Press "Enter" to skip to content

Kompüter kodları necə anlayır? Hissə 1

2.1 Dəyişənlərin tipləri.

C++ proqramlaşdırma dİlİ 19. 12. 2011

salamlayıram. Bu buraxılış ilkin buraxılışdan o qədər də çox fərqlənmir, sadəcə bəzi sintaktik səhvlər aradan qaldırılıb, bəzi başlıqlara nümunə proqramlar əlavə olunub.

Kitab sərbəst öyrənmək üçün nəzərdə tutulub. Hər bir başlıqda və bu başlığa uyğun həllər bölməsində kifayət qədər nümunə proqram kodları nəticə ilə birlikdə verilib.

C++ dilini öyrənməkdə hamınıza uğurlar arzulayıram.

Bu ünvandan ancaq zəruri hallarda istifadə etməniz rica olunur.

2.Dəyişənlər. 9

3.Operatorlar…. 27

4 .Ünvan dəyişənləri…. 37

5. Funksiyalar…. 44

6 .Cərgələr…. 53

7.Sətirlər…. 62

8.Strukt tiplər…. 68

9.Siyahılar…. 73

10.Siniflər…. 101

11.Makroslar və başlıq fayllar .. 111

Əlavələr…. 115

Bəzi çalışmaların həlləri…. 117

Qeydlər…. 191

Bu mətndə C++ dilind proqram tərtibindən bəhs olunur. Bu mətndən istifadə edə bilmək

üçün ilkin olaraq heç bir proqramlaşdırma dilini bilmək tələb olunmur.

Hər bir paraqrafın sonunda verilmiş çalışmalar mütləq yerinə yetirilməlidir. Bu sizə materialı daha da aydın başa düşməyə kömək etməklə yanaşı, sizdə gələcək inkişaf üçün əvəzedilməz olan proqramlaşdırma təcrübəsi yaradacaq və artıracaq.

Yadda saxlayın ki, proqramlaşdırmanı öyrənmənin yeganə yolu ancaq və ancaq sərbəst

Çətinliyi artırılmış məsələlər * simvolu ilə qeyd edilir.

Gələcəkdə sistem proqramlaşdırmanı öyrənmək istəyənlər $9 – Siyahılar bölməsinə xüsusi ilə diqqət yetirməlidirlər.

1.1 Kompüterin işlək vəziyyətə gətirilməsi.

Mətndə daxil olunan bütün proqramlar Windows sistemlərində test edilib, lakin bütün Unix tipli sistemlərdə , o cümlədən GNU/Linux sistemlərində də g++ və digər kompilyatorlar vastəsilə asanlıqla kodda heç bir dəyişiklik etmədən kompilyasiya və icra oluna bilər.

1.2 Kompilyatorun installyasiyası

Kompilyator olaraq Ms Visual Studio – dan istifadə edilir.

Ms Visual Studio kompilyatorunun quraşdırma faylını http://www.microsoft.com/express/Downloads keçidindən endirə bilərsiniz.
1.3 İlk test proqram

Sistem və kompilyator problemlərini həll etdikdən sonra hər şeyin qaydasında olduğunu

yoxlamaq üçün test proqramı yerinə yetirək.

Ms Visual Studio proqramını yükləyin.

File -> New -> Project

New Project pəncərəsi açılacaq.

Project types: panelindən Win32 , Templates: panelindən isə Win32 Console Application seçimini edirik. Daha sonra Name: pəncərəsindən yeni yaradacağımız proqramın adını daxil edirik. Bu pəncərəyə prog1 yazıb Ok düyməsini basırıq. Açılan yeni pəncərədə Finish düyməsini basırıq.

Bu əməliyyatlar bizə ilk proqramımızı tərtib etmək üçün bütün lazımı faylları yaradacaq və proqramın mətn faylı redaktoru pəncərəsi – prog1.cpp aktivləşdirəcək. Bu fayl təqribən

aşağıdakına bənzər formada olur.

// prg_1_1.cpp : Defines the entry point for the console

//application.

int _tmain(int argc, _TCHAR* argv[])

Bu mətn kompiyator tərəfindən avtomatik yaradılıb. Proqramın mətn faylında aşağıdakı kimi dəyişikliklər edirik. #include “stdafx.h” sətrindən sonra #include ,

mötərəzəsindən sonra isə

sətrlərini daxil edirik.

// prg_1_2.cpp : Defines the entry point for the console

//application.

int _tmain(int argc, _TCHAR* argv[])

Etdiyimiz dəyişiklikləri yadda saxlamaq üçün File -> Save all düyməsini basırıq. Artıq

proqramımızın mətn faylı hazırdır və biz onu kompilyasiya edə bilərik. Kompilyasiya

nəticəsində kompilyator bizim mətn faylından prosessor tərəfindən icra olunabilən ikili

Proqramı kompilyasiya etmək üçün Build -> Build Solution əmrini daxil edirik. Proqramımızın kompilyasiyası başlayacaq və nəticə Output pəncərəsinə ötürüləcək. Əgər sonda Build: 1

Succeeded . sətri çap olunursa deməli proqramımız uğurla kompilyasiya olunmuşdur.

İndi isə proqramımızı yerinə yetirək. Bunun üçün Debug -> Start Debugging düyməsini basırıq.Nəticədə kansol pəncərəsi açılacaq və “Salam dunya” mətni çap olunacaq. Proqramı söndürmək üçün klaviaturadan hər-hansı simvol daxil edib ENTER düyməsinə basmağımız kifayətdir.

Əgər bu nəticəni almısınızsa ,deməli bütün hazırlıq işləri tamamdır.Əgər siz növbəti paraqraflarda verilən bütün proqram nümunələrini də eyni qayda ilə yerinə yetirə bilərsiniz.

Əgər bu nəticəni almamısınızsa onda gözləməyin, düzün desək hətta professional

proqramçılar da hansısa yeni dili öyrənəndə ilk proqramı heç də həmişə uğurla yerinə

yetirmirlər. Ancaq bütün çətinlik elə bu ilk addımdadır.

Proqramın izahı:

Proqram icra olunduqda std::cout sətri istifadə edəcəyimiz bütün proqramlarda daxil olunur. Proqrama bu sətri daxil etmək bizə std::cout, std::cin

funksiyalarından istifadə etməyə imkan verir.

Növbəti sətir int _tmain(int argc, _TCHAR* argv[]) sətridir.

Bu proqramın əsas funksiyasıdır. C++ dilində yazılmış proqramlarda müxtəlif işlər görən

standart(std::cout) və proqramçı tərəfindən yaradılan funksiyalardan ($5) istifadə olunur. Main funksiyası (_tmain unikodu dəstəkləmək üçün MS V. studionun əlavəsidir)isə xüsusi funksiyadır. Bütün C++ proqramlarında bu funksiya mütləq olmalıdır və bütün C++ proqramları icraolunmağa main funksiyasından başlayır.

Beləliklə sizə C++ dilində yazılmış istənilən proqramın mətn kodu verilərsə onda siz main funksiyasını tapmaqla proqramın icraolunmağa başladığı yeri asanlıqla müəyyənləşdirə bilərsiniz.

Ən sonda yerləşən > simvolu isə main funksiyasının bitdiyini göstərir.


    prog1.cpp proqramında std::cout >p;

3. (*) C++ dilində Səməd Vurğunun Azərbaycan şerinin ilk bəndini ekranda çap edən

proqram tərtib edin.

$2 Dəyişənlər.

2.1 Dəyişənlərin tipləri.

Əvvəlki paraqrafda biz C++ dilində necə proqram yerinə yetirməyi öyrəndik. Bu paraqrafda biz C++ dilində yazılmış proqramın ən vacib elementlərindən biri – dəyişənlərlə tanış olacağıq. Hər bir proqram yerinə yetirilərkən müxtəlif məlumatları yadda saxlamalı (yaddaşa yerləşdirməli) olur. Tutaq ki, iki ədədin cəmini hesablayan proqram yazmaq istəyirik. Bu zaman biz yaddaşda 3 məlumat üçün yer ayırmalıyıq: iki toplanan və cəm.

Proqramlaşdırmada hər hansı məlumatı qəbul etmək, yadda saxlamaq və bu məlumatın

qiymətinə müraciət etmək üçün dəyişənlərdən istifadə olunur. Konkret olaraq dəyişən adı olan müəyyən bir yaddaş sahəsidir. Bu yaddaşın sahəsinin həcmini və adını dəyişəni elan edərkən biz özümüz (proqramçılar) müəyyən edirik.

Proqramda dəyişən elan etmək üçün aşağıdakı sintaksisdən istifadə olunur:

Burada tip dəyişənin tipi, ad isə dəyişənə verdiyimiz addır.

Misal üçün aşağıdakı kimi:

Yuxarıdakı kod hissəsində biz int tipindən olan dey1 adlı dəyişən elan etdik. Fiziki yaddaşda (RAM) 4 bayt yer ayırılır və həmin yerə dey1 adı ilə müraciət olunur. Artıq bundan sonra proqramda dey1 üzərində apardığımız bütün əməliyyatlar birbaşa dey1 – ə aid yaddaş sahəsi üzərində aparılacaq(şəkil1).

Yadda saxladığı məlumatın növünə və yaddaşda tutduğu yerin həcminə görə dəyişənlər

tiplərə ayrılır. Misal üçün tam ədədlər tipi – int (4 bayt), kəsr ədədlər tipi – double (8 bayt), simvol tipi – char (1 bayt), sətir tipi – char [], char * v.s.

Bu tiplərə standart tiplər deyilir.

Bundan əlavə C++ dilində ünvan dəyişənləri tipi, struktur tiplər, siyahılar və siniflərdən də çox geniş istifadə olunur ki, bunlarla da uyğun olaraq 4, 8, 9, 10-cu paraqraflarda məşğul olacayıq.

Dəyişənlərə istədiyimiz kimi ad verə bilərik yalnız və yalnız hərflərdən(ingilis əlifbasının) , ‘_’ simvolundan və rəqəmlərdən istifadə etməklə. Dəyişənin adı mütləq hərflə başlamalıdır və operator, tip və s. adlarından da dəyişən adı kimi istifadə etmək olmaz. Operatorlarla gələn mövzularda tanış olacayıq.

Beləliklə cəm proqrmında hər iki toplananı və onların cəmini yerləşdirmək üçün biz tam tipli 3 dəyişən təyin etməliyik. Gəlin bu dəyişənləri uyğun olaraq top1, top2cem kimi adlandıraq.

Bu dəyişənələri təyin etmək üçün proqram kodu aşağıdakı kimi olacaq.

Qeyd edək ki, eyni tipdən olan dəyişənləri vergüllə ayırmaqla bir sətirdə də elan edə bilərik.

int top1, top2, cem;

Burada ; simvoluna diqqət yetirməyinizi istəyirəm. Bu işarə kompilyatora hər hansısa bir

əməliyyatın (indiki halda dəyişənlərin elanının) bitməsini göstərir.

Gəlin proqramımızı tərtib edək. Hələlik 3 dəyişən elan etmişik(dəyişən elan etmək və ya

təyin etmək eyni məna bildirir).

Proqramımız belə olacaq:

// prg_2_1.cpp

int _tmain(int argc, _TCHAR* argv[])

cem = top1 + top2;

std::cout Burada biz int tipli top1, top2cem dəyişənlərini elan edirik. Yaddaşın vəziyyəti bu zaman aşağıdakı kimi olar(şəkil 2):

Növbəti sətir aşağıdakı kimidir:

Burada biz mənimsətmə operatorundan (‘=‘) istifadə edirik. Mənimsətmə operatoru – ‘=

riyaziyyatdan yaxşı bildiyimiz bərabərlik simvolu kimi işarə olunur, amma proqramlaşdırmada, daha doğrusu C++ dilində o ayrı funksiya daşıyır. Mənimsətmə operatoru ilə biz operatorun sol tərəfində göstərilən yaddaş sahəsinə sağ tərəfdə verilən məlumatı yerləşdiririk.

Yuxarıdakı kod sətrində mənimsətmə operatorundan solda top1 dəyişəni, sağda isə 4

qiyməti durur. Beləliklə bu kod icra olunduqda yaddaşın top1 – ə aid hissəsinə 4 qiyməti

yazılır. Diqqət yetirilməli mühüm məqamlardan biri də odur ki, bu zaman top1 -də əvvəl nə məlumat vardısa o silinir. Uyğun olaraq top2 = 6; proqram sətri də yaddaşın top2 – yə aid olan hissəsinə 6 qiymətini yazır.

Bu zaman yaddaşın vəziyyəti aşağıdakı kimi olar:

Proqramın növbəti sətrinə keçək:

cem = top1 + top2;

Burada biz yenə də = mənimsətmə opratorundan istifadə edərik. Bu zaman əvvəl operatorun sağ tərəfində dayanan riyazi ifadənin qiyməti hesablanır top1 + top2. CPU top1 və top2 –nin yaddaş sahəsinə yazılmış qiymətləri (4,6) oxuyur və onların cəmini hesablayır (10) və yekun nəticəni cem dəyişəninə aid yaddaş sahəsinə yazır:

Proqramın növbəti sətri belədir:

std::cout cəmini yadda saxlamaq üçün int tipli 4 dəyişən lazım olacaq. Bu dəyişənlərin elanı aşağıdakı kimi olacaq:

Daha sonar x,y,z – müxtəlif qiymətlər mənimsədək: x=8; y=45; z=3;

Indi isə bu 3 dəyişənin cəmini h dəyişəninə mənimsədək. h = x + y + z;

Nəticəni çapa verək: std::cout Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Kompüter kodları necə anlayır? Hissə 1

Proqramlaşdırma dilləri kompüterə əmrlər vermək üçün istifadə etdiyimiz alətlərdir. Amma bu proqramlaşdırma dilləri bizim üçün yazılıb, kompüter üçün deyil. Çünki, kompüter yalnız “machine codes(ikilik)”-ı anlaya bilir. Bəs onda necə olur ki, kompüter yazdığımız kodları icra edir?

Bu situasiyanı sanki, bildiyimiz dillərdən tamamilə fərqli dildə danışan birinə nəyisə anlatmağa çalışmaq kimi təsəvvür edə bilərik. Onun bizi anlamasının yolları ya onun bildiyi dildə danışmaq, ya da “tərcüməçi”-dən yardım almaqdır.

Lakin kompüterin anladığı dil insanlara çox çətinlik yaratdığından, çoxları “machine code”-un çox sadələşdirilmiş halı olan indiki gördüyümüz proqramlaşdırma dillərindən istifadə edirlər. Ona görə bizim yerdə qalır bir yolumuz. Tərcüməçi-dən yardım almaq.

Translator “machine code”-dan fərqli dillərdə yazılan kodu(source code) “machine code”-a(object code) çevirmək üçün istifadə olunur. Bu translator-un müxtəlif növləri və hərəsinin öz yaxşı və pis cəhətləri var. Buna görə də müxtəlif məqamlarda istifadə olunurlar.

Assembler

Bayaq da qeyd etdiyimiz kimi, kompüterlərin anladığı tək dil “machine language”-dir. Lakin insanların sadəcə 1 və 0-larla proqram yazması çox çətin olduğundan, əvvəlcə insan dilinə daha yaxın olan assembly language yaranmasına ehtiyac yaranıb. Lakin hələ də, bizim indiki bildiyimiz proqramlaşdırma dillərindən — Python, Java, C++ daha az insan dilinə yaxın dildir. Bu dillərlə müqayisədə eyni əmri assembly language-də daha çox sətir kodla ifadə edirik. Beləliklə, artıq bu dil çox istifadə edilmir.

Buna baxmayaraq erkən kompüter proqramlarının çoxsu və indiki bəzi texniki applikasiyalar bu dildə yazılıb. Bəs bu kodları kompüter necə anlayır?

Bayaq da qeyd etdiyimiz kimi, bunun üçün bizə hər iki dildə bilən bir “tərcüməçi” lazimdır. Həmin bu “tərcüməçi” assembler adlanır. Bu proqram assembly language-də yazılan kodları(source code) bir-bir analiz edərək onları machine code-a(object code) tərcümə edir.

Assembler-ə aid xarakteristikalar :

— Assembler əvvəlcə bütün proqramı bir-başa tərcümə edir və yalnız ondan sonra proqramı “run” edir.

— Error-lar proqram “run” edilmədən öncə göstərilir.

— Sadəcə bir dəfə proqram tərcümə edilir, yenidən işlədildiyi zaman təkrar tərcümə etməyə ehtiyac qalmır.

— Az yaddaşa ehtiyac duyulur.

Assembler-lərə nümunə olaraq NASM, MASM, FASM göstərə bilərik.

  • MASM(Microsoft Assembler) — Windows üçün popular istifadə olunan assembler.
  • NASM(Netwide Assembler) — Linux üçün popular olan assembler, yalnız Windows üçün də istifadə oluna bilər.
  • FASM(Flat Assembler) — Həm Windows, həm də Linux üçün istifadə oluna bilər.

Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompyuterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.

  • Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
  • Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
  • Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.

Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. Proqramçının başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompyuterdə translyatorlar və kompilyatorlar olur.

Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, kompyuterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın başa düşüləndir. Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək

  • Aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.),
  • Yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.).
  • Ada – Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974-1980-ci illərə təsadüf edir.
  • Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompyuterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.
  • Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.
  • C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.
  • C++1980-cı ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.
  • C# – C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
  • Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.
  • JAL – Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.
  • Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır. Java С++ proqram dili əsasında əlavələrin işlənməsini sadələşdirir.
  • LISP – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır
  • Lua – 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
  • Objective-C – yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
  • Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
  • Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
  • PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
  • Prolog – Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.
  • Python – 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.
  • Ruby – Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.
  • Scheme – Funksional proqramlaşdırma dili olub. 1975-1980-cı illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.
  • Delphi – Pascal dilinin əsasında yaradılmış dildir.
  • Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.
  • SQL (Structured Qquery Language) – sorğuların strukturlaşdırılmış dili olub, güclü riyazi nəzəriyyəyə əsaslanır və yazılar qrupunu idarə etməklə VB-nın effektiv işlənməsini yerinə yetirir. Praktiki olaraqSQL dilindən başqa hər bir VBİS-də, özünün unikal dili mövcuddur. VBİS-nin unikal dilini digər sistemlərə tətbiq etmək mümkün deyil.
  • Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
  • HTMLweb-səhifələrin hazırlanmasında istifadə edilən populyar dildir.
  • XML – Həm insanlar həm informasiya əməliyyat sistemləri tərəfindən asanca oxuna biləcək sənədlər yaratmağa yarayan dildir.
  • PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
  • Java – 1995-ci ildə Sun Microsystems şirkəti tərəfindən yaradılmışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.