Qeyri-hökümət təşkilatı
Hazırda dünyada 10 milyona qədər QHT mövcuddur. Bunların 2 milyonu Hindistanda, 1.5 milyonu ABŞ-da, 0.5 milyonu Çində, 0.3 milynu Rusiyadadır.
Qeyri-hökümət təşkilatları təhsildə rüşfətin əleyhinədir
Azərbaycan, Bakı, 10 may /müx.Trendlife Qalina Məcidova/Azərbaycan Korrupsiyaya qarşı mübarizə Komissiyası yeni milli rüşvətlə mübarizə strategiyasına başlayıb. 20-dən çox qeyri-hökümət təşkilatı artıq bu sahədə aktiv iş görür və onların məqsədi bu xəstəliyin kökünü kəsmək və ictimai şüuru oyandırmaqdır.
Bu gün təhsildə baş verən rüşvətxorluq ən aktual məsələdir. Çünki bu, nəinki savadsız kadrlar yetişməsinə, həmçinin ictimai şüurun mənfi təsirlərə məruz qalmasına səbəb olur. Qeyri-hökumət təşkilatları “Psixoloji mərkəz” “Abiturient” jurnalının dəstəyi ilə “Təhsil sistemində gedən rüşvətxorluq” adlı birinci işini başa vurdu. Bu günlərdə təşkilatın və layihənin rəhbəri, BDU-nun sosial elmlər və psixologiya fakultəsinin müəllimi, elmlər namizədi Svetlana Məcid qızı Məcidova jurnalistləri ilk işinin nəticələri ilə tanış etdi. Məcidovanın sözlərinə görə, son vaxtlar təhsilin vəziyyəti dəhşətli dərəcədə dəyişib. Bunun səbəbi nədir? Bununla necə mübarizə aparmaq olar?
Bu suallarla QHT-lər psixoloqa müraciət ediblər. Bu məqsədlə müxtəlif kateqoriyalardan olan 991 respondent arasında rəy sorğusu keçirilib. Paylanmış anketlərdə 30 sual var. Bura tələbələr, magistirlər, müəllimlər, valideynlər, doktoranlar daxildir. Mərkəzdə belə fikirləşirlər ki, psixoloji qurum olmasa insanı çətin ki, rüşvətdən yayındırasan. Məsələn, nəyə görə insan rüşvətxorluqla məşğul olur? Və buna necə haqq qazandırır? Görəsən, bu problemi həll etmək olar?
qeyri-hökümət təşkilatı
Izafet II compound of qeyri-hökümət ( “ non-governmental ” ) + təşkilat ( “ organization ” ) .
Pronunciation [ edit ]
Noun [ edit ]
Declension [ edit ]
Declension of qeyri-hökümət təşkilatı
| singular | plural | |
|---|---|---|
| nominative | qeyri-hökümət təşkilatı | qeyri-hökümət təşkilatları |
| definite accusative | qeyri-hökümət təşkilatını | qeyri-hökümət təşkilatlarını |
| dative | qeyri-hökümət təşkilatına | qeyri-hökümət təşkilatlarına |
| locative | qeyri-hökümət təşkilatında | qeyri-hökümət təşkilatlarında |
| ablative | qeyri-hökümət təşkilatından | qeyri-hökümət təşkilatlarından |
| definite genitive | qeyri-hökümət təşkilatının | qeyri-hökümət təşkilatlarının |
QHT (Qeyri-hökümət təşkilatı) nədir?
QHT (Qeyri-hökümət təşkilatı) – hökümətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətədaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, hərəkatlar, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkələridir.
Dərc olunma tarixi: 14.11.2018 Baxış sayı: 12865 Müəllif: Topic.az redaksiyası
QHT (Qeyri-hökümət təşkilatı) nədir?
QHT (Qeyri-hökümət təşkilatı) – hökümətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətədaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, hərəkatlar, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkələridir. QHT-lərin fəaliyyəti qeyri-komersiya məqsədləri daşıyır və humanitar, təhsil, səhiyyə, ictimai – siyasi, sosial, insan hüquqları və ətraf mühitin qorunması sahələrini əhatə edir.
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanununda qeyd edilir ki:
İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
Fond – üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
QHT-lərin yaradılma məqsədləri.
Hazırda dünyada 10 milyona qədər QHT mövcuddur. Bunların 2 milyonu Hindistanda, 1.5 milyonu ABŞ-da, 0.5 milyonu Çində, 0.3 milynu Rusiyadadır.
Dünyada geniş yayılmış bu qeyri-komersiya təşkilatları yoxsulluğun azaldılması, yeni imkanların yaradılması, insan hüquqlarının qorunması və bu kimi məqsədlər üçün yaradılır. Digər tərəfdən, təəssüf ki, tarixi faktlar məqsədlərin bir çox halda təmənnasız oldmadığını sübut edir. Bu daha çox Qərb ölkələri tərəfindən yaradılaraq digər dövlətlərdə aktiv olan QHT-lərə aiddir.
Ötən əsrin əvvəlində Rokfeller, Karneqi və Ford tərəfindən yaradılmış QHT-lər dövləti elm, təhsil, incəsənət və ətraf mühitin qorunması yükündən azad etmək məqsədi ilə yaradıldıqlarını bəyan etdilər. Reallıqda isə bu fondlar vergi güzəştlərinin əldə edilməsi, ictimai proseslərə daimi təsir mexanizmlərinin yaradılması və öz yeyələrinin əhali arasında nüfuzunun artırılması məqsədlərini güdürdü.
Bir müddət sonra aydın oldu ki, QHT-lər başqa məsələləri də həll edə bilər. 1930-cu ildə yaradılmış “Ford Foundation” İkinci dünya müharibəsindən sonra Soyuq müharibənin vacib alətlərindən biri oldu. Fondun rəhbərləri Amerika Mərkəzi Kəşfiyyat İdarəsinda və Müdafiyə nazirliyində yüksək vəifələrə təyin olunurdular. 80-ci illərin sonlarında fond SSRİ, Polşa, Macarıstan və Çexoslovakiyada dissidentlərə və “hüquq müdafiyəçilərinə” birbaşa maliyyə dəstəyi varməyə başlayır. Fondun illik büdcəsinin 600 milyon dollar olmasını nəzərə alsaq bu dövlətlərin “demokratizasiyası və iqtisadi islahatların aparılması” üçün dəstəyin miqyasını qiymətləndirmək çətin deyil.
Şərqi Avropa ərazisində bundan da aktiv fəaliyyəti ilə tanınan digər amerikalı iş adamı – Corc Soros tərfindən yaradılmış “Açıq Cəmiyyət” (Open Society Institute) fondudur. Onun səyyləri nəticəsində Şərqi Avropa insanlarında qərb standartlarına uyğun hüquqi təfəkkür yaradılır və ölkələrin trans-milli korporasiyalara açıq olması təmin edilir.
Faktiki olaraq böyük QHT-lərin əksəriyyətinin Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Dövlət Departamenti və ya hər-hansı trans-milli korporasiya ilə açıq və ya gizli formada bağlılığı var. Onlarınbir çoxunun əsas məqsədi (müəyyən istisnalar olmaqla) – xeyriyyəçilik, insan hüquqlarının qorunması, dini və humanitar ideyaların təbliği adı altında casusluq, ictimai təfəkkürə təsir və Qərbin maraqlarına xidmətdir.
Topic.az redaksiyası Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.