Nəsimi-650” xüsusi buraxılışı oxucuların ixtiyarındadır – Foto
“Nəsimi soraqlı tədbirlər” bölümündə cənab prezident və xanım I vitse-prezidentin Şamaxıya səfəri zamanı Şah Xəndan türbəsini ziyarətləri və il ərzində keçirilən yubiley mərasimləri haqqında məlumat verilir.
Nəsimi-650
Milli Arxiv İdarəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə qurumun rəhbəri, professor Əsgər Rəsulov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlar imzaladığını, Milli Arxiv İdarəsində həmin sərəncamlardan irəli gələn tədbirlər planı hazırlandığını və bu toplantının da sözügedən planda nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.
O, Nəsiminin həyatı və yaradıcılığı, sufi-fəlsəfi görüşləri haqqında məlumat verərək böyük sənətkarın Azərbaycan dili və poeziyasının inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.
Sonra Respublika Dövlət Arxivlərinin materialları əsasında hazırlanan və dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Həqq mənəm, həqq məndədir, həqq söylərəm. ” adlı sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
“Nəsimi-650” xüsusi buraxılışı oxucuların ixtiyarındadır – Foto
“Mədəniyyət.AZ” jurnalı bu dəfə oxucularla görüşə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş xüsusi buraxılışı ilə gəlib. Növbəti sayın özəlliyi isə böyük ustadın həyat və yaradıcılığına dair indiyə qədər açıqlanmayan məqamlara – ölkəmizdə kifayət qədər tanınmayan əsərlərinə, hətta dəhşətli edamı ilə bağlı mətləblərə işıq salmasıdır.
Teleqraf.com xəbər verir ki, dərgi Ümummilli lider mərhum Heydər Əliyevin 1970-ci ildə Suriyaya səfəri zamanı Nəsiminin uyuduğu məkanı ziyarəti, şairin 600 yaşının qeydi və məqbərəsinin təmiri istiqamətində göstərişləri tarixi faktları, eləcə də cənab Prezident İlham Əliyevin 2019-cu ilin Nəsimi ili elan olunması və 650 illik yubileyinin keçirilməsi barədə müvafiq sərəncamları ilə açılır. Bu haqda 1973-cü ildə UNESKO-nun “Courier” nəşrində Vaqif Aslanov imzası ilə dərc olunmuş məqaləyə də yer ayrılıb.
“Nəsimi soraqlı tədbirlər” bölümündə cənab prezident və xanım I vitse-prezidentin Şamaxıya səfəri zamanı Şah Xəndan türbəsini ziyarətləri və il ərzində keçirilən yubiley mərasimləri haqqında məlumat verilir.
Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovla müsahibədə Nəsimi festivalı çərçivəsində poeziya, incəsənət, mənəviyyat müzakirələrindən bəhs olunur, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətindən söhbət açılır.
Ölməz ədəbi irsin dünyada layiqli təbliğatçılarından biri, alman Nəsimişünası Mixael Hess isə blits-intervüsündə ümumən Şərq ədəbiyyatı kontekstində Nəsimi yaradıcılığının cazibəsindən, tərcümə işinin məziyyətlərindən danışır.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidovun qələmə aldığı “Nəsimi ərəb ədəbiyyatşünaslığında”, iranlı tədqiqatçı Məhəmmədrza Bağban Kəriminin “Nəsiminin bilinməyən “Təriqətnamə” əsəri”, türk alim Fatih Usluerin “Nəsimi və Hürufilik”, Nizami adına Ədəbiyyat muzeyinin şöbə müdiri, professor Şəfəq Əlibəylinin “Nəsiminin farsca “Divan”ının özəllikləri” məqalələri, fransız və rus dillərində digər araşdırmalar dahi şairimizin beynəlxalq miqyasda, dünya oxucusu tərəfindən necə sevildiyinin göztəricisidir.
“Mədəniyyət.AZ” jurnalı 50 il öncəyə müraciətlə ustadın 600 illik yubileyi ərəfəsində mərhum filoloq alim Qulamhüseyn Əliyevin 1973-cü yubiley ilində səslənən “Dünyaya sığmayan məhəbbətin tunc heykəli” məruzəsi və az qala bu mövzuda ilk tədqiqat olan “Nəsimi və özbək ədəbiyyatı” məqalələrini də təqdim edib. Filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Sığmazam” harayının ümumşərq əhəmiyyətindən bəhs edən qeydlərində isə Özbəkistanın XVII əsr klassiki, eynən Nəsimi taleyi yaşayan Babarəhim Məşrəbin keşməkeşli həyat və yaradıcılığına nəzər salınır, türk aləminin iki dühasının oxşar və fərqli cəhətləri təhlil olunur.
Jurnalın elmi mələhətçisi, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva həm Nəsiminin indiyədək geniş yayılmayan nəsri-mənsur şeirləri barədə geniş məqalə ilə çıxış edir, həm də müsahibəsində o dövrün ictimai-siyasi mənzərəsini aydın boyalarla cızır.
Filologiya üzrə elmlər doktorları Yaşar Qasımbəyli XX əsr şeirimizin zirvələri Əli Kərim, Tofiq Bayram və Xəlil Rzanın poeziyasında Nəsimi mövzusuna toxunursa, Firudin Qurbansoy tədqiqi qeydlərində İmadəddin Nəsiminin həqiqətən Şamaxıda dünyaya gəlməsini elmi-ədəbi faktlarla sübuta yetirir.
Bütün bunlardan başqa dünya şöhrətli müğənni Sami Yusufun “Nəsimi”si, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri, korifey sənətkarımız Tofiq Quliyevin “Nəsimi” filminə yazdığı musiqi barədə fikirlər, əbədiyaşar şairimizin rəngkarlıqda, heykəltəraşlıqda, kitab qrafikasında, xalçalarda yaradılmış obrazları barədə məqalələr təqdim olunur.
Yekunda onu deyə bilərik ki, “Mədəniyyət.AZ” dərgisinin bu sayı da əvvəlkilər kimi, oxucuların stolüstü məlumat mənbəyi olacaq.
Dövlət Komitəsində Nəsimiyə həsr olunmuş kitabın təqdimatı olub
Dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Mərhaba: seçilmiş əsərlər” kitabının təqdimat mərasimi keçirilib. Kitabda böyük mütəfəkkirin rus dilinə tərcümə olunmuş şeirləri yer alıb .
Ağdamda “Nəsimi ili” çərçivəsində keçirilən ədəbi-bədii tədbir maraqla qarşılanıb
AzerTAg.az
27.12.2019 [10:58]
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Ağdam rayonunda silsilə tədbirlər davam edir .
Nəsiminin 650 illiyinə həsr olunmuş “Mənəm, mən. ” adlı tamaşanın premyerası olub
AzerTAg.az
26.12.2019 [20:40]
Dekabrın 26-da Azərbaycan Dövlət “Yuğ” Teatrında “Mənəm, mən. ” adlı tamaşanın premyerası olub. AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Səhnə əsərinin nümayişindən öncə rejissor Mehriban Ələkbərzadə çıxış edərək .
“Mədəniyyət.AZ” jurnalının “Nəsimi-650” adlı xüsusi buraxılışı işıq üzü görüb
AzerTAg.az
26.12.2019 [17:47]
“Mədəniyyət.AZ” jurnalı bu dəfə oxucularla görüşə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş xüsusi buraxılışla gəlib. AZƏRTAC xəbər verir ki, növbəti nömrənin özəlliyi isə böyük ustadın .
Tələbələr “Nəsimi” filmindən iki epizodu ingilis dilində təqdim ediblər
AzerTAg.az
26.12.2019 [16:11]
Azərbaycan Universitetində görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş növbəti tədbir keçirilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dili və ədəbiyyat və xarici dillər kafedraları tərəfindən .
Peşə Təhsil Mərkəzi “Günəşə doğru” ədəbi-bədii kompozisiyası təqdim edib
AzerTAg.az
26.12.2019 [11:10]
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” ədəbi-bədii kompozisiyası təqdim edilib .
İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans
AzerTAg.az
25.12.2019 [18:19]
Dekabrın 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransın açılışını BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli edib .
Türkiyənin Qars şəhərində Nəsiminin 650 illiyi qeyd olunub
AzerTAg.az
25.12.2019 [15:37]
Türkiyənin Qars şəhərindəki Baş konsulluğumuz buradakı Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə birgə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Məndə sığar iki cahan” mövzulu tədbir .
Əbədiyyət üfüqündə doğan günəş
AzerTAg.az
25.12.2019 [15:14]
Dekabrın 25-də Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi .
“Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” kitabı nəşr olunub
AzerTAg.az
25.12.2019 [13:24]
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Nəsimi irsinin nəşrləri: problemlər və perspektivlər” kitabı çapdan çıxıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru .
“Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklоpedik lüğəti”nin birinci cildi çapdan çıxıb
AzerTAg.az
25.12.2019 [11:56]
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklоpedik lüğəti” kitabının I cildi çap olunub. İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın redaktoru akademik .
Bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr edilmiş solo konserti olub
AzerTAg.az
21.12.2019 [20:09]
Dekabrın 21-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində bəstəkar-müğənni Sevinc Ağasıyevanın “Nəsimi ili”nə həsr edilmiş “Həqq məndədir” adlı solo konserti olub. AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası .
Gürcüstanda Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib
AzerTAg.az
21.12.2019 [19:00]
Azərbaycanın Gürcüstandakı səfirliyində dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də səfirliyin məsul əməkdaşları, paytaxt Tbilisi ilə yanaşı .
“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunub
AzerTAg.az
20.12.2019 [23:34]
“Nəsimi ili” çərçivəsində “Nizami Kino Mərkəzində tanınmış Azərbaycan rejissoru Həsən Seyidbəylinin “Nəsimi” bədii filminin yenilənmiş versiyası tamaşaçılara təqdim edilib. AZƏRTAC xəbər verir ki, ekran əsərinin yenilənmiş versiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal .
Milli Kitabxanada İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş kitabların təqdimatı keçiriləcək
AzerTAg.az
20.12.2019 [17:07]
Dekabrın 24-də Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birgə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bir sıra kitabların təqdimatını keçirəcək. AZƏRTAC xəbər verir ki, tədbirdə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun Nəsiminin 650 illik .
Musiqi məktəbində Nəsiminin sözlərinə yazılmış mahnılar səsləndirilib
AzerTAg.az
19.12.2019 [10:37]
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində dahi filosof, şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başlayıb .
Azərbaycan Dillər Universitetində ədəbi-bədii gecə: iki dünyanın şairi
AzerTAg.az
18.12.2019 [18:05]
Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrası, Bakı Amerika Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii gecə keçirilib .
Hərbi Liseydə Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib
AzerTAg.az
18.12.2019 [14:48]
Ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Ordusunda da silsilə tədbirlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir .
“Çoxmədəniyyətliliyin nəhəng körpüsü – İmadəddin Nəsimi yaradıcılığı” toplusu çapdan çıxıb
AzerTAg.az
18.12.2019 [12:43]
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, “Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyevanın tərtib .
Comments are closed, but trackbacks and pingbacks are open.