmiş material və maddələrin, eləcə də, yanğın-partlayış təhlükəsinə dair göstəriciləri və ya sertifikatları olmayan material və maddələrin istehsal proseslərində istifadəsinə, həmçinin onların digər material və maddələrlə birlikdə saxlanılmasına icazə verilmir.

4.2. Otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır.

Qapıların öz-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmalıdırlar. Yanğına qarşı və ya tüstüyə qarşı qapıların(qurğuların) normal bağlanmasına mane olan hər hansı bir cihazların quraşdırılmasına icazə verilmir.

4.3. Yanğınla nəticələnə bilən nasaz qurğu, dəzgah və avadanlıqlardan istifadə edilməsinə icazə verilmir. Eləcə də təyin edilmiş texnoloji rejimə, hərarətə, təzyiqə və digər təhlükəsizlik parametrlərinə nəzarəti təmin edən nəzarət ölçü və texnoloji avtomatik cihazları söndürülmüş vəziyyətdə olduqda, onların işləməsinə (istismarına) icazə verilmir.

4.4. Tikinti konstruksiyaların, yanar bəzək və istilik keçirməyən materialların, metal sütunların və qurğuların, avadanlıqların və digər konstruktiv elementlərin oddan qoruyucu örtüklərinin (suvaq qatının, xüsusi boya, lak, şirələnmiş qatın və sair oddan qoruyucu xassələrinin yox olması və ya pisləşməsi daxil olmaqla) pozulması hallan dərhal aradan qaldırılmalıdır.

Mövcud normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı elementlər və parçalar müddəti keçdikdən sonra və öz hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni məhlulla hopdurulmalıdırlar.

Hopdurulmuş konstruktiv elementlərin və parçaların yanğına qarşı vəziyyəti ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır.

4.5. Yanğına qarşı divarların, üst örtüklərinin və çəpərləmə konstruksiyalarının müxtəlif mühəndis və texnoloji kommunikasiyalarla kəsişdikləri yerlərdə əmələ gəlmiş dəlik və yarıqlar (aralar), tələb olunan odadavamlılığı, tüstü və qaz keçirməyən yanmayan tikinti qarışığı (məhlulu) və ya digər materiallarla tutulmalıdır.

4.6. Otaqlar yenidən planlaşdırmadıqda, onların təyinatı dəyişildikdə və ya yeni texnoloji avadanlıqlarla təmin edildikdə, qüvvədə olan tikinti və texnoloji layihələşdirmə normalarının yanğına qarşı tələblərinə riayət olunmalıdır.

Otaqları icarəyə götürdükdə, həmin binanın təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir.

4.7. Kütləvi insanlar toplaşan müəssisələr, (teatrlar, muzeylər və s. ) həmçinin yanğın potensialı yüksək olan neft emalı, ağac emalı, kimya sənayesi və s. müəssisələrin yaxınlıqdakı yanğından mühafizə orqanının rabitə məntəqəsi ilə birbaşa telefon əlaqəsi olmalıdır.

4.8. Müəssisələrin, binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır:

– mövcud normativ sənədlərlə əvvəlcədən şərtləşdirilmiş hallar istisna olmaqla, zirzəmilərdə və kürsü mərtəbələrində AAM, YM və bantın saxlanılması;

– partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi;

– çardaqlarda, texniki mərtəbələrdə, ventkameralarda və digər texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun, avadanlığın, mebelin və digər əşyaların saxlanılmasına yol vermək;

– lift xollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək;

– əgər onlara giriş ümumi pilləkən qəfəsindən təyin edilməyibsə, orada yanar materiallar anbar və emalatxanalar təşkil etmək, həmçinin zirzəmi və kürsü mərtəbələrdə başqa təsərrüfat otaqları yerləşdirmək;

– eyvanlardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq;

– otaqların yığışdırılmasında və paltarların yuyulmasında benzindən, ağ neftdən və digər AAM və YM istifadə etmək, həmçinin donmuş boruları lehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq;

– iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq;

– müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq;

– yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi;

– pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq;

– binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq;

4.9. Bina və tikililərin damlarındakı (örtüklərindəki) xarici (çöl) yanğın nərdivanları və sipərlər saz vəziyyətdə saxlanılmalı və ildə iki dəfədən az olmayaraq möhkəmliyi yoxlanılmalıdır.

4.10. Bir köçürmə çıxışı olan otaqlarda iştirakçıların sayı 50 nəfərdən çox olmayan tədbirlərin keçirilməsinə icazə verilir.

Kütləvi şəkildə insan (50 və daha çox) toplaşan, 4 və 5 odadavamlılıq dərəcəsi olan binalarda tədbirlərin aparılmasına yalnız birinci mərtəbədə icazə verilir.

4.11. Damın, texniki mərtəbələrin və zirzəmilərin pəncərələri şüşələnməlidir, qapılan isə bağlı vəziyyətdə olmalıdır. Qapıların üstündə açarın harada saxlanıldığı göstərilməlidir.

Bina və tikililərin zirzəmi və yarımzirzəmilərinin xaricdən işıqlanması üçün nəzərdə tutulmuş qapı və pəncərə qarşısındakı oymaqlar, boşluqlar (çuxurlar) mütamadi olaraq yanar zibildən təmizlənməlidir. Həmin pəncərə oymaqlarının birdəfəlik bağlanmasına icazə verilmir.

4.12. Ağ neft ilə yanan divar lampalarının (fonarlarının) metaldan mühafizə qapağı olmaqla möhkəm bərkidilməklə tavandan asılmalıdır. Lampanın və ya fonarın mühafizə qapağı ilə tavanın yanar (çətin yanan) konstruksiyaları arasındakı məsafə 70-sm-dən və yanmayan divarlardan isə 20 sm-dən az olmamalıdır.

Ağ neft ilə yanan divar lampaları (fonarlar) metal işıq qaytarıcıları olmaqla divara möhkəm bərkidilməlidir. Fonarların və stolüstü ağ neft lampalarının qoyulduğu yer möhkəm olmalıdır.

4.13. Maye yanacaqla işləyən qızdırıcı cihazlarını benzin ilə doldurulmasına icazə verilmir.

4.14. Tamaşa, yeməkxana, sərgi, ticarət zallarında (otaqlarında), tribunalarda və eləcədə kütləvi insan toplaşan digər otaqlarda adamların sayı köçürmə yollarının buraxma qabiliyyətindən asılı olaraq, müəyyən hesabdan və ya layihələşdirmə normalan ilə təyin edilmiş miqdardan çox olmamalıdır.

Hesabat üçün layihə normalarının göstəriciləri olmadıqda, zaldan insanların köçürməsinin təmin olunması vaxtını 2 dəqiqə, bir iştirakçıya düşən sahə isə 0,75 kv.m. qəbul etmək lazımdır.

4.15. Müxtəlif yağların silinməsi üçün istifadə olunmuş silgi materiallarının yığılması üçün qapaqla kip bağlanan metal qutu quraşdırılması vacibdir.

Növbə qurtaran zaman qutu otaqdan çıxarılmalıdır.

4.16. Yağla, lakla, rənglə və digər asan alışan və yanar mayelərlə işləyən şəxslərin paltarları bu məqsədlə xüsusi ayrılmış yerlərdə quraşdırmaları metal

şkaflarda asılmış vəziyyətdə saxlanılmalıdır.

4.17. Yeni il şənlikləri keçirilən və adamların kütləvi şəkildə iştirak etdiyi digər tədbirlərdə:

– iki köçürmə çıxışı olan, layihə normalarına cavab verən, pəncərələrində barmaqcıqlar olmayan, ikinci mərtəbədən yuxanda yerləşməyən, yanar mərtəbəara örtüyü olan binalardan istifadə etməyə icazə verilir;

– yolka bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqlan tavana və divarlara toxunmasın;

– elektrik işıqlandırma sistemi olmayan otaqlarda “Yeni İl” yalnız sutkanın işıqlı vaxtında keçirilməlidir;

– çil-çıraqların bəzədilməsi, müvafiq qaydaların tələblərinə əsasən yerinə yetirilməlidir;

– elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı zaman, çil-çıraqların bəzədilərək 12 Volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır;

– çil-çıraqlarda nasazlıq (məftillərin qızması, lampaların yanıb sönməsi, qığılcım olması və s.) aşkar olunduqda onu elektrik şəbəkəsindən tez bir zamanda ayırmaq lazımdır;

Aşağıdakılar qadağan olunur:

– qövs şəkilli projektorlardan, şamlardan istifadə etmək, atəşfəşanlıq, yanğın təhlükəli effekt verən yanğına səbəb olan amillərdən istifadə etmək;

– sellüloid oyuncaqlarla, eləcə də oddan mühafizə tərkibi ilə hopdurulmamış tənzif və pambıqla yolkanın bəzədilməsi;

– uşaqlara asan yanan materiallardan tikilmiş kostyumlar geyindirmək;

– odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılması;

– sıralar arasındakı keçidin enini azaltmaq, keçidlərdə əlavə kresloların, stulların qoyulması və s.

– səhnəcik və tamaşa vaxtı otaqlarda işıqların tam söndürülməsi;

– otaqlara normadan artıq nəzərdə tutulmuş adamların toplaşması.

Tədbirlərin aparılması zamanı səhnədə və tamaşa zalının otaqlarında məsul şəxslərdən ibarət növbətçilər təşkil edilməlidir.

5. Köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri.

5.1. Köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır;

5.2. Köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır. Adamlar otaqlarda olan vaxtı qapılar daxildən yalnız tez açılan cəftə ilə bağlanıla bilər;

5.3. Köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur:

– köçürmə yollarında ( 5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi;

– keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması;

– tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması;

– köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması;

– pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq.

5.4. Otaqlarda texnoloji, sərgi və digər avadanlıqların yerini dəyişdikdə pilləkən qəfəslərində köçürmə keçidləri və digər köçürmə yolları, layihə normalarına uyğun olmalıdır.

5.5. Kütləvi insan toplaşan binalarda elektirik enerjisinin kəsilməsi hallarını nəzərə alaraq, xidməti heyət elektirik işıqlandırıcıları ilə təmin edilməlidirlər

İşıqlarndırıjıların sayı növbətçi heyətin hər bir əməkdaşına, bir dənədən az olmamaq şərti ilə, binada olan insanların, növbətçi heyətin sayının və obyektin xüsusiyyətini nəzərə almaqla rəhbərlik tərəfindən müəyyən edilməlidir;

5.6. Kütləvi şəkildə adamlar olan otaqlarda xalça, xalça zolaqları və digər döşəmə örtükləri, döşəməyə möhkəm bərkidilməlidir.

6. Elektirik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri.

6.1. Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər.

6.2. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər.

6.3. İşin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır.

6.4. Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların (ştabellər, tayalar) üzəri ilə çəkilməsinə icazə verilmir.

6.5. Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur:

– elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək;

– nasaz elektrik qurğularından istifadə etmək;

– elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək;

– dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək;

– standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək;

– magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək;

– elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq.

6.6. Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sisteminin qidalandırıcı və idarə etmə kabellərini topa şəkildə, bir boruda və ya tikinti konstruksiyalarının bağlı kanalı ilə birgə çəkilməsinə icazə verilmir.

6.7. İnsanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədi ilə «Çıxış» sözləri yazılmış işıqlı göstəricilər həmişə saz vəziyyətdə olmalıdır. Tamaşa nümayişi zamanı, sərgi və digər tədbirlər keçirilən zaman zallarda onlar daima yanılı vəziyyətdə olmalıdırlar.

6.8. Daşınan elektirik işıqlandırıcıları elastiki elektirik naqillərinə malik olmalı, şüşə qapaqlarla və qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla təchiz olunmalıdırlar. Onların gərginliyi 36 V- dan artıq olmamalıdır.

6.9. Sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə etməli, onların gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya) olunmalıdır.

Projektorları və sofitləri quraşdıran zaman, onlarla yanar materiallar arasında minimal məsafə 0,5 m olmalıdır. Linzalı projektorlar üçün isə minimal məsafə 2 m olmalıdır. Projektor və sofitlər üçün işıq süzgəcləri yanmayan materiallardan olmalıdır.

6.10. Avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır.

7. İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri.

7.1. Bütün sobalar, qazanxanalar, istilik generatorları, kalorifer (istilik verən) qurğuları, digər istilik cihazları və sistemləri, isitmə mövsümü başlanmazdan qabaq yoxlanılmalı və təmir edilməlidir. Nasaz sobaların və digər qızdırıcı qurğuların istismarı qadağandır.

7.2. Yanar konstrksiyalarla sobalar, onların elementləri və digər istilik cihazları arasında yanğına qarşı (arakəsmə) qoruyucu hörgü, arakəsmə, mərtəbə arası örtüyün və tavanın yanar konstruktiv elementlərini yanğından qorumaq üçün baca yanlarına hörülən kərpic qatının ölçüləri mövcud tikinti norma və qaydalara uyğun olmalıdır. Eyni zamanda yanar materiallı döşəmələrdə ocaqlıq qarşısında 0,5 x 0,7 m ölçüdə azbest üzərinə mismarlanmış metal və ya yanmayan materialdan təbəqələr olmalıdır.

7.3. İsitmə mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan təmizlənməlidir; eyni zamanda bütün isitmə mövsümü ərzində ən azı;

– qızdırıcı sobalar üçün üç ayda bir dəfə fasiləsiz işləyən sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə;

– mətbəx plitələri və diğər fasiləsiz yandırılan sobalar üçün ayda bir dəfə.

7.4. Qazanxana və istilik generator qurğularının forsunkalarına (odluqlarına) gələn hər bir yanacaq borusu üzərində ən azı iki ədəd ventil olmalıdır. Onlardan biri ocaqlığın, digəri yanacaq çəninin yaxınlığında quraşdırılmalıdır.

7.5. Yaşayış məntəqələrinin, müəssisələrin qazanxanalarında və digər istilik istehsal edən qurğuların istismarı zamanı, xüsusi hazırlıq keçməyən və vəsiqəsi olmayan şəxslərin (ocaqçıların) işə buraxılmasına, qazanxana və istilik generatorları otaqlarında duru yanacağın saxlanmasına, avadanlıqların istismarı zamanı texniki şərtlərdən nəzərdə tutulmayan neft məhsulları tullantılarından və digər “AAM” – lərdən və “YM” – lərdən yanacaq kimi istifadə edilməsinə icazə verilmir.

– yanacaq verilən sistemin boru xətlərindən və onun birləşən yerlərindən duru yanacaq damcıladıqda (qaz sızdıqda) istilik istehsal edən qurğuları istismar etmək;

– sönmüş qaz odluqlarına və forsunkalarına (odluqlarına) yanacaq və qaz vermək;

– nəzarət və tənzimləmə cihazları olmadıqda və yaxud onlar nasaz olduqda işləmək;

– qazanların və buxar kəmərlərinin üzərlərində hər hansı yanar materialın qurudulması.

7.6. İstilik sobalarının istismarı zamanı qadağandır:

– yanar sobaları nəzarətsiz qoymaq, eyni zamanda nəzarəti kiçik yaşlı uşaqlara həvalə etmək;

– yanacağı, yaxud yanar maddə və materialları ocaqlıq qabağına yığmaq;

– sobalarda, təyinatı üzrə nəzərdə tutulmayan yanacaqlardan istifadə etmək;

– yığıncaq və kütləvi tədbirlər keçirilən zaman otaqlarda sobaların qalanmasını həyata keçirmək;

– standartlara uyğun olmayan qaz, duru yanacaq sobalarından istifadə etmək;

– ventilyasiya və qaz kanallarından tüstü bacası kimi istifadə etmək;

– sobaları həddən artıq qızdırmaq.

7.7. Bina və qurğularda sobaların qalanması iş vaxtının başa çatmasına iki saat qalmış, sutkalıq insanlar olan obyektlərdə və xəstəxanalarda isə yatmazdan iki saat qabaq dayandırılmalıdır.

Gündüz növbəli uşaq müəssisələrində sobaların qalanması uşaqların gəlmə vaxtına bir saat qalmış qurtarılmalıdır. Ocaqlıqdan çıxardılan kül və kömür qalıqları, su ilə isladılmalı, sonra onlar üçün xüsusi ayrılmış təhlükəsiz yerə tökülməlidir.

7.8. Yanğın təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən metal sobaların quraşdırılmasına icazə verilmir.

Zavodlarda hazırlanmış metal və digər sobaların yataqxanalarda, inzibati, ictimai və müəssisənin köməkçi binalarında, eləcə də yaşayış evlərində müvəqqəti istilik sisteminin quraşdırılması zamanı, bu növ məhsulu hazırlayan müəssisənin lahiə normalarının tələbləri, təlimatı göstərişləri, mütləq yerinə yetirilməlidir.

Qaz cihazlarının quraşdırılması və istismarı, müvafiq qaydaların tələblərinə cavab verməlidir.

7.9. Sobalardan mallara, rəflərə, vitrinlərə, piştaxtalara, şkaflara və başqa avadanlıqlara qədər məsafə ən azı 0,7 m, ocaqlıq gözündən isə ən azı 1,25 m olmalıdır.

7.10. Çardaqlardan keçən bütün tüstü boruları və divarları ağardılmalıdır.

7.11. Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü borusu qığılcım söndürücülərlə təchiz edilməli və vaxt aşırı bu qaydaların 7.3. bəndinə uyğun olaraq qurumdan təmizlənməlidir.

7.12. Hava girən yerdə odsaxlayan qurğu (sipər, şiber, qapaq və s.) avtomatik yanğınsöndürmə sistemi, yanğın zamanı ventilyasiyanı avtomatik söndürən qurğu, vaxtlı vaxtında yoxlanılmalı və saz vəziyyətdə saxlanılmalıdır.

7.13. Havanın səriləşdirilmə və ventilyasiya sisteminin istismarı zamanı aşağıdakılar qadağandır:

– ventilyasiya kameralarının qapısını açıq qoymaq;

– sorma kanallarını, gözlükləri və dəmir barmaqcıqları bağlamaq;

– hava çəkənlərə istilik qaz cihazları qoşmaq;

– hava çəkənlərdə toplanan piy qatlarının, tozun və digər yanar maddələrin yandırılması.

7.14. Ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir.

Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmalıdır

7.15. Hidrosüzgəclərin, uru süzgəclərin, toz tutan və digər ventilyasiya sistemi qurğularının (aspiratorların) nasazlığı və söndürülməsi (işinin dayandırılması) zamanı, yanğın partlayış təhlükəli otaqlarda (qurğularda) texnoloji avadanlıqların işləməsinə icazə verilmir.

7.16. Yanar tozların, lifli və digər tullantıların xaric edilməsi zamanı, onların ventilyatora düşməsinə yol verməmək üçün ventilyatorun qarşısında tutucular, metal əşyalara qarşı isə maqnit tutucular quraşdırılmalıdır.

7.17. Yerli sorma sistemlərinin hava xətlərinə və pnevmatik daşıyıcı borularına mütəmadi olaraq baxış keçirmək, daxilini təmizləmək və onun daxilində baş verə biləcək yanğınları söndürmək üçün onlar baxış pəncərələri ilə təmin olunmalıdırlar.

Baxış pəncərələri, araları bir birindən 15 metrdən çox olmamaq şərti ilə divarlardan və örtüklərdən keçən boru xətlərinin yerində, döngələrdə və üçlüklərdə yerləşdirilməlidirlər.

7.18. Maşın və aqreqatların tozsuzlaşdırma qurğusunun hava təmitzləyici süzgəci, təcid (ayrıca izolə) edilmiş otaqda yerləşdirilməlidir.

7.19. Avadanlıqlardan ayrıları, dövr edən tozlu hava, süzgəclərin köməyi ilə, iki mərhələli təmizlənməyə məruz qalmalıdırlar.

8. Yanğına qarşı su təchizatına dair tələblər.

8.1. Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir.

Müəssisələrin yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir.

8.2. Yanğın baş verən zaman işə salmaq və lazımı miqdarda su ehtiyatı yaratmaq və həmin sahədə suyun sərfini artırmaq üçün, su sayğacı quraşdırılmış yerdə, diametri su xəttinin giriş yerindən az olmayan əlavə su xətti quraşdırmalı və ona ventil qoymalı. Ventili “Yanğın baş verdikdə açmalı” sözləri yazılmış lövhə ilə təmin etməli.

8.3. Hidrantlar və su hovuzları, onlara yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı və ya işıq əks etdirən xüsusi təbəqə ilə örtülmüş göstəricilər) təmin edilməlidirlər. Göstəricidə su mənbəyinə qədər olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd edilməlidir.

Hər bir yanğın hidrantı “YH” yazılmış işıqlandırıcı ilə və ya işıqlandırıcı (flyüoreset) göstəriciləri ilə təmin edilməlidir. Göstəricilərdə, eləcə də hidrantın nömrəsi, göstəricidən hidranta qədər olan məsafə (m), daxili diametri (mm) və onun növü (dairəvi və ya dalanlı) göstərilməlidir.

Yanğın su hovuzu üzərində “YSH” sözləri yazılmış işıqlandırıcı və ya flyüoreset göstəricisi ilə təmin edərək, hərflərlə su ehtiyatının miqdarı (kub.metr) göstərilməlidir.

Yanğına qarşı su hovuzları daima dolu vəziyyətdə saxlanılmalıdır. Onların su götürmə qurğuları saz vəziyyətdə olmalıdır. Yanğın avtomobillərinin, onlara sərbəst yan alıb oradan su götürməsi üçün su hovuzu ən azı 12 x 12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin edilməlidir.

8.4. Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməlidirlər. Atıcı şlanq yanğın kranına və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğın kranlarını şkaflarla təmin edilməlidir. Şkafların qapılarında yanğın kranlarının nömrələri yazılaraq, bağlanıb, möhürlənməlidir.

8.5. Nasos stansiyasının otağı, xüsusi izahedici mətnlərlə yazılmış, “Yanğına qarşı su təchizatının ümumi sxemi” və “Nasosların birləşmə sxemi” ilə təmin olunmalıdır. Həmin sxemlər xüsusi çərçivəyə salınaraq, görünən yerdən asılmalıdır. Nasosxanada yerləşən hər bir siyirtmənin və su təzyiqini qaldıran nasosun təyinatları barədə göstəriciləri olmalıdır. Su təzyiqini yüksəldici nasosların dövriyyəyə qoşulması qaydası təlimatla müəyyən edilməlidir.

Nasos stansiyası üçün «Xidməti heyətin yanğın baş vermə zamanı fəaliyyəti» barədə təlimat işlənib hazırlanmalı, işçilərə imza ilə tanış etdirməklə bir nüsxəsi, nasos stansiyasının otağında görünən yerdən asılmalıdır.

Yaşayış məntəqələrinin yanğına qarşı su təchizatının nasos stansiyalarının dispetçer otağı ilə yanğından mühafizə xidmətinin rabitə məntəqəsinin dispetçer otağı aralarında birbaşa telefon əlaqəsi olmalıdır;

8.6. Su xətləri üzərində quraşdırılmış, elektrik ötürücüsü ilə açılıb-bağlanan siyirtmələrin iş qabiliyyəti ildə iki dəfədən az olmayaraq, yanğın nasoslarının iş qabiliyyəti isə ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Qeyd olunan avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır

8.7. Obyektin ərazisində və ya yaxınlığında ( 200 m radiusunda ) təbii və ya süni su mənbələrinin (çaylar, göllər, hovuzlar, süni su kanalları və s.) mövcud olduğu halda, onlara ilin hər bir fəslində yanğın avtomobillərinin və yanğının söndürülməsində iştirak edən digər texnikanın yan alıb su götürülməsi üçün, həmin su mənbələrə bitişik 12 x 12 m ölçüdə bərk örtüklü meydança və ya körpülər qurulmalıdır.

8.8. Su təzyiqi qüllələri ilin hər fəslində yanğın texnikası ilə suyun götürülməsi üçün uyğunlaşdırılmalıdır.

Yanğının söndürülməsi üçün nəzərdə tutulmuş su ehtiyatından məişət və istehsalat məqsədləri üçün istifadə etmək qəti qadağandır.

9. Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya

qurğularına olan tələblər.

9.1. Yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri ( TX və PET ) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir.

TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.

TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər.

9.2. Dispeçer otağında (yanğın postunda), yanğın avtomatik qurğularının nasazlığı və yanğın barədə həyacan siqnalı alındığı zaman, növbətçi heyətin fəaliyyət göstərməsi ardıcıllığı barədə təlimat asılmalıdır.

Dispetçer otağı telefon əlaqəsi və üç ədəddən və daha çox, yararlı elektrik işıqlandırıcıları ilə təchiz olunmalıdır.

9.3. Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daima hazır və saz vəziyyətdə saxlanılmalıdır.

Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların “avtomatik işədüşmə” sistemindən “əl ilə işəsalma” sisteminə keçirilməsi qadağandır.

9.4. Yanğınsöndürmə qurğularının balonlarında və çənlərində, odsöndürücü maddənin kütləsi və ya təzyiqi onların təlimatlarında təyin olunan hesabdan 10 % və daha çox azalarsa, onlar əlavə və ya yenidən doldurulmalıdırlar.

9.5. Sprinkler qurğularının çiləyiciləri mexaniki zədələnmədən qorunmalıdırlar.

Açılan və saz olmayan çiləyicilərə tıxacların taxılması (vurulması) qadağandır.

9.6. Yanğınsöndürmə stansiyası izahedici mətnlə yazılmış boru xətlərinin sxemi və yanğın baş verən zaman qurğunu idarəetmə təlimatı ilə təmin edilməlidir.

Hər bir idarəetmə qovşağında mühafizə olunan otaqların adı, qurğu seksiyasında çiləyicilərin növü və sayı qeyd olunmuş lövhəcik asılmalıdır. Ventil və kranlar bağlama sxeminə uyğun olaraq nömrələnməlidirlər.

9.7. Qurğulara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi üçün ixtisaslaşdırılmış lisenziyası olan təşkilatlarla ( bu o müəssisələrə aiddir ki, qurğulara texniki qulluq edilməsi və xidmət heyəti saxlamağa imkanı yoxdur) müqavilə bağlanmalıdır.

9.8. Əsas və ehtiyat nasoslar, nəzarət ölçü cihazları və qapaqlar yerləşdirilmiş, yanğınsöndürmə stansiya otağının qapısında üzərində “Yanğın Söndürmə Stansiyası” sözləri yazılmış tablo olmalıdır. Stansiya daima bağlı vəziyyətdə saxlanılmalıdır. Otağın açan xidmət heyətində olmalıdır.

9.9. Mal-əmtəə materialları saxlanılan otaqlarda çiləyicilərə qədər olan məsafə ən azı 0,9 m, xəbərvericilərə isə 0,5 m. olmalıdır.

9.10. Mövcud Dövlət Standartlarına uyğun olaraq avtomatik qazla (su ilə) yanğınsöndürmə qurğularının boru xətlərini aşağıdakı rənglərlə:

– qazla yanğın söndürmə – san rəng;

– su ilə yanğın söndürmə – yaşıl rəng;

– köpüklə yanğın söndürmə – qəhvəyi rəngli xəbərdaredici halqalar çəkməklə yaşıl rəng.

Müalicə və uşaq məktəbəqədər təşkilatlarında, həmçinin məktəb-internatların yataq korpuslarında, yalnız xidmətçi heyət xəbərdar edilməlidir.

Xəbərvermə sistemlərinin istifadə qaydaları, onların istismarı üzrə təlimatda və köçürmə planlarında, sistemləri işə salma hüququ olan şəxslərin adları qeyd olunmaqla müəyyən edilməlidir.

9.11. İnsanların yanğın barədə xəbərdar edilməsi üçün texniki vasitələrin tələb olunmadığı hallarda, obyekt rəhbərləri onların xəbərdar edilməsi ardıcıllığını müəyyən etməli və buna cavabdeh şəxslər təyin etməlidir.

9.12. Xəbərvericilər (səsucaldanlar) səs tənzimləyicisiz olmalı və bilavasitə şəbəkəyə qoşulmalıdır.

Xəbərvermə məntəqələrinin ötürülməsini və köçürmə idarə etməsinin etibarlılığı təmin edildikdə, obyektdə mövcud olan daxili radiostansiyalardan və digər veriliş şəbəkələrindən istifadə edilməsinə yol verilir.

10. Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri.

10.l. Yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır.

Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır.

10.2. Yanğın avtomobilləri və motopompalar, yanğınların söndürülməsi üçün uyğunlaşdırılmış texnika yanğın-texniki avadanlıqlarla tam təmin edilməli, yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz vəziyyətdə saxlanılmalıdır.

Yanğınların söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli orqanlarla təsdiqlənmiş çıxış cədvəli və yanğınların söndürülməsi üçün qüvvə və vəsaitlərin cəlb edilməsi planına əsasən təyin edilməlidir.

10.3. Yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir.

10.4. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər.

Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir.

11. Yanğın bas verən zaman edilən hərəkətlər.

11.1. Hər bir vətəndaş yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə aşağıdakı hərəkətləri etməlidir:

– dərhal telefonla yanğından mühafizə orqanına xəbər vermək (bununla bərabər obyektin ünvanını, yanğının baş vermə yerini, həmçinin öz soyadını deməlidir);

– imkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün ölçü götürməlidir;

– yanğın bölmələrinin qarşılanmasını təmin etməlidir.

11.2. Əmlak sahibləri: əmlaka sahib olmağa, ondan istifadəyə və ya ona dair sərəncam verməyə müvəkkil olan şəxslər, o cümlədən müəssisələrin rəhbərləri və vəzifəli şəxslər, yanğın yerinə gələn yanğın təhlükəsizliyini təmin etməyə təyin edilmiş məsul şəxslər aşağıdakıları yerinə yetirməlidirlər;

– baş vermiş yanğın haqqında yanğından mühafizəyə məlumatı təkrar etmək və rəhbərliyə, dispetçerə, obyekt üzrə məsul növbətçiyə xəbər vermək;

– insanların həyatları təhlükə altında olduğu halda, əldə olan qüvvə və vəsaitlər hesabına onların xilas edilməsini təşkil etmək;

– yanğına qarşı avtomatik müdafiə sistemlərinin (insanları yanğından xəbərdarlığı, yanğınsöndürmə, tüstüyə qarşı müdafiə) qoşulu olmasını yoxlamaq;

– ehtiyac olanda elektroenerjini kəsmək (yanğına qarşı müdafiə sistemlərini çıxmaqla), elektrik nəql edən qurğu, aqreqat, aparatların işini dayandırmaq, xammal, qaz, buxar və su xəttlərini bağlamaq, qəza və bitişik olan otaqlarda ventilyasiya sisteminin işini dayandırmaq, binanın otaqlarında yanğının və tüstülənmənin qarşısını alan başqa tədbirləri yerinə yetirmək;

– binada yanğının söndürülməsi tədbirlərindən başqa bütün işləri dayandırmaq (əgər buna texnoloji istehsalat prosesi yol verirsə);

– yanğının söndürülməsində iştirak etməyən bütün işçiləri təhlükəli zonadan uzaqlaşdırmaq;

– yanğından mühafizə bölməsinin gəlməsinə qədər obyektin spesifik xüsusiyyətlərini nəzərə alaraq, yanğının söndürülməsinə ümumi rəhbərlik etmək;

– yanğının söndürülməsində iştirak edən işçilərin təhlükəsizlik tələblərinə riayət etmələrini təmin etmək;

– yanğının söndürülməsi ilə eyni zamanda köçürməni və maddi dəyərlərin qorunmasını təşkil etmək;

– yanğından mühafizə bölməsinin qarşılanmasını təşkil etmək və yanğın mənbəyinə giriş üçün qısa yolun seçilməsində köməklik etmək;

– yanğınların söndürülməsi və bununla bağlı ilk növbəli qəza-xilasedici işlərin keçirilməsi üçün cəlb edilən yanğından mühafizə bölmələrinə, obyektdə olan və ya emal (edilən təhlükəli (partlayış-təhlükəli) partlayıcı, zəhərli maddələr haqqında, şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan məlumatları bildirmək.

11.3. Yanğın bölməsi gəldikdə müəssisənin rəhbəri (və ya onu əvəz edən şəxs) yanğın söndürmə rəhbərini, obyektin, bitişik tikililər və qurğuların konstruktiv və texnoloji xüsusiyyətlərindən, saxlanılan və işlədilən maddələrin, məmulatların sayı və yanğın təhlükəli xüsusiyyətlərindən və yanğının müvəffəqiyyətlə ləğv edilməsi üçün lazımı olan digər məsələlərlə məlumatlandırmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.