Press "Enter" to skip to content

Filologiya fakültəsi

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Tarixi abidələr

Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır.

Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 – ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306 – cı ildə baş vrən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Qız qalası

Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.

Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

Şirvanşahlar sarayı

XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksi. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Atəşgah

Od məbədi olan “Atəşgah” Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. “Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı “Atəşgah”ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Ramana qalası

Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi istifadə olunub.

Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.
Mərdəkan qalası

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala dörd künc formada XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.

Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti-28×25-dir. İçəridən qala 5 yarusa bölünür.

Şıx qalası

Mərdəkanda 16 metr hündürlüyündə inşa edilmiş qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsud oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib.

Qobustan

Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir.

Azərbaycanın ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. vardır. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Azərbaycan daş plastikası – qədim tarixi abidələr

Azərbaycanda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad (Gəmi qaya), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

«Ağoğlan» qəsr kompleksi

Bu tarixi abidə Kosalar kəndində yerləşir və IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusdur. Qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik «müşahidə qalası» var. Qaladan «Ağoğlan» qəsrinə yeraltı keçidlərin olması barədə ilk dəfə 1985-ci ildə məlumat əldə edilib. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri erməni işğalına qədər olan dövrdə aşkar edilməyib. Amma erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.

Xudafərin körpüləri

Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, hazırda ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Əlincə Qalası

Azərbaycan Respublikası ərazisində olan tarixi memarlıq abidəsi, Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri.

Yazılı qaynaqlarda adı X yüzildən başlayaraq “Alıncaq”, “Alancıq” , “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir.

Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur.

Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir.

İspan diplomatı, Kastiliya kralı III Enrikonun 1403 – 1406 -cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincə qalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir.

Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir.
Möminə Xatun Türbəsi

Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: “. bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz . dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi. “

Bəzz qalası

Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli azərbaycanlılar qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Ərk qalası

Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib.

“Mədain sarayı”na bərabər tutulan Təbriz Əlişah qəsri (Ərk qalası) öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur. Abidə bir-neçə dəfə bərpa edilsə də hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni tikilən azman məscid “Ərk”i demək olar ki, görünməz edib. Təxminən 3 tərəfdən baxanda Ərk görünməz olur, yalnız dördüncü tərəfdən baxdıqda bu məşhur qala – Təbrizin simvolu görünür.

Şamaxı qalası

Şamaxı qalası – Orta əsrlər Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş qaladır. XI – XII yüzillərdə Şirvan şəhərlərinin bir çoxu böyüyüb inkişaf etmiş, bəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 – ci ildə Şirvanşah Qubad (1043-1049) Şirvanın baş şəhəri Şamaxıya yonulmuş ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir qapılar qoydurmuşdur.

Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.

Koroğlu qalası

Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib. Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.

Əsgəran qalası

Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.

Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bir qisim tarixçi qalanın tikilməsini Mehrəli xan Qarabağlının, digər qisim isə İbrahimxəlil xanın adı ilə bağlayır. Eyni zamanda tikilmə tarixi də müxtəlif cür verilir. Əslində Əsgəran qalaları 1783-1784-cü illərdə tikilmişdir.

Cavanşir qalası

İsmayıllı rayonu ərazisində yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə və “içqala”dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla “içqala” dağın ən hündür yerində tikilmişdir. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na (İsmayıllı rayonu Xanəgah kəndində) yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yanda tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılmışdır. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya atla qət etmək lazımdır.

Gülüstan qalası

Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da, müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.

Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır.

Çıraqqala

Şabran rayonunun təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsindədir. Alimlərin dediyinə görə, Çıraqqala əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. q üçü salamat qalıb.

Azıx mağarası

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində yerləşir.

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonraki vəziyyəti haqqında heç bir məlumat yoxdur.

Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Diribaba türbəsi

Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır.

Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Binanın mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində abidənin tarixi hicri 805 (miladi 1402)-ci il kimi göstərilmişdir.

Gəmiqaya rəsmləri

Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında qayaüstü təsvirlər.

Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5–6 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkündür. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.

Gəncəsər məbədi

Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər I Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”. VIII əsrin əvvəllərindən etibarən Albaniya katalikosluğunun yerləşdiyi ərazi – Qarabağın dağlıq hissəsi knyazlıq, hökmranlıq mənasında “Arşax” və ya “Arsax” adlanmışdır. Bu isə təsadüfi deyil, çünki Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlanmışdır.

Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir.

Kiş məbədi
Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən alban məbədi.

Rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir.

Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244 – cü ildə alban kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.

Bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd “din, etiqad, pərəstiş” mənasında 2000 ildən artıqdır ki, “Kiş” adlanır.

Yuхarı Gövhərağa məscidi
Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran binalardan biri.

Yuxarı Gövhərağa məscidini 1883-84-cü illərdə, yəni Aşağı Gövhərağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdir.

Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Pənah хanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdir. Pənah хanın tikdirdiyi bu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz etdirilmişdir. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdur. Görünür ki, elə məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi (XIX yüzil) tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdir. Lakin məlum olduğu kimi, bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhərağa məscidi kimi tanınan həmin bina inşa edilmişdir.

Şəmkir Minarəsi

Şəmkir minarəsi Azərbaycan memarlığının şah əsərlərindəndir. Əski şəhər yerində XIX yüzilin ikinci yarısınacan səyyahları, mütəxəssisləri heyrətləndirən bu minarə dağılıb yox olmuş və indi yalnız yazılı təsvirlərdən və rəsmlərdən öyrənilən nadir Azərbaycan abidəsidir.

Minarənin quruluş və ölçülərini daha dolğun təsəvvür etmək üçün N. Florovski 1899 – cu ildə Peterburqda çap etdirdiyi kitabdakı yazılı təsviri də dəyərlidir. Bu abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin – mil minarənin bitkin örnəklərindən biridir.

Filologiya fakültəsi

Dil və tarix
Dil və tarixin qarşılıqlı münasibəti. Dilin inkişafı məsələləri. Dilin inkişafının
bəzi xüsusiyyətləri.
Dilin inkişaf qanunauyğunluqları. Dilin inkişafının daxili qanunauyğun-
luqları və xarici faktorları. Dilin inkişafının xarici faktorları. Dilin inkişafının
daxili qanunauyğunluqları: dil mexanizminin insan orqanizminə uyğunlaşması
qanunu; dil mexanizmini yaxşılaşdırmaq zərurəti; dili kommunikasiya üçün yararlı
saxlamaq zərurəti; məqsəd güdməyən daxili dəyişikliklər qanunu. Xarici və daxili
faktorların birgə fəaliyyəti. Dil dəyişikliklərinin sistemliliyi.
Dilin tarixi – xalqın tarixi. Dil vahidlərinin yaranması yolları. Diferensiasiya
və inteqrasiya. Dillərin kontaktı: alınmalar, dillərin kovergent (bənzətmə, birləşmə)
inkişafı, köməkçi ümumi dilin yaranması, dillərin assimilyasiyası. Dillərin qarşı-
lıqlı təsirinin iki nəticəsi: a) sözün ümumi mənasında – alınmalar və b) bütövlükdə
dilin dəyişməsi. Qarışıq dillər. Dillərin ittifaqı. Alınmalar. Çarpazlaşma: substrat,
superstrat, abstrat. Dil dəyişikliklərinin templəri. Dilin inkişafında tərəqqi
problemi. Dil və mədəniyyət. Xalqın tarixi və dilin inkişafı.

7
ƏDƏBİYYAT
Azərbaycan dilində:
1. M.Adilov, Z.Verdiyeva, F.Ağayeva. İzahlı dilçilik terminləri. Bakı, 1989.
2. A.Axundov. Ümumi dilçilik. Bakı, 2006.
3. Z.Verdiyeva, F.Ağayeva, M.Adilova. Dilçilik problemləri. Bakı, 1982.
4. Ə.Ə.Rəcəbli. Nəzəri dilçilik. Bakı, 2003.
5. Ə.Ə.Rəcəbov. Dil, şüur, cəmiyyət, tarix. Bakı, 1993.

Rus dilində:
6. О.С.Ахманова. Словарь лингвистических терминов. М., 1966.
7. Ш.Бали. Общая грамматика и вопросы французского языка. М., 1955.
8. Э.Бенвенист. Общая лингвистика. М., 1974.
9. Э.Бенвенист. Уровни лингвистического анализа. «Новое в лингвистике»,
вып. IV, М., 1965.
10. Ф.М.Березин, Б.Н.Головин. Общее языкознание. М., 1979.
11. Л.Блумфилд. Язык. М., 1968.
12. И.А.Бодуен де Куртене. Избранные труды по общему языкознанию, т. I-II,
М., 1963.
13. И.Вайнрайх. Языковые контакты. Киев, 1979.
14. Ж.Вандриес. Язык. М.-Л., 1937.
15. Г.О.Винокур. Культура языка. М., 1929.
16. Ю.Д.Дешериев. Социальная лингвистика. М., 1977.
17. Л.Елмьслев. Пролегоменты к теории языка. «Новое в лингвистике», вып.1,
М., 1960.
18. О.Есперсен. Философия грамматика. М., 1958.
19. Н.И.Жинкин Механизм речи. М., 1958.
20. В.А.Звегинцев. Очерки по общему языкознанию. М., 1962.
21. В.А.Касевич. Элементы общей лингвистики. М., 1977.
22. В.И.Кодухов. Общее языкознание. М., 1974.
23. Е.Курилович. Очерки по лингвистике. М., 1962.

8
24. А.Мартине. Основы общей лингвистики. «Новое в лингвистике», вып. III,
М., 1963.
25. Общее языкознание (Формы существования, функции, истории языка). М., 1970.
26. Г.Пауль. Принципы истории языка. М., 1960.
27. Э.Сепир. Язык. М.-Л., 1934.
28. Б.А.Серебренников. Об относительной самостоятельности развития
системы языка. М., 1968.
29. Ф.де Соссюр. Труды по языкознанию. М., 1977.
30. Ю.С.Степанов. Основы общего языкознания. М., 1975.
31. Н.С.Трубецкой. Основы фонологии. М., 1960.

linqvistik tipologiyada tipoloji modifikasiya problemi – Azərbaycan .

linqvistik tipologiyada tipoloji modifikasiya problemi – Azərbaycan .

linqvistik tipologiyada tipoloji modifikasiya problemi – Azərbaycan .

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Milli Kitabxanası 260İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATAzərbaycan dilində1. Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlıdilçilik terminləri. B.: Maarif, 1989.2. Axundov A.A. Ümumi dilçilik. Dilçiliyin tarixi,nəzəriyyəsi və metodları. Bakı: Maarif, 1979.3. Babayev A. Dilçiliyə giriş.B.: Maarif, 1992.4. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. B.:Maarif, 1988.5. Cəlilov F.A. Azərbaycan dili morfonologiyasındanoçerklər. B.:ADU mətbəəsi, 1985.6. Fəlsəfə.B.: Elm,1993.7. Hacıyev T.İ. Türk dillərində sözün morfoloji inkişafı /Türk dillərinin leksik-morfoloji quruluşu. B.: S.M.Kirovadına ADU-nun nəşri, 1981.8. Hacıyeva A.Y. Dil sistemində tipoloji sapmalar(aqlütinativ dillərdə flektiv təmayüllü elementlər).nam…diss. B., 2006.9. Hacıyeva A.Y. Aqlütinativ dillərdə daxili fleksiya vəfuziya. B.: Nurlan, 200710. Hacıyeva Ə,Ə. Uşaq nitqinin linqvistik təhlili B.:Maarif,1994.11. Heydərov R. Dillərarası əlaqələr zamanı dilin qrammatiksəviyyəsində baş verən normadan kənaraçıxmalar //Tədqiqlər. 2007, №2.12. Məmmədəliyev V.M. Ərəb ədəbi dilində felin zaman,şəxs və şəkil kateqoriyaları. Bakı: Bakı Universitetinəşriyyatı, 1992.13. Məmmədov Ə. Ərəb dili.B.:Maarif,1974.14. Mirzəliyeva M. Türk dillərində fleksiya // Tədqiqlər,1999, № 3.15. Quliyev T.Altay dillərinin qohumluğu məsələsi.

261Azərbaycan Milli KitabxanasıB.:Nurlan, 2006.16. Qurbanov A. Ümumi dilçilik. I hissə. Bakı: Maarif,1989.17. Rəcəbov Ə.Ə. Dilçilik tarixi. Bakı: Maarif, 1988.18. de Sössür F. Ümumi dilçilik kursu. B.: BDU nəşr., 2003.19. Türk dillərinin leksik-morfoloji quruluşu. B.: S.M.Kirovadına ADU-nun nəşri, 1981.20. Verdiyeva Z., Ağayeva F., Adilov M. Dilçilik problemləri.I hissə, B.: Maarif, 1982.21. Veysəlova B.F. Uşaq dilinin formalaşması və inkişafıproblemləri (nam.diss….avtoref). B., 2002.22. Veysəlli F. Dil. B.: «Təhsil» NPM., 2007.23. Xomski N. Dil və təfəkkür. B.: BSU, «Kitab aləmi»nəşriyyat–poliqrafiya mərkəzi, 2006.24. Yusifov M.İ. Oğuz qrupu türk dillərinin müqayisəlifonetikası. Bakı: Elm, 1984.(rus dilində)25. Агазаде Н.Г. К вопросу о типологии языке // Научныезаписки. Язык и литература. XIII серия, 1968, №2.26. Азимов П.А., Дешериев Ю.Д.. Никольский Л.Б.,Степанов Г.В., Швейцер А.Д. Современное общественноеразвитие, научно-техническая революция иязык. // Вопросы языкознания. 1975, №2.27. Алпатов В.М. История одного мифа. – Марр имарризм. М.: Наука, 1991.28. Алпатов В.М. Об уточнении понятий «флективныйязык» и «агглютинативный язык» / Лингвистическаятипология. М., 1985.29. Амирова И.А., Ольховиков Б.А., РождественскийЮ.В. Очерки по истории лингвистики. М.,1975.30. Аракин В.Д. Сравнительная типология английскогои русского языков. Л.: Просвещение, 1979.

  • Page 1: 1Azərbaycan Milli KitabxanasıAZƏ
  • Page 4 and 5: Azərbaycan Milli Kitabxanası 4Lin
  • Page 6 and 7: Azərbaycan Milli Kitabxanası 6tə
  • Page 8 and 9: Azərbaycan Milli Kitabxanası 8sı
  • Page 10 and 11: Azərbaycan Milli Kitabxanası 10«
  • Page 12 and 13: Azərbaycan Milli Kitabxanası 12on
  • Page 14 and 15: Azərbaycan Milli Kitabxanası 14ma
  • Page 16 and 17: Azərbaycan Milli Kitabxanası 16ap
  • Page 18 and 19: Azərbaycan Milli Kitabxanası 181.
  • Page 20 and 21: Azərbaycan Milli Kitabxanası 20d
  • Page 22 and 23: Azərbaycan Milli Kitabxanası 22an
  • Page 24 and 25: Azərbaycan Milli Kitabxanası 24qa
  • Page 26 and 27: Azərbaycan Milli Kitabxanası 26qe
  • Page 28 and 29: Azərbaycan Milli Kitabxanası 28Bi
  • Page 30 and 31: Azərbaycan Milli Kitabxanası 30pr
  • Page 32 and 33: Azərbaycan Milli Kitabxanası 32ma
  • Page 34 and 35: Azərbaycan Milli Kitabxanası 34d
  • Page 36 and 37: Azərbaycan Milli Kitabxanası 36Ma
  • Page 38 and 39: Azərbaycan Milli Kitabxanası 38t
  • Page 40 and 41: Azərbaycan Milli Kitabxanası 40m
  • Page 42 and 43: Azərbaycan Milli Kitabxanası 42m
  • Page 44 and 45: Azərbaycan Milli Kitabxanası 44on
  • Page 46 and 47: Azərbaycan Milli Kitabxanası 46bi
  • Page 48 and 49: Azərbaycan Milli Kitabxanası 48si
  • Page 50 and 51: Azərbaycan Milli Kitabxanası 50iq
  • Page 52 and 53: Azərbaycan Milli Kitabxanası 52bu
  • Page 54 and 55: Azərbaycan Milli Kitabxanası 54iz
  • Page 56 and 57: Azərbaycan Milli Kitabxanası 56ta
  • Page 58 and 59: Azərbaycan Milli Kitabxanası 58Ha
  • Page 60 and 61: Azərbaycan Milli Kitabxanası 60vu
  • Page 62 and 63: Azərbaycan Milli Kitabxanası 62di
  • Page 64 and 65: Azərbaycan Milli Kitabxanası 64su
  • Page 66 and 67: Azərbaycan Milli Kitabxanası 66К
  • Page 68 and 69: Azərbaycan Milli Kitabxanası 68q
  • Page 70 and 71: Azərbaycan Milli Kitabxanası 70et
  • Page 72 and 73: Azərbaycan Milli Kitabxanası 72te
  • Page 74 and 75: Azərbaycan Milli Kitabxanası 74t
  • Page 76 and 77: Azərbaycan Milli Kitabxanası 76fa
  • Page 78 and 79: Azərbaycan Milli Kitabxanası 78ç
  • Page 80 and 81: Azərbaycan Milli Kitabxanası 80Ba
  • Page 82 and 83: Azərbaycan Milli Kitabxanası 82si
  • Page 84 and 85: Azərbaycan Milli Kitabxanası 84ar
  • Page 86 and 87: Azərbaycan Milli Kitabxanası 86za
  • Page 88 and 89: Azərbaycan Milli Kitabxanası 88et
  • Page 90 and 91: Azərbaycan Milli Kitabxanası 90va
  • Page 92 and 93: Azərbaycan Milli Kitabxanası 92ye
  • Page 94 and 95: Azərbaycan Milli Kitabxanası 94de
  • Page 96 and 97: Azərbaycan Milli Kitabxanası 96si
  • Page 98 and 99: Azərbaycan Milli Kitabxanası 98di
  • Page 100 and 101: Azərbaycan Milli Kitabxanası 100y
  • Page 102 and 103: Azərbaycan Milli Kitabxanası 1022
  • Page 104 and 105: Azərbaycan Milli Kitabxanası 104g
  • Page 106 and 107: Azərbaycan Milli Kitabxanası 106f
  • Page 108 and 109: Azərbaycan Milli Kitabxanası 108m
  • Page 110 and 111: Azərbaycan Milli Kitabxanası 110t
  • Page 112 and 113: Azərbaycan Milli Kitabxanası 112I
  • Page 114 and 115: Azərbaycan Milli Kitabxanası 114k
  • Page 116 and 117: Azərbaycan Milli Kitabxanası 116q
  • Page 118 and 119: Azərbaycan Milli Kitabxanası 118t
  • Page 120 and 121: Azərbaycan Milli Kitabxanası 120y
  • Page 122 and 123: Azərbaycan Milli Kitabxanası 122O
  • Page 124 and 125: Azərbaycan Milli Kitabxanası 124y
  • Page 126 and 127: Azərbaycan Milli Kitabxanası 126o
  • Page 128 and 129: Azərbaycan Milli Kitabxanası 128G
  • Page 130 and 131: Azərbaycan Milli Kitabxanası 130i
  • Page 132 and 133: Azərbaycan Milli Kitabxanası 132b
  • Page 134 and 135: Azərbaycan Milli Kitabxanası 134k
  • Page 136 and 137: Azərbaycan Milli Kitabxanası 136y
  • Page 138 and 139: Azərbaycan Milli Kitabxanası 138
  • Page 140 and 141: Azərbaycan Milli Kitabxanası 140d
  • Page 142 and 143: Azərbaycan Milli Kitabxanası 142h
  • Page 144 and 145: Azərbaycan Milli Kitabxanası 144q
  • Page 146 and 147: Azərbaycan Milli Kitabxanası 146b
  • Page 148 and 149: Azərbaycan Milli Kitabxanası 148Q
  • Page 150 and 151: Azərbaycan Milli Kitabxanası 150f
  • Page 152 and 153: Azərbaycan Milli Kitabxanası 152
  • Page 154 and 155: Azərbaycan Milli Kitabxanası 154m
  • Page 156 and 157: Azərbaycan Milli Kitabxanası 156m
  • Page 158 and 159: Azərbaycan Milli Kitabxanası 158s
  • Page 160 and 161: Azərbaycan Milli Kitabxanası 160s
  • Page 162 and 163: Azərbaycan Milli Kitabxanası 162h
  • Page 164 and 165: Azərbaycan Milli Kitabxanası 164f
  • Page 166 and 167: Azərbaycan Milli Kitabxanası 166y
  • Page 168 and 169: Azərbaycan Milli Kitabxanası 168a
  • Page 170 and 171: Azərbaycan Milli Kitabxanası 170q
  • Page 172 and 173: Azərbaycan Milli Kitabxanası 172e
  • Page 174 and 175: Azərbaycan Milli Kitabxanası 174F
  • Page 176 and 177: Azərbaycan Milli Kitabxanası 176g
  • Page 178 and 179: Azərbaycan Milli Kitabxanası 178t
  • Page 180 and 181: Azərbaycan Milli Kitabxanası 180
  • Page 182 and 183: Azərbaycan Milli Kitabxanası 182s
  • Page 184 and 185: Azərbaycan Milli Kitabxanası 184y
  • Page 186 and 187: Azərbaycan Milli Kitabxanası 186p
  • Page 188 and 189: Azərbaycan Milli Kitabxanası 188c
  • Page 190 and 191: Azərbaycan Milli Kitabxanası 190S
  • Page 192 and 193: Azərbaycan Milli Kitabxanası 192h
  • Page 194 and 195: Azərbaycan Milli Kitabxanası 1941
  • Page 196 and 197: Azərbaycan Milli Kitabxanası 196t
  • Page 198 and 199: Azərbaycan Milli Kitabxanası 198m
  • Page 200 and 201: Azərbaycan Milli Kitabxanası 200n
  • Page 202 and 203: Azərbaycan Milli Kitabxanası 202n
  • Page 204 and 205: Azərbaycan Milli Kitabxanası 204
  • Page 207 and 208: 207Azərbaycan Milli Kitabxanasıki
  • Page 209 and 210: 209Azərbaycan Milli Kitabxanası(k
  • Page 211 and 212: 211Azərbaycan Milli Kitabxanasıbi
  • Page 213 and 214: 213Azərbaycan Milli Kitabxanasıt
  • Page 215 and 216: 215Azərbaycan Milli KitabxanasıT.
  • Page 217 and 218: 217Azərbaycan Milli Kitabxanasıdo
  • Page 219 and 220: 219Azərbaycan Milli Kitabxanasım
  • Page 221 and 222: 221Azərbaycan Milli Kitabxanasısa
  • Page 223 and 224: 223Azərbaycan Milli Kitabxanasıy
  • Page 225 and 226: 225Azərbaycan Milli Kitabxanası4.
  • Page 227 and 228: 227Azərbaycan Milli Kitabxanasım
  • Page 229 and 230: 229Azərbaycan Milli KitabxanasıA.
  • Page 231 and 232: 231Azərbaycan Milli Kitabxanasıfu
  • Page 233 and 234: 233Azərbaycan Milli Kitabxanasıha
  • Page 235 and 236: 235Azərbaycan Milli Kitabxanasıs
  • Page 237 and 238: 237Azərbaycan Milli Kitabxanasıxa
  • Page 239 and 240: 239Azərbaycan Milli KitabxanasıBa
  • Page 241 and 242: 241Azərbaycan Milli Kitabxanasıel
  • Page 243 and 244: 243Azərbaycan Milli KitabxanasıN
  • Page 245 and 246: 245Azərbaycan Milli Kitabxanasıxa
  • Page 247 and 248: 247Azərbaycan Milli Kitabxanasım
  • Page 249 and 250: 249Azərbaycan Milli Kitabxanasısa
  • Page 251 and 252: 251Azərbaycan Milli Kitabxanasıti
  • Page 253 and 254: 253Azərbaycan Milli Kitabxanasıs
  • Page 255 and 256: 255Azərbaycan Milli Kitabxanasıar
  • Page 257 and 258: 257Azərbaycan Milli Kitabxanasıst
  • Page 259: 259Azərbaycan Milli KitabxanasıTh
  • Page 263 and 264: 263Azərbaycan Milli Kitabxanası19
  • Page 265 and 266: 265Azərbaycan Milli Kitabxanası56
  • Page 267 and 268: 267Azərbaycan Milli Kitabxanasıп
  • Page 269 and 270: 269Azərbaycan Milli Kitabxanası90
  • Page 271 and 272: 271Azərbaycan Milli Kitabxanasıи
  • Page 273 and 274: 273Azərbaycan Milli Kitabxanası13
  • Page 275 and 276: 275Azərbaycan Milli Kitabxanası16
  • Page 277 and 278: 277Azərbaycan Milli Kitabxanasıн
  • Page 279 and 280: 279Azərbaycan Milli Kitabxanası20
  • Page 281 and 282: 281Azərbaycan Milli Kitabxanasıdi
  • Page 283 and 284: 283Azərbaycan Milli Kitabxanasıо
  • Page 285 and 286: 285Azərbaycan Milli Kitabxanası/a
  • Page 287 and 288: 287Azərbaycan Milli KitabxanasıM
  • Page 289: 289Azərbaycan Milli Kitabxanası4.

Comments are closed, but trackbacks and pingbacks are open.