Qht haqqında qanun
Banklar nağd əməliyyatlar apararkən daha yüksək faiz, məsələn, 1%-ə qədər vəsait götürürdülər. İndi banklar bu qazancdan məhrumdurlar. Bu qanunun tətbiqindən dövlət büdcəsi itirir. Çünki bu ildən 1% nağdlaşdırma vergisi tətbiq olunur. Bəzi subyektlər də elə əməliyyatlar var ki, onlar nağdsız əməliyyat apara bilmirlər.
Avropa
Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu birinci oxunuşda qəbul edib
07 mart 2023 20:23 (UTC +04:00)
Xəbər Lenti
Bayram günündə yol qəzalarında 2 nəfər ölüb
21 mart 2023
Naxçıvanda 8 nəfər qidadan zəhərlənib
21 mart 2023
Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir – FOTO
21 mart 2023
Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir – FOTO
21 mart 2023
Yaponiyanın Baş naziri Ukraynaya səfər edib – YENİLƏNİB
21 mart 2023
Si Cinpin: “Çin Ukrayna məsələsinin həllində konstruktiv rol oynamağa hazırdır”
21 mart 2023
Kosta-Rika sahillərində güclü zəlzələ baş verib
21 mart 2023
Maduro neft nazirini korrupsiya qalmaqalına görə işdən azad edib
21 mart 2023
Yermak Baydenin müşaviri ilə silah təchizatını müzakirə edib
21 mart 2023
ABŞ Trampın həbs olunmayacağını bildirib
21 mart 2023
Şimali Koreya ABŞ-la vuruşmaq üçün 1 milyondan çox insanın orduya yazıldığını açıqlayıb
21 mart 2023
Moldova üç aylıq fasilədən sonra yenidən “Qazprom”dan qaz alır
21 mart 2023
Rusiyanın “Kalibr” raketləri daşınarkən Krımda məhv edilib
21 mart 2023
Şolts Putinlə telefon danışıqlarının müddəti barədə danışıb
21 mart 2023
Bayden koronavirusun mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılmasını tələb edən qanunu imzalayıb
21 mart 2023
Azərbaycana yaz fəsli daxil olub
21 mart 2023
Blinken Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib
21 mart 2023
Gəncədə yol qəzası zamanı avtomobil mağazaya çırpılıb
21 mart 2023
Lənkəranda yol qəzası zamanı 4 nəfər xəsarət alıb – FOTO
21 mart 2023
KİV: İran ilə AEBA arasında əhəmiyyətli razılaşmalar əldə olunub
21 mart 2023
Zelenski Avstriya Kansleri ilə telefon danışığı aparıb
21 mart 2023
Çavuşoğlu Yunanıstanın xarici işlər naziri ilə görüşüb
20 mart 2023
Gəncədə 58 yaşlı qadını maşın vurub
20 mart 2023
Toivo Klaar Çavuşoğlu ilə Brüsseldə görüşüb
20 mart 2023
Vladimir Putinlə Si Cinpin arasında görüş 4 saatdan çox davam edib – YENİLƏNİB
20 mart 2023
Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb – FOTO – YENİLƏNİB
20 mart 2023
Sabirabadda iki azyaşlını avtomobil vurub
20 mart 2023
Çavuşoğlu: “PKK İsveçdəki fəaliyyətini davam etdirir”
20 mart 2023
Şarl Mişel Novruz bayramı ilə bağlı paylaşım edib
20 mart 2023
Co Bayden: “Novruz bayramını qeyd edən hər kəsi təbrik edirəm”
20 mart 2023
Azərbaycan Türkiyənin zəlzələ bölgəsində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocaqlarının tikintisinə 100 milyon dollar ayırıb
20 mart 2023
Ulf Kristersson: “Beynəlxalq donorlar Türkiyə və Suriyadakı zəlzələlər üçün 7 milyard avro yardım ayıracaq”
20 mart 2023
Ceyhun Bayramov zəlzələ bölgəsində bərpa və quruculuq işlərində Azərbaycanın dəstəyinin davam edəcəyini açıqlayıb – YENİLƏNİB
20 mart 2023
Bakıda açıq ərazidə yanğın baş verib
20 mart 2023
Türkiyədə sel nəticəsində ölənlərin sayı 20-ə çatıb
20 mart 2023
Talış kəndində 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırılıb, atəşfəşanlıq olub – FOTO – VİDEO – YENİLƏNİB
20 mart 2023
Deputat: Artıq Avropa İttifaqı təxribat törədən Ermənistana qarşı müəyyən addımlar atmalıdır
20 mart 2023
Yonhap: Cənubi Koreya startapı HANBIT-TLV daşıyıcı raketinin sınaq buraxılışını həyata keçirib
20 mart 2023
Modi Xirosimada G7 sammitində iştirak etmək dəvətini qəbul edib
20 mart 2023
Türkiyə otellər üçün zəlzələyə davamlılıq sertifikatları təqdim edə bilər
20 mart 2023
Şuşada bayram tonqalı yandırılıb – FOTO – VİDEO
20 mart 2023
Ağ Ev Bayden və Si Cinpinq arasında danışıqların hələ planlaşdırılmadığını bildirib
20 mart 2023
DİN:Texniki Baxış Mərkəzləri Novruz bayramı günlərində sürücülərə fasiləsiz xidmət göstərəcək
20 mart 2023
XİN Mirzoyanın Lavrovla görüşü və brifinq zamanı səsləndirdiyi fikirlərə cavab verib: İftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik
20 mart 2023
Stoltenberq: İsveçin yaxın gələcəkdə tamhüquqlu üzv olmasını təmin etmək əsas prioritet olacaq
20 mart 2023
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.
Qht haqqında qanun
QHT-lər sosial sifarişlərdən məhrumdurlar
13:15 07-08-2015
KRİMİNAL
QHT-lərin dövlət orqanlarından sosial sifariş alması üçün qanun qəbul olunmalıdır
Bu gün ölkədəki Qeyri Hökumət Təşkilatları (QHT) sosial sifarişlərdən məhrumdurlar.Hazırda dövlət QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə maliyyə vəsaitləri ayırsa da, bu 3-cü sektoru maliyyə sıxıntısından qurtara bilmir.
Şuranın keçirdiyi maliyyə müsabiqələrində qalib gələn QHT-lər növbəti layihəni həyata keçirmək üçün ən azı altı ay, bir il gözləməli olurlar. QHT- keçirdikləri layihələrin sayını iki, yaxud da üçə çatdırmaq üçün gözünü Şuranın növbəti il keçirəcəyi maliyyə müsabiqəsinə dikir. Bu da öz növbəsində QHT-lərin davamlı fəaliyyətinə əngəl törədir. Halbuki Avropa ölkələrində QHT-lər bu problemi çoxdan arxada qoyublar. Daha doğrusu dövlət QHT-lərin bu problemini köklü şəkildə həll edib. QHT-lərə dövlətin dəstəyi ilə bağlı dünya təcrübəsində zəngin nümunələr var. Xorvatiyada QHT-lərin dövlət tərəfindən ayrılan illik büdcəsi 264 milyon avrodur.Böyük Britaniyada QHT-lərlə iş üzrə fəaliyyət göstərən təşkilatlardan biri nazirlik statusundadır. Macarıstanda QHT-lərin dövlət tərəfindən ayrılan illik büdcəsi 3,5 milyard avrodur. Amma Macarıstan dövləti QHT-lərə bu maliyyə yardımı ilə kifayətlənmir. Bu ölkədə hökumət sosial layihələrini, sosial sahələrlə bağlı məsuliyyətini konkret bir qurum vasitəsilə QHT-lərə verib. Macarıstanda QHT-lər hətta ünvanlı sosial yardımlar da verir. Aztəminatlı ailələrə, əlil və kimsəsizlərə, uşaqlara yardımların da QHT-lərin vasitəsilə həyata keçirilməsi nümunələri var. Bu təcrübədən bizdə də yararlanmaq olar. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz ekspertlər də bu gün QHT-lərə dövlət büdcəsindən maliyyə müsabiqələri üçün ayırmalarla yanaşı, dövlət orqanları tərəfindən sosial sifarişlər verilməsini məqsədəuyğun sayırlar.
Uşaq Hüquqları üzrə QHT Alyansının əməkdaşı Dadaş Əhmədov deyir ki, hələki Azərbaycanda dövlət orqanları ilə QHT-lərin bu cür əməkdaşlıq təcrübəsi yoxdur. Halbuki dövlət qurumlarının QHT-lərlə sosial sifariş əsasında əməkdaşlığına çox böyük ehtiyac var. Alyansın əməkdaşı bunun səbəbini ölkədə hələ indiyədək «Sosial sifarişlər haqqında” qanunun qəbul olunmaması ilə bağlayır. D. Əhmədovun sözlərinə görə, dövlət orqanlarının QHT-lərlə sosial sifariş əsasında əməkdaşlığı üçün öncə hüquqi baza olmalıdır. Amma indiyədək “Sosial sifarişlər haqqında” qanun qəbul olunmayıb. Bu səbəbdən də dövlət orqanları QHT-lərə sosial sifarişlər verə bilmir. D. Əhmədov deyir ki, dövlət büdcəsindən QHT-lərə maliyyə vəsaitinin ayrılması bu sahənin inkişafına təkandır. Amma QHT-lərin inkişafı onda baş verər ki, Azərbaycanda “Sosial sifariş haqqında” Qanun qəbul edilsin: “Bu dövlətin özünə də xeyir gətirər. Elə işlər var ki, dövlət qurumları öz işçilərini həmin iş üçün səfərbər edə bilmir. Elə götürək rəsmi qonaqların səfərini. Xarici ölkələrin əksəriyyətində dövlət qurumları qonaqlarını yerləşdirməkdən tutmuş, yola salmağa qədər bu işləri QHT-lərə həvalə edir. Bu iş sosial sifariş əsasında yerinə yetirilir. Və çox yüksək səviyyədə nəticə əldə olunur. Amma bizdə dövlət orqanları bu işi də özləri görürlər. Çünki dövlət qurumunun vaxtını alan bu işi hansısa QHT-yə həvalə etmək üçün hüququ baza, “Sosial sifarişlər haqqında” qanun qəbul olunmayıb”.
D. Əhmədovun sözlərinə görə, bu gün dövlət orqanlarının çoxu vaxtını sorğu, monitorinq, qiymətləndirmə aparmağa, təlim keçirməyə sərf edir. Halbuki bu kimi çoxsaylı iş və xidmətləri sosial sifariş əsasında QHT-lərə gördürmək olar: “Bu yolla dövlət orqanlarında çalışanlar vaxtlarını daha səmərəli və vacib işlərə sərf edə bilər, QHT-lər üçün isə işsizlik problemi aradan qalxar. Bu dövlətə başqa bir tərəfdən də xeyir gətirə bilər. Xarici təcrübə göstərir ki, QHT-lər bu cür sosial sifarişləri dövlət orqanlarından daha ucuz qiymətə həyata keçirirlər. Bu gün ölkədə uşaq hüquqlarını qoruyan çoxsaylı QHT-lər var. Bu sahədə icma əsaslı reabilitasiya mərkəzləri də fəaliyyət göstərir. Amma uşaq hüquqlarının qorunması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin çoxunu bu işə bilavasitə aidiyyatı olan dövlət orqanları özləri xərcləyirlər. Halbuki dövlət orqanları uşaq hüquqlarının qorunması yönündə görüləcək bəzi işləri QHT-lərə sifariş verə bilər. Bir çox ölkələrdə icma əsaslı reabilitasiya mərkəzləri dövlət orqanları tərəfindən maliyyələşdirilir. Bizdə isə icma əsaslı reablitasiya mərkəzləri ayrı-ayrı donorlar tərəfindən maliyyə dəstəyi alır. Məsələn bu gün, dövlətin çoxsaylı internat və sair yaratmasındansa, hansısa icma əsaslı reablitasiya mərkəzini maliyyələşdirməsi ona daha sərfəlidir. Rayon mərkəzindən kənarda fəaliyyət göstərən hansısa icma əsaslı reablitasiya mərkəzini maliyyələşdirməklə uşaqların gündüz həmin reablitasiya mərkəzində, axşam isə elə ailəsinin yanında qalmasını təmin etmək olar. Bu dövlətə internatı maliyyələşdirməkdən daha ucuz başa gələr”.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov da QHT-lərin dövlət orqanları ilə sosial sifariş əsasında işləməsinin vacib olduğunu söyləyir. S. Məmmədov deyir ki, bu gün ayrı-ayrı dövlət orqanları, nazirliklər QHT-lər üçün kiçik qrant müsabiqələri keçirir. Liqa sədri belə dövlət qurumlarına Gənclər və İdman Nazirliyini və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasını misal gətirir. Amma S. Məmmədov deyir ki, bu hər bir qrant müsabiqəsidir. QHT-lərin dövlət orqanları ilə sosial sifariş əsasında işləməsi isə bu günkü şəraitdə mümkünsüzdür: “Çünki, bu gün “Dövlət Satınalmalar haqqında” qanunla QHT-lər kommersiya qurumları ilə bərabər şəkildə dövlət sifarişlərində iştirak etmək hüququna malik deyillər. Qanun imkan versə belə resursların və şərtlərin ağırlığı QHT-ləri bu dövlət sifarişlərində iştirakdan məhrum edir. Ona görə də “Sosial sifariş haqqında” qanun qəbul olunmalıdır ki, dövlət orqanları QHT-lərə sifarişlər verə bilsin. Bu gün nazirliklər var ki, öz işlərinə aid olmayan işləri həyata keçirirlər. Bir də görürsən ki, Dövlət Yol Polisi İdarəsi yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparmaq üçün reklam çarxları hazırlayıb nümayiş etdirir. Xarici ölkələrdə dövlət orqanı bu işləri tender vasitəsilə QHT-lərə həvalə edirlər. Vaxtıilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımların verilməsi ilə bağlı maarifləndirmə işi apardı. İcrasına 600 min manat ayrılan bu işi dövlət orqanı çox effektsiz həyata keçirdi. Halbuki bunu sosial sifariş əsasında QHT-lərə həvalə etməklə çox uğurlu bir nəticə əldə etmək olardı. Bu gün bizim tanıdığımız və ölkədə fəaliyyət göstərən ABŞ-ın Milli Demokratiya İnstitutu var ki, dövlət depatamentinin podratçı təşkilatlarıdır. Dünyanın 65 ölkəsində seçki monitorinqi keçirən bu təşkilat bu işi dövlətə başa gələndən daha sərfəli qiymətə həyata keçirir. İndi dünyada dövlətlərin çoxu öz yükünü QHT-lər vasitəsilə azaldır”.
Milli Məclisin Sosial Siyasət Komisiyasından isə bildirdilər ki, “Dövlət Sosial Sifarişi haqqında” qanunun müzakirəsi gündəmdədir. MM-nin Sosial Siyasət Komissiyasının sədr müavini Musa Quliyev bu qanunun qəbuluna ciddi ehtiyac duyulduğunu etiraf edir. Komissiyanın sədr müavini deyir ki, əksər ölkələrdə dövlət sosial sifarişlər əsasında QHT-lərə maliyyə vəsaitləri ayırır. Onun fikrincə, Azərbaycanda da dövlət orqanları ictimai təşkilatlara belə sifarişlər verə və həmin sifarişlər əsasında qrant vəsaitləri ayıra bilər: “Avropada QHT-lər dövlət və hakimiyyət orqanları üçün tədqiqatlar, monitorinqlər aparıb əvəzində onlardan qrant alır. Bizdə də “Dövlət Sosial Sifarişi haqqında” qanun qəbul olunsa, bəzi dövlət orqanları QHT-lərə sifarişlər verə bilər. Məsələn, qocalara sosial qayğı xidmətini bu gün dövlət orqanı həyata keçirir. Əgər gələcəkdə bu qanun qüvvəyə minsə, sosial sifariş əsasında dövlət orqanının bu işini QHT həyata keçirə bilər”.
QHT-lər yeni qanundan narazıdır: Fəaliyyətimiz iflic olub
“Nağdsız hesablaşmalar haqqında” qanun fiziki şəxslər, sahibkarlıq subyektləri, bank əməliyyatlarını aparan digər şəxslərə böyük problem yaradır”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu qanunun tətbiqi ilə banklar, sahibkarlıq subyektləri, QHT-lərin fəaliyyəti iflic olub.
S.Məmmədov deyib ki, qanuna görə sahibkarlıq subyektləri üçün ay ərzində nağdlaşdırma ilə bağlı 15 min manatlıq, büdcə vəsaitləri ilə bağlı hər bir müqaviləyə görə 5 min manatlıq limit müəyyən edilib.
Onun fikrincə, bu limitlər tətbiqi fiziki və hüquqi şəxslər, sahibkarlıq subyektləri, eləcə də bankların fəaliyyətinə mənfi təsir edir.
Şura üzvü hesab edir ki, ölkədəki bəzi sahibkarlıq subyektləri, xidmət sahələri nağdsız hesablaşmaya hazır deyil: “Bankların çoxu heç 5 min manatdan aşağı müqavilələr üzrə ödənişlər etmirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları qanunu düzgün əsaslandıra bilmir. Palatanın göndərdiyi məktubun özü qüsurludur.
Məsələn, banklar bilmir ki, bu özəl şirkətlərə aid pullara da aiddir, yoxsa yox. Halbuki nağdsız hesablaşmalara görə limit yalnız dövlət büdcəsinin vəsaitlərinə aid olmalıdır. Banklar 5000 manatdan 1 manat artıq nağdlaşdırma olanda əməliyyat aparmır. Nəticədə nə əmələ gəlir? Banklar itirir.
Banklar nağd əməliyyatlar apararkən daha yüksək faiz, məsələn, 1%-ə qədər vəsait götürürdülər. İndi banklar bu qazancdan məhrumdurlar. Bu qanunun tətbiqindən dövlət büdcəsi itirir. Çünki bu ildən 1% nağdlaşdırma vergisi tətbiq olunur. Bəzi subyektlər də elə əməliyyatlar var ki, onlar nağdsız əməliyyat apara bilmirlər.
Ölkədə xidmət və ticarət sahəsində mövcud olan strukturların təxminən 80%-nin heç bank hesabları yoxdur. Məsələn, kimsə ezamiyyətə olanda Kürdəmir və ya Ağsuda nahar edirsə, bu ödəniş üçün bankdan neçə köçürmə etmək olar? Bununla bağlı mexanizm yoxdur.
Yaxud ezamiyyətə gedəndə şəxsi avtomobillərlə xidmət göstərənlərin nə çekləri, nə də ki, bank hesabları var. Sadəcə, onlar aylıq ödənişləri edirlər. Xarici ezamiyyətə gedən şəxsin nəqliyyat, yemək xərclərini necə ödəyəcəyi ilə bağlı da mexanizmi yoxdur. Elə ödəniş formaları var ki, onları köçürmə ilə etmək mümkün deyil.
Bütün dünyada nağdsız hesablaşmalar məsələsi könüllü həll olunub. Xarici ölkələrdə, İsveçrədə nağdsız hesablaşmalarla bağlı belə qadağalar yoxdur. Sadəcə, bu ölkələrdə sistem o qədər mükəmməldir ki, əhali özü nağdsız ödənişə meyil edir.
Azərbaycanda bunun icbari qaydada tətbiqi effekt verməyəcək. S.Məmmədov qeyd edib ki, fiziki şəxslər üçün “sahib kart”, hüquqi şəxslər üçün “biznes kart” modelinin tətbiqi də problemin həll olunmasına gətirib çıxarmayacaq. O, bunu sözügedən kartların nağd əməliyyat aparan zaman avtomatik bloka düşəcəyi ilə izah edir.
Şura üzvü bildirib ki, Maliyyə Bazarına Nəzarət Palatası Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa zidd olaraq “Nağdsız hesablaşmalar haqqında” qanunu geriyə şamil edir.
“Qanunun qüvvəyə minməsindən əvvəl QHT-lərlə bağlanmış müqavilələr üzrə də nağdsız ödənişləri qadağan edib. Maraqlı odur ki, hazırda dövlət orqanlarını da ciddi narahat edən bu qanunla və onun qüsurlu tətbiqi ilə bağlı MBNP-yə heç bir təsir mexanizmi yoxdur.
Eyni zamanda, indi QHT-lərlə bağlı daha bir problem var. Məsələn, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müqavilə üzrə nəzərdə tutulan vəsaitin 70%-ni QHT-yə köçürür. İş tam yekunlaşdıqdan və təhvil veriləndən sonra yerdə qalan vəsait QHT-nin hesabına köçürülürdü. Bu qanunun tətbiqindən sonra hesabdakı vəsaitin çıxarılmasının heç bir mexanizmi yoxdur.
Bu vəsaitlər bankın hesablarında qalır. Baxmayaraq ki, qanun 2016-cı ilin noyabrında qəbul edilib, bu tarixdən əvvəl bağlanan müqavilələrə görə vəsaitin çıxarılması mümkün deyil. Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununa görə, qanun geri şamil edilə bilməz.
Maliyyə Bazarlarına Nəzarət Palatası Konstitusiya Qanununa belə məhəl qoymadan onu geriyə şamil edir. Nəticədə böyük bir xaos yaranıb”, – deyə S.Məmmədov vurğulayıb.
Vətəndaş cəmiyyətinin hər bir üzvünün bu məsələ ilə bağlı narahatlıq keçirdiyini deyən S.Məmmədov dövlət başçısının QHT sektoruna böyük dəstəyi fonunda MBNP-nin qərarlarını absurd sayır:
“Bilirsiniz ki, prezident İlham Əliyev Gənclər Fonduna 3 milyon manat ayırıb. Bu dövlət başçısının QHT sektoruna dəstəyinin bariz nümunəsidir. Bu baxımdan statusu bəlli olmayan publik hüquqi şəxs tərəfindən bu cür məhdudiyyətlərin qoyulması başa düşülən deyil.
Bu orqanın banklara göstəriş vermək hüququ yoxdur. Palata mərkəzi icra orqanı deyil, bu orqanın qəbul etdiyi aktlar hamı üçün məcburi xarakter daşıya bilməz. Palata yalnız tövsiyə verə bilər. Amma təəssüf ki, indiki halda Palatanın tövsiyələri konstitusiya qanunundan güclüdür”.
Bu qanunun tətbiqi bankların iflasını sürətləndirəcək, ölkədə bankçılığa maraq azalacaq. Nəticə isə sarsıdıcı olacaq. Təəssüf ki, bununla bağlı heç kim izahat vermir.
Maliyyə Bazarlarına Nəzarət Palatası, iqtisadiyyat sahəsində cavabdeh təşkilatlar bu məsələ ilə bağlı susqunluq nümayiş etdirir. Belə bir xaos davam edir. Bilmirəm, necə olacaq?
Nəticəsi bilinməyən proses gedir. Biz ümid edirik ki, bu məsələyə prezident müdaxilə edəcək. Çünki başqa strukturların müdaxiləsi fayda vermədi. Biz hesab edirik ki, prezident bu məsələni tənzimləməlidir”.
Comments are closed, but trackbacks and pingbacks are open.