Press "Enter" to skip to content

Qızıl alarkən nəyə fikir vermək lazımdır

“Qərarın dəyişdirilməsinə ehtiyac var”

Qızıl alarkən nəyə fikir verməli? – ARAŞDIRMA

“6 ay öncə “Moskva” univermağından ağ qızıl adına 2 üzük aldım. Satıcıdan malların sertifikatını istəsəm də, bildirdi ki, bunlar boş şeydir, istənilən adam 5 dəqiqəyə sertifikat hazırlayıb verə bilər. Adam tanış olduğuna görə inandım və sertifikatı olmayan üzükləri aldım. Tanış olduğuna görə heç satıcıdan çek də istəmədim. Sözügedən zinət əşyalarını almağımın üstündən 5 ay keçəndən sonra gördüm ki, qızıllar sarımtıl rəngə çalır”.

“Ağ qızıl aldım, sarı çıxdı”

Bu sözləri bizimlə söhbətində qızıl alarkən aldadıldığını deyən Cəmalə bildirdi. Şikayətçinin sözlərinə görə, indi aldığı qızılı nə geri qaytara, nə də dəyişə bilmir: “Üzükləri götürüb tanışımın yanına getmişəm, deyir ki, ağ qızıl qalandan bir müddət sonra zəif çalarlı sarımtıl rəngə çalır. Alıcı kimi bunu əvvəlcədən bilmək hüququm var, amma qızılı alarkən bu barədə satıcı mənə heç bir məlumat vermədi. Əlimdə çek də yoxdur ki, tanış olmasına baxmayaraq, aldatdığına görə tanışımdan aidiyyəti orqanlara şikayət edim”.

Qeyd edək ki, hər il Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən satış obyektlərində həyata keçirilən reydlər nəticəsində minlərlə zərgərlik məmulatının üzərində əyarları və digər məlumatları düzgün yazılmayan zinət əşyalarının olduğu meydana çıxır.

Bu il aşkarlanan saxta qızıllar

Təkcə bu ilin I rübü ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib. Nazirliyin rəsmi saytından əldə etdiyimiz məlumata görə, tədbirlər zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15 min 535 ədəd zərgərlik məmulatı aşkarlanıb. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən edilib. Mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri sözügedən Dövlət Xidməti tərəfindən təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

2013-cü ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136 min 120 manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən, 10 min 400 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.

Ötən ilin saxta qızılları

Ötən il ərzində sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 446 sayda lisenziya verilib, 27 sayda lisenziyanın fəaliyyəti dayandırılıb, 15 sayda lisenziya ləğv edilib. Bununla yanaşı, lisenziyanın alınması ilə bağlı ərizə, 15 fiziki şəxs və 25 hüquqi şəxs olmaqla, 40 sahibkar tərəfindən elektron xidmət vasitəsilə daxil olub.

Belə ki, 67 sahibkarlıq fəaliyyəti subyektində aparılan yoxlamalar nəticəsində Xidmətə gətirilməsi təmin edilmiş zərgərlik məmulatlarının üzərində aşkar edilmiş mənşəyi məlum olmayan ad və əyar damğa izləri təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 415 min 644 manat məbləğində dövlət rüsumu ödənilib.

Nəyə fikir verək?

Bazarda Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən aşkarlanan kifayət qədər saxta, standartlara cavab verməyən, üzərindəki informasiyaların düzgün olmadığı zinət əşyalarının aşkarladığını nəzərə alsaq, hər gün onlarla adamın bazarda aldadıldığını demək olar. Çünki sözügedən Dövlət Xidmətinin hər gün bazarda reyd aparmaq imkanının olmadığını nəzərə alsaq, zərgərlik məmulatlarından başı çıxmayan alıcıların asanlıqla aldadıldığı danılmazdır. Alıcılar bazarda aldanmamaq üçün nə etməlidirlər? Qızıl alarkən nəyə fikir verməlidirlər?

Zinət əşyalarının satışı ilə məşğul olan zərgər Ramin Məmmədov bizimlə söhbətində bildirdi ki, alıcılar qızıl alarkən ilk növbədə qızılın əyarına baxmalıdırlar: “Fərqi yoxdur ağ, ya sarı qızıl olsun, əyar əsasdır. Çünki yüksək əyarlı qızılların tərkibində təmiz qızıl çoxdur. Ən yaxşı qızıl əyarı 750 olandır. Bu o deməkdir ki, aldığınız qızıl məmulatının 75 faizi təmiz qızıldır. Təsəvvür edin 10 qramlıq təmiz qızıldan 13.30 qram 750 əyarlıq qızıl məmulatı çıxırsa, 17 qramlıq 583 əyarlıq qızıl məmulatı hazırlamaq olur”.

R.Məmmədov bildirdi ki, qızılda brilliant daş da əsasdır: “İlk növbədə daş ağ və təmiz olmalıdır. Daşın zərində heç bir ləkə olmamalı, sarımtıl rəngə çalmamalıdır”.

Bazarlığa başı çıxan adamla gedin

Ramin Məmmədov məsləhət gördü ki, ümumiyyətlə, qızıl, bahalı zinət əşyası alarkən başı çıxan adamla birgə bazarlığa getmək lazımdır: “Əks halda, aldanmaq ehtimalı böyükdür. Bundan başqa, alıcılara çox ucuz mala qaçmamağı məsləhət görərdim. Çünki bəzi satıcılar Azərbaycan alıcısının əksəriyyətinin ucuz mala qaçmaq xüsusiyyətindən istifadə edərək keyfiyyətsiz, saxta malı aşağı qiymətə satışa çıxarırlar. Alıcıların çoxu bəlkə də illər sonra bilir ki, aldığı mal saxtadır, bəlkə də heç ömür boyu bundan xəbəri də olmur”.

Malın sertifikatının olmasının onun keyfiyyətinə dəlalət etməsinə gəlincə, zərgər bildirdi ki, saxta mala da sertifikat düzəltmək çox asandır: “Sertifikat düzəldən aparatlar 500-1000 manatdır. İstənilən qızıl məmulatı satışı ilə məşğul olan sahibkar həmin aparatdan alıb yanına qoya və gümüş alana da aldığı malın qızıl olması barədə sertifikat verə bilər”.

Zərgər onu da məsləhət gördü ki, alıcılar qızıl bazarlığına çıxarkən Dövlət Əyar Palatasının damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almasınlar: “Dövlət Əyar Palatasının qeydiyyatından çıxan qızılların üzərində bütün məlumatlar olduğu kimi yazılır”.

Ağ qızıl məmulatının istifadə ediləndən 5-6 ay sonra sarımtıl rəngə çalmasına gəlincə, R.Məmmədov dedi ki, bu, təbiidir: “El arasında “qızıl suyu” deyilən radium məhlulu var. İstənilən qızıl məmulatı hazırlanarkən bu məhlulun içərisinə salınır. Ağ qızıl da istifadə edənin orqanizmindən və istifadəsindən asılı olaraq 5-6 ay, və ya 1 il sonra sarımtıl olur. “Əyarı 750-dirsə, qızıl məmulatı sarımtıl rəngə çalanda “şlifovka” edib radium deyilən aparata salmaqla yenidən ağ effekt vermək olur”.

“Qərarın dəyişdirilməsinə ehtiyac var”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkə qanunvericiliyinə görə, qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır: “Düşünürəm ki, bu qərarın dəyişdirilməsinə ehtiyac var. Çünki bu, alıcıların alıcı hüquqlarının pozulmasına gətirib çıxarır. Satıcı bilir ki, mal keyfiyyətsiz olsa belə, alıcının onu qaytarmaq imkanı yoxdur”.

E.Hüseynovun fikrincə, alıcılar aldıqları keyfiyyətsiz qızılı geri qaytara bilmədiklərindən bu məmulatın alışı zamanı çox diqqətli olmalıdırlar: “İstehlakçının hüququ var ki, aldığı malın bütün sənədlərini, sertifikatını, haradan alınması barədə sənədi, qiymət sənədini və s. satıcıdan istəsin. Qızılın üzərindəki damğaya da fikir verilməlidir”.

“Sertifikat istəmək yersizdir”

“Mərkəz Univermaq”da satıcı işləyən və adının çəkilməsini istəməyən müsahibimiz isə bildirdi ki, Azərbaycanda istehsal olunan mala sertifikat verilmədiyindən alıcıların onlardan sertifikat istəməsi yersizdir: “Düzdür, saxta sertifikat hazırlamaq o qədər də çətin deyil. Amma sertifikatın olması heç də malın saxta olmadığını deməyə əsas vermir. Bizdə aparat var, malı alarkən həmin aparatla əyarının, qaşının üzərində yazıldığı informasiyalarla üst-üstə düşdüyünü yoxlayırıq. Saxta malı qəbul etmirik. Amma daha çox pul qazanmaq istəyən sahibkarlar var ki, onlar üçün əsas puldur deyə, saxta malları da ucuz qiymətə alıb alıcını cəlb etmək üçün ucuz qiymətə də satırlar. Ümumiyyətlə, zinət əşyaları barədə Azərbaycan alıcılarının kifayət qədər anlayışı olmadığına görə onların aldatmaq çox asandır. Buna görə də qızıl alarkən başı çıxan adamla alış-verişə getmək lazımdır”.

“Bazardakı qızılların 30 faizi saxtadır”

Eyyub Hüseynovun sözlərinə görə, bazardakı qızılların 30 faizi saxtadır: “Bunu mənimlə söhbətlərində zərgərlər özləri deyirlər. Bizə də aldanan alıcılar çox müraciət edirlər. Ancaq təəssüflər olsun ki, əllərində malı haradan, nə vaxt aldıqları barədə dəlil-sübut, çek olmadığına görə, onlara yardım edə bilmirik. Düşünürəm ki, Dövlət Əyar Palatası da istehlakçıların hüquqlarının qorunması sahəsində fəal deyil”.

Mövzu ilə bağlı suallarımıza aydınlıq gətirmək üçün Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladıq. Sözügedən ünvandan bildirdilər ki, suallarımızı ancaq Maliyyə Nazirliyinin mətbuat katibi cavablandıra bilər. Maliyyə Nazirliyinin mətbuat katibi ilə əlaqə saxlamağa çalışsaq da, gün ərzində zənglərimizə cavab verilmədi.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları istehsal edən fiziki və hüquqi şəxslərdə istehsal edilən əşyalar satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanmalıdır. Dövlət əyar damğası – zərgərlik məmulatlarının keyfiyyətinə dövlət zəmanətidir. Nazirlər Kabinetinin qərarıyla qızıl alındıqdan sonra geri qaytarıla bilməz. Buna görə də keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyə edir.

Qızıl alarkən nəyə fikir vermək lazımdır?

Qızıl alarkən alıcılar çox vaxt malın üzərindəki əyara və sertifikatına baxırlar. Lakin bu, heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir. Saxta qızılların satışı ilə bağlı hallar isə xüsusilə də qızılların əldə, lombardda və ya bazarda satıldığı üçün daha da artır. Belə yerlərdə qiymətin ucuz olduğuna aldanan alıcılar saxta qızıl almaq riski ilə üzləşirlər.

Alıcı Xalidə Hacıyeva bildirib ki, o, zinət əşyası alarkən öz təcrübəsinə güvənir. “Düşünürəm ki, əyarın vurulması malın təmizliyini sübut etmir. Xüsusilə də son vaxtlar qızılların təmiz olmaması ilə bağlı tanışlar arasında gedən söhbətlər məni daha diqqətli olmağa vadar edir. Əsasən də, satışa yeni çıxarılan qızıl zinət əşyaları arasında saxtalara çox rast gəlinir. Bu səbəbdən də tanıdığım adamdan köhnə qızılları almağa üstünlük verirəm. Onlar dəbə uyğun olmasalar da, qızılı və qaşları təmizdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkə qanunvericiliyinə əsasən qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır: “Lakin bu qərar istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən də qərarın dəyişdirilməsinə ehtiyac var”.

E.Hüseynov bildirib ki, istehlakçı zinət əşyası alarkən satıcıdan malın sertifikatını, haradan alınması barədə və qiyməti haqqında sənədini və s. tələb etməlidir. Qızılın üzərindəki əyara da diqqət verilməlidir. Bazardakı qızılların 30 faizinin saxta olduğunu deyən AİB sədri bununla bağlı onlara xeyli müraciət edildiyini bildirib: “Amma şikayətlərin çoxluğuna baxmayaraq, əllərində malın haradan, nə vaxt aldığı barədə sənəd və ya qəbz olmadığı üçün onlara yardım edə bilmirik”.

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin Ekspertiza, analiz, əyarlanma və damğalanma şöbəsinin müdiri Müşfiq Səttarzadə bildirib ki, dövlət əyar damğası ilə damğalanan zərgərlik məmulatlarını almaq lazımdır. Nazirliyin saytından əldə etdiyimiz məlumata görə, bu ilin I rübü ərzində 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib ki, bu zaman qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15535 ədəd zərgərlik məmulatı aşkar edilib. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyənləşib. Bu izlər sözügedən Dövlət Xidməti tərəfindən təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136120,00 manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən, 10400,00 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.

Zərgər Emin Ələkbərlinin sözlərinə görə, qızıl alarkən əsas əyara fikir vermək lazımdır: “Çox vaxt alıcılar qızılın üzərində əyara bənzər bir şey gördükdə yazılar kiçik olduğu üçün buna o qədər də fikir vermir və satıcının qızıl haqqında dediklərinə inanıb qızılı alırlar. Əslində isə qızıl alarkən ona zərrəbindən istifadə edərək diqqətlə baxmaq lazımdır. Çoxu bunu etmir. Satıcılar isə bundan istifadə edib zərgərlik məmulatlarını satırlar. Çox vaxt heç satıcıların özlərinin də qızıldan başı çıxmır. Bu səbəbdən də satıcılara arxayın olmaq olmaz” deyən həmsöhbətimiz alıcıları qızıl alarkən diqqətli olmağı və ya qiymətli metallardan başı çıxan adamla mağazaya getməyi məsləhət görür. Onun sözlərinə görə, bazardan, lombarddan və ya əldən qızıl almaq təhlükəlidir. “Belə yerlərdə sizə asanlıqla saxta malı baha qiymətə verə bilərlər. Zərgərə sifariş verərkən də diqqətli olmaq lazımdır. Belə ki, sifariş zamanı qızıla qarışıqlar əlavə edə və ya verdiyiniz qızılın qramlarını kəsə, qaşları isə nisbətən ucuzları ilə əvəz edə bilərlər”.

Zərgər qeyd edib ki, qızıl alarkən zərrəbinin köməyi ilə diqqətlə qızıla, ona vurulan əyara baxmaq lazımdır. Əyarın yoxluğu və ya səliqəsiz vurulması malın saxta olduğuna işarə edir. Qızıl saxta olarkən əyardakı rəqəmlər əyri yazıla, əyar özü əyri vurula və yayılmış şəkildə ola bilər. Nəzərə alın ki, əyar qızılın bütün hissələrinə, detallarına vurulmalıdır. Əks halda zinət əşyasının bir detalı qızıldan, digərləri isə başqa metallardan ola bilər.

Qızıl alarkən onun iç tərəfinə də fikir vermək lazımdır. Əgər iç tərəfi də səliqəli işlənibsə, deməli, qızılın orijinal olma ehtimalı daha çoxdur. Qızılın saxta olub-olmadığını qızılın yerə düşərkən çıxan səsə görə də müəyyən etmək olar. Lakin bunu ancaq mütəxəssis başa düşə bilər. Belə ki, adi adamlar üçün bu çox çətindir. Hesab olunur ki, orijinal qızıl yerə düşərkən büllurun taqqıltısı kimi cingiltili səs verir. Bundan başqa qızılın səthini cızmaqla da onun saxtalığını yoxlamaq olar. Qızıl saxta olduqda cızıldığı təqdirdə altından başqa metalın izi görünür. Və ya qızılın saxtalığını kimyəvi üsullarla da bilmək olar. Bunun üçün qızılın üzərinə yod damcılayın. Əgər yoddan qalan ləkə tünddürsə, qızıl təmizdir, yox, əgər süd rənginə çalırsa, saxtadır. Qızılın üstündəki ləkə isə parça ilə sildikdə asanlıqla keçir. Qızılı yoxlamaq üçün sirkə də əla vasitədir. Belə ki, sirkəyə salınmış zinət əşyası tündləşirsə, qızıl deyil.

Satıcı Fərqanə Osmanova isə bildirib ki, son zamanlar əksəriyyət zinət əşyası alarkən sertifikat tələb edir: “Lakin sertifikatın mövcudluğu alıcıları saxta mal almaqdan sığortalamır. Belə ki, istənilən mala sertifikat düzəltmək olar. Bu gün istənilən malın saxta sertifikatına rast gəlmək olur. Sertifikat düzəldən aparatları isə 1000-1500 manata almaq olur. Həm də sertifikatın köməyi ilə hətta saxta malı belə baha qiymətə orijinal adı ilə satmaq daha asandır. Belə ki, alıcılar sertifikatı olan qızıllara daha çox etibar edirlər”, – deyən satıcı əlavə edib ki, zinət əşyaları üçün əyar damğaları 375, 500, 583, 585, 750 və 958-dir. Lakin alıcılar daha çox 750 və 585 əyarlı qızıl məmulatlarına üstünlük verirlər.

/Ekspress.az/

Qızıl haqqında bilmək istədiyiniz hər şey DİQQƏTLİ OLUN!

Qızıl bahalı metal olmaqla yanaşı, xanımların sevimlisi və vazkeçilməz bəzək əşyasıdır. Qızıl metalı həmişə oz gözəlliyini və aktuallığını qoruyub saxlayır. Bəzək əşyalarını seçərkən insanlar məhz bu nəcib metala üstünlük verirlər. Qızıl paslanmır, allergiya vermir və rəngi solmur. Yəni allergiyadan əziyyət çəkən insanlar üçün qızıl bəzək əşyası kimi mükəmməl seçim olardı.

Ərintidə qızılın miqdarı ölçü vahidi kimi karat hesab edilir. Dünya bazarında qızıl məmulatlarının keyfiyyəti qəbul edilmiş vahid 24 karat sisteminin köməyi ilə təyin edilir. Karatın vahidinin miqdarı nə qədər çox olarsa, bu zaman, ərintidə qiymətli metalın faiz miqdarı o qədər çoxdur. Zərgərlik məmulatlarında “proba”, yəni əyyar anlayışı hər kəsə məlumdur. O, ərintinin 1000 hissəsinə düşən qiymətli metalın miqdarını bildirir.

Qızılın görünüşünün bir qayda olmasına yəni ağ və qara qızılı rənginə hər birimiz alışmışıq. Qızıla əlavələr etməklə ağ, çəhrayı, və ya qara rəngi dəyişə bilir. Belə ki, qızılın rəngi tərkibinə daxil olan mis, platin, gümüş kimi metalların sayəsində dəyişir. Məsələn, qızıla nikel, palladium əlavə edərək ağ rəngdə, mis əlavə edərək çəhrayı rəngdə qızıl almaq olar. Zərgərlik məmulatının istehsalı vaxtı onların tərkibinə gümüş əlavə olunarsa, bu zaman həmin metal yaşımtıl çalar əldə edəcək.

Bəzən alınan qızılın sonradan heç də həmin tərkibə malik olmadığı müəyyən edilir. Beləliklə qızıl alan zaman nəyə diqqət edilməlidir?

Qızıl alan zaman insanlar daha çox 2 məsələyə diqqət etməlidirlər. Problemin birincisi qızılın əyyarı ilə bağlı olur. Belə ki, saxta probla aşağı əyyarlı bir məhsulun yüksək əyyar adı ilə satılma halları baş verə bilər. Belə məmulatlar daha çox sexlərdə hazırlanır və zavod məhsulu kimi alıcılara təqdim olunur.

İkinci məqamı isə qızılın tərkibinə nəzərdə tutulan həddən çox əlavə qatqılarla olur. Bu zaman daha çox misdən istifadə edilir və qızılın çəkisini artırmaq məqsədi daşıyır. Bu hallar çəkisi çox olan yəni nisbətən böyük bəzək əşyalarında daha çox müşahidə edilir. Belə hallarla qarşılaşmamaq üçün xüsusi bir daşla yağlar var ki, bunun vasitəsi ilə qızılın orjinal olub-olmaması müəyyən edilir. Bunlardan əlavə kislota vasitəsilə də bu təcrübəni aparmaq mümkündür. İstənilən şəxs bunları alıb qızılın saxta və ya orijinal olmasını rahatlıqla ev şəraitində yoxlaya bilər.

Bundan başqa Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı yeni qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanır.
Qızıl alan zaman qızıla verilən müxtəlif problarla diqqət etmək lazımdır. Həmin probla qızılın tərkibinin nə qədər qızıldan olduğu və hansı ölkəyə aid olduğu qismən bilinir. Keçmiş SSR ölkələrində o cümlədən, Azərbaycanda 1000-lik prob sistemindən istifadə edirlər. Qərb ölkələrində isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasənn təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir. Bir qayda olaraq, qızıl məmulatlarının üzərində, qızılın çəkisi, probu, yəni əyyarı bəzən firma nişanı göstərilir. Qızılın əyyarına baxıb hansı ölkənin istehsalı olduğunu müəyyənləşdirə bilərik. Belə ki, aşağı hissəyə nəzər salmaqla qızılın probu və karatı haqqında məlumatlanmaq olar.

24k – təmiz qızıl. Tərkibi 100% qızıldan ibarətdir.

18k – bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər metallardır. Tərkibində 75% təmiz qızıl var.

14k – bizim 583 prob qızıldır. Tərkibində 58,3% təmiz qızıl var. Bəzi ölkələrdə isə 585 prob kimi qəbul olunub.

12k – tərkibində 50%-i qızıl, qalanı ise digər dəyərli metallarla zəngindir.

10k – bizim 417 prob qızıldır. Tərkibində 41,7% təmiz qızıl var.

ABŞ-da qızılları bu sistemlə hesablayırlar. Avropada isə yuxarıda sadalananlardan yalnız 18k, 14k ve 10k qızıl istifadə olunur. Gündəlik isifadə üçün məsləhət görülən qızıl probu 750-dir(18k).

Hər kəsə maraqlı suallardan biri də qızılı nəyə görə başqa metallarla qatırlar?

Qızıl əsas xüsusiyyətlərindən biri onun plastikliyi və yumşaqlığıdır ki, bu xüsusiyyətlərin sayəsində bəzəklərə lazımlı formanı vermək olur Satışda temiz qızıldan(24k ) olan zinət əşyaları da tapmaq mümkündür. Lakin qızıl yumşaq metal olduğundan, gündəlik istifadə üçün yararız olur. Buna görə, qızılın tərkibinə müxtəlif metallar qatılır. Zərgərlər bu vasitə, yəni metalların köməyi ilə nəinki qızılın möhkəmliyini artırır, rəngini də dəyişə bilirlər. Lakin bu müəyyən miqdarda edilir, çəkini artırmaq üçün edilmir. Qızıl çox sürtünmə nəticəsində yeyilə bilən qiymətli metaldır. Həmçinin, qızıl alıb saxlıyan zaman bu metalı bir qabda digər metallarla yanaşı qoymaq olmaz. Buna gümüş, və bujuteryalar da daxildir.

Comments are closed, but trackbacks and pingbacks are open.