Nurəddin kazımov
1) Tərbiyə olunan şəxs onun qarşısında qoyulan ictimai əhəmiyyət kəsb edən vəzifələrlə bu vəzifələri həll etməyə göstərdiyi şəxsi marağı arasında uyğunsuzluqlar.
Nureddin Kazimov – Wikipedia
Nurəddin Kazımov ( 28 aprel 1926 , Gəncə – 6 dekabr 2018 , Bakı ) — prezident təqaüdçüsü, akademik.
Nurəddin Kazımov | |
---|---|
Nurəddin Mustafa oğlu Kazımov | |
Doğum tarixi | 28 aprel 1926 |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 6 dekabr 2018 (92 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi, Sankt-Peterburq Dövlət Universiteti |
Elmi adı | Akademik |
Mündəricat
- 1 Həyatı və təhsili
- 2 Fəaliyyəti
- 3 Yaradıcılıq fəaliyyəti
- 4 Ölümü
- 5 İstinadlar
Həyatı və təhsili
Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada “III İnternasional” adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir [1] .
Fəaliyyəti
1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır.
Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır.
Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur.
Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.
Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
1984-cü ildən etibarən, təxminən, 30 il Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının rəhbəri olmuş, onlarla gəncə elmi rəhbərlik etmişdir.
Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən həmişə layiqincə qiymətləndirilib, şərəfli fəaliyyət və uğurlarına görə “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” döş nişanları, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adını almışdır.
Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2012-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. [1] .
Yaradıcılıq fəaliyyəti
- III, IV sinifləri üçün “Ana dili” (1970-2003)
- III, IV sinifləri üçün “Oxu” (1970-2005)
- “Nurlu yol” (1983)
- “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983)
- “Pedaqogika” (müştərək) (1996)
- “Ali məktəb pedaqogikası” (1999)
- “Milli pedaqogika yollarında” (2001)
- “Məktəb pedaqogikası” (2002)
- “Məktəb pedaqogikası sxemlərdə” (2003)
- “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (müştərək) (2005)
- “Müqayisənin nəzəri və əməli problemləri” (ağlın sönməz məşəli) (2005)
- “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (müştərək) (2005)
- “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007)
- “Pedaqoji ustalığın problemləri” (2009)
- “Tətbiqi pedaqogika” (2010)
- 16 cilddən ibarət “Seçilmiş əsərlər” (2011)
6 dekabr 2018-ci ildə Bakı şəhərində dünyasını dəyişib. [2]
nurəddin kazımov
-
1. pedaqoji elmlər doktotu , professor nurəddin kazımov 1926-cı ildə gəncədə anadan olub. leninqrad universitetini bitirdikdən sonra 3universitetdə müxtəlif vəzifələrdə çalışıb.o 450dən artıq əsərin müəllifidir.ənənəvi pedaqogikanın kateqoriyalarının və məfhumlarının mahiyyətinə dair anlayışlarına yenilik gətirib və milli pedaqogikanı yaradıb.hazırda universitetlərdə tədris olunan “orta məktəb pedaqogikası”, “ali məktəb pedaqogikası” vs kitabların müəllifidir.
2. hər adı çəkiləndə 80 nəfər birdən əliheydər haşımov dediyimiz adam. ayrılmaz ikiliydilər rəsmən. pedaqogika müəllimi mühazirəyə başlarkən istifadə edəcəyimiz ədəbiyyatları və mülliflərini sadalayardı. bu ikisi də kişinin olmazsa olmazlarından idi. burda da qarşıma çıxması ən qəribə sürprizlərdən biri oldu.
3. (bax: boşboğaz)
yazdığı cümlələrin harda başlayıb harda bitdiyi bilinmir, taftalogiyadan ibarətdi hamısı. 200 səhifəlik kitabını maksimum 20 səhifəyə cəmləmək olar.
Nurddin kazımov mktb pedaqogikası
Pedaqoji fikir tariximizi zənginləşdirən örnəklərdən biri
Professor Nurəddin Kazımovun 14 cildlik “Seçilmiş əsərləri” haqqında qeydlər
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun 14 cildlik əsərlər toplusu çap olunmuşdur.
“Milli pedaqogika məktəbi” idarə heyətinin qərarı ilə çap olunan seçilmiş əsərlərin tərtibçisi pedaqoji elmlər namizədi, dosent Ayaz Kazımov, elmi redaktoru professor Fərahim Sadıqov, rəyçisi professor Fikrət Seyidovdur.
Toplunun I cildinə “Müqayisə nəzəriyyəsinin formalaşması” istiqamətində çap olunmuş ilk tədqiqat əsərləri daxildir. 4 fəsildən ibarət bu cildin ilkin fəslinə N.Kazımovun ötən əsrin 50-60-cı illərində çap olunmuş 6 məqaləsi daxildir. Birinci cildin birinci fəslini tərtibçi ilkin araşdırmalar adlandırmışdır. Burada öz əksini tapan altı məqalənin üçü rus dilində, üçü isə Azərbaycan dilindədir. Məqalələrin hamısı müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi probleminə həsr olunmuşdur. “Müqayisə fikri fəaliyyətin əsasıdır” adlı ilk monoqrafiya II, “Müqayisənin psixoloji əsasları” III, “Müqayisə üsulu haqqında K.D.Uşinskinin fikirləri və bunun məktəb təcrübəsi üçün əhəmiyyəti” IV fəslə daxil edilmişdir.
II cildə iki kitab daxil edilmişdir. Birinci kitab “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi”, ikinci kitab isə “Müqayisənin nəzəri və əməli problemləri” (ağılın sönməz məşəli) adlanır. Bu kitablar haqqında məlumat verməmişdən öncə deməliyik ki, müqayisə üsulunu istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda fundamental şəkildə tədqiq edən alim məhz professor Nurəddin Kazımov olmuşdur.
N.M.Kazımov müqayisənin tarixi, məntiqi, obyektiv, fizioloji, psixoloji və pedaqoji əsaslarını ilk dəfə olaraq üzə çıxararaq elmi şəkildə sistemə salmışdır. Professor Kazımov müqayisəni ağılın sönməz məşəli hesab edir. N.Kazımova görə, müqayisə etməklə fikri daha müfəssəl, daha konkret, daha obyektiv və məntiqi şəkildə söyləməklə başqalarından fərqlənmək olar.
Professor Nurəddin Kazımov müqayisə aparmağın qaydalarını müəyyənləşdirərkən oraya aşağıdakıları daxil etmişdir:
– müqayisə üçün müqayisəyə gələn obyektlər seçilir;
– müqayisə obyektlərinin qoşalığı təmin olunur;
– müqayisə zamanı qoşa obyektlərdən biri istinad obyekti kimi götürülür;
– müqayisədə obyektlərin oxşarlığı və ya fərqi eyni əsaslar üzrə müəyyənləşdirilir;
– müqayisə qarşısında qoyulacaq vəzifə qabaqcadan dəqiqləşdirilir;
– müqayisə zamanı əlamətlərin üzə çıxarılmasında müəyyən ardıcıllıq gözlənilir;
– müqayisənin hər növünün tətbiqindən müvafiq nəticə çıxarılır;
– müqayisədən çıxarılan nəticə izah olunur.
Orta ümumtəhsil məktəblərinin ibtidai siniflərindən başlayaraq şagirdlərə müqayisə aparmağın qaydalarını öyrətmək vacibdir. Müqayisə aparmaqdan öyrənilən fikir göydəndüşmə fikir hesab olunur.
III, IV cildlərdə professor N.Kazımovun üçüncü siniflər üçün “Ana dili” və dördüncü siniflər üçün “Oxu” dərslikləri öz əksini tapmışdır. Qeyd etmək vacibdir ki, Nurəddin Kazımov üçüncü siniflər üçün “Ana dili” dərsliyini 50-ci illərin axırlarında Yusif Şirvanla birlikdə hazırlamışdır. Bu dərslik eksperimental tədris vəsaiti kimi Qiyabi Pedaqoji İnistitut tərəfindən 1959-cu ildə çap olunmuşdur. Təəssüf ki, həmin əsər yox, 1973-cü ildə çap olunan “Ana dili” dərsliyi seçilmiş əsərlərin üçüncü cildində özünə yer almışdır. Ədalət naminə qeyd edərdik ki, 50 il müddətində istər “Ana dili”, istər “Oxu” adı altında orta ümumtəhsil məktəblərimizin ibtidai siniflərində istifadə olunan bu dərsliklərin üzərində ciddi elmi-pedaqoji-metodik iş aparan, daim onları yeniləşdirən, günün tələblərin uyğun aktuallaşdıran Nurəddin Kazımov bu gün də “Oxu” dərsliyinin üzərində böyük məsuliyyətlə işləyir.
50 il müddətində çap olunan bu dərsliklərin bütün variantlarının gələcəkdə seçilmiş əsərlərə daxil edilməsi yaxşı olardı.
“Seçilmiş əsərlərin” V cildi tərtibçi, dosent Ayaz Kazımovun sözlərilə desək, “Milli pedaqogikanın həyatdan şüurlara, oradan auditoriyalara və məktəblərə süzülməsi” istiqamətində çap olunmuş əsərlərdən ibarətdir.
Birinci bölmə “Ənənəvi pedaqogikanın mövcud durumlarına dair”, ikinci bölmə “Bəzi pedaqoji məfhumlar milli pedaqogika işığında”, üçüncü bölmə isə “Milli pedaqogikaya ağız büzənlərə tutarlı cavab” adlandırılmışdır.
Seçilmiş əsərlərin VI cildində tərtibatçı beş əsas bölmə müəyyənləşdirmişdir. Birinci, ikinci bölmədə təhsilin ümumi əsasları, təhsilin dövlət direktivləri, habelə təhsil qanunu ilə bağlı məqalələr silsiləsi öz əksini tapmışdır.
VI cildin üçüncü, dördüncü bölmələrində Nurəddin Kazımovun siyasi və ictimai məsələlərə münasibətindən doğan yazıları öz əksini tapmışdır.
“Seçilmiş əsərlərin” VII cildi bütövlükdə tərbiyə məsələlərinə həsr edilmişdir. Tərtibçi A.Kazımov birinci hissəyə “Tərbiyənin elmi – pedaqoji əsasları” adlı monoqrafiyanı, ikinci hissəyə milli pedaqogikada tərbiyə probleminin qoyuluşu ilə bağlı məsələləri özündə əks etdirən məqalələr silsiləsini, üçüncü hissəyə isə “Mərhələli tərbiyə nəzəriyyəsini” daxil etmişdir. Hər üç hissədə milli pedaqogikanın spesifik cəhətlərini səciyyələndirən yeniliklər özünü göstərir. Nurəddin Kazımov bu sahədə tədqiqat aparan, fikir söyləyən alimlərdən irəli gedərək şəxsiyyətin formalaşmasına təsir edən amilləri aşağıdakı şəkildə təsnif etmişdir:
1. İrsiyyət amillərinə üstünlüyün verilməsi.
2. Mühit amillərinə üstünlüyün verilməsi.
3. Tərbiyəyə (pedaqoji prosesə) üstünlüyün verilməsi.
4. İrsiyyət və mühit amillərinin yanaşı təsirinə üstünlüyün verilməsi.
5. Mühit və tərbiyəvi təsirin qəbul edilməsi.
6. İrsiyyət, mühit, tərbiyə və şəxsi əmək amillərinin qarşılıqlı təsirinin qəbul edilməsi.
Yaxud tərbiyə prosesinin ziddiyyətlərindən söhbət açarkən daxili ziddiyyətləri psixoloji ziddiyyətlər adlandırır və həmin ziddiyyətləri aşağıdakı kimi təsnif edir:
1) Tərbiyə olunan şəxs onun qarşısında qoyulan ictimai əhəmiyyət kəsb edən vəzifələrlə bu vəzifələri həll etməyə göstərdiyi şəxsi marağı arasında uyğunsuzluqlar.
2) Xarici mühitə şüurlu münasibət göstərməyin getdikcə artması ilə belə bir münasibətin reallaşması üçün zəruri sayılan biliklərin, bacarıqların şəxsdə çatışmaması arasında uyğunsuzluqlar.
3) Doğulub-böyüdüyü, sevib yaşadığı yurdun əsl vətəndaşı olmaq arzusu ilə həyat təcrübəsinin uşaqda az olması arasında uyğunsuzluq.
4) Şagirdin qarşısına qoyduğu məqsədlə öz imkanları arasındakı uyğunsuzluqlar.
5) Şagirdin mövcud inkişaf səviyyəsilə həyat tərzi arasındakı uyğunsuzluqlar.
6) Şəxsin hissləri arasında uyğunsuzluq.
7) Şagirddə sərbəstliyə meyilin güclənməsilə ona himayədarlıq göstərilməsi arasında uyğunsuzluqlar.
8) Şagirdlərin fəaliyyət motivləri arasında özünü büruzə verən uyğunsuzluqlar.
9) Uşağın azadlığa meyili ilə şərait arasındakı uyğunsuzluqlar.
N.Kazımov ilk dəfə olaraq ölkəmzidə “Mərhələli tərbiyə nəzəriyyəsi”ni müəyyənləşdirmişdir. Kazımova görə tərbiyə işi aşağıdakı mərhələlərdən keçməsə, tərbiyəçinin müvəffəqiyyət qazanması şübhə altında qalar. Adıçəkilən cildə daxil edilən bu nəzəriyyədə Kazımov həmin mərhələləri belə təqdim edir.
Birinci mərhələdə tərbiyə olunanlarda milli mənəvi dəyərlərlə bağlı münasibətin səviyyəsi müəyyənləşir.
İkinci mərhələdə milli və ümumbəşəri dəyərlərlə bağlı uşaqlarda təəssürat yaradırlar.
Ü çüncü mərhələdə milli və ümumbəşəri dəyərlərlə bağlı uşaqlarda anlayışlar sistemi formalaşdırılır.
Dördüncü mərhələdə formalaşdırılan anlayışa, şüura uyğun əməli fəaliyyətin təşkilinə rəvac verilir.
Beşinci mərhələdə bütün mərhələlər üzrə fəaliyyətə münasibət bildirilir. Sözlə də olsa, bu fəaliyyət qiymətləndirilir.
VIII cildi tərtibçi Ayaz Kazımov “Psixoloji inkişaf pedaqoji prosesin tərkib hissəsi” kimi adlandırmışdır. O, Nurəddin Kazımovun ayrı-ayrı illərdə çap etdirdiyi aşağıdakı məsələləri buraya daxil etmişdir.
1. Təlimdə səmərəliliyin bəzi psixoloji məsələləri.
2. Təlimdə mənimsəmənin psixoloji amillərdən asılılığı.
3. Yeni təlim nəzəriyyəsinin formalaşmasında psixoloji amillərin rolu.
4. Pedaqoji prosesin psixoloji imkanlarından istifadənin zəruriliyi.
5. Uşağın məktəbə psixoloji hazırlığı zəruridir.
6. Müəllimin pedaqoji-psixoloji səviyyəsinin yüksəldilməsi zərurətdir.
IX cildə daxil olan məqalələr toplusu əsasən Azərbaycanda pedaqoji fikrin yaranması, təşəkkülü və inkişafı ilə bağlı olan məsələləri özündə ehtiva edir. Burada birinci hissədə məktəb və pedaqoji fikir tarixinə dair ümumi məsələlər öz əksini tapdığı halda, ikinci hissədə isə Azərbaycanın bir sıra görkəmli pedaqoqları haqqında 14 oçerk toplanmışdır.
Bu oçerklərdən ikisi bənzərsiz pedaqogika tarixçisi, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru olmuş, N.Kazımovun elmi rəhbəri, professor Əhməd Seyidova həsr edilmişdir. Bu kiçikhəcmli materiallarda N.Kazımov öz müəllimlərinin sanki böyük bir mənəvi portretini yaratmışdır.
X-XI cildlərdə müvafiq olaraq elmi pedaqoji məsələlərə, milli pedaqogikaya dair problemlərə və pedaqoji prosesin bəzi ümumi məsələlərinə həsr olunmuş əsərlər toplanmışdır. Onuncu cildə “Pedaqoji elmin bəzi metodoloji məsələləri” başlığı altında doqquz məqalə verilmişdir.
XII, XIII cildlərə Nurəddin Kazımovun müstəqillik illərində təhsil islahatının tələblərinə müvafiq olaraq hazırladığı dərsliklər daxil edilmişdir. Milli pedaqogikanın ideyaları əsasında yazılmış “Məktəb pedaqogikası”nın Azərbaycan Respublikası təhsil nazirinin 16 may 2005-ci il tarixli, 362 saylı əmri ilə Bakı şəhərinin Nəsimi rayonundakı 9 nömrəli məktəbdə eksperimentdən keçirilməsi tövsiyə olunmuşdur. Nazirin 995 saylı əmri ilə isə həmin dərsliyin Bakıda, Sumqayıtda və eləcə də Naxçıvan MR-in məktəblərində məktəb pedaqogikasındakı ideyalardan, müddəalardan istifadə olunması məsləhət bilinmişdir. İstər “Məktəb pedaqogikası”nda, istərsə də “Ali məktəb pedaqogikası”nda ənənəvi pedaqogika dərsliklərindən fərqli olaraq bir sıra yeniliklər mövcuddur. Onlardan birincisi və ən ümdəsi pedaqoji elmin kateqoriyalarının sistemə salınmasıdırsa, ikincisi pedaqoji qanunauyğunluqların, ümumpedaqoji prinsiplərin, üsulların həm milli, həm də ümumbəşəri dəyərlərə uyğun olaraq müəyyənləşdirilməsidir.
Sonuncu XIV cild müvafiq olaraq əsərləri, fəaliyyəti, “dəyirmi masa” arxasındakı söhbətləri, şəxsiyyəti haqqında rəylərdən və milli pedaqogikaya dövlət münasibətlərindən bəhs edir. Bu rəylərdən hər birinə diqqət etsək orada Nurəddin müəllimin bənzərsiz alim, əvəzsiz tədqiqatçı, görkəmli pedaqoq, qüdrətli ziyalı, nümunəvi ailə başçısı, iki əsrin sönməz məşəli kimi səciyyələndirilməsini görərik. Hətta başlıqların bir neçəsinə diqqət etməklə fikrimizi sübut etməkdə çətinlik çəkmərik. “Həmişə elmi axtarışda, həmişə vətənin keşiyində”, “Nurəddin Kazımovun pedaqoji elmə gətirdiyi yeniliklər”, “Görkəmli alim-pedaqoq”, “Pedaqoji elmin ağsaqqalı”, “Ədalət, ağıl, güc, bilik, fəzilət və məntiq sahibi”, “Milli pedaqogikanın yaradıcısı”.
Təqdim olunan ondörd cildlik toplu təsadüfən seçilmiş əsərlər adlandırılmamışdır. Buraya üçüncü siniflər üçün eksperimental “Ana dili” dərsliyi, onların təkmilləşdirilmiş variantları, “Oxu” dərsliklərinin bir sıra təkmilləşdirilmiş variantları, Ulyanovlar ailəsində tərbiyə məsələləri, 1996-cı ildə nəşr edilmiş “Pedaqogika” dərsliyi, “Milli pedaqogika yollarında” adlı monoqrafiya, “Tətbiqi pedaqogika” adlı dərs vəsaiti, çox saylı qəzet məqalələri, məktubları, 500 çap vərəqi həcmində tərcümə əsərləri daxil edilməmişdir.
Azərbaycan müəllimi.-2009.-24 iyul.-S.4.
Comments are closed, but trackbacks and pingbacks are open.