Press "Enter" to skip to content

Fərzəliyev Elsevər (tərtib edən) Qida məhsulları mühəndisliyi ixtisası üzrə terminlər lüğəti

Kafedra əməkdaşları Beynəlxalq və Regional səviyyəli layihələrin iştirakçısıdırlar. Prof. H.K.Fətəliyev Dünya Bankının Azərbaycan Dövləti ilə birgə Gəncə Regional Məsləhət Mərkəzinin yaradılması üçün keçirdiyi tenderin qaliblərindən biri kimi orada çalışmış, fermerlərə məsləhət və informasiya xidməti göstərilməsinə rəhbərlik edən şəxslərdəndir. Onun hazırladığı tövsiyə və metodologiya fermer təlimlərində istifadə olunmaqdadır.

Azərbaycanda ən bahalı fakültələr hansı universitetdədir? – SİYAHI

Bu qrupda universitetin ən bahalı fakültəsi mexanika mühəndisliyi, kompüter mühəndisliyi, inşaat mühəndisliyi və s.-dir – 5200 manat. Fizika və riyaziyyət müəllimliyi isə 3850 manatdır.

Xəzər Universiteti

Xəzər Universitetində ən bahalı fakültələr fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi və Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyidir

Fizika müəllimliyi – 3500 manat, 15 yer
Riyaziyyat və informatika müəllimliyi – 3500 manat, 20 yer
Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 3500 manat, 25 yer
İnşaat mühəndisliyi – 3500 manat, 20 yer
Kompüter elmləri – 3500 manat, 25 yer
Neft-qaz mühəndisləri – 3500 manat, 25 yer
Mexanika mühəndis – 3500 manat, 25 yer
Kompüter m ühəndisliyi – 3500 manat, 25 yer
Kimya mühəndisliyi – 3500 manat, 25 yer
“Odlar Yurdu” Universiteti

1-ci ixtisas qrupundakı fakültələr sırasında “Odlar Yurdu” Universitetinin ixtisaslarında qiymət eynidir.

Kompüter mühəndisliyi – 3000 manat, 50 yer
Ekologiya mühən disliyi – 3000 manat, 35 yer
Ən bahalı dövlət ali məktəbləri

1-ci qrup dakı dövlət universitetlərində ən bahalı fakültələr Turizm və Menecment və Memarlıq və İnşaat Universitetindədir.

Azərbaycan Turizm və Menecment Universiteti
Qida məhsulları mühəndisliyi – 2500 manat, 20 yer
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Memarlıq və İnşaat Universitetində ən bahalı fakültə memarlıqdır.
Memarlıq -2300 manat, 95 yer
Azərbaycan Dövlət İqtisad Uni versiteti (UNEC)
İnformasiya texnologiyaları – 2200 manat, 50 yer
Sistem mühəndisliyi – 2200 manat, 25 yer
Dövlət İdarəçilik Akademiyası
Kompüter elmləri – 2000 manat, 30 yer
1-ci qrup – ƏN UCUZ FAKÜLTƏLƏR

Bu qrup üzrə özəl ali məktəblərdə ən ucuz fakültələr Naxçıvan və Mingəçevir Dövlət Universitetlərindədir. Özəl ali məktəblər sırasında isə “Naxçıvan”, “Təfəkkür” və Kooperasiya Universitetləridir.

“Naxçıvan” Universiteti
İnformatika müəllimliyi-1500 manat, 20 yer
Riyaziyyat və informatika müəllimliyi -1600 manat, 20 yer
“Təfəkkür” Universiteti
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1800 manat, 20 yer
Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi – 1800 manat, 20 yer
Azərbaycan Kooperasiya Universiteti
Riyaziyyat – 2000 manat , 50 yer
Çoxişlənən mallların texnologiyası mühəndisliyi- 2200 manat, 50 yer
İstehlak mallarının ekspertizası və marketinqi – 2200 manat, 50 yer
Qida Məhsulları mühəndisliyi – 2200 manat, 30 yer
Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – 2300 manat, 50 yer

Dövlət ali məktəb lərində I ixtisas qrupu üzrə ən ucuz fakültələr Texnologiya Universitet və Naxçıvan və Mingəşevir Dövlət Universitetindədir.

Azərbaycan Texnologiya Universiteti
Texnoloji maşın və avadanlıqlar mühəndisliyi – 1000 manat, 25 yer
Mingəçevir Dövlət Universiteti
Elektroenergetika mühəndisliyi – 1000 manat, 15 manat
Riyaziyyat və informatika müəllimliyi – 1200 manat, 30 yer
Elektroenergetika mühəndisliyi – 1200 manat, 30 yer
İstilik energetika mühəndisliyi – 1200 manat, 25 yer
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1200 manat, 25 yer
Ekologiya mühəndisliyi – 1200 manat, 30 yer
İnformasiya texnologiyaları – 1200 manat, 30 yer
Naxçıvan Dövlət Universiteti
Yerüstü nəqliyyat vasitələrin in mühəndisliyi -1000 manat, 15 nəfər (qiyabi)
Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi -1200 manat, 20 yer (əyani)
Ekologiya mühəndisliyi- 1200 manat, 15 yer
2-ci qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR
ADA Universiteti
İqtisadiyyat – 6500 manat, 80 yer
Biznesin idarə edilməsi – 6500 manat, 80 yer
Beynəlxalq münasibətlər – 6000 manat, 80 yer
Qafqaz Universiteti

Qafqaz Universiteti 2-ci ixtisas qrupunda 7 fakültə ilə təmsil olunur. Bu qrupda universitetin ən bahalı fakültələri maliyyə, dünya iqtisadiyyatı və biznesin idarə edilməsidir – 5850 manat.

Beynəlxalq münasibətlər isə 5500 manatdır.
Maliyyə – 5850 manat, 20 yer
Biznesin idarə edilməsi – 5850 manat, 20 yer
Dünya iqtisadiyyatı – 5850 manat, 25 yer
Beynəlxalq münasibətlər – 5500 manat, 30 yer
Mühasibat uçotu – 5200 manat , 50 yer
Dövlət və bələdiyyə idarəetməsi – 5200 manat, 30 yer
Sənayenin təşkili və iadarə olunması – 4750 manat, 50 yer
Xəzər Universiteti
Regionşünaslıq – 4500 manat, 25 yer
Beynəlxalq münasibətlər – 4500 manat, 25 yer
Mühasibat uçotu və audit – 4000 manat, 25 yer
Maliyyə – 4000 manat, 25 yer
İqtisadiyyat – 4000 manat, 15 yer
Menecment – 4000 manat , 20 yer
Marketinq – 4000 manat, 15 yer
Biznesin idarə edilməsi – 4000 manat, 20 yer
Turizm və otelçilik – 4000 manat, 25 yer
2-ci qrupda – ƏN UCUZ FAKÜLTƏLƏR
Bakı Dövlət Universiteti
Coğrafiya – 1300 manat, 15 yer ( qiyabi)
Coğrafiya – 1600 manat , 90 yer (əyani)
Coğrafiya müəllimliyi – 1500 manat, 120 yer
Hidrometeorologiya – 1600 manat, 25 yer
İqtisadiyyat – 1600 manat , 15 yer (qiyabi)
İqtisadiyyat – 1900 manat , 75 yer (əyani)
Sosiologiya – 1800 manat, 30 yer
Regionşünaslıq – 1800 manat, 170 yer
Turizm və otelçilik – 1900 manat, 55 yer
Dünya iqtisadiyyatı – 2300 manat, 100 yer

2-ci ixtisas qrupunda ucuz təhsil haqqı təklif edən digər universitetlər Dillər, Texniki və Pedaqoji Universitetlərdir. Azərbaycan Dillər Universitetində ən ucuz ixtisas regionşünaslıqdır- 1000 manat. Texniki Universitetdə ən ucuz fakültə 1300 manatdır. Pedaqoji Universitetdə qiymətlər bundan cəmi 20 manat fərqlənir -1320 manat.

Fərzəliyev Elsevər (tərtib edən) Qida məhsulları mühəndisliyi ixtisası üzrə terminlər lüğəti

Bakı: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası, 2020. — 255 s.

Lüğətin tərtib edilməsində son illər ərzində qida sənayesinin çörəkbişirmə, unüyütmə, qənnadı məmulatları, şəkər və şəkərli məhsullar, tamlı mallar, ət, süd, balıq, spirt, likyor-araq, pivə, şərab məhsulları, yağ-piy, nişasta-patkə, meyvə-tərəvəz konservləri, biotexnoloji məhsullar, qida konsentratları və bu kimi digər məhsullar istehsalına həsr edilən rus dilində nəşr olunmuş müxtəlif ədəbiyyat mənbələrində daha tez-tez istifadə olunan bir sıra texniki, texnoloji-termin sözlərdən və söz birləşmələrindən istifadə olunmuşdur. Qida mühəndisliyi ixtisası üzrə “Texnoloji terminlər lüğəti” rus, azərbaycan və latın dillərində olmaqla tərtib edilmiş ilk kitabdır. Bu kitaba daxil edilmiş qida mühəndisliyi ixtisası üzrə demək olar ki, bütün sözlərin azərbaycan dilində tərcüməsi göstərilmiş, latın dilində isə bəzi sözlərin tərcüməsi qeyd edilmişdir.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

KAFEDRALAR

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılanda «Üzümçülük və şərabçılıq» kafedrası kimi təşəkkül tapmışdır.

Kafedranın ilk müdirlərindən biri «Rus şərabçılığının atası» sayılan və Rusiyanın şərabçılıq üzrə ilk professoru M.A.Xovrenko olmuşdur. O, 1933-1936-cı illərdə Üzümçülük və şərabçılıq kafedrasının professoru və müdiri vəzifələrində çalışmışdır.

1941-ci ildə “Üzümçülük”dən ayrılaraq «Şərabçılıq və kənd təsərrüfatı məhsullarının texnologiyası» kafedrası şəklində təşkil olunmuşdur. Həmin kafedranın müdiri dosent (sonralar doktor, professor, Rusiyanın əməkdar elm xadimi) D.M.Hacıyev seçilmişdir.

XX əsrin 30-cu illərində kafedranın dosenti R.Ə.Məmmədov tərəfindən «Süfrə üzümünün uzaq məsafələrə nəql edilməsinin əsasları» mövzusunda elmi tədqiqast işi yerinə yetirilmişdir. Dosent H.A.Atakişiyevin rəhbərliyi altında «İtkiləri azaltmaq və məhsulun keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycanın texniki üzüm sortlarının optimum yığım müddətinin müəyyən edilməsi», dosent (sonralar professor) D.M.Hacıyev tərəfindən «Palıd taxtasının konyakın keyfiyyətinə təsiri» mövzusunda tədqiqat işləri aparılmışdır. Həmin dövrdə aparılan bu tədqiqat işləri geniş tətbiqini tapmışdır.

1953-cü ildə «Üzümçülük» və «Şərabçılıq və kənd təsərrüfatı məhsullarının texnologiyası» kafedraları bir kafedrada birləşdirilmişdir. Sonrakı dövrlərdə kafedra bir neçə dəfə dəyişikliyə məruz qalmış və həmin müddətdə kafedraya N.A.Atakişiyev, Ə.H.İsgəndərov, D.P.Qasımov, Ş.A.Əliyev, C.S.Süleymanov rəhbərlik etmişlər. 1994-2009-cu illərdə kafedranın müdirləri H.K.Fətəliyev və F.H.Şərifov olmuşlar.

2009-cu ilin iyun ayından kafedranın bazasında 2 kafedra yaradılmışdır. Onlardan biri «Qida məhsulları mühəndisliyi və dizayn» kafedrası olmuşdur. 2011-ci ildə “Dizayn” kafedrasından ayrılaraq «Qida məhsulları mühəndisliyi və ekspertiza» şəklində formalaşmışdır. 2009-cu ildən kafedraya texnika elmləri doktoru, professor H.K.Fətəliyev rəhbərlik edir.

Kafedra tədris-material bazaya malikdir. Burada qida məhsullarının texnologiyası və ekspertiza laboratoriyaları; məhsulların emalı, saxlanması və şərab zirzəmisi, şərab enotekası, şərab və konyak nümunələri və dequstasiya zalı və s. mövcuddur. Mikro şərabçılıq şəraiti yaradılan zirzəmidə tədris və elmi-tədqiqat işlərinin praktiki həyata keçirilmə imkanları vardır.

Kafedranın dequstasiya zalında yeni şərab nümunələrinin təqdimatı

Kafedranın yaxşı təchiz olunmuş auditoriyalarında dərslərin müasir tələblərə uyğun aparılması üçün şərait yaradılmışdır. Burada tələbələr ən müasir texnologiyalardan bəhrələnərək təhsil almaq imkanına malikdirlər.

I kurs tələbələri “Şərabın texnologiyası” fənnindən mühazirə zamanı
Kafedranın tərkibi: kafedrada 1 professor,7 dosent, 4 baş müəllim, 4 assistent fəaliyyət göstərir.

Kafedra iclası

Kafedrada Qida məhsulları mühəndisliyi; Şərabçılıq; İstehlak mallarının ekspertizası və marketinq ixtisasları üzrə bakalavr və müvafiq ixtisaslaşmalar üzrə magistir hazırlığı aparılır,3309.01 – Qida məhsulları mühəndisliyi və 3310.01 – Sənaye texnologiyası ixtisasları üzrə texnika sahəsində fəlsəfə və elmlər doktorları hazırlanır.

Kafedra əməkdaşları tərəfindən onlarla müəlliflik şəhadətnaməsi, patent, monoqrafiya, dərslik və dərs vəsaitləri yazılaraq nəşr edilmişdir. Onlardan «Azərbaycan şərablarının texnologiyasının təkmilləşdirilməsi» (Bakı, 2005), «Şərabçılıq» I hissə (Bakı, 1995), «Şərabçılıq» II hissə (Bakı, 1995), «Alkoqollu içkilərin texnologiyası» (Bakı, 2007), «Tünd alkoqollu içkilər» (Bakı, 2007), “Ərzaq mallarının əmtəəşünaslığı” (Gəncə, 2007), “Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası” (Bakı, 2010), “Şərabın texnologiyası” (Bakı, 2011), “Ərzaq məhsullarının opqanoleptik qiymətləndirilməsi və dequstasiyası” (Gəncə, 2011), “Standartlaşdırma və sertifikatlaşdırma” (Gəncə, 2011), “Qida məhsulları mühəndisliyinin hesabatları” (Bakı, 2012), “Şərabçılıqdan praktikum” (Bakı, 2013), “Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası fənnindən praktikum” (Bakı, 2013), “Funksional qida məhsullarının texnologiyası” (Bakı, 2014), “İçkilərin ekspertizası” (Bakı, 2015), “Şərabın mikrobiologiyası” (Bakı, 2016), “Qırmızı natural şərabların texnologiyasının təkmilləşdirilməsi” (Bakı, 2016), “Konyakın texnologiyası” (Bakı, 2016), “Süfrə şərablarının müasir texnologiyası” (Bakı, 2017), “Funksional qida məhsullarının texnologiyası fənnindən praktikum” (Bakı, 2017), Meyvə və tərəvəzlərin emalı texnologiyası (Bakı, 2017), “Meyvə-giləmeyvə şərablarının texnologiyası” (Bakı, 2018), “Biotexnologiya” (Bakı, 2019) və başqalarını göstərmək olar. Respublika, MDB, Türkiyə, Portuqaliya, Braziliya və bir çox xarici ölkələrin elmi nəşrlərində məqalələri və yenilikləri əks etdirən tövsiyələri nəşr olunmuş və olunmaqdadır.

Kafedra alimlərinin elmi nailiyyətləri istehsalatda geniş tətbiq olunmaqdadır. Elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir.

Son vaxtlar kafedrada professor H.K.Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 10 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır. Hazırda kafedra 5 texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasına elmi rəhbərlik edir. Kafedrada hazırlanan 3 yarımsənaye qurğusu müvəffəqiyyətlə istehsalat sınağından keçmişdir.

Kafedra əməkdaşları Beynəlxalq və Regional səviyyəli layihələrin iştirakçısıdırlar. Prof. H.K.Fətəliyev Dünya Bankının Azərbaycan Dövləti ilə birgə Gəncə Regional Məsləhət Mərkəzinin yaradılması üçün keçirdiyi tenderin qaliblərindən biri kimi orada çalışmış, fermerlərə məsləhət və informasiya xidməti göstərilməsinə rəhbərlik edən şəxslərdəndir. Onun hazırladığı tövsiyə və metodologiya fermer təlimlərində istifadə olunmaqdadır.

Eyni zamanda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycan şərablarının keyfiyyətinin yaxşılaşdırılması” layihəsində iştirak edilmiş və həmin layihə çərçivəsində 2004-cü ildə prof. H.K.Fətəliyev Almaniyanın Ştutqart şəhərində keçirilən “intervits-interfrukta” sərgisində iştirak etmişdir.

Prof. H.K.Fətəliyev Azərbaycan və Almaniya şərab mütəxəssisləri ilə müzakirə zamanı (Ştutqart, 2004)

Son illərdə ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına üzv olması və Fransanın regionları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində kafedra əməkdaşları yaxından iştirak etmişlər. Fransadan və Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatından ölkəmizə və Gəncə şəhərinə gələn yüksək nümayəndə heyəti dəfələrlə (2011-2013-cü illər) kafedrada olmuşlar.

Fransanın Yon bölgəsinin Prezidenti Senator Andre Vilyenin rəhbərlik etdiyi
nümayəndə heyətinin və ölkəmizin Fransadakı səfirliyinin iştirakı ilə kafedrada keçirilən Beynəlxalq konfrans və dequstasiya (2012-ci il)

Professor H.Fətəliyev 2012-ci ildə Azərbaycandan Fransaya göndərilən nümayəndə heyətinin tərkibində Burqund və Konyak bölgələri ilə aparılan danışıqlarda və keçirilən tədbirlərdə iştirak etmişdir. Kafedranın 2 əməkdaşı (prof. H.K.Fətəliyev və t.f.d. M.T.İsmayılov) 1-ci və 2-ci Beynəlxalq Gəncə Şərab Festivallarının təşkilat komitəsinin üzvlərindən olmaqla ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına 45-ci üzv kimi qəbul olunmasında fəal iştirak etmişlər.

II Beynəlxalq Gəncə Şərab Festivalında kafedranın nümunələrinin nümayişi (2 noyabr, 2013)
Fransanın Konyak şəhərinin meri kafedrada keçirilən dequstasiyada

MDB ölkələri aqrar universitetlərinin rektorlar şurasının iştirakı ilə kafedrada keçirilən müzakirə və dequstasiya

dosent E.E.Heydərov Almaniyanın Vaynsberq Dövlət Şərabçılıq və Meyvəçilik Elmi Tədqiqat İnstitutunda
Kafedra əməkdaşları Türkiyənin İğdır Universitetində

Kafedra əməkdaşlarının əməyi yüksək qiymətləndirilmiş və onlar dəfələrlə mükafatlandırılmışlar. Onlardan dosent S.X.Həsənova Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim”, prof. H.K.Fətəliyev «Tərəqqi» medalı ilə təltif olunmuşlar.

Fətəliyev Hasil Kəmaləddin oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ

Comments are closed, but trackbacks and pingbacks are open.