Press "Enter" to skip to content

Elektron siqareti necə çəkmək olar

2.7.PashaPay öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının yaradılması və/və ya sonrakı mərhələdə ödəniş hesabına məsafədən daxil olduqda autentifikasiya və ya gücləndirilmiş müştəri autenfitikasiyası tətbiq edə bilər.

Özümdən sonra ödənişləri elektron şəkildə necə ödəyə bilərəm?

ÖDƏNİŞ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR MÜQAVİLƏ

Bu Müqavilə PashaPay və Müştəri arasında bağlanılır.

Bundan sonra PashaPay və Müştəri ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırıla bilərlər.

Müştəri bu Müqaviləni təsdiqləmək üçün “Razıyam” düyməsini sıxdıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Müqavilənin bağlanılması üçün öz iradə ifadəsini bəyan etmiş olur.

Əsas anlayışlar

PashaPay – ödəniş xidmətləri təchizatçısı olan “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Müştəri – M10 platforması vasitəsilə göstərilən ödəniş xidmətlərindən istifadə edən fiziki şəxs. Siz bu Müqaviləni təsdiq etmək üçün “Razıyam” düyməsini sıxdığınız andan etibarən Müştəri hesab edilirsiniz.

Müqavilə – PashaPay və Müştəri arasında ödəniş xidmətlərinin göstərilməsinə dair bağlanılan bu Müqavilə.

M10 platforması – bütün mülkiyyət və əqli-mülkiyyət hüquqları PashaPay-ə məxsus olan, Müştərinin cihaz vasitəsilə qoşularaq ödəniş xidmətlərindən yararlandığı proqram təminatı və ya internet saytı.

Cihaz – Müştəriyə M10 platformasından istifadə imkanı yaradan hər hansı mobil telefon, planşet və ya digər hesablayıcı maşınlar.

Ödəniş hesabı – M10 platforması vasitəsilə ödəniş xidmətlərinin göstərilməsi üçün PashaPay-in Müştəriyə açdığı hesab.

Elektron pul kisəsi – Elektron pulun emissiyası, saxlanılması və köçürülməsi məqsədilə Müştərinin adına açılmış, ödəniş hesabına əsaslanan elektron pul kisəsi.

Elektron pul – PashaPay-in Müştəridən qəbul etdiyi pul vəsaiti məbləğində onun üçün emissiya etdiyi və Partnyorların biri və ya bir neçəsi tərəfindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilən ödəniş aləti.

Ödəniş əməliyyatı – ödəyici və vəsait alan arasında öhdəliyin mövcud olub-olmamasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi.

Avtorizə etmə – ödəniş əməliyyatının icra edilməsi üçün Müştərinin PashaPay-ə verdiyi razılıq.

Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – autentifikasiya məqsədilə PashaPay tərəfindən Müştəriyə təqdim edilən fərdiləşdirilmiş məlumatlar.

Autentifikasiya – PashaPay-ə Müştərinin kimliyini və ya ödəniş alətinin, o cümlədən Müştərinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedur.

Gücləndirilmiş müştəri autentifikasiyası – autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız Müştərinin bildiyi (şifrə, pin, suallar toplusu və s.), Müştəriyə məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) və Müştərinin sahib olduğu elementlərdən (telefon, OTP, TOTP, elektron imza və s.) iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya.

Partnyor – M10 platforması vasitəsilə həyata keçirilən ödəniş əməliyyatları üzrə ödənişləri qəbul edən və bu Məqsədlə PashaPay ilə müqavilə bağlayan mal satan, xidmət göstərən, iş görən fərdi sahibkar, hüquqi şəxs və ya dövlət qurumları.

Məxfilik siyasəti – m10.az/en/privacy-policy internet ünvanında PashaPay tərəfindən dərc edilən, PashaPay-in Müştərinin məlumatlarını necə işlədiyini göstərən məxfilik bildirişi.

PashaPay barədə məlumatlar

Adı: “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti

Ünvanı: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153

Qeydiyyata alındığı ölkə: Azərbaycan Respublikası

Qeydiyyat nömrəsi: 1300615891

Dövlət qeydiyyatına alındığı tarix: 05.04.2005

Elektron poçt ünvanı: [email protected]

Telefon nömrəsi: +994124044110

1. Müqavilənin predmeti

1.1.Bu Müqavilə M10 platformasından istifadəni, ödəniş hesabının açılması, aparılması və bağlanılması qaydalarını, elektron pulun emissiyası, istifadəsini və qalıq pulun geri qaytarılmasını, habelə M10 platforması vasitəsilə təqdim edilən digər ödəniş xidmətləri və funksionallıqlardan istifadəni tənzimləyir.

1.2.PashaPay konkret xidmətin növündən asılı olaraq Müştəriyə ödəniş hesabı (elektron pul kisəsi) yaradaraq və ya ödəniş hesabı yaratmadan ödəniş xidmətləri göstərə bilər. Elektron pul kisəsi yaratmaq üçün PashaPay Müştəriyə ödəniş hesabı açır.

2. Ödəniş hesabı

2.1.Göstərilən xidmətin növündən və həyata keçirilən ödəniş əməliyyatının xarakteristikasından asılı olaraq, PashaPay Müştəriyə ödəniş hesabı (elektron pul kisəsi) yarada bilər. Bu Müqavilə ilə Müştəri PashaPay-ə onun üçün ödəniş hesabı (elektron pul kisəsi) yaratmağa icazə verir.

2.2.PashaPay öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının yaradılması üçün əvvəlcədən və ya ödəniş hesabı yaradıldıqdan sonra Müştərinin eyniləşdirilməsini və verifikasiyasını tələb edə bilər. Eyniləşdirmə və verifikasiya tələblərinin, hərəkətlərinin və metodologiyasının seçilməsi müstəsna olaraq PashaPay-in səlahiyyətindədir.

2.3.Eyniləşdirmə və verifikasiya tədbirləri ödəniş hesabında saxlanılan pulların məbləği və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləğ və sayı nəzərə alınmaqla da həyata keçirilə bilər. Bu bəndin birinci cümləsi PashaPay-in istənilən vaxt və istənilən səbəbdən eyniləşdirmə və verifikasiya tədbirləri tətbiq etməsi hüququnu məhdudlaşdırmır.

2.4.Ödəniş hesabında saxlanılan pul vəsaitlərinin məbləği və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləğ və sayı nəzərə alınmaqla eyniləşdirmə və verifikasiya tədbirləri tətbiq edildikdə, PashaPay müvafiq məbləğ və say hədlərini M10 platforması vasitəsilə (Platforma üzərindən tətbiqdaxili mesaj, e-poçt, SMS və ya M10 platformasında məlumat dərc etməklə) Müştəriyə bildirir.

2.5.Müştəri PashaPay-in tələb etdiyi eyniləşdirmə və verifikasiya tədbirlərindən keçmədikdə PashaPay ödəniş hesabını bağlaya və bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

2.6.PashaPay qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş hesabında (elektron pul kisəsində) saxlanılan pulları Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında açılmış hesabda saxlaya və ya digər üsullarla pul vəsaitlərinin təhlükəsizliyinə təminat verə bilər. Bütün hallarda pul vəsaitlərinin təhlükəsizliyinə təminat vermək PashaPay-in vəzifəsidir və bu məqsədlə o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilən istənilən təhlükəsizlik üsulunu təkbaşına seçə bilər.

2.7.PashaPay öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının yaradılması və/və ya sonrakı mərhələdə ödəniş hesabına məsafədən daxil olduqda autentifikasiya və ya gücləndirilmiş müştəri autenfitikasiyası tətbiq edə bilər.

2.8.Ödəniş hesabında (elektron pul kisəsi) kripto pulların saxlanılması qadağandır.

2.9.Ödəniş hesabı sahibkarlıq məqsədləri üçün istifadə edilə bilməz.

2.10.PashaPay Müştərinin ona olan borcunu ikincinin ödəniş hesabındakı pul vəsaitlərindən silə bilər.

2.11.Elektron pul kisəsi PashaPay-in mülahizəsinə uyğun olaraq, Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, ödəniş hesabı, ödəniş kartları və ya bank hesabına əsaslana bilər.

2.12.Müştəri ödəniş hesabına ödəniş kartları, ödəniş terminalları və ya digər üsullarla mədaxil edə bilər. Ödəniş hesabının balansının artırılması üçün ödəniş üsulları M10 platformasında yerləşdirilir.

3. Elektron pul

3.1.PashaPay Müştəridən elektron pulun emissiyası məqsədilə qəbul etdiyi pul vəsaitləri hesabına Müştəriyə elektron pul emissiya edir.

3.2.Müştəri elektron pulun emissiya edilməsi üçün pul vəsaitini ödəniş kartları, ödəniş terminalları və s. ödəniş alətləri vasitəsilə ödəyə bilər. Elektron pulun əldə edilməsi üçün ödəniş üsulları M10 platformasında göstərilir.

3.3.PashaPay Müştərinin elektron pulun emissiya edilməsi üçün ödədiyi pul vəsaitindən həmin vəsaitin Müştərinin tələbi əsasında geri qaytarılacağına təminat vermək şərtilə öz məqsədləri üçün istifadə edə bilər.

3.4.Müştəri anlayır və qəbul edir ki, elektron pulun emissiya edilməsi M10 platformasının ekvayrinqini həyata keçirən bankın pul vəsaitlərini qəbul etməsi və bu barədə PashaPay-ə məlumat verməsindən asılıdır.

3.5.Müştəri elektron pul vasitəsilə ödənişləri qəbul edən Partnyor(lar)ın satdığı malların, gördüyü işlərin və ya göstərdiyi xidmətlərin əvəzini ödəyə, həmçinin onu M10 platforması vasitəsilə PashaPay-də elektron pul kisəsi olan digər istifadəçilərə köçürə bilər. Elektron pul vasitəsilə ödənişləri qəbul edən Partnyorlarla Müştəri M10 platformasında tanış ola bilər.

3.6.Elektron pul Müştəri üçün açılmış elektron pul kisəsində saxlanılır. Elektron pul əldə etmək və elektron puldan istifadə edə bilmək üçün Müştərinin PashaPay-də yaradılmış elektron pul kisəsi olmalıdır.

3.7.PashaPay ödəniş hesabında saxlanılan elektron pulların və ya əməliyyatların məbləğinə birtərəfli olaraq limitlər tətbiq edə bilər.

3.8.PashaPay öz mülahizəsinə uyğun olaraq Müştərinin eyniləşdirilməsini və verifikasiyasını tələb edə, bunun üçün Müştəridən müəyyən hərəkətlərin yerinə yetirilməsi və ya məlumatların təqdim edilməsini tələb edə bilər.

4. Ödəniş əməliyyatları

4.1.Müştəri M10 Platforması vasitəsilə təqdim edilən funksionallıqlardan istifadə etməklə ödəniş əməliyyatları həyata keçirə bilər.

4.2.Ödəniş əməliyyatı həyata keçirildikdən sonra PashaPay Müştərini məlumatlandırır. Məlumatlandırma zamanı Müştəriyə təqdim edilən məlumatların siyahısı qanunvericiliyin tələbləri nəzərə alınmaqla PashaPay tərəfindən birtərəfli qaydada müəyyən edilir.

4.3.Ödəniş əməliyyatları M10 Platformasının funksionallıqlarından və PashaPay tərəfindən təqdim edilən xidmətlərdən asılı olaraq kredit köçürməsi və ya birbaşa debetləşmə ilə, habelə qanunvericiliklə qadağan edilməyən digər vasitələrlə həyata keçirilə bilər.

4.4.Kredit köçürməsi zamanı Müştəri vəsaiti qəbul edən şəxsin düzgün seçilməsi, əgər tələb olunursa, məlumatlarının düzgün yazılması üçün tam məsuliyyət daşıyır. Müştərinin vəsaiti qəbul edən şəxsi yanlışlıqla seçməsi və ya məlumatları yanlış daxil etməsinə görə PashaPay hər hansı məsuliyyət daşımır.

4.5.Ödəniş əməliyyatı birbaşa debetləşmə ilə həyata keçirildikdə Müştəri ödəniş tapşırığını verməyə səlahiyyətli olan şəxsin düzgün müəyyən edilməsi və razılığın düzgün verilməsi üçün məsuliyyət daşıyır. Birbaşa debetləşmə üçün PashaPay əvvəlcədən Müştərinin razılığını əldə edir.

4.6.Müştəri elektron pulları həm digər müştərilərə, həm də elektron pul vasitəsilə ödəniş əməliyyatlarını qəbul edən Partnyorlara köçürə bilər.

4.7.Müştəri ödəniş əməliyyatları zamanı ona aşkar olan şəkildə əməliyyatı tamamlamağa dair düyməni sıxdıqda (məsələn, “ödə”, “ödəniş et”, “əməliyyatı tamamla”, “təsdiq et”, “köçür” və s.) ödəniş əməliyyatını avtorizə etmiş hesab edilir.

4.8.Ödəniş əməliyyatının müxtəlif qrafik təsvirlərdən (məsələn, QR və ya bar kodlardan) istifadə edilməklə və ya digər hər hansı ənənəvi olmayan yollarla həyata keçirilməsi ödəniş əməliyyatının etibarlılığına təsir göstərmir. Həmin hallarda əgər Müştəri əvvəlcədən müəyyən hərəkətin ödəniş əməliyyatının həyata keçirilməsi üçün sərəncam olduğu barədə məlumatlandırılmışsa, tələb olunan hərəkətin yerinə yetirilməsi (məsələn, QR və ya bar kodun oxudulması) Müştərinin ödəniş əməliyyatını avtorizə etməsi hesab edilir.

4.9.Bu Müqavilədə nəzərdə tutulan ödəniş əməliyyatlarının həyata keçirilməsi M10 platformasının funksionallıqlarından və M10 platforması vasitəsilə göstərilən xidmətlərdən asılıdır. Əgər M10 platformsı müəyyən ödəniş əməliyyatını dəstəkləmirsə (məsələn, birbaşa debetləşmə), bu Müqavilədə həmin növ əməliyyat üzrə nəzərdə tutulmuş müddəalar tətbiq edilmir. Heç bir halda PashaPay müəyyən ödəniş əməliyyatını həyata keçirmək üçün funksionallıq təqdim etməyi öhdəsinə götürmür.

4.10.Xarici valyutada aparılmış ödəniş əməliyyatları üçün konvertasiya zamanı tətbiq edilən valyuta məzənnəsi M10 platformasında yerləşdirilir.

5. Digər xidmətlər

5.1.PashaPay qanunvericiliklə icazə verilən həddə banklarla və digər ödəniş xidmətləri göstərən təşkilatlarla birlikdə və ya təkbaşına Müştəriyə ödəniş kartları emissiya edə bilər. Ödəniş kartları debet kartlar, kredit kartları, əvvəlcədən ödənilmiş kartlar və qanunvericilikdə nəzərdə tutulmuş digər formalarda emissiya edilə bilər. Bu halda Müştəri həmin kartlardan M10 platforması vasitəsilə rəqəmsal formada istifadə edə bilər.

5.2.PashaPay M10 platforması vasitəsilə Müştəriyə digər ödəniş xidmətlərini də göstərə bilər. Həmin xidmətlərə dair şərtlər M10 platformasında nəzərdə tutula bilər.

5.3.Müştəri son 1 (bir) ayda həyata keçirilmiş ödəniş əməliyyatları və ödəniş hesabındakı pulun məbləği barədə məlumatı ödənişsiz əldə edə bilər. PashaPay öz mülahizəsinə uyğun olaraq, bu məlumatı kağızda, M10 platforması vasitəsilə və ya digər davamlı daşıyıcılarda təqdim edə bilər.

6. Xidmət haqqı və vergilər

6.1.PashaPay ödəniş hesabının yaradılması, elektron pulun emissiyası və ödəniş əməliyyatlarının icra edilməsi üçün Müştəridən xidmət haqqı tələb edə bilər.

6.2.PashaPay bu Müqavilədə nəzərdə tutulan qaydada xidmət haqqı tutduqda bu barədə M10 platforması vasitəsilə Müştərini məlumatlandırmalıdır.

6.3.PashaPay xidmət haqqını ödəniş hesabında (elektron pul kisəsi) olan vəsaitlərdən tuta bilər. Ödəniş əməliyyatı ödəniş hesabı açılmadan aparıldıqda, PashaPay xidmət haqqını ödənilən vəsaitin məbləğindən tuta bilər. Xidmət haqqı digər üsullarla tutulduqda, PashaPay bu barədə M10 platforması vasitəsilə Müştəriyə məlumat verir.

6.4.Müştəri qanunvericiliklə ona tətbiq edilən bütün vergi və digər ödənişlərin yerinə yetirilməsi üçün özü məsuliyyət daşıyır. PashaPay yalnız ödəniş həlləri təqdim edən ödəniş xidməti təchizatçısıdır və Müştərinin vergi və digər məcburi ödənişləri üçün hər hansı məsuliyyət daşımır.

7. Autentifikasiya

7.1.M10 platforması vasitəsilə ödəniş hesabının artırılması zamanı PashaPay, bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar qanunvericiliyə, öz daxili qaydalarına və mülahizələrinə uyğun olaraq autentifikasiya və ya gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edə bilər. Həmin tədbirlər bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar tərəfindən tətbiq edildikdə, autentifikasiya və və ya gücləndirilmiş müştəri autentifikasiyasına dair münasibətlər Müştəri və həmin təşkilat arasında həll edilir və PashaPay bunun üçün cavabdehlik daşımır.

7.2.PashaPay Müştərini məsafədən autentifikasiya etmək üçün ona fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim edir. Müştəri həmin məlumatları təhlükəsiz saxlamalıdır.

7.3.Müştəri fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının üçüncü şəxsin bildiyini aşkar etdikdə dərhal həmin məlumatları M10 Platforması vasitəsilə dəyişdirməli, bu mümkün olmadıqda isə PashaPay-ə məlumat verməlidir.

7.4.Müştəri mobil telefonunu itirdikdə və ya hər hansı digər şəkildə üçüncü şəxslərin Müştərinin M10 hesabına çıxışı olduqda 24 (iyirmi dörd) saat ərzində PashaPay-i məlumatlandırmalıdır. Müştəri SİM kartını itirdikdə və ya SİM kart oğurlandıqda, PashaPay Müştərinin ödəniş hesabına, elektron pul kisəsinə və/və ya M10 platformasına çıxışını bərpa etmək üçün öhdəlik daşımır, bir şərtlə ki, Müştəri SİM kartın dublikatını əldə etməklə və ya digər yollarla həmin telefon nömrəsinə çıxışı təmin etməsin.

7.5.Müştəri M10 Platformasına qoşularkən (ilkin qeydiyyat və hər qoşulma zamanı) və hər ödəniş əməliyyatından əvvəl PashaPay onu autentifikasiya edə bilər. PashaPay həmçinin gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edə bilər.

7.6.PashaPay ödəniş əməliyyatını autentifikasiya etmişdirsə, avtorizə edilməmiş və ya səhvən icra edilmiş əməliyyatlara görə hər hansı məsuliyyət daşımır.

8. Lisenziyalaşdırma

8.1.M10 platformasının bütün mülkiyyət və əqli-mülkiyyət hüquqları PashaPay-ə məxsusdur. Bununla məhdudlaşmamaq şərtilə, M10 platformasının bütün ilkin mətni və obyekt kodları PashaPay-in müəlliflik hüququ ilə qorunur.

8.2.Bu Müqavilə ilə PashaPay M10 platformasını Müştəriyə lisenziyalaşdırır, yəni ona platformadan istifadə hüquqları verir. PashaPay M10 platformasının bütün əmlak hüquqlarını özündə saxlayır.

8.3.Lisenziya qeyri-müstəsna xarakter daşıyır.

8.4.Müştəri M10 platformasının surətini çıxara, yaya, yenidən işləyə bilməz. Müştəri M10 platforması üzrə lisenziyanı üçüncü şəxslərə ötürə, onu sub-lisenziyalaşdıra, sata, bağışlaya və ya digər hər hansı şəkildə özgəninkiləşdirə bilməz.

8.5.Müştəri M10 platformasının ilkin mətnindən lisenziyaları çıxara bilməz.

8.6.Müştəri bu Müqaviləni pozacaq şəkildə M10 platforması üzərində tərsinə-mühəndislik apara bilməz.

9. Məlumatların işlənilməsi

9.1.PashaPay Müştərinin məlumatlarını cari Məxfilik siyasətinə uyğun olaraq işləyir, mühafizə edir və üçüncü şəxslərə açıqlayır.

9.2. Müştəri anlayır ki, Məxfilik siyasəti PashaPay tərəfindən vaxtaşırı olaraq birtərəfli qaydada dəyişdirilə bilər. Məlumatlar hər zaman mövcud tarixə cari Məxfilik siyasəti ilə işlənilir, mühafizə edilir və üçüncü şəxslərə açıqlanır.

9.3. Məlumatlar bu Müqavilənin icrası, marketinq, satışların artırılması, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və artırılması, yeni məhsulların hazırlanması və s. məqsədlər üçün işlənilir. Bütün hallarda məlumatların işlənilməsi məqsədləri Məxfilik siyasətində göstərilir.

10. PL/TMM, vergidən yayınma ilə mübarizə

10.1.Tərəflər bəyan edirlər ki, onlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya qarşı dözümsüzlük göstərirlər.

10.2.Müştərinin M10 platforması vasitəsilə həyata keçirdiyi bütün ödənişlər zamanı istifadə etdiyi vəsaitlər qanuni olmalıdır, yəni onlar cinayət yolu ilə əldə edilməməlidir. Əgər Müştərinin ödəniş hesabına cinayət yolu ilə əldə edilmiş hər hansı pul vəsaiti köçürülərsə, o, bundan xəbər tutduqdan sonra dərhal PashaPay-ə və hüquq mühafizə orqanlarına məlumat verməlidir.

10.3.Müştəri heç bir halda terrorçuluğun maliyyələşdirilməsində iştirak etməməli, belə hallardan xəbər tutarsa, dərhal PashaPay-ə və hüquq mühafizə orqanlarına məlumat verməlidir.

10.4.Müştəri bəyan edir ki, o, Azərbaycan Respublikasında və ya digər ölkələrdə vergidən yayınmayıb və bundan sonra da M10 platformasından istifadə etməklə vergidən yayınmayacaq.

10.5.PashaPay istənilən vaxt Müştərinin həyata keçirdiyi əməliyyatlarla bağlı ondan əlavə sənədlər tələb edə bilər.

11. Hesabın və əməliyyatların bloklaşdırılması

11.1. PashaPay aşağıdakı hallarda Müştərinin ödəniş hesabını və həyata keçirdiyi ödəniş əməliyyatlarını bloklaşdıra bilər:

a. Müştəri bu Müqaviləni pozduqda;

b. M10 platformasının, ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə;

c. M10 platformasının, ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərindən səlahiyyəti olmayan üçüncü şəxslərin istifadəsinin qarşısını almaq üçün;

d. Müştərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya şübhə olduqda;

e. Müştəri M10 platformasında müəyyən edilmiş limitə çatdığı halda eyniləşdirmə və verifikasiya üzrə müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə;

f. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda və məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi ilə.

11.2.Müştərinin ödəniş hesabı və ödəniş əməliyyatları dondurulduqda mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

12. Məsuliyyət

12.1.Tərəflər bu Müqavilənin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

12.2.Bir Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyır. PashaPay yalnız Müştəriyə vurduğu faktiki zərərlərə görə məsuliyyət daşıyır.

12.3.PashaPay M10 platformasının müvəqqəti dayanması və işləməməsi hallarına görə məsuliyyət daşımır.

12.4.Müştəri fərdiləşdirilmiş təhlükəsizlik məlumatları və digər həssas ödəniş məlumatlarının qorunması üçün məsuliyyət daşıyır.

13. Müqavilənin müddəti və ləğvi

13.1.Bu Müqavilə M10 platformasında Müştərinin bu Müqaviləni təsdiq etməsini təsdiq edən “Razıyam” düyməsini sıxdığı andan bağlanılmış hesab edilir. Müqavilə Tərəflər arasında ləğv edilənədək qüvvədə qalır.

13.2.Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

a. PashaPay tərəfindən birtərəfli qaydada – 1 (bir) ay əvvəlcədən məlumat verməklə;

b. Müştəri tərəfindən birtərəfli qaydada – M10 platforması vasitəsilə;

c. Müştəri PashaPay-in həyata keçirilən əməliyyatlar barədə ondan tələb etdiyi məlumat və sənədləri 3 (üç) gün ərzində təqdim etmədikdə;

d. Bu Müqavilənin 2.5-ci bəndində nəzərdə tutulan halda;

e. Bu Müqavilənin 11.1-ci bəndinə nəzərdə tutulan hallarda PashaPay-in təşəbbüsü ilə;

f. Bu Müqavilənin 15-ci maddəsində nəzərdə tutulan hallarda;

g. Müştəri 6 (altı) aydan çox müddətə ödəniş hesabından istifadə etmədikdə.

13.3.Bu Müqaviləyə 13.2 (a), 13.2 (b) və 13.2 (g) yarımbəndlərində göstərilən əsaslarla xitam verildikdə PashaPay bu Müqavilədə göstərilən qaydada elektron pulun əvəzini Müştəriyə ödəyir. Bu Müqaviləyə digər əsaslarla xitam verildikdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

14. Yazışma və danışıqlar

14.1.Tərəflər arasında yazışmalar M10 platforması, telefon zəngi və elektron poçt məktubu vasitəsilə aparıla bilər.

14.2.PashaPay-in əlaqə məlumatları yuxarıda “PashaPay barədə məlumatlar” hissəsində göstərilir. Əlaqə məlumatları dəyişdikdə, Müştəriyə bu barədə məlumat verilir.

14.3.Müştərinin əlaqə məlumatları onun M10 platforması vasitəsilə PashaPay-ə təqdim etdiyi məlumatlardır. Məlumatlar dəyişdikdə, Müştəri dərhal PashaPay-ə bu barədə məlumat verməlidir.

15. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi

15.1.PashaPay Müştəriyə 1 (bir) ay əvvəlcədən məlumat verməklə bu Müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Bu müddət ərzində Müştəri əlavə və dəyişikliklərə öz etirazını bildirmədikdə, həmin əlavə və dəyişikliklər qəbul edilmiş hesab edilir. Müştəri əlavə və dəyişiklikləri qəbul etmədikdə, Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

15.2.Müştərinin vəziyyətini ağırlaşdırmayan əlavə və dəyişikliklər bu Müqavilənin 15.1-ci bəndində nəzərdə tutulan müddət göstərilmədən qüvvəyə minir.

16. Tətbiq edilən hüquq və mübahisələrin həlli

16.1.Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunur.

16.2.Bu Müqavilə üzrə Tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir.

17. Digər müddəalar

17.1.Müştəri PashaPay-in razılığı olmadan Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilməz. PashaPay bu Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.

17.2.Bu Müqavilə ödəniş xidmətlərinin göstərilməsi üzrə çərçivə saziş xarakteri daşıyır. Belə ki, bu Müqavilənin müəyyən hissələri yalnız müvafiq ödəniş xidməti göstərildiyi halda tətbiq edilir.

17.3.Müştəri avtorizə edilməmiş və ya səhvən icra edilmiş əməliyyatlarla bağlı bu Müqavilədə müəyyən edilmiş əlaqə vasitələrilə PashaPay-ə müraciət edə bilər. PashaPay müraciətə 15 (on beş) iş günü ərzində baxır.

17.4.Bu Müqavilənin bir hissəsinin etibarsızlığı digər hissələrinin etibarsızlığına səbəb olmur.

Elektron siqareti necə çəkmək olar

Elektron qələmlər, elektron borular və e-siqarlar kimi də tanınan elektron siqaretlər litium batareya ilə işləyən buxarlandırıcılardır. Onların bir çoxu adi siqaretə bənzəsələr də, nikotin buraxmaq üçün tütün əvəzinə maye kartuşa etibar edirlər. Kartricdəki elektron maye nikotin, propilen qlikol və digər tatlar, boyalar və kimyəvi maddələrdən ibarətdir. Hal-hazırda elektron siqaretlərin dövlət tənzimlənməsi yoxdur, ona görə də elektron siqaretlərin tərkibində hansı kimyəvi maddələrin olduğunu və elektron siqaretlərlə bağlı mümkün sağlamlıq problemlərini dəqiq müəyyən etmək mümkün deyil. Elektron siqaretlər siqaret çəkənlər tərəfindən siqareti tərgitmək üçün istifadə oluna bilsə də, FDA-nın Dərman Qiymətləndirilməsi və Tədqiqat Mərkəzi elektron siqaretləri siqareti buraxmaq üçün təhlükəsiz və təsirli bir üsul kimi təsdiq etmir.

addım

2-ci hissənin 1-ci hissəsi: Elektron siqaretin hazırlanması

  1. Elektron siqaret dəsti alın. Elektron siqaretlə yeni tanışsınızsa, onlayn satın alına bilən elektron siqaret dəsti ilə başlaya bilərsiniz. Bir çox yüngül və orta ölçülü siqaret çəkənlər birdəfəlik deyil, təkrar doldurulan başlanğıc dəstinə üstünlük verirlər, çünki elektron siqaret dəfələrlə istifadə edilə bilər və daha sərfəli olur.
    • Elektron siqaret başlanğıc dəstinə təkrar doldurulan batareya, şarj cihazı və nikotin kartuşu daxildir. Nikotin mayesi bir sıra müxtəlif növlərdə və müxtəlif səviyyələrdə nikotin ola bilər. Siqareti tərgitməyə çalışan biriysinizsə, nikotinin qəbulunu məhdudlaşdırmaq üçün aşağı səviyyədə nikotini və ağzınızda dadmaqdan xoşlandığınız bir dadı seçə bilərsiniz.Bir neçə fərqli ləzzət kartuşu olan bir başlanğıc dəsti əldə edə bilərsiniz ki, fərqli çeşidləri sınaya biləsiniz. və zövq aldığınızı tapın.
    • Elektron siqaretlər üçün başlanğıc dəstlərinin əksəriyyətinin qiyməti təxminən 40-100 dollardır. Əgər hər gün və ya həftədə ən azı bir neçə dəfə siqaret çəkməyi planlaşdırırsınızsa, daha yüksək qiymət nöqtəsi olan dəstlərə investisiya etməyi düşünün. Ucuz dəsti almaq aşağı keyfiyyət və pis dad seçimləri demək ola bilər.
  • Elektron siqaret batareyalarının əksəriyyəti təkrar doldurulur və 250-300 istifadəyə qədər davam edə bilər. Batareyalar tez-tez doldurulduqda və müntəzəm istifadə edildikdə daha uzun müddət davam edir.
  • Batareyaları birbaşa günəş işığına və istiyə qoymaqdan çəkinin. Onları islatmayın və ya tez-tez sərt səthə atmayın, çünki bu, onların xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır.
  • Batareyanı tam boşalmazdan əvvəl doldurmağa çalışın və həmişə batareyaları tam dolu saxlayın. Batareyaların 50%-dən az doldurulması ilə saxlanması onların uzunmüddətli istifadəsini azalda bilər.
  • Kartuşdakı mayeyə diqqət yetirin ki, maye patronun tükəndiyini və dəyişdirilməli olduğunu görə biləsiniz. Əgər siz müntəzəm elektron siqaret istifadəçisi olmağı planlaşdırırsınızsa, asanlıqla dəyişdirmək üçün əlinizdə bir neçə əlavə maye patron saxlaya bilərsiniz.

2-ci hissə: Elektron Siqaretdən buxar çıxarmaq

  1. Siqaret çəkməklə elektron siqaret çəkmək arasındakı fərqə diqqət yetirin. Əgər siz adətən ənənəvi siqaret çəkirsinizsə, siz tez, qısa vuruşlar çəkməyə və eyni anda bir neçə siqaret çəkməyə və ya zəncirlə siqaret çəkməyə alışmış ola bilərsiniz. Elektron siqaret çəkərkən, buxar ağzınızı doldurana qədər uzun və yavaş nəfəs almağı öyrənməyiniz vacibdir. Siz həmçinin elektron siqareti zəncirləməkdən çəkinməlisiniz. Bir anda yalnız üç-yeddi tiraj alın və fasilə verin. Bu, elektron siqaretə bir neçə dəqiqə vaxt verir ki, sərinləsin və boğazınıza istirahət verin.
    • Elektron siqareti bir anda çox çəkmək və ya elektron siqareti çox uzun müddət çəkmək boğazın qıcıqlanmasına və ağrılarına, həmçinin dad qönçələrinin yanmasına səbəb ola bilər ki, bu da “vaper dili” kimi də bilinir. Elektron siqaret seansları arasında boğazınıza və ağzınıza fasilə verin ki, siqaretdən sonra hər hansı qıcıqlanma və ya uyuşma əmələ gəlməsin.
  2. “Əsas nəfəs” edin. Elektron siqareti qızdırmaq üçün bir primer puf hazırlamaqla başlaya bilərsiniz. Bu, bobini qızdırmaq üçün elektron siqaretin ağzına sürətli bir inhalyasiyadır. Elektron siqaretdən buxarı çıxarmayın, sadəcə olaraq ilk tirajınız üçün elektron siqareti hazırlayın.
  3. Elektron siqareti yavaş-yavaş və sabit şəkildə çəkin. Nəfəs alarkən, buxar ağzınızı doldurana qədər yavaş, sabit nəfəs alın. Buxar ağzınızı doldurana qədər buxarı ağciyərlərə çəkməyin və ya buxarını udmayın.
  4. Buxarı üç-beş saniyə saxlayın. Buxarı üç-beş saniyə ağzınızda saxladıqdan sonra onu ağciyərlərinizə çəkə bilərsiniz. Sonra burnunuzdan və ya ağzınızdan yavaş-yavaş nəfəs alın.
    • Ənənəvi siqaretlərdən fərqli olaraq, siz elektron siqaretdən olan nikotini ağızın selikli qişaları, həmçinin ağciyərlər və burun vasitəsilə bədəninizə udmaq olar.
  5. Nikotinin təsirini hiss etmək üçün ən azı 30 saniyə gözləyin. Ənənəvi siqaret çəkən zaman insan adətən nikotinin “vurmasını” təxminən səkkiz saniyə gözləyir. Elektron siqaretlərlə nikotinin udulması selikli qişalarda yavaşlayır və sizi “vurmaq” 30 saniyəyə qədər çəkə bilər. Nikotinin fiksasiyası üçün bir az daha gözləməli olsanız da, elektron siqaretdən bir neçə dəfə istifadə etdikdən sonra alışmaq asandır.
    • Bəzi siqaret çəkənlər boğazın arxasına nikotinin aydın şəkildə vurulmasını istəyirlər və elektron siqaretlərin kifayət qədər güclü boğaz zərbəsi təmin etmədiyini hiss edə bilərlər. Elektron siqareti nə qədər uzun çəksəniz və ağızda nə qədər çox buxar çıxarsa, boğazınız bir o qədər güclənir.
    • Elektron mayenin tərkibindəki aromatizator da istehsal edilən buxarın miqdarına təsir göstərə bilər. Elektron siqaretinizlə daha güclü bir boğaz zərbəsi axtarırsınızsa, daha çox tütün əsaslı ləzzətə keçmək yaxşı bir fikir ola bilər. Boğazın daha təmiz olması üçün nikotin səviyyəsi daha yüksək olan e-maye də sınaya bilərsiniz. Unutmayın ki, daha yüksək nikotin səviyyəsi uzunmüddətli siqaret çəkməyə və xərçəng və tənəffüs xəstəlikləri kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

İcma sualları və cavabları

Batareyanı nə vaxt dolduracağımı necə bilirəm?

Batareyanızın zəif olduğunu bildirən qırmızı yanıb-sönən işıq olmalıdır.

Folqa nədir və haradadır? Mənə əlavə və ya başqa bir şey lazımdır? Elektron siqaretimi Yorkda, İngiltərədə təlimat kitabı olmadan almışam və Avstraliyadayam. Mən nə etməliyəm?

Elektron siqaretdə hansı maye istifadə olunur?

Elektron siqaretimin tam doldurulduğunu necə bilə bilərəm?

Bobini nə qədər tez-tez dəyişdirməliyəm?

İşıq yanıb-sönməyə başlayana qədər nəfəs almalıyam? Yoxsa bu batareya üçün çoxdu? Bobinlərin yanması ilə bağlı problemim var.

Litejoy siqaretləri sağlamlığım üçün uyğundurmu?

Mayeni hara qoyacam?

Nikotinsiz elektron siqaret suyu ala bilərəmmi?

Elektron siqaret istifadə edilmədikdə kartuşu çıxara bilərəmmi?

Xəbərdarlıqlar

  • Elektron siqaretlərdə istifadə olunan bəzi mayelərin tərkibində asılılıq yaradan nikotin var.
  • Vapinqin nisbi riskləri vs. ənənəvi siqaretlər tam başa düşülmür.
  • Bunu etmək üçün kifayət qədər yaşlı deyilsinizsə, siqaret çəkməyin.

Sizə lazım olan şeylər

  • Elektron siqaret dəsti
  • Maye nikotin kartricləri
  • Elektron siqaret şarj cihazı

Özümdən sonra ödənişləri elektron şəkildə necə ödəyə bilərəm?

İstifadəçilərimiz tərəfindən bizə tez-tez ünvanlanan sualların siyahısını təqdim edirik. Ola bilsin ki, Sizi maraqlandıran sual bu siyahıda öz əksini tapıb. Əks halda *1919 Məlumat Mərkəzimiz və ya [email protected] e-poçt ünvanımıza müraciət edə bilərsiniz.

E-PUL İLƏ ƏLAQƏ SAXLAMAQ

Əgər bizim məlumatlar bazasında Sizi maraqlandıran suala cavab tapa bilmədinizsə, bu zaman bizim mütəxəssislər ilə zəng etmək və ya mesaj yazmaqla əlaqə saxlaya bilərsiniz.

Qeydiyyat və daxil olma

Bu, pulsuz və çox asandır. Saytda QEYDİYYAT bölməsində mobil telefonunuzun nömrəsini daxil etmək və şifrə yaratmaq lazımdır. Bundan sonra telefon nömrənizin saytda qeydiyyatını təsdiq etmək üçün şifrə olan SMS alacaqsınız. Qeydiyyatdan keçəndən sonra öz profilininzə daxil olun.

Diqqət!
Qeydiyyatdan keçmək üçün istifadə etmək istədiyiniz telefon nömrəsi aktiv olmalıdır!

Qeydiyyatda olan mobil nömrəni qeyd edib, şifrə olan bölməsini boş saxlayaraq, “Şifrəni unutmuşam” düyməsini basın və təlimatlara riayət edin.

Masterpass sistemində kartı yadda saxlamaq üçün qaydalar: Hesablarım bölməsinə daxil olub, Mәnim kartlarımı seçin vә bank kartınızı qeyd edilәn tәlәblәrә uyğun olaraq Masterpassa əlavə edirsiniz. Әmәliyyatı icra edәrkәn, kartınızdan tәsadüfi məbləğ (0.50azn-ə qədər) çıxılacaq. Hәmin mәblәği zәruri xanaya yazaraq, qeydiyyatı tamamlayın. Çıxılan mәblәğ avtomatik olaraq kartın balansına geri qaytarılacaq. Əgər SMS bankçılıq aktiv deyilsə, kartdan çıxılan məbləğ haqda məlumatı bankınıza müraciət edərək əldə edə bilərsiniz.

www.E-PUL.az saytında aşağıdakı kartlar qeydiyyatdan keçirilə bilər: BolKart (Bank of Baku) və istənilən Visa və MasterCard.

Ödənişin statusunu kabinetdəki Tarixçə menyusunda yoxlaya bilərsiniz. Əgər ödənişi tapmadınızsa, yaxud ödənişlə bağlı digər problem yaranmışdırsa, xüsusi online müraciət formasını doldurub bizə göndərin, problemin həlli üçün mütəxəssislərimiz Sizinlə əlaqə yaradacaqlar, yaxud *1919 nömrəsinə zəng edin.

Qəbzi şəxsi kabinetinizdə çap edə, yaxud elektron poçt ünvanınıza göndərə bilərsiniz. Tarixçə menyusunda ödənişi tapın, “çap et”, yaxud “elektron poçta göndər” düyməsini qeyd edin.

E-Pul.az portalında qeydiyyatdan keçmiş bütün istifadəçilər yerinə yetirdikləri hər bir ödənişə görə bonuslar qazanırlar. Ödənilən hər bir manata görə bonusun hesablanma qaydası linkdə https://www.e-pul.az/epay/resources/pdf/bonus_epul.pdf göstərilib.

1.Avtomatik ödəniş etmənin üstünlüyü nədən ibarətdir?
Ödənişlərinizi dövriliyə, məbləğə və xidmətə uyğunlaşdıra bilərsiniz. Sistemdə qeydiyyata alınmış kartlar arasında seçdiyiniz kartdan avtomatik ödəniş xidməti vəsaiti ödəyəcək. Bu servis E-Pul hesabı olan istifadəçiyə özünün bilavasitə iştirakı olmadan sistematik ödənişlərin avtomatik silinməsinə imkan verir.
2. Avtomatik ödənişləri istənilən vaxt saxlamaq mümkündürmü?
İstifadəçi dövri ödənişləri saxlamaq qərarına gəlirsə, bu halda onun şəxsi kabinetində müxtəlif imkanlar yaranır. O, hər hansı bir xidmət üzrə avtomatik ödənişləri müvəqqəti saxlaya və ya tamamilə onu avtomatik ödənişlər siyahısından çıxara bilər.

Ödəniş

1.Tarixçə özündə hansı məlumatları əks etdirir?
E-Pul.az-da qeydiyyata düşdükdən sonra edilən bütün ödənişlər haqqında məlumat burada öz əksini tapır. İstifadəçi zəruri ödəməni tarix üzrə, şirkətin adı üzrə, məbləği üzrə əldə edə bilər.
2. Axtarılan ödənişdə hansı məlumatlar əks olunur?
İstifadəçi axtarılan ödənişə müraciət etdikdən sonra əldə edəcəyi məlumatlar bunlardır:Keçmiş ödənişlər üzrə edilmiş ödəmələrin tarixi, ödəniş edilmiş xidmətin adı, ödəniş edilmiş xidmətin məbləği, tranzaksiya həyata keçirilmiş kart barədə məlumat, ödəniş almış şirkətin adı və ya şəxsin məlumatları.

1.Virtual kartdan necə istifadə edə bilərəm?
Azərbaycanda ilk dəfə E-Pul.az-da Virtual karta sahib ola bilərsiniz. Bu, plastik kartın mövcud olmayan, yəni virtual fotmasıdı. Siz bu kartdan internet alış-verişlərində və ödənişlərin yerinə yetirilməsində rahatlıqla istifadə edə bilərsiniz.
2. Virtual kartın məbləği nə qədər ola bilər?
Virtual kartı maksimum 500 AZN məbləğində aça bilərsiniz. Kart üçün xidmət haqqı minimum 2 AZN və ya ödənilən məbləğin 2%-i təşkil edir.
3.Virtual kartın məlumatları harda görə bilərəm?
Sms vasitəsi ilə kartın ilk və son 4 rəqəmi, etibarlığı və CVC kod göndərilir, 16 rəqəm isə qəbzi əldə edərək qəbzdə qeyd olunur.
4.Virtual kartın balansını artıra bilərəm?
Bəli, aşağıdakı vasitələrlə mümkündür:
•Pul Kisəsi
•Plastik kart

Borclar bölməsində istifadəçi borclu olduğu ödəməalanların siyahısını yarada bilir. Sistem istifadəçinin hesabını yoxlayaraq, borcun məbləği və mənbəyi haqqında məlumat verir. Bu isə borcların gecikdirilməsinin qarşısını alır.

Dəvəti qəbul edən hər bir dosta görə 1000 bonus hədiyyə, eləcə də ilk 3 ay ərzində hər dostun etdiyi ödənişlərə görə qazandığı bonusun 10%-nə sahib ola bilərsiniz.

Məlumatların şifrələnməsinin ən yeni proqram-aparat həlləri, yüksək səviyyəli platformalar və məlumatların ikitərəfli təhlükəsizlik kanalları E-Pul.az elektron ödəniş sisteminin və ödəmələrin təhlükəsizliyini təmin edir. E-Pul.az PCI DSS təhlükəsizlik standartının tələbləri informasiya infrastrukturunun bütün səviyyələrdə imtinaya davamlılığını təmin etməyə yönəlmişdir.
Həmçinin, dünyada tətbiq edilən ən təhlükəsis sistem olan Masterpass sisteminə Qafqazda ilk dəfə olaraq E-Pul.az inteqrasiya olunmuşdur.

Pul Kisəsi xidmətində hansı tariflər var?

E-Pul Pul Kisəsi üzrə 2 tarif planı mövcuddur: StandartPremium.

  • Standart tarif planında maksimum balans 100 AZN/USD, istifadə limiti isə 1000 AZN/USD təşkil edir.
  • Premium tarif planında limitlər ləğv olunur. İstənilən məbləği Pul Kisəsinin balansına yükləmək olar.

Premium tarif planına keçid üçün aşağıdakı identifikasiya metodlarından istifadə edə bilərsiniz:

  • Ofisə gəlmək
  • Sifariş etmək
  • Asan İmza

E-Pul.az-da qazandığınız bonusları Azercell və Bakcell danışıq dəqiqələrinə dəyişə bilərsiniz.
Azercell və Bakcell mobil operatorları üzrə 5000 bonus xalı 10 danışıq dəqiqəsinə dəyişmək mümkündür.
Azercell danışıq dəqiqələri ay ərzində maksimum 150 dəqiqə ola bilər. Bakcell üzrə limit tətbiq olunmayıb. Hər 2 mobil operator üzrə birdəfəlik maksimum 100 dəqiqə əldə etmək olar.
Bu dəqiqələr daxili zənglər üçün 3 gün müddətində nəzərdə tutulub.

Facebook Messenger istifadəçiləri E-Pul.az ödəniş sisteminin yeni E-Pul.az Mesencer-Bot-u ilə ünsiyyət qurub, onun vasitəsi ilə Mobil, Kommunal ödənişləri yerinə yetirə bilər, həmçinin, xidmət ilə bağlı suallarını verə bilərlər.
E-Pul.az Bot-unu şəkildəki QR kod ilə dostluğa əlavə etmək olar. Bu, İOS üçün sadəcə kamera, Android üçün xüsusi proqram ilə şəklini çəkməklə reallaşır və ya Messenger əlavəsində E-Pul.az səhifəsini axtarış hissəsindən taparaq, ora keçid etmək lazımdır. “Əsas Menyu” hissəsindən “Mobil Ödənişlər”, “Stasionar telefon” və ya “Kommunal ödənişlər” etmək mümkündür.

  • +994 50 266 44 22
  • m.me/eeepulaz
  • [email protected]

Comments are closed, but trackbacks and pingbacks are open.