Piktoqrafik yazı: mənşəyi, xüsusiyyətləri və nümunələri
!Reklam – Arxiv
Piktoqrafik yazı
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Mədəniyyət Yazının görüntü üzərində qələbəsi – Müasir piktoqrafik trend
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Aprel 05, 2022 – 15:58
!Reklam – Yazi
Yazı icad olunandan insanlığın qeydlər aparmağa başladığı hamımıza məlumdur. Keçmiş hərfi mənbələrin əsasən, bir antik dövlətin digərinə hücumu və ya digərinin özünü qəhrəmancasına müdafiəsini əks etdirməsi ilə başladığını unutmayaq. Bəzən isə bu iki amildən hansının digərinə daha çox təkan verdiyi sualları bizi düşündürür. Müharibələrmi yazının yaranmasına yoxsa əslində təhrif olunmuş yazılarmı yeni savaşların çıxmasına səbəb olmuşdur? Əbülfəz Şeydabəyov
Görüntülərin hegemoniyası Müasir fotoaparatın babası hələ 1840-ci illərdən insanlığın yaddaşının həmişə təzə qalmasına xidmət göstərməyə başlamışdır. Ondan öncəki təbliğat üsullarının necəliyi barədə maraqlananlara isə birlikdə qədim proto-propaganda dövrlərinə dəvət edirəm. Qədim Misir, Mesopatamiya, Yunan, Asiya dövlətçi uzaqgörən strateqləri apardıqları savaşları gələcək nəsillər qarşısında həm övünmək, həm də bəraət qazandırmağın ən yaxşı vasitəsinin yazı olduğunu yaxşı anlamışdılar. Demək olar ki, bütün antik vaxtların savaşlarını əks etdirən ciddi və yarı dastan mətnlərdə düşməni gözlərimizdə şişirtmək ön plana çıxmaqdadır. Burada əsasən üzərimizə bizdən sayca- yüz qat çoxlu hücum edən düşmənlər, yekəpər divlər, əcayib qeyri insani gücü olan məxluqlar daim ön plana çəkilməkdədir. Bütün bu qeyri bərabər güclərə baxmayaraq yekunda “biz qalib gəldik” pozitiv sonluğu, XXI əsrdə onları oxuyan insanlarda belə müsbət adrenalin yaratmaqdadır. Gələcək nəsillərə hesablanmış yazıları anladıq, bəs axı keçmişdə insanların çoxu yazıları oxuya bilmirdi…Əlifbalar müqəddəs sayılardı onlar ancaq krallara, din kahinlərinə bəyan idi. Məsələn Misirdə Fironun fərmanı yuxarıdan aşağıya doğru yazılardı. Onun özünə nəsə ünvanlananda isə aşağıdan yuxarıya gedərdə bu xətt… Məhz elə antik kütlə psixalogiyasının babaları bundan ötəri rəssamları dəvət edərək- onlara lazımi göstərişləri verirdilər. Bu günün iphone, samsung və digər foto cihazları həmin dövrlərdə də olub, sadəcə onlar saxsı qablar, divar rəsmləri, heykəllər, boyalı xalçalar vasitəsi ilə çəkilib. Böyük qələbə, ayaqlar altında qalmış nəhəng düşmən, sivri silahlar, yırtıcı heyvanlar üzərində insan gücünü əks etdirən rəsm motivləri – qədim insanları qorxmadan daima irəli atılmağa motivasiya edən başlıca faktor olmuşdur. Bir sözlə: sizdən öncəkilər başardı, sizdə də alınar mesajları hər zaman aktuallığını qoruyub. Qədim yunanlar antik propagandanın sirrlərinə daha tez adaptasiya olmuşlar. Cəsur basilevsi/kralı bütün imepriya tanısın deyə antik draxma pullarının bir üzündə taclarla bəzədilmiş cəsur kralın portretini, digər üzündə isə insanları əsla tək qoymayan tanrıçalarını, dövrün texnaloji üstünlüklərini əks etdirərdilər. Beləcə bu draxmaları əlində tutan milyonlarla kütlələr kralın enerjik üzünü, atletlərə xas sifət cizgilərini görərək ona həm təzim edər, həm də cuşa gələrdilər. Bu ənənə daha sonraları ön Asiya dövlətlərində də geniş yayılmışdır. Uzaq Asiya kralları, racaları da təbliğatdan geri qalmamaq üçün daha çox böyük heykəllər düzəldərək, bununla sıravi insanların daxilində olan mübarizlik, aqressiyanın əslində necə də nəhəng olduğunu onlara aşılamışdır. Bu qısa sadalanan metodlar hamısı insan kütlələrinin bir kult/rəmz-vücud formasında eyni istiqamətə vurması üçün düşünülmüş alətlər olub. Yazı makinasının piktoqramları sıxışdırması Hazır görüntü motivlərinin yazı üzərində hegemonluğu orta əsrlərə qədər gəlib çıxmışdır. Gözlənilməz hadisələrin baş verməsi, gün boyu əmək fəaliyyəti ilə məşğulluq və müharibələr insanlarda oxumağa yox daha çox hazır piktoqrafik obrazlara baxmağa həvəs yaradırdı. Onlara görmədikləri Yaxın Şərqdəki dini hadisələri latınca danışmaqdansa, hazır yaralı ikona və ağlayan heykəllərin göstərilməsi məlumatın ötürülməsi üçün yetərli olub. Bu vasitə xristiyanlığın yayılmasında da başlıca rol oynamışdır. Yüz illiklərdir surət ilə yazı arasındakı ədavət 1455-cı ildə alman İohan Qutenberq tərəfindən müasir insanlıq tarixində ilk dəfə metal lövhəli hərflərinin köməyi ilə çap makinasının icadında kimi davam etmişdir. Burada fərq, artıq makinanın əllə aylarla yazılan kitabdan fərqli olaraq – daha tez və çox sayıda çapı ilə nəticələnmişdir. Bu əlamətdar hadisə Qərbdə müxtəlif öncül fəlsəfi fikir axınlarının və texnalogiya elminin inkişaf etməsinə təkan vermişdir. Sürətli mətbəənin böyüməsi daha sonraları qəzetlərin yayılması, kütlələrin istənilən istiqamətə köklənməsi üçün əlverişli hal almışdır. Əgər müsəlman Şərqi ilə müqayisə etsək biz təbliğat işlərində elə həmin illərdən geri düşməyə başladığımızı etiraf etməliyik. Əfsuslar olsun ki, dövrünün müsəlman elitası bu makinaya iblis əməli deyərək, düz 1729-cu ildə İstanbulda tipoqraf İbrahim Müteferrikanın ilk basqı makinasını hazırlamasına kimi- bizi gecikdirdilər… Planet irəli fırlandıqca qadağalarla biz gerilədik. Qafqaz Azərbaycanında isə vəziyyəti 1875-ci ildə bəsirətli, dahi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini dərc edərkən Osmanlıdan min bir əziyyətlə gətirdiyi makina ilə dəyişmişdir. Görün neçə il Şərq aləmi, proqressiv Qərbdən geri qalıb? 400 il… Maraqlı bir qeydi əlavə etmədən keçməyək. Belə ki, Osmanlıda yəhudilər 1493-cü ildən, ermənilər isə 1567-ci ildən etnik mətbəələrini quraraq öz dillərində avropayi fikir axınlarını, müxtəlif vacib dillərdə lüğətlər, ticarətin sirrləri və bu kimi qabaqcıl kitabları çap edirdilər. Elə bu hamıdan əvvəl məlumata sahib olma yolları ilə də daim saraylarda və ticarətdə başarılı olmalarına səbəb olmuşdur. Daha dünyavi, bir neçə dillərdə danışan təhsilli insanlar yetişdirərək müsəlman dövlətlərinin ehtiyacı olduğu kadr siyasətində öz yerlərini tutmuşlar. Görüntünün yenidən yazıdan üstün edilməsi Hədəflər yeniləndikcə təbliğat texnalogiyaları da sürətlə bir-birini əvəz etməyə başlayır. Zamanla radio, televizor, qəzetlər üzərindən gedən uzun-uzadı təbliğatlar artıq kütlələri cəlb etmir. Bu sətirləri yazarkən bəzilərinizin mənimlə razılaşmadığınızı görürəm. Bir anlıq yada salın görək son dəfə nə zaman kioskdan qəzet almısınız? Bəs siz ən son xəbərləri radiodan yoxsa televizordan əldə edirsiniz? Təbii ki, müasir dünyada ən son hadisələri internet saytları, telegram kanalları/sosial şəbəkələr çatdırmaqdadır. Əksəriyyət isə saytlarda sadəcə xəbər başlıqlarına baxır, mətni heç oxumur da. Digərləri isə heç xəbər başlıqlarına da nəzər yetirmir, ancaq telegram kanallardan foto və qısametrajlı videolara baxmaqla kifayətlənir. Qərb insan gözlərinin tənbəlləşməsini tez anladı. İnformasiya mübarizəsində daha yeni üsullara baş vurdu. Xarici texnoloq strateqlər insanımızın duyğularına və həssas qəlbinə yol tapmaq üçün muxtəlif foto/videolar formatında- hər kəs biz istədiyimiz formada fikirləşməlidir adlı qlobal proyektini işə saldı. Biz isə elə bilirik ki, hadisələri başa düşürük. Əslində isə hazırda “başa düşmək” sözü ilə başa düşməyin özü arasında böyük uçurum mövcuddur. İnternet dəryasında həqiqəti gizlətmək üçün yüzlərlə fake/yalançı cavablar doldurmaqla- guya bizə doğrunu seçməkdə kömək edirlər. Belə ki, neo-propaqandistlər saxta həqiqətlərlə informasiya məkanını çirkləndirərək, düşüncələrin isqtiqamətini azdırmaqdadır. Buna kimiləri illüziya deyir. Kimiləri isə simulasiya adlandırır…Bunlar isə həqiqətdə “heç mövcud olmayan nəyinsə” saxta təbliğatı deməkdir. Diqqət etsəz son illərdə dünyada gedən hərbi münaqişə ocaqları barəsində məlumatları artıq yazılı xəbərlərdən yox, məhz bizə servis edilən video kadrlardan izləyirik. Məhz hamıda olan telefonlarla çəkilmiş videolar bizə daha inandırıcı gəlir. Heç həmin dilləri bilməyə gərək də yoxdur. Bir anın içində hamımız eyni səngərdə özümüzü hiss edirik. Bu artıq qlobal məlumat axınının bir qaynaqdan axması deməkdir. Tək hallarda araşdırmacılar sırf imzalanmış müqavilələri, siyasi şərtləri oxuyaraq incələyir. Görünən budur ki, qlobalistlər yenidən antik təbliğat vasitəsini işə salaraq yazı çağını qapadmağa doğru gedirlər. Kəlamı öldürməklə, humanizm dövrünü piktoqrafiya ilə əvəz edirlər. Burada məqsəd düşüncəyə yox, simulasiyalı görüntüyə inandırmaqdır. Bu necə də bizə yerli saytlarda çox cılız keçirilmiş solğun tədbirlərin şişirdilərək tirajlanmasını xatırladır. Məncə insanlarımızın səmimiyyətindən istifadə edərək -bu kimi istər əcnəbi, istərsə saxta yerli xəbərləri dəqiq araşdırmadan dərc etmək özü də milli hədəflərimizə xəyanətdir. Kimlərisə super-vətənpərəst kimi göstərərək, işin əhli insanlarımızı itirməkdəyik. Burada deyiblər göranə qalıb, koranə önə çıxıb. Aldadıcı görüntü ilə deyil, məntiqli yanaşma və dövləti maraqlarımızı nəzərə aldığımız an- digər hazırlıqlı xalqları qabaqlaya bilərik. Qərbdə isə dünya əlifbalarını ləğv edərək hamının anlayacağı vahid metodu artıq tapıblar. Qorxuram biz yenə 400 il geridən saymayaq…
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Piktoqrafik yazı: mənşəyi, xüsusiyyətləri və nümunələri
The piktoqrafik yazı rəsmlərin fikirləri çatdırmaq üçün istifadə olunduğu bir əlaqə formasıdır. Piktoqramlar şəkillər vasitəsilə anlayışları, əşyaları, fəaliyyətləri və ya hadisələri təmsil etmək üçün simvol kimi istifadə olunur. Bu yazı, ünsiyyət üçün lazımsız detalları buraxaraq sadə bir üsluba sahib olması ilə xarakterizə olunur.
Mixi və ya hiyeroglif kimi digər yazılı dillər bu yazı növünə əsaslanırdı. Piktoqrafiya Neolitik dövrə təsadüf etsə də, əhəmiyyəti bu gün də qüvvədədir. Dildən asılı olmayaraq insanların bir-birlərini asanlıqla anlamalarına imkan verən bir dildir.
Piktoqramların ilk ifadəsi daşların üstündəki yazı ilə meydana gəldi. Hər bir element və ya rəsm tam bir fikrə çevrildi. Həm də çəkilən hər bir işarənin başqa bir şey deyil, çəkilənin mənasını verdiyi ikonik bir sonu var; məsələn, inək inəkdi, Tanrı deyildi.
Bəzi hallarda piktoqrafik yazı yalnız mesajın məzmununu əks etdirdiyindən və mesajın özünü qeyd etmədiyi üçün doğru yazı sayılmır.
Piktoqrafiya sözünün mənşəyi birlikdir pentus, Latınca “boyalı” və Yunan dilindən mənasını verir imla, yazı keyfiyyətinə aiddir.
Mənşə
İnsanlar 30 min ildən çoxdur yazmaq üçün simvollardan istifadə edirlər. Hər şey qaya sənəti ilə başladı. Sümükləri cızmaqdan və ya hesablar aparmaq və ya rəqəmlər çıxarmaq üçün iplərdə düyünlərdən istifadə etməkdən ibarət olan proto-yazı da var idi. Ancaq bu gün yazı olaraq bildiklərimiz ortaya çıxdıqda proses sona çatdı.
Piktoqrafik yazı vəziyyətində, sonradan Şumer mixi yazı sistemlərinə yol vermək üçün ilk dəfə istifadə edildiyi Mesopotamiyada. Piktoqrafiya zamanla inkişaf etdi və sikkələrdə, kənd təsərrüfatı məhsulları etiketlərində istifadə edildi və daha sonra daha mürəkkəb bir yazılı dilə çevrildi. Alimlər bütün fonetik yazı sistemlərinin piktoqramların istifadəsinə əsaslandığını iddia edirlər.
Əvvəlcə işarələr və ya şəkillər stilettos kimi də bilinən Roma tükləri ilə hazırlanmışdır. Edilən təəssüratlar paz şəklində idi. Eramızdan əvvəl 2900-cü ilin ortalarında bir çox piktoqraf orijinal funksiyasını itirməyə başladı. Bir simvol tapıldığı kontekstdən asılı olaraq müxtəlif mənalar verə bilər.
Misir mədəniyyəti, Çinlilər və Mesoamerika hindularının da piktoqrafik yazı sistemləri var idi. Çinlilər məsələsində loqoqrafik sistemlər inkişaf etdirdilər.
Ümumiyyətlə yazı tarixi ümumiyyətlə üç fərqli mərhələyə bölünür: piktoqrafik yazı, ideoqramlar və fonoqramlar.
xüsusiyyətləri
Piktoqrafik yazı əsasən hər şeyin təsvirlərlə təmsil olunduğu bir yazı forması ilə xarakterizə olunur. Bu rəsmlər əvvəlcə daşlarda və ya ağaclarda çəkilmiş, daha sonra gil lövhələr, heyvan dəriləri və ya kağız kimi digər səthlərdə istifadə edilmişdir.
Piktoqrafik yazının ən vacib xüsusiyyəti onun universal olmasıdır. Fərqli populyasiyaların və cəmiyyətlərin dilindən asılı olmayaraq, fonetikaya və dil normalarına əsaslanmadığı üçün təsvirlərin mənasını anlamaq asandır. Bundan əlavə, piktoqramların təmsil etmək üçün nəzərdə tutulduğu obyektlər konkretdir.
Hazırlanan şəkillər və ya təsvirlər ünsiyyət məqsədi daşıyır və uyğun olmayan detallar buraxılır. Fonetik yazıdan çox aydın fərqlənir, çünki simvollar obyektləri və ya fikirləri, fonetikada isə simvollar səsləri təmsil edir.
Piktoqramlar iki növə bölünə bilər. Piktoqramlar tək bir fikri və ya mənanı təmsil etdikdə, onlara ideogram deyilir. Bir sözü təmsil edənlərə logoqramlar deyilir.
Piktogramlar qayaların üzərinə çəkildikdə, onlara qaya sənəti olaraq da bilinən bir petrogram adı verilir. Qayaların içərisinə həkk olunaraq onlara petroqliflər də deyilir. Rəsm yerdə olduqda, Peruda ən məşhur coğliflər olan Nazca xətləri olan bir coğrafiyadan danışırıq.
Piktoqrafik yazı ilə mədəniyyət nümunələri
Bizim mədəniyyətimizdə
Piktoqrafik yazıdan istifadə edən bir çox mədəniyyət və ya mədəniyyət var. Bu gün də elementləri təmsil etmək və ya təlimat vermək üçün simvollardan istifadə hələ də qüvvədədir. Xüsusilə ictimai tualetləri göstərmək və ya qatar stansiyaları, avtovağzal və ya hava limanları kimi yerləri göstərmək üçün bunu müşahidə edə bilərik.
Texnologiyada piktoqrafik yazı xüsusiyyətləri də mövcuddur. “Nişanlar” kompüterlərdə piktoqramlara verilən addır; məzmunu emosional səviyyədə çatdırmağa xidmət edən ifadələr də var.
Əcdad mədəniyyətləri
Antik dövrlərdə piktoqrafik yazı Mesopotamiyada, eləcə də Aztek və ya Mayya kimi mədəniyyətlər tərəfindən istifadə edilmişdir. Misirlilər öz növbəsində hiyeroqlif sistemlərini piktoqrafiya fikirlərindən yaratdılar.
Mesopotamiyada piktoqrafiyada istifadə olunan şəkillər əşyalar, heyvanlar və ya insanlar ola bilər. Daş kitabələr yazmaq üçün az idi, buna görə gildən istifadə olunmağa başladı. Gil üzərində rəsm çəkmək çətin olduğundan fikirləri qeyd etmək üçün iti əşyalar istifadə olunurdu.
Bu mərhələdə yazmaq məbədlərlə sıx bağlıdır, çünki kahinlər katibləri idarə edənlər idi. Eramızdan əvvəl 2800-cü illərdə yazı soldan sağa və yuxarıdan aşağıya üfüqi cərgələrdə başlamışdır.
Amerikada Maya sivilizasiyası Amerika qitəsində piktoqrafik yazını inkişaf etdirən ilk insanlar idi. Yazmaq üçün heyvan dərilərindən, kağızdan və ya gil əşyalardan istifadə edirdilər. Logoqramlardan istifadə etdilər və bir çoxunun tərcüməsi çətin oldu. İspanların fəthi sayəsində bir çox yazı məhv edildi.
Azteklər ayrıca sivilizasiyada baş verən dini və tarixi hadisələri qeyd etmək üçün piktoqrafik yazıdan da istifadə etdilər. Mayalılar kimi yazılarını çəkmək üçün əsasən heyvanların dərisindən və ya kağızdan istifadə etdilər.
Azteklərin piktoqrafiyası “Meksika kodeksi” kimi tanınır. Avropa kodlarından dəqiq şəkildə təsvirlər və ya illüstrasiyalardan çox istifadə olunduğuna görə fərqlənirlər.
Hal-hazırda ən vacib piktoqrafik sistemlər Çin, Yaponiya və Koreyada istifadə olunan sistemlərdir. Qalan ölkələrdə bütün yazı növləri fonetikdir.
İstinadlar
- García Jurado, R. Əlifbanın mənşəyi. Revistadelauniversidad.mx-dən bərpa edildi
- Piktoqram. (2019) Yeni Dünya Ensiklopediyası. Newworldencyclopedia.org saytından bərpa edildi
- insPictograph Art.dan arthistory.net saytından bərpa edildi
- Pikoqrafiya. Britannica.com-dan bərpa edildi
- Wheeler, K. Erkən Yazı: Piktoqraf, Logoqraf, Hecab və Elifba. Web.cn.edu-dan bərpa edildi
Comments are closed, but trackbacks and pingbacks are open.