Press "Enter" to skip to content

Onurğalılar zoologiya

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

Azərbaycanda nəsli tükənməkdə olan nadir heyvanlar – ADLAR – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

20 Mart, Bazar ertəsi
Günün xəbərləri

Xəbər xətti

20.03.2023

19.03.2023

Ən çox oxunan xəbərlər

Azərbaycanda nəsli tükənməkdə olan nadir heyvanlar – ADLAR

19.09.2019 22:01 Фото: 9 Канал–> Maraqlı A- A A+

Təbiəti heyvanlarsız və bitkilərsiz təsəvvür etmək olmaz. Onlar təbiətin bilavasitə bəzəyi hesab olunur. Ancaq elə heyvanlar var ki, onlar vaxtilə çoxluq təşkil etsələr də, hazırda nəsli tükənir. Hətta elələri də olur ki, nadir hesab edildiyindən adları “Qırmızı kitab”a düşəcək dərəcədə azlıq təşkil edir. Eurasia Diary -nin mlumatına görə, “modern.az” bu heyvanların bəzi növlərinin adlarını AMEA-nın Zoologiya İnstitutunun mütəxəssislərindən soruşub. Zoologiya İnstitutunda quşları tədqiq edən qrupun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib ki, məməlilər sinfindən nəsli azalanlar yarasalardır ki, onlardan xeyli növü hazırda “Qırmızı kitab”a düşüb: “Quşlardan 72 növü bu kitaba daxil olub. Sayları isə cürbəcürdür .Eləsi var ki, çoxsaylıdır. Bizim ölkədə hardasa 200 mini qışlayır. Bu quşlar dünyada “Qırmızı kitab”ın siyahısındadır və çoxalma yerlərinə görə çox azlıq təşkil edir. Sadəcə, böyük bir ərazidən uçaraq bizim ölkəyə gəlirlər, kiçik bir ərazidə qışladıqlarına görə, bizə elə gəlir ki, çoxdurlar. Məsələn, bizim ölkədə 10-50 min dəstə quşa rast gəlinirsə, Ukraynada 3-5 dəstə olar, ya olmaz. Bu quşlardan yəni 72 növdən 35 növü həm dünya “Qırmızı kitab”ına, həm də Azərbaycanın “Qırmızı kitab”na düşüb. Yerdə qalan 37 növ isə yalnız Azərbaycanın ‘Qırmızı kitab”na daxil olan nadir quşlardır. Onlardan qırmızılələk qutan, qırmızıdöş qaz, ağqaş qaz, mərmər cürə, ağgöz dalğıc və s-dir ki, bunlar nadir tapılan quşlara aiddir ”. Zoologiya İnstitutunun quru onurğalılar labarotoriyasının müdiri , biologiya üzrə elmlər doktoru Qiyas Quliyev deyir ki, ayılar igər heyvanlarla nisbətdə çoxluq təşkil edir: “Suda və quruda yaşayan heyvanlardan 6 növü “Qırmızı kitab”a düşüb. Sürünənlərdən 14 növ, məməlilərdən isə 42 növü nadir incilərdən hesab olunur. Onurğalı növlərdən isə ən prestijlilərdən 4 növü qeyd olunur. Onlardan bəbir, ceyran, vaşaq, flaminqonun adını çəkə bilərəm. Onu da bildirim ki, bu heyvanların nəsli demək olar ki, tükənir. Ən az növlər hesab olunur. Sayları olduqca azlıq təşkil edir”. Zologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov qeyd edib ki, sürünən heyvanlardan 14 növü, amfibilərdən isə 6 növü suda -quruda yaşayanlar qrupunda nadir hesab edilir və nəsli tükənməkdədir deyə adları “Qırmızı kitab”a düşüb. Amfibilər: Adi kiçik triton, korelin tritonu, Qafqaz qurbağası, Qafqaz quru qurbağası,Talış quru qurbağası, Şərqi ağac qurbağası. Sürünənlər: Aralıq dəniz tısbağası, xarabalıq kələzi, yovşanlıq girdəbaşı (əsasən “Qırmızı kitab”da adı bu cür qeyd olunur), qızılı parlaq kərtənkələ, zolaqlı çılpaqgözü, Asya çılpaqgözü, ilan təlxəsi, Cənubi Qafqaz təlxəsi, adi qonur ilan, oxvari qumluq ilan, Urartu təlxəsi, dağ gürzəsi, Şamaxı gürzəsi.
Bu suda-quruda yaşayan sürünənlərin hamısı hazırda “Qırmızı kitab”da təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

Onurğalılar zoologiya

Bakı Dövlət Univetsitetinin Zoologiya və Fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov və həmin kafedranın dosenti Əbülfəz Tağıyevin müəllifi olduqları “Zoologiya. II hissə– Onurğalılar (ali məktəblər üçün dərslik)” kitabı nəşr olunmuşdur. Müəlliflər bu dərsliyi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə ithaf etmişlər.

Dərslik BDU-nun biologiya fakültəsinin yeni tədris planına uyğun yazılmış və tədris islahatlarının tələblərinə cavab verir. Dərslikdə hər bir sinfin mənşəyi, təkamül yolu, təsnifatı, morfologiyası, ekologiyası, etologiyası, biosenoz və təsərüffat əhəmiyyəti və s. Barədə ətraflı məlumat verilir. Morfologiya funksional baxımdan, ekologiya və etologiya isə populyasiya səviyyəsində izah edilir. Dərslikdə onurğalı heyvanların qorunmasının və səmərəli istifadə edilməsinin elmi əsasları izah edilmişdir.

Dərslik ali məktəblərin biologiya fakültələrində təhsil alan bakalavrlar üçün nəzərdə tutulub. Dərslikdən orta məktəb müəllimləri, aqrar (fermer) təsərüffatı mütəxəssisləri, ovçular, balıqçılar və heyvanlar aləmi ilə maraqlanan oxucular da yararlana bilərlər.

Azərbaycanda 20 növ quşun adı dəyişdirilib – SİYAHI

Azərbaycanda 20 növ quşun adı dəyişdirilib – SİYAHI AMEA-nın Zoologiya İnstitutu bəzi quş növlərinin adlarının dəyişdirilməsi məsələsinə aydınlıq gətirib.

4 Aprel , 2019 14:32

https://static.report.az/photo/74ff1466-abdd-4582-9d0a-fdcddd7a54d7.jpg

Maygülü – batağan

AMEA-nın Zoologiya İnstitutu bəzi quş növlərinin adlarının dəyişdirilməsi məsələsinə aydınlıq gətirib. İnstitutun direktoru Elman Yusifov “Report”a açıqlamasında deyib ki, son dövrlər Azərbaycan faunasında quşların sayı və adları barədə mütəxəssislərin müxtəlif fikirləri bəzi çaşqınlıq yaradırdı. O qeyd edib ki, bəzən də regionlarda quş adları fərqli formada bir neçə versiyada deyilirdi: “Bəzi mənbələrdə, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ndə yeksənəq adlar olurdu. Ona görə də institutun Elmi Şurası qərara aldı ki, Azərbaycan faunasının taksonomik spektrini tərtib olunsun və ona görə də belə zərurət yarandı. Bu məsələdə tək bizim institut yox, ETSN, Bakı Dövlət Universiteti, Naxçıvan Bioresurslar İnstitutu və Gəncədən olan mütəxəssislər cəlb edilərək yekun qərar hər kəsə deyildi. Bəzi quş adları birdəfəlik, bəziləri də müəyyən mənada dəyişdi. Yaxın vaxtlarda həmin adlar nəşr ediləcək”. E.Yusifov xatırladıb ki, Azərbaycan faunasında 405 quş növü təsdiq edilib və onun içərisində mübahisə doğuran 20 adı ortaq məxrəcə gəlinərək dəyişdirilib. Zooloji Muzeyin müdiri Səbinə Bünyatova isə qeyd edib ki, quş adlarının dəyişdirilməsi barədə Azərbaycan onurğalılar faunasının taksonomik spektrinin müzakirəsi zamanı qərar qəbul edilib. O bildirib ki, indiyə qədər ornitoloqlar tərəfindən təqdim olunan 140 növün adları arasında fərqlilik olub: “Bu müzakirə olunaraq yekun adlar qəbul edildi. Müzakirəyə çıxarılan 20 quş növünün yerli adları ornitoloqlar Elçin Sultanov, İlyas Babayev, Tahir Kərimov, Əbülfəz Tağıyev, Sevinc Rəcəbova, AMEA-nın Zoologiyaİnstitutunun direktoru Elman Yusifov, elmlər işlər üzrə direktor müavini Elşad Əhmədov və Quru onurğalıları laboratoriyasının müdiri Qiyas Quliyev arasında müzakirə olundu və səs çoxluğu ilə yekun adlar qəbul olundu”. S.Bünyatova qəbul olunan yeni adların izahını da verib: “Belə ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olundu. Batağan adı quşun suyun dərinliklərinə baş vurmaq xüsusiyyəti əsas götürülərək seçildi. Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünün yeni adı böyük xallı qartal qəbul edildi. Həmçinin, ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının, bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğu əsas götürülərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızılquş növünün adı sərçəçalan kimi dəyişdirildi. Qəşəng durna növünün adı isə telli durna qəbul edildi. Bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur. Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq təklif olundu. Həmçinin alman və rus dili mənşəli bir sıra adlar milli adlarla dəyişdirildi: trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s. Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edildi, çünki növ bu cür səs çıxarır, lakin ədəbiyyatlarda səhvən “теньковка” adı “kölgə” kimi tərcümə edilib”. Tam siyahını təqdim edirik:

Köhnə adlar Yeni adlar
Maygülü batağan
Böyük qartalca, çığırğan qartalca Böyük xallı qartal
Ördəktutan qızılquş, ördəktutan sərçəçalan
Qəşəng durna Telli durna
Cek, gözəl cek gözəl dovdaq
Trinqa otluq cüllütü
Bekas meşə cüllütü
Sterna Sümrü
Adi sitta adi fitçi
Qırmızıqanad tixodrom qırmızqanad qaya quşu
Kölgəlik yarpaqgüdəni Sin-sin yarpaqgüdəni
İlanboyun adi buruqboyun
Alacəhrə alaçöhrə
Toğlugötürən saqqallı kərkəs
Leşyeyən qartal leşyeyən ağkərkəs
Sultan toyuğu Sultan quşu
Torağay turağay
Sarıdimdik qarğa Sarıdimdik dolaşa
Tuvik Tüviy
Anqut qırmızı ördək

Comments are closed, but trackbacks and pingbacks are open.