Proqramlaşdırmanın əsasları Object pascalda əsas proqram elementləri
Cədvəl 1. Proqram içərisində istifadə olunan xüsusi simvollar
Proqramlaşdırma
Mart ayının 18-dək qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Kibertəhlükəsizlik və Etik hacker təlimi 250 AZN deyil, 150 AZN və Full Stack Veb Proqramlaşdırma təlimi isə 250 AZN deyil, 145 AZN olacaq! Kibertəhlükəsizlik
Mart ayının 18-dək qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Full Stack Veb Proqramlaşdırma təlimi 250₼ deyil, 145₼ olacaq. Full Stack Veb Proqramlaşdırma təlimində əldə edəcəkləriniz: 1.Peşəkar şəkildə hazırlanmış
Peşəkar Veb developer olmaq istəyənlərin nəzərinə! 0-dan başlayaraq peşəkar mütəxəssis səviyyəsində formalaşmanız üçün proqramlaşdırma dillərini peşəkarlardan öyrənməyin vaxtıdır! Mart ayının 18-dək qeydiyyatdan keçən
C, C+, C#, Java SE, Java EE və Python proqramlaşdırma dillərini və Oracle VBİS 19c (azərbaycan, ingilis, rus dillərində) əyani və ya Skype-la online tədris edirəm. Tələbə olanlara gündəlik tapşırıqların və layihələrinin
Kurslarımız veb üzrə texniki təhsili və ya iş təcrübəsi olmayan insanlar üçün də. veb proqramlaşdırma mütəxəssisi peşəsinə yiyələnməyə kömək edəcək. Həm bu sahədə hələ işləməmiş insanlar, həm də biliklərini
Front end developer kursu ərzində siz vebsaytların və proqramların yaradılmasını, interfeyslərin dizaynını və Front end kursu proqramına daxil olan proqramlaşdırma dillərində işləməyi öyrənəcəksiniz. Kursumuz heftede 3
7-15 yaş aralığında olan övladlarınızın gələcəyin Python üzrə mütəxəssis kimi formalaşmağını istəyirsinizsə, bizə müraciət etməyin tam zamanıdır! Python proqramlaşdırma təlimi 5 ay müddətində peşəkar təlimçi heyəti
Mobile App (Android) Proqramlaşdırma – MyApp Kodlaşdırma Akademiyasında ilk gündən etibarən siz proqramçıların dünyasına daxil olursunuz və öz təhsilinizi gerçək proqram təminatlarıyla birlikdə bir proqramçı olaraq
Java təlim proqramına daxildir: Java platformasının təsnifatı və əsas imkanları Java dilinin təkamülü Software Architecture MySQL-in Javada istifadəsi Desktop proqramlaşdırma-SWING JDBC Java Swing (Desktop
Python ve SQL proqramlaşdırma təlimi proqramına daxildir: Python-un qurulması Python-un sintaksisi Fayllar ilə çalışmaq Python-un webde rolu Kali Linux təməl əmrləri Sql əmrləri Sql injection nədir və qarşısının
Peşəkar Back-End developer olmaq istəyənlərin nəzərinə! Yanvar və Fevral ayları ərzində qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Back-End Proqramlaşdırma təlimi 250₼ deyil, 145₼. Təlim müddəti 4 ay Back-End təlim
Peşəkar Veb developer olmaq istəyənlərin nəzərinə! Yanvar və Fevral ayları ərzində qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Full Stack Veb Proqramlaşdırma təlimi 250₼ deyil, 145₼ olacaq. 0-dan başlayaraq peşəkar
15 yaş və daha böyüklər üçün Flutter ilə mobil proqramlaşdırma dərsləri keçilir. Online həftədə 3 dəfə. Əlaqə üçün nömrənin whatsappı ilə əlaqə saxlayın.
Mart ayının 18-dək qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Kibertəhlükəsizlik və Etik hacker təlimləri 250₼ deyil, 150₼ olacaq. Dərslər peşəkar təlimçi heyəti tərəfindən praktiki əsaslarla keçirilir. Təlim 0-dan
Mart ayının 18-dək qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Kibertəhlükəsizlik və Etik hacker təlimləri 250₼ deyil, 150₼ olacaq. Dərslər peşəkar təlimçi heyəti tərəfindən praktiki əsaslarla keçirilir. Təlim 0-dan
Peşəkar Back-End developer olmaq istəyənlərin nəzərinə! Mart ayının 18-dək ərzində qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Back-End Proqramlaşdırma təlimi 250₼ deyil, 145₼. Təlim müddəti 4 ay Back-End təlim
Kurs Android və iOS tətbiq yazmaq istəyən və bu sahəyə yeni olan tələbələr üçün nəzərdə tutulub. Kurs müddətində Dart proqramlaşdırma dili, Flutter ilə Android və iOS proqramlarının yazılması, Firebase və digər
Bütün kompüter kursları tək bir ünvanda cəmlədik Corel Draw, Photoshop kursu 80 azn Autocad Archicad kursu 80 azn 3ds Max, Vray kursu 80 azn 1C Kursları 150 azn Adobe Premiere kursu 170 azn Adobe illustrator kursu, 100
Proqramçı olmaq istəyənlər üçün yeni sezon endirimi başladı! Aylıq cəmi 120 azn ödənişlə proqramlaşdırma öyrənə bilərsiniz! Qiymət qrup şəklində 120 azn, fərdi şəkildə isə 200 azn təşkil edir. Dərs müddətində real işlər
Hərkəsə salam. 0-dan Frontend proqramlaşdırma təliminə start verirəm. Təlimə nələr daxildir ? – HTML – CSS – SASS (SCSS) – BOOTSTRAP – JAVASCRIPT – React JS – GİT , GİTHUB Kursun müddəti 6 aydır .
İnformatika fənni üzrə MİQ imtahanına və qəbul imtahanına hazırlaşan namizədlər üçün tam proqramı əhatə edəcək Python proqramı: 1. Python – ümumi anlayışlar 2. Python – ilk kod və struktur 3. Məlumat tipləri və
Fərdi olaraq həftədə 3 dəfə 2 saat olmaqla onlayn Java üzrə proqramlaşdırma öyrədirəm. Dərs paketinə aşağıdakılar daxildir: – Java SE-yə aid bütün mövzular – Alqoritm qurma məntiqinin izahı – Ev tapşırıqlarıyla mövzunun
Full Stack Javascript Dersler Online Sekilde Kecirilir Bu dərslər boyunca siz Javascript Proqramlaşdirma dilini həm front end və backend olaraq öyrənmiş olacaqsiniz. dərslər boyunca keçiriləçək javascript kitabxanalari
Yanvar və Fevral ayları ərzində qeydiyyatdan keçən şəxslər üçün Peşəkar Kibertəhlükəsizlik və Etik hacker təlimləri 250₼ deyil, 150₼ olacaq. Dərslər peşəkar təlimçi heyəti tərəfindən praktiki əsaslarla keçirilir
Ölkədə ilk dəfə Zbrush proqramı “Future Learn Academy” də tədris olunur. Təlimçimiz Emin Savaylov 13 illik iş təcrübəsinə malikdir. GAİD (Gök Kuşağı Mimari Dizayn) təşkilatının üzvüdür, İstanbul Hava Limanı
C, C+, C#, Java və Python proqramlaşdırma dillərini (azərbaycan, ingilis, rus dillərində) əyani və ya Skype-la online tədris edirəm. Tələbə olanlara gündəlik tapşırıqların və layihələrinin yerinə yetirilməsində və
7-15 yaş aralığında olan övladlarınızı gələcəyin uğurlu Veb dizaynerlərindən edə bilərsiniz! Veb dizayn təlimi 4 ay müddətində tədris edilir. Təlim proqramına daxildir: – HTML (Proqramlaşdırma dili) – CSS
Endirim başladı! Qrup qiymətinə fərdi hazırlıq keçirilir. Nələri öyrənəcəksiniz? Html Css Javascript Axios Bootstrap ReactJs İlkin SEO bilikləri Nələri bacaracaqsınız? Sərbəst veb sayt şablonları
Digər elanlar
proqramlaşdırma
proqramlaşdırma kurslari 2023 , Bakida proqramlaşdırma kurslar, proqramlaşdırma dərsləri ucuz qiymete proqramlaşdırma kurslar keçirilir . proqramlaşdırma xidmeti. Azerbaycanda ucuz qiymete proqramlaşdırma . Online hazirliq kurslari.
Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə
Proqramlaşdırmanın əsasları Object pascalda əsas proqram elementləri
Delphi proqramlaşdırma sahəsində ən effektiv alətlərdən biri olmaqla yanaşı eyni zamanda mürəkkəb proqramlaşdırma strukturuna malikdir. O Windows əməliyyat sistemində ən çox geniş yayılmış proqram mühitidir. Delphi obyekt-yönümlü struktura malikdir və əsasən Object Pascal dilində proqram qurulması nəzərdə tutulmuşdur. Onun köməyi ilə nəyinki Windows üçün eyni zamanda digər əməliyyat sistemləri üçün proqramlar yaratmaq olar. Delphi-nin belə geniş yayılmasının əsas səbəbi onun vizual proqramlaşdırma sahəsində yüksək sürətə malik olması və ondan istifadə olmasının sadəliyidir. Вizual proqramlaşdırmanın üstünlüyü ondan ibarətdir ki, verilənlərin ekranda təsvirinə və ya onların diskdə yadda saxlanılmasına çox vaxt itirmədən qoyulan məslənin tam proqramlaşdırılmasına imkan verir. Delphi sistemi VCL vizual komponentlərin kitabxanasının köməyi ilə onda vizual proqramlaşdırmanın imkanlarını təmin edir. Ümumiyyətlə Delphi müasir proqramlaşdırmanın yeni texnologiyasının özündə cəmləşdirməsi proqramlaşdırmanın keyfiyyətini artırır və geniş istifadəçi kütləsini əhatə edərək yüksək istehsal gücü olan proqramların yaradılmasına imkan verir. Son zamanlar Delphi ayrıca bir proqramlaşdırma dili kimi sayılır. Ancaq demək olar ki, Delphi dilinin əsas bazasını Object Pascal təşkil edir. Ona görə də Delphi mühitində proqramladırmaq üçün ilk növbədə Object Pascal dili haqqında ətraflı biliyə malik olmaq lazımdır. Pascal dili ən geniş yayılmış alqoritmik dillərdən biri olmuşdur. Pascal dili ilk olaraq 1968 ildə Niklaus Wirth tərəfindən yaradılmış və inkşaf etdirilmiş yüksək səviyəli bir proqramlaşdırma dilinə çevrilmişdir. Lakin bu dildə proqramlar ДOS əməliyyat sistemi üçün yazılır. Hal-hazırda bu dilin Object Pascal versiyası cox inkşaf etdirilmişdir və əsasən mühəndis, iqtisadi və digər məsələlərin həllinin proqramlaşdırılmasında istifadə olunur. Ayrıca Object Pascalın “Borland Pascal for Windows” versiyası windows əməliyyat sistemində program yazmağa imkan verməsi ve Delphinin baza dilinin Pascal olması onun yüksək səviyyəli dillərdən olduğunun göstəricisidir. p ascalda yazılan proqramların ən böyük özəlliyi onun asan oxunmasıdır. Pascalın ən önəmli özəlliklərindən birisi də yazılmış proqram parçalarının problemsiz bir proqramda birləşdirərək onun icra etməsidir. Object Pascal mühitində yazılmış proqramlar, onu icra edən üç əsas bölümdən ibarət olub ayrı-ayrı əmrlər blokunu təşkil edir. Hər pascal proqramının əsas hissəsi mütləq bir Begın ehtiyat sözü ilə başlayır və End. sözü ilə bitir. (Qeyd etmək lazımdır ki, End -dən sonra nöqtə qoyulmalıdır. Pascal proqramı üçün bu proqramın bitdiyi yer anlamına gəlir.) Əğər proqram içərisində eynı blok içərisində yeni proqram parçası varsa bunları bir Begın – End bloku içərisinə yazmaq olar. Bu zaman End əmrindən sonra nöqtəli vergül (;) qoyulmalıdır. Beləliklə Pascalda bir programın yazılişı ayrı-ayrı əmrlər blokundan ibarətdir və aşağıdaki kimi təsvir olunur:
2. Tanıtma Bloku
Qeyd: Nəzərə alın ki, bu kitabda “Pascal” termini kimi Object Pascal xüsusi variantı başa düşülür.
Müəyyən bir məsələni həll etmək üçün bir və ya bir neçə əmrlərdən ibarət proqram parçasına blok deyilir.
Bir Pascal proqramının yazılış strukturu aşağıdakı kimidir:
P rogram adı (* Program başlığı. Buraya yazılanların Programın adı
proqrama təsiri olmur *)
İstifadə olunan unit (modul)proqramlar
Sabitlərin göstərilməsi Tanıtma bloku
Nişanlar (Goto əmri üçün)
Əsas proqram kəsimi
. Ana Program Bloku
Daha doğrusu yuxarıda göstərilən quruluşdan göründüyü kimi proqramın ilkin mətni sətirlər ardıcıllığı şəklində təsvir olunur, bu zaman sətirlər mətni istənilən mövqedən başlaya bilər. Proqram başlıqdan və bloklardan ibarətdir.
Başlıq proqramın başlanğıcında yerləşir və aşağıdakı şəkildə olur:
Program [Proqramın adı];
Blok iki hissədən ibarət olur: verilənlərin təsviri hissəsi və əsas hissə. Verilənlərin təsviri hissəsində proqramın elementlərinin təsviri, əsas hissədə isə qoyulan məsələnin həlli üçün tələb olunan nəticəni almağa imkan verən proqramın icra əmrləri ifadə olunur.
Ümumi halda verilənlərin təsviri hissəyə aşağıdakı bölmələr daxil edilir:
- verilənlərin tiplərinin təsviri;
- sabitlərin elan edilməsi;
- dəyişənlərin elan edilməsi;
- modulların qoşulması;
- nişanların elan edilməsi;
- prosedur və funksiyaların təsviri.
İndi yuxarıda yazılan bölmələri qısaca araşdıraq. Beləliklə proqramın ümumi şəkildə strukturunu aşağıdakı kimi izah etmək olar:
; Bu əmrdən sonra proqrama ad vermək üçün hər hansı bir söz yazılır. Nəzərə alın ki, bu adı yazmamaq da olar.
ə mrlər bölməsi Begin ehtiyat sözü ilə başlayır və əmrlər müxtəlif sətirlərdə yazılaraq bir-birindən nöqtəli vergüllə ayrılır. Bölmə End ehtiyat sözü ilə qurtarır, sonda nöqtə qoyulur.
Nəzərə almaq lazımdır ki, proqramın tanıtma blokunda yazılan Type, Const, Label ve Var bölümlərindəki göstərilən verilənlər proqramın bütün hissələrində yerinə yetirilir.
Object Pascal alqoritmik dilin özəl simvolları
Pascal proqramı içərisində 53 hərf – A-dan Z-ə qədər böyük və a-dan z-ə qədər kiçik ingilis əlifbasının hərfləri və altından xətt çəkmə (_) işarəsi, 10 rəqəm – 0 -dan 9-a rəqəmlər, onaltılıq say sistemindəki rəqəmləri (Hexadesimal) ifade etmek için 0 -dan 9-a qədər rəqəmlər ilə A-dan F-ə qədər böyük hərflər və a-dan f-e küçük hərflər istifadə olunur. Bundan başqa proqram içərisində tək başına istifadə olunan xüsusi simvollar vardır. Burada 23 xüsusi simvol + – * / = [ ] .,( ) : ; @ < >( > $ # və boşluqdan ibarətdir. Xüsusi simvolların kombinasiyası aşağıdakı kimi simvollar birləşmələrini təşkil edirlər:
Cədvəl 1. Proqram içərisində istifadə olunan xüsusi simvollar
Case-Of əmrində sabit ədəddən sonra işlədilir.
Dəyişən və sabit ədədlər: Proqramda verilənlərin hər bir elementi ya sabit (konstant), ya da dəyişən olur. Hər bir dəyişən adı və tipi ilə göstərilir. sabitlər (Konstantlar) sadə sabitlər və ya tipi göstərilmiş sabitlər şəklində ifadə oluna bilər. Sadə sabitlərdən fərqli olaraq, tipi göstərilmiş sabitlər təsvir olunarkən həm sabitin tipi, həmdə qiyməti göstərilir. Faktiki olaraq tipləşdirilmiş sabitlər ilkin qiymətlərini almış dəyişənlərdirlər. Nəzərə almaq lazımdır ki, proqramın icrası zamanı sadə sabitlərdən fərqli olaraq tipləşdirilmiş sabitlərın qiymətləri dəyişdirilə bilər.
Cədvəl 2. Sabit və Dəyişən ədədlər nümunəsi
| Sabit ədədlər nümunəsi | Dəyişən ədədlər nümunəsi |
| Const | Var |
| Pi_Sayisi = 3.1415; | Yas : shortint; |
| Bu_il = 1999; | BOY : byte; |
| Tarix = ’29/10/11999′; | SAYI : integer; |
| iSim = ‘Nazim’; | BuyukSayi : longint; |
| SOYAD = ‘Rustamov’; | Para : real; |
| YAS =20; | Pi : real; |
| Mesaj = ‘Devam etmek için bir düyməyə basın. ‘; | Sayqac : word; |
| Avagadro_ədədi= 6.02E23; | Nufus : single; |
| Cosinus_45_dərəcə= 0.7071067; | sayi2 : double; |
| TelefonNömrəsi = ‘4769420’; | Yeni : byte; |
Təsadüfi ədədlər: Tam əbədlərə Random(x) – təsadüfi ədədlər “funksiyasını da aid etmək olar. Bu fıınksiya icra olunduqda [0, x-1] intervalında bərabər paylanmış təsadüfi ədədin qiymətini alacaqdır. Random(x) funksiyasmdan istifadə etməmişdən qabaq Randomize prosedurunu icraya çağırmaq məsləhət görülür. Randomize təsadüfı ədədlər generatorunu aktivləşdirməmişdən qabaq Random(x) funksiyasına müraciət olunsa, bu fiınksiya [0, x-l] intervalından təsadüfi hər hansısa qiyməti alacaqdır. Lakin, bu zaman hər dəfə təsadüfi götürülən ədədlərin ardıcıllığı eyni olacaqdır.
Beləliklə təsadüfi ədədlər çoxluğunu almaq üçün Random funksiyasından istifadə olunur və aşağıdakı kimi yazılır:
function Random [ ( Range: Integer) ];
Random funksiyasına parametrsiz müraciət olunursa onda, o ədədin qiymətini 0 Sətir üzərində əməliyyatlar aparmaq üçün funksiyalar
| Funksiyalar | Əməlyyatlar |
| Length (S): Integer | S dəyişən adlı yazılmış sətrin uzunluğunu təyin edir; |
| Copy (S; Index, Count: Integer):String | verilmiş S sətrindən Index nömrəli simvoldan başlayaraq göstərilən sayda simvolların surətini çıxarır; |
| Concat (s1 [, s2, …, sn]: String | verilən n sayda sətirləri birləşdirir; |
| Ros (Substr: String; S: String): Integer | S sətrində daxil edilmiş Substr altsətrini axtarır və başladığı mövqenin nömrəsini qaytarır; əgər altsətir tapılmazsa, onda 0 qaytarır; |
Bundan başqa əməliyyatlar aşağıdakı prosedurlardan ibarətdir:
Cədvəl 4. Sətir üzərində əməliyyatlar aparmaq üçün prosedurlar
| Prosedurlar | Əməliyyatlar |
| Insert (Sourse: String; var S: String; Index: Integer) | S sətrinə Index nömrəli simvoldan başlayaraq Sourse altsətrini əlavə edir; |
| Delete(var S: String; Index, Count: Integer) | S sətrindən Index nömrəli simvoldan başlayaraq Count sayda simvolları silir; |
| Val(S; var V; var Code: Integer) | sətirin S simvolunu bu dəyişənin tipi ilə təyin olunan tam və həqiqi V dəyişəninin daxili təsvirinə çevirir; əgər çevirmə düzgün olarsa, Code parametri 0 olar və bu halda çevirmə nəticəsi V-də yerləşdirilir, əks halda o, S sətrindəki səhv simvolun aşkar edildiyi mövqenin nömrəsini alır və bu halda V-in tərkibi dəyişilir; S sətrində aparıcı boşluqlar olmamalıdır; |
| Str(X: [Width [ : Decimals] ]; var S) | X ədədini S simvollu sətirə çevirir. |
Nişanlar: Bəzən proqramın hər hansı əmrinə digər əmr vasitəsilə müraciət etmək üçün bu əmrin yazıldığı sətir xüsusi nişanla (və ya etiket adlandırmaq olar) nişanlanır. Bu nişan həmin sətirdəki operatorlardan iki nöqtə ilə ayrılır. Nişan kimi 0- 9999 diapozonunda dəyişən natural ədəddən və ya identifikatordan istifadə etmək olar.
Şәrh: Şərh özündə proqramın istənilən yerində yazıla bilən izahlı mətndir və həmin mətn istənilən dilin simvollarından ibarət ola bilər. Proqram mətni daxilində şərh vermək üçün müəyyən hissəni soldan və sağdan < >və ya (*,*) simvolları ilә mәһdudlaşdırmaq lazımdır. Yəni şәrһ soldan və sağdan < >və ya (*,*) simvolları ilә mәһdudlaşdırılmış һissәyə deyilir. Sətrin əvvəlində bir sətirli şərh ikili sleşdən – // ibarət olur. Şәrһ proqramda sırf mәlumat xarakteri daşıyır. Şərh proqramın yerinə yetirilməsinə heç bir təsir göstərmir. Transilyator ona һeç bir reaksiya vermir, daha doğrusu onu maşın koduna çevirmir. O yalnız proqramın mәtni ekrana çıxdıqda, Kod Redaktorunda ekrana çıxır, çap olunduqda isә çap olunur. Məsələn:
S:=0;
for n:=1 to 100 do
// if n=10 then p:=p*n
Burada dövrün daxilində olan if şərti əmri şərh kimi təsvir olunduğundan icra olunmur. Onu da bilmək lazımdır ki, şərh Kod Redaktorunda solğun hərflərlə göstərilir.
Proqramlaşdırma sistemləri
5.3. Proqramlaşdırma sistemləri
EHM-lərin ilk inkişaf mərhələsində proqramlaşdırma maşın dilində idi. Bu, çox
çətin, böyük zəhmət tələb edən iş idi. O vaxt hər maşının özünəməxsus dili var idi. Bu
dildə yazılmış proqramı oxumaq mümkün deyildi. Buna görə də səhvi tapmaq müşgül
məsələ idi.
Proqramlaşdırma texnologiyasında ilk tərəqqi əməliyyatın kodu və verilənin ünvanı
əvəzinə adlardan istifadə ideyası ilə bağlıdır. Bu, proqramın oxunuşunu və redaktəsini
köklü şəkildə asanlaşdırdı. Bu ideya üzrə yazılan əmrlər dili Assembler dili adlanır.
Lakin Assembler dili də birbaşa maşının konstruksiyasına bağlandığından, dil fərqi
problemi həll edilməmiş qaldı. Həm də Assembler dilində yazılmış proqramı kompüter
bilavasitə istifadə edə bilmir. Bu problemi translyator həll etdi. Assemblerdən az sonra
yüksək səviyyəli dillər, ilk olaraq Fortran, Cobol, sonra Alqol–60 alqoritmik dili yarandı.
Proqramlaşdırma dilləri: ixtisaslaşdırılmış və universal olmaqla 2 yerə bölünür.
İxtisaslaşdırılmış dillər xüsusi sinif məsələlərin həlli üçündür. Universal dillər hər cür
məsələni həll etməkdən ötrüdür. Universal dillər, şərti olaraq, sadə və mürəkkəb dillərə
bölünür. Sadə dillərə: Paskal, C və Basic, mürəkkəb dillərə: Ada, Modula–2, Algol–68,
C++ aiddir.
Paskal 1970-ci ildə Algol–60 dilinin ideyaları əsasında, tədris məqsədi ilə yaradılsa
da, geniş praktiki tətbiq tapdı.
69
Alqoritmik dilləri, həmçinin, prosedur və qeyri-prosedur dillərinə bölürlər. Prosedur
dillərində alqoritm ayrı-ayrı əməliyyatlar ardıcıllığı kimi təsvir edilir. Qeyri-prosedur
dillərində proqramın məqsədi formalaşdırılan kimi məsələnin həll alqoritmi avtomatik
tərtib edilir. Qeyri-prosedur dillərinə Prolog və Planner misal ola bilər.
Proqramlaşdırma dillərinin ən vacib anlayışlarından biri dəyişən anlayışıdır.
Dəyişən, müraciət gözləyən verilənin yerləşdiyi yaddaş yuvasının məzmunudur ki, bu da
proqramın gedişində dəyişikliyə uğrayır. İkinci vacib anlayış dəyişənin tipi anlayışıdır.
Prosedur proqramlaşdırma dillərinin mühüm elementi operatordur. Bu proqramlar
operatorlar ardıcıllığı kimi tərtib edilir.
Məsələnin maşında həlli aşağıdakı mərhələlərdən keçir:
Proqramı tərtib ediləcək məsələnin qoyuluşu, məqsədin, şərtləin və funksiyaların
formalaşdırılması;
Proqramın ümumi sxeminin qurulması;
Formal (riyazi) modelləşdirmə, yəni, məsələnin düsturlaşdırılması və verilənlərin
modellərinin qurulması;
Məsələnin metodiki həlli;
Müəyyən dildə, məsələn, blok-sxem dilində və ya bilavasitə proqramlaşdırma
dilində alqoritm tərtibi;
Proqram mətninin tərtibi;
Proqram komponentlərinin testləşdirilməsi və sazlanması;
Proqramın sınaq istismarı;
Proqramın praktiki istifadə üçün tətbiqi.
Proqramın layihələşdirilməsi tərtib edilən proqramın məqsəd və funksiyalarının
ardıcıl surətdə xırdalaşdırılıb dəqiqləşdirilərək modullara çevrilməsi prosesini ifadə edir.
Layihələşdirmə: prosedur-istinad və verilən-istinad olmaqla 2 metodla həyata keçirilir.
Prosedur-istinad metodunda proqramın quruluşu məsələnin funksional sxemini təkrar
edir. Verilən-istinad metodunda ilk növbədə obyektin tam funksional təsvirini verən
verilənlərin quruluşu müəyyən edilir.
70
Mürəkkəb məsələlərin həll alqoritmini qurarkən 2 üsuldan istifadə edilir: yuxarıdan-
aşağı təhlil və aşağıdan-yuxarı sintez. Təhlil zamanı ümumidən xüsusiyə, sintez zamanı
isə xüsusidən ümumiyə doğru hərəkət edilir.
Obyekt-istinad proqramlaşdırması prosedur-istinad və verilən-istinad metodlarını
vahid tam halında birləşdirir. Burada əsas anlayış sinif anlayışıdır. Hər sinif bir real
obyektin modeli olub, həmin obyekti təsvir edən məlumatları saxlayır və onların emalına
icazə verir. Məsələn Verilən bazası üçün axtarış, əlavəetmə, dəyişdirmə və təqdimetmə
kimi prosedurlarının hər biri bir obyektə verilən xassədir.
Proqramlaşdırma sistemi dedikdə, bir və ya bir neçə proqramlaşırma dilindən
istifadə etməklə proqram üzərində aparılacaq bütün iş mərhələlərinin icrasına imkan
verən instrumental proqram vasitələri nəzərdə tutulur.
Proqramlaşdırma sistemi aşağıdakıları əhatə edir:
Proqram mətnini yazmaq və modifikasiya etmək üçün mətn redaktoru;
Verilmiş dildə mətn translyatoru;
Proqramı kompanovka edici;
Proqramı icra edən;
Standart prosedur və funksiyalar kitabxanası;
Proqram sazlayıcı.
Proqram sazlanmasının bütün mərhələlərini birləşdirən proqram kompleksinə
proqramlaşdırma mühiti deyilir.
Borland firmasının Turbo Pascal adlı proqramlaşdırma mühiti geniş yayılmışdır.
5.4. Obyektyönümlü proqramlaşdırma
5.4.1. Obyektyönümlü vizual proqramlaşdırmanın əsasları
Visual Basic və Visual Basic for Applications adlı obyekt-istinad proqramlaşdırma
dillərində yazılmış proqram əlavələri obyektlərdən qurulur. Hazır obyektlər bir proqram
kitabxanası təşkil edir ki, həmin kitabxana sözügedən proqramlaşdırma sistemlərinin
tərkibinə daxildir.
Obyekt-istinad proqramlaşdırma sistemləri hazırlanacaq proqram əlavəsinin qrafik
interfeysini yaratmağa, yəni prosesi vizuallaşdırmağa, gözlə görünən etməyə imkan verir.
71
Çünki bu sistemlər özlərinin dialoq pəncərəsinin köməyi ilə obyekt yaratmağa və ona
müəyyən xassələr verməyə imkan yaradır.
Proqram obyektlərinin qarşılıqlı fəaliyyəti və dəyişməsi proqram kodu ilə təsvir
edilir. Proqram kodları xətti, budaqlanan və dövr quruluşlarından istifadə edilməklə
hazırlanır. Beləliklə, obyektlər həmin alqoritmik strukturların icraçısına çevrilirlər.
5.4.2. Obyekt sinifləri, sinif nüsxələri və obyekt ailələri
Obyekt-istinad proqramlaşdırmasının əsas vahidi proqram obyektidir ki, bu da
obyektə aid verilənləri (xassələri) və həmin verilənlərin işlənməsi vasitələrini (metodları)
özündə birləşdirir. Obtekt – isim, xassə – sifət, metod – feil kimidir. Proqram obyektləri
xassələrə malikdir, metodlardan istifadə edə bilir və hadisələrə reaksiya verir.
Obyekt sinifləri. Obyekt sinifləri xassələr, metodlar və hadisələr yığımını müəyyən
edən şablonlardır. Obyektlər həmin şablonlar üzrə yaradılır. Visual Basic dilində proqram
əlavəsinin qrafik interfeysini reallaşdıran obyekt sinifləri əsasdır. VBA dilində yüzdən
artıq müxtəlif obyekt siniflərindən istifadə edilir ki, bunlar da Windows&Office mühitində
mövcuddur. Hər iki dildə əlavə proqram obyektləri kitabxanalarını və proqramçının özü
tərəfindən yaradılmış obyekt siniflərini daxil etmək imkanı vardır. Hər bir obyektlər sinfi
özünəməxsus xassələr, metodlar və hadisələr yığımına malikdir. Məsələn, Word –də
―sənəd‖ obyektlər sinfi mövcuddur ki, bu da aşağıdakı yığımları özündə birləşdirir:
xassələr: ad (Name), tam ad (Full Name) və s;
metodlar: sənədi: aç (Open), çap et (PrintOut), saxla (Save) və s;
hadisələr: sənədin açılması (Document_New()), sənədin bağlanması (Docu-
ment_Close()) və s.
Sinif nüsxələri. Obyekt sinifləri şablonu üzrə yaradılmış obyekt sinif nüsxəsi adlanır
və verilmiş sinfə aid bütün xassə, metod və hadisə yığınlarına varis olur. Hər bir nüsxə
verilmiş sinif üzrə unikal (təkrar olunmayan) ada malik olur. Məsələn, Document
(―Azər.doc‖).
Bütün sinif nüsxələri eyni xassələrə malik olsalar da xassələrinin qiymətləri fərqli
olur. Məsələn, Word-də Document sinfinə aid olan müxtəlif disklərdə, müxtəlif
kataloqlarda, müxtəlif adlı bir neçə sənəd açılmış ola bilər:
Obyektin adı
Obyektin xassələri və onların qiymətləri
72
FullName (tam adı)
Path (yol)
Azər.doc
C:\Kurs\Azər.doc
C:\Kurs\
Azər.txt
D:\ Azər.txt
D:\
Göründüyü kimi, Azər.doc C: diskində, Kurs kataloqunda, Azər.txt obyekti isə D:
diskində kök kataloqda yerləşir.
Obyekt ailələri. Bir sinfə aid olan açılmış obyektlər bir ailə yaradır. Ailə Documents
() kimi işarə edilir. Ailədəki obyektə müraciət ad və ya indeks vasitəsilə həyata keçirilir.
Adla müraciət: Documents (―Azər.doc‖)
Sənədin ayrılmış fraqmentinə daxil olan bütün simvollar (Selection obyekti)
Characters () ailəsinə daxildir. Simvola müraciət onun indeksi vasitəsi ilə həyata keçirilir:
Characters (7).
5.4.3. Obyektlər: xassələr, metodlar, hadisələr
Obyektlərin xassələri (Properties). Hər bir obyekt müəyyən xassələr yığımına malik-
dir ki, bunların da başlanğıc qiymətlərini dialoq pəncərəsindən təyin etmək mümkündür.
Xassənin qiymətini proqram kodunda da dəyişmək olar. Bunun üçün: Obyekt.Xassə =
QiymətXassə təlimatına əməl etmək lazımdır. Məsələn, fərz edək ki, mətnin ayrılmış
fraqmentində (Selection obyekti) birinci simvol (Characters (1) obyekti) yarımqalın
olmalıdır, yəni Bold xassəsi verilməlidir. Bold xassəsi verilərkən xassənin qiyməti True,
əks halda False olacaqdır. Simvola Bold xassəsinin verilməsi üçün: Selection.Characters
(1). Bold = True yazmaq lazımdır.
Adətən obyektin bir neçə xassəsi olur. With…End With təlimatından istifadə etməklə,
obyektə bir neçə xassəni bir dəfəyə mənimsətmək olar. Bunu etmək üçün:
With Obyekt
.Xassə1 = QiymətXassə1
.Xassə2 = QiymətXassə2
.
.XassəN = QiymətXassəN
End With
yazmaq kifayətdir.
73
Məsələn, 10 simvoldan ibarət olan ayrılmış mətn fraqmentinə ―yarımqalın kursiv‖
vermək üçün aşağıdakı proqram kodundan istifadə etmək olar:
For I=1 to 10
With Selection.Characters (I)
.Bold = True
.Italic = True
End With
Next I
Obyekt metodları (Methods). Obyektin hər hansı əməli icra etməsi üçün onun malik
olduğu metodlardan biri tətbiq edilməlidir. Bir çox metodlar icra ediləcək əməliyyatların
parametrlərini daxil etməyə imkan verən arqumentlərə malikdir. Arqumentlərə konkret
qiymət vermək üçün := işarəsindən, arqumentləri bir-birindən ayırmaq üçün isə vergüldən
istifadə edilir. Metoda da, xassəyə müraciət edildiyi kimi, nöqtəli notasiya
97
ilə müraciət
edilir, yəni, metod sözündən əvvəl nöqtə qoyulur:
Obyekt.Metod arq1:=qiymət, arq2:=qiymət
Məsələn, açılmış Word sənədinin diskdə saxlanması üçün arqumentsiz Save
metodundan istifadə edilir:
Documents (―Azər.doc‖).Save
Word sənədini açmaq üçün:
Documents ().Open FileName:=‖C: \Kurs\Azər.doc‖ yazmaq, yəni, yolu da
göstərmək lazımdır.
Azər.doc sənədinin ilk 3 səhifəsini çap etmək üçün bir-neçə arqumentli PrintOut
metodundan istifadə edilir. Bu halda Range (çap diapazonunun formatını verir), From və
To (çap ediləcək başlanğıc və son səhifələrin nömrələrini) arqumentləri daxil edilməlidir:
Documents (―Azər.doc‖).PrintOut
Range:=wdPrintFromTo, From:=‖1‖,
To
:=‖3‖
Yəni, qrafik interfeysin ―çap‖ dialoq pəncərəsində 1-3 yazmaqla sənədin ilk 3
səhifəsi çap edilir.
Hadisələr (Events). Hadisə obyektin tanıdığı əməldir. Hadisə istifadəçi tərəfindən
(məsələn, klaviatura düyməsini basmaqla) və digər proqram obyektlərinin təsiri ilə
97
Şərti yazılı işarələr sistemi
74
yaradıla biləndir. Hadisəyə reaksiya (cavab) vermək üçün obyektin xassələrinin qiymətini
dəyişən, metodları çağıran və s. prosedurlardan istifadə edilir. Məsələn, Document (sənəd)
obyekti Open (açmaq), New (yaratmaq) və Close (bağlamaq) hadisələrinə, Selection
(sənədin ayrılmış fraqmenti) obyekti isə Cut (kəsmək), Copy (üzköçürmə), Paste
(yapışdırma), Delete (Silmə) və s. hadisələrə reaksiya verir.
5.4.4. Visual Basic-də hazırlanmış proqram layihəsinin
qrafik interfeysi və hadisəvi prosedurları
Qrafik interfeys. Qrafik interfeys işləyən proqram əlavəsi ilə istifadəçi arasında
dialoq yaratmaq üçündür. Qrafik interfeys yaratmaq üçün əsas instrument ekrana açılan
formadır (Visual Basic-də Form, VBA-da UzerForm obyektlər sinfi) ki, bu da idarəedici
elementlərin yerləşdirildiyi pəncərədən ibarətdir. Layihənin qrafik interfeysi bir-neçə
formanı əhatə edə bilir.
Qrafik interfeys vizual olaraq elə qurulmuşdur ki, mışın köməyi ilə forma üzərində
idarəedici elementlərin şəklini çəkmək mümkün olur.
İdarəedici elementlər sinfi (Controls) qrafik interfeysdə müxtəlif cür adlandırılır.
Belə ki, məsələn, mətn sahəsi (TextBox), metka (Label), siyahılar
98
(ListBox), qrafik
pəncərələr
99
(PictureBox), əmr düymələri (CommandButton), dəyişdirici açarlar
(CheckBox), bayraqcıqlar (OptionsButton) və s.
Forma üzərinə idarəeici elementlərin eyni sinfinə aid olan, lakin fərdi qiymətli
xassələr nümayiş etdirən bir-neçə nüsxəsi (məsələn, Command1, Command2, Command3
və s.) yerləşdirilə bilər.
İdarəedici element dedikdə, qrafik interfeysin elə elementi nəzərdə tutulur ki, o,
istifadəçi və ya proqram obyektləri tərəfindən yaradılan hadisəyə reaksiya versin.
Forma və idarəedici elementlər müəyyən xassə, metod və hadisə yığımları ilə
xarakterizə olunur. Bəzi obyekt sinifləri, xassələr, metodlar və hadisələr aşağıdakı
cədvəldə verilmişdir:
Obyekt sinifləri
Xassələr
Metodlar
Hadisələr
Form (forma)
Name (Ad)
Show
Load (yükləmə)
98
Adətən verilənlərin daxil edilməsi və çıxarılması üçün istifadə edilir.
99
Qrafikanın çıxarılması üçün istifadə edilir.
75
UzerForm (forma) Capiton (Üst yazı)
Font (Şrift)
Height
(Hündürlüyü)
Width (Eni)
(Göstərmək)
Move
(Yerdəyişmə)
CommandButton
(Əmr düymələri)
Name (Ad)
Capiton (Üst yazı)
Font (Şrift)
Height
(Hündürlüyü)
Width (Eni)
Move
(Yerdəyişmə)
Click (Düyməbasma)
TextBox
(Mətn
sahəsi)
Name (Ad)
Text (Mətn)
Font (Şrift)
Height
(Hündürlüyü)
Width (Eni)
Move
(Yerdəyişmə)
DblClick
(İkiqat düyməbasımı)
Obyekt adlarının uzlaşdırılması. Layihənin obyektlərinə ad vermək məqsədəuy-
ğundur. Çünki ad obyektin tipini və təyinatını müəyyən etməyə imkan verir. Ad obyektin
tipini göstərən sözönü ilə başlayır. Forma üçün frm, əmr düymələri üçün cmd, mətn sahəsi
üçün txt, üst yazı üçün lbl və s. sözönündən istifadə edilir. Sözönündən sonra adın
məlumatverici hissəsi gəlir ki, bu da ya böyük hərflə başlanan söz (məsələn, frmFirst,
lblText, cdmExit), ya da rəqəm (məsələn, txt1, txt2, txt3) ola bilər.
Hadisəvi prosedurlar. Hər bir hadisəyə obyektin müəyyən münasibətini, başqa sözlə,
reaksiyasını proqramlaşdırmaq olar. İstifadəçi qrafik interfeysin hər hansı elementinə
mışla təsir etdikdə icra edilən əməllər hadisəvi prosedurlar sayılır. Prosedurun adı obyektin
adından və hadisənin adından ibarətdir:
Obyekt_Hadisə ()
Beləliklə, hadisəvi prosedur dedikdə, müəyyən hadisənin reallaşdırılmasından sonra
icraya başlayan alt proqram nəzərdə tutulur.
76
Hadisəvi prosedurda bir-neçə obyekt iştirak edə bilər. Məsələn, birinci obyektdə baş
verən hadisənin nəticəsində ikinci obyektin xassələri qiymətcə dəyişə bilər və üçüncü
obyekt hansısa metodu reallaşdırar və s.
Hadisəvi prosedur alt proqram olduğundan, Sub
100
açar sözlə başlayıb, End Sub açar
sözlə bitir:
Sub Obyekt (1)_Hadisə ()
Obyekt (2) .Xassə = QiymətXassə
Obyekt (3) .Metod arq1:=qiymət, arq2:=qiymət
.
End Sub
5.4.5. Visual Basic dilində proqram tərtibi üçün
inteqrasiya edilmiş mühit
101
Visual Basic dilində proqram tərtibi üçün inteqrasiya edilmiş mühit istifadəçiyə
münasib qrafik interfeyslə işləmək imkanı verir. Visual Basic işə buraxıldıqdan sonra yeni
layihə üzərində işə başlamaq üçün File–New–Standart əmrini daxil etmək lazımdır. Bu
halda sözü gedən inteqrasiya edilmiş mühit pəncərəsi ekrana açılır.
İnteqrasiya edilmiş mühit pəncərəsinin yuxarısında sərlövhə sətri var ki, burada da
Project1– Microsoft Visual Basic [design] göstərilir.
102
Pəncərənin idarə düymələri
sərlövhə sətrinin sağ ucundadır.
Sərlövhə sətrinin altında baş menyü sətri vardır.
Baş menyü sətrinin altında tez-tez istifadə edilən əmrlərin piktoqramları yerləşir.
Formalar konstruktoru pəncərəsi. Bu, əsas işçi pəncərədir və inteqrasiya edilmiş
Visual Basic mühiti pəncərəsinin mərkəzində yerləşir. Qrafik interfeysin vizual quraşdırıl-
ması bu pəncərədə həyata keçirilir. Formalar obyekt sinfinə aid olan formanın özü, yəni,
frm1 obyekti məhz konstruktor pəncərəsində yerləşir. Formanın yerini və ölçüsünü
dəyişmək olar. Qrafik interfeys yaradıldıqca forma idarəedici elementlərlə doldurulur.
subroutine – alt proqram
101
Bu mühitin yaranması üçün Visual Basic 5.0 CCE proqramlaşdırma sistemini CD–ROM-dan yükləmək
lazımdır.
102
Project1 – layihənin müvəqqəti adı, Microsoft Visual Basic – proqram mühiti, [design] – cari iş rejimi –
layihələşdirmədir. İcra rejimində design rejimi run rejimi ilə əvəz olunur.
77
Proqram kodu pəncərəsi. Proqram kodu proseduru saxlanan modul forma ilə sıx
bağlıdır. Mətni daxil etmək və redaktə etmək üçün proqram kodu pəncərəsindən istifadə
edilir. Sərlövhəsi Project1-frm1(Code) sətrindən ibarət olan bu pəncərə [View–Code] əmri
ilə ekrana çağırılır. Proqram kodunun sərlövhəsi altında 2 siyahı açılır. Sol siyahı formada
yerləşdiriləcək layihə obyektlərini, sağ siyahı isə seçilmiş obyekt üçün mümkün olan
hadisələri əks etdirir.
Alətlər paneli. İnteqrasiya edilmiş mühit pəncərəsinin sol hissəsində alətlər paneli
(ToolBox) var ki, burada da idarəedici elementlərin piktoqramları yerləşir. İdarəedici
elementlərin standart yığımı 21 obyekt sinfini əhatə edir. Buraya: CommandButton (əmr
düyməsi), TextBox (mətn sahəsi), Label (üst yazı) və s. aiddir. Alətlər panelini zənginləş-
dirmək imkanı da vardır. Məsələn, standart siyahıya mətn sahəsinin təkmilləşdirilməsi
(RichTextBox), şəkillər siyahısı (İmageList) və s. kimi yeni obyekt siniflərini əlavə etmək
olar. Alətlər panelindəki lazımi elementi mışla seçib layihələşdirmə formasına gətirmək
mümkündür. Bu zaman həmin elementin üzü köçürüldüyündən, istənilən sayda nüsxə
köçürmək olur: Command1, Command2, Command3 və s.
Obyektin xassələri pəncərəsi. Sağ tərəfdə obyektin xassələri (Properties) pəncərəsi
yerləşir. Bu pəncərədə artıq seçilmiş obyektlərin və onlara aid olan xassələrin siyahısı
verilmişdir. Xassələrin siyahısı iki sütundan ibarətdir.Sol sütunda xassənin adı, sağda
qiyməti əks etdirilir. Susma rejimində verilmiş qiymətləri dəyişmək olur. Xassə obyektin
kəmiyyət və keyfiyyət cəhətlərini (ölçüsünü, rəngini, şrifti və s.) əks etdirir. Bəzi xassələr
üçün qiymətləri siyahıdan seçmək imkanı da mövcuddur. Məsələn, fonun rəngini
(BackColor) siyahıdan seçmək olur.
Obyektlərə baxış pəncərəsi (Object Browser) [View–Object Browser] əmri ilə
çağırılan vacib pəncərələrdəndir. Bu pəncərənin sol sütununda obyekt və ya obyekt sinfi
seçilir, sağ sütunda seçilmiş obyektə aid xassələr, metodlar və hadisələr yığımı ekrana
çıxır. Məsələn, sol sütunda Form obyektlər sinfi seçilərkən sağ sütunda Caption xassəsi,
Circle metodu və Click hadisəsi pəncərəyə çıxır. Siyahıdakı elementi, məsələn, Click
hadisəsini seçərkən pəncərənin aşağısına bu hadisə barədə qısa informasiya çıxır.
Layihə bələdçisi pəncərəsi (Project). Bu, yuxarı sağ küncdə yerləşir. Cari layihənin
tərkibini iyerarxik kataloq şəklində əks etdirir və istənilən səviyyəyə asan keçilməsinə
imkan verir. Layihə vbp tipli faylda saxlanır. Məsələn, prjVB1.vbp. Layihəyə aid olan
formalar frm tipli ayrıca fayllarda saxlanır. Məsələn, frmVB1.frm.
78
Formanın yerləşməsi pəncərəsi (Form Layout). Bu, aşağı sağ küncdə yerləşir. Bu
pəncərə icra zamanı forma pəncərəsinin monitor ekranının harasında yerləşəcəyini
göstərir. Formanın ekrandakı yerini mışla dəyişmək olur.
Proqram əlavəsinin işlənib hazırlanması mərhələləri. Visual Basic mühitində
proqram əlavəsinin tərtibi aşağıdakı mərhələlərdən keçir:
1.
Qrafik interfeysin yaradılması. Formalar konstruktoru pəncərəsində proqram
əlavəsi ilə istifadəçi dialoquna imkan verən idarəedici elementlər yerləşdirilir.
2.
Qrafik interfeysin obyektlərinin xassələrinə qiymət verilməsi. Obyektin xassələri
pəncərəsində əvvəlcədən forma üzərində yerləşdirilmiş idarəedici elementlərə
qiymətlər verilir.
3.
Proqram kodunun yaradılması. Kod redaktoru pəncərəsində proqram kodu
prosedurları daxil və redaktə edilir.
4.
Layihənin saxlanması. Layihə bir-neçə fayldan (o cümlədən, bir-neçə forma
fayllarından) ibarət olduğundan, hər bir layihə üçün diskdə ayrıca qovluq
yaratmaq məqsədəuyğundur. Layihənin saxlanması üçün File menyüsündən
istifadə edilir. Əvvəlcə forma və onunla əlaqəli proqram modulunu menyünün
Save FormVB1.frm As. bəndi ilə saxlamaq lazımdır. Sonra Save Project As.
əmri ilə layihə faylını prjVB1.vbp adı ilə saxlamaq olar.
5.
Layihənin proqram əlavəsində kompilyasiya edilməsi. Saxlanmış layihə yalnız
Visual Basic proqramlaşdırma sistemində icra edilə bilir. Bunun üçün layihəni exe
fayl tipində saxlamaq lazımdır. Bu məqsədlə [File–Make. ] əmrindən istifadə
edilir. Lakin bu imkan VB5.0 CCE versiyasında yoxdur.
Comments are closed, but trackbacks and pingbacks are open.