Press "Enter" to skip to content

Qoriden gələn qatar yaxsiliq itmir povest

XIX əsrin ortalarında Qazaxda günəmuzd fəhlə işləyən iranlı Məmmədəli ağır zəhməti bahasına əlinə yaxşı maya salır. Bu zəhmətkeş hambal özünə on yeddi otaqlı bir imarət tikdirir. Əsrimizin əvvəllərində doğma vətəni İrana köçüb getmək istəyən Məmmədəli evini hərraca qoyur. Sözsüz ki, hər kişi belə bir əzəmətli mülk ala bilməzdi. Qazaxda iki pullu, qızıllı kişi Məmmədəlinin mülkünü almaq üçün müştəri düşür: Qıraq Kəsəməndən İsrafil ağa və Kosalardan Məşədi İbrahim. Onu da deyək ki, Qaçaq Kərəmlə qatı düşmən olan İsrafil ağa öz dövrünün böyük xeyriyyəçisi olmuşdur.

“Qoridən gələn qatar”

26 iyun-Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə tədqiqatçı-publisist Şəmistan Nəzirlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, elm və sənət adamları, Bakı şəhər kitabxanaları direktorlar şurasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərova tədqiqatçının yaradıcılığından danışıb. Qeyd olunub ki, tədqiqatçı-publisist Şəmistan Nəzirli həm Səməd Vurğun yaradıcılığının, həm də hərb tariximizin yorulmaz tədqiqatçısıdır. Müəllif böyük həvəslə görkəmli Azərbaycan şairi ilə bağlı xatirələri toplayaraq müxtəlif mətbuat orqanlarında çap etdirib. Yazıçı-jurnalist hərb tariximizdə layiqli yer tutan, Azərbaycan Xalq Cümhuriyyətinin ordusunu yaradan generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski barədə çoxlu materiallar toplayaraq sanballı tədqiqat əsərləri yazıb. O, ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbov, ilk topoqraf-generalımız İbrahim ağa Vəkilov, general-leytenant Balakişi bəy Ərəblinski barədə dəyərli araşdırmalar aparıb.
Şair, publisist Bədirxan Başkeçidli çıxışında bildirdi ki, Şəmistan Nəzirli hərb tariximizin məlum olmayan səhifələrini tarixə çevirib, zəngin tədqiqat işləri aparıb. Onun əsərləri bir çox hallarda jurnalistlərin, tədqiqatçıların mötəbər istinad mənbəyinə çevrilib.
Tədbirdə oxucular Şəmistan Nəzirliyə suallarını ünvanlayıblar. Görüşdə “Qoridən gələn qatar” sənədli povestinin yeni nəşrinin təqdimatı da keçirilib.

Qoriden gələn qatar yaxsiliq itmir povest

(“Qoridən gələn qatar” sənədli povestindən)

xeyriyyəçi xeyirxah

XIX əsrin ortalarında Qazaxda günəmuzd fəhlə işləyən iranlı Məmmədəli ağır zəhməti bahasına əlinə yaxşı maya salır. Bu zəhmətkeş hambal özünə on yeddi otaqlı bir imarət tikdirir. Əsrimizin əvvəllərində doğma vətəni İrana köçüb getmək istəyən Məmmədəli evini hərraca qoyur. Sözsüz ki, hər kişi belə bir əzəmətli mülk ala bilməzdi. Qazaxda iki pullu, qızıllı kişi Məmmədəlinin mülkünü almaq üçün müştəri düşür: Qıraq Kəsəməndən İsrafil ağa və Kosalardan Məşədi İbrahim. Onu da deyək ki, Qaçaq Kərəmlə qatı düşmən olan İsrafil ağa öz dövrünün böyük xeyriyyəçisi olmuşdur.

Şahidlər, mülk sahibi və alıcılar bir yerə yığışıb binaya qiymət qoyurlar. Əvvəlcə İsrafil ağa yüz qızıl verir, mülk sahibi başını bulayır. Məşədi İbrahim yüz əlli qızıl təklif edir. İsrafil ağa isə iki yüz. Mülk sahibi yenə razılaşmır. Nə isə, məzənnə belə-belə qalxır. Məşədi İbrahim “beş yüz qızıl”, – deyib dayanır. İsrafil ağa dinmir. Ağanın və mülk sahibinin susduğunu görən Məşədi İbrahim oğlu Müseyibi yanına çağırıb deyir: “Bala, qaç evə, anana de, kalça gönünün arasında nə qədər qızıl varsa, versin, götür, gəl”.

Qızıllar gələnə qədər heyətdən səs-səmir çıxmır. İsrafil ağa inanmırmış ki, Məşədi İbrahimdə bu qədər qızıl olsun. Müseyibin gətirdiyi qızılları görən İsrafil ağa xeyir-dua verir:

– Məndən keçdi. Allah xeyir versin, Məşədi İbrahim, – deyir, – sağlıqla yaşayasan.

Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüləndə səxavətli, xeyirxah niyyətli Məşədi İbrahim öz şəxsi mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlayır. Bu, səbəbsiz deyildi.

1914-cü ildə hərtərəfli maddi imkanı olan səxavətli maarifpərvər Məşədi İbrahim oğlu Müseyibi Qoriyə aparıb seminariyaya qəbul etdirir. İlk dəfə görüşüb tanış olduğu Firidun bəy Köçərli ilə dostluğun binasını qoyur. Təəssüf ki, ipə-sapa yatmayan, dəliqanlı gənc Müseyib il yarım oxuduqdan sonra seminariyanı atıb Qazaxa qayıdır. Vaxtını Kürdə balıq tutmaqda, çöldə dovşan ovunda, eyş-işrətdə keçirir.

Məşədi İbrahim isə oğlunun bu bivec hərəkətlərinə yanıb-yaxılırmış. O, Qazaxdan və onun kəndlərindən bir neçə kasıb, kimsəsiz uşağa maddi cəhətdən kömək edib Qori seminariyasına oxumağa göndərir. Oğlundan bir şey çıxmayacağını görən Məşədi İbrahim kimsəsizləri oxutmaqla təsəlli tapır.

Yaxşılıq itmir

Xəstəxananın baş həkimi amansız bir xəstəliyə tutulmuşdu. Xaricdə müalicəsi mümkün ola bilərdi, lakin bütün həkim yoldaşları onun səfərə dözə bilməyəcəyi mövzusunda həmfikir idi. Çarəsiz bir möcüzə gözləyirdi hər kəs.
Bu zaman haradan xəbər aldığı bilinməyən gənc bir həkim gəldi və onu yaxşı edə biləcəyini söylədi.
Əməliyyat müvəffəqiyyətlə nəticələnmiş, başhəkim də narkozun təsirindən xilas olmağa başlamışdı. Ancaq bir atanın övladına göstərə biləcəyi qayğı və sevgiylə gənc həkimin əlini ovucunun içinə götürərək danışmağa başladı;

“Allah razı olsun övladım. Sən mənə narkoz vurduğunda təsirini göstərənə qədər, bir zamanlar eynilə mənim də sənin kimi gənc bir assistent ikən etdiyim bir yaxşılıq gəldi ağılıma. Bir ana gəlmişdi xəstəxanaya. Doğum etmək üzrə idi. Ultrasonda uşağın iki qıçının da şikəst olduğunu görüncə, onun belə yaşamasındansa ölməsinin daha yaxşı olacağını düşünmüşdüm. Amma ürək atışlarını eşidikdə dözə bilmədim və doğulmasına qərar verdim. Sağlam əhali planlaması bəhanəsiylə bir çox cana qıyan sistemin inadına iki qıçı şikəst olan o uşağın yaşamasına vəsilə oldum. Allah həqiqətən heç bir yaxşılığı qarşılıqsız buraxmır balam. İnşallah mənə etdiyin bu yaxşılığın da qarşılığını görərsən.”
Gənc həkim yaşlı baş həkimin gözlərinə ancaq bir övladın baxa biləcəyi sevgiyle baxaraq, yenə eyni şəfqətlə əlini başhəkimin əlindən yavaşca çəkər. Şalvarının paçalarını sıyıraraq dizlərindən aşağısı protez olan iki qıçını göstərərək;
Bəli. Allah heç bir yaxşılığı qarşılıqsız buraxmır; qurtardığınız o uşaq mən idim. ” deyər.

Comments are closed, but trackbacks and pingbacks are open.