Press "Enter" to skip to content

Orta məktəb dərslikləri pdf kimi

“Bu tərcümələr də illər əvvəl edilib. Hesab edirəm ki, bu sahədə işlər görülməlidir. Magistratura üçün dərsliklərin yaradılması işləri də çox ləng gedir”.

Orta məktəb dərslikləri

“Ali təhsil müəssisələrinin dərsliklərində problemlər var. Bu sahədə də işlər aparılmalıdır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib. Komitə sədrinin sözlərinə görə, tətbiqi, dəqiq, təbiət elmləri sahəsində dərsliklər tərcümələrə əsaslanır:

“Bu tərcümələr də illər əvvəl edilib. Hesab edirəm ki, bu sahədə işlər görülməlidir. Magistratura üçün dərsliklərin yaradılması işləri də çox ləng gedir”.

Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı isə bildirib ki, ailəli gənc müəllimlər ucqar məktəblərdə dərs deyir:

“Ancaq ailələri onlardan uzaqda şəhərdə yaşayır. Bu da müəyyən problemlər yaradır. Düzdür, bu istiqamətdə çox böyük işlər görülür, ancaq bu məsələ gələcəkdə müəyyən problemlər yaratmasın deyə, həll yolu tapılmalıdır”.

Deputat həmçinin ali təhsil müəssisələrində qiymətləndirmə probleminə toxunaraq deyib ki, rektorlar biliyin qiymətləndirilməsində ədalətli və obyektiv olmalıdır:

“Əgər biliyin qiymətləndirilməsində ədalətlilik və obyektivlik pozularsa, nizam pozulacaq. Bu vacibdir və rektorlar bunu bilməlidir”.

Orta məktəb dərslikləri pdf kimi

Salam. Mən bilmək istəyirdim ki, orta məktəb dərslikləri pdf və ya doc formatında hansısa saytda var?

Sualı verdi: kamaleddin ( 26/01/2014 )
Kateqoriya: Sual . doc, pdf. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Rusca çoxdur amma azərbaycanca səhv etmirəmsə olmamalıdı

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Kitabları oxumaq istəyirsən yoxsa köçürmək? Əgər oxumaq istəsən “E-Derslik” elektron dərslik portalı var ordan oflayn oxuya bilərsən.Amma qeydiyyatdan keçməlisən. Yox əgər köçürürsənsə kitabin adını yazıb axrında “pdf” yazsan elə ilk saytdan yəni “TƏDRİS RESURSLARININ İDARƏ OLUNMASININ MƏLUMAT SİSTEMİ” dən yükləyə bilərsən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Comments are closed, but trackbacks and pingbacks are open.