Press "Enter" to skip to content

Qeyri hökümət təşkilatları açmaq

142 Uzunmüddətli verilmiş borclardan və digər uzunmüddətli debitor borclardan fərqli olan uzunmüddətli maliyyə aktivləri

Qeyri-Hökumət Təşkilatlarının yaranması və formalaşması tarixindən

Ümumiyyətlə, vətəndaş cəmiyyətinin əsas sturukturlarından olan QHT-lərin yaranmasına və formalaşmasına tarixi-politoloji ədəbiyyatlarda bir-birindən fərqlənən münasibətlər mövcuddur. Bir qrup mütəxəsislər qədim dövrdə dövlətdən kənarda yaranan hər bir ictimai təşkilatı QHT hesab edir. Lakin digər qrup mütəxəsislər QHT-lərin yaranma tarixini XIX əsrin ortalarına aid edirlər. Onların fikrincə həmin dövrdə mövcud olan ictimai təşkilatlar bir sıra xarakterik xüsusiyyətlərinə görə müasir QHT-lərdən fərqlənirdilər. Müasir QHT-lərə xas olan xüsusiyyətlər BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində əsas prinsiplər bu cür müəyyən edilmişdir: Xüsusi şəxslər tərəfindən qurulması; Dövlətdən asılı olmaması; Şəxsi qazanc güdməməsi; İctimai maraqları əsas götürməsi; Könüllülük; Legitimlik . Bu prinsipləri əsas kimi götürən 2-ci qrup mütəxəssislər indiki anlamda qəbul olunan QHT-lərin yaranma tarixini XIX əsrin ortalarından etibarən hesablayırlar. Doğrudur, yuxarıda qeyd olunan prinsiplərin qədim və orta əsrlər dövrünü QHT-lərin hamısında olduğunu demək düzgün olmazdı. Lakin fikrimizcə həmin dövrlərdə mövcud olan ictimai təşkilatlar bir çox əlamətlərinə, yaranma xüsusiyyətlərinə, fəaliyyət istiqamətlərinə görə bugünki QHT-lərin sələfləri hesab oluna bilər. Bunu görmək üçün tarixə qısaca nəzər salaq.

Vətəndaş cəmiyyətin əsas strukturlarından olan QHT-lərin tarixi araşdırıldıqda belə məlum olur ki, onların meydana gəlməsi hələ eramızdan əvvəlki dövrə aiddir. Belə ki, QHT-lər özü-özlüyündə qədim dövrdən müasir dövrə uzunmüddətli və mürəkkəb tarixi keçid prosesində ailədən dövlətə doğru dialektik irəliləyişin xüsusi bir stadiyasını əks etdirir. Tarixi tədqiqatların nəticəsi göstərir ki, QHT-lərə məxsus əlamətləri özündə ehtiva edən təşkilatların yaranması eramızdan əvvəl Qədim Romada baş vermişdir. QHT-lərin meydana gəlməsinin Qədim Roma ilə bağlı olması hər şeydən öncə bu ölkədə demokratik idarəetmənin, ictimai-siyasi münasibətlərin nəticəsi idi. Bu proseslər əsasən eramızdan əvvəl V-I əsrləri əhatə edir. Hələ Romada şahlıq dövründə ictimai təşkilatların ibtidai forması – Kuriyalar və tribalar mövcud idi. Lakin bu dövrdə onların fəaliyyəti dövlətin fəaliyyəti ilə qarışıq idi. QHT-lərə xas ibtidai rüşeymlərin meydana gəlməsi Roma tarixində Respublika qurluşunun yaranması və patris-plebeylər mübarizəsi ilə də bağlıdır.

Tarixdən məlum olduğu kimi, e.ə. 509-cu ildə soununcu etrusk padşahı qovulandan sonra Roma dövlətinin idarəsi ümumxalq işi olmuşdu, buna görə də Roma respublika adlanmağa başlamışdı. Ölkənin ictimai-siyasi həyatında Roma xalqının rolu yüksəlmişdi. Məhz bu dövrlər Roma resbublikasının daxili ictimai həyatı patrislərlə plebeylər arasında gedən kəskin mübarizə ilə səciyyələnir. Patrislər Roma əhalisinin imtiyazlı təbəqəsi hesab olunurdu. Plebeylər Romanın tam hüquqlu vətəndaşları sayılmırdılar. Əslində bu təbəqələr ictimai və iqtisadi münasibətlərin inkişafı nəticəsində yaranmışdı. Alman tarixçisi B.Q.Niburun fikirincə, o zaman plebeylər azad adamlar idilər. Plebeylərin çoxluğuna baxmayaraq 6-cı Roma padşahı Servi Tullinin islahatınadək onların heç bir təşkilatı yox idi. Servi Tullinin keçirdyi islahat nəticəsində yaranmış Senturilər eyni zamanda ictimai təşkilat rolunu da oynayırdılar. Respublika dövründə də plebeylər öz ictimai hüquqları – Roma vətəndaşlığı hüquq əldə etmək uğrunda mübarizə aparırdılar. Plebeylərin mübarizə üsulu haqqında tarixçilər məlumat verirlər ki, onlar öz etirazlarını silahlanaraq şəhərdən çıxıb müqəddəs Aventin dağına qalxmaqla bildirirdilər. Bu hadisə patrislər arasında böyük təlaşa səbəb olurdu və onları güzəştə getməyə məcbur edirdi. Belə mübarizə üsulu sesessiya (çıxış) adlanırdı. Bu mübarizə nəticəsində “plebey yığıncağı” ( qeryi-dövlət sturukturu) meydana gəlmiş və onlar “plebey tribunu”seçməyə başlamışlar. Tribunaların vəzifəsi plebeylərin hüququnu müdafiə etmək idi. Bu qələbədən sonra onların fəalyyəti dövlətin siyasəti ilə çuğalaşmış, ictimai xarakterini itirmişdir. Lakin bütün bu proseslər sonralar QHT-lərin nəzəri və praktiki baxımdan formalaşmasında mühüm rol oynadı.

İmperator Oktavian Avqustun hakimiyyətə yiyələnməsindən sonra QHT-lərin tarixində bir qədər canlanma baş verir. Avqustun birinci köməkçisi Qay Mesenat dövrünün ən istedadlı şairlərini – Vergili, Horasi, Ovidi və başqalarını ətrafına toplayaraq, onları himayə etmişdir. Mesenat tezliklə ətrafına topladığı şairlərdən ibarət dərnək təşkil edir ki, bu dərnək o zaman Roma poeziyasının mərkəzinə çevrilmişdir. Məhz Metsenatın himayəsi və öz vəsaiti hesabına o dövrdə Roma cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edən teatr, sirk, qladiator döyüşləri, məşhur Roma hamamları(termlər) və antik ruhda olan digər əyləncələr təşkil etmişdi. Tarixdən məlumdur ki,Mesenat uzun dövlət işində çalışıb, lakin o tarixin yaddaşında xeyriyyəçi, ictimai birliklərin yaradıcısı və himayədarı (müasir dillə desək QHT-lərin) kimi qalıb.

E.ə II-I əsrlərdə Romanın ictimai həyatında baş verən yeniliklər də diqqətdən kənarda qalmamalıdır. Bu dövrdə təşkil olunan forumlardakı çıxış və mübahisələr, xalq qarşısında çıxışlar, kollegiyalardakı nitqlər ritorikanın inkişafına səbəb olmuşdu. Respublikanın I əsr ziyalılarından olan Ssipion Emiliyanın yaratdığı dərnəyi ilk ictimai təşkilatlarından biri hesab etmək olar. Bu dərnəyin fəal iştirakçılarından olan məşhur yunan tarixçisi Polibini və yunan filosofu Panetiyanı qeyd etmək olar. Onların hər ikisi stoik fəlsəfi görüşlərini Roma ictimai şəraitinə tətbiq etmək istəyirdilər. Bu dövürdə Romanın ictimai həyatında peşəkar kollegiyalar – sənətkarlar, lektorlar, carçılar, mirzələr və məhəllə kollegiyaları – yaşayış yerlərində özfəaliyyət əsasında yaradılan asudə vaxt qurumları da meydana gəldi. Onlar Romanın ictimai həyatında mühüm rol oynayır, ictimai mühitin tənzimlənməsinə mühüm təsir göstərirdi.

Bir qədər sonra ictimai strukturlar əsl çiçəklənmə dövrünü yaşamağa başladı. Dəfn, din, ədəbi, artistik, xeyriyyəçilik və sair üzrə ixtisaslaşmış kollegiyalar yaradıldı. Buna nümunə olaraq Numidi legionunun şeypurçular kollegiyasını göstərmək olar. Bu qurumun üzvləri veteran döyüşçülərin vətənə dönməsi üçün vəsait toplayırdılar.

Lakin eramızın IV-V əsrlərində Roma dövlətinin tarixində baş verən ictimai-siyasi hadisələr QHT-lərin də taleyində mühüm rol oynadı. Roma dövlətinin süqutu ilə QHT-lərin də fəaliyyəti tənəzzül etdi.

QHT-lərin tarixi inkişafının növbəti mərhələsi orta əsrlər dövrünün 2-ci dövrünə ( XI-XV əsrlər) təsadüf edir. Tarixdən məlumdur ki, orta əsrlər tarixinin bu dövrü Qərbi Avropada sənətkarlığın və ticarətin inkişafı, orta əsr şəhərlərinin yaranması və Mərkəzləşdirilmiş Avropa dövlətlərinin yaranması ilə səciyyələnir. QHT-lərin də yenidən yaranması və formalaşması belə bir şəraitdə baş verirdi.Bu dövrdə ictimai-iqtisadi münasibətlərin inkişafı nəticəsində QHT-lər yeni bir formada təzahür etməyə başladılar. Müasir QHT-lərə məxsus olan əlamətlər Qərbi Avropada meydana gələn özünü idarə edən şəhər icmalarında, kommunalarda, müxtəlif ticarət birliklərində, sex birliklərində və digər formalarda özünü biruzə verirdi. Bu tip ictimai sturukturların yaranması ictimai mühitə yeni çalarlar gətirdi.

Müasir QHT-lərə xas olan əlamətlər o dövrdə daha çox sənətkarlıqda özünü göstərirdi. Tarixdən də məlumdur ki, orta əsrlər tarixinin bu mərhələsində eyni peşədən olan və bir şəhərdə yaşayan ustalar ittifaqlarda birləşirdilər. Qərbi Avropada bu cür təşkilatlara sex deyirdilər. Ustalar ümumi yığıncaqda nizamnamə qəbul edirdilər. Nizamnamədə sexin əsas fəaliyyət prinsipləri, ustaların vəzifələri, sexin mülkiyyəti və digər məsələlər öz əksini tapırdı. Sexlərə ustaların seçdiyi ağsaqqallar başçılıq edirdi. Onlarda öz növbəsində nizamnamənin yerinə yetirilməsinə və sexin fəliyyətinə nəzarət edirdilər. Hər bir sexin özünün gerbi, bayrağı olurdu. Bundan başqa bu dövrdə usta köməkçiləri də özlərinin təşkilatlarını yaradırdılar. Çünki sexlər onların ustalığa keçməsinə mane olurdu. Usta köməkçilərinin yaratdıqları bu birliklər “Qardaşlıqlar” adlanırdı. Buna bənzər birliklər o zamanlar Şərqdə və Azərbaycanda da mövcud olmuşdur.

Orta əsrlər tarixinin bu mərhələsində ticarətin inkişafı nəticəsində tacirlər də fəaliyyətini tənzimləmək, soyğunçulardan qorunmaq üçün özlərinin dövlətdən asılı olmayan müstəqil ticarət birliklərini yaratmışdılar. Bu birliklər “Gildiyalar” adlanırdı.

Məlum olduğu kimi, orta əsrlər tarixi həmçinin şəhərlərdə Universitetlərin yaranması ilə də səciyyələnir. Sözün ilkin mənasında yeni yaranan universitetləri də QHT adlandırmaq mümkündür. Şəhərlərdə məskən salmış “yadlar” yerli adamlarla ixtilaflarda şəhər məhkəməsinin ədalətinə ümid bəsləmirdilər. Ona görə də həm tələbələr, həm də müəllimlər öz hüquqlarını təmin etmək üçün birləşib ittifaq yaradırdılar. Bu ittifaqlar da “universitetlər”adlanırdı.Onların özlərinin nizamnamələri, seçkili orqanları və rəhbərləri mövcud idi. Məhz bu əlamətlərə görə bu tip birlik və təşkilatları öz zəmanəsinin QHT-ləri hesab etmək olar.

Zəmanəsinin QHT-ləri olan bu qurumlar sayəsində sənətkarlıq, ticarət, şəhərlər, elm və təhsil inkişaf elədi. Bütün bunlar isə istehsal münasibətlərinə təsir etdi və feodalizm qurluşunun süqutuna gətirib çıxardı. Nəticə etibarı ilə isə yeni istehsal münasibətlər – kapitalist münasibətləri yarandı. Bu isə QHT-lərin tarixin inkişafına nə dərəcədə təsir göstərmək qabliyyətini əyani təsvir edir.

Yeni dövrün başlaması ilə QHT-lərin də inkişafının yeni mərhələsi başladı. Artıq bu dövrdə əvvəlki əsrlərdən fərqli olaraq QHT-lərin ideoloji-nəzəri əsasları da formalaşdı və onlarn fəaliyyəti dövləti qəbul etdiyi qanunlarla da təsbit olundu. T.Hobbs, C.Lokk,Ş.L.Mönteskyö, J.Jak Russo, E.Kant, G.V.F. Hegel və başqalarının əsərlərində vətəndaş cəmiyyətinə aid olan QHT-lər mülkiyyət, vətəndaşların könüllü birlikləri və s. münasibətlərə görə təsnifatlaşdırılır.

Yeni dövrdə Avropada baş verən inqilablar da QHT-lərin formalaşmasında dərin izlər buraxdı. 1789-cu il Fransa İnqilabının gedişində qəbul olunan “İnsan və vətəndaşların hüquqları bəyannaməsi”, 1776-cı il ABŞ istiqlaliyyət Bəyannaməsi və 1787-ci il Konstitutsiyası və s. bu kimi qanunların qəbul edilməsi QHT-lərin fəaliyyətinin güclənməsinə böyük təsir göstərdi. Artıq XIX əsrdə QHT-lər dövlətdən asılı olmayan sosial və ictimai fəaliyyət cəmiyyətin həyatında mühüm rollardan birini oynayırdı. Bu dövrdə ictimai fəaliyyətin xeyriyyəçilik cərəyanı xüsusilə çox müşahidə edilirdi. Bu dövrdə qeyri-hökumət təşkilatlarının yaranmasını stimullaşdıran əsas faktor kimi müharibələr və onların törətdiyi humanitar fəlakətləri qeyd edirlər. 1847-ci ildən Amerikalıların Tibbi Assosiasiyası (American Medical Association) və 1919-cu ildə Save the Children təşkilatları təsis edilməsi deyilənlərin əyani sübutudur.

XX əsrdə dünyada baş verən hadisələr QHT-ləri artıq beynəlxalq münasibətlərin bir subyektinə çevirdi. Beləliklə dövlətlər bir sıra sosial, iqtisadi, mədəni, humanitar və digər problemlərin həllində QHT-lərin köməyindən istifadə etməyə başladı. Bu siyasət öz növbəsində QHT-lərin nüfuzunun artmasında mühüm rol oynadı. Bunlara İkinci dünya müharibəsi illərində formalaşdırılan Oxfam (1942), Catholic Relief Services (1943) və Cooperative American Relief Everywhere (1945) kimi QHT-ləri nümunə göstərmək olar.

İkinci Dünya müharibəsindən sonra yaranan yeni sistemin əsas hüquqi sənədi olan BMT Nizamnaməsində qeyri-hökumət təşkilatları ilə bağlı müddəa öz yerini almışdır. Nizamnamənin X fəsil, 71-ci maddəsində əks olunan bu müddəa aşağıdakı kimidir: “İqtisadi və Sosial Şura onun səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət təşkilatları ilə məsləhətləşmə aparılması üçün müvafiq tədbirlər görə bilər. Bu tədbirlər beynəlxalq təşkilatlarla və buna lüzum varsa, maraqlı Təşkilat Üzvü ilə məsləhətləşmədən sonra milli təşkilatlarla razılaşdırıla bilər”.

Bundan başqa 1952-ci ildən Beynəxalq QHT-lər Konfransı Avropa Şurası yanında məsləhətçi statusa malikdir. 2003-cü ilin noyabrında Beynəxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rol oynamasından irəli gəlirdi.

Beləliklə, QHT-lərin yaranması və formalaşması uzun bir tarixi inkişaf prosesi keçərək bu günümüzə gəlib çatmışdır. Hər bir dövrdə ciddi təzyiqlərə baxmayaraq QHT-lər bu və ya digər dərəcədə öz mövcudluğunu qoruyub saxlamışdır. Bu gün də dünyanın böyük bir hissəsində sayı minlərlə olan QHT-lər işləyir və fəaliyyət göstərir. Artıq müasir dövrmüzdə dövlətlər də onlarla hesablaşmağa məcbur olmuşlar.

Elməddin Hacıyev, tarixçi-magistr,
”Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin Sədri

Qeyri hökümət təşkilatları açmaq

Please enter a search term to begin your search.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il “13” yanvar tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmişdir

1 Uzunmüddətli aktivlər

10 Qeyri-maddi aktivlər

101 Qeyri-maddi aktivlər – Dəyər

102 Qeyri-maddi aktivlər – Amortizasiya

103 Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması

11 Torpaq, tikili və avadanlıqlar

111 Torpaq, tikili və avadanlıqlar – Dəyər

112 Torpaq, tikili və avadanlıqlar – Amortizasiya

113 Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması

12 Daşınmaz əmlaka investisiyalar

121 Daşınmaz əmlaka investisiyalar – dəyər

122 Daşınmaz əmlaka investisiyalar – amortizasiya

123 Daşınmaz əmlaka investisiyalarla bağlı xərclərin kapitallaşdırılması

13 Uzunmüddətli debitor borcları

131 Alıcılar və sifarişçilər üzrə uzunmüddətli debitor borcları

132 Əsas idarəetmə heyəti üzrə uzunmüddətli debitor borcları

133 Üzvlərin və donorlar üzrə uzunmüddətli debitor borcları

134 Transferlər üzrə uzunmüddətli debitor borcları

135 İcarə üzrə uzunmüddətli debitor borcları

136 Faizlər üzrə uzunmüddətli debitor borcları

137 Digər uzunmüddətli debitor borcları

14 Sair uzunmüddətli maliyyə aktivləri

141 Uzunmüddətli verilmiş borclar

142 Uzunmüddətli verilmiş borclardan və digər uzunmüddətli debitor borclardan fərqli olan uzunmüddətli maliyyə aktivləri

15 Sair uzunmüddətli aktivlər

151 Gələcək hesabat dövrlərinin xərcləri

152 Verilmiş uzunmüddətli avanslar

153 Xüsusi məqsədlər üçün saxlanılan uzunmüddətli vəsaitlər

154 Digər uzunmüddətli aktivlər

2 Qısamüddətli aktivlər

20 Ehtiyatlar

201 Material ehtiyatları

202 Bitməmiş istehsal

203 Hazır məhsul

205 Digər ehtiyatlar

206 Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər

21 Qısamüddətli debitor borcları

211 Alıcılar və sifarişçilər üzrə qısamüddətli debitor borcları

212 Əsas idarəetmə heyəti üzrə qısamüddətli debitor borcları

213 Üzvlərin və donorlar üzrə qısamüddətli debitor borcları

214 Qısamüddətli transfertlər üzrə qısamüddətli debitor borcları

215 İcarə üzrə qısamüddətli debitor borcları

216 Faizlər üzrə qısamüddətli debitor borcları

217 Digər qısamüddətli debitor borcları

218 Şübhəli borclar üzrə ehtiyat fondu

22 Pul vəsaitləri və onların ekvivalentlərı

222 Yolda olan pul köçürmələri

223 Bankda olan hesablaşma hesabları

224 Tələblərə əsasən açılan digər bank hesabları

225 Pul vəsaitlərinin ekvivalentlərı

23 Sair qısamüddətli maliyyə aktivləri

231 Qısamüddətli verilmiş borclar

232 Qısamüddətli verilmiş borclardan və digər qısamüddətli debitor borclardan fərqli olan qısamüddətli maliyyə aktivləri

24 Sair qısamüddətli aktivlər

241 Gələcək hesabat dövrlərinin xərcləri

242 Verilmiş qısamüddətli avanslar

243 Xüsusi məqsədlər üçün saxlanılan qısamüddətli vəsaitlər

244 Təhtəlhesab məbləğlər

245 Əvəzləşdirilən əlavə dəyər vergisi

246 Digər qısamüddətli aktivlər

3 Xalis Aktivlər/Kapital

30 Nizamnamə kapitalı

301 Nominal (nizamnamə) kapital

302 Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi

31 Ehtiyat fondları (Kapital ehtiyatları)

311 Qanunvericiliyə uyğun olaraq yaradılan ehtiyat fondları

312 Nizamnaməyə uyğun olaraq yaradılan ehtiyat fondları

313 Yaradılan digər ehtiyat fondları

32 Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

321 Hesabat dövrünün mənfəəti (zərəri)

322 Uçot siyasətində səhvlərin dəyişikliklərlə əlaqədar bölüşdürülməmiş mənfəətdə (ödənilməmiş zərərdə) düzəlişlər

323 Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

4 Uzunmüddətli öhdəliklər

40 Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

401 Uzunmüddətli bank kreditləri

402 İşçilər üçün uzunmüddətli bank kreditləri

403 Uzunmüddətli borclar

404 Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

41 Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

411 Uzunmüddətli zəmanət öhdəlikləri

412 Uzunmüddətli hüquqi öhdəliklər

413 Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

42 Uzunmüddətli kreditor borcları

421 Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları

422 Faizlər üzrə uzunmüddətli kreditor borcları

423 Digər uzunmüddətli kreditor borcları

43 Sair uzunmüddətli öhdəliklər

431 Gələcək hesabat dövrlərinin gəlirləri

432 Alınmış uzunmüddətli avanslar

433 Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

434 Digər uzunmüddətli öhdəliklər

5 Qısamüddətli öhdəliklər

50 Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

501 Qısamüddətli bank kreditləri

502 İşçilər üzrə qısamüddətli bank kreditləri

503 Qısamüddətli borclar

504 Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

51 Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

511 Qısamüddətli zəmanət öhdəlikləri

512 Qısamüddətli hüquqi öhdəliklər

513 Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

52 Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

521 Vergi öhdəlikləri

522 Sosial sığorta və təminat üzrə öhdəliklər

523 Digər məcburi ödənişlər üzrə öhdəliklər

53 Qısamüddətli kreditor borcları

531 Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları

532 İşçi heyətin üzrə qısamüddətli kreditor borcları

533 İcarə üzrə qısamüddətli kreditor borcları

534 Faizlər üzrə qısamüddətli kreditor borcları

535 Digər qısamüddətli kreditor borcları

54 Sair qısamüddətli öhdəliklər

541 Gələcək hesabat dövrlərinin gəlirləri

542 Alınmış qısamüddətli avanslar

543 Qisamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

544 Digər qısamüddətli öhdəliklər

6 Gəlirlər

60 Qeyri-birja əməliyyatlarından gəlir

601 Giriş və üzvlük haqqları

602 İanə və alınmış oxşar məbləğlər

603 Alınmış hədiyyələr

604 Hökumət subsidiyaları

605 Digər alınmış transfertlər

61 Birja əməliyyatlarından gəlir

611 Malların satışı və xidmətlərin göstərilməsi üzrə gəlir

612 İcarə müqavilələri üzrə gəlir

613 Birja əməliyyatlarından digər gəlirlər

614 Satılmış malların qaytarılması və ucuzlaşdırılması

615 Verilmiş güzəştlər

62 Uzunmüddətli aktivlərin xaricolmasından gəlir və itkilər

621 Uzunmüddətli aktivlərin xaricolmasından gəlir və itkilər

63 Maliyyə gəlirləri

631 Alınmış dividend gəliri

632 Faiz gəliri

633 Digər maliyyə gəlirləri

7 Xərclər

70 Qeyri-birja əməliyyatları ilə bağlı xərclər

701 Pul formasında verilmiş yardımlar

702 Natural formada verilmiş yardımlar

703 Qeyri-kommersiya fəaliyyətləri ilə bağlı əmək haqqı xərcləri

704 Qeyri-kommersiya aktivləri ilə bağlı amortizasiya xərcləri

705 Qeyri-kommersiya fəaliyyətləri ilə bağlı digər xərclər

71 Birja əməliyyatları ilə bağlı xərclər

711 Xammal və istifadə olunmuş materiallar

712 Kommersiya fəaliyyətləri ilə bağlı əmək haqqı xərcləri

713 Kommersiya fəaliyyəti zamanı istifadə olunan aktivlər ilə bağlı amortizasiya xərcləri

714 İnzibati və kommersiya fəaliyyətləri ilə bağlı digər xərclər

72 Maliyyə xərcləri

721 Maliyyə xərcləri

8 Mənfəətlər (zərərlər)

80 Ümumi mənfəət (zərər)

801 Ümumi mənfəət (zərər)

802 Birja əməliyyatları üzrə mənfəət və ya zərərlər

9 Mənfəət vergisi

90 Mənfəət vergisi

901 Cari mənfəət vergisi üzrə xərclər

902 Təxirə salınmış mənfəət vergisi üzrə xərclər

QHT qeydiyyatı

QHT nədir və QHT-ni necə qeydiyyatdan keçirmək olar?
QHT (Qeyri-hökümət təşkilatı) hökümətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, hərəkatlar, komitələr, fondlar, institutlar və digər təşkilatlardan ibarətdir.
(Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsinin 2-ci hissəsi: Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir)
QHT-lər qeyri-komersiya məqsədi daşımaqla humanitar, təhsil, səhiyyə, ictimai – siyasi, sosial, insan hüquqları və ətraf mühitin qorunması sahələrini əhatə edirlər.
QHT yaratmaq üçün ilk növbədə təsisçilər nə istədiklərini özləri dəqiq bilməlidirlər. Aydın missiya və məqsəd olmalıdır. Daha sonra təşkilatın məqsədinə, missiyasına uyğun olaraq gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilərək Nizamnamə tərtib olunur. Hüquqi şəxs olmaq, daha ciddi imic formalaşdırmaq üçün dövlət qeydiyyatından keçmək mütləqdir. Əgər dövlət qeydiyyatı yoxdursa, bunu QHT adlandırmaq hüquqi baxımdan düzgün deyildir. Dövlət qeydiyyatı üçün lazım olan sənədlər aşağıdakılardır:
– Nizamnamə
– Təsis yığıncağının protokolu
– Ərizə
– Təsisçilərin şəxsiyyət vəsiqəsinin surəti
– Hüquqi ünvan
– Möhür və ştampın eskizi
– QHT yaradılması üçün dövlət rüsumunun qəbzi
Bu sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə təqdim edilir. Daha sonra QHT-lər haqqında qanunvericiliyə və digər hüquqi aktlara uyğun olaraq qeydiyyat prosesi həyata keçirilir.

Azərbaycanda QHT yaradılması qaydaları və fəaliyyəti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarla və AR-nın Mülki Məcəlləsi ilə tənzimlənir.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda qeyd edilir ki:
İctimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır.
Fond – üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
QHT ona görə gəlir gətirməyən və qeyri-mənfəətli təşkilat sayılır ki, layihə və digər proseslərin nəticəsində əldə olunan gəlir təsisçilər arasında bölünmür və əldə olunan bütün vəsaitlər ancaq QHT-nin məqsəd və missiyanın həyata keçirilməsinə sərf olunur.
QHT ona görə gəlir gətirməyən və qeyri-mənfəətli təşkilat sayılır ki, AR qanunvericiliyinə əsasən layihə və digər proseslərin nəticəsində əldə olunan gəlir təsisçilər arasında bölünə bilməz. Əldə edilən vəsait ancaq məqsəd və missiyanın həyata keçirilməsinə sərf olunmalıdır. Adətən inkişaf etmiş Avropa ölkələrində, Amerikada QHT-də daha çox yaşlı nəsl çalışır. Hansı ki, ömürləri boyu çalışıblar, artıq bəlli yaşdan sonra pensiyaya çıxıblar və aldıqları təqaüdlə dolanırlar. Ancaq cəmiyyətə yenə də töhfə vermək, özlərini lazımsız hesab etməmələri üçün onlar QHT-də birləşirlər. Maraqları üzrə xeyirxah və ölkənin, xalqın inkişafına yönəlik fəaliyyətlərin həyata keçirilməsi üçün təşkilatlanırlar.

MMC açılması üçün elektron müraciət

MMC (məhdud məsuliyyətli cəmiyyət) uçota alınması üçün elektron ərizə formasını dolduraraq sürətli sorğu göndər

Comments are closed, but trackbacks and pingbacks are open.